Press "Enter" to skip to content

Xəmsə sualları

4️⃣ Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə)

İntellektual suallar

İntellektual suallar ilə öz intellektual səviyyənizi yoxlaya bilərsiniz. Buradakı suallar həm intellektual oyunlardan götürülmə, həm də bəzi maraqlı məlumatlardan əldə ediləndir. Daha çox suallar üçün kateqoriya keçid edə bilərsiniz.

1️⃣ Floristika elmi nəyi öyrənir? ( bitkiləri )

2️⃣ İnsan beyninin yaddaşı nə qədərdir? ( 4 TB )

3️⃣ Kəpənək effekti nədir?
– Bir hadisənin kiçik dəyişikliklərin böyük effektlər doğurmasına deyilir.

4️⃣ Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə)

5️⃣ Dünyada 2 materikdə ərazisi olan 2 ölkə bunlardır. (Misir, Panama)

6️⃣ Beş guşəli ulduz üzərində balta ilə kalaşnikov avtomatının kəsişməsini məhz, bu dövlətin bayrağı üzərində görmək olar. (Mozambik).

7️⃣ Domino daşları içində çəkisinə görə ən yüngül olanı məhz, budur. (6 qoşa).

İntellektual oyunlardan suallar və cavabları

İntellektual suallar ən çox Xəmsə, Kim? Harada? Nə zaman? kimi intellektual oyunlar zamanı verilir ki, bizdə bu oyunlarda düşən bəzi maraqlı sualları sizinlə bölüşürük.

1️⃣ Skandinav mifologiyasında adı “erkən oyanan” mənasına gələn “Arvaker” adlı at içərisində ONUN olduğu döyüş arabasını çəkir. ONU beşhərfli sözlə cavab kartınıza yazın.

  • Cavab: Günəş
  • Şərh: Sualın mətnindəki ifadə Günəşin doğmasına işarə idi.
  • Mənbə: A.S.Byatt. “Ragnarök. Tanrıların alacakaranlığı”. səh. 39
  • Müəllif: Rahib Məhərrəmzadə

2️⃣ Orta əsr Avropasında birincini əldə etmək üçün vasitə ağ şir, ikincini əldə etmək üçün vasitə qırmızı şir adlanırdı. Yapon şahmatında birinci ikinciyə çevrilə bilir. Birinci və ikincinin hansı kimyəvi elementlər olduğunu tapın.

  • Cavab: gümüş, qızıl
  • Şərh: Əlkimyaçılar qeyri-nəcib metalları gümüşə çevirən vasitəyə ağ şir, qızıla çevirən vasitəyə qırmızı şir deyirdilər. Yapon şahmatında gümüş general və qızıl general, qısa adları gümüş və qızıl olan fiqurlar var və oyun ərzində gümüş qızıla çevrilə bilir.
  • Mənbə: 1. https://history.wikireading.ru/152730
    2. https://ru.wikipedia.org/wiki/Золотой_генерал
  • Müəllif: Fuad Eminov

3️⃣ Dubay ruhanilərinin tövsiyəsinə əsasən, ilin müəyyən vaxtında Bürc Xəlifə binasının 80-ci mərtəbəsində olan şəxs, bunu etmək üçün daha 2 dəqiqə gözləməlidir. Bunu etmək son vaxtlar aktual idi. Nəyi etmək?

  • Cavab: iftar açmaq
  • Sayılma meyarı: oruc açmaq
  • Şərh: 0,8 km kimi inanılmaz yüksək hündürlüyə malik Bürc Xəlifənin yuxarı mərtəbələrində Günəş Yer səthində olduğundan daha uzun müddət görünür. Bu səbəbdən tövsiyə olunur ki, əgər 80-ci mərtəbədən yuxarıdasansa, iftar açmağa tələsmə — Günəşin tam görünməməsi üçün daha 2 dəqiqə gözləməlisən.
  • Mənbə: https://en.wikipedia.org/wiki/Burj_Khalifa#Ramadan_observance
  • Müəllif: Tərlan Əsədli

Oxşar suallar

  • Mentiqi suallar ( 10 Ən yaxşısı )
  • Maraqli suallar
  • Dusundurucu suallar

Xəmsə sualları

İndiyə qədər iş görüşmələri zamanı namizədlərə yüzlərlə müsahibə sualları verilmişdir. Bu suallardan bəziləri aktuallığını itirsə də, bəziləri əhəmiyyətini saxlayaraq namizədlərə verilməyə davam edir. İnsan resursları mütəxəssisləri tərəfindən namizədlərə ünvanlanan 10 klassik müsahibə sualını və bu sualları düzgün cavablamaq üçün məqaləmizdən yararlana bilərsiniz.

Təcrübə və istedadınız tək başına yetərli deyil. Xəyallarınızdakı işə girmək üçün HR mütəxəssislərinin bir iş görüşməsində verdiyi suallara düzgün, effektiv cavab verməyiniz də çox vacibdir. Namizədin HR mütəxəssisi ilə görüşmədən öncə, aktuallığını qoruyan, bayağı olsa da əsas məsələlərə toxunan klassik müsahibə suallarına hazırlaşması üstünlük ola bilər.

İş müsahibələrinizdə aktual olaraq qalan 10 klassik müsahibə sualı:

Özünüz haqqında məlumat verə bilərsiniz?

Bu sual iş görüşmələrinin ən klassik müsahibə sualı olmaqla yanaşı, namizədlərin cavablayarkən ən çox səhv etdiyi sualların başında gəlir. İş müsahibəsində bu suala rast gəldiyiniz zaman öz həyat hekayənizi danışmayın. HR mütəxəssisi neçə qardaşınız olduğu və ya hansı küçədə yaşadığınızla maraqlanmır. Bu sual ilə, HR mütəxəssisi keçmiş iş təcrübələrindən öyrəndiklərinizi, hansı sahələrdə məsuliyyət götürdüyünüzü, hansı sahələrdə işinizi çox yaxşı bildiyinizi, işinizlə bağlı nələrin sizi narahat etdiyini öyrənmək istəyir.

Sizi niyə işə götürək?

Ən çox soruşulan və cavab verərkən namizədin öz şəxsi tanıtımını etməsinə ən çox fürsət yaradan suallardan biridir. Bu suala cavab verərkən namizədin diqqət etməli olduğu məqam orijinal olmaqdır. Buna görə də sualı cavablayarkən “Mən öz işimdə çox yaxşıyam” kimi hər kəsin işlətdiyi cümlələrdən uzaq olun. Bunun yerinə şirkət və vəzifə haqqında ətraflı araşdırma edərək, öz təcrübələriniz və istəkləriniz ilə müraciət etdiyiniz şirkətin istəklərinin nə qədər üst-üstə düşdüyünü vurğulayın

Güclü tərəfləriniz hansılardır?

Bu suala cavab verərkən işinizlə birbaşa əlaqəsi olan güclü tərəflərinizi, verəcəyiniz örnəklərlə ön plana çıxarın. İşinizlə bağlılığı olmayan əlaqəsiz tərəflərinizdən danışaraq bu sualı cavablamanız isə edəcəyiniz ən böyük səhvlərdən biri ola bilər.

Zəif tərəfləriniz hansılardır?

Bu sualı cavablayarkən namizədlərin zəif tərəflərinin fərqində olması və bu tərəfləri gücləndirmək üçün atdıqları addımları HR mütəxəssislərinə danışmaları lazımdır. Bu səbəblə müsahibədə zəif tərəflərinizin nələr olduğunu qeyd etməniz istənildiyində “Heç bir zəif tərəfim yoxdur” demək yerinə, bu tərəflərinizin öhdəsindən necə gəldiyinizi, bunun üçün nələr etdiyinizə dair nümunələr göstərin.

Niyə bizimlə işləmək istəyirsiniz?

HR mütəxəssisi bu sualı verərkən əslində namizədlərdən şirkətin bir hissəsi olmağı nə qədər istədiyini eşitmək istəyir. Bu səbəblə “Çünki işə ehtiyacım var”, “Çünki pul qazanmağım lazımdır” kimi cümlələrdən uzaq olun. Bu cür sualları cavablandırmadan əvvəl şirkət haqqında məlumat toplamanız vacibdir. Sualı cavablandırarkən isə şirkətdə nələri sevdiyinizi və şirkətdə niyə işləmək istədiyinizi də qeyd etməniz çox ciddi önəm daşıyır.

Əvvəlki işinizdən hansı səbəblə ayrıldınız?

Bu sual bir çox iş axtaranların cavab verməkdə çətinlik çəkdikləri suallar arasındadır. Burada diqqət etməniz gərəkən məqam, köhnə işinizi, şirkətinizi və menecerlərinizi pisləməkdən uzaq olmaq və ya “eyni şeyləri etməkdən sıxıldım” kimi ifadələrdən qaçınmaqdır. Bunun əvəzinə işdən ayrılmağınızı müsbət bir səbəblə əlaqələndirin. Köhnə işinizdə özünüzdə inkişaf etdirdiyiniz şeyləri, üzərinizə götürdüyünüz məsuliyyətləri ifadə edin və bundan sonra işinizdə hansı sahəyə diqqət yönəltmək istədiyinizi vurğulayın.

Ən böyük uğurunuz nədir?

Bu sual “Güclü tərəfləriniz nələrdir?” sualına bənzəyir. Bu kimi suallara cavab verərkən subyektiv elementlərdən çox ədədi elementləri təsvir etmək önəmlidir. Məsələn, müvəffəqiyyətinizi “Mən keçirdiyim layihə nəticəsində . şirkətin satış rəqəmləri…% artdı” kimi ədədi dəyərlərlə sübut etməyiniz faydalıdır. İşinizin şirkətə verdiyi töhfəni izah edərkən şişirtmədən deyin və müraciət etdiyiniz mövqe ilə bağlı uğurlarınızı HR mütəxəssisinə çatdırın.

Qarşılaşdığınız çətin bir vəziyyət və onu necə həll etdiyiniz barədə məlumat verə bilərsinizmi?

Bu, ən çox görülən müsahibə suallarından biridir. Suala cavab verərkən bacarıqlarınızı bir uğur hekayəsi üzərindən danışmağınız lazımdır. Danışacağınız hekayənin qısa, aydın və orijinal olması çox önəmlidir.

5 il sonra özünüzü harada görürsünüz?

Namizədlərin həyatla bağlı düşüncələrini müəyyən mənada ümumiləşdirən bu sual hər nə qədər bayağı kimi görünsə də, əslində, qənaətbəxş cavab üçün şəxsin əvvəlcədən hazırlanmağını tələb edir. Bu suala cavab verərkən, beş ildən sonra işlə əlaqədar nə etmək istədiyinizdən, işini

  • ish elanlari 2020
  • müsahibə
  • interview
  • intervyu
  • vakansiyalar
  • ən çox verilən suallar

Chronicles

Bu blog intellektual oyun sevərlər üçün hazırlanmışdır.

Wikipedia

Arama sonuçları

9 Ağustos 2015 Pazar

Xəmsə sualları #2

1. Tarixə inansaq, bu şəhər ABŞ-ın ilk paytaxtıdır ( Filadelfiya )
2. Meydzi restavrasiyasına qədər Yaponiyanın paytaxtı məhz bu şəhər idi (Kioto )
3. Jan Kalvin, Jan Jak Russo, Anri Dünan kimi şəxsiyyətlərin həyatı məhz bu
keçmiş paytaxt şəhəri ilə bağlı olmuşdur.. ( Cenevrə )
4. Bu şəhər təqribən 3 ay XX əsrdə Azərbaycanın paytaxtı olmuşdur. ( Gəncə)
5. 1934-cü ilə kimi Ukrayna SSR-in paytaxtı olan bu şəhər fərziyyələrdən birinə
görə türk dillərində “qara çay sahili” və ya “qar çayı” mənalarını verir.
( Xarkov )

Polisim məni qoruyur..

1. Polis sözü yunancadan məhz belə tərcümə olunur ( şəhər, dövlət )
2. Texas şatatında ilk belə bölmələr 1823-cü ildə Stiven Ostin tərəfindən təşkil
edilmişdir.. ( Texas reyncerləri )
3. “Geheime Staatspolizei” qısaca belə adlanır ( Gestapo )
4. Böyük Britaniya, ABŞ, Kanada, Yeni Zellandiya ingilisdilli ölkələrdə kiçik polis çini olan bu vəzifə latıncadan “mehtərlərin rəisi” mənasını verir ( konstebl)
5. Con Lennon məhz bundan ilhamlanaraq “Men Morc” mahnısını yazmışdır..
( polis maşınlarının sirenasından )

1. Yunancadan tərcümədə bu söz “ilahi vergi” mənasını verir ( xarizma )
2. Bi italyan klubu ev oyunlarını “Enno Tardini” stadionunda keçirir.. ( Parma)
3. XX əsrin 30-40-cı illərində Kramer təxəllüsü ilə yazılan bir sıra əsərlər də bu
yazıçının təxəyyülünün məhsuludur ( E.M.Remark )
4. Koreya, Vyetnam və təbii ki Çində yüksək dövlət məmurlarına verilən bu ad
portuqalcadan “nazir” mənasını verir ( mandarin )
5. Tarixdə nigahın ləğvi ilə deyil, əksinə bağlanması haqqında verilmiş yeganə
məhkəmə qərarı ilə bu alman bəstəkarı ailə həyatı qurmuşdur ( Robert Şuman )

1. 1964-cü il istehsalı olan bu Azərbaycan filmində illuzionist Anatoli Falkovun
köməyilə keçmiş və gələcək uşaqların gözü ilə təsvir olunur ( Sehirli xalat)
2. Fantastik kino həvəskarları araslnda populyar olan bu mükafat 1972-ci ildən
etibarən təqdim olunur.. ( Saturn )
3. Bu sovet fantastı “Ariel”, “Amfibiya adam” və s kimi məşhur əsərlərin müəlli-
fidir ( Aleksadr Belyayev )
4. Yəhudi əsilli bu amerika ədibi Artur Klark və Robert Haynlaynla birgə
yazıçı-fantastların “böyük üçlüyü”nü əmələ gətirir ( Ayzek Azimov )
5. İnsanın texnikanın köməyilə zamanda səyahət etməsi ideyası ilk dəfə məhz bu
yazıçının təxəyyülünün məhsulu olmuşdur.. ( Herbert Uells )

1. İspancadan bu abbreviatura belə səslənir ( “objeto volador noindentifikado”
( UNO )
2. XIX əsrdə rus tərcümələrində bu əsər belə adlanırdı “İvanqoe” ( “Ayvenqo” )
3. Latınca o belə adlanardı: Mikael Muskulus ( Mikki Maus )
4. Avstraliya aborigenlərinin dilində 1 ədədi enea, 2 ədədi petçeval adlanır.
Bəs 5 ədədi? ( petçeval petçeval enea )
5. Quarani dilində bu canlının adı “balıq” və “diş” sözlərinin birləşməsindən
yaranmışdır ( Piraniya )

1. Onun meydana gəlməsini Jorj Brak və Pablo Pikasso ilə bağlayırlar
( kubizm )
2. Oval kabinet bu evdə yerləşir ( Ağ evdə )
3. Xiromantiya məhz bunlar əsasında insan taleyini öyrənir
( əl içi xəttləri )
4. Bu geyim atributunundan çox istifadə edən A.Linkoln onun içində
məktublarını, maliyyə kağızlarını və qanun layihələrini də saxlayardı
( silindr )
5. Atlantik okeanında olan Bermud üçbucağının Sakit okeandakı
analoqu belə adlanır ( Şeytan üçbucağı )

Kim 10-a kimi saya bilir.

1. Onun tərkibinə Almaniya, Kanada, Fransa, B.Britaniya, İtaliya, ABŞ,
Yaponiya və Rusiya daxildir ( Böyük səkkizlik )
2. Rəvayətə görə Roma papası II Sikstin əlində bu sayda barmağı var idi
( altı )
3. Məşhur sinoloq Cozef Nidem kitab çapı, kağız, kompas və bunu
4 Böyük Çin kəşfinə aid etmişdir ( barıt )
4. Banisi bu dövlətin 1000 il yaşayacağını elan etmişdi ( III Reyx )
5. İsa peyğəmbər çarmıxa çəkiləndə bu sayda yara almışdı ( beş )

1. Onların qardan düzəldilmiş evləri iqlu adlanır ( eskimosların )
2. Azərbaycan kinotənqidçiləri arasında “Əsli kişi filmi” kimi tanınan
bu film Fərman Kərimzadənin bu romanı əsasında çəkilmişdir..
( “Qarlı aşırım” )
3. 1000 ilə qədər yaşı olan belə təbii obyektər göy rəngdə olur
( Aysberq )
4. Təbiətdəki buzlar haqqında elm belə adlanır ( Qlyasiologiya )
5. Bədii ədəbiyyatda o “qarlar ölkəsi” kimi də tanınır ( Tibet )

1. Kölgə iqtisadiyyatına aid olan bu termin qeyri leqal şəkildə əmtəə-pul
mübadiləsini nəzərdə tutur ( qara bazar )
2. 1930 – 1945-ci illərdə Münhendəki “Qəhvəyi bina” bu partiyanın
mənzil-qərargahı idi ( nasional-sosialist )
3. Be terminlə rəsmi olaraq vəzifə tutmayan, ama ölkəni idarə edən
insanları adlandırılar ( boz kardinal )
4. Məhz bu cür səhiyyə müəssisələrini “sarı ev” də adlandırırlar.
( dəlixanaları, psixiatriya evlərini )
5. Faşist düşərgələrində çəhrayı üçbucaq içərəsilə bu tip dustaqlar bil-
dirilirdi ( homoseksualistlər üçün )

Comments are closed, but trackbacks and pingbacks are open.