Press "Enter" to skip to content

Mürəkkəb isimlər filologiya kurs işi

2.Çoxhecalı isimlərə artırılan kiçiltmə və əzizləmə formasının göstəriciləri aşağıdakılardır: -cık, -cik, -cuk, -cük//-çık, -çik, -çuk, -çük//-cak, -cak; alma-cık, beygir-cik, yaamur-cuk, üzüm-cük, tokat-çık, piliç-cik, horoz-çuk, öküz-çük. Йамуржук чистирер (37, s.207). Хавалар серин, сычка уфажык. Оннар гечтилäр да дургундулар бир кÿчук мейданҗыкта (39, s.29). Насыл бир сары салкым йапраҗыыны да сауртту, катып башка йапракларлан (38, s.54). О гетирди бир филҗанҗык каймак, суҗук, хем ики чашка да чай (38, s.65). Öзледи безбелли кардашчыыны (37, s.157). Тä гечер бир дäдужук, аркасы бин сÿнгÿжÿк (37, s.101). Ниҗä дениз далгалары, лÿзгерҗик отларын учларында гужула кымылданырды (37, s.131). Həmçinin sonu -ak, -ek samitləri ilə bitən sözlərə yuxarıdakı şəkilşiləri artırdıqda sözün sonundakı k samiti düşür: uşak-uşacık, köpek-köpecik, toprak-topracık, böcek-böcecik, kalpak-kalpacık, kelebek-kelebecik. Sonu -ık, -ik, -uk, -ük samiti ilə bitən sözlərə -cak, -cak şəkilçisi artırdıqda k samiti düşür: Karık-karıcak, erik-ericak, kuyruk-kuyrucak, üzük-üzücak: Кÿчÿжÿк сокаҗыкта дäдунун евинин дуварынын арасында бÿÿäрды дышпыдак (37, s.162). Bu şəkilçilər ismin kiçiltmə və əzizləmə formasından əlavə, sifətin də yaranmasında iştirak edir.

Mürəkkəb isimlər filologiya kurs işi

Azərbaycan dili və ədəbiyyatı müəllimi Azərbaycan dilində düzgün yazmaq, oxumaq və danışmaq öyrədir. Azərbaycan ədəbiyyatı dərslərində müəllim tələbələri klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Müəllim lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Müəllimin vəzifələrinə daxildir: fikirlərini şifahi və yazılı şəkildə düzgün ifadə etməyi öyrətmək, fənn üzrə sinifdən xaric iş təşkil etmək.
Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq üçün bu ixtisas üzrə təhsil almaq lazımdır: Filologiya (Azərbaycan dili və ədəbiyyatı). Təhsil alan zaman tələbələrə Azərbaycan dilinin tarixi, müasir dil, ədəbiyyat nəzəriyyəsi, dünya və Azərbaycan ədəbiyyatı tarixi tədris edilir.
Təhsil kursuna dil və ədəbiyyat metodikası, psixologiya və pedaqogika daxildir. Tələbələr məktəblərdə pedaqoji praktika keçir.
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsili başa vurduqdan sonra orta məktəblərdə, orta ixtisas və peşə məktəblərində, ali məktəblərdə işləmək olar.
Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Universitet 8

  1. Bakı Dövlət Universiteti
  2. Azərbaycan Dillər Universiteti
  3. Bakı Slavyan Universiteti
  4. Gəncə Dövlət Universiteti
  5. Sumqayıt Dövlət Universiteti
  6. Xəzər Universiteti
  7. Azərbaycan İctimai-Siyasi Universiteti
  8. Bakı Avrasiya Universiteti

Mürəkkəb isimlər filologiya kurs işi

Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Azərbaycan dili və ədəbiyyatı filologiyası özlüyündə fransız dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrənir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətləri ilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrənir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Dilin quruluşunu və inkişafını öyrənir;
  • ➝ Qədim və müasir dillərin ailəsinə və mənşəyinə görə təsnifləşdirir;
  • ➝ Sözlərin dəqiq mənasını müəyyənləşdirir;
  • ➝ Filologiya jurnallarında məqalələr dərc edir;
  • ➝ Dilçilik və filologiya tələbələrinə kollec və universitetlərdə təlimlər(dərs) keçir;
  • ➝ Mətnləri redaktə edir;
  • ➝ Materialı nəşrə hazırlayır;
  • ➝ Mətnləri və digər ədəbi əsərləri təhlil edir;
  • ➝ Sahəyə uyğun olaraq jurnalist, tərcüməçi, yazıçı, tənqidçi və ssenari müəllifi kimi fəaliyyət göstərə bilər.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə türkoloq və azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər;
  • ➝ Təhsilini müvafiq pillələr üzrə davam etdirərək ixtisas üzrə elmi dərəcəyə yiyələnməklə universitetdə işləyə bilər;
  • ➝ Elmi institutlarda müvafiq dərəcə aldıqdan sonra elmi işçi kimi (məsələn, AMEA);
  • ➝ İxtisasartırma kursu keçərək müəllim kimi işləyə bilər;
  • ➝ Dövlət qulluğuna imtahan verməklə ixtisası üzrə mövcud vakansiyalarda (əsasən yazı işləri ilə bağlı olur);
  • ➝ Mətbuatda, televiziyada;
  • ➝ Təhsil, ədəbi və elmi nəşriyyatlarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Azərbaycan dilinin qrammatikasını mükəmməl bilməli;
  • ➝ Əməli yazı nümunələrini mükəmməl bilməli;
  • ➝ Tədqiqat bacarığı;
  • ➝ Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli;
  • ➝ Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlamağı bacarmalı;
  • ➝ Azərbaycan ədəbiyyat tarixinin əsas mərhələlərini, xronologiyasını bilməli;
  • ➝ Azərbaycan dilində əsas ədəbi, mədəni və tarixi cərəyanları müəyyənləşdirməli;
  • ➝ Dilçilik, ədəbiyyat, tarix və mədəniyyət amilləri, prosesləri və hadisələri arasındakı əlaqəni müəyyənləşdirməli və izahını verə bilməli;
  • ➝ Məlumatları dəqiq toplamalı, şərh etməli və idarə etmək bacarığı olmalı;
  • ➝ Tənqidi düşüncə və problemin həlli;
  • ➝ Kitabxana, arxivlə işləməli.

İxtisasın gələcəyi

Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtürk mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu,universitetin məzunlarına gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir.

Əmək haqqları

Bu sahə üzrə məvaciblər namizədin bilik və bacarıqlarına, elmi dərəcəsinə və s. uyğun olaraq 300-1500 AZN aralığında dəyişir.

Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti

1. Müasir qaqauz dilində mürəkkəb isimlər təyini söz birləşməsi formasında olur.

1) Sifət (təyin edilən) + isim (təyin edən); akbalık, altop, ilkyaz, karakuş, körsinek, sivrisinek, körgöz, karabaş, alabaş, caaйаа: Дима кысадан аклына гечтеки илкйазы хем бу йаз вакыдыны (39, s.25). Бир гöзäл илкйаз гÿнÿ барыня кенди слугаларыннан гезинирди мусафирлик одасында (37, s.136).

2) say+isim; üçayak (milli rəqs), kırkayaq; Bəzən yaranan mürəkkəb ismin ikinci tərəfi -lık//-nın şəkilçisini qəbul edir: üçköşəlik, beştomnuk, yediyıllık

3) isim+isim; kızkardaş, kaynana (kayın+ana), kaynata (kayın+ata), dişindirik, kinofilm, tepegöz: Чорбаҗыйлан кайнатасы башладылар дакылмаа пичä (38, s.5). Ayda iki-üç kerä o gidädi küçücük kluba kinofilm görmää (35, s.27). Varmış bir kardaşlan bir kızkardaş (37, s.8).

Elə mürəkkəb isimlər var ki, onun sonuna -cı şəkilçisi artırıla bilər: demiryolcu.

4) isim+isim. Belə birləşmələr üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etməklə yaranır. Bu tipli mürəkkəb isimlər öz strukturuna görə ikinci növ təyini söz birləşməsi tipindədir: ayakkabı, gözyaşı, göktaşı, dişotu, çayotu, belkemii, suaacı, pazeertesi (pazar ertesi), cumeertesi (Cuma ertesi). Bu işi bana sölediler cumaartesi akşamna. Оннардан Ганиш тä ÿренмиш дикмää гержик айаккаплары (37, s. 92)

2. Mürəkkəb isimlər həmçinin isimlərin feil+lə əlaqəyə girməsi və feilin sonuna -mak//-mek şəkilçisi artırmaqla da yaranır: karşıgelmek, lafetmek, dooruyazılmak, yokolmak, аклына гетирилмек (frazeoloji birləşmə tipində). Mürəkkəb isimlərin bu forması öz-özlüyündə müasir qaqauz ədəbi dilini əks etdirir.

3. Bir – birilə semantik cəhətdən antonim və ya sinonim olan mürəkkəb isimlər: ana-baba, alış-veriş, çayır-çimen, barış-cıırış, kurt-kuş, çayır-bayır, yaz-kış, taşlar-topaçlar: Ne kadar isim var, ucu-kenarı yok (35, s.8). Гийирди йазы-кышы бир йама-йама ÿстÿндä дими (38, s.3).

4. Ayrılıqda heç bir məna ifadə etməyən mürəkkəb isimlər: eski-püskü, senek-benek, çayır-bayır; Çayır-bayır biçilir, analı-bobalı seçilir (35, s.8). Soyum-copum toplanmış bakıyor (türkü).

Ancaq rus alimi Pokrovskaya “Грамматика гагаузского языка” əsərində “kızıl kanat, maavi çiçek, mor patlajan” kimi nümunələri də mürəkkəb isimlər cərgəsinə aid edir. Nəzərə alsaq ki, mürəkkəb sözlər iki və daha artıq sözlərin birləşərək bir vurğu altında deyilməsidir, bu zaman bu sözlərin mürəkkəb sözlər kimi adlanması mümkünsüzdür. Çox güman ki, belə sözlər orfoqrafik cəhətdən yanlış olaraq ayrı yazılmışdır. Qeyd edək ki, bu mənbədən olan sivri sinek ismi ayrı yazılaraq göstərilsə də, müasir qaqauz dilində birləşərək bir vurğu altında deyilir: Annayana sivri sinek sazdır, annamayana daul zurna azdır (46, s.216). Ne alır sivri sinek mandanın buynuzundan (41, s.222). Təbii ki, vahid orfoqrafiyası olmayan bir dil üçün belə sözlərin yazılışı mübahisə doğuracaqdır. Daha sonra alim fikrini davam etdirərək yazır ki, isim+isim formasında olan birinci növ təyini söz birləşməsi “dişi dana, erkek kişi”, qeyri-təyini birləşmələr “keçi sakal, mintan kürk, pardı aul, pipi burnu, tepagöz”, izafət tərkibləri də “qeca yarısı, qök taşı, qöz yaşı, qün duusu, qün batısı, köpek tırnaa, saçak kuşu” mürəkkəb ismi formalaşdırır. Bu eynilə yuxarıda sözügedən məsələnin bir formasıdır və təsdiq edir ki, bu tipli sözlər həqiqətən orfoqrafik cəhətdən yanlış olaraq, ayrı yazılmışdır. Mürəkkəb sözlərdən əlavə, Oğuz qrupuna daxil olan türk dillərində, o cümlədən Azərbaycan dilində mürəkkəb ad anlayışı da var ki, onlar da öz xüsusiyyətinə görə mürəkkəb sözlərdən fərqlənir. Bildiyimiz kimi, mürəkkəb sözlər iki və daha artıq sözlərin birləşərək bir vurğu altında deyilməsi ilə yaranır və bitişik yazılır: çobanyastığı, dəvədabanı, günəbaxan. Mürəkkəb adlar isə söz birləşməsi formasında olub, ayrı və böyük hərflə yazılır, hər sözün də öz vurğusu olur. Mürəkkəb adları ixtisar etmək də mümkündür, bu zaman sözlərin ilk hərfləri götürülür və böyük yazılır. Qeyd edim ki, mürəkkəb adlar mənbələrdə mürəkkəb ixtisarlar adı altında verilir. Həmçinin müəyyən qruplara bölünür və qaqauz dilində mürəkkəb ixtisarların bəzi növlərinin olmadığı göstərilir (və ya nümunələr göstərilmir) (13, s.11). Ancaq müasir qaqauz dilinə nəzər salsaq, orada kifayət qədər mürəkkəb adların işləndiyinin şahidi olarıq: Onaltı yaşında bän oldum çırak Şkembe Vanka çorbacıda (35, s.10). Bän lääzımdı kalayım gecelemää burada, Sızbal Nikolaylarda (35, s.15). Eyni formanı biz türk dilində də görə bilərik. Bu dildə mürəkkəb sözlərlə mürəkkəb ad birleşik kelimebirleşik isim adı altında fərqləndirilir: “Birleşik isim bir nesnenin ismi olmak üzere yan yana gelen birden fazla ismin meydana getirdiği kelime gurubudur. Bir nesnenin çok defa tek tek de adı olan isimler aynı nesneyi karşılamak, aynı nesneyi beraber ad olmak için doğrudan doğruya eksik olarak yan yana gelir ve birleşik isim yaparlar: Afyon Karahisar, Mehmet Kaplan. Birleşik isim bahsinde birleşik kelime ile birleşik isim birbirine karıştırmamak lazımdır. Birleşik kelime her hangi bir kelime gurubunun kelimelerinin tek kelime halinde birleşmesiyle ortaya çıkan unsurdur: ballıbaba, sivrisinek, ayakkabı, yüzbaşı. Bunlardan gurubun asıl manasından uzaklaşarak yeni bir mana ile bir isim haline gelenler veya gurubun asıl manasından uzaklaşmayıp bir nesnenin adı olarak hususileşenler birleşik kelime haline gelirler. Bunların bir kısmının gurup vurgusu da kaybolur ve tek kelime vurgusuna tabi tutuldukları görülür” (41, s.364).

Qeyd etdiyimiz kimi, qaqauz dili Oğuz qrupuna daxil olsa da, bəzi xüsusiyyətlərinə görə bu qrupa daxil olan digər türk dillərindən fərqlənir. Qaqauz dilində ismin quruluşca növlərindən başqa, xüsusi bir forması da var ki, ismin kiçiltmə və əzizləmə forması adlanır. Nəzərə çatdıraq ki, kiçiltmə və əzizləmə forması Azərbaycan dilinin qrammatikasında da vardır, ancaq sözügedən dildən fərqli olaraq, ismin quruluşca növlərindən olan düzəltmə isimlərin tərkibində göstərilir. Belə ki, bu şəkilçilər isimlərə artırılaraq, yeni mənalı kiçiltmə və əzizləmə məzmunlu isimlər əmələ gətirir. Qaqauz dilində kiçiltmə və əzizləmə formasının morfoloji göstəriciləri 2 qrupa ayrılır: 1) Təkhecalı və 2) Çoxhecalı isimlərə artırılan şəkilçilər.

1) Təkhecalı isimlərə artırılan kiçiltmə və əzizləmə formasının göstəriciləri aşağıdakılardır: caaz-caaz//çaaz-çaaz, yolcaaz, dal-caaz, su-caaz, el-caaz, ev-caaz, kız-çaaz, kuş-çaaz, ses-çaaz, göz-çaaz: Йа чемрек, хализ насыл бир кöрпä кызчааз макарки о артык ÿчбÿчук йыл кары (39, s.29). Ичеридä öлÿнÿн йанында варды та ÿч кары, бир кызчааз еди-секиз йашында (38, s.109). Сÿтчäз дä она лäзым, йымыртажык та лäзым кайнадасын (37, s.179). Bu şəkilçilər Azərbaycan dilində də fonetik dəyişmələrlə işlənir: -cığaz, ciyəz. Yenə də əvvəlki fikrə qayıdaq ki, qaqauz dilində ğ səsi olmadığı üçün bu şəkilçi dəyişərək “-çaaz, -caaz” formasına düşmüşdür.

2.Çoxhecalı isimlərə artırılan kiçiltmə və əzizləmə formasının göstəriciləri aşağıdakılardır: -cık, -cik, -cuk, -cük//-çık, -çik, -çuk, -çük//-cak, -cak; alma-cık, beygir-cik, yaamur-cuk, üzüm-cük, tokat-çık, piliç-cik, horoz-çuk, öküz-çük. Йамуржук чистирер (37, s.207). Хавалар серин, сычка уфажык. Оннар гечтилäр да дургундулар бир кÿчук мейданҗыкта (39, s.29). Насыл бир сары салкым йапраҗыыны да сауртту, катып башка йапракларлан (38, s.54). О гетирди бир филҗанҗык каймак, суҗук, хем ики чашка да чай (38, s.65). Öзледи безбелли кардашчыыны (37, s.157). Тä гечер бир дäдужук, аркасы бин сÿнгÿжÿк (37, s.101). Ниҗä дениз далгалары, лÿзгерҗик отларын учларында гужула кымылданырды (37, s.131). Həmçinin sonu -ak, -ek samitləri ilə bitən sözlərə yuxarıdakı şəkilşiləri artırdıqda sözün sonundakı k samiti düşür: uşak-uşacık, köpek-köpecik, toprak-topracık, böcek-böcecik, kalpak-kalpacık, kelebek-kelebecik. Sonu -ık, -ik, -uk, -ük samiti ilə bitən sözlərə -cak, -cak şəkilçisi artırdıqda k samiti düşür: Karık-karıcak, erik-ericak, kuyruk-kuyrucak, üzük-üzücak: Кÿчÿжÿк сокаҗыкта дäдунун евинин дуварынын арасында бÿÿäрды дышпыдак (37, s.162). Bu şəkilçilər ismin kiçiltmə və əzizləmə formasından əlavə, sifətin də yaranmasında iştirak edir.

Qaqauz dili Oğuz qrupu türk dilləri arasında daha çox türk dilinə yaxındır. Bu onun leksikasınsa özünü daha çox göstərir. Məsələn: Azərbaycan dilində bəzi sözlərin əvvəlində tarixən işlənən “y” samiti düşmüşdür. Bu səbəbdən belə sözlərdə bəzi fonetik dəyişmələr getmiş və ahəng qanununa tabe olmayan milli sözlər kimi lüğət tərkibində əks olunmuşdur. Ancaq bu hadisəni biz istər türk, istərsə də qaqauz dilində görmürük. Deməli, qaqauz dilində bu sözlər öz tarixiliyini qoruyub saxlamışdır. Bəlkə də bu, məhz türk dilinin qaqauz dili ilə daim əlaqədə olması və türk dilinin bu dilə göstərdiyi təsirlə əlaqədardır. Qaqauz dilində də bu kimi sözlər əvvəlində “y” samiti qalmaqla işlənir: yılan, yıldız, yıldırım, yıl, yüz. “Y” samitinin söz əvvəlində işlənməsi o qədər güclüdür ki, hətta tələffüzdə də sözün əvvəlinə “y” samiti əlavə olunur: yınsan, yiçki, yöküzüm, (bunu digər nitq hissələrində də müşahidə etmək olar – yislak, yüstünə) (5, s.5). Биркач йыл геери, бир йаз вахыдыачан йаамурсузлук курударды кырлары. Ачан чожук гормуш йыланы о саат чыырмыш саадычлары да ууретмиш, не йапсыннар. Разгелä бурада чыплак аач дурурду, ангысынын тепесини йылдырым кырмышты (37, s.132). Ай башламыш байырлар ардына сакланмаа, йылдызчыклар гöктä йалабырмышлар (37, s.96). Bir yöküzüm var, kuyruu koparmadan dama girmes (41, s.226). Bän çeşmeyä vardım

Elimi, yüzümü yudum.

Taş yüstünä koydum (41, s.241)

Чок йылдыз Дубассарда

Ниструнун шу гозлери

Доздолай хер тарафта

Кынэйым би оолларым

Гирчин хем кави чыкын,

Йахты инжа йылдырым

Eyni zamanda sözü gedən dildə bu hadisənin əksinə də rast gəlmək olar. Belə ki, türkdilli bir mənbədə “yılan” sözünün “ilan” formasında işləndiyinə də rast gəldim. Nəzərə alsaq ki, bu nümunə atalar sözündə işlənib, belə güman etmək olar ki, yalnız şifahi nitqdə bu hal baş verir, çünki yazılı mənbələrdə – ədəbi dildə rast gəlinmir: Tatlı dil ilanı delikten çikarır (46, s.223). Fikrimcə, qaqauz dilindəki bu qarışıqlığın səbəbi onların vahid ədəbi dil normasının olmamasıdır.

Qaqauz dilində Azərbaycan dili ilə müqayisədə nəzərə çarpan fərqlərdən biri də metateza hadisəsidir. Söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişməsi hadisəsi metateza-yerdəyişmə adlanır. Nəzərə alsaq ki, qaqauz dili türk dilinə daha yaxındır, aydın olur ki, bu dəyişmə qaqauz dilində deyil, Azərbaycan dilində getmişdir. Belə sözlər türk və qaqauz dilində öz tarixiliyini qorumuş, Azərbaycan dilində isə yerdəyişməyə məruz qalmışdır; toprak, kiprik, köprü, yaprak, avrad. Аачларын сык йапраклары далларын арасындан ера гунун диреклери урэр.

Топрак булу ходул буун

Лаф катты она кар гун.

Сабаа олэр гелер биаз окуз, тозадарак, атармый бутун топрак устуна. Сааде кöпрÿ йанында аар дыма дакымты ики йолук копек. Аврадыны сорфошларыны хаа. Хава суулду, йапраклар аачларда сансын силрелдилер, сокак горунду супурулмедик. Бричка хызлы байырдан ашаа дыгырланэр хем тафта кöпрÿдä тумбурдадэр (37, s.144).

Sözü gedən dilin leksikasında isimlərlə, onların yazılışı ilə bağlı daha bir fərqlilik vardır. Azərbaycan dilində işlənən, tərkibində “ov” birləşməsi olan sözlər qaqauz və türk dilində “av” şəklində işlənir: av, kavun, tavşan, kavurma və s; Bir keret tä kaçmayasın iki tavşanın ardına, zera birisini dä tutmayacan (35, s.11). O da hesapladı avcı olsun (35, s.13). Azərbaycan dilinin lüğət tərkibinə nəzər salsaq, bu sözlərin “ov” hərf birləşməsi ilə yazıldığını görərik: ov, qovun, dovşan, qovurma və s. Belə sözlərin tərkibində işlənən “v” samiti tələffüzdə qoşadodaq w, bu səs isə “u” səsinin məxrəcinə yaxın olduğu üçün öz mövqeyini u səsinə verir: tauşan-tawşan-tavşan, aucu-awci-avcı, auşam-awşam-avşam və s (32, s.23); Pirku ölä küçükmüş, ani aucunda varmış nicä oynasın (35, s.15). Qeyd edək ki, o-a səs əvəzlənməsi xalqın adında da özünü götərir. Bu haqda yuxarıda ətraflı danışılmışdır.

Müstəqil nitq hissəsi olmaqla isimlər öz spesifik xüsusiyyətlərinə görə digərlərindən seçilir. Ancaq hələ də dilçilikdə isim və sifətlər bir-birilə qarışdırılır və mübahisə obyektinə çevrilir. Türk dilli əsərlərdə belə fikir irəli sürülmüşdür ki, guya bu dillərdə isim, sifət və zərflər bir-birindən seçilmir. Bu fikrin nümayəndələri cümlədə təyin rolunda işlənən isimləri səhv olaraq sifət kimi səciyyələndirir-taş, yolcu, baş və s. Bu tipli sözlər isimdir, yalnız cümlə daxilində təyin funksiyasını daşıyır. Daha dəqiq desək, onlar sintaktik baxımdan dəyişir, başqa cümlə üzvü olur. Morfologi baxımdan isim olaraq qalır. F.Zeynalov qeyd edir ki, bu sözlərin rus dilinə tərcüməsindən çıxış edən tədqiqatçıların bəzisi bu tipli sözlərin sifət oldugunu səciyyələndirirlər və göstərirlər ki, türk sistemli dillərində təyin kimi çıxış edən hər bir söz sifət hesab olunmalıdır. S.Kenesbayev yazır ki, bir-birinin yanında duran iki ismin birincisi sifətdir (20, s.76). Doğrudur, bu birləşmələri rus dilinə tərümə etdikdə birinci tərəf sifət kimi çıxış edir, ancaq bu özünü türk dillərində göstərmir və bu fikri eynilə türk dillərinə aid etmək olmaz. Cümlədə təyin olsa da onu cümlədən ayırdıqda hec də özünü sifət kimi göstərmir, nə sifətin şəkilçilərini qəbul edə bilir, nə dərəcə kateqoriyaları üzrə dəyişir. Ancaq ismin kateqoriya göstəricilərini çox asanlıqla qəbul edib dəyişə bilir. Azərbaycan dilində və digər türk dillərində olduğu kimi qaqauz dilində də isimlər sifətləşə- atributivləşə bilir. Cümlədə iki isim yanaşı gəldikdə onlardan birincisi sifətləşir. Belə ki, birinci isim öz xüsusiyyətini itirərək sonrakı ismi müxtəlif formada izah edir: Yolcu Şahpaz kimseye bakmas (46, s. 224). İslää kafadar taş köprüdän paalı (35, s.17). Bəzən iki isim yanaşı gələrkən onlardan birincisi adlıq halda olub sifətləşsə də, onu çıxışlıq salıb asanlıqla isim olduğunu görmək olar: taş köprü-taştan köprü, altın üzük-altından üzük. Bu haqda M.Yusifov yazır: “İş və hadisənin şıxışlıq nöqtəsi barəsindəki anlayış ümumi təsəvvürlə müşayiət edildikdə isə hal şəkilçilərinin işlədilməsinə ehtiyac olmur” (8, s. 186). Qaqauz dili kitablarında bu tipli sözlər “adlıktan bellilik” başlığı altında verilir. Beləliklə buradan aydın olur ki, qaqauz ədəbiyyatında sifətləşən isimlər sifət yox, isim kimi götürülür və hətta təyin deyil, adlardan formalaşan təyin adlanır. Kaalar içindä mekledärdılär tüfek kılıcınnan saman adamnar saplasın (47). Al alma, kızıl alma, Sergenӓ dizil alma (47). O uzandı dökmӓӓ da kahırdan içmӓӓ taa bir filcan şarap (35, s.27). Bana karşı geler iki günnük evli bir insan (35, s.28). Karısı giydi kısa, koratlı fistanını hem deri yakalı paltosunu (35, s.29). Doka ilk sefer yaşamasında tutardı elindӓ onun adına kiyat (35, s.29). Önündӓ dururdu orta yaşta bir adam (35, s.30).

İsmin qrammatik kateqoriyaları

İstər qaqauz, istərsə də oğuz qrupuna daxil olan digər türk dillərində ismin 4 qrammatik kateqoriyası var.

1. Kəmiyyət kateqoriyası

2. Hal kateqoriyası

3. Mənsubiyyət kateqoriyası

4. Xəbərlik kateqoriyası

Kəmiyyət kateqoriyası. Kəmiyyət kateqoriyası Oğuz qrupu türk dillərində morfoloji, leksik-semantik və sintaktik üsulla yaranır.

1) Morfoloji üsul dedikdə, sözlərə artırılan xüsusi kəmiyyət göstəricisi olan “-lar, -lär, -nar, -när” şəkilçisi nəzərdə tutulur. Azərbaycan dilində olduğu kimi, qaqauz dilində də isimlər tək və cəm olmaqla 2 qrupa ayrılır. Xüsusi isimlər varlığının tək olması ilə fərqləndiyi üçün həmişə təkdə işlənir. Lakin bəzən üslubla bağlı olaraq, cəmlənə də bilir: Gagavuzlar, Çobanlar. Bu hala Azərbaycan dilində də rast gəlmək olar ki, belə sözlər yalnız nəsil, davamçılar mənasını ifadə etdikdə cəmlənə bilər. Ümumi isimlər isə həm təklik, həm də çoxluq, topluluq bildirir. Tək isimlər olduğu kimi, heç bir morfoloji göstərici əlavə etmədən yaranan isimlərdir: insan, torpaq, uşaq, ağac, yarpaq (Azərbaycan dilində); kuş, insan, vatandaş, yazıcı, gezi, balık və s. (qaqauz dilində). Qaqauz dilində ümumi isimlərin cəm forması -lar, -lär// -nar, -när şəkilçisinin köməyilə yaranır. Şüalar, bataklıklar, vatandaşlar, umutlar, evlär: Kitablar rayonlara vaxtında göndərildi (7, s.38). Adamlar təbiətə gözəllik gətirir. (7, s.38). Onun geçti kıkançlıı, şüpeleri, dalgalanması (35, s.9). Kauşar gündän batı da bulutlar durardılar kırmızılı (35, s.10). Gecä yarısına dooru düüncülär başladılar daalışmaa (35, s.11). Azərbaycan dilindən fərqli olaraq, qaqauz dilində sözün sonu “m, n” samiti ilə bitərsə, “-lar//-lär” şəkilçisi “-nar//-när” şəkilçisi ilə əvəz olunur: insannar, günnär, bayramnar, altunnar: Uzun hem zor yıl geçtiktän sora Bayır oolu getirmiş insannarı denizin boyuna (35, s.27). Farfirin dolayanında yanardılar kolaca saplı mumnar (35, s.28). Bayır sırtında çok yerlerdä var lüzgär dermenneri (35, s.9). Şindi yokmuş neylän ölçsünnär altınnarı (35, s.14). Adamnar oturerlar dernektä taa bol, kimisi kär uzanıp yater (35, s.16). Cəm şəkilçisi qəbul etmiş isim ardıcıl olaraq, ismin digər kateqoriyalarının göstəricilərini də qəbul edə bilər: əgər isimlərin qarşısında hər hansı bir kəmiyyət göstəricisi ismin miqdarını bildirən saylar varsa, o zaman isimlərə “-lar//-lär”, “-nar//-när” cəm şəkilçisi artırılmır. Belə hallarda isimlər tək formada işlənir. Bu formanı biz əksər türk dillərində də görə bilərik. Ancaq türk dilində saydan sonra cəm şəkilçisi qəbul etmiş isimlərə də rast gəlmək mümkündür: üç talebeler, altı kitaplar, kırk vezirlerin hikayetleri, üç aylar (receb, şaban, ramazan), eyni zamanda həm türk, həm Azərbaycan dilində növ anlayışını bildirdikdə də isimlər cəmdə işlənə bilər. Qeyd edək ki, Azərbaycan dilində kəmiyyət göstəricisi kimi digər şəkilçilər də göstərilir. Məsələn; isimlərdə xəbərlik göstəricisi, mənsubiyyət şəkilçiləri və s. Çünki isimlər xüsusi kəmiyyət göstəricisini qəbul etmədikdə belə, göstərilən şəkilçilərlə işləndikdə onda müəyyən miqdar anlayışı yaranır ki, bu da kəmiyyət kateqoriyasının varlığını göstərir. Fikrimcə, eyni qrupa daxil olduğu üçün qaqauz dilində də bu şəkilçilərin işlənməsi və onların eyni funksiyanı yerinə yetirməsi bizə deməyə əsas verir ki, qaqauz dilində də kəmiyyət kateqoriyası yalnız “-lar, lär//-nar, -när” şəkilçisi ilə deyil, digər şəkilçilərlə də yarana bilər. “-lar, -lär//-nar, -när” əşyanın çoxluğunu bildirirsə, digər şəkilçilər əlamətin şəxsə görə çoxluğunu bildirir; 1. “-ımız, -imiz, -umuz, -ümüz, -ınız, -iniz, -unuz, -ünüz” mənsubiyyət göstəricisi olub, yalnız şəxsin çoxluğunu ifadə edir; kiyad-ım, kafa-mız, küü-müz, yazıcı-nız. 2. “-ız, -iz, -uz, -üz” və “-q, -k” xəbərlik şəkilçiləri isimlərə qoşularaq, ikinci və üçüncü şəxsin cəmini bildirir. Ancaq Azərbaycan dili ilə müqayisədə qaqauz dilində “-q” şəkilçisi işlənmir, yalnız “-k” işlənir və ancaq keçmiş zaman məzmunlu ismi xəbərlərlə, yəni idi (dı), imiş (miş) hissəciyi ilə birgə işlənir; uşak-tı-k, hasta-ydı-k, işçi-ydi-k, satıcı-ymış-ık və s. 3. -lık, -lik, -luk, -lük//-nık, -nik, -nuk, -nük” şəkilçisi ilə yaranan bir qrup sözlər topluluq bildirir; kül-lük, saman-lık, odun-luk, biber-lik, taş-lık.

2) Kəmiyyətin leksik-semantik yolla ifadəsi. 1.Tək halda sayılması mümkün olmayan əşyaları bildirən sözlər kəmiyyət etibarilə topluluq bildirir; bal, süt. 2.Türk dillərində elə sözlər var ki, cütlük, qoşalıq anlayışını ifadə edir və tərkibində eyni zamanda əşyanın kəmiyyətini də bildirir. Belə sözlərə cüt bədən üzvlərini bildirən isimləri göstərmək olar; kulak, bilek, el, göz, burnu, dudak, böbrek, bacak, tiş və s. Türk dillərində z,k,l,m,n,r,s,ç və ş ünsürləri tarixən kəmiyyət əlamətinin göstəricisi kimi çıxış etmişdir. Bu haqda B.A.Serebrennikov yazır: “Topluluq bildirən z,k,l,m,n,r,s,çş göstəricilərini isim və sifətlərin kiçiltmə, azaltma bildirən şəkilçilərində, feillərdə hərəkətin təkrarlığını bildirən forma şəkilçilərinin tərkibində asanlıqla seçmək olur”. Bu göstəricilər türk dillərində bir sıra sözlərin tərkibində daşlaşsa da, kəmiyyət göstəricisi kimi izlərini itirməmişdir (36, s.89-94).

3) Kəmiyyətin sintaktik yolla ifadəsi. Bu qrupa sayların köməyilə yaranan və əşyanın kəmiyyətini ifadə edən isimləri göstərmək olar; beş adam, iki üürenci, dokuz üüretmen və s.

Bir qrupa daxil olan dillərdə eyniliklər, oxşarlıqlar olsa belə, müəyyən fərqli məqamlar da var ki, həmin fərqli xüsusiyyət yalnız bu və ya digər dilə daxildir. Məsələn, nümunə kimi “-lar, -lär” şəkilçisinin digər funksiyasını göstərə bilərik. Azərbaycan dilində yalnız kəmiyyət kateqoriyasının göstəricisi olan bu şəkilçi türk dilində isimlərə qoşularaq qohumluq anlayışını da ifadə edir. Qaqauz dilinin türk dilinə yaxınlığını nəzərə alsaq, bu formanın qaqauz dilində də işləndiyini görərik. Kalktık hepsimiz osaat da qittik dadulara (37, s.190). Bu misaldan aydın olur ki, “-lar, -lär” şəkilçisi qaqauz dilində yalnız cəmlik kateqoriyasının göstəricisi deyil, qohumluq münasibətini bildirən şəkilçi kimi də işlənə bilir: Siz kalajenız içerdä, ama bän qidiverejäm dadunnara (37, s.187). Bän lääzımdı kalayım gecelemää burada, Sızbal Nikolaylarda (35, s.15).

Bundan başqa, Oğuz qrupuna daxil olan digər türk dillərdəki kimi, qaqauz dilində də elə isimlər var ki, formaca təkdə işlənsə də, mənaca topluluq, çoxluq bildirir. Belə isimlər morfoloji əlamət qəbul etmədən, yəni formaca tək, məzmunca cəm, topluluq anlayışını ifadə edir: sürü, millet, halk, partiya, toplu: Артык шинди дä дуйэр узакта олан хем йакында олан халклар (37, s.134). Партия – бир кол – миллион панча; Партия – топлу миллион омуз (37, s.166). Ama ţivilizaţiyalı halklarda var çirkin adetlär hem pek titsi şennenmeklär (35, s.18). Belə isimlərin kökü topluluq bildirsə də, onlar cəm şəkilçisini də qəbul edə bilir: milletler, sürüler, xalklar. Bəzən toplu isimlərlə cəm şəkilçisi qəbul etmiş isimlər bir-birilə qarışdırılır. Diqqət etmək lazımdır ki, ismin mənaca topluluq bildirməsi ilə onun kəmiyyət göstəricisi qəbul edərək cəmlik bildirməsi eyni deyil. Birincinin əsasında sözün leksik-semantik mənası durur, yəni formaca təkdə olur, onun tərkibində heç bir kəmiyyət göstəricisi iştirak etmir, ikincidə isə qrammatik proses gedir, yəni şəkilçi vasitəsilə formalaşır (15, s. 227-228).

İsimlərdə hal kateqoriyası. Öncə qeyd edək ki, Azərbaycan dilində ümumi qrammatik kateqoriyaların müəyyən edilməsi bir sıra dolaşıqlığa səbəb olmuşdur: Bəzən qrammatik, bəzən morfoloji xüsusiyyətlər əsas götürülməklə bölgülər bir-birindən fərqlənmişdi. Hallanma-hal kateqoriyası qrammatik (morfoloji-sintaktik) kateqoriya olub, isimlərə aid edilir. İsimlər (bəzən də isimləşmiş digər nitq hissələri) cümlə daxilində digər sözlərin və feillərin tələbilə, xüsusi morfoloji göstəricilər qəbul edərək müxtəlif formalara düşür. Bu zaman onun qəbul etdiyi morfoloji göstəricilər hal şəkilçiləri adlanır. Hal kateqoriyası Azərbaycan dilində olduğu kimi, qaqauz dilində həm morfoloji, həm də sintaktik kateqoriya hesab olunur (34, s.83-84). Belə ki, isimlər cümlə daxilində digər sözlərlə əlaqəyə girərkən xüsusi şəkilçilərin köməyilə dəyişdikdə morfoloji kateqoriyaya, üzvlənərkənsə sintaktik kateqoriyaya aid edilir. İsimlər adlıq haldan çıxıb digər hallar üzrə dəyişdikdə cümlə üzvlərinə görə də dəyişir (İsimlər cümlədə bütün cümlə üzvü vəzifəsində işlənə bilir). Əgər morfologiya bəhsində ismin yalnız hal şəkilçilərindən, onların sistemindən, yəni şəkli dəyişmələrindən söhbət gedirsə, sintaksisdə həmin şəkilçilər vasitəsilə ismin müxtəlif cümlə üzvü olması, əlaqə və münasibətləri öyrənilir.

Eyni zamanda maddi varlığın əsasını əşya və onun hərəkəti, yəni isimlər və feillər, onlar arasında münasibət təşkil edir. Bu münasibətin yaranması üçün də feillərlə isimlər cümlə daxilində bir-birilə əlaqəyə girir və nəticədə feillərin təsirilə isimlər dəyişir, yəni qrammatik göstəricilər, daha dəqiq desək, hal şəkilçiləri qəbul edir. Deməli, hallanma ismin xarakterik morfoloji xüsusiyyətidir. Azərbaycan dilində ismin halları 2 qrupa ayrılır: qrammatik və məkani qrammatik hallar (34, s.83).

Qrammatik hallar (adlıq, yiyəlil, təsirlik) formaca morfoloji, vəzifəcə sintaktik tələblərə tam şəkildə uyğun gəlir. Morfoloji – sintaktik vahidlərin vəhdətini özündə əks etdirir. Məkani qrammatik hallar (yönlük, yerlik, çıxışlıq) isə sadalanan tələblərdən əlavə həmçinin məkan anlayışını da ifadə edir. Belə isimlərin məna və məzmununda məkan çalarları üstünlük təşkil edir. Məsələn: yönlük hal məkana yönəlmə, yerlik hal obyektdə yerləşmə, çıxışlıq hal isə obyektdən çıxma hallarını qabarıq şəkildə əks etdirir. Hal şəkilçiləri sözlər arasında əlaqə yaradan sözdəyişdirici şəkilçilərdir. Bu şəkilçilər vurğulu olub sözlərə bitişik yazılır. İsmin hal şəkilçiləri çox qədim tarixə malik olan bir prosesdir. Əsrlərin formalaşdırdığı bu şəkilçilər müxtəlif dövrlərdə müəyyən fonetik dəyişmələrlə işlənərək isimlərin hallarını yaratmışdır.

Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya və hadisənin adını bildirir. Bu hala verilən addan da məlum olur ki, o, yalnız əşyanın adını göstərmək vəzifəsini daşıyır. Morfoloji əlaməti yoxdur, cümlədə isə əsas sintaktik vəzifəsi mübtədadır. Ancaq əlavə olaraq ismi xəbər, təyin, zərflik vəzifələrində də işlənir.

Mübtəda vəzifəsində: Pokrovskaya da öz əsərində qeyd edir ki, adlıq hal kim? nə? suallarına cavab verir – kasaba, sokak, güneş (ne?), üüredici, komşu (kim?). Azərbaycan dili ilə müqayisə etsək, görərik ki, qaqauz dilində adlıq halın sualı kimi hara? sualı göstərilməyib və Azərbaycan dilində hara? sualına qaqauzca da nə? sualı uyğun gəlir: qəsəbə- hara? kasaba- ne?

Ушак оннарда йокту, макарки оннар артык дöрт йыл насыл евлийдилäр (39, s.3). Гöк ачыкты, гÿнеш шыларды кескин (39, s.15). Сокак шаматасыз калды, кÿйлäр дерин уйкуйа далды (37, s.247). Гена бир даргын гÿлÿш йарды орталыы (39, s.19). Ихтийарын гöзлеридä йашлар пейда олдулар (37, s.248). Йылдыз гöзлерини ачэр, йарым аазлан да ай гÿлÿмсер (37, s.248).

Qeyd edək ki, cümlədə şəkilçisiz işlənən bütün sözlər heç də göründüyü kimi, adlıq halda olmaya da bilər. Belə sözlər qeyri-müəyyən təsirlik halda olub, ilk baxışda adlıq hal təsirini bağışlayır. Ancaq belə isimlər başqa halda olduğu üçün cümlədə də başqa cümlə üzvü – tamamlıq vəzifəsində cıxış edir: Алды башына бир шал да чыкты качарак капудан (37, s.187). Кенди тез гидип гетирди бир чанак суук фасула (39, s.16). Buradakı “шал, фасула” sözləri obyekt bildirən və subyektin yerində işlənən isimdir.

Təyin vəzifəsində: Qeyd edək ki, isim digər isimlərlə birləşərək I növ təyini söz birləşməsi yaradır və bu zaman birinci tərəf necə? hansı? suallarına cavab verərək təyin olur: Таш йол гöтÿрер илин машинайы колхозун кырларындан (37, s.235). Не гöзäл гÿннäр гелди, фукара ауллара (37, s.209). Гагауз йазыҗынын икинҗи проза кийады ачыклээр ики генч айленин илишкилерини (39, s.51). Ташчы Мити колхоза пынар дÿздÿ (37, s.34). Дÿÿнҗÿ инсан чок топланды да софрайа шен отурду (37, s.209).

Adlıq hallı isimlər qoşmalarla birlikdə işlənərək cümlədə zərflik vəzifəsində də çıxış edir: O seni dokuz punara su için götürecek dä susuz getirecek (35, s.38). O çalardı yaradılış için, yılın vakıtları için, izmet için hem sevgi için (35, s.39).

Xəbər vəzifəsində: Беним достум ен ий баскетчийди (37, s.24). Оннар да бизим гиби инсандыр (37, s.239). Ал, гöтÿр бени узаа, денизä, олуруз йолдаш хем да кардаш орада (43, s.79). О зенгин адам беним дайымды (38, s.3). Bän senin yanında bir uşakım (35, s.16). O bir gözäl yapıda zabun insancıktı (35, s.16). Ne kadar büük olsun onun şanı, taştır onun nişanı (46, s.222). Öünme kötülüktür (46, s.222). Adlıq hal cümlədə yalnız feillə deyil, həm də başqa nitq hissələri ( ismi xəbər) ilə əlaqədə olur.

İsmin yiyəlik halı iki əşya arasında sahiblik, aidlik məzmununu ifadə edir. Bu münasibət sahib şəxslə mənsub əşya arasında mövcud olduğundan təklikdə deyil, mənsubiyyət şəkilçili sözlə birlikdə işlənir və söz birləşməsi əmələ gətirir. Bu səbəbdən də yiyəlik hallı isim birbaşa olaraq feillə əlaqələnmir. Qaqauz dilində də yiyəlik hal samitlə bitən sözlərə -ın, -in, -un, -ün: çobanın, baaların; saitlə bitən sözlərə isə -nın, -nin, -nun, -nün: bobanın, derenin; şəkilçilərinin köməyilə yaranır və kimin? neyin? sualına cavab verir. Qeyd edək ki, -ın, -in, -un, ün şəkilçisi mən//biz əvəzliyinə qoşularkən dəyişərək -im formasına düşür. Müasir dövrdən fərqli olaraq, tarixi mənbələrə nəzər salsaq M.Kaşğarinin əsərində yiyəlik halın əvəzliyə artırılarkən də dəyişmədiyini görərik: -bizin ev. Həmçinin müasir çuvaş dilində də bu forma özünü qorumuşdur- manan. Ancaq oğuz qrupu türk dillərində formasını dəyişərək -ım şəklinə düşür.

Pokrovskaya qeyd edir ki, qaqauz dilində ismin yiyəlik halı sonu -ak, -ek şəkilçisi ilə bitən sözlərə qoşulduqda sözün son samitinin təsirilə bu şəkilçi -an, -än formasına düşür: uşa-an, ekmä-än. O çocuk sa inään içindä (47). Ancaq bu xüsusiyyət sonu k samiti ilə bitən bütün sözlərə aid edilir: çocuun, saalık. Çam kokusu urdu çojuun burnusuna. Paklık saalıın yardımcısıdır (46, s.222). Bu hadisə həmçinin yönlük və təsirlik hallarda da özünü göstərir.

Qaqauz dilində də ismin yiyəlik halı özündən sonra gələn sözlərlə birləşərək III növ təyini söz birləşməsi əmələ gətirir: uşa-an anası, kasabanın sokakları. Токатларын капусунда гÿлерак дурарды Лена (39, s.5). Кöр гаарганын йувасында – кулакты, ама «гемиҗилерä» орда душманын ерлерийди (39, s.5). İlkyaz havası duudurardı üreemdä işlää ilkyaz duygusunu (35, s.19). Nümunələrdən də aydın olur ki, yiyəlik hal iki yerə ayrılır: müəyyən və qeyri- müəyyən yiyəlik hal.

Müəyyən yiyəlik halda olan sözlər konkret şəxsi bildirərək, -ın, -in, -un, -ün şəkilçisinin köməyilə yaranır. Qeyri- müəyyən yiyəlik hal isə şəxs və əşyanı konkret deyil, qeyri- müəyyən yiyəlik halda mövcudluğunu bildirir və onun yaranmasında heç bir şəkilçi iştirak etmir. Konkret olaraq şəkilçi görünməsə də, onu müəyyən yiyəlik hal formasına da salmaq olur. Pena geçti da açtı içer kapusunu (35, s.19). Bän yazerim halk türkülerini (35, s.19). Daada braayer onu bir aaç altında (35, s.24). Tä o açtı oynak tokatçıı, to yetişti dışar kapusuna, urer ona (35, s.29).

Bu cümlələrdə yiyəlik halın şəkilçisi görünmür, ancaq onu mənsubiyyət şəkilçili sözün iştirakı ilə ayırd etmək mümkündür. Bu xüsusiyyətinə görə o, adlıq hala oxşayır. Qeyri- müəyyən yiyəlik halın adlıq haldan fərqi odur ki, adlıq hal müstəqil işlənərək mənsubiyyət tələb etmir. Yiyəlik hal isə (istər müəyyən, istərsə də qeyri- müəyyən yiyəlik hal) adlıq haldan fərqli olaraq, mənsubiyyət şəkilçili sözlə bərabər işlənir. Əgər sahib şəxs varsa, sahib şəxsə mənsub əşya da olmalıdır, sahiblik və mənsubluq anlayışı yiyəlik və mənsubiyyət şəkilçili sözləri bir-birinə bağlayır. Чам кокусу урду чоҗуун бурнусуна (43, s.17). Алды бир дерин йол öнÿндä деренин öбÿр тарафына кöр гаарганын йувасына доору (43, s.8).

Cümlədə yiyəlik halda olan söz müstəqil işlənmədiyi üçün müstəqil cümlə üzvü də ola ola bilmir. O, özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə birlikdə əsasən tamamlıq, həmçinin digər cümlə üzvü olur.

Mübtəda vəzifəsində: Бурада саклыйдылар душманын топлары хем аскери те бу тенä- Курбаа Бабусуйду (43, s.6). Комушуларын харман ери – Мерҗан адасыйды (43, s.5). Ленанын батусу беним адамым дургудэр мотоцклайы йардым етсин дейни бу йолҗулара (39, s.41). Кати булÿнун, бай Ванинин сойлары оннарын ен йакын комшулары (39, s.51).

Tamamlıq vəzifəsində: Ачты буз долабыны, чыкарды чöлмаа кирез соклан, сора койду масайа чайнии сыҗак суйлан (39, s.10). Казгын синди да копушту камышлаа доору да етишдирди гечмää сÿрÿнÿн öнÿнÿ (38, s.35). Бäн бу буз шырасыны буйур едеҗäм салт катып она сыҗак су (39, s.10).

Zərflik vəzifəsində: О школада ÿÿрениҗи занаатында чалышарды (39, s.3). Карымы ушак башчасында лафлан далээрлар, аалайарак евä хергÿн гелер (39, s.3). Yaşardı Piti bir yıkık evin sobası içindä (47). Şatranın taligasında vardı onnarın tertipleri(47). Sanırdık, ani bu çingenelär çok vakıt yaşayaceklar bizim küüyün kenarında (47).

Yiyəlik hallı söz həmişə mənsubiyyət şəkilçili sözlə birlikdə işləndiyi üçün ayrılıqda cümlə üzvü ola bilmir. Lakin bəzi hallarda Azərbaycan dilində olduğu kimi, qaqauz dilində də yiyəlik hallı söz xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəri ola bilir. Qaqauz dilində də xəbərin bu forması “adlardan predikatlar” adı altında verilir: Киатлар Митининдир (37, s.23).

Azərbaycan dilində müşahidə olunan hal əvəzlənmələrinə qaqauz dilində də rast gəlmək olar. Bu dildə bəzən təsirlik hal yiyəlik hal əvəzində işlənə bilir: Köroglu erindan fırladı işidip Zaari için, kucakladı viziri, öptü ikisini dä gözlerini (47).

İsmin yönlük halı hərəkətin yönəldiyi şəxsi, əşyanı, hərəkətin istiqamətini, çatacağı son nöqtəni, zaman və məkan hüdudunu bildirir və kimə? nəyə? suallarına cavab verir. Yönlük hal, əsasən, feillərin tələbinə görə dəyişsə də, bəzən isimlərlə də bağlı olur. Yönlük hal hallana bilən sözlərin kökünə və ya əsasına -a, -ä (samitlə bitən sözlərə): panayıra, eva; -ya, -yä (saitlə bitən sözlərə) komşu-ya, pençere-yä; şəkilçiləri artırılmaqla yaranır. Sonu -k (-ak) hərfi ilə bitən isimlərə yönlük hal şəkilçisini əlavə etdikdə təsirlik halla demək olar ki, eyniyyət təşkil edir: sokak+a=sokaa, sokak+ı=sokaa. Bu hadisə k səsinin sözdə düşməsi ilə əlaqədardır. Türk dilinə nəzər salsaq, görərik ki, bu tipli sözlərə saitlə başlanan şəkilçi artırdıqda k-ğ əvəzlənməsi baş verir. Ancaq qaqauz dilində ğ səsi olmadığından sait səs qoşalaşması baş verir. İstər Azərbaycan, istərsə də türk dilində bəzi ikihecalı isimlərə saitlə başlanan şəkilçilər əlavə etdikdə sözdəki son sait səs düşür: şehre. Beni ilk günden bu şehre meftun eden

Gözleri gökmavi bir Tatar kızı olmalı.

Qaqauz dilindən fərqli olaraq, Azərbaycan dilində yönlük hal həmçinin haraya? sualına da cavab verir. Kimə? nəyə? suallarına cavab verən sözlər cümlə üzvünə görə tamamlıq, ismi xəbər (bu zaman əşya, obyekt bildirir), haraya? sualına cavab verən isimlər isə zərflik olur (məkan, zaman anlayışını ifadə edir). Ancaq qaqauz dilində göstərilən mənbələrə əsasən yönlük hal kimə? nəyə? sualına cavab verir (24, s.274-275). Гемида оннар ÿзäрдылар тÿрлÿ-тÿрлÿ адсыз адалара (43, s.5). Саманнык ÿстÿна оннар топламыштылар чылк йымырталары да оннарлан атеш едардилäр душмана (43, s.8). Далкан тез етишли дерейа (43, s.9). Ачан балтада саз битирди; чожуун гелмäзди аклысына о карагöзка (43, s.17). Ама чоҗук бакарды лампа шафкына öлä, сансын диилди ер ÿзÿндä (43, s.82).

1. Yönlük halda olan sözlər və birləşmələr məzmunundan asılı olaraq, hərəkətin yönəldiyi məkanı bildirir: Икинҗи гÿнÿ сабайлан алэр елинä ики кеди, пинер атлы бир кечийа да йолланээр боярын аулуна (37, s.90). Ertesi günü onnar gittilär primariyaya kurdular dokumentleri (47).

2. Cümlədə işlənən feillərin tələbi ilə yönlük hal hərəkətin yönəldiyi son nöqtəni bildirir: Açan gitti konaana, padişah dedi onikilernä. Avşamneen onnar ikisi da döndülär genä konaa (35, s.9).

3. Qoşmalarla işlənərək məsafə, zaman, istiqamət anlayışını ifadə edir: Çadır bezindän pateşkalı yolcu torbası sırtımda ban bir evä kadar geçerim üülendän poyraza dooru bayır sokaandan (35, s.33). Sän böla yavaş gelirsän, biz avşamadak ta eva yetişmeyeceyiz (35, s.68). Buradan dizädak batmayınca, yoktu nicä geçmää (35, s.35).

Yönlük halda olan söz və birləşmələr cümlədə xəbər vasitəsilə idarə olunaraq müstəqil sintaktik vəzifə daşıyır. Cümlədə yerinə yetirdiyi funksiyadan asılı olaraq, tamamlıq, zərflik və xəbər ola bilir.

Tamamlıq: Döktüm bän çuvala bir demirli çavdar, koydum kotikaya o çovdarı, hem kazmamı, koşuldum şilteya da gittim kıra güzlük ekmaa (35, s.41). Pindi beygirinä Köroglu da yollandı aramaa bir çocucak oolluk (47). Футбол мейданында хепсинä спортчулара вар ер (37, s.31).

Zərflik: Yönlük halın zərflik vəzifəsində işlənməsi onun mənası ilə də bağlıdır. Belə ki, məkan mənası ifadə etdikdə cümlə üzvü kimi zərflik, məkan yox, obyekt tələb edirsə, bu zaman tamamlıq vəzifəsində çıxış edir: Aylak insannar çıkırdılar küüdän da sevinirdilär güneşli havalara, ani gelmişti bizim küüyümüzä. Ta uuradı Köroglu bir genç padişaa hanumun topraana. Yaklaştı o seraya, orada sa pençeredän baker padişaa hanum (47). Denize düşen samandan tutunur (46, s.218).

Xəbər: Бу чичеклäр Мамуйадыр (37, s.24). Hal əvəzlənmələrinə gəlincə, bu dildə təsirlik və çıxışlıq hal yönlük halı əvəz edə bilir; Ortalıkta kalırdı bir ihtär babu, ani otururdu geni çit eteklän sarılı beldan. Getiräbilirsän onu burayı getir. Biz da gideriz orayı (47). Bundan başqa, yönlük hal özü də -la, lə qoşmasının yerində işlənir: Ben hakime danıştım, sen benim olacaksın.

İsmin təsirlik hal şəkilçisi qəbul etmiş söz və söz birləşmələri üzərində iş, hal, hərəkət icra olunan və hərəkətin təsirinə məruz qalan əşya və obyekti bildirir. Digər oğuz dillərində olduğu kimi, qaqauz dilində də ismin təsirlik halı sonu samitlə bitən sözlərə -ı, -i, -u, -ü: kıyadı, işi, yaamuru, südü; saitlə bitən sözlərə -yı, -yi, -yu, -yü şəkilçisi artırmaqla yaranır və kimi? neyi? ne? suallarına cavab verir (Azərbaycan dilində isə sonu saitlə bitən sözlərə n bitişdiricisi əlavə olunur: -nı, -ni, -nu, nü. Qaqauz dili bu xüsusiyyətinə görə türk dili ilə oxşarlıq təşkil edir): karı-yı, kedi-yi, kuzu-yu, sürü-yü. Tatlı dil ilanı delikten çikarır (46, s.223). Сора чекетти топламаа софрайы (43, s.31). Babu brakmış kofayı da gitmiş daduya (47). Yıkarkan geler bir canavar, kavrayor şkembeyi da yudayor onu bütün (47). Samannıkta iyneyi arama (46, s.223). Bu misallarda işlənən софрайы, kofayı, şkembeyi, iyneyi sözləri ismin təsirlik halında olub, işin icrası üçün lazım olan obyektləri bildirir. Bu dilin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, sonu -ak, -ek hərfləri ilə bitən sözlərə -ı, -i, -u, -ü şəkilçiləri deyil, -a, -ä şəkilçisi artırılır. Daha doğrusu, sonu k samiti ilə bitən sözlərə təsirlik hal şəkilçisini əlavə edərkən söz sonundakı sait səs qoşalaşır və bu zaman təsirlik hal yönlük hala bənzəyir. Bəzən bir çox dilçilər bu formanı əsas götürərək hal əvəzlənməsi kimi də izah edirlər. Fikrimcə, bu, formanın bir-birinə bənzəməsindən başqa bir şey deyildir: ahma-a, çocu-u, eşa-a, inä-ä; Yollamışlar çocuu gütsün inää. Getirer babu buçaa, bastırerlar inaa da keserlar (47). Almış babu kofayı, gitmiş saamaa inaa (47). Parai veren düdüü çalar (46, s.222). Qaqauz dilində mənsubiyyət şəkilçili ismin hallanmasında fərqlilik vardır. Belə ki, sonu saitlə bitən sözlərə təsirlik hal şəkilçisi əlavə etdikdə y bitişdiricisi əlavə olunursa -yı, -yi, -yu, yü, bunu mənsubiyyət şəkilçili sözə aid etmək olmaz. III şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş isimlər təsirlik hal şəkilçisini qəbul edərkən y deyil, n bitişdiricisini tələb edir: Balı tutan parmaanı yalar (46, s.216). Далкан силди йашларыны, бакынды булсун бир йардымҗы кендина (43, s.7). Йаклаш бана да узат авучларыны фенерин ÿстÿнä (43, s.11). Meyhaneci havardayı sever, kızını vermez (46, s.221). Evelki ahtını, sevdanı, aldın mı bendän? (46, s.237). Qeyd edək ki, Azərbaycan dilində bütün məqamlarda sonu saitlə bitən sözlərə təsirlik hal şəkilçisi əlavə etmək üçün n bitişdiricisindən istifadə olunur: atasını, qalanı.

Qaqauz dilində təsirlik halın Azərbaycan dilindən fərqi odur ki, Azərbaycan dilində təsirlik hal kimi? nəyi? haranı? nə? suallarına cavab verdiyi halda, qaqauz dilində bu hala rast gəlinmir. Çox güman ki, bu xüsusiyyət qaqauz dilinə slavyan dillərinin təsirilə əlaqədardır. Çünki slavyan dillərində də təsirlik halda haranı? sualı işlənmir. Ани о етишдирди гезмää Москвайы (37, s.23). Denizi geçtik deredä buulacas (46, s.219) (haranı? yox, nəyi? sualına cavab verir).

Təsirlik hala aid əsas xüsusiyyətlərdən biri də odur ki, o, həmişə feillərə, feili xəbərə aid olub, onlarla birlikdə işlənir. Məsələn; nümunələrdə görürük ki, йашларыны sözü силди, авучларыны sözü узат feilinə, софрайы sözü isə топламаа feilinə aid olub, hərəkətin obyektini, işin təsir edildiyi nöqtəni bildirir. Burada hərəkətin obyektə təsiri aydın görünməkdədir. Onu da qeyd edim ki, təsirlik halla işlənən feillər təsirli feillər adlanır. Hərəkətin təsirinə məruz qalan sözlər isə (təsirlik halda işlənən sözdən söhbət gedir) sintaksisdə vasitəsiz tamamlıq adlanır. Ancaq qaqauz dilinin sintaksisində vasitəsiz tamamlıq göstərilmədiyindən “dooru tamamnık” başlığı altında cümlə üzvü vəzifəsində çıxış edir. Qeyd edək ki, qaqauz dilində də təsirlik hal şəkilçisini qəbul etmiş söz cümlədə xəbər ola bilmir, cümlə üzvü kimi yalnız tamamlıq vəzifəsində işlənir. Oğuz qrupuna daxil olan digər türk dilləri kimi qaqauz dilində də təsirlik halın iki forması var: müəyyən və qeyri-müəyyən təsirlik hal. Qrammatika kitablarında bu forma göstərilməsə də, nümunələrdə qeyri-müəyyən təsirlik hala rast gəlmək olur. 1. Müəyyən təsirlik hal -ı, -i, -u, -ü və -yı, -yi, -yu, -yü şəkilçiləri ilə yaranır, kimi? nəyi? sualına cavab verir: Ама Петри отурурду оймаа чекедилмиш ени текерлääн башлыында ойгурлары (43, s.7). Авшам бекледи оолуму чак хорозлар (43, s.20). Дима ачты токатларын капусуну да теклиф етти мусаафирлери хем карысыны аула (39, s.6). Ал рубаларыны да кач батÿнун йанына (39, s.42). Адээрим буну сана, Тезка,- о сыкты беним ауҗуму (39, s.48). Е оннар олмайайды ким йапаҗейды ери, гöкÿ, йылдызлары, инсаннары (37, s.233).

2. Qeyri-müəyyən təsirlik hal isə birincidən fərqli olaraq, heç bir şəkilçi qəbul etmir, daha doğrusu, şəkilçi sözdə görünməsə də, varlığını söz tərkibində qoruyub saxlayır. Bununla da təsirlik hal qeyri- müəyyən yiyəlik halla oxşarlıq təşkil edir: hər ikisində də sıfır morfem. Bu oxşarlığına görə o, adlıq hala bənzəyir. Yuxarıda qeyd etmişdik ki, yiyəlik hal adlıq haldan özündən sonra mənsubiyyət şəkilçili sözü tələb etməsilə fərqlənir. Təsirlik halda isə bu xüsusiyyət yoxdur. O da adlıq hal kimi müstəqil işlənərək cümlə üzvü olur. Ancaq qeyri- müəyyən təsirlik hal adlıq haldan fərqlənir. Belə ki, qeyri- müəyyən təsirlik hala -ı şəkilçisi artırmaqla onu müəyyən təsirlik hala çevirmək mümkündür. Bundan başqa, həmin sözü cümlənin əvvəlinə gətirməklə və ya onun qarşısına o, bu işarə əvəzliyini artırmaqla söz müəyyən təsirlik hala çevrilir. Qeyd edək ki, bu xüsusiyyət Azərbaycan dilində də mövcuddur və onu müəyyən təsirlik hala çevirmək mümkündür. Adlıq halda olan söz həm təsirli, həm də təsirsiz feillərlə əlaqədə olur, təsirlik hal isə təsirli feillərlə əlaqədə olur. Adlıq hal feili tabe edir, təsirlik hal isə feilə tabe olur. Sintaktik cəhətdən də fərq vardır: Adlıq hal mübtəda, təsirlik hal isə tamamlıq olur. Петри ойду биркач ойгу башлыкта (43, s.10). Бир гÿн Кристо верди изин бичсин балтада саз да дииштирсин илкин öртÿйÿ евдä (43, s.17). Беки дä кенди о пек ичмеер су, ама ким ондан шарап алэр, оннар шарабы суйлан йары ичерлäр (37, 248). Сора Алëша чыкарды бир пионер журналы да узатты бана (37, s.190). Ey, çoban, bey örü, canavar kavraycek bir kuzu (47). Taşi sıksa su çıkaracak (46, s.223). Ummadık kütük araba devirir (46, s.224).

Qeyri-müəyyən təsirlik hal -ı şəkilçisi ilə işlənmədiyi üçün, yəni ilk baxışda şəkilçisiz işləndiyi üçün ona kimi? nəyi? sualı deyil, nə? sualı vermək lazımdır. Adlıq halın sualına oxşasa da, yuxarıdakı fərqliliyi nəzərə alaraq, onu nəyi? sualına çevirmək də mümkündür. Müəyyən təsirlik hal konkretlik və dəqiqlik bildirdiyi halda, qeyri-müəyyən təsirlik halda olan sözlər ümumi və qeyri- müəyyən obyekt bildirir: O her sabaa bir parçacık ekmek için koçina paklardı, dam kürüyärdı, beygir koşiydıdi (47). Ayır o skemneleri angıların altında yazılı tälä bukua sayılar okuşa (47). Bir padişah gitti askerini smotrit etmää (47).

Vasitəsiz tamamlıq – “dooru tamamnık” rolunda çıxış edən təsirlik hal cümlədə digər üzvlərə nisbətən feilə daha çox yaxınlaşır.

Qeyd: yiyəlik və təsirlik halın şəkilçiləri mənsubiyyət şəkilçiləri ilə omonimlik

təşkil edir. Daha ətraflı ismin mənsubiyyət kateqqoriyası bəhsində aydınlıq gətiriləcək. Sintaksisdə ismin təsirlik halı feillə əlaqəyə girərək idarə əlaqəsini yaradır.

İsmin yerlik halında işlənən sözlər və söz birləşmələri işin, hərəkətin icra olunduğu yeri, obyekti, əşyanın tutduğu sahəni, müəyyən bir xüsusiyyətin yerləşdiyi əşyanı, onun obyektini bildirir. Qaqauz dilində yerlik hal -da, -dä şəkilçisi ilə yanaşı, həmçinin -ta, -tä şəkilçisi ilə yaranır və neredä? näända? kimdä? suallarına cavab verir. Bununla da o, Oğuz qrupu dillərindən daha çox türk dilinə yaxınlaşır. Qaqauz dilində şəkilçinin -da, -dä, -ta, -tä formasında olması sözün sonunun sait və ya samitlə bitməsindən asılıdır. Belə ki, sonu saitlə, həmçinin cingiltili samitlə bitən sözlərə -da, -dä şəkilçisi, sonu kar samitlə bitən sözlərə isə -ta, -tä şəkilçisi artırmaqla yerlik halı yaratmaq mümkündür: kırda, deredä, uzakta, diptä. Йолда чоӂуклар аннардылар чок билинмедик ишлери (43, s.5). Ертеси гўнў пазарды, да жужанын карысы отурурду дернекта (43, s.30). О гидарди алатлайрак сокакта, кимсейä селам вермейрäк (38, s.25). Гўндўз о ишлерди кырда, топракта, авшамнейин да йардым едäрды карысына (39, s.30).

Bu misallarda işlənmiş йолда, дернекта, сокакта, кырда, топракта sözləri məkan məzmununa malik olub, əşyanın, hərəkətin yerləşdiyi, baş verdiyi yeri bildirir və harada? Sualına cavab verir. Ани баш механик качырмыш аазындан, ани кўўйўмўздä бир чорбажыда бола пампа парчасы вар (39, s.18). Дадусунда евдä йыкадылар ыӂыраны да енидäн бааладылар (37, s.189). Ий бейгирдä кимсей гезмеер, Куш кара гарга учмеер, Боз жанавар да халта етмеер (37, 103). Кухнä йанында дўўн силкäрди фычыйы чевирерäк ону елиндä, нижä кўчўк бир даулжуу чевирирсин (37, s.137). О школада ўўредиӂи занаатында чалышарды (39, s.3).

Yerlik halda olan sözlər harada, sualına cavab verib, cümlədə zərflik olurlarsa, yuxarıdakı göstərilən nümunələrdə yerlik halda işlənən sözdə nədə, kimdə sualına cavab verərək cümlənin tamamlığı olur.

Qaqauz dilində də yerlik hal cümlədə tamamlıq, zərflik və ismi xəbər ola bilər.

Bir düüştä Koroglu girgin düüşerak kırk bir yara kableder (47). Нäнда олсун о душман, Ерлердä, суда, гöктä, Бирдä суйун дибиндä, Бир кара сулўк йатмыш (37, s.183). Инек калкты куйрууну силкти да гитти коштурмаа сокакларда, ама бäн калдым киатчыксыз (37, s.179). Şatralarda geç vakıdadan işidilirdi seslär (47). Ўўредижи колхоздайды (37, s.24). Еллери нашей са бааларды болундрукта, ама аклы кызгын тарафындайды (43, s.38). İnsanın ihtibarı yoktur, ihtibar iştä (46, s.220).

Feili xəbərli cümlələrdə iş və hərəkətin yerini bildirərək cümlə üzvü kimi zərflik (yer zərfliyi) rolunda, ismi xəbərli cümlələrdə, o cümlədən əşyanın nisbi yerini bildirdiyi cümlələrdə isə tamamlıq vəzifəsində çıxış edir.

Aaç tauk düşündä em görür (46, s.215). Ambarda sıçan aaç kalmas (46, s.215). Daada gezan kurda da çatacak ayıya da (46, s.217). İnsanın işi Allahta sevgildir (46, s.220). Alayor dädü barsaları, gider deredä yıkamaa (47). Gökta uçuner bir kuş, kanatları yayılı (46, s.226).

Yerlik halda olan isimlər ya əşyanın ya da hərəkətin olduğu yeri zamanını bildirir və bu baxımdan həmin sözlər cümlənin müxtəlif üzvü olur. Bəzən də -lıq şəkilçisindən sonra işlənərək ya zaman, ya da məkan məzmunu ifadə edir. Samannıkta iyneyi arama (46, s.223).

Yerlik halda olan sözlər xəbərlə əlaqəyə girərək idarə əlaqəsini yaradır. Bu dildə hal əvəzlənmələri zamanı digər hallar da yerlik halın yerində işlənə bilir: O yılın olduydu bir erken yaz (yiyəlik hal yerlik halın əvəzində). O gena baarmış inaan içindän. Çocuk ta başlamış baarmaa canavarın içindän (çıxışlıq hal yerlik halın əvəzində). Aman, pazarı ödeycäm (təsirlik hal yerlik halın əvəzində) (47).

İsmin çıxışlıq halı iş, hal, hərəkət və hadisənin çıxış, başlanğıc nöqtəsini bildirir, subyektin hər hansı obyektdən uzaqlaşdığını göstərir. Qaqauz dilində ismin çıxışlıq halı 2 yerə ayrılır:

1) Məkan və zamanda baş verən; 2) Əşyanın hər hansı bir səbəbdən məkanından ayrılmasını bildirən çıxışlıq hal. Yerlik hal kimi çıxışlıq halın da şəkilçisi 2 formadadır: -dan, -dän, -tan, -tän. Sonu saitlə və cingiltili samitlə bitən sözlərə -dan, -dän, sonu kar samitlə bitən sözlərə isə -tan, -tän şəkilçisi artırmaqla yaranır; -korku-dan, yol-dan, göz-dän, parmak-tan, iş-tan. До чоӂук кайып, сыйырылды саманнык ўстўндäн (43, s.9). Ев сансын чекинмишти сокактан да сакланмышты ондан (37, s.158).

Çıxışlıq hal yalnız isimlərə deyil, həmçinin II və III növ təyini söz birləşmələrinə də (izafət tərkibləri) qoşularaq hərəkət və obyektin çıxış nöqtəsini bildirir. Даду сыкы тутту бени омузумдан да гöтўрдў аул ичиндäн порталара (37, s.162). Çıxışlıq halda işlənən söz cümlədə əsasən tamamlıq, zərflik (yer zərfliyi) və ismi xəbər vəzifəsində çıxış etsə də, özündən sonra qoşma qəbul edərək zərfliyin müxtəlif məna növlərində də işlənə bilir. Ўўлендäн сора гöтўрдўм бан ону берберä, кырктырдым, евдä да йыкадым (37, s.178). Куршуннарын бири Сережкадан бир хайлы йукарда живлады (37, s.173). Малинин масалларындан бäн билирдим, не олдууну (37, s.161). Бираз вакыттан сора, йоргун, безбелли бошуна кемирмектäн дäду койду питайы гери торбасына (37, 193).

Tamamlıq vəzifəsində: Gider canavar büük bayırdan da tukurlanayor, da patlamış, da kurtulmuş çocuktan canavar, çocuk ta ondan (47). Bir sevda anıtı ki örülmüş, taştan, tunçtan, ipektan (47). Islak yaamurdan korkmaz (46, s.220).

Zərflik vəzifəsində: Qeyd etdiyimiz kimi, çıxışlıq hallı söz özündən sonra qoşmalarla işlənərək zərfliyin zaman və digər məna növlərini yaradır. Мыса кызарды бу бакышлардан да буламады ӂувап етмаа (43, s.21). Сиври каллы дииди дирсääннан кафадарына ченесиннäн гöстерди (43, s.21). Булут алтындан, пейдаланан гўндäн фырларды деметлан алтынны шафклар таазä чизилера (43, s.21). Пирин калкты йатактан да бакып бозарар дышары (43, s.41). Ванинин почта кийатларындан сора биз да Нинайлан узлаштык (39, s.17).

Киатлар Москвадандыр (37, s.23).

Çıxışlıq halın bir sıra özünəməxsus xüsusiyyətləri var:

1. Çıxışlıq hal sonra,qabaq, əvvəl sözləri ilə işlənərək zaman məzmunu bildirir.

2. Başqa, əlavə, qeyri qoşmaları ilə birgə fərqləndirici məna ifadə edir.

3. Bəzən şəkilçisiz işlənərək zahirən adlıq hala bənzəyir-daş ev

4. Çıxışlıq hal çıxış nöqtəsi deyil, isim haqqında məlumatı bildirir.

5. Səbəb bildirir.

Türk dilləri tarixində çıxışlıq hal nisbətən gənc hal hesab olunur. Türkoloqlar belə hesab edir ki, çıxışlıq hal digər hallara nisbətən sonrakı dövrdə yaranmışdır, bu səbəbdən də çıxışlıq hal məzmununu digər hallar ifadə etmişdir: Git da götür recimendin ştabına skemneler (yönlük hal çıxışlıq halın əvəzində). Köroglu erinden fırladı işidip Zaari için, kucakladı viziri, öptü ikisini dä gözlerini (təsirlik hal çıxışlıq halın əvəzində). Yazıyı yazdıım Pazartesi sabahı gazetelerin internet sayfaları birbiri ardına patlatıyordu haberleri. Şindi padişah sorayor o çocaa (yönlük hal çıxışlıq halın əvəzində) (47).

Adlıq: çocuk, yaprak

Yiyəlik: çocuun, yapraan

Yönlük: çocaa, yapraa

Təsirlik: çocuu, yapraa

Yerlik: çocukta, yaprakta

Çıxışlıq: çocuktan, yapraktan

Comments are closed, but trackbacks and pingbacks are open.