Press "Enter" to skip to content

Naxçıvan konustitsuyası yüklə

Oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə. Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə. Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin (Vəlinin ən yaxın dostlarından biri idi) şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır:
– Nə edək, komandir? Sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun.
Vəli qaşlarını çatıb deyir:
– Yox! Dayanmaq, geri getmək olmaz. Çəkilməyin! Bu, bir göstərişdir. İrəli gedin! Bir-birinizdən də muğayat olun!
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında yer alıb.

Naxçıvan konustitsuyası yüklə

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-1999, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 12)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkasının Konstİtusİya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilsin.

II. Bu Konstitusiya qanunu imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 1998-ci il

NaxçIvan Muxtar Respublİkasının Konstİtusİyası

Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. [1]

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən təntənəli surətdə aşağıdakı niyyətlər bəyan edilir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;

Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq.

Yuxarıda göstərilən ülvi niyyətlərlə bu Konstitusiya qəbul edilir.

Maddə 1. Naxçıvan Muxtar Respublikasının statusu

I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir.

Maddə 2. Muxtariyyatın əsasları

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib.

III. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.

Maddə 3. Hakimiyyətlərin bölünməsi

I. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;

icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərirlər.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi

I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;

2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir;

3) Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir;

4) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

6) Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;

8) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

9) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir; [2]

10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir; [3]

11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir; [4]

13) Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;

14) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir;

15) vətəndaşlıq məsələlərinə dair təklif verir;

16) əfv edilmə məsələlərinə dair təklif verir;

17) Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;

18) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir;

19) vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir;

20) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fövqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir;

21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir; [5]

22) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir.

IV. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisliyini təmin edir.

V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

Maddə 6. Ərazi

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir.

Maddə 7. Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, gözlənilməsi və Azərbaycan Respublikası vətəndaşlarının vəzifələrinin icrasını təmin etmək Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının əsas vəzifəsidir.

Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ [6]

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Maddə 9. Paytaxt

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir.

Maddə 10. Naxçıvan muxtar dövlətinin rəmzləri

Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.

Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər.

Maddə 14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi çağırışının səlahiyyət müddəti

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyət müddəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

Maddə 15. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər. [7]

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanunu qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilə bilməzlər.

Maddə 16. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi

Seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.

Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətinin bitməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlığından çıxanların yerinə seçkilər keçirilmir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər. [8]

Maddə 19. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanunu qüvvəyə minmiş hökmü olduqda;

4) icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda; [9]

5) özü imtina etdikdə;

6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. [10]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Maddə 20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatını tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.

Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir. [11]

Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

IV. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;

3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu; [12]

4) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;

5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

6) sosial təminat;

7) ətraf mühitin qorunması;

9) səhiyyə, elm və mədəniyyət;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;

7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi; [13]

8) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; [14]

9) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir. [15]

Maddə 26. Qanunvericilik təşəbbüsü hüququ

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur. [16]

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. [17]

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur. [18]

V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. [19]

VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. [20]

Maddə 27. Qanunların və qərarların imzalanması

I. Qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır.

II. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Maddə 28. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktlarının qüvvəyə minməsi

Qanunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər.

II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər. [21]

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.

Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Maddə 31. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri:

1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;

3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;

5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;

6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;

8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;

9) bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.

Maddə 33. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri qərarlar qəbul edir.

Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti

I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Maddə 37. Naxçıvan Muxtar Respublikasının Baş naziri

Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikasının prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

Maddə 38. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclasları

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclaslarına bir, qayda olaraq, Naxçıvan Muxtar Respublikasının Baş naziri sədrlik edir.

Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:

muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

muxtar respublikanın büdcəsini icra edir;

muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 41. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər

Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. [22]

Maddə 42. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Maddə 43. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya , mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir. [23]

IV. Cinayət məhkəmə icraatında Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. [24]

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. [25]

Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır ; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir . O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi məhkəmələrin işinə nəzarəti həyata keçirir. [26]

II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

3) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respub likasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edil məsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktların dan qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitu siya Məhkəməsinə şikayət verilə bilər.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azad lıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respubli kası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir . [27]

VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir. [28]

Maddə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri

I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.

II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir. [29]

Maddə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu

I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada eyni cür və dürüst və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. [30]

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.

Maddə 47. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır.

Maddə 48. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.

II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur.

III. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı normativ hüquqi aktlarından ibarətdir:

1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;

2) Naxçıvan Muxtar Respublikasının qanunları;

3) Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları;

4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları;

5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Maddə 49. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.

II. Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

IV. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

V. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.

Naxçıvan Muxtar Respublİkasının Konstİtusİyasına dəyİşİklİklər və əlavələr

Maddə 50. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin qəbul edilmə qaydası

I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra təklif, qanunlar üçün nəzərdə tutulmuş qaydada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur.

IV. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il mayın 30-da qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

II. Naxçıvan Muxtar Respublikasının xalq deputatlarının səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclas günü başa çatır.

Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin azı 31 deputatının seçildiyinin elan edildiyi gündən sonra bir ay ərzində keçirilir.

III. 1995-ci il sentyabrın 12-də qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1-ci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

IV. Bu Konstitusiyanın qəbul edildiyi günədək Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədə olan Naxçıvan Muxtar Respublikasının qanunları və başqa normativ hüquqi aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 21 oktyabr 2005-ci il tarixli 1034-IIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 906)

2. 2 oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 834)

3. 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920)

4. 15 noyabr 2011-ci il tarixli 227-IVKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Respublika” qəzeti 20 dekabr 2011-ci il, № 275, “Azərbaycan” qəzeti 22 dekabr 2011-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1083)

5. 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə Preambulanın birinci abzasında və 1-ci maddənin II hissəsində hər iki halda “1921-ci il” sözlərindən sonra “tarixli” sözü əlavə edilmişdir.

[2] 15 noyabr 2011-ci il tarixli 227-IVKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Respublika” qəzeti 20 dekabr 2011-ci il, № 275, “Azərbaycan” qəzeti 22 dekabr 2011-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1083) ilə 5-ci maddənin II hissəsinin 9-cu bəndindən və 43-cü maddənin II hissəsindən “Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi,” sözləri çıxarılmışdır.

[3] 2 oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 834) ilə 5-ci maddənin II hissəsinə 10-cu bənd əlavə edilmişdir və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilmişdir.

[4] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252) ilə 5-ci bəndin II hissəsinə 11-12-ci bəndlər əlavə edilmişdir, 11-20-ci bəndlər müvafiq olaraq 13-22-ci bəndlər hesab edilmişdir.

[5] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252) ilə 21-ci bəndə yeni redaksiya verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.

fəxri adları təsis edir və fəxri adlarla təltif edir

[6] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların səsvermə hüququ

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

[7] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 15-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilmişdir.

[8] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 18-ci maddəyə yeni məzmunda IV hissə əlavə edilmişdir.

[9] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 19-cu maddənin I hissəsinə yeni məzmunda 4-cü bənd əlavə edilmişdir, 4-cü bənd müvafiq olaraq 5-ci bənd hesab edilmişdir.

[10] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilmişdir.

[11] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 22-ci maddədə “daimi və başqa komissiyaları” sözləri “komitələr və komissiyalar” sözləri ilə əvəz edilmişdir.

[12] 2 oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 834) ilə 24-cü maddənin I hissəsinə 3-cü bənd əlavə edilmişdir və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilmişdir.

[13] 2 oktyabr 2006-cı il tarixli 127-IIIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 834) ilə 25-ci maddənin I hissəsinə 7-ci bənd əlavə edilmişdir və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndlər hesab edilmişdir.

[14] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 25-ci maddədə I hissəyə 8-ci bənd əlavə edilmişdir, 8-9-cu bəndlər müvafiq olaraq 9-10-cu bəndlər hesab edilmişdir.

[15] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 25-ci maddədə 2 hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.

Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

[16] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 26-cı maddədə I hissədə “Baş nazirinə” sözlərindən sonra “” sözü vergül işarəsi ilə əvəz edilmişdir, “Ali Məhkəməsinə” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna” sözləri əlavə olunmuşdur.

[17] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 26-cı maddədə II hissədə ”Ali Məhkəməsinin” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun” sözləri əlavə olunmuşdur.

[18] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 26-cı maddənin IV hissədə “Baş nazirinin” sözlərindən sonra “” sözü vergül işarəsi ilə əvəz edilmişdir, “Ali Məhkəməsinin” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun” sözləri əlavə olunmuşdur.

[19] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 26-cı maddənin V hissədə “Ali Məhkəməsi” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu” sözləri əlavə olunmuşdur.

[20] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 26-cı maddəyə VI hissə əlavə olunmuşdur.

[21] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 29-cu maddənin II hissəsindən “Yaşı otuzdan aşağı olmayan,” sözləri çıxarılmışdır.

[22] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 41-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I. Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

[23] 24 aprel 2018-ci il tarixli 1069-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ( “Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 858 ) ilə 43-cü maddənin III hissəsində “Azərbaycan Respublikasının Konstitusiyası” sözləri “Konstitusiya” sözü ilə əvəz edilmişdir.

[24] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 43-cü maddədə IV hissədə “Ədalət mühakiməsinin həyata keçirilməsində” sözləri “Cinayət məhkəmə icraatında” sözləri ilə əvəz edilmişdir.

[25] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 43-cü maddəyə VII hissə əlavə olunmuşdur.

[26] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 44-cü maddədə I hissənin birinci cümləsində “ümumi” sözündən sonra “və ixtisaslaşdırılmış” sözü əlavə olunmuşdur, cümlənin sonuna “; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir” sözləri əlavə edilmişdir, ikinci cümlə çıxarılmışdır.

[27] 21 oktyabr 2005-ci il tarixli 1034-IIKQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 906) ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin III hissəsi VI hissə hesab edilmişdir, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinə yeni redaksiyada III, IV və V hissələr əlavə edilmişdir.

15 noyabr 2011-ci il tarixli 227-IVKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Respublika” qəzeti 20 dekabr 2011-ci il, № 275, “Azərbaycan” qəzeti 22 dekabr 2011-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1083) ilə 44-cü maddənin VI hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin təklifi ilə Azərbaycan Respublikası Prezidenti təyin edir.

[28] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 44-cü maddəyə VII hissə əlavə olunmuşdur.

[29] 15 noyabr 2011-ci il tarixli 227-IVKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Respublika” qəzeti 20 dekabr 2011-ci il, № 275, “Azərbaycan” qəzeti 22 dekabr 2011-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1083) ilə 45-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 45. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi

I. Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi iqtisadi mübahisələrə baxılması üzrə məhkəmə orqanıdır.

II. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

[30] 30 sentyabr 2010-cu il tarixli 1060-IIIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiyasına Qanunu (“Azərbaycan” qəzeti 22 oktyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 920) ilə 46-cı maddədə I hissədə “qaydada” sözündən sonra “və hallarda” sözü əlavə edilmişdir, “972-IIIQD nömrəli” sözləri çıxarılmışdır.

Naxçıvan konustitsuyası yüklə

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Vəli Quliyevdir.

Unikal.org-un məlumatına görə, o, 44 günlük Vətən müharibəsində böyük şücaiət göstərən igidlərimizdən biridir.

Vəli Quliyev Kamal oğlu 20.07.1997 tarixində Culfa rayon Qazançı kəndində dünyaya gəlib. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində 7-ci sinifdən təhsilini davam etdirmiş və 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə işə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır.
İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri işləyirdi. Özü sərhəd bölgəsini seçmişdi. Postuna necə dəyər verməsi, evi kimi necə can yandırması hamıya nümunə idi. 5 ay idi ki, kirayə etdiyi mənzildən çıxıb elə postda qalırdı və hər zaman deyirdi:
– Evim buradır. Sərhədçinin evi post olar.

Yaxını Rəşid Quliyev açıqlamasında bildirir ki, Vəli Quliyev bu cür hərbçi olub. Səmimi komandir. Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən.

27 sentyabr səhəri düşmənin Tovuz istiqamətindəki dinc əhalini artilleriyalardan, iriçaplı pulemyotlardan atəşə tutması xəbəri ilə açılır. Həmin vaxt silahına sarılan Vəli öz bölüyü ilə döyüş bölgələrində idi. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək bölüyünü yığır başına. Dilində bir söz vardı: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır,Vətənin müdafiəsinə bu cür səsləyirdi. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan istqamətlərində gedən döyüşlərdə işğaldan azad olan torpaqlarımızda naxçıvanlı aslanlar bölüyün imzalarını hər yerə yazır.

Oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə. Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə. Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin (Vəlinin ən yaxın dostlarından biri idi) şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır:
– Nə edək, komandir? Sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun.
Vəli qaşlarını çatıb deyir:
– Yox! Dayanmaq, geri getmək olmaz. Çəkilməyin! Bu, bir göstərişdir. İrəli gedin! Bir-birinizdən də muğayat olun!
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında yer alıb.

Naxçıvan torpağı onu döyüş bölgəsinə bir hərbçi leytenant kimi göndərsə də, əsl generala layiq iftixar, qürur və fəxarətlə qarşıladı. Vəli Quliyev nəinki qəhrəman bir hərbçi oldu. O, həm də Qarabağ əfsanəsinə çevrildi. “Naxçıvan Canavarı” simvolunun daşıyıcısı, igid qəhrəmanı Vətən torpağının qoynuna şəhid kimi köçdü, sevdiyi Vətən naminə.

Gülayə Mecid

Naxçıvan konustitsuyası yüklə

11:44 Rusiyada məmurlar “İphone” işlədə bilməyəcək

11:27 FACİƏ : Qızının maşınla vurduğu ana öldü

11:07 Keçmiş məhkum “Makarov” satmaq istəyirdi, yaxalandı – FOTO – VİDEO

10:41 Polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar etdi

10:35 Azərbaycanda 102 nəfər saxlanıldı – SƏBƏB

10:12 Rusiyanın müharibədə ölən muzdlularının Bakinskaya kəndində dəfninə icazə verilmədi

09:43 Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazanıb

09:34 İranlı narkotacirdən onlayn yolla heroin alan şəxs tutulub

09:31 Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

09:30 Günün hava proqnozu

09:20 Ermənistan bölmələri Zəngilanda DSX-nın mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb

09:09 Yatmazdan əvvəl serial izləməyin FAYDALARI

09:00 Günün ulduz falı

08:57 İmam Xomeyni aeroportunun talvarı uçdu, yaralananlar var

08:56 80 saniyədə 8 milyonluq qarət- VİDEO

08:44 Televiziya əməkdaşlarının avtomobili qarət edildi

08:30 Günün məzənnəsi

08:18 Laçın-Xankəndi yolu: Aksiyanın 99-cu günü – FOTO

07:42 Təyyarələrini Ukraynaya verən Polşaya BU ÖLKƏ kömək edəcək

07:00 Toya dəvət edilənlərə UŞAQLARI YEMƏK təklif olundu

06:21 İngiltərə Kubokunda yarımfinal cütləri MÜƏYYƏNLƏŞDİ

05:12 2 erkək siçandan 7 bala alındı

04:42 Avstraliyadan İrana növbəti sanksiya

04:24 Mahir Emreli yığmanın heyətindən kənarlaşdırıldı

04:13 Ukrayna hərbçiləri Estoniyada təlimi başa çatdırdılar

03:22 Ermənistan bayraqları olan “humanitar” yük maşınları MARİUPOLDA

02:45 “Barselona” əlavə vaxtda “Real”ı məğlub etdi

02:11 Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf etdi

01:41 Türkiyənin ilk yerli avtomobilini sifariş edənlərin sayı 41 mini ötdü

00:51 20 yaşlı oğlanı maşın vurdu

00:46 Əkiz uşaqlarını seçə bilmək üçün inanılmaz üsul tətbiq etdi- FOTO

00:05 Azərbaycanda Novruz bayramı qeyd edilir

23:52 Pakistanda daşqın 10 nəfərin həyatına son qoydu

23:35 “Formula-1” Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi məlum oldu

23:03 Şagird sinif yoldaşını bıçaqladı

22:58 Sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu

22:38 Piyadanı yaralayan motosiklet sürücüsü hadisə yerindən qaçdı

22:00 Bakı metrosunun 001 saylı vaqonu BU STANSİYADA nümayiş etdirilir- FOTO

21:05 Prezidentdən Novruz bayramı ilə bağlı PAYLAŞIM

20:44 “Azəriqaz”ın rəhbər şəxsləri Çağrı mərkəzinə daxil olan müraciətləri cavablandırdılar- VİDEO

20:38 Moldova bəzi Rusiya vətəndaşlarının bank hesablarını donduracaq

20:30 Sabahın hava proqnozu

20:16 Cəlilabadda yol qəzası: Xəsarət alanlar var

19:05 Avtomobil aşdı – Xəsarət alanlar var – FOTO

19:03 Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

18:36 7 bıçaq yarası alıb, xəstəxanadadır

18:06 Türkiyədə yenə zəlzələ oldu

17:28 Həmkəndlisini öldürməyə cəhd edibmiş

17:27 Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

16:18 Naxçıvanda İranda rüşvət tələbinə görə – AKSİYA – VİDEO

15:35 Putin bu silahdan danışdı

15:29 Azərbaycan boksçusu Dünya kubokunun finalına yüksəldi

14:01 Nazir erməni təxribatında yaralananlarla görüşdü, arzusunu açıqladı

13:27 Keçmiş əri tərəfindən bıçaqlanan qadın öldü- YENİLƏNİB

13:07 Terror təşkilatının rəhbərlərindən biri öldürüldü

12:18 Bayram günü hava belə olacaq – PROQNOZ

12:03 Kişinin ölümündə arvad təşkilatçı çıxıdı

11:13 15 yaşlı qız özünü asdı

10:35 FHN-dən Novruz bayramı ilə əlaqədar – MÜRACİƏT

10:01 Anomal olay 522 nəfəri öldürdü

Comments are closed, but trackbacks and pingbacks are open.