Rusiya Milli Təhlükəsizlik Konsepsiyası: məzmunu və strukturu
2) Bu 25 nəfərin əslində başqa hansısa sahədə müəyyən qabiliyyəti var. Onların bu qabiliyyətinin üzə çıxarılmasına kömək edilsə, həmin uşaqlar təhsildən böyük zövq alar, əsas daxili potensialı açılar, ölkə üçün fayda gətirəcək vətəndaş olaraq yetişər, daha mənəviyyatlı insan kimi formalaşarlar. Bunun üçün ölkədə olduqca təkmil, tamamilə yüksək standartlara cavab verən, orta məktəblə daima qarşılıqlı əlaqədə fəaliyyətdə olan, olduqca nüfuzlu Peşə Təhsili Sistemi(PTS) olmalıdır. Bu sistem orta təhsil sistemi ilə həmahəng qurulmalıdır.
Mil təhlükəsizlik konsepsiyası
Ölkəmizdə başdan – başa quruculuq işləri gedir. Parkları, kücələri, yolları, şəhərlərimizi günü – gündən daha da abadlaşdırırıq. Növbə indi sosial, humanitar sahələrindir. İlk növbədə təhsilimizin. Təqdim etdiyim bu konsepsiya, heç bir halda Təhsil Nazirliyini tənqid etməyə yönəlməyibdir.Bu, ictimaiyyətin müzakirəsinə çıxarılan yeni bir elmi-nəzəri yanaşmadır.
Milli təhsil sistemi
O təhsil sistemi milli təhsil sistemi adlana bilər ki, o ilk növbədə öz ölkəsinin, millətinin, eyni zamanda bütün yer üzünün tərəqqisinə kömək edə biləcək yüksək səviyyəli, müasir dövrün tələblərinə uyğun kadrlar hazırlaya bilsin. Bu kadrlar ölkə üçün lazım olan qədər hazırlanmalıdır.
Bu təhsil sistemi ölkənin, millətin mahiyyətindən, məzmunundan doğmalı, onun dərin potensialını üzə çıxarıb tərəqqiyə kömək edəcək istiqamətdə hərəkətə gətirməlidir. Milli təhsil sistemi ölkənin milli ideyasına xidmət etməlidir. Milli təhsil sistemi o zaman daha uğurla inkişaf edə bilər ki, onun qarşısında konkret, aydın məqsədlər və vəzifələr müəyyənləşmiş olsun. Milli təhsil sistemi millətin hər bir nümayəndəsinin potensialını açmağa, onun cəmiyyətdə öz təyinatına uyğun olaraq özünü təsdiq etməsinə imkanlar yaratmalıdır. Milli təhsil sistemi yeni nəslin dövlətçilik prinsipləri əsasında şəxsiyyət kimi, bir vətəndaş olaraq formalaşmasna kömək edə biləcək ən mühüm mexanizmdir.
İndiki təhsil sisteminin vəziyyəti.
1) İndiki təhsil sistemi sovet dövründən üzü bu yana olan ənənəni davam etdirərərk böyüməkdə olan yeni nəslin böyük əksəriyyətinə mənəvi olaraq ağır zərbələr vurur və onların bir şəxsiyyət olaraq formalaşmasında neqativ rol oynayır. Özünüz təsəvvür edin, bir sinifdə təqribən 30 uşaq təhsil alır. Onların cəmi 4-5 nəfəri əlaçı ola bilir. Yerdə qalan 25 nəfərə qədər uşaq isə müxtəlif səbəblər üzündən yüksək nəticə göstərə bilmir. Onların əksəriyyətinin deyək ki, riyaziyyatı yaxşı mənimsəmək potensialı yoxdur. Yaxud başqa fənləri. Təsəvvür edirsinizmi, bu 25 nəfər 9-11 il ancaq və ancaq tənqid hədəfi olur. Bəzi məktəblərdə, xüsusi ilə kənd rayonlarında onlar tam diqqətdən kənarda qalırlar, qayğıdan və nəzakətli yanaşmadan uzaq olurlar. (təhqir edilir, söyülür, döyülürlər də). Yeniyetmə yaşlarında, sevgi münasibətləri olan əks cinsin yanında fərsiz insan kateqoriyasında olurlar. Şəxsiyyətin formalaşdığı bu yaşda daima qınaq obyekti olan yeniyetmə, gənc mənəvi olaraq sınmış halda böyüyür. Bu, onun kamil şəxsiyyət kimi formalaşmasına ciddi zərbə vurur. Onda bir sıra arzu olunmaz mənəvi-psixoloji komplekslər yaradır.
2) Bu 25 nəfərin əslində başqa hansısa sahədə müəyyən qabiliyyəti var. Onların bu qabiliyyətinin üzə çıxarılmasına kömək edilsə, həmin uşaqlar təhsildən böyük zövq alar, əsas daxili potensialı açılar, ölkə üçün fayda gətirəcək vətəndaş olaraq yetişər, daha mənəviyyatlı insan kimi formalaşarlar. Bunun üçün ölkədə olduqca təkmil, tamamilə yüksək standartlara cavab verən, orta məktəblə daima qarşılıqlı əlaqədə fəaliyyətdə olan, olduqca nüfuzlu Peşə Təhsili Sistemi(PTS) olmalıdır. Bu sistem orta təhsil sistemi ilə həmahəng qurulmalıdır.
O bir filtr rolunu oynamalıdır. Şagirdin hansı fənni daha yaxşı oxumasından daha vacib, hansı sahədə öz potensialını aça bilmək imkanı öndə olmalıdır. Hər bir valideyn, hər bir şagird bilməlidir ki, ölkəsi üçün kamil bir peşə sahibi olması, onun yarımçıq ali təhsilli olmasından qat-qat vacibdir. Bunun üçün elə etmək lazımdır ki, cəmiyyətimizdə kamil bir sənətkarın güzəranı, nüfuzu yarımçıq ali təhsillilərdən qat-qat üstün olsun. PTS- lərin lazımi səviyyədə inkişaf etməsi üçün istehsalat təşkilatları, xidmət müəssisələri və s. onların məhz bacarıqlı olanlarını gələcəkdə işlə təmin etməyə öhdəlikləri olmalıdır.
3) Ölkəmizin milli ideyası azərbayçançılıq ideyasıdır. Bu ideya Azərbaycanın Türk xalqları ailəsində bir sistem olaraq daha da təkmilləşməsinə, möhkəmlənməsinə, qüdrətlənməsinə xidmət edir. Bu ideyanın əsas hədəfi ondan ibarətdir ki, ölkədə hər kəs öz fəaliyyəti ilə Azərbaycan dövlətinin möhkəmlənməsi üçün daha çox kömək göstərə bilsin. Bu o zaman daha uğurlu alına bilər ki, yetişməkdə olan yeni nəsil Azərbaycan xalqının mənəvi köklərini daha yaxşı öyrənib mənimsəyə bilsin. Tariximizlə, folklorumuzla, tarixi abidələrimizlə daha dərindən tanış olub milli ruhda böyüsünlər. Azərbaycan dövlətinin tarixini gözəl öyrənsinlər, orta əsr türk-islam mədəniyyəti, fəlsəfəsi barədə dərin məlumatları olsun, Dədə Qorqud tipli abidələrimiz, Bəhmənyar, Xaqani, Nizami, Sührəverdi, Tusi, Nəsimi, Fizuli, Xətai, Bakuvi və s. dahi şəxsiyyətlərimiz barəsində əzbər yox, dərk etdikləri və tam mənimsədikləri səviyyədə məlumatları olsun. Bu insanların əsərlərinin potensialının dünyanın tərəqqisi üçün nə qədər qiymətli olduqlarını öyrənsinlər. Öz xalqlarının üstünlüklərinin nədə olduğunu qəlbən duysunlar. O zaman həmin nəsil daha da vətənpərvər olar. Daha çox azərbaycançı olar. Təəsüf ki, bu günkü təhsil sisteminin bu sahədəki fəaliyyəti hələ arzu olunan səviyyədə deyil.
4) İndi təhsilin inkişafından danışanda çoxları struktur yanaşmanı ön plana çəkir. Yəni təhsil sisteminin strukturunda olan yeniliklərdən – yeni binalardan, tədris proqramlarından, xarici ölkələrin təcrübəsindən istifadə səviyyəsindən və s. danışır. Amma əslində təhsilin inkişafını, tərəqqisini xarakterizə edən amil onun funksional tərəfidir – ortada olan nəticədir. Sosiologiya elminin son 50-60 ildəki inkişafı onu göstərdi ki, hər hansı bir sahənin inkişafından yalnız struktur yanaşma ilə danışmaq doğru deyildir. Struktur köməkci vasitədir. Ən əsası funksional yanaşmadır. Yəni o sistem öz funksiyasını necə yerinə yetirir. Struktur get-gedə elə təkmilləşməlidir ki, sistem öz funksiyasını daha yüksək səviyyədə həyata keçirsin. Funksiyanı daha yaxşı yerinə yetirməyə mane olan, bəzən hətta onun pisləşməsinə səbəb olan heç bir struktur dəyişikliyə yol vermək olmaz. Bunu sosial idarəetmə sahəsində normal bir mütəxəssis olan hər kəs bilir. Bunu ölkəmizdə marağı olan güc mərkəzlərinin siyasi texnoloqları da əla bilir.
Təəsüf ki, həmin siyasi texnoloqlar əksər vaxtda bizim təhsil işçilərimizi məhz struktur dəyişikliyə önəm verməyə həvəsləndirir. İlk baxışdan olduqca cəlbedici görünən, mahiyyətcə də mütərəqqi olan təhsil modellərindən yalnız o zaman istifadə etmək olar ki, öz təhsil sistemimiz o modellərin tətbiqinə hazır olsun. Bir bina tikərkən, divarlar lazımi qədər hazır olmadan onların üzərinə tir atmaq olarmı? Bu tir atmanın nə ilə bitəcəyi aydın deyilmi? İndi hər birimiz tez- tez təhsil işçilərindən belə suallar eşidirik: – bu kurikulum sistemi nə vaxt qurtaracaq? Balonya sistemi nə zaman başa çatacaq?
Testlə qəbul imtahanı nə zaman qurtaracaq? Repetitor məsələsinə nə zaman ehtiyac olmayacaq? Müəllimlərin əməkhaqqısı nə zaman onlara ancaq tədrislə məşğul olmaq imkanı yaradacaq? Enerjili, bilikli və olduqca məhsuldar olan müəllimləri nədən 65 yaşında təqaüdə göndərirlər? və s. və s. Bu suallar ona görə ortaya çıxır ki, təhsil sisteminin strukturunda edilən dəyişikliklər müəyyən hazırlıqlar görülmədən, bəzən isə lazım olmadan həyata keçirilib. Nəticə də göz qabağındadır.
5) İndi bu kurikulum məsələsindən çox danışılır. Təhsil sisteminin məmurlarının bir çoxu bizi kurikulumun zəruri, vacib olduğuna inandırmağa çalışır. Doğrudan da bu sistem təhsili elmi əsaslarla daha yaxşı qurmağa kömək edə bilər. Amma nə zaman? O zaman ki, əvvəl bu sistemi həyata keçirən müəllim komandasına malik olaq və ikinci də bu kurikulumlar daha təkmil, milli xüsusiyyətləri nəzərə alaraq hazırlansın. Yoxsa, indiki vəziyyəti yada salanda mənim yadıma aşıq alının bir misrası düşür: “ipək sapa halqa salma dəmirdən”.
Təhsildə repititor şəbəkəsinin günü – gündən güclənməsinin ən mühüm səbəblərindən biri də təhsil sistemində ciddi radikal dəyişikliklərin edilməsidir. Əvvəllər şagirdini ən birinci, təbii repitotoru onun valideynləri olurdu. Çünki təhsil sistemində bir ənənəvilik var idi. Valideyn öz uşağına kömək edə bilirdi. İndi bu əksər hallarda mümkün deyil.
6) İndi əksər ciddi alimlər ali məktəblərdə aiditoriyaya girib dərs demək istəmir. Bunun iki əsas səbəbi var. Ən başlıca səbəb tələbələrin tədrisə həvəssiz yanaşması, başqa sözlə desək dərs oxumamasıdır. İndi ən ciddi sosial bəlalarımızdan biri ali məktəbdə tələbələrin əksəriyyətinin təhsilə etinasızlığıdır. 120, 150, 200 balla ali məktəbə girən tələbədən nə gözləmək olar? Yaxud əzbərləmə yolu ilə yüksək bal toplayandan nə gözləyəsən? Amma tələbələrin oxumamasının, zəif nəticə göstərməsinin əsas səbəbi, onların aldığı təhsilin gələcək karyeralarında həlledici rol oynamamasıdır. İkinci mühüm səbəb isə müəllimin əməyinin maddi olaraq olduqca aşağı səviyyədə qiymətləndirilməsidir. Həmin vəziyyət bəzi müəllimləri semestrin sonunda qeyri-qanuni əməllərə sürükləməyə səbəb olur. Bu isə təhsil sisteminə öldürücü zərbə vurur. Nəticədə ciddi alimlərimiz ali məktəblərdə tədris prosesinə qoşulmur ki, bu da çox pis haldır.
7) İndiki zaman ali təhsil almaq bir sosial bəlaya çevrilib. Çünki, ölkədə insanlara qabiliyyətinə görə yox, diplomuna görə üstünlük vermək halları çoxdur. Ali təhsil almayanlar ictimai qınaq hədəfindədir. Təsəvvür edin, hər il orta məktəbi qurtaranların az bir hissəsi ali məktəblərə daxil olur. Qalan hissə müəyyən bir psixoloji zərbə alır. İmtahandan keçə bilməyənlərin bəziləri hətta özlərini öldürürlər. Qalanları isə iş tapa bilmir. Belə gənclərin bir hissəsi mənəvi sınaraq həyat barədə xəyal qırıqlığına uğrayır. Digərləri kriminal aləmə qatılır, bir başqaları fanatik dindarların əlinə keçərək həyatını məhv edir. Əslində orta məktəbi qurtarıb həyata atılan, ali məktəblərə girə bilməyən gənclərdən ibarət sosial qrup ciddi qayğı və nəzarət içərisində olmalıdır.
8) Biz hələ təhsil müəssisəsinə daxil olan körpələrə orta statistik baxımdan baxır, onların hər birinin ayrıca bir xüsusiyyətə malik fərd olmalarının qeydinə o qədər də qalmırıq. Halbuki, hər bir uşaqla elə ilk gündən məşğul ola bilsək, onun potensialının müəyyən edilməsi sahəsində qiymətli məlumatımız olar.
Biz həmin uşaqla məqsədyönlü şəkildə məşğul olar, onun vətən üçün bəlkə də fövqalədə dərəcədə əhəmiyyətli bir vətəndaş olaraq yetişməsinə kömək edə bilərik. Bu gün körpələrin qabiliyyət və istedadlarının, təyinatlarının erkən vaxta və kütləvi şəkildə öyrənilməsi sahəsində fəaliyyət yoxdur. Halbuki istənilən məktəb öz kontingentinin xüsusiyyətlərini yaxşı öyrənə bilsə, onları optimal şəkildə qruplaşdıra bilər ki, bu da daha uğurlu fəaliyyətə kömək edər. Ola bilsin ki, müxtəlif qabiliyyətə malik uşaqlar ayrı-ayrı məktəblərdə məşğul olsunlar. Bu zaman Təhsil sistemi avtobus şəbəkəsi məsələsini həll etməlidir ki, bir məhəllədə yaşayan uşaq məktəb avtobusu ilə şəhərin başqa tərəflərində təhsil ala bilsin.
9) İndiki təhsil sistemimiz sovet dövründən üzü bu yana daha çox yaradıcı yox, əzbərçi kadrlar hazırlayır. Şagirdlərdə belə təsəvvür yaranır ki, onların əsas işi, hansısa bilikləri daha çox yadda saxlamaq, nəql etməkdir. Bəlanın böyüklüyü ondadır ki, bu ənənə ali məktəblərdə, aspiranturada, doktoranturada da davam edir. Bizim bir çox elmlər doktorlarımızın əsərləri əsasən icmal prinsipi ilə hazırlanıb. Təsəvvür edirsinizmi, biz ğözləyirik ki, dahi insanlarımız, tarixi abidələrimiz barədə xarici ölkə mütəxəssisləri yazsın, biz də onlara istinad edək. Bu düşündürücü və üzücü bir haldır ki, uzun illərdir ki, misal üçün, nizamişünaslıqda ən mötəbər mənbə Y. Bertelsdir.
Hətta M. Şaqinyanın belə Nizami ilə bağlı yazdığı kitab bizim bir sıra alimlərimizin yazdığından daha mötəbər mənbə sayılır. Əslində uşaq baxçasından, ibtidai siniflərdən belə, hər bir körpənin yaradıcılıq potensialı üzə çıxarılmalıdır. Onlara yaradıcı şəkildə düşünməyi öyrətmək lazımdır.
Əmək dərslərinə olduqca geniş yer verilməli və bu dərslərdə diqqətlə şagirdin qabiliyyətlərinin üzə çıxmasına çalışmaq lazımdır. Yaxşı olar ki, bu zaman əyani vasitələr kimi milli oyuncaqlardan, ornamentlərdən, sənətkarlıq nümunələrindən və s. istifadə olunsun. Elə bu əmək dərslərində şagirdlərə müəyyən peşələrin əlifbasını öyrətmək, sonradan onları peşə məktəblərinə yönləndirmək olar. Bütün bunları fəaliyyətə çevirə biləcək təhsil verənlərimiz- müəllimlərimiz varmı? Onlar bu problemləri həll etməyə qadirdirlərmi? Müəllim hazırlığı respublikamızda hansı səviyyədədir?. Bu baxımdan müəllim hazırlayan təhsil müəssisələrinin statusu dəyişməli, imkanları artırılmalıdır.
10) Bizim təhsil sisteminin şagirdlərə dillər öyrətməsi arzu olunmayan bir haldadır. Şagirdlərimiz öz maraq yönümündən, qabiliyyətindən asılı olaraq müxtəlif dilləri yaxşı öyrənməli, ali məktəb tələbələrimiz isə bu dilləri daha mükəmməl şəkildə mənimsəməlidir. Misal üçün, bizim ədəbiyyat, tarix üzrə mütəxəssislərimiz ərəb, fars dillərini bilmirlərsə, orta əsr mənbələrini həmin dillərdə oxuya bilmirlərsə, onları nə cür mütəxəssis hesab etmək olar?
Deməli bizim orta əsr mənbələrimizi yəhudilər, ingilislər, almanlar, ruslar və s. öz maraqlarına uyğun olaraq öyrənəcəklər və kitablar yazacaqlar, bizimkilər də onlara istinad edərək öz milli-mənəvi köklərimizi başqalarının milli maraqları çərçivəsində öyrənəcəyik? Bu faciə deyil? Uzun illərdir ki, belə davam edir. Yuxarıda misal çəkilən Y. Bertels, M. Şaqinyan misalı da bu prosesin nəticəsidir.
11) Orta məktəblərdə din, dini dəyərlər, dini kitablar barədə ətraflı məlumat verilməlidir. Şagirdlərin mənəviyyatında iman amilinin mühüm yer tutmasına çalışmaq lazımdır. Bütün tarix göstərir ki, imanla intellekt qarşılıqlı olaraq inkişaf etdikdə şəxsiyyət daha mükəmməl olur və cəmiyyət üçün daha faydalı olur. İntellektli insanda iman olmayanda vəhşilik, imanlı adamda isə intellekt inkişaf etmədikdə cəhalət başlayır. Milli təhsil sistemi imanla intellektin vəhdətdə inkişaf etməsinə nail olmalıdır. Bu gün bizim əsas dini dəyərləri intellektual baxımdan izah edən kitablarımız, tədris proqramlarımız və bu sahədə ciddi pedoqoqlarımız olmalıdır. Belə olduqda biz bir tərəfdən daha mükəmməl şəxslərin yetişməsinə nail olarıq, digər tərəfdən isə böyüməkdə olan yeni nəslin dini fanatiklərin təsiri altına düşməsinin qarşısını alarıq. Eyni zamanda həmin yeni nəsil ölkədə həqiqi dini dəyərlərin formalaşmasına, fanatizmə, cəhalətə qarşı mübarizədə mühüm işlər görə bilərlər.
12) Indiki vaxtda təhsil sistemimizdə təcili yerinə yetirilməsi vacib olan məsələlərdən biri də şagirdlərə peşələr, ixtisaslar barədə lazımi məlumat verməkdir. Orta məktəbin aşağı siniflərindən başlayaraq, yuxarı siniflərədək müxtəlif ixtisaslar haqqında, onların xalqımız üçün əhəmiyyəti, karyera baxımından prespektivləri barədə daha ətraflı məlumat verilməlidir. Bu günkü məktəbli əksər hallarda peşə seçimində ciddi səhvlər edir ki, bu da onun bütün həyatını məhv edir.
13) Təhsil sistemimizdə ən ciddi problemlərdən biri də test sistemi ilə qəbullla bağlıdır. Test sisteminin mövcudluğu Azərbaycanda ən çox qəbul imtahanı zamanı müəllimlərin subyektivliyinin, bu zaman baş verən neqativ halların qarşısının alınması ilə bağlıdır. Nəticə isə arzu olunan səviyyədə deyil. Test sisteminin mövcudluğu şagirdləri əzbərçiliyə məcbur edir. Repititor şəbəkəsinin günü gündən artmasına, məktəbdəki dərslərin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Şagirdlərin böyük bir hissəsi ali məktəblərə arzu etmədikləri ixtisaslar üzrə qəbul olunurlar. Əslində isə ali məktəblərə qəbulu daha məzmunlu və təkmil çəkildə aparmaq olar. Şagirdi ali məktəblərə orta məktəblərin özü illər boyu qabiliyyətini nəzərə alaraq seçsə daha yaxşı olar. Bu cür seçim mexanizminin qurulması üzərində düşünməliyik. Təhsil sistemimiz milli dəyərlər baxımından təkmilləşərsə belə bir mexanizm də yaranacaqdır. Təhsil sistemi təkmil olsa sistem özü şagirdləri qabiliyyətlərinə görə paylaşacaqdır. Qəbul imtahanı subyektivliyin qarşısı alınması üçün ciddi tədbirlər görülməlidir.
14) İndi Ordumuzun zabitləri hərbi çağrışçıların orduya hazırlıq səviyyəsindən narazıçılıq edirlər. Şagirdlər, xüsusilə də oğlanlar eyni zamanda lap aşağı sinifdən mənəvi və praktik olaraq orduya hazırlanmalıdırlar. Hərbi xidmət keçməyənlərin sonradan dövlət məmuru olması yolverilməz hal olmalıdır. Türkiyədə olduğu kimi, hərbi xidmətdə olmayan gənc oğlan cəmiyyət, hətta qızlar tərəfindən belə ciddi qarşılanmamalıdır.
15) İndiki vaxtda müxtəlif rayonlarımızdan gəlib ali məktəbə daxil olan tələbələrin ən ciddi problemlərindən biri mənzil məsələsidir. Bakıda bu qədər ciddi tikinti bumu olduğu zaman belə sahibkarlar yataqxana tikmək istəmədi. Çünki onlar hamısı qoyduğu pulu tez götürmək istəyir. Nəticədə, ali məktəb tələbəsi ya kirayədə qalmağa böyük pul xərcləməlidir, yada ki, keyfiyyətsiz mənzillərdə qalıb müxtəlif xəstəliklərə mübtəla olmalıdır, yaxud dərsə getməyib kirayə haqqını ödəmək üçün gecə-gündüz işləməlidir.
16) İndiki dövr elmi idarəetmə dövrüdür. Bir mərtəbəli evi belə elmi əsaslandırılmadan tikdikdə xeyli problemlər, bəzənsə bədbəxt hadisələr baş verir. Hər hansı bir sosial xarakterli sistemin də idarə olunması yalnız və yalnız o zaman uğurlu ola bilər ki, o idarəetmə hansısa ciddi, sosial sistemin mahiyyətinə uyğun elmi nəzəriyyə əsasında həyata keçirilsin. Təhsil sistemində olduqca ciddi sosioloji xidmət sahəsi olmalıdır. Bu təhsil sistemini bir idarəetmə obyekti kimi daha ətraflı öyrənib mövcud problemləri, onların səbəblərini, problemləri aradan qaldırma yollarını öyrənib təkmilləşdirməyə xeyli kömək edə bilər. Olduqca ciddi elmi təhlillər, proqnozlar əsasında hazırlanmış Elmi Təminat Paketi hazırlanmalıdır.Formal yox, təhsilimizin ilbəil daha yaxşı nəticələr verəcəyinə təminat verən bir paket.
1. Artıq Təhsil sistemi qarşısındakı vəzifələrin artması zərurəti yaranmışdır.30 il əvvələ qədər yeni nəslin yetişməsində, düzgün istiqamətləndirilməsində məktəblə bərabər ailə və cəmiyyət də mühüm rol oynaya bilirdi. Çox təəsüf ki, indiki zamanda ailələrdə və cəmiyyətdə gərginlik xeyli artmışdır. Artıq ailə və cəmiyyət təhsil sahəsində əvvəlki pozitiv rolunu oynaya bilmir. Ailələrdə və cəmiyyətdə vəziyyətin qısa zamanda yaxşılaşdırılması mümkün iş deyil. Deməli yeni nəslin daha keyfiyyətli, milli müstəqil dövlətə layiq səviyyədə yetişməsi üçün məktəbin öhdəsinə daha çox vəzifələr düşür.
2. Qəbul olunmuş Təhsil Strategiyasında əsas məqsəd ümumən “dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır”. Strategiyanin irəli sürdüyü bu müddəa ölkədə müasir tələblərə cavab verən, öz konkret movqeyi olan təhsil sisteminin qurulmasını bir məqsəd olaraq qarşıya qoyur. Sosial idarəetmə mütəxəssisləri, eləcə də təcrübəli insanların çoxu bilir ki, başqalarını yamsılamaqla, başqalarından hazır inkişaf modelləri götürməklə qabaqcıl mövqeyə çıxmaq mümkün deyil. Bunun üçün ölkənin, xalqın öz mahiyyətindən, xüsusiyyətlərindən, tarixi potensialından istifadə edərək dərin elmi təhlillər əsasında inkişaf modelləri hazırlamaq və həyata keçirmək lazımdır.
Təhsil sistemimiz məhz o zaman qabaqcıl mövqedə hesab edilə bilər ki, ölkəmizin və ümumiyyətlə yer üzünün tərəqqisinə kömək edə biləcək yüksək ixtisaslı kadrlarını yetişdirə bilsin. Təhsil sisteminin mükəmməllilik dərəcəsi, meyarı yalnız və yalnız onun ölkənin tərəqqisinə xidmət edən kadrların nə dərəcədə və nə qədər yetişdirməsi ilə müəyyənləşə bilər. Buna nail olarıqsa o zaman artıq bizim təcrübəmiz başqaları üçün maraqlı olacaq.
Davamı var. (2 – ci hissədə Milli Təhsil Sistemini qurmaq üçün konkret model təklif ediləcəkdir.)
Əhməd Qəşəmoğlu- sosioloq, BEA – nın professoru
Rusiya Milli Təhlükəsizlik Konsepsiyası: məzmunu və strukturu
Rusiyanın formalaşması demokratik dövlət, hüquqi və federal, siyasət, cəmiyyət və digər sahələrdə bir çox dəyişikliklər səbəb. Bu yeni mühitdə bazar iqtisadiyyatında iştirakını və dünyada baş verən digər proseslər ölkənin maraqlarına tam yenidən qiymətləndirilməsi etdi. dövlət və onun vətəndaşlarının mövcudluğu təhdidlərin geniş təsiri altında bu gün. Bu mövzuda dekabr 1997-ci ildə təsdiq edilmişdir ki, Milli Təhlükəsizlik Konsepsiyası Rusiya Federasiyasının. 2000-ci ildə o, prezident tərəfindən redaktə edilmişdir. Bu sənəd strateji məqsəd və prioritetlərini siyasəti qarşısında duran və xarici, eləcə də daxili təhlükələrdən millətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz hərəkətləri rəhbər əks etdirir.
sənəd strukturu
Milli Təhlükəsizlik Konsepsiyası Rusiya Federasiyasının dörd bölmədən ibarətdir:
Onların dünyada ilk rus mövqeyi qarşıdurma sonu biopolyarnoy dövrünün sonra tələb edir yerə tərəfindən müəyyən edilir səciyyələndirir. Həmçinin, dominant dünya tendensiyaları təyin, onların siyasi və iqtisadi mövqelərini gücləndirmək üçün bir çox məsələlər üzrə ölkələrin dərnək ilk növbədə diqqət. sənəd və Qərb hakim olacaq beynəlxalq əlaqələrin qurulması ilə bağlı öz mövqeyini bu hissəsində çıxarılan, lakin lider yenə qalır Amerika Birləşmiş Ştatları. Bu quruluş əsasən hərbi qüvvələri tərəfindən dünyada yaranan problemləri həll etmək üçün nəzərdə tutulmuşdur, və rəsmi hüquq dəyirmi almaq lazımdır. Əlbəttə, Rusiya eyni zamanda olmayacaq kənarda qalır. öz maraqları təhlükəsizlik problemlərinin əksəriyyəti digər dövlətlərin maraqları ilə üst-üstə düşür.
İkinci bölmədə bir millət kimi Rusiyanın maraqlarına müəyyən edir. onların uzunmüddətli məqsəd və ictimai-siyasi məqsədləri əsasında müəyyən edilir. məlumat, iqtisadi, sosial, siyasi, hərbi, beynəlxalq, ətraf mühit və sərhəd: Rusiyanın milli təhlükəsizlik konsepsiyası aşağıdakı sahələrdə onları məhdudlaşdıran, bu maraqların məzmunu müəyyən edir.
Üçüncü bölmə onlar sonradan təsir ölkənin üzləşdiyi təhlükələrə və həyat həmin ərazilərdə, siyahıları. Onların əksəriyyəti ilk kəskin zəngin və yoxsul daxil zümrələri cəmiyyətin ictimai həyatını təsir işsizlik artır. Rusiya Milli Təhlükəsizlik Konsepsiyası ekoloji tənəzzül, tükənməsi vurğulayan bioloji resursların. Due mövcud vəziyyət və eyni zamanda resursları qorumaq texnologiyalarından istifadə müəyyən qanunların olmaması da sənayesinin daimi inkişaf edir. ətraf mühit üçün, həm də həyatın digər sahələri üçün deyil, yalnız xarakterik olan dövlət, səmərəsiz iqtisadi və hüquqi mexanizmləri nəzarətin olmaması kimi şeylər.
Milli Təhlükəsizlik Konsepsiyası dördüncü bölmə siyasətçilər üzləşdiyi xüsusi tapşırıqlar müəyyən edir:
– mümkün təhdidlərin proqnozlaşdırmaq və onlara müəyyən vaxt lazımdır;
– Bütün xalqlar arasında dostluq münasibətlərinin formalaşdırılması;
– Yerli hökumət və digər işinin təkmilləşdirilməsi.
ölkənin təhlükəsizliyini təmin etmək alt iş
Rusiyanın milli təhlükəsizlik konsepsiyası müəyyən bir müddət meydana gələn problemlərin təhlilinə əsaslanır. Buna görə də, bu sənədin yaradılması ölkənin təhlükəsizliyinin təmin edilməsi, ictimai informasiya mərkəzləri və xüsusi alt çox gərgin iş tələb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər toplusu də insanları yalnız dövlət tərəfindən dəstəklənmir, amma edilməlidir.
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası: Sənəddə nə dəyişilməlidir?
2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Konsepsiyanın bir sıra müddəaları artıq yeni reallıqları əks etdirmir. Sənəddə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçinin ATƏT-in Minsk qrupu olması və s. köhnəlmiş müddəalar mövcuddur. Belə olan halda Konsepsiyanın dəyişdirilməsinə ehtiyac varmı və Azərbaycanın milli təhlükəsizliyinə dair yeni sənədi kim hazırlamalıdır?
Yenisabah.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli xatırladıb ki, Milli Təhlükəsizlik Konsepsiyası ilə bağlı 2007-ci ildə Prezidentin sərəncamına paralel 2 fevral 2021-ci ildə Azərbaycanın Sosial İqtisadi İnkişafına dair Milli Prioritetlər qəbul edilib.
“Bu iki sənəddə üst-üstə düşən məqamlar nədir? Əvvəla, Mili Priotitetlər imkan verməlidir ki, dayanıqlı, artan, rəqabət qabiliyyətli iqtisadiyyatımız və inklüziv, ədalətli cəmiyyətimiz olsun, innovasiyalar məkanı yaradılsın. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”la bağlı bundan əvvəlki konsepsiyada bununla bağlı yalnız vəzifələr ortaya qoyulurdusa, indi ümumi vəzifələr qoyulmalıdır.
Konkret olaraq “Böyük Qayıdış” məsələsi öz həllini tapmalıdır. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2020-ci ilə qədər bölgədə Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan üzərində həyata keçirilirdi, təxminən 1 milyona yaxın məcburi köçkün və qaçqın ordusu vardı. İndi təhlükəsizlik mühitini işğal altındakı torpaqların azad edilməsi anlayışı dəyişdi. “Böyük Qayıdış” Milli Prioritetlərdə müəyyən edilib və təhlükəsizlik mühiti çərçivəsinə daxil olub.
Beynəlxalq aləmdə hibrid müharibəş dönəminə qədəm qoymuşuq. Bu dönəmdə isə Ermənistanla bir sıra beynəlxalq məhkəmələrdə, o cümlədən mədəni soyqırımı müstəvisində mübarizə aparmağa məcburuq. Konsepsiyaya terrorçuluqla bağlı hissə də təşkil edilib. Baxmayaraq ki, əvvəlcə də bu anlayış nəzərdə tutulmuşdu. Amma sartıq ümumi şəkildən konkret faktlarla izah etməli oluruq. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın 4-cü bəndinə əməl olunmayıb. O bənddə əsasən, Rusiya sülhməramlıları daxil olarkən ona paralel bölgəni erməni silahlıları tərk etməlidir. Azərbaycan qanunvericiliyinə görə, bölgədəki silahlılar terrorçu hesab olunurlar.
Nəhayət, Qoşulmama Hərəkatı prizmasından bir bənd əlavə olunmalıdır: bölgədə, artıq postmüharibə reallıqlarına uyğun əməkdaşlığı təşviq edirik. Real olaraq Qafqaz və yaxud bəzi əməkdaşlıq modelləri üzərində konseptual iş aparırıq.
Düşünürəm ki, burada qeyri-qanuni miqrasiya, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan alveri, narkotiklə bağlı onun daşınması, istifadəsi, ümumi qaçaqmalçılıq və s. olmalıdır. Məni narahat edən bir məsələ də minalarla bağlı olan bir məsələlərdir. Eyni zamanda, atılmış formada çoxlu sayda müxtəlif silah növləri var. Bu məsələ də Milli Təhlükəsizlik Konsepsiyasında əlavə olunmalıdır.
Çox önəmli məsələlərdən biri də kommunikasiyalarla bağlı hissədir. Çünki dezinformasiya dövlətlərin sütununu, milli təhlükəsizliyini və bilavasitə müstəqilliyini təhdid edir.
Artıq Türkiyə ilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığımız var. 2007-ci ilin reallıqları fərqli olub. Hətta Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə 2010-cu ildə imzalanıb. Yəni həmin konsepsiyanın imzalanmasından 3 il sonra. Artıq 2021-ci ilin 15 iyununda Şuşa Bəyannaməsinin imzalanması, daha sonra bu il həmin bəyannamənin qanunverici orqanlar tərəfindən təsdiqindən sonra artıq regional təhlükəsizliklə bağlı doktrinalarımız dəyişdi və çox genişləndi”.
Rafi Müslümov
Comments are closed, but trackbacks and pingbacks are open.