Press "Enter" to skip to content

Məktəbə qəder uşaqlar ucun dərsliklər namazov

28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Dana, keçi və qoyun» nağılı

20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …

«Xırdabuynuz və döğma evi» nağılı

23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены

Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …

«Balaca dovşan və Yaz» nağılı

22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены

Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …

GÜNƏŞİN NAĞILI

18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …

«Tülkü, tülkü, tünbəki» nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

ÇİRKİN ÖRDƏK BALASI

28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены

Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …

QAR KRALİÇASI

28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены

BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …

Vəhşi Qu Quşları

28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены

Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.

«Yarasa» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …

«Tənbəl Əhmədin» nağılı

18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены

Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …

Məktəbə qəder uşaqlar ucun dərsliklər namazov

Əhmədli Ayşən İntiqam qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA ƏXLAQ TƏRBİYƏSİNİN YOLLARI VƏ ƏSAS VƏZİFƏLƏRI

Açar sözlər: tərbiyə, əxlaq, davranış, uşaq, norma
Key words: upbringing, morals, behavior, child, norm
Ключевые слова: воспитание, нравственность, поведение, ребенок, норма

Tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqların əxlaqi davranışlarında şüur həlledici qüvvəyə malik olduğunda şüur çox vaxt uşağın pis rəftara yol verməsindən sonra fəaliyyətə başlıyır. Uşağın nəyin pis, nəyin yaxşı olması haqqında təsəvvürləri onun təcrübəsi, həyəcanları ilə sıx əlaqəlidir. Uşağın müşahidə etdiyi faktlar, obrazlı təəssüratlar və s. ilə bağlı olan hərşey əsasən ona anlaşıqlı olur. Uşaq üçün xarakterik olan təfəkkür konkretliyi bununla izah edir. Respublikamızda 1998-ci ildə qəbul edilən “Məktəbəqədər müəssilərdə tərbiyə və təlim proqramı”nda uşaqların əxlaq tərbiyəsinə verilən tələblər xeyli təkmilləşdirilmiş, uşaqlarda milliyin, insanpərvərliyin, qarşılıqlı xeyirxahlıq münasibətlərinin, kollektivçiliyin əsası üzrə tərbiyə işinin məzmunu dəqiqləşdirilmiş, onlarda yüksək mənəvi keyfiyyətlərin formalaşması üçün normaların məzmunu konkretləşdirilmiş, uşaqların və aparılan işlərin qrupdan-qrupa zənginləşməsi, inkişafı nəzərə alınmışdır.

Uşağlarnızı qorumaq üçün oxunan dualar

Əssələmu aleykum dəyərli valideynlər
Baxın bu əslində çox ciddi məsələdir. Şirin balalarımızı hətta ölümlə belə nəticələnə bilən nəzərdən qorumağın ən gözəl üsulunu, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) də öz sevimli nəvələrinə oxuduğu duanı aşağıdakı məqalədə ətraflı oxuya bilərsiniz. Oxuyub keçməyin tətbiq edin.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Cabir (Allah ondan razı olsun!) peyğəmbərin (Allahın salam və salavatı onun üzərinə olsun!) belə dediyini rəvayət edir:

«Nəzər insanı qəbrə, dəvəni qazana salar» (İbn Hibban, 2/107; əl-Əlbani və b.). Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni isə ölməmiş tez kəsərlər.

Çox vaxt fikir verməsək də, əslində nəzər, gözdəymə çox ciddi fəsadlara gətirib çıxarır. Hətta anında öldürə bilər. Biz uşaqları bəzəyib bayıra çıxartmağı, ya da qəşəng şəkil və videolarını çəkib başqalarına göndərməyi, profillərə qoymağı xoşlayırıq.. Amma heç nəzərə gələ biləcəklərini düşünmürük. Halbuki sahabələr qəşəng uşaqların üzünə kömür sürtərdilər ki, çirkin görünüb, nəzərə gəlməsinlər.

Mütəqaddim alimlərdən olan Hafiz əl-Bəğavi (Alah ona rəhm etsin!) “Şərhu’s-sunnə” əsərində qeyd edir ki, Osman ibn Əffan (Allah ondan razı olsun!) çox gözəl bir uşaq görür və onun nəzərdən qorunması üçün valideyninə deyir ki: “Bu uşağın çənəsinə qara boya sürtərək gözəlliyini gizlədin”.

Bəzən “səbəbsiz” yerə uşaqlar pis vəziyyətə düşür, qızdırma, qusma, ishal, çığırıb ağlama və s. Amma nəzərdən bu hala düşə biləcəkləri ağlımıza gəlmir. Ən doğrusunu Allah bilir.

Əlhəmdulilləh, Allah bizi çarəsiz qoymayıb, sünnədə gələn, Peyğəmbərimizin (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələrinə (Allah onlardan razı olsun!) oxuduğu dua var ki, oxunduğu gün o uşaqlar Allahın himayəsi altında olar və heç bir şeytan, zərərli həşərat və bəd nəzər onlara zərər verə bilməz.

Allah Rəsulu (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələri Həsən və Hüseynin (Allah onlardan razı olsun!) nəzərdən qorunması üçün bu duanı oxumuşdur[1]:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

Hər bir şeytan,hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlimələrinə həvalə edirəm.

Dua uşaqların say və cinsindən asılı olaraq belə oxunur inşəAllah:

◆ Bir oğlan uşağı üçün:

اُعِيذُكَ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ Bir qız uşağı üçün:

اُعِيذُكِ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zuki bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆Daha çox uşaq üçün cəm forması :

اُعِيذُكُمْ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukum bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli seyin qadir

(rain) Paylaşarak xeyrə səbəb olun. Kimlər bu duanı sizin xatırlatmanız səbəbilə öyrənib tətbiq etsə hər dəfə sizə də əcr yazılacaq in şə Allah. Bilin ki, elmi yaymaq şərəfli işdir.
Hətta Abdullah ibn Mubərak (Allah ona rəhmət etsin) buyurmuşdur:

«Mən peyğəmbərlik dərəcəsindən sonra elmi yaymaq qədər fəzilətli bir dərəcə tanımıram.» (Təhzibul Kəməl, 16/20)

Comments are closed, but trackbacks and pingbacks are open.