Bir Baxisin Var Derman Kimi Скачать mp3
Funeral I Don T Wanna Be Here Lyrics
SON DƏQİQƏ
Günəş dağlar arxasından boylandığı kimi, istedad da sənətkarın ürəyindən bu dünyaya işıq saçır. Bu işıq, bu nur bəzən sözə, bəzən rəngə, bəzən nota, bəzən isə kağıza hopur. Beləcə, böyük sənət əsərləri yaranır. Aylar, illər ötür, o sənət əsərlərini yaradanlar püxtələşir, sevilir, seçilir və bir xalqın tarixində özünəməxsus yer tutur. Məmməd Araz da belə bir şəxsiyyət oldu. Özünəməxsus yolu olan şairin yaradıcılığı Azərbaycan poeziya tarixində xüsusi bir şaxədir.
Uşaqlığından təbiətə vurğunluğu idi onu şair edən. Ürəyində bitib-tükənməyən Vətən sevgisi yaradıcılığı boyu rəngarəng poeziyasının daş yaddaşı idi. Şair bu sevgini elə bil ki, sözlərlə heykəlləşdirir, misralarla əbədiləşdirirdi. O, Vətənin bir zərrəsinə, bir əlçim buluduna, balaca mamırına çevrilməyi özünə xoşbəxtlik sayırdı. Vətənə layiqli oğul olmaq istəyi onun yaradıcılığına həmişə gün işığı salırdı. Bəlkə elə Araz dünyasından keçən yolu nurlandıran, işıqlandıran da bu istək-böyük vətəndaşlıq sevgisi idi. Beləcə, bu sevgi ilə yüzlərlə, minlərlə poeziya nümunəsi ədəbiyyatımızın parlaq səhifələrinə çevrildi.
Sənətkarı el gözündə yüksəldən, ona mənəvi yaşam haqqı verən alqış, sərvət kimidir. Ömrü boyu yaratdıqları ilə alqışlandı, el məhəbbətilə yaşadı Məmməd Araz. Məmməd Araz yaradıcılığı boyu neylədisə, “Vətəni sevmək naminə, ucaltmaq naminə” etdi. Sözlə həm vətəni ucaltdı, həm də özü ucaldı. Bu ucalığın sayəsində əməyi dövlət tərəfindən hər zaman qiymətləndirildi, doğulduğu Nursu kəndində Ev Muzeyi inşa edilərək Məmməd Araz sevənlərin ziyarətgahına çevrildi. Şairin istər doğum günü, istərsə də anım günü onu sevənlər tərəfindən hər zaman xatırlanır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbir də şairə olan sonsuz məhəbbətin, yaradıcılığına olan dərin ehtiramın təcəssümü idi. İctimaiyyət nümayəndələri şairin adına əbədiləşən Ev Muzeyində onun doğum gününü qeyd etdilər. Məmməd Araz yaradıcılığı ətrafında Ev Muzeyinin direktoru Əzizə Süleymanovanın çıxışı dinlənildi. Qeyd olundu ki, ədəbiyyatımıza 1950-ci illərdə gələn böyük şairimiz, vətənpərvər el oğlu Məmməd Arazın bu il anadan olmasının 86 ili tamam oldu. Təbiətcə sakit olan böyük şairimizin qələmi xalqımızın dar günündə gah qılınca, gah da incə ruhları oxşayan lirik duyğulara çevrilmişdir. Elə buna görə də onun çoxşaxəli yaradıcılığı əsrlər boyu xalqımızın qəlbində yaşayacaq, şeirləri, poemaları uzun illər dillərdə səslənəcək.
Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev, İcra Hakimiyyətinin əməkdaşı Turanə Məhərrəmli çıxış edərək qeyd etdilər ki, Məmməd Araz qayğını, diqqəti ulu öndər Heydər Əliyevin simasında gördü. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı illərdən sonra ona həm maddi, həm mənəvi dəstək olması cəmiyyətin də diqqətini şairə yönəltdi. Ümummilli liderin diqqət və qayğısı Məmməd Arazın yaradıcılığında yeni çalarların yaranmasına səbəb oldu. Bu yolu davam etdirən Muxtar Respublika Ali Məclisi Sədrinin şairin 80 illik yubileyinin keçirilməsi məqsədilə Sərəncam imzalaması, Ev Muzeyinin istifadəyə verilməsi bir daha onu göstərdi ki, unudulmaz şairimizə hörmət və ehtiram yüksək səviyyədə həyata keçirilir.
Məmməd Arazın yaxın qohumlarından Elvin İbrahimov və Xatirə Quliyeva da çıxış edərək şairlə bağlı xatirələri yada saldılar.
Tədbirin bədii hissəsində Nursu kənd tam orta məktəbinin şagirdləri şeirlər söylədilər. Kolanı kənd Uşaq Musiqi Məktəbinin sazçalanlardan ibarət ansamblının üzvləri isə şairin şeirlərini ifa etməklə tədbiri daha da rövnəqləndirdilər.
Sonda isə tədbir iştirakçıları şairin yaradıcılığını özündə əks etdirən guşələrə baxdılar. Beləcə, unudulmaz şairimiz Məmməd Arazın doğum gününə həsr olunmuş tədbirə yığışanlar onun yaradıcılığına bir neçə saatlıq səyahət etdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Nriman hsnzad poeziyasına bir baxış
Bir Baxisin Var Derman Kimi
Virginity Syndrome 1 Hour
Música Electrónica 2021 Para Bailar Shuffle Dance 2021
Hardcore Fighting Championship Музыка
Hennessy X Gang
Бандитские Треки В Машину Лучшая Пацанская Музыка 2023
Цыганская Ах Да Ну
Музыка Для Бизнес Тренинга
Песни Для Настроения И Отдыха Зажигательный Сборник
Ну Что Моя Подруга Мой Серый Кардинал Скачать
Smith Thell Year Of The Young
Странный Человек Постучался В Дверь Тук Тук Тук
Песня На День Рождения Мужу От Жены
Step Deborah De Luca
Современные Детские Песни Сборник
Speed Songs Здесь Так Красиво Я Перестаю Дышать
Never Enough Black Atlass Lyrics
Funeral I Don T Wanna Be Here Lyrics
Песня Про Пенсию
Король Лир Перессказ
Sfm I Fnаf Мы Фантомы I Ремикс От Axie Feat Cg5 И Swiblet
Небо Небо Небо Край Чудесный
Moshe Bareket Time
Хьо Езаш Хьомениг Са Даг Чохь Летта Сина Ц1Е
İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə)
anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) adlı təqvalı bir xanım idi (hansı ki, bu təqvalı xanım oğlunun şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə Əhlibeytsevərlərin pənahgahı-na çevrilmişdi).
O Həzrətin digər məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. İmam 22 yaşında ikən imamətə yetişmiş, 28 yaşında isə şəhid olmuşdur.
Siyasi-ictimai vəziyyət
Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər və bu İmam Cavad (ə), İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) Samirrada olduğu dövrdə özünün son həd-dinə çatır. Beləliklə hər üç İmam cavan yaşlarında ikən şəhadət şərbətini içirlər: İmam Cavad (ə) 25, İmam Əliyyən-Nəqi (ə) 41, İmam Həsən Əsgəri (ə) isə 28 yaşında. Lakin İmam Həsən Əsgəriyə (ə) özündən qa-baqkı iki İmamdan daha çox təzyiq olunub. Bunun isə iki səbəbi var:
1) – İmam Həsən Əsgərinin dövründə Əhlibeytsevərlər İraqda böyük bir qüdrətə sahib idilər.
– Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın höku-mətləri tar-mar edəcək vəd edilmiş Mehdi (əc) İmam Həsən Əsgərinin (ə) nəslindən olacaq. Buna görə də, daim İmam Həsən Əsgərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər.
2) Qeybi məlumatlardan geniş şəkildə istifadə
Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İsla-mın əsası, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman bu məlumatlardan bir növ hidayət va-sitəsi kimi istifadə etmişlər. İmam Həsən Əsgərinin (ə) həyatı ilə tanışlıqda isə məlum olur ki, digər İmam-lara nisbətən qeybi məlumatlardan daha çox bəhrələnib. Səbəbi İmam Həsən Əsgəri (ə) və atası İmam Əliy-yən-Nəqinin (ə) düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki Əliyyən-Nəqi (ə) məcburi şəkildə Samirraya köçdükdən sonra daim ciddi nəzarət altında idi və oğlu Həsən Əsgərini (ə) özündən sonrakı İmam kimi ta-nıtdırmağa fürsət tapmamışdı. Digər tərəfdən də, həmin işi həyata keçirmək onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, Həsən Əsgərini (ə) sonrakı İmam kimi tanıtdırıb onun üçün be-yət almaq məsələsi Əliyyən-Nəqinin (ə) ömrünün son aylarında həll olunmuşdu. Bəzi tarixçilərin fikrincə, müxtəlif dairələrdə Həsən Əsgərinin deyil, qardaşı Məhəmməd ibn Əlinin elə atasının dövründə İmam olma-sına əsassız meyl vardı. Ancaq Əliyyən-Nəqi (ə) bu fikrə qarşı mübarizə aparır və onlarda oğlu Həsən Əsgə-rinin (ə) İmamlığına dair inam yaratmağa çalışırdı. İmam Nəqinin şəhadətindən sonra da İbn Mahəviyyə ki-mi bəzi xainlər bu əqidəni bayraq edərək camaatı Həsən Əsgərinin İmam olması fikrindən yayındırırdılar. Buna görə bəziləri İmamı yoxlamaq fikrinə düşür, digərləri isə bu barədə Onunla məktublaşırdılar. Şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) bu barədə şiələrə yazdığı cavabda ürək ağrısı ilə bu-yururdu: “Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.”
İmam bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, arxayınlaş-dırmaq və azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çə-kib qeyb aləmindən xəbər versin. Əbu Haşim Cəfəri deyir: “Hər dəfə Həsən Əsgərinin (ə) yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim”.
İmam əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
İmam Həsən Əsgərinin (ə) ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: “İmam Əsgəri (ə) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!” Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yarandı. İmama məktub yazdım ki, dediyiniz bəla budur-mu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra isə xəlifə Mötəzz öl-dürüldü.”
Əbu Haşim Cəfəri yazır: “Mən zindanda idim. Vəziyyətimin ağırlığından İmam Həsən Əsgəriyə (ə) şikayət etdim. İmam məktubla bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmədi ki, zindandan azad olub namazı öz evimdə qıldım.
Məhəmməd ibn Əyyaş deyir: “Bir neçə nəfər yığışıb İmam Həsən Əskərinin (ə) fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: “Mən ona mürəkkəbsiz bir məktub yaza-cağam. Əgər məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.” Hərə öz məsələləri barədə yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi. İmam Əsgəri (ə) cavablarımızı gön-dərdi, nasibinin məktubunun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirdi. Sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.
əziz əhli beytçilər. vatsap və facebookda paylaşaq 11ci imamımız haqqında məlumatlansınlar
Comments are closed, but trackbacks and pingbacks are open.