Müəllim üçün metodik vəsait
Dərsliyin məzmunu, metodik sistemi interaktiv təlim zəminində şagirdlərdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hissi, milli- mənəvi, ümumbəşəri dəyərlərin formalaşmasına, tolerantlıq, əməksevərlik, təbiətə qayğı kimi keyfiyyətlərin, həyati bacarıqların formalaşdırılmasına imkan verir. Mövzular üzrə təklif olunan bir çox sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır.
Səadət kamalla yetişir başa
Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü ) Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü ) .
Bəxtiyar Vahabzadə. Həyatı, yaradıcılıq yolu.
Dünya ədəbiyyatından seçmə
Çingiz Aytmatov. Həyatı, yaradıcılıq yolu.
Gün var əsrə bərabər.
Kiçik summativ qiymətləndirmə materialı.
Gündəlik planlaşdırmaya aid nümunə.
FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ
Ümumtəhsil məktəblərinin XI sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər əsas götürülmüşdür.
Dərslik və müəllim üçün metodik vəsaitdən ibarət “Ədəbiyyat” dərslik komplektində ümumi təhsilin milli konsepsiyasına uyğun olaraq tam orta təhsil pilləsində şagirdin ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməsi, əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi, onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıları icra etməsinin təmin olunması diqqət mərkəzində saxlanılmışdır.
Ədəbiyyat fənn kurikulumunun şagirdlərin mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplaması, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlaması, ədəbi nailiyyətlərə münasibət bildirmək bacarığına yiyələnməsi ilə bağlı tələblərinin reallaşdırılması üçün dərslikdə müvafiq sual və tapşırıqlar sistemi işlənilmiş, müəlimlərə metodk tövsiyələr verilmişdir. http://portal.edu.az/index .
php?r=article/item&id=194&mid=5&lang=az)
Dərslik komplekti kurikulumun tələblərinin reallaşdırılması üçün müəllimin yaradıcı, təşəbbüskar fəaliyyətinə imkan yaradır. Müəllim dərsə hazırlaşarkən, ilk növbədə sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, mətnlərlə bağlı sual və tapşırıqlardan yaradıcı istifadə etməklə dərsi hansı variantda təşkil etməyin daha faydalı olduğunu müəyyənləşdirməlidir.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə milli və bəşəri dəyərləri özündə əks etdirmiş, həqiqi vətəndaşın tərbiyəsində mühm rol oynayacaq əsərlər daxl edilmişdir, ədəbiyyatımızın fəal/interaktiv metodların və informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə öyrədilməsinə önəm verilmişdir.
Ədəbiyyat dərslərində öyrənilmək üçün əsərlər seçilərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq məktəb və rayon kitabxanalarına paylanmış kitablar əsas götürülmüşdür. Bu, şagirdlərə dərsdə ixtisarla öyrənilən irihəcmli əsərləri bütöv şəkildə mütaliə etmək və həmin kitabların girişində görkəmli ədəbiyyatşünas alimlərin əsərlə bağlı məqalələri ilə tanış olmaq imkanı verəcəkdir.
Eyni zamanda dərslikdə ixtisarla verilmiş bədii mətnlərin bütövlükdə oxusunu asanlaşdirmaq məqsədilə şagirdlər üçün hazırlanmış elektron resurs ( Ədəbiyyat . XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com . ) təlimin müsir tələblər səviyyəsində təşkilinə imkan yaradacaqdır.
Seçilmiş bədii əsərlərin ideya-məzmun baxımından demokratiya prinsiplərinə və xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan şəxsiyyət yetişdirilməsi tələbinə uyğun olması diqqət mərkəzində saxlanılmışdır .
Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları Azərbaycan ədəbiyyatının XX əsrin əvvəllərindən müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların həyatı, yaradıcılığı ilə bağlı məlumat, monoqrafik şəkildə öyrənilən bədii əsərlər, müstəqil mütaliə üçün tövsiyə olunan əsərlər, lüğətlər daxil edilmişdir.
Dərslikdəki mövzular icmal və monoqrafik mövzular olmaqla iki qrupa ayrılır. Müəyyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər dövrünün ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcılığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini güdür. Ədiblərin həyatı, yaradıcılıq yolu ilə bağlı dərslikdə verilən zəruri məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir.
Dərslikdə düzgünlük, əyanilik, tərbiyəedicilik , tamlıq, ardıcıllıq, yaş səviyyəsinə uyğunluq , təlim vaxtına uyğunluq, oxunaqlılıq, inkişafetdiricilik, inklüzivlik, inteqrativlik pedaqoji prinsipləri gözlənilmişdir:
Dərslikdə ədəbiyyat təliminin öyrədici/ inkişafetdirici, tərbiyəedici funksiyası diqqət mərkəzində saxlanılmış, zəruri şərhlərlə yanaşı, XX əsrin əvvəllərindən müasir dövrədək ədəbiyyatımızın inkişaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi, ədəbi bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün şagirdlərin müstəqil fəaliyyətinin metodik baxımdan təşkili yolları müəyyənləşdirilmişdir. Dərsliklə iş zamanı informasiyanın axtarılması və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin müstəqil araşdırıcılıq fəaliyyətinin tərkib hissəsi kimi yanaşılmışdır. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, tədqiqetmə, bədii əsər üzrə ideya və problemlərin ümumiləşdirilməsi və təqdim olunması, gerçəklikdə baş verən hadisələrin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin formalaşdırılmasına imkan yaradır.
Dərsliyin məzmunu, metodik sistemi interaktiv təlim zəminində şagirdlərdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hissi, milli- mənəvi, ümumbəşəri dəyərlərin formalaşmasına, tolerantlıq, əməksevərlik, təbiətə qayğı kimi keyfiyyətlərin, həyati bacarıqların formalaşdırılmasına imkan verir. Mövzular üzrə təklif olunan bir çox sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır.
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyasında ( Azərbaycan MEA-nın Rəyasət Heyətinin qərarı. № 14/1.23 sentyabr 2015-ci il) Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər diqqət mərkəzində saxlanılmışdır. Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Hər təlim materialları üzrə iş aşağıdakı metodik sistem üzrə həyata keçirilir.
– Maraqoyatma (motivasiya) Ev tapşırığının seçmə yolla, yığcam müzakirəsi motivasiyanın ilk mərhələsi kimi reallaşdırılır. Bu zaman əvvəlki mövzu ilə yeni mövzu, problem üzrə əlaqələndirilir, yeni bilik və bacarıqların mənimsənilməsi, müstəqil, yaradıcı fəaliyyəti üçün üçün zəmin yaradılır. Öyrəniləcək mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş problemə ilkin münasibətini aşkara çıxarmağa, mövzunu həyatla əlaqələndirməyə imnkan yaradan müxtəlif suallar qoyulur, müzakirə aparılır. Motivasiyanın bilavasitə davamı kimi, şagirdlərin fəal iştirakı ilə a raşdırılacaq problem üzrə tədqiqat sualı müəyyənləşdirilir.
– Araşdırma. Tədqiqat sualı üzrə araşdırma aparılması üçün müxtəlif sual və tapşırıqlar verilir. Həmin işlər f ərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir. Verilən sual və tapşırıqlar mətn üzrə öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək və onlara münasibət bildirmək məqsədi daşıyır.
Araşdırma zamanı həm icmal, həm də monoqrafik mövzular üzrə istiqamətləndirici mətnlərdə ədəbi dövr, sənətkarın həyat və yaradıcılığı, əsərin təhlili ilə bağlı yönləndirici açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə iş, müstəqil fəaliyyət zamanı dərinləşdirilməsi və zənginləşdirilməsinə ehtiyac duyulan məsələlər qeyd edilir..
– Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya, müxtəlif mövqelərin aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır.
– Yaradıcı tətbiqetmə. Mövzu üzrə öyrənilənləri möhkəmləndirmək, yeni materialü zərində tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
– Nəticə və ümumiləşdirmə. Şagirdlərə verilən sual və tapşırıqlar mövzu üzrə ə ldə olunan yeni biliklərin ümumiləşdirilməsinə, nəticə çıxarılmasına xidmət edir. Müəllimin istiqamətləndirici sualları şagirdlərin müstəqil şəkildə ümumiləşdirmə aparmağz və nəticə çıxarmağa yönləndirir.
– Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs ərzində fərdi qiymətləndirmə kitabçasında apardığı qeydlər əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır. Yeni biliyin mənimsənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir.
– Evdə iş. Araşdırma şagirdlərin e vdə, kitabxanada mənbələrlə iş, müstəqil tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilir. Sual və tapşırıqlar yaradıcı, tətbiqedici xarakteri daşıyır, onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilməsinin zəruriliyi diqqətə çatdırılır.
Müəllim üçün metodik vəsait
XI sinif dərsliyində təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti, mühüm əhəmiyyət kəsb edir. Bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı , müxtəli vəzn və janrlarda irihəcmli əsərlərin, icmal mövzularının tədrisindəki müəyyən çətinliklər təlim prosesində müəllimin istiqamətverici şərhlərinə xüsusi diqqət yetirilməsini tələb edir.
XI sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi
Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.
Müəllim üçün metodik vəsait
7
Müəllim üçün metodik vəsait
Müəllim üçün metodik vəsaitdə təlim materiallarının mənimsənilməsi və müva-
fiq fəaliyyət növlərinin tətbiqi üzrə iş dərsliyə uyğun olaraq, üç əsas metodoloji
mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni
biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin
mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti mühüm əhə-
miyyət kəsb edir. Belə ki, bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəlif
janrlarda irihəcmli əsərlərin, icmal mövzularının qavranılmasında yarana bilən
müəyyən çətinliklər təlim prosesində müəllimin yönləndirici şərhlərinə xüsusi
diqqət yetirilməsini tələb edir.
XI sinif üzrə məzmun standartları və təlim nəticələri
XI sinfin sonunda şagird:
ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranıl-
ması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə etməyi bacarır;
müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu
qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini
aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir,
bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə
münasibət bildirir;
çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii
xüsusiyyətlərinə görə təhlil edir;
şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan
(nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxa-
rır;
müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına müna-
sibətini tutarlı dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr apar-
maqla əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.
Ədəbiyyat
və həyat həqiqətləri
Şagird
:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (hekayə,
povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin
mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavra-
nılması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr
arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tər-
tib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
8
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman,
dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslan-
dırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, mürəkkəb süjetli və kompo-
zisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə,
metafor, metonimiya, sinekdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii
təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli əsərləri (poema,
hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından
təhlil edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və
əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə
bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslan-
dırılmış münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə
dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət
bildirir və qiymətləndirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və
çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı
mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibə-
tini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsəd-
yönlü istifadə edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif
mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, proble-
minə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə
çıxarır.
3.1.3. 3,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst
mövzuda inşa, esse, məqalə, məruzə) yazır.
9
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
M.st.
1.1
M.st.
1.2
M.st.
2.1
M.
st.
2.2
M.st.
3.1
Saatlar
BÖLMƏ VƏ MÖVZULAR
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3
1. Azərbaycan ədəbiyyatında
tənqidi realizm və romantizm
dövrü
+ + 1
2. C. Məmmədquluzadə. Həyatı,
yaradıcılıq yolu.
+ + 1
3. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ + + 1
4. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Məzmun
üzrə iş
+ +
+ + 1
5. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + 1
6. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Təhlil üzrə
iş
+ + + + 1
7. C. Məmmədquluzadə.
“Anamın kitabı”. Tətbiq.
Müzakirə. Yaradıcı iş
+
+ +
1
8. M.Ə.Sabir. Həyatı,
yaradıcılıq yolu
+ + 1
9. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Məzmun üzrə iş
+
1
10. M.Ə.Sabir. “Neylərdin,
ilahi?!”. Təhlil üzrə iş
+ + +
1
11. Kiçik summativ qiymətləndirmə
1
12. H.Cavid. Həyatı, yaradıcılıq
yolu
+ + +
1
13. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
14. H.Cavid. “İblis”. Məzmun
üzrə iş
+ + + + + 1
Az
ərbaycan
əd
əbiyyat
ında t
ənqidi realizm v
ə romantizm dövrü
15. H.Cavid. “İblis”. Təhlil üzrə
iş
+ + + + 1
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Coğrafiya-6. Müəllim üçün metodik vəsait
5 responses to “ Coğrafiya-6. Müəllim üçün metodik vəsait ”
Huseyn behbudov
Test lazimdir
Cox gozel bir vesaitdir
Men muellimeyem ve test goturmek isteyirem
Icaze var?
Leave a Reply Cancel reply
Recent Posts
- 2015-2016-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə işə qəbul edilənlərin siyahısı
- 9-cu sinif “Təsviri incəsənət”
- 9-cu sinif “Musiqi”
- 9-cu sinif “İnformatika”
- COĞRAFİYA 9Ümumtəhsil məktəbləri üçün dərslik
Recent Comments
| Nuray on Coğrafiya-6. Müəllim üçün meto… |
| Nuray on Coğrafiya-6. Müəllim üçün meto… |
| Nuray on Coğrafiya-6. Müəllim üçün meto… |
| Nuray on Coğrafiya-6. Müəllim üçün meto… |
| Huseyn on Coğrafiya-6. Müəllim üçün meto… |
Archives
Categories
Meta
Blogroll
- Discuss
- Get Inspired
- Get Polling
- Get Support
- Learn WordPress.com
- Theme Showcase
- WordPress Planet
- WordPress.com News
Meta
Already have a WordPress.com account? Log in now.
- coqrafiya.blogspot.com
- Customize
- FollowFollowing
- Sign up
- Log in
- Copy shortlink
- Report this content
- View post in Reader
- Manage subscriptions
- Collapse this bar
Comments are closed, but trackbacks and pingbacks are open.