Müəlliimlər üçün metodik vəsait yüklə
Müəllimin iş palnı:
“Təbiət” fənni üzrə 5-ci sinif üçün metodik vəsait – PDF
V sinif üçün nəzərdə tutulmuş Təbiət fənni üzrə dərslik komplekti fənn proqramının tələbinə uyğun olaraq təbiət fənlərinin – fizika, kimya, biologiya, coğrafiyanın inteqrativ öyrənilməsini təmin edir. Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə, sadə praktik araşdırmalar əsasındakonstruktivisttəlimnəzəriyyəsininnəzərdətutduğukimi, qazanılan bilik vəbacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar. Tədqiqata əsaslanan təlim zamanı şagirdlərə öyrənəcəkləri məzmunla əlaqəli və onlara gündəlik həyatlarından tanış olan bir situasiya təqdim olunur, onlar bu situasiyaya görə seçilmiş suallarla müzakirəyə qoşulmağa və ilkin biliklərini ifadə etməyə dəvət olunurlar.
Növbəti mərhələdə müvafiq yaş qrupunun psixologiyasına uyğun olaraq fəaliyyətlərdən və konkret misallardan istifadə edərək şagirdlərin mühakimə bacarığı verilən nümunələrin abstrakt formada ümumiləşdirilməsinə istiqamətləndirilir. Bu metodda öyrənmə prosesinin konkret misallardan onları vahid çərçivədə izah edən ümumi anlayışlara doğru inkişafı nəzərdə tutur. Mütəxəssislər hesab edir ki, tədqiqata əsaslanan təlim təbiət fənninin qarşısına qoyduğu tələbləri effektiv şəkildə yerinə yetirməsi üçün effektiv metoddur. Bu təlimin qarşısına qoyulan başlıca tələblər bunlardır: • şagirdləri iqtisadi rifahın lokomotivi olan elmi-texniki fəaliyyət sahələrində karyera seçməyə həvəsləndirmək
və onlara müvafiq fundamental bilik və bacarıqlar vermək;
• elm və texnikanın əsaslarına dair biliklərin zəruri hesab edildiyi sahələrdə işləyəcək gələcəyin mütəxəssislərinə fundamental elmi anlayışlar və qanunauyğunluqlara dair biliklər vermək;
• şagirdlərə elmin və texnologiyanın fərdlərin və cəmiyyətin həyatındakı roluna dair zəruri biliklər sistemi vermək və onlarda qazanılan biliklərin həyati proseslərə tətbiq etmək bacarığı, elm savadlılığı formalaşdırmaqdır. Onlar həyatlarının məktəbdən sonrakı mərhələlərində müxtəlif keyfiyyətdə informasiyaların bolluğu şəraitində rasional qərarlar verə bilmək üçün doğru informasiyanı müəyyən edə bilməlidirlər.
Beləliklə, təbiət fənninin təlimi sadəcə məzmunu deyil, məzmunun əldə olunması bacarıqlarını da formalaşdırmaqla bu bacarıqları həyatlarının digər sahələrinə də transfer edə bilmələrinə nail olmağı və 21-ci əsrin iş mühitinə daha yaxşı adaptasiya olub qarşılaşdıqları problemləri müstəqil həll edə bilmələrini təmin etməlidir.
Təbiət fənninin qarşısına qoyulan bu tələblərin ödənilməsində təkcə elmin məhsulu olan məzmunun deyil, həm də bu məzmunun əldə edilməsində istifadə olunan bacarıqların da tədqiqata əsaslanan təlim metodu ilə daha yaxşı öyrədildiyi beynəlxalq təhsil ictimaiyyəti tərəfindən qəbul olunmuşdur.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
“Təbiət” fənni üzrə 5-ci sinif üçün metodik vəsait – PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Müəlliimlər üçün metodik vəsait yüklə
“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-02-2020, Nəşr Nömrəsi: 44), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2020, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 214)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202002250067
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 25 fevral 2020-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. tədris-metodik vasitə – tədris məqsədləri üçün istifadə olunan kağız və ya elektron daşıyıcılarda olan resurs və ya resurs dəsti;
1.2.2. açıq tədris-metodik vasitə – ödənişsiz və məhdudiyyətsiz istifadəyə icazə verilən tədris-metodik vasitə;
1.2.3. dərslik – sistemli materialları özündə ehtiva edən və təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edən tədris-metodik vasitə;
1.2.4. kağız dərslik – kağız daşıyıcıda olan dərslik;
1.2.5. rəqəmsal dərslik – rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərslik;
1.2.6. dərs vəsaiti – təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsinə yardım edən tədris-metodik vasitə;
1.2.7. qrif – ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən verilən eyniləşdirmə nömrəsi. [1]
2. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi
2.1. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.
2.2. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:
2.2.1. materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
2.2.2. pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;
2.2.3. dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;
2.2.4. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.
2.3. Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir.
2.4. Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir.
3. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi
3.1. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.
3.2. Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir.
3.3. Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir.
3.4. Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi (bundan sonra – ərizəçi) Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (bundan sonra – TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir.
3.5. Dərsliyə qrif almaq üçün müraciət Nazirliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
3.6. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.
3.7. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay ərzində baxılır.
3.8. Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
3.8.1. dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);
3.8.2. dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal);
3.8.3. dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal);
3.8.4. dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal).
3.9. Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır.
3.10. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat ərizəçinin şəxsi kabinetinə göndərilir.
3.11. Dərsliyə qrif verilməsindən imtinadan ərizəçi yazılı formada (o cümlədən, elektron formada şəxsi kabineti vasitəsilə) 1 (bir) ay ərzində Nazirliyə şikayət verə bilər. Şikayət həmin dərsliyin qiymətləndirilməsində iştirak etmiş şəxslərdən ibarət tərkibdə yaradılan komissiyada ərizəçinin iştirakı ilə baxılaraq cavablandırılır.
3.12. Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir. Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 (beş) tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Qrifin verilməsi barədə əmrdə dərsliyin adı, əsaslandığı təhsil proqramı (kurikulumu) və fənni (inkişaf sahəsi), əhatə etdiyi təhsil müddəti, müəllifləri və müstəsna müəlliflik hüququnun (©) sahibi (sahibləri), kağız və ya elektron daşıyıcıda olması və qrif göstərilir.
3.13. Qrif verilməsindən imtina edilmiş dərslik təkmilləşdirildikdən sonra növbəti təqvim ilində yenidən qrif verilməsi üçün Nazirliyə təqdim edilə bilər.
3.14. Nazirlik qrif verilmiş və qrifi ləğv edilmiş dərsliklərin reyestrini aparır və onlar barədə məlumatı rəsmi saytında dərc edir.
3.15. Aşağıdakı hallarda Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edir:
3.15.1. dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu) qüvvədən düşdükdə;
3.15.2. dərsliyin təkmilləşdirilmiş nəşrinə qrif verildikdə;
3.15.3. dərslikdə başqa əsərlərdən qeyri-qanuni istifadə (plagiat) faktı öz təsdiqini tapdıqda.
3.16. Qrif verilmiş dərsliklərdən mülkiyyət formasından asılı olmayaraq, eyni təhsil proqramını (kurikulumu) həyata keçirən bütün ümumi təhsil müəssisələrində növbəti dərs ilindən istifadə edilə bilər.
3.17. Ümumi təhsil müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində isə pedaqoji şura tərəfindən qəbul edilir.
4. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri
4.1. Özəl ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.
4.2. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına, Nazirlik tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən satınalma yolu ilə həyata keçirilir.
4.3. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün rəqəmsal dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri internet şəbəkəsi üzərindən həyata keçirilir.
4.4. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim edilir. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanılmasına 6 (altı) ay qalmış TMİS-də bu məqsədlə açılmış xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq edirlər. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 (bir) ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşır.
4.5. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı istifadəyə yararlılıq müddətləri nəzərə alınmaqla həyata keçirilir:
4.5.1. məktəbəhazırlığın və 1-ci sinfin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – bir tədris ili;
4.5.2. 10-11-ci siniflərin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili;
4.5.3. digər təhsilalanlar üçün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı dörd tədris ili;
4.5.4. təhsilverənlər üçün kağız dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili.
4.6. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı tiraj həcmlərində təşkil edilir:
4.6.1. istifadəyə yararlılıq müddəti bir tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr hər il istifadəçilərin proqnoz sayının 105 faizi həcmində;
4.6.2. istifadəyə yararlılıq müddəti dörd və ya beş tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr istifadə müddətinin ilk ilində istifadəçilərin proqnoz sayının 105 faizi həcmində, istifadə müddətinin qalan dövründə istifadəçilərin proqnoz sayının 45 faizi həcmində birdəfəlik, yaxud illərə bölünməklə.
4.7. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr tədris ilinin başlanılmasına 2 (iki) ay qalmış nəşr edilir və tədris ilinin başlanılmasına 1 (bir) ay qalmış dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına çatdırılır.
4.8. Yerli təhsili idarəetmə orqanları ərazisində yerləşən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrini onların təqdim etdiyi proqnoz tələbat əsasında tədris ilinin başlanılmasına 15 (on beş) gün qalmış Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.
4.9. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri hər bir istifadəçini tədris ili başlananadək kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.
4.10. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri kağız dərslikləri, dərs vəsaitlərini və digər tədris-metodik vasitələri kitabxana fonduna daxil edirlər.
4.11. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində qrifi qüvvədən düşmüş kağız dərsliklər və ya bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilən istifadəyə yararlılıq müddəti bitmiş kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr köhnəlmiş hesab olunur və kitabxana fondundan qanunvericilikdə nəzərdə tutulmuş qaydada çıxarılırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin Qərar ı (Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin rəsmi internet sayt ı , 23 dekabr 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin Qərar ı (Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin rəsmi internet sayt ı , 23 dekabr 2022-ci il) ilə “Ümumi t ə hsil m ü ə ssis ə l ə ri üçü n d ə rslikl ə rin, d ə rs v ə saitl ə rinin v ə dig ə r t ə dris-metodik vasit ə l ə rin haz ı rlanmas ı Qaydas ı” n ı n 1.2.7-ci yar ı mb ə ndind ə “ T ə hsil ” s ö z ü “ Elm v ə T ə hsil ” s ö zl ə ri il ə ə v ə z edilmişdir.
Müəllimin fəaliyyət planları:(Məktəbşünaslıq)
Hər bir müəllimin aşağıda qeyd etdiyim sənədləri olmalıdır. Məktəb rəhbərliyi və Təhsil İdarəetmə Orqanları onları müəllimdən tələb edə bilərlər. Lakin bu sənədləri dərs ili bitəndən sonra kimsə müəllimdən tələb edə bilməz. Çünki bu sənədlər məktəbin rəsmi sənədləri sırasında deyil və yalnız müəllimin fəaliyyət göstərməsi üçün zəruri olan şəxsi sənədləşmələrdir.
Просмотр содержимого документа
«Müəllimin fəaliyyət planları:(Məktəbşünaslıq)»
Müəllimin fəaliyyət planları:(Məktəbşünaslıq)
Hər bir müəllimin aşağıda qeyd etdiyim sənədləri olmalıdır. Məktəb rəhbərliyi və Təhsil İdarəetmə Orqanları onları müəllimdən tələb edə bilərlər. Lakin bu sənədləri dərs ili bitəndən sonra kimsə müəllimdən tələb edə bilməz. Çünki bu sənədlər məktəbin rəsmi sənədləri sırasında deyil və yalnız müəllimin fəaliyyət göstərməsi üçün zəruri olan şəxsi sənədləşmələrdir.
Müəllimin iş palnı:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (Kurikulumları)adlı sənədin ümumi təhsilin idarə olunması bölməsində “Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir” bəndi özünə yer alır. Bu o deməkdir ki, məktəbin bütün məsuliyyəti onun bütün əməkdaşlarının arasında, o cümlədən müəllimlər arasında bölünməli və məktəb bir kollektiv kimi fəaliyyət göstərməlidir.
Məhz buna görə hər bir müəllim Pedoqoji Şurada təsdiq olunan məktəbin ümumi fəaliyyət planına uyğun olaraq özü üçün fərdi müəllimin fəaliyyət planı tərtib etməli və onu il ərzində icra etməlidir. Çünki məktəbin ali idarəetmə orqanı Pedoqoji Şuradır və direktor da daxil olmaqla bütün işçilər bu orqanın qərarlarını sözsüz ictra etməlidirlər.
Direktor məktəbin illik fəaliyyət planına uyğun görüləcək işləri ilk növbədə müəllimlər arasında bölməlidir. Müəllimlər də buna uyğun olaraq fənlər üzrə biliklərin monitorinqi, şagirdi olimpiadaya hazırlaşdırmaq, fənnini zəif oxuyan şagirdlərin müəyyən edilməsi,valideynlərlə əlaqə yaratmaq, məktəbdə növbətçilik, müəyyən tədbirləri keçirtmək, fənninə uyğun disput, konfrans, fənn gecələri, divar qəzeti, məktəbdaxili bilik yarışı, fənnə aid aylıqlar, nümunəvi dərslər və s. bu kimi işlərin görülməsini fəaliyyət planında qeyd etməli və mütəmadi Pedoqoji Şura qarşısnda hesabat verməlidirlər.
1. Müəllim dərsini deyib məktəbi tərk edə bilər və ya müəllimdən dərsdən sonra başqa bir şey tələb etmək olmaz fikri kökündən yanlışdır. Belə olsaydı məktəblilərin tətil günləri müəllimlər üçün iş günü sayılmaz və məktəblər bu vaxt fəaliyyət göstərməzdilər.
2. Müəllimin perspektiv və cari(gündəlik) iş planları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasında Ümumi təhsilin Konsepsiyası(Milli Kurikulumu)
adlı rəsmi sənədin Fənn Kurikulumlarının strukturu fəslinin
təlim strategiyaları hissəsində müəlimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr bölməsi özünə yer alıb. Hər bir müəllim öz tədris və təlim fəaliyyətini bu sənəd əsasında qurmalıdır. Buna uyğun olaraq Təhsil İstitutu fənlər üzrə Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fənn üzrə Təhsil Proqramı (Kurikulumu) adlanan nümunəvi metodik vəsait hazırlayıb.
Həmin vəsaitdə Perspektiv və cari(gündəlik) planlaşdırma nümunələrinin formaları özünə yer alıb. Dərslik müəllifləri də məhz bu sənədə uyğun olaraq müəllim üçün metodik vəsaitdə müəllimə dəstək üçün illik və gündəlik dərs planlaşdırması nümunələri verməyə cəhd ediblər. Buna uyğun olaraq hər bir müəllimin fəaliyyətini illik və gündəlik planlaşdırılmasını yazmağa borcludur. Bu sənəd və metodik tövsiyələrə görə Perspektiv planlaşdırma tərtib etmək hansı tələbdədirsə eləcə də cari (gündəlik)planlaşdırma yazmaq o tələbdədir. Yəni perspektiv planlaşdırma yazmaq necə lazımlıdrsa, eyni dərəcədə də cari(gündəlik) planlaşdırma yazmaq bu cür lazımlıdır.
Bəzi məktəblərdə müəllimlərdən hər il cari və perespektiv iş planlarını təkrar yazmaq tələb olunur. Bu düzgün deyil. Əgər tutalım ki, müəllim bir sinif üçün bu planı yazıbsa niyə gələn il təkrar bu planı yazmalıdır? Dünya ölkələrində bu planlar yazılarkən “dəftər”də boş yerlər saxlanılır ki, gələn il müəllim təcrübəsinə uyğun ora əlavələr edə bilsin. Dərs zamanı plandan kənar və dərsin keyfiyyətinə müsbət təsir edən hallar da, bu planlara əlavə edilir və ya laımsız yerlərin üstündən xətt çəkilir ki, planlar daha müəkkəmməl olsun. İllər ərzində bu planlaşma “dəftəri” gözəl bir metodik vəsaitə çevrilir. Hətta dərslik müəllifləri belə bu cür təcrübəli müəllimlərin Cari(gündəlik) və Perspektiv (illik) planlşamalarından metodik kömək üçün istifadə edirlər. Dərs ilinin sonunda bu planları müəllimdən almaq və ya onları mütəmadi imzalamaq absurd bir şeydir. Çünki bunlar məktəb sənədlərinin siyahısına daxil deyil. Bu planlaşmalar müəllimin gələcək fəaliyyəti və növbəti illlərdə bu siniflərdə dərs aparması üçün zəruri bir vəsaitdir və müəllim onları heç kiməsə verməyə borclu deyil.
3. Dərnək və sinif rəhbərinin iş planları
Əgər müəllim eyni zamanda sinif və dərnək rəhbəridirsə buna uyğun da iş planı yazmalı və planın həyata keçirilməsi vəziyyəti barədə pedoqoji şura qarşısında mütəmadi hesabat verməlidir.
Ümumiyyətlə müəllimin fəaliyyətinə onun hesabatına uyğun yalnız pedaoqji şura və ya attestasiya komissiyası qiymət verə bilər. Məktəb rəhbərinin hər hansı formada müəllimin fəaliyyətinə subyektiv müsbət və ya mənfi qiymətinin heç bir hüquqi əsası yoxdur. Çünki direktor özü pedoqoji şuranın sədri olsa da, o, da bu şura qarşısında hesabt verənlərdən birdir və onun özünə belə qiyməti Pedaqoji Şura verir.
Bəzi məktəblərdə cari(gündəlik) iş planı olmayan müəllimi məktəb rəhbərləri sinifə buraxmırlar. Məktəb rəhbəri kimdir ki, müəllimi sinifə buraxmır? Müəllimlər işlərində bu kimi qüsurlara yol verirsə, ona bu barədə şifahi xəbərdarlıq edilməlidir. Dərsə buraxmamaq anlayışı məktəbşünaslıqda yoxdur. Müəllim ya işçidir ya da işdən azad olunan. Dərsə buraxılmayıb dəhlizdə gəzişən hal heç bir qanunlarda yoxdur. .
Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Comments are closed, but trackbacks and pingbacks are open.