Molla Nəsrəddin lətifələri
Molla Nəsrəddin deyir:
Molla Nəsrəddin
Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?
Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.
Molla Nəsirəddindən soruşurlar:
— Molla, qabaqdan qış gəlir, qışa nə hazırlayırsan?
Molla deyir:
— Qar,boran, bir də üşümək.
Bir gün, Molla Nəsrəddinin evinə ogru girib, evi axtarmağa başlayır. Birdən arvad deyir:
— Ay kişi, evə ogru girib qalx, qalx da, deyirəm.
Molla əliylə arvadın ağzını tutub, yavaşca deyir:
— Ay arvad, sakit dur, bir şey tapsa, əlindən alarıq.
Bir gün, Molla meşədə odun qırarkən, əl-ayağının soyuduğunu görüb, uzanır yerə. Bir neçə saatdan sonra, çobanlar onu orada görüb, kəndə xəbər aparırlar. Camaat tabut-zad götürüb gəlir ki, Mollanın ölüsünü aparsın. Bəli, ədəb-ərkanla kişini tabuta qoyub götürürlər.
Yolun bir yerində getdikləri yol iki yerə ayrılır. Adamların arasındamübahisə düşür. Bir neçəsi deyir: «O yol ilə gedək». Mübahisənin çox uzun sürdüyünü eşidən Molla Nəsrəddin tabutdan başını qaldırıb deyir:
— Mən, diri vaxtımda həmişə bu yol ilə gedərdim.
Bir gün Molladan soruşurlar:
— Molla, hansı bürcdənsən?
Molla cavab verir:
— Keçi bürcündən.
— Ay Molla, keçi adlı bürc yoxdur axı.
Molla deyir:
— Uşaqlıqda atam deyərdi ki, mənim taleyim oğlaq bürcündədi. İndi mən böyüyüb, yekə kişi olmuşam. Yəqin ki, o da böyüyüb keçi olub də.
Molla bir gün, bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun başını bir neçə yerdən kəsib, yerinə pambıq yapışdırır. Mollanın gözü birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
– Molla, hara belə? Hələ başının yarısı qalıb.
Molla deyir:
– Elə hamısına pambıq əkmək olmaz ki. Yarısına da özüm yun əkəcəyəm.
Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalıga çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna.
Soruşurlar:
— Molla? bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?
Molla cavab verir ki:
— Kişinin malı gözünün qabağında olmalıdır.
İsti yay günlərindən birində, Molla uzaq bir yerdən gəlirmiş. Yolda bərk susayır. Axtarıb bir bulaq tapır. Baxır ki, bulağın gözünə bir daş tıxayıblar. Daşı çəkir ki, əyilib su içsin, su fışqırıb Mollanın üst-başını isladır. Molla daşı təzədən bulağın gözünə soxub deyir:
— Elə belə dəlisən ki, ağzını tıxayıblar da.
Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı
yoluxmağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:
— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.
Günlərin birində Molla küçəyə çıxıb görür ki, evlərinin qabağındakı meydanda bir dəstə adam yıgışıb, yaman mübahisə eləyirlər.
Adamlardan biri Mollanı görcək deyir:
— Dayanın, nahaq yerə özünüzü yormayın. Heç biriniz bilməzsiniz. Gəlin Molladan soruşaq, o bilər.
Molladan soruşur:
— Molla, sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdi, uzunu nə qədər?
Bu zaman təsadüfən küçə ilə bir cənazə aparırdılar. Molla cənazəni göstərib deyir:
— Bu sualı ondan soruşun. O, dünyanın enini də, uzununu da ölçüb gedir.
Mollaya xəbər verirlər ki, qaynanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
— Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.
Bir məclisdə, Mollanın əlinə güclə bir tar verirlər ki, gərək çalasan. Molla heç halını pozmadan tarı sinəsinə basıb, başlayır dınqıldatmağa. Ancaq bir əlilə tarı dınqıldadır, o biri əlinin barmaqlarını isə tarın pərdəsinin üstünə qoyub tərpətmir. Ona görə də heç bir şey çıxmır. Axırda adamlardan biri deyir:
— Ay Molla, tarı belə çalmazlar. Gərək o biri əlinin barmaqları ilə pərdələrin üstündə gəzəsən ki, hava çıxsın.
Molla deyir:
— Onu tar çalmağı bacarmayanlar, elə pərdəni tapmaq üçün barmaqları ilə axtarırlar. Mən tarı əlimə alcaq istədiyim pərdəni tapmışam. Daha nə axtarım?
- Teqlər:
- Molla Nəsrəddin
Molla Nəsrəddin lətifələri
-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .
-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?
-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.
-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?
-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.
Səni pozaram, özümü yazaram
Yenə də günün birində Teymur Ləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaqlar. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: “Teymur sarayındakı axmaqlar”.
Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.
Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:
-Demək sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?
-Bəli. Səndən axmağını tapa bilmədim.
Teymur dəli kimi qışqırıb soruşur:
-Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.
-Qibləyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasada çoxu axmaqdı. İndi ki, sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək ən böyük axmaq elə sən özünsən də.. .
Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:
-Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardılar, onda necə?
-Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.
-Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda demək əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.
Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:
-İndi mən sübut edəcəm ki, bu sarayda bircə axmaq var o da sənsən, onda?
-Yenə də siyahıda sənin adın olacaq.
-Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.
-İndə mən cəlladı çağırdıb sənin o dilini dibindən kəsdirsəm necə?
-Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq edib sənə sözün düzünü deməsin.
Badımcan məsələsi
Bir gün Molla Teymur Lənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi ilə deyir:
-Dünyada mənim ən çox sevdiyim şey badımcandır.
Molla Nəsrəddin deyir:
-Mənim də, qibləyi-aləm!
Biraz keçəndən sonra Teymur deyir:
-Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi yeməsəm heç yaddıma düşməz.
Molla Nəsrəddin deyir:
-Mənim də, qibləyi-aləm!
Bir azdan Teymur deyir:
-Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.
Molla Nəsrəddin deyir:
-Mənim də, qibləyi-aləm!
-Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərinimin işığı artır.
-Mənim də, qibləyi-aləm!
Naharın sonunda Teymur aşpazı çağırıb deyir:
-Bir də süfrəyə badımcan qoysanız dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.
Molla tez yediyi badımcan boranısını itələyib deyir:
-Mənim də, qibləyi-aləm, görməyə gözüm yoxdur.
-Ay Molla sən ə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?
-Bu çox aydın məsələdi, qibləyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki.. .
Sonra gözüm üstə
Bir gün Teymur Ləng Molladan soruşur:
-De görüm, məni nə qədər istəyirsən?
-Mən Molla Nəsrəddinəm, sən də qibləyi-aləm Teymur. Demək ki, mən sənin o qədər istəyirəm, nə qədər ki, Molla Nəsrəddin Teymuru isətəyə bilər.
-Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?
-Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
-Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?
Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
Molla cavab verir:
-Qibləyi-aləm sağ olsun! Sənin yolunda dənizə atlıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!
İki günlük aclığın nəticəsidir
Günlərin birində Teymur Ləngə bir yaxşı eşşək bağışlayırlar.Məclisdəkilər yalmanıb-yaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar.Məclisdə iştirak edən Molla da söhbətə qarışaraq deyir:
– Eşşəyi doğrudan da yaxşı təriflədiniz. Ancaq bu eşşəyin bir yaxşı
sifəti də var ki, onu heç biriniz görə bilmirsiniz. Mən bu gözəl heyvanda
çox böyük istedad görürəm. Bu, mənim əlimdə olsa, buna yazıb oxumaq
öyrədərəm.
Teymur çox maraqlanıb deyir:
– Əgər sən belə bir iş eləyə bilsən, hər nə istəsən mən sənə verərəm.
Molla baş əyib deyir:
– Qibleyi-aləm sağ olsun. Heç indiyə kimi görübsənmi ki, mən
dediyim şeyi eləmiyim. Eliyərəm, özü də heyvan çox kamallı, zehinli
heyvandır, öyrənər. Ancaq bunun şərti var.
Teymur deyir:
– Hər nə şərtin var, de, Molla, hər nə istəsən verəcəyəm.
Molla deyir:
– Şərtim budur ki, əvvələn, gərək mənə iki ay möhlət verəsən.İkinci, bu iki ayın ərzində eşşəyin kitab, dəftər və başqa ləvazimatxərci üçün hər gün bir qızıl pul verəsən.
Teymur razılaşıb, əmr edir Mollaya istədiyi qədər pul verirlər.
Molla eşşəyi evə aparıb dərsə başlayır, iki ay başa çatır. Axırıncı gün
camaat yığılır meydana. Hamı əyləşir, Molla da eşşəyin noxtasından tutub çəkir ortalığa. Eşşəyin qabağına bir stol qoyurlar. Molla qoltuğundakı kitabı stolun üstünə açır. Eşşək kitabı görcək dili ilə varaqlamağa
başlayır. Hər üç-dörd varaqdan sonra üzünü Mollaya çevirib anqırır. Məclisdəkilər mat-məəttəl qalırlar. Teymur çox xoşlanıb Molladan soruşur:
– Molla, hər nə istəsən verəcəyəm. Ancaq düzünü de görüm, bunu
necə öyrədibsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bir neçə ceyran dərisini kitab kimi tikib aralarını arpa ilə doldurdum. Tamam on beş gün eşşəyi beləcə arpa yeməyə öyrətdim. On beş gündən sonra təlimin ikinci hissəsi başlandı. Eşşəyi iki gün ac saxlayıb üçüncü gün dəri kitabın üstünə buraxdım. Eşşək dili ilə dəriləri qaldırıb aralarındakı arpanı yedi. Yavaş-yavaş dəri kitabı çevirib həqiqi kağızı kitab elədim. Bir ay da buna sərf elədim. Sonra başladım üçüncü dövrə. O da bundan ibarət oldu ki, bəzən qəsdən kitabın içinə arpa tökməyib boş qoyurdum. Eşşək axtarıb-axtarıb arpa olmadığını görcək anqırırdı, gətirib arpa verirdim.Beləliklə, eşşək kitabı varaqlamağı və anqırmağı öyrəndi. Bugünkü bu imtahan haman iki günlük aclığın nəticəsidir.
Arvad kimi bir şeydi
Bir məclisdə Molla Nəsrəddindən soruşdular ki:
-Molla, sən bilərsən, bu dünyada arvad çoxdu, yoxsa kişi?
-Ona görə ki, arvadlar elə arvaddı, arvad kimi bəzənib-düzənən kişilər də arvad kimi bir şeydi.
Vikiuşaq : Lətifələr/Molla Nəsrəddin
Bir gün birisi “paltarliq” şal gətirib deyir: — Molla, bunu boya. — Nə rəngə boyuyum? — Elə rəngə boya ki, ondan dünyada olmasın. — Necə yəni “dünyada olmasin?!” — Yəni nə qırmızı olsun, nə qara, nə göy, nə yaşıl, nə sarı,nə çəhrayı, nə də ki, ağ olsun. Aydındırmı? — Kefin istədiyi kimi boyayaram. — Yaxşı, nə vaxt gəlim aparım? — Elə gün gəl ki, nə şənbə olsun, nə bazar, nə bazar ertəsi, nə çərşənbə axşamı, nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü. Onda deyir bele olmaz
Deyirlər, Teymurləng ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər: — A molla, bu fil bizdә istahət qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı. Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlәr. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir: — Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Teymurləng ondan soruşur: — Molla, nə uçün gəlmisən? Molla deyir: — Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişdi, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir dişi fil də göndərəsən. Teymurləngin mollanın sözündən xoşu gəlir, ona çoxlu ən’am verir. Əmr eləyir ki, o kəndə bir dişi fil də göndərsinlər. Molla da aldığı hədiyyəni götürüb sevinə-sevinə evinə gəlir. Kəndlilər onu görüb soruşurlar: — Molla, nə oldu? Molla cavab verir: — Gözünüz aydın, filin o biri tayı da gəlir.
Bir gün Molla Nəsrəddin yolla gedərkən bir yekəpər ona arxadan bir sillə vurur başına . Molla əsəbi halda üzünü çevirir və deyir:
— Neynirsen? Zarafat edirsən?
Yekəpər.
— Yox zarafat eləmirəm!
Molla:
— Ay sagol mənimdə belə zarafatlardan xoşum gəlmir.
Bir gün Molla Nәsrәddin bir hәkimin yanına gedib deyir:
— Hәkimbaşı, bir mәni yoxla görüm dәrdim nәdir?
Hәkim Mollanın nәbzini yoxlayıb deyir:
— Dәrdiniz aclıqdır. Әylәşin, bizimlә nahar elәyin, sovuşub gedәr, qorxulu deyildir.
Molla hәkimin tәklifini qәbul edәrәk oturub möhkәm yeyir, getmәk istәrkәn hәkimә deyir:
— Hәkimbaşı, bizim evdә bu xәstәliyә tutulmuş bir neçә adam vardır. İndi ki, siz belә tez mualicә edirsiniz, mәn onları da sizin yanınıza göndәrmәyә mәcburam.
Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
— Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
— Qibleyi aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
Molla Nəsrəddindən soruşurlar:
Molla, sən bilərsən, göydə nə qədər ulduz var? Molla bir qədər fikirləşib deyir:
— Doğrusu, elə mən özüm də çoxdan istəyirəm ki, sayam, görəm nə qədərdir, ancaq bir şey varki, yerdən mümkün olmur, gərək çıxıb göydən sayam. Bunu eləmək üçün— gündüzlər vaxtım olmur, gecələr də qorxuram göydə düşəm qaranlığa, yolu azam.
bir gün şah mollanı yanına çağırıb sual verir amma suala da şərt qoyur ki əgər bilməsə çoxlu pul istəyəcəklər əgər bilsə şah ona çoxlu pul verəcək. Molladan soruşdular: —molla göydə neçə ulduz var —Molla bir qədər fikirləşib deyir: —eşşəyimin tükü qədər əgər əmin deyilsizsə onda sayın —şah onu saya bilmədiyindən pulu ona verməli olur.
Comments are closed, but trackbacks and pingbacks are open.