Nizami gəncəvi xosrov və şirin
Poemadakı hadisələr İran taxtına aid olub, Firdovsinin “Şahnamə” poemasından götürülmüşdür. Əsərin qəhrəmanı tarixi şəxsiyyət olub, süjeti isə olmuş hadisələrə əsaslanır. Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Nizami Gəncəvi Xosrov və Şirin – PDF
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında
“Xosrov və Şirin” (1181) məhəbbət mövzusundadır.
Sasani şahı Xosrov Pərviz və Azərbaycan gözəli Şirinin sevgisi ilə bağlı əfsanə
və rəvayətləri diqqətlə öyrənən, müxtəlif mənbələrdəki natamam məlumatları
səbirlə toplayıb təhlil edən şair ölməz sənət əsəri yaratmışdır. Onu adi sevgi dastanı adlandırmaq olmaz. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və
sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir.
Məhəbbətin insanı saflaşdıran, nəcibləşdirən hiss olduğunu ustalıqla əks etdirən Nizami bunu Xosrov obrazı vasitəsi ilə ifadə etmişdir. Şirini sevsə də, Xosrovun şahlıq qüruru ciddi səhvlər etməsinə səbəb olur. Şirinin məhəbbəti onu
birdən-birə dəyişmir, bu, əslində, mümkün də deyildi. Şirinin dönməz iradəsi,
ağıllı davranışı bu məğrur şahı tədricən dəyişir. Şirin qələbə çalır, lakin bu, ona
asanlıqla başa gəlmir. İlk məhəbbətinə ömrü boyu sadiq qalan Şirin təmiz adını, ləyaqətini qoruyur, Xosrovdan bəzən etinasızlıq görsə də, ilk və həqiqi sevgisindən üz çevirmir. Xosrovun təbiətindəki qüsurların aradan qalxması üçün böyük əzab-əziyyətlərə qatlaşmalı olan Şirin Nizaminin ən çox sevdiyi qəhrəmanlarındandır.
1141 – 1209
Nizami Gəncəvi, 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Nizami Gəncəvi Xosrov və Şirin – PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
nizami-gencevi-xosrov-ve-sirin.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Nizami gəncəvi xosrov və şirin
Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan ikinci əsəridir. “Xosrov və Şirin” poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İranda hakimiyyətdə olmuş Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını – Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir.
Hökmdarın xalqa qayğısı və ədaləti
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
“Xosrov və Şirin” poemasının quruluşu da çox maraqlı və orijinaldır. Əsər bütün orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması səbəbi, Toğrul Arslan, Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd ibn Eldəgiz Cavan Pəhləvan və onun qardaşı Qızıl Arslanın tərifi, eşq haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlanır. Bütün bunlardan sonra əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında danışır. Mükalimələr, dəyişmələr, Xosrovla Şirinin umu-küsüsü və s. çox maraqlı və təbii şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçıların nəğmələrində canlandırılır. Hər iki aşiqin məhəbbət yolundakı iztirabları, qarşılaşdıqları maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı edir, oxucunun həyəcanını artırır. Poema həcmli olub, özündə bir neçə janrı birləşdirdiyi üçün mürəkkəb quruluşu ilə seçilir. Əsərdə alleqorik təsvirlər ruhun tanrıya istiqamətləndiyini göstərir. Lakin təsvirlər o dərəcədə canlıdırlar ki, ehtiyatı əldən verən oxucu bunu anlamayaraq, əsəri xalis bir sevgi romanı kimi qavramış olur.
Poemadakı hadisələr İran taxtına aid olub, Firdovsinin “Şahnamə” poemasından götürülmüşdür. Əsərin qəhrəmanı tarixi şəxsiyyət olub, süjeti isə olmuş hadisələrə əsaslanır. Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Hökmdarın xalqa qayğısı və ədaləti
Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həycanı
Titrədə bilməzdi yorğun qocanı.
Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə – Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad edilən tarixi abidələri xatırlayır:
Hökmdarın xalqa qayğısı və ədaləti
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı.
Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur. Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında maraqlı mülahizələr söyləmişdir:
Hökmdarın xalqa qayğısı və ədaləti
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
. Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir – qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün ədalətsizliklərindən şikayətlənir:
Hökmdarın xalqa qayğısı və ədaləti
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvü kimi görməyi arzulayan böyük şair tarixdən aldığı bu obrazı öz humanist ideyaları baxımından işləyib, qadınlıq haqqında yüksək fikirlərini onun vasitəsilə ifadə etmişdir. Şahzadə Şirin xristian Arran (Alban) hökmdarının – Məhinbanunun qardaşı qızıdır. Şair tükənməz bir məhəbbətlə sevən Şirini saf mənəviyyata malik, ismətli qadınlıq qürurunu yüksək tutan bir adam kimi oxucularına sevdirir. Şirin nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:
Hökmdarın xalqa qayğısı və ədaləti
Mən gövhərəm, neçin gərək əksiləm,
Çağrılmamış gedəm, məgər mən yeləm?
deyərək öz şərəfini alçaltmayacağını qəti bildirir. Şair xarici görkəmcə çox gözəl təsvir etdiyi sevimli qəhrəmanının daxili aləminin də olduqca zəngin, onun gözəl hüsnü ilə səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman isə özünü öldürür. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən də şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir:
Hökmdarın xalqa qayğısı və ədaləti
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq.
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
Nizami Gəncəvi – Xosrov və Şirin
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan əsərlərdən biridir. “Xosrov və Şirin” poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə – Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
Poema Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazılmışdır.
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
08-10-2010, 06:42 PM #2
Azeri.net Sevdalısı Üyelik tarihi Dec 2009 Yer Türkiye Mesajlar 2.269
Re: Nizami Gəncəvi – Xosrov və Şirin
XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI
Köhnə dastanların qoca ustadı
Öz heKayətinə belə başladı:
Zaval gələn zaman Kəsra bəxtinə.
Hürmüz sahib oldu şahlıq təxtinə.
O, tez məşhur oldu ədalətiylə,
Dolaşırdı adı hey dildən-dilə.
Öz ata yolunu tuturdu mətin,
Əl üstə – səxavət, ayaq üstə – din.
Nəsli ta itməsin qoca dünyadan,
Bir övlad istədi böyüK xudadan.
Xeyli nəzir verdi, bir xeyli qurban,
Nəhayət lütf etdi allah bir oğlan.
Övlad nə övladdı, – dəniz incisi.
Nurlu çıraqların ən birincisi.
Xoşbəxt doğulmuşdu, gözəldi bəxti,
Yaraşırdı ona tacı və təxti.
Atası görəndə istedadını,
Xosrov Pərviz qoydu onun adını.
Kimi görsə sarılırdı boynuna,
Bu səbəbdən Pərviz dedilər ona.
Səhərdən gözəldi onun gülüşü,
Günəşdən qəşəngdi hər görünüşü.
Dayəsi müşKtəK ipəKdə saxlar,
IncitəK olmuşdu yeri pambıqlar.
Dodağında südə həvəs duyaraq,
Bəslədilər şəKər və südlə ancaq.
Şah yanına hər gün gətirərdilər,
GültəK əldən-ələ, ötürərdilər.
Beşiyi tərK edib yeriyən zaman
Ona öz canında yer verdi cahan.
Elə Ki, beş yaşa çatdı, nə görsə
Ibrət götürərdi, baxıb hər Kəsə.
Bəxti artırdıqca hər il yaşını
BiliKlə doldurdu o gənc başını.
Ayaq qoyan zaman yeddinci ilə
Güllərə müşK saçdı gözəlliyilə.
Elə məşhur oldu gözəlliKdə o,
Misirli Yusifdi sanKi bu Xosrov.
Günləri boş, beKar Keçməsin deyə,
Ş ah tapşırdı onu bir mürəbbiyə.
Bu söhbətdən Keçdi bir neçə zaman,
Xosrov hər hünərdə oldu qəhrəman.
Sözünün şöhrəti düşdü cahana.
Dəniz Kimi səpdi dürrü hər yana.
Su Kimi söz deyən hər aqil, huşyar
Ona ehtiyatla yanaşırdılar.
Hər an tüKü tüKdən seçirdi gözü,
TüK Kimi zərifdi onun hər sözü.
Doqquzda tərK etdi oyun yolunu,
Ş ir üstə sınadı güclü qolunu.
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Ş irlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Oxuyla, o, tüKdən düyün açardı,
Nizəylə zirehdən halqa alardı.
Ox atsa hədəfə sərrast dəyərdi,
Zöhrə haləsini silKələyərdi.
On Kamanı birdən dartan bir insan
Acizdi Xosrovun bir Kamanından.
Kəməndlə on düşmən birdən tutardı,
Doqquz qarış boyda oxları vardı.
Ağ div olsa belə, onun oxundan
Söyüd yarpağıtəK əsərdi, inan
Ş imşəK nizəsini çalsa daşlara,
Daşın ürəyində açardı yara.
O gündən Ki, yaşı on dördü aşdı,
Biliyinin quşu qol-qanad açdı.
Könlündə hər şeyə maraq oyandı,
Dünyada yaxşını, yamanı qandı.
Büzürgümid adlı bir alim vardı,
Ağlı, istedadı güntəK parlardı.
Yeri qarış-qarış dolaşmışdı o,
FiKriylə göylərə ucalmışdı o.
Göyün xəznələri açıqdı ona,
“Sirlər evi” desəm, haqdır, qoynuna.
Şahzadə xəlvətdə ona yanaşdı,
Hindi qılınc Kimi dilini açdı.
BiliK dəryasına əl uzadaraq,
Cavahir istədi və aldı qoçaq.
Onun təlimindən Könlü nurlandı,
Ondan bir çox hiKmət öyrənib qandı.
Zühəl pərgarından yer mərKəzinə
Nə varsa öyrəndi, doymadı yenə.
Az müddətdə dərya biliK qazandı,
Hər fənni düşündü, hər elmi qandı.
Qafil ürəyinə biliK yol açdı,
Ş ahlıq rütbəsinə gəlib yanaşdı.
Hərlənən pərgahın gizli işləri
Xosrova aşiKar olandan bəri
Ş ahına xidmətdi işi hər zaman,
Heç əskİk olmazdı şah qulluğundan.
Şah sevərdi onu cahandan artıq,
Cahan nə, öz şirin canından artıq.
Çox ömr etsin deyə əziz övladı,
Zalımın qolunu tutub bağladı.
Dedi: “Carçı, çağır! Eşitsin aləm,
Hər Kim zülm eləsə görəcəK sitəm.
Əgər bir at gedib girsə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya,
Birisi naməhrəm qadına baxsa,
Bir gözəl evinə yadı buraxsa,
Ən ağır cəzama olacaq düçar!”
Ş ah and içdi, dedi, sınmaz bu ilqar.
Ədalətdə onun qüsuru yoxdu,
Gözlər Kədərsizdi, Könüllər toxdu.
Oldu ədalətlə yer üzü abad,
Insanlar oldular zülmdən azad.
Comments are closed, but trackbacks and pingbacks are open.