Press "Enter" to skip to content

Nabat xalanın çörəyi

Hazırda Milli Aviasiya Akademiyasında �Humanitar fənlər kafedrası�nın müdiri işləyir, dosentdir. MAA Elmi Şurasının üzvüdür. 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

18 Fevral Xalq şairi Nəriman Həsənzadənin doğum günüdü

Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017) [1] , “İlin şairi” makafatı laureatı (2010), “Şərəf” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir

Həyatı[redaktə | əsas redaktə]

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) [2] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. [3

Kitabları[redaktə | əsas redaktə]

  1. Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
  2. Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
  3. Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
  4. Qaraca Çobanın hekayəti. Bakı: 1960
  5. Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
  6. Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
  7. Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
  8. Nəriman. Bakı: Azərnəşr, 1968
  9. Niyə demədiniz. Bakı: Gənclik, 1970
  10. Zümrüd quşu. Bakı: Gənclik, 1973
  11. Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
  12. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
  13. Zümrüd quşu. Bakı: Gənclik, 1976
  14. Nəriman. Bakı: Yazıçı, 1978
  15. Sən bağışladın. Bakı: 1979
  16. Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
  17. Fikir eləmə. Bakı: Gənclik, 1982
  18. Kimin sualı var. Bakı: Gənclik, 1984
  19. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
  20. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
  21. Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
  22. Bütün millətlərə. Bakı: Yazıçı, 1991
  23. Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
  24. Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
  25. Pompeyin yürüşü. Bakı: “Azərbaycan ensiklopediyası”, 1995
  26. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
  27. Poylu beşiyim mənim. Bakı: 2007
  28. Nəriman. Bakı: 2009
  29. Seçilmiş əsərləri. Bakı: 2010
  30. Nuru Paşa. Bakı: 2010

Əsərləri[redaktə | əsas redaktə]

Poemaları[redaktə | əsas redaktə]

  • Nəriman
  • Zümrüd quşu
  • Kimin sualı var?
  • Atabəylər [5]
  • Pompeyin Qafqaza yürüşü
  • Midiya sarayı
  • Bəyanət
  • Həsrət
  • Vətənsiz
  • Heybədə gəzən şeir
  • Şahid ol, günəş
  • Rəsul Həmzətova məktub
  • Şəhid atası Şərif qağaya məktub
  • Qafqaz
  • Cavid
  • Qaçaq Kərəm
  • Səfirə
  • Xarı bülbül
  • Azadlıq himni

Povesti[redaktə | əsas redaktə]

  • Nabat xalanın çörəyi

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Nəriman Həsənzadə (film, 2006)
  2. Qəmbər Hüseynli (film, 2007)
  3. Mən Hüseyn Arifəm… (film, 2010)
  4. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)

İstinadlar[redaktə | əsas redaktə]

  1. ↑N.Ə.Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. ↑“Nəriman Həsənzadə “Şərəf” ordeni ilə təltif edilib”. 2013-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
  3. ↑ TTV (24.05.2016). “Cəfər Cabbarlı mükafatı – 2016 laureatları” (azərb.). Youtube.com. İstifadə tarixi: 2016-05-25.
  4. ↑ report.az (24.05.2016). “Cəfər Cabbarlı mükafatı qaliblərə təqdim olunub – FOTO” (azərb.). Report.az. İstifadə tarixi: 2016-05-25.
  5. ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.

Xarici keçidlər[redaktə | əsas redaktə]

  • Rəsmi saytArxivləşdirilib 2020-01-30 at the Wayback Machine
  • “Pompeyin Qafqaza yürüşü” italyan dilində

Nabat xalanın çörəyi

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əli�məmməd oğ�lu Hə�sənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.

Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.

1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin �Azərbaycan ədəbiyyatı tarixi� kafedrasının aspirantı olmuş, �Azərbaycan � Ukrayna ədəbi əlaqələri� mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar �Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı�nda redaktor, �Azərbaycan gəncləri� qəzetində, �Azərbaycan� jurnalında şöbə müdiri, �Ədəbiyyat və incəsənət� qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləmişdir. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmişdir.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin), sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.

1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.

Hazırda Milli Aviasiya Akademiyasında �Humanitar fənlər kafedrası�nın müdiri işləyir, dosentdir. MAA Elmi Şurasının üzvüdür. 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilmişdir. Əməkdar İncəsənət xadimidir. �Şərəf nişanı� ordeni, Azərbaycanın və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının �Şöhrət� ordeni (2001) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir.

Bakıda �Seçilmiş əsərləri� (�Azərnəşr�, 1987), Tehranda �Söyüd� (1990) və Tiflisdə �Seçilmiş əsərləri� (�Merani�, 1983) nəşr edilmişdir. �Nabat xalanın çörəyi� povesti Moskvada �Molodaya qvardiya� nəşriyyatında rus dilində (1987), Tbilisidə gürcü dilində (1998) nəşr olunmuşdur.

Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: �Nəriman� (�Azərnəşr�, 1968), �Zümrüd quşu� (�Gənclik�, 1976), �Kimin sualı var?� (�Gənclik, 1984). Hər üç poema rus dilində də nəşr edilmişdir.

�Bütün Şərq bilsin� pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980), sonra Akademik Milli Dram Teatrında (1982), Moskvanın V. Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilmiş və mükafatlandırılmışdır. �Atabəylər� (1984) və �Pompeyin Qafqaza yürüşü� (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. �Atabəylər� pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə (2004) yubiley tamaşası kimi göstərilmişdir.

Xalq şairi 34 bədii � poetik toplunun, �Tariximiz, taleyimiz� adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə �Seçilmiş əsərləri� dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə �Nəriman� və N. Əliverdibəyovla �Vətən� kantatalarını işləmişdir.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunmuş, ədəbi yaradıcılığı qiymətləndirilmişdir. �Nəriman Həsənzadənin lirikası� mövzusunda namizədlik dissertasiyası müdafiə edilmiş (Güldanə Pənahova), �Nəriman Həsənzadənin yaradıcılıq yolu� adlı monoqrafiya (prof. Sadıq Şükürov) yazılmışdır.

N. Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq Budapeşt konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə N. Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilmişdir.

Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində �Vətənsiz� (Rumıniya, 2009) və �Nuru Paşa� (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

�Kayseri poeziya günləri�ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır.

N. Həsənzadə ilin şairi elan olunmuş, ona �Uğur � 2009� diplomu verilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.