Press "Enter" to skip to content

Nizami gəncəvi sirlər xəzinəsi

Qarşı tərəf deyir ki, əbəs yerə alver etməyək. Şahın zülmlərini görüb qüssədən əl çəkmək lazımdır. Şah həmin şahdırsa, onun gərdişi bu cür davam edərsə, sənə üstəlik yüz min belə xərabə cehiz verə bilərəm.

Sirlər xəzinəsi

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как читать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Нет времени читать книгу?
Слушать фрагмент
Купите электронную и аудиокнигу со скидкой 20%
Купить комплект за 280,91 ₽ 224,73 ₽
Перейти к аудиокниге

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 89,89 ₽
Ваш доход с одной покупки друга: 8,99 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Объем: 32 стр.
  • Жанр:д етская проза, и сторическая литератураРедактировать

Sirlər xəzinəsi
Sirlər xəzinəsi
Аудиокнига
Читает Şəbnəm Cəbrayılova
Sirlər xəzinəsi
Шрифт: Меньше Аа Больше Аа

Nizami Gəncəvi

SİRLƏR XƏZİNƏSİ

(Nəsrlə sadələşdirilmiş)

ÜMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI

Ədalətli şah yuxusunda zalım bir soltan gördü. Ondan soruşdu ki, sənə Tanrı hansı cəzanı verdi? Gündüzlər onun qan tökməsinin, ev yıxıb, zülm etməsinin əvəzində gecələr hansı əzabı çəkdiyini sual etdi.

Zalım soltan cavab verdi ki, ömrüm sona çatarkən cahana göz gəzdirdim, ancaq bir ona (Tanrıya) pənah gətirdim, görüm ki, düşkün çağımda yol göstərən kimim var? Tanrı məhəbbətinə kim məni yaxınlaşdıra bilər? Baxıb gördüm ki, heç kəsin mənə şəfqəti yoxdur, əksinə, hiddəti, nifrəti çoxdur. Lütfdən, mərhəmətdən söhbət belə gedə bilməz. Rüzigarın bu işinə dözməyib söyüd kimi titrədim. Özümə sual verdim: ürəyim yara, üzüm qara, indi mən hara gedim? Kilimin dörd ucunu axar suya tulladım. Öz könlümü yalnız Tanrı lütfünə bağladım. Dedim:

– Ey ulu Tanrı, sən hər şeyə qadirsən, biz isə acizik. Bu aciz və miskin qulun səndən xəcalətlidir. Sən günahlarından peşman olmuş zavallıya gəl rəhm elə. Sənin yolundan çıxmaqla nifrinlər (nifrətlər) qazanmışam. Buna görə ya məni cəhənnəmə tulla, ya ən sərt cəzanı ver. Ya da elədiyim pisliklərin əksini mənə göstər.

Kimsəsizlər kimsəsi üzümdə xəcalət nişanəsi olan təri görüb məndən üz döndərmədi. Mənim yalvarışlarımı feyzlə qəbul etdi. O, çiynimdən dağı götürüb başımı sığalladı. Tövbə dolu bir nəfəs, peşmançılıq hədər getməz, o, qiyamətdə Tanrının qəzəbini söndürər.

Ey boşboğaz, fikir ver ki, aldığın hər boş nəfəs bir əzab tərəzisi və ziyan ölçüsüdür. Boş keçmiş hər gününü, öldürdüyün neçə ayı, neçə fəsli, neçə ili bir ziyan meyarı say.

Ey sərxoş, ömrünün tərəzisində inci yoxdur. Həyat qədəhin dolu olsa da, həyat sandıqçan boşdur. Sən əbəs yerə tərəziyə yerdəki daşları doldurma. Bu fani 1 muncuqları da qolbağına vurmaqdan əl çək. Bu vaxta qədər nə qədər yığmısansa, onlar bircə dirhəmə dəyməz. Ömrünü verdiyin sevda yalnız boş bir nəfəsmiş. Hər nə almısansa, ver, onları cəm etməyə can atma. Sözü uzatma, əlindən gəldiyi qədər payla, bölüşdür. Sənin belin məzlum əlindən, boynun isə kölə haqqından qurtulsa, bəlkə, qiyamətdə aman taparsan. Sənin ətəyin onda yetimlərin əlində yırtıq-yırtıq olaraq tora dönməz. Dullar sənin yaxandan tutaraq öz tələblərini etməzlər. Sən bu köhnə cındır döşəkli dünyadan əl çək. Kirli ətəyini yu, nəfsinin gözünə mil çəkməyə çalış!

Sən ya qəriblər kimi yol getməyə ruzi yığ, ya da Nizami kimi dünyadan bir guşəyə çəkil!

ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ

Bir gün ov həvəsiylə Nuşirəvan saraydan, səltənətdən və rəiyyətdən ayrılaraq səfərə çıxdı. Onun bu səfərdə dostu və yaxın sirdaşı yalnız öz vəziri idi. Nuşirəvan özgəsini xoşlamır, tək onunla gəzməyə üstünlük verirdi.

Ovlaq həndəvərində Nuşirəvan düşmən qəlbi kimi boş və viranə 2 bir ərazi gördü. Orada bir cüt bayquşun civildəşməsi və uçması hövsələsiz şahın diqqətindən yayınmadı.

Şah vəzirdən soruşdu:

– Bu quşlar nə danışır? Onların həyəcanları, qışqırıq və təlaşları nədəndir?

Vəzir cavab verdi:

– Ey dövrün tacidarı, əgər öyüd-nəsihət xoşlayırsansa, bunun sirlərini sənə açaram.

Şah razılıq verdi. Vəzir bu dartışmanın və söhbətin bir toy sövdası olduğunu şaha bildirdi. Bu məşvərətin bazarlığın üstündə mübahisənin baş verdiyini də vəzir şaha əyan etdi.

Bu quş qızını başqa bir quşa ərə verib. İndi həmin quşdan başlıq istəyir. Gəlin üçün bəri başdan başlığı tələb etmək iddiasındadır.

O deyir ki, bu viran kəndi mənə cehiz verirsən. Ancaq bu, çox azdır. Gərək bir neçə xərabə 3 də üstünə qoya.

Qarşı tərəf deyir ki, əbəs yerə alver etməyək. Şahın zülmlərini görüb qüssədən əl çəkmək lazımdır. Şah həmin şahdırsa, onun gərdişi bu cür davam edərsə, sənə üstəlik yüz min belə xərabə cehiz verə bilərəm.

Bu cavab sanki yatmış padşahı silkələdi. Bədənində qopan fəryad və ah ciyərini yandırdı. Şah baş-gözünə döydü, göz yaşları axıtdı. Zülmün göz yaşlarından başqa barı nə ola bilər? Şah heyrət içində, kədərli halda barmağını dişlədi:

Nizami gəncəvi sirlər xəzinəsi

SİRLƏR XƏZİNƏSİ

“Xəmsə”yə daxil olan ilk poema “Sirlər xəzinəsi” adlanır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir.

Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174-1175) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimatında müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta Şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Ərzincan hakimi Fəxrəddin Bəhman Şah Davud oğluna həsr edilmişdir.

Nizami Gəncəvi Sirlər xəzinəsi – PDF

“Sirlər Xəzinəsi” (fars. مخزن‌الاسرار Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. “Sirlər Xəzinəsi” zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə “Kəlilə və Dimnə”, “Qutadqu bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Cəhar məqalə” və sair kimi əsərlərə yaxın olan “Sirlər Xəzinəsi” həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir.

1141 – 1209

Nizami Gəncəvi, 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Nizami Gəncəvi Sirlər xəzinəsi – PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

nizami-gencevi-sirler-xezinesi.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.