Press "Enter" to skip to content

Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Cehiz əmlak qətnamə

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Boşanmaq istəyənlər məhkəməyə müraciət etməsin – Yeni qanun

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Mart 27, 2019 – 09:59

!Reklam – Yazi

Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur.

Yenicag.az-ın məlumatına görə, bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” qanunda öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq. Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər – nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər. Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər. Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər. Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova da boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib. Xatırladaq ki, Azərbaycanda 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır?

Məlum olduğu kimi, boşanma zamanı tərəflərin mübahisələndirdiyi əsas məsələlərdən biri əmlakın bölgüsüdür. Ər-arvad ayrıldıqdan sonra daşınar əmlak hesab olunan qızıl-zinət əşyalarının və cehizin kimin sərəncamında qalması hər zaman aktual məsələ olaraq ortaya çıxmaqdadır.

Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.

Hüquqşünas bildirib ki, “ilk növbədə birgə mülkiyyətçilərin mahiyyətini dəqiqləşdirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmçinin, Məcəllənin 225.4-cü maddəsinə uyğun olaraq, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.

Bu baxımdan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

VERGİLƏR

Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin (əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlər) orta illik dəyəri, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri hüquqi şəxslərin vergitutma obyektləridir.

Əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödənilməlidir. Əmlak vergisinin bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və əmlak vergisi üzrə cari vergi ödəmələri Vergi Məcəlləsinin 201.3 maddəsinə əsasən, əvvəlki ildəki (yeni yaradılmış və cari ildə əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra həmin əmlaka görə hesablanmalı olan illik) əmlak vergisi məbləğinin 20 faizi həcmində hər rübün 2-ci ayının 15-dən gec olmayaraq ödənilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilməli və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Əmlakın qalıq dəyəri dedikdə, əsas vəsaitlərin ilkin dəyərindən həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyəri başa düşülür. Əmlakın orta illik qalıq dəyərini hesablamaq üçün avtonəqliyyat vasitələri istisna olmaqla müəssisənin əmlakının ilin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Misal 1: “A” MMC-nin balansında olan əmlakın ilin əvvəlinə qalıq dəyəri 145.000 AZN, əmlakın ilin sonuna qalıq dəyəri 168000 AZN olmuşdur.

Orta illik qalıq dəyəri = (145.000 + 168000)/2 = 156500
Əmlak vergisi = 156500 * 1% = 1565 manat

Hüquqi şəxs hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal 2: Müəssisə 2021-ci ilin may ayında yaradılmış və həmin aydan əmlak vergisinin ödəyicisi olmuşdur. Onun yaradıldığı tarixə əmlakının qalıq dəyəri 60.000 manat, ilin sonuna qalıq dəyəri isə 68.000 manat təşkil etmişdir.

Əmlak vergisi= (60.000+68.000)/24*7*1%=373.33 manat

Hüquqi şəxs hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Misal 3: Müəssisəsə 2021-ci ilin oktyabr ayında ləğv edilmişdir. Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 142000 manat, ləğv edildiyi tarixə 128000 manat təşkil etmişdir.

Əmlak vergisi=(142000+128000)/24*9*1%=1012.5 manat

Qeyd: Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi vergi orqanlarına ləğvetmə balansını təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Məcəlləyə əsasən, müəssisənin balansında olan bəzi aktivlərə əmlak vergisindən azadolma və güzəştlər tətbiq edilmişdir:

• Mexaniki nəqliyyat vasitələri;

• Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla);

• Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu fəaliyyət üzrə istifadə etdikləri əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

• KOB klaster şirkətlərinin əmlakı fəaliyyətində istifadə etdiyi əmlaklara görə 2019-cu ildən başlayaraq 7 il müddətinə;

• İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlakına görə 2019-cu ildən başlayaraq 7 il müddətinə;

• Təhsil, tibb, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektləri;

• Ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlər.

Comments are closed, but trackbacks and pingbacks are open.