Napoleon hill düşün və varlan kitabı
Gənc təklifdən istifadə edib, iyirmi il ərzində məşhur şəxslərlə söhbət aparıb, onların uğur yolunu araşdırmaqla informasiya toplayıb. Bu şəkildə o, ölkənin 500-dən çox uğur qazanan şəxsindən müsahibə ala bilib.
Napoleon Hill “Düşün Və Varlan” PDF
Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir. Qarşınızdakı Napoleon Hillin möhtəşəm işinin əlavələr edilmiş, müasir həyata uyğun yenidən işlənib-hazırlanmış təzə klassik nəşridi.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Napoleon Hill “Düşün Və Varlan” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Napoleon hill düşün və varlan kitabı
Davam etmək üçün abunə olmalısınız.
Öz variantınızı seçin
Qiymətləndirmək
Тут будет иконка загрузки и все такое
«Düşün və Varlan »
Bu kitab nə haqqındadır?
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu “Must Read” Kitab Siyahısında da öz yerini tutub.
Müəllif haqqında:
Napoleon Hill Amerikalı yazıçıdır. Bütün zamanların ən çox satılan 10 kitabından biri olan Düşün və Varlan adlı kitabı ilə məşhurdur. Hill əsərlərinin insanların həyatını yaxşılaşdırmaq üçün lazımlı olduğunu vurğulamışdır. Kitablarının çoxu, “müvəffəqiyyət” əldə etməyin qaydalarını sadə dillə izah edir.
Qısa məzmunun dili: azərbaycan dilində
Düşün və varlan: Napoleon Hillin hekayəsi
Amerikalı jurnalist və yazıçı Napoleon Hill (1883-1970) “uğur psixoloqu” kimi tanınır. Onun ən məşhur əsəri “Düşün və varlan” (Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. Hillin əsas mövzusu fərdi inamın gücü və adi insan üçün uğur formuludur. Əlbəttə, buna mürəkkəb həyat yolu səbəb olub. Özü də əvvəllər tale elə də onun üzünə gülməyib.
O, 1883-cü ilin payız fəsli Amerikanın Virciniya ştatında kiçik dağ qəsəbəsində anadan olub. 10 yaşında anası dünyasını dəyişib. Uşaq vaxtının çoxunu həmyaşıdları arasında küçədə keçirib. Bura da isə güc qanunu işləyirdi: “Güclü olan haqlıdır”. Fiziki güc mətanət və kişiliyin təcəssümü, silahlı banditlər isə qəhrəman hesab edilirdi. Napoleonun atası Ceyms Monro (James Monroe) ikinci dəfə evlənməsəydi, küçə dostluğunun nəyə gətirib çıxaracağı məlum idi.
Milli.Az xpressa.net-ə istinadən bildirir ki, Marta (Martha Monroe) adlı bu qadın nəinki yeniyetmənin anasını əvəzləyib, həmçinin onun həyata baxışlarını da dəyişib: uşağın mənəvi inkişafı ilə məşğul olub, onda elmə maraq oyadıb, revolveri satıb çap maşını almağa razı salıb. Marta “insan arasına çıxmağın”, varlanmağın quldurluqdan başqa da yolu olduğunu göstərib. Və başlanğıc üçün o, silah qədər çap maşınından da yaxşı istifadə etməyi öyrənməlidir.
Daha sonra Napoleon Hill yazacaqdı: “İnsan ağlı nəyi dərk edib, nəyə inanırsa, ona nail ola bilər”. Bunu ondan yaxşı kim bilə bilər!
Napoleon Hillin həyatı onun yaratdığı uğur formulunun sübutudur
Məktəbi bitirdikdən sonra Napoleon hüquq elmlərini öyrənmək üçün Corctaun Universitetinə qəbul olub, amma təhsil haqqını ödəmək üçün qəzetlərin birində müxbir kimi çalışıb. Onun yazıçılıq qabiliyyəti və müxbir istedadı ortaya çıxıb. Belə ki, Napoleon elə də söhbətcil olmayan insanlardan da maksimum informasiya qopara bilib. Və onun parlaq reportajları diqqətdən kənarda qalmayıb.
Tennesi ştatının qubernatoru, “Bob Taylor’s Magazine” nəşrinin sahibi Robert Teylor (Robert Taylor) Hillə uğur qazanan bir neçə şəxsdən müsahibə almağı, onların karyeraları barədə məqalə yazmağı təklif edib.
Onlardan biri hamının “polad kralı” adlandırdığı amerikalı sənaye multimilyonçusu, filantrop Endryu Karnegi (Andrew Carnegie) olub. Gənc istedadlı jurnalistdən xoşu gələn Karnegi Napoleon Hillə dəyərli məsləhət verib: istənilən biznesin qurulduğu ümumi prinsipləri təhlil edib, universal uğur formulu çıxarmaq lazımdır. Bu formul uğurlu olmaq istəyən, çox cüzi imkanları olan insanlara da uyğun gəlməlidir.
Gənc təklifdən istifadə edib, iyirmi il ərzində məşhur şəxslərlə söhbət aparıb, onların uğur yolunu araşdırmaqla informasiya toplayıb. Bu şəkildə o, ölkənin 500-dən çox uğur qazanan şəxsindən müsahibə ala bilib.
Birinci Dünya Müharibəsi illərində Napoleon Hill 28-ci ABŞ prezidenti Vudro Vilsonun (Woodrow Wilson) aparatında ictimai məsələlərlə məşğul olub, 1933-cü ildə isə ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin (Franklin Roosevelt) müşaviri olub.
1937-ci ildə bestsellerə çevrilən və dünyanın bir çox dilinə tərcümə edilən kitabın son variantı işıq üzü görüb. Kitab faktiki olaraq sensasiyaya çevrilib və bu uğur Hilli 1952-ci ildə “Napoleon Hill Assosiasiyası” və “Napoleon Hill Fondu”nu təsis etməyə həvəsləndirib. Qeyd edilən təşkilatlar uğur fəlsəfəsinin yayılması və öyrənilməsi ilə məşğul olub.
Bundan başqa, o, tədqiqatlarını davam etdirib, xüsusilə onu bu ideya cəlb edib: fikirlər maddidir və onları dəyişməklə həyatını dəyişə bilərsən. O, deyirdi ki, “sən düşüncələrinsən”. Və qeyd edirdi: “. yoxsulluq və bütün mümkün bədbəxtlikdən əziyyət çəkənlər, mənfi emosiyaların təlqini nəticəsində xoşagəlməz vəziyyətə düşənlər. bütün bunların çox sadə bir səbəbi var: bütün fikirlərin maddiləşmək qabiliyyəti var”. Məlum prinsipə əməl etməklə, “düşüncəni maddi dəyərə çevirmək mümkündür”.
87 il ömür sürən Hill 1970-ci ildə vəfat edib. Onun sonuncu əsəri “Öz arzunuzdan pul qazana bilərsiniz” (“Succeed and Grow Rich Through Persuasion”) müəllifin ölümündən sonra çap olunub.
Onun əsərləri milyonlarla insanın stolüstü kitabına çevrilib, onlara ümid bəxş edib, öz güclərinə, dolayısıyla uğura inandırıb.
Hillin tərcümə edilmiş ən məşhur kitabları
“Şeytana kələk gəl. Azadlıq və uğurun sirri” (“Outwitting the Devil: The Secret to Freedom and Success”)
Bu kitabı Napoleon Hill “Düşün və varlan” əsərindən dərhal sonra qələmə alıb. Burada Hill bildirir ki, uğurun əsas düşməni qorxu, qəzəb, qətiyyətsizlik və bu kimi başqa şeylərdir. Müəllif iddia edir ki, “qorxu insan əli ilə yaradılmış şeytan silahıdır”. Hill əsərində şeytanın özünə kələk gəlməyə və mənəvi harmoniya tapmağa kömək edəcək xeyirxahlığın yeddi prinsipini sadalayıb.
“Uğurun 16 qanunu” (“The Law of Success”)
Bu kitabda Napoleon Hill uğurlu olmağa kömək edən ən yaxşı xüsusiyyətləri və güclü özəllikləri – iddialılıq, öz-özünə qiymət vermə, israrlılıq, düzlük, düzgünlük – nəzərdən keçirir. Eyni zamanda kin, səbirsizlik, paxıllıq, “əkmədiyin yerdən biçmək” istəyi, qazandığından çox xərcləmək kimi zəif cəhətləri təhlil edir. Hill başqa insanlarla münasibətdə bir daha Qızıl ortanı xatırladır: “Özünüzə qarşı necə münasibət görmək istəyirsinizsə, başqalarına da elə davranın. Özünüzə rəva bilmədiyinizi başqasına etməyin”.
“Sərvətin açarları” (“The Master-Key to Riches”)
Hillin növbəti məşhur əsəri “Sərvətin açarları” kitabıdır. O, bu əsərində şəxsi araşdırmalarına əsaslanan, uğur və zənginliyə nail olmağın metodikasından bəhs edir. Müəllif sərvət adı altında təkcə pul və bank hesabını nəzərdə tutmadığını qeyd edir. Sərvət “həm azadlıqdır, həm insani münasibətdir, həm hərtərəfli həyatdır. Və belə bir həyata nail olmaq üçün elə böyük səyə ehtiyac yoxdur”.
“Düşün və varlan”
Napoleon Hillin sağlığında bu kitabın 20 milyondan çox nüsxəsi satılıb. Əsərin önsözündə müəllif uğurun formulunun sirrini açacağına söz verib. Hill yüzlərlə imkanlı şəxsin bioqrafiyasını təhlil edib, bunun əsasında formul çıxarıb. Formula əsasən, uğura məhz aşağıdakı amillər təsir edir:
1. Dəqiq müəyyənləşdirilmiş məqsəd. “Arzulamaqla zəngin olmaq mümkün deyil, – o, yazırdı. – Bu məqsədə aydın hədəflərə əsaslanan və lazımi inadkarlıqla həyata keçirilən dəqiq fəaliyyət planı nəticəsində çatmaq olar”. Və “yalnız konkret yolların planlaşdırılması. yalnız məğlubiyyət tanımayan planların israrla reallaşdırılması günlərin bir günü sizi zəngin bir şəxsə çevirəcək”. Məqsədinə nail olmaq istəyən və düşüncəsini buna öyrəşdirən insan “mütləq taleyinə qalib gələcək”.
2. Pozitiv köklənmə. “Uğur uğur kateqoriyaları üzrə düşünənlərin qisməti olur. Məğlubiyyət kateroqiyaları ilə düşünənlər isə məğlubiyyətə imkan yaradır”. Napoleon Hill “Pozitiv dünyagörüşü vasitəsilə uğur qazan” (“Success Through a Positive Mental Attitude”) əsərində bu mövzunu daha çox inkişaf etdirib.
3. Düzgün çevrə. Bizi dəstəkləməyən, bizdə qətiyyət oyatmayan və ya bizim hədəflərimizə gülən insanlardan yan gəzmək lazımdır. Onlar özləri dəyişmək istəmirlər, ona görə ətrafdakılara ümidsizlik, çarəsizlik təlqin edir, onları “təslim olmağa” vadar edirlər. Şəxsi inkişafa çalışan və biliklərini bölüşməyə hazır olan maraqlı, pozitiv insanlarla tanışlıq isə həyatımızı yaxşıya doğru dəyişməyə yardım edəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.