Bu gün Azərbaycanda “Bilik günü”dür
Sentyabrın 15-də Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.
Müəllim andı
2020-01-07 13:22:00
Müəllim andı – Mətn, qaydalar və hüquqi əsas
Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb. Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir, onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir. AzEdu.az müəllim andı ilə bağlı qaydaları təqdim edir: -And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. -Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”. -Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. -Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır. Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.
Nəzrin Cavid
Bu bölməyə aid digər xəbərlər
Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ
2023-03-07 11:23:20
Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ
2023-03-02 16:25:12
İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ
2023-02-28 14:33:50
Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
2023-02-26 13:29:00
Akademikin Vikipediya səhifəsi yenilənib
2023-02-24 17:10:00
“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO
2023-02-16 13:50:00
Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək
2023-02-15 16:23:00
BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub
2023-02-15 10:55:00
Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar
2023-02-13 12:16:00
Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ
Bu gün Azərbaycanda “Bilik günü”dür
Tarixdə ilk dəfə pedaqoqlar “müəllim andı” içəcəklər.
Bu gün Azərbaycanda “Bilik günü” kimi qeyd olunur.
Oxu.Az xəbər verir ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Sentyabrın 15-də Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan kitablar artıq bütün məktəblərə çatdırılıb.
2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Orta təhsilini qızıl və gümüş medallarla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Müəllim andı
2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Ölkə.Az-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.
Nazirlikdən bildirilib ki, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri təbrik edirik. Təhsilverənlərə və təhsilalanlara, ümumilikdə ölkənin bütün pedaqoji ictimaiyyətinə yeni – 2014-2015-ci dərs ilində uğurlar arzulayırıq.
Ölkə.Az
Comments are closed, but trackbacks and pingbacks are open.