Press "Enter" to skip to content

Neft qaz hasilatı operator

– Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması,

Neft-qaz sahəsində rəqəmsallaşma: Azərbaycan hansı mərhələdədir?

Neft-qaz sahəsində rəqəmsal keçidin potensial üstünlükləri istehsal gücünün artması, vaxta və vəsaitlərə qənaət, daha təhlükəsiz əməliyyatlar, eləcə də resursların rasional idarə olunmasıdır. Dünya neft-qaz sənayesi istehsal xərclərini azaltmaqla mənfəətin artırılmasına çalışdığı üçün hasilat və kəşfiyyat üzrə əməliyyatların inteqrasiyası və rəqəmsallaşdırılması bu hədəflərə çatmağa kömək edəcək.

Xərclərin azaldılması

Norveçin “Rystad Energy” konsaltinq şirkəti bildirir ki, məlumatların rəqəmsal formaya keçirilməsini nəzərdə tutan rəqəmsallaşma neft-qaz sahəsində 100 milyard dollaradək vəsaitə qənaət etməyə imkan verə bilər.

Audit və konsaltinq xidmətləri göstərən “Deloitte” beynəlxalq şirkətlər şəbəkəsinin analitikləri hesab edir ki, hazırda bazarda təmsil olunan rəqəmsal həllərin əksəriyyəti bu sahənin əməliyyat xərclərinin azalmasına yönəlib. Əlbəttə ki, rəqəmsal texnologiyalar əməliyyat xərclərini azaldıb və azaltmaqda davam edəcək. Amma bununla yanaşı, 3,4 trilyon dollar dəyərində xalis əsas vəsaitlər və ya istehsalat kapitalı var ki, mövcud rəqəmsal həllər bunları əhatə etmir. Bu rəqəmlə müqayisədə kapital məhsuldarlığının bir faiz belə artması 40 milyard dollara yaxın vəsaitə qənaət etməyə imkan verəcək. Rəqəmsal həllər həm əməliyyat, həm də əsaslı xərcləri optimallaşdırmağa başlayandan sonra neft-qaz şirkətləri aşağı neft qiymətləri fonunda belə mövcud kapital rentabelliyinin azalması tendensiyasını dəyişmək gücündə olacaq.

Neft və qaz hasilatında süni intellekt

“McKinsey & Company” şirkətinin fikrincə, süni intellektə qoyulan investisiyalar neft və qaz sahələrində məhsuldarlığı artırmağa imkan verəcək.

Rəqəmsal transformasiya davam etdiyi müddətdə iri aktivləri olan bəzi şirkətlər süni intellektin səmərəli istifadəsində lazımi diqqət ayırmaya bilər. Şirkətin tədqiqatları göstərir ki, süni intellekt bu şirkətlərin mürəkkəb əməliyyatlarının təşkilində kömək edə bilər, yüksək məhsuldar alətlər isə onlara öz alqoritmlərini hazırlamaq imkanı yaratmaq gücündədir. Başqa sözlə, iri aktivli şirkətlər süni intellekt vasitəsilə öz bizneslərini genişləndirə və mənfəətlərini artıra bilər. Onlar enerji istehlakını azaltmaq gücündədir. Araşdırmalar göstərir ki, süni intellekt avadanlığı intensiv şəkildə yeniləməyə ehtiyac duymadan məhsuldarlığın artırılmasını təmin edə bilər.

“McKinsey & Company” bildirir ki, qeyri-stabil marjası olan şirkətlər üçün süni intellekt risklərin daha səmərəli idarə olunmasında mühüm imkanlar yaradır.

Azərbaycanın neft-qaz sektorunda rəqəmsallaşma

Bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsal transformasiya proseslərinin idarə olunması üçün Xəzər İnnovasiya Mərkəzini (CIC) təsis edib.

CIC SOCAR-da istifadə olunan bütün proqram təminatını ətraflı təhlil edib, boşluqları aşkar edib və optimallaşdırmaya ehtiyac olan sferaları müəyyənləşdirib. CIC 2018-ci ildə kəşfiyyat və hasilat sahəsində rəqəmsal layihələrin reallaşdırılmasına başlayıb. Qazma sektoru tamamilə SAP ERP platformasına arxalanır, çünki bu sahədə çoxsaylı risk və qeyri-müəyyənliklər mövcuddur. Burada bütün proseslər, o cümlədən planlaşdırma, qazma və buruqların istismara verilməsi prosesləri avtomatlaşdırılıb. SAP UFAM platforması dünyada ilk dəfə neft və qaz hasilatının bütün proseslərinin sistemləşdirilməsi və avtomatlaşdırılması üçün tətbiq edilib. SOCAR-ın “Azneft” İstehsalat Birliyi öncül texnologiyalardan, o cümlədən maşın tədrisindən istifadə edir. Şirkətin sistemləri quyudan gözlənilən hasilatı, mümkün riskləri və hadisələri proqnozlaşdırır.

Layihənin dəyərinin avtomatik hesablanması, təhlükəsizlik və ətraf mühitlə bağlı işlərin avtomatlaşdırılması 2021-ci ildə də SAP platformasında geniş tətbiq olunur. Avtomatlaşdırma işləri təkrar emal və satış sektorlarında, o cümlədən “Azərikimya” İstehsalat Birliyində də aparılır. Vahid baza yaradılandan sonra şirkətin “Industry 4” standartlarına cavab verən sistemləri olacaq. SOCAR artıq şirkət məlumatlarının təhlili, əşyaların interneti, videoanaliz və digər yeni nəsil texnologiyaların tətbiqini nəzərdə tutan plan hazırlayıb.

2021-ci il aprelin 9-da “SOCAR Tower”də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı baş tutub.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44000 quyunun 50 faizə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər.

Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış video müşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.

Neft qaz hasilatı operator

Neft – qaz hasilatı üzrə operator

VƏZİFƏ T Ə L İ M A T I

Vəzifə öhdəlikləri:

– Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması,

– quyuların aramsız işləməsinə nəzarət edilməsi,

– qrup ölçən qurğularının nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi,

– Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi.

– Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi,

– metanol nasoslarının işinin tənzimlənməsi.

– Lay təzyiqinin saxlanılması üçün su vurucu quyuların işinə nəzarət.

– Quyuların kimyəvi üsullarla işlənilməsinin hesabatının aparılması və preslərə rəhbərlik.

– Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinə, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında aparılan işlərdə iştirak və bu işlərə bilavasitə rəhbərlik.

– Quyuların yeraltı və əsaslı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə sapınmasında iştirak etmək.

– İşə salma elektrik avadanlığının yığılmasında, idarəetmə stansiyalarının, avtomatika və telemexanika bloklarının quraşdırılmasında və sazlanmasında iştirak etmək.

– Neftqazçıxarma sahəsinə edilən xidmətin sənədləşdirilməsi.

– Aşağı dərəcəli operatorların işinə rəhbərlik.

Namizədlərdən CV-lərini (Europass formatda) əlavə məktubu ilə birgə “Neft – qaz hasilatı üzrə operator” başlığı ilə Hr.company16@gmail.com ünvanına göndərməsi xahiş olunur.

BİLMƏLİDİR. İşlənilən yatağın xarakteristikası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası və quruluşu; quyuların yeraltı və əsaslı təmirinin növləri; quyuların mənimsənilməsi və tədqiqi, neft və qaz hasilatının intensivləşdirilməsi; avtomatika və telemexanika sisteminin və proqram-qurğularının quruluşu və onlardan istifadə qaydaları, avtomatika və telemexanikanın əsasları.

“Azneft”in bir qrup işçisi təltif edilib

“Azneft”in bir qrup işçisi təltif edilib 20 Sentyabr – Neftçilər Günü ilə əlaqədar SOCAR prezidenti cənab Rövnəq Abdullayevin müvafiq əmrləri ilə “Azneft” İstehsalat Birliyinin bir qrup işçisi “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanla təltif edilib.

18 Sentyabr , 2021 13:40

https://static.report.az/photo/75bce0bb-84f7-3e04-828c-9f1fc199562c.jpg

20 Sentyabr – Neftçilər Günü ilə əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrləri ilə “Azneft” İstehsalat Birliyinin bir qrup işçisi “Fəxri neftçi” döş nişanı və “Fəxri Fərman”la təltif edilib. “Report” xəbər verir ki, “Azneft” yaydığı məlumatda əməkdaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Fəxri neftçi” döş nişanı ilə təltif edilənlər: 1. Rəcəbov Oktay Rəcəb oğlu – quyuların əsalı və yeraltı təmiri sahəsi – Sahə rəisi, Qaz Anbarlarının İstismarı İdarəsi 2. Teymurov Qüdrət Aslan oğlu – 2 saylı neft və qazçıxarma sahəsi, neft və qazçıxarma üzrə usta, “Siyəzənneft” NQÇİ 3. Mehdiyev Eldar İman oğlu – 3 saylı neft və qazçıxarma sahəsi, neft və qazçıxarma üzrə usta, N.Nərimanov adına NQÇİ 4. Baykov Anatoliy Leontiyeviç – 2 saylı sahə, dalğıc, Dalğıc Xidməti 5. İmranov Səyavuş Saleh oğlu – layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsi, nasos qurğularının maşinisti, “Bibiheybətneft” NQÇİ 6. Panayev Ağaddin Ağabala oğlu – 1 saylı neft və qazçıxarma sahəsi, neft və qaz hasilatı üzrə operator, H.Z.Tağıyev adına NQÇİ 7. Bəxtiyar Sadıx oğlu – 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin təmir emalatxanası, təmirçi çilingər – 1 saylı Nəqliyyat İdarəsi 8. Sopokov Ramiz Xafizoviç – 1 saylı xüsusi texnika sahəsi, təmirçi çilingər, 1 saylı Nəqliyyat İdarəsi 9. Nağıyev Fədayət Firudin oğlu – Baş mühəndis-rəis müavini, 2 saylı Nəqliyyat İdarəsi 10. Şəbiyev İslam Polad oğlu – 2 saylı neft və qazçıxarma sahəsi, neft və qaz hasilatı üzrə operator, “Abşeronneft” NQÇİ 11. Adıgözəlov Murad Yaqub oğlu Dəniz neft-mədən hidrotexniki qurğuları sahəsi, sahə rəisinin müavini “Neft Daşları” NQÇİ 12. Əhədov Qələmşah Əli oğlu – istismar avadanlıqları sahəsi, təmirçi-çilingər, “Bibiheybətneft” NQÇİ 13. Səlimov Təşkilat Zahid oğlu – maddi-texnik təchizat və nəqliyyatın idarəedilməsi xidmət, dispetçer – N.Nərimanov adına NQÇİ “Fəxri Fərman”la təltif edilənlər: 1. Kərimov Elşən Malik oğlu – 2 saylı neft və qazçıxarma sahəsi, sahə rəisi, H.Z.Tağıyev adına NQÇİ 2. Mütəlimov İntiqam Fikrət oğlu – 3 saylı neft və qazçıxarma sahəsi, neft və qazçıxarma üzrə usta, “Abşeronneft” NQÇİ 3. Rəhimov Rəhim Yulduz oğlu – avtomatlaşdırma və NÖC texniki-nəzarət şöbəsi, metrologiya üzrə aparıcı mühəndis, “Azneft” İB İdarəetmə aparatı 4. Qurbanova Səmayə Böyükağa qızı – energetika və elektrik avadanlıqlarına texniki xidmət şöbəsinin, böyük energetik, “Azneft” İB İdarəetmə aparatı 5. Həsənli Elşad Əmrah oğlu, rəhbərlik – dalğıc və sualtı-texniki işlər üzrə rəis müavini, Dalğıc Xidməti 6. Mirələkbərov Elnur Mirqasım oğlu – quyuların əsaslı və yeraltı təmiri sahəsi, quyuların əsaslı təmiri üzrə qazmaçı “Bibiheybətneft” NQÇİ 7. Quliyev Nəsib Qulu oğlu – istismar avadanlıqları sahəsi, elektrik qaz qaynaqçısı, Ə.C.Əmirov adına NQÇİ 8. Həsənov Nadir Abil oğlu – istismar avadanlıqları sahəsinin İstismar avadanlıqlarına xidmət sahəsinin elektrik qaz qaynaqçısı, “28 May” NQÇİ 9. Qabulov Ənvər Şövkət oğlu – 1uyuların əsaslı və yeraltı təmiri sahəsi, quyuların əsaslı təmiri üzrə qazmaçı, H.Z.Tağıyev adına NQÇİ 10. Paşayev Koroğlu Əli oğlu – 1 saylı Neft və qazçıxarma sahəsi, neft və qaz hasilatı üzrə operator, N.Nərimanov adına NQÇİ 11. İsmiyev Taleh Bəyməmməd oğlu – istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsi, sahə rəisi, Qaz Anbarlarının İstismarı İdarəsi 12. Həsənov İlqar Qubad oğlu – texnoloji nəqliyyat sahəsinin sementləyici aqreqatın motorçusu, 2 saylı Nəqliyyat İdarəsi 13. Paşayev Orxan Rəzzaq oğlu – 2 saylı neft və qazçıxarma sahəsi, neft və qazçıxarma üzrə usta, “Neft Daşları” NQÇİ 14. Baxşıyev Sarvan Ələsgər oğlu – 2 saylı neft və qazçıxarma sahəsi, neft və qaz hasilatı üzrə operator, “Neft Daşları” NQÇİ

Comments are closed, but trackbacks and pingbacks are open.