Press "Enter" to skip to content

Azrbaycan iqtisadiyyatı

Rəqəmsal İqtisadiyyat Strategiyası bir sıra məsələlərə toxunacaq, amma ən əsas məsələ rəqəmsal ekosistemin qurulması və rəqəmsal iqtisadiyyatın düzgün və planlaşdırılmış şəkildə inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Rəqəmsal iqtisadiyyatın Azərbaycanda formalaşdırılması və bu istiqamətdə işlərin vahid və koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsi üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın hazırlanması nəzərdə tutulur.

Aznews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin “Rəqəmsal iqtisadiyyat” şöbəsinin rəisi Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, bu strategiyanın hazırlanması istiqamətində artıq işlər görülür: “İlkin olaraq İşçi Qrupu yaradılıb və onun tərkibinə İqtisadiyyat Nazirliyinin, 4SİM-lə yanaşı, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri cəlb ediləcək. Çünki bu strategiyanın ərsəyə gəlməsi üçün burda təkcə İqtisadiyyat Nazirliyi deyil, həmçinin bütün aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmalıdır. Bu istiqamətdə işlərimizi planlaşdırmışıq.

Rəqəmsal İqtisadiyyat Strategiyası bir sıra məsələlərə toxunacaq, amma ən əsas məsələ rəqəmsal ekosistemin qurulması və rəqəmsal iqtisadiyyatın düzgün və planlaşdırılmış şəkildə inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

C. Abdullayev bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır: “Artıq ilkin təhlillər və müzakirələr aparılır. İlkin olaraq bu sistemin qurulması üçün ölkəmizdə kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyatın qurulması üçün müvafiq tənzimləmələr, qanun və qaydaların hazırlanması, 4-cü Sənaye İnqilabı texnologiyaların tətbiqi, maliyyə resurslarına əlçatanlığın, müvafiq rəqəmsal xidmətlərin qurulması və inkişaf etdirilməsi və bacarıqlı insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. İnsan kapitalı ilə bağlı mövzu xüsusi əhəmiyyət kəsb edir və bunula bağlı hazırda “IT Hub” adlı layihənin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.

O bildirib ki, layihənin məqsədi Azərbaycanın regionlarında müasir texnologiyalar və rəqəmsal sahəyə marağı olan gənclərin ödənişsiz olaraq IT kurslarla təmin olunması istiqamətində dəstək verməkdir: “Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində həyata keçirilir”.

Azrbaycan iqtisadiyyatı

Postpandemiya dövründə yeni dünya nizamı: Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar açılır? – FOTO

Dünya bazarında neft qiymətləri necə dəyişib?
Sahib Məmmədov: “Qarabağdakı layihələr “Yaşıl iqtisadiyyata keçid” prinsiplərinə uyğundur”
Dayanıqlı İnkişafa dair növbəti Bakı Forumu keçiriləcək
Prezident: “Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb”
İlham Əliyev: “Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır”
Azərbaycanda pensiya yaşına yenidən baxılacaq – VİDEO
Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi qaydası dəyişib
Diaqnostik qiymətləndirilməsi aparılan direktor və müavinlərinin maaşı artırılıb
Prezident İlham Əliyev: “Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik” – VİDEO

Prezident: “Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir”

Prezident İlham Əliyev: “Biz hər zaman etibarlı tərəfdaş olmuşuq” – VİDEO
Azərbaycan nefti ucuzlaşıb
BVF rəhbəri: “Müharibənin Rusiya iqtisadiyyatı üçün “dağıdıcı” nəticələri olacaq”
Türkiyədə zəlzələlərin vurduğu maddi zərər açıqlandı
İdxaldan asılılığı azaltmaq mümkündür? – VİDEO
Malatyada bina çökən əraziyə axtarış-xilasetmə qrupları cəlb edildi – Xəbərlərin 23:00 buraxılışı
Fransada etirazçılarla polis arasında qarşıdurma yarandı – Xəbərlərin 20:00 buraxılışı
Orxan Məmmədov: “Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq”
Ölkənin ən bahalı limonları hansı bölgədə satılır? – VİDEO
Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO
Ned Praysdan gözlənilməz addım – Xəbərlərin 17:00 buraxılışı
Әvvəlki xəbərlər yüklənir

© Oxu.az, 2013—2023 Məlumatdan istifadə etdikdə istinad mütləqdir. [email protected] , [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.