Normativ hüquqi aktlar haqqında konstitusiya qanunu 2017
“Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə dəyişiklik edilən hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.”;
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik edilir
E-huquq.az xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 1 məsələ – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi (birinci oxunuş) daxil edilib. Qanun layihəsinin əhəmiyyətini qeyd edən Əli Hüseynli layihə ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanova söz verib.
Səməd Sultanov bildirib ki, layihə normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif edilir. Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir.
Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.
Layihənin müzakirəsində komitə sədri Əli Hüseynli və komitənin sədr müavini Qüdrət Həsənquliyev sənədlə bağlı qeydləri və rəylərini səsləndiriblər.
Sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Normativ hüquqi aktlar haqqında konstitusiya qanunu 2017
Əvvəlki versiyaya qayıt
buttons/forblind/normal copy 2 Created with Sketch.
- Azərbaycan Respublikasının Konstitusiyası
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
- Konstitusiya qanunları
- Azərbaycan Prokurorluğu – 90
- Azərbaycan Prokurorluğu – 95
- Azərbaycan Prokurorluğu – 100
- Xidməti vəzifələrin icrası ilə bağlı həlak olmuş prokurorluq əməkdaşları
- Azərbaycan Respublikasının Baş Prokurorluğu
- Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
- Tarix
- Fəaliyyət istiqamətləri
- Struktur
- Əlaqə
- Korrupsiyaya qarşı mübarizə
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərcləri
- Fəaliyyət istiqamətləri
- Struktur
- Əlaqə
- Naxçıvan MR Prokurorluğunun vebsaytı
- Fəaliyyət istiqamətləri
- Struktur
- İdarə və şöbələr
- Əlaqə
- Beynəlxalq konvensiyalar
- Məcəllələr
- Qanunlar
- Fərmanlar
- Sərəncamlar
- Qərarlar
- Prokurorluğun fəaliyyətinə aid qanunvericilik
- Beynəlxalq əməkdaşlıq haqqında ümumi məlumat
- Xarici dövlətlərin Baş Prokurorluqları və müvafiq qurumları ilə əməkdaşlıq sənədləri
- Beynəlxalq əməkdaşlığa dair dərclər
- Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələr
- Vakansiya elanı
- Baş prokurorun məqalə və çıxışları
- Prokurorluq işçilərinin məqalə və çıxışları
- Amnistiya
- Azərbaycan Prokurorluğunun 102 illiyi
- Azərbaycan Prokurorluğunun 103 illiyi
- Azərbaycan Prokurorluğunun 104 illiyi
- Azərbaycan Respublikasının dövlət orqanları
- Beynəlxalq təşkilatlar
- İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP)
- Elektron kitabxana
- Baş Prokurorluğun vəzifəli şəxslərinin əlaqə vasitələri
- Baş Prokurorluğun struktur qurumlarının əlaqə vasitələri
- Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
- Naxçıvan Muxtar Respublikası Prokurorluğu
- Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu
- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
- Müraciətlərə baxılması qaydası
- Məktub yazmaq
#HÜQUQİBİLİKLƏRİNİARTIR – “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 2021-ci il tarixli Konstitusiya Qanunu qüvvəyə minmişdir
Dəyişikliyə əsasən, normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı müəyyən edilməlidir.
Bundan başqa, normativ hüquqi aktların rəsmi dərc edilməsi qaydasında dəyişiklik edilərək, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi də normativ hüquqi aktların rəsmi dərc edilməsi hesab edilmişdir.
Həmçinin, müəyyən olunmuşdur ki, normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.
Normativ hüquqi aktlar haqqında konstitusiya qanunu 2017
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809; 2020, № 4, maddə 384; 2021, № 12, maddə 1297) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 27-ci maddənin adına, 27.1-ci və 27.2-ci maddələrə “hazırlanması” sözündən sonra “, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi” sözləri əlavə edilsin;
1.2. 29-cu maddə üzrə:
1.2.1. 29.2-ci maddədə “Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı” sözləri “Bu Konstitusiya Qanununun 29.3-cü maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda 29.3-cü və 29.4-cü maddələr əlavə edilsin:
“29.3. Aşağıdakı hallarda dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə yol verilir:
29.3.1. ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;
29.3.2. yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;
29.3.3. yeni normativ hüquqi aktla həmin aktın tənzimləmə predmetinə aid digər normativ hüquqi akt ləğv edildikdə.
29.4. Bu Konstitusiya Qanununun 29.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həmin normativ hüquqi aktın adında onun hansı normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.”;
1.3. 30.10-cu maddənin birinci cümləsinə “tərkib hissəsi olan,” sözlərindən sonra “yarımbəndin nömrəsini təkrarlamaqla” sözləri əlavə edilsin;
1.4. 30.11-ci maddə üzrə:
1.4.1. ikinci cümlədən “(abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə)” sözləri çıxarılsın;
1.4.2. üçüncü cümlədə “və ya yarımbəndinə” sözləri “, yarımbəndinə və abzasına” sözləri ilə əvəz edilsin;
1.5. 46-cı maddə üzrə:
1.5.2. 46.2.2-ci maddəyə “rəhbəri” sözündən sonra “(o olmadıqda isə onun vəzifələrini icra edən şəxs)” sözləri əlavə edilsin;
1.5.3. 46.4-cü maddədən “onun vizalanması isə ən geci 5 gün keçənədək” sözləri “çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Normativ hüquqi aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci 7 gün keçənədək vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur.”;
1.6. 48-ci maddə üzrə:
1.6.1. 48.2.1-ci maddədən “(müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))” sözləri çıxarılsın;
1.6.2. aşağıdakı məzmunda 48.2-1-ci maddə əlavə edilsin:
“48.2-1. Normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayışa aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.2-1.1. qanun və fərman layihələrinin qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan digər qanun və fərman layihələrinin olub-olmaması (olduğu halda müvafiq layihələr əlavə olunur);
48.2-1.2. layihənin hansı dövlət orqanları (qurumları) ilə razılaşdırıldığı.”;
1.6.3. 48.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“48.7. Normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.”;
1.7. 66.5-ci maddədə “olan” sözləri “olub-olmamasından asılı olmayaraq hər hansı” sözləri ilə əvəz edilsin;
1.8. 75-ci maddə üzrə:
1.8.1. 75.1-ci maddə ləğv edilsin;
1.8.2. 75.2-ci maddədə “olaraq zəruri hallarda” sözləri “normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə” sözləri ilə əvəz edilsin;
1.8.3. 75.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə dəyişiklik edilən hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.”;
1.9. 76-cı maddə üzrə:
1.9.1. 76.3-cü maddə ləğv edilsin;
1.9.2. 76.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.”;
1.10. 84.4-cü maddənin ikinci cümləsindən “, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi” sözləri çıxarılsın.
Maddə 2. Keçid müddəalar
2.1. Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə, dəyişiklik edilən və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, habelə 2024-cü il yanvarın 1-dək olan dövr ərzində ona edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild I kimi qeyd edilir.
2.2. 2025-ci il yanvarın 1-dək normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə, habelə kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında həyata keçirilir.
Maddə 3. Bu Konstitusiya Qanununun 1.6.3-cü, 1.8.3-cü və 1.9.2-ci maddələri 2024-cü yanvarın 1-dən qüvvəyə minir.
Comments are closed, but trackbacks and pingbacks are open.