Press "Enter" to skip to content

Heydr liyev v azrbaycançılıq ideologiyası

Bir gənc olaraq fikirləşməməliyik ki, dövlət, vətən, el, oba bizimçün neynəyib, fikirləşməliyik ki, biz dövlət, vətən , el, oba üçün hansı işlər görmüşük.
Fikrimi ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Heydr liyev v azrbaycançılıq ideologiyası

Məqalədə ölkəmizi bu günlərə çatdıran Azərbaycan milli ideologiyası haqqında mülahizələr verilir. Yazıçı bu prosesdə Heydər Əliyevin danılmaz rolunu qeyd edir. Əsasən oxucuların diqqətini Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə görülmüş işlərə yönəldir. Təkcə strategiyalar və fəaliyyətlər haqqında deyil, həm də bu ideologiyanın nəticələri haqqında məlumatlar verilir. Bundan əlavə, azərbaycanlıları bu ideyaları inkişaf etdirmək və həyata keçirmək üçün istiqamətləndirmək vacib olduğu qeyd olunur. Azərbaycan əvvəllər ağır vəziyyətdə idi, lakin bu hakimlik altında ölkəmiz bugünkü vəziyyətə gəlib çatmışdır. Üstəlik, Heydər Əliyevin qoyub getdiyi irs xalqımızı vətənpərvərlik və həmrəylik dəyərləri ilə inkişafa sövq edib.

Açar sözlər: Azərbaycançılıq ideologiyası, vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlər, milli birlik, həmrəylik

MƏQALƏNİ YÜKLƏ [192,17 Kb] (yüklənib: 109)

Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
+994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]

Heydr liyev v azrbaycançılıq ideologiyası

Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.

Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini təmin edən, daim milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdən olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin milli ideo-logiya olaraq irəli sürdüyü azərbaycançılıq vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olmuşdur. Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tər-kibində olduğu illərdə də, Mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siya-sətinə və islamafobiya meyllərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərinin qo-runub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun kəsilməzliyini təmin edə bilmişdir.

Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında azər-baycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu Öndər həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Azərbaycançılıq ideologiyası milli və bəşəri dəyərlərlə, milli varlığın yaşamasını təmin edən mühüm ideyalarla zəngindir. Bu ideologiya Azərbaycanın unitar, demokratik, dünyəvi, hüquqi dövlət kimi möhkəmlənməsinə və dünya sivilizasiyasının tərəqqisinə öz müsbət töhfəsini verməyə yönəlib. Azərbaycançılıq dilindən, dinindən, irqindən, milli və sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının dövlətçilik və vətənpərvərlik naminə birliyini nəzərdə tutur. Azərbaycançılıq o deməkdir ki, hər bir insan öz milli mənsubiyyəti ilə qürur duymalı və öz tarixi keçmişinə hörmətlə yanaşmalıdır. Heç kəs bizləri etnik mənsubiyyətə görə parçalaya, ayrı seçkiliyə məruz qoya bilməz. İngilislər və fransızlar onlarla etnoslardan vahid dövlət olduğu kimi, Türkiyə də eyni dərəcədə lazın, kürdün, çərkəzin, Azərbaycan isə ləzginin, buduqun, qrızın, ingiloyun və s. etnosların eyni dərcədə Vətənidir. Hər bir vətənpərvər insan öz xalqının tarixi nailiyyətini şəxsi uğuru, çətin və ağrılı-acılı günlərini isə şəxsi faciəsi kimi qəbul etməlidir. Yəni həmişə – yaxşı günündə də, pis günündə də yanında olmalı, əlindən gələni əsirgəməməli və öz xalqı ilə qürur duymalıdır.

Heydər Əliyevin fəaliyyətinin istər ölkə, istərsə də dünya miqyasında yüksək qiymət-ləndirilməsi azərbaycançılıq ideologiyasının təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev irsinin qorunması və təbliği, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində hə­yata keçirilən müx­təlif tədbirləri təkcə bu dahi insanın şəx­siyyətinə müna­si­bətlə əlaqələndirmək olmaz. Bu təd­birlər böyüməkdə olan gənc nəslin dövlətçilik duyğu­larının in­kişaf etdirilməsi ba­xı­mından da çox böyük əhəmiy­yət­ə malikdir.

Bu gün azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhə-ləsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissi-ni gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuş-dur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dün-yada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möh-kəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

İlham Əliyev Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, zaman-zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib.

2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə nəticəsində Qarabağ işğaldan azad edildi. Bu tarixi Zəfər Prezident İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Qarabağı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin də ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.

Qloballaşan dünyada azərbaycanlıların siyasi sərhədləri aşaraq bir-birlərilə sıx əlaqə saxlamalarına, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələrinə yalnız milli yox, həm də ümumbəşəri bir tələbat kimi baxılmalıdır.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

Xankəndi

Hər bir xalq öz tarixinin yeni səhifələrini məhz yetişdirdiyi dahi övladlarının ağlı, zəkası, qətiyyəti, qəhrəmanlığı sayəsində yazmağa nail olur. Azərbaycanın XX əsr tarixinin böyük bir hissəsini heç şübhəsiz tam əsasla ulu öndərimiz Heydər Əliyev tarixi adlandıra bilərik.

Ötən yüz illiyin təxminən 30 ili ərzində ölkəmizdəki inkişaf, qazanılmış nailiyyətlər, yaradılmış dəyərlər və sərvətlər ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmişdir.

Fikrimcə hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli mənəvi dəyərlərini qorumalıdır. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz adət-ənənələrimizlə fəxr edirik. Bilirik ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ulu öndərimiz Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini, milli ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintezindən çıxış edirdi. Ona görə azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

Qeyd edim ki, xalqımızın əsrlərdən bəri formalaşmış adət-ənənələri vardır. Onlardan kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə diqqət və qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin öz övladlarına olan qayğı və məhəbbəti bu adət-ənənələrin əsasını təşkil edir. Bu bizim xalqımızın mentalitetidir və biz bununla fəxr edirik. Ulu öndərimizin bizə əmanət qoyduğu həmin siyasi irs demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar konteksində səfərbər edilməsini, cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Bu reallığın göstəricisi olaraq yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, millət vəkili, YUNESKo və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin ünvanına çevirilməklə Heydər Əliyev irsini şərəflə qoruyur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə həmişə xalqımızın milli mənəvi dəyərlərinin, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışmışdır. Sovet imperiyasının Azərbaycan xalqı əleyhinə apardığı siyasət nəticəsində Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, milli mənəvi sahədə də böhran hökm sürmüş və 1960-cı illərdə bu böhran özünün kulminasiya nöqtəsinə çatmışdı.

1969-cu ildə hakimiyyət sükanının arxasına keçən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində zəngin milli mənəvi dəyərlərimizin qorunması və inkişafına şərait yaratdı. Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələsində belə mənəviyyatın təntənəsinə xidmət edən islam dinin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. Ulu öndərimiz Heydər Əliyev bu haqda demişdir “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

İnsanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli mənəvi dəyərlərindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah işlər görmüş, maddi yardıma ehtiyacı olanlara əl tutmuş, savab işlərin yolçusu olmuşdur. Eyni zamanda həmin dövrdə bir çox qadağalara baxmayaraq xalqımız milli bayramımız olan Novruzu və dini bayramımız olan Qurban və Ramazan bayramlarını da qeyd etmişdir. Qeyd edək ki, Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir.

Ulu öndərin bütün sahələrdə siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev bütün adət-ənənələrimizə və dini bayramlarımıza hörmətlə yanaşır, onların qeyd olunması üçün ölkədə hər cür şərait yardır tədbirlərdə şəxsən iştirak edir.

Ümummilli liderimiz Heydər Əliyev həyat və fəaliyyəti onun adət-ənənlərimizə göstərdiyi böyük münasibəti biz gənclər üçün nümunədir. Biz öz milli dəyərlərimizə adət-ənənələrimizə məhz Heydər Əliyevin münasibətləri səviyyəsində yanaşmağı özümüzə borc bilirik, hər birimiz ümummilli liderimizin ruhu qarşısında baş əyirik.

Bir gənc olaraq fikirləşməməliyik ki, dövlət, vətən, el, oba bizimçün neynəyib, fikirləşməliyik ki, biz dövlət, vətən , el, oba üçün hansı işlər görmüşük.
Fikrimi ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Nəsimi Teymurov
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı aparatının baş məsləhətçisi

Comments are closed, but trackbacks and pingbacks are open.