Press "Enter" to skip to content

Almanyanın qdim tarixi

Y unanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.

Almanyanın qdim tarixi

Y unanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.


Yunanlarda belə bir məsəl var idi: «Adına bir məzar-təpə ucalt, matəm saxla ona». Söhbət kenatafdan ( hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.

Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.

Qədim Yunanıstan (Qədim Ellada) tarixi şərti olaraq doqquz inkişaf mərhələlərinə bölünür:
1)Paleolit dövrü
2)Neolit dövrü
3)İlk və orta tunc dövrü
4)Tunc dövrünün son mərhələsi
5)Dəmir dövrü
6)Polis quruluşunun yaranması və inkişafı
7)Quldarlıq quruluşunun klassik dövrü
8)Ellinizm inkişafı və möhkəmlənməsi
9)Ellenizm dövlətlərinin tənəzzülü, Roma tərəfindən Yunanıstanın işğal edilməsi.


Qədim Yunanıstan mədəniyyətinin keçdiyi tarixi yol adətən Krit-Miken dövründən başlanır. Egey mədəniyyəti – Qədim Yunanıstanda tunc dövrünə 9 e.ə.təqribən 28-12-ci əsrlər) aid arxeoloji mədəniyyətin şərti adı. Krit-Mikenin yüzlərlə abidəsi tədqiq olunmuşdur. Krit-Miken mədəniyyətinə aid Minoy mədəniyyəti (e.ə.təqribən 3-2-ci minilliklər) mərkəzi Knos olan Krit dövlətində yaranmışdı. Knosda saray qalıqları, sərdabalar, miss və tuncdan əmək aləti, silahlar və s. aşkar edilmişdir. Kritdə piktoqrafik yazı sistemi yayılmışdır. Balkan yarımadasında Minoy mədəniyyəti ilə eyni dövrdə yaranan Ellada mədəniyyəti də Krit-Miken mədəniyyətinə aiddir. Ellada mədəniyyətinin son mərhələsi Mikena mədəniyyəti ilə səciyyələnir. Mikenada müdafiə tikililəri, saraylar, hökmdar sərdabası, ticarət-sənətkarlıq məhəllələrinin qalıqları aşkar edilmişdir. Kiklad mədəniyyəti (Mərkəzi Melos) e.ə.təqribən 1400 ildən sonra Minoya və Ellada mədəniyyətinin təsirinə məruz qaldı. Avroa ərazisində Krit-Miken mədniyyət dövründə ilk dəfə sinifli cəmiyyət və dövlət, yazı yaranmış, memarlıq, heykəltəraşlıq və s.yüksək inkişaf etmişdi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim Kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Krit rəssamları insan fiqurlarının təsirinə Misir Kanonları ruhunda yanaşırdılar. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı. Lakin bura da xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəlcədən Kritdə çar hakimiyyətinin xüsusi forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhuani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə.XVI əs rvə XV əsrin I yarısında Knoss mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə.XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Vulkan püskürməsi nəticəsində şəhər yerlə-yeksan olmuşdu. Krit mədəniyyət mərkəzindən Yunanıstanın əyalətinə çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan Ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzuaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, Hətti Misirdə də tapmaq mümkündür. Mikenlilərin dominantlığına b.e.ə.XII əsrdə bir çox xalqları, o cümlədən dorilərin burada gəlməsi son qoyuda. Bununla əlaqədar, Miken mədniyyətinin bir çox mərkəzləri barbarlar tərəfinən zəbt olundu. İqtisadi resurslarla zəngin, yüksək mədəniyyət, yaxşı hazırlanmış hərbi maşina xas axey dövlətlərinə vəhşilər qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyini, xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və sinsani resurslarının əldən getməsi idi. Ona görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Miken mədəniyyəti bizim e.ə.XII əsrin sonralarına qədər inkişafı etmiş, sonralar isə əldə olunmuş zəngin Miken mədəniyyəti o biri xalqların sivilizasiyalarına daxil olmuşdu.

B.e.ə.XI-IX əsrlərin Qədim Yunan mədəniyyəti Homer dövrü adlanır. Homerin məşhur “İliada” və “Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, bu da, xüsusilə, bədii praktikada, yeni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi.
Mifologiya yunan bədii mədəniyyətində nağıl-dini çərtilik gətirməklə, həyatın bədii tərzdə dərki üçün əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Qədim yunanların şüurunda Olimp allaşları insana xas hisslərə, əməllərə malik olmaqla zadəgan-aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcuzəni , sehri həyata keçirən obrazlar idi.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri. Keramik vaza və qablar üzərindəki taxta saray və məbədlərin təsvirləridir.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz xüsusiyyətləri, təzahür tapmata başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətin aid olan kosmoloji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanunua uyğun nizamlanması məsələsi təşkil edir. Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət büütn şeylərin ölçüsü kimi insanla nisbətdə götürülür.

B.e.ə.VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil polisləirn təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsii ticarətin, ərazi ekspansiyasının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə “böyük kolonizasiya” kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Arxaik dövrdə memarlıq tikililərin tipləri əsasən məbədlərlə izah edilir. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradırdı. Order sisteminin mahiyyətini inşaatda vahid ölçü moduldan istifadəni nəzərdə tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubudur. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik sütunlar öz incə və bəəyi ilə qadın bədəninə daha yaxın idi.
Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların şərəfinə həsr edirdilər.
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi. Bu müqəddəs yerlər qədim yunanların həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə çevrildilər. Arxaik dövrün məbədləri əsasən dorik üslubla tikilirdi.
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri saylıırdı.
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslübü, adətən oriyentallıq kimi qələmə verirdilər. Bu xüsuüsiyyət, yunanların ornament sənətində çox şeyi məhz şərqdən götürməklə izah edilirdi.
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin – naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasınan sübutu idi. Naturfəlsəfənin nümayəndələri Aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə cəhd göstərmişlər.
Pifaqor və onun ardıcılları, mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində görürdü. Bu, riyaziyyat, astronomiya, müsiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün ən nəhəng filosoflarından biri Heraklit(b.e.ə.554-483) idi. O, materiyanın əsasını alovda görürdü. Onun fikrincə təbiətdə və cəmiyyətdə daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz qalır.
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrün ədəbiyyatında əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur.
B.e.ə.VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kmi təşəkkül tapır. Onun görkəmli nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin sujetləri sonrakı tarixi dövrlərdə də aparıcı yer tutmağa başlayır.

Klassik dövr mədəniyyəti

Qədim yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə.VI əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə.VI-V əsrin I yarısı), orta klassika (b.e.ə.V əsrin ortaları) və son klassika (b.e.ə.V-VI əsrin sonları) çağlarına bölünür.
Erkən klassika dövrdə incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu tarixi dvrdə ictimai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər-dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.
B.e.ə.V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Erkən klassikanın məşhur əsərlərindən biri də “Disk atan oğlun” heykəlidir. Onun yaradıcısı məşhur Miron idi. O, dövrünün ruhuna tam uyğun şəkildə yaradılmışdır. Afina Akropolundakı “Afina və Mars” adlı heykəltəraşlıq qruppu da bu sənətdən əhəmiyyətlidir.
Orta klassika Yunan incəsənəti b.e.ə.V-VI əsrlərdə çiçəklənir. Farsların dağıntılarında sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə.449-cu ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı insanlarını cəlb edir. Orta klassik dövr mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə.470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir.
Bu çağın digər müdrik filosofu Demokrit idi. O, fəlsəfəyə atomist nəzəriyyənin müddəalarını gətirmişdi. Demokritə görü təbiət, materiya böünməyən atom zərrəciklərindən ibarətdir. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lzaımdır, bunu isə allahsız və inamsız da etmək olar.
Orta klassik dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə bağlıdır. Esxil klassik yunan faciəsinin banisi hesab edilir. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Dövrün digər faciə ustadı Sofokl hesab edilir. Onun çar Edip haqqındakı məşhur faciəsində dövrün bütün xüsusiyyətləri öz əksini tapmışdı.
Klassik dövrünün məşhur komediya ustadı Aristofan hesab edilir. O, öz komediyalarında siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun komediyalarında bu motivi aydın şəkildə görmək mümkündür.
Qədim yunan son klassikası dövründə mədəniyyət üçün klassik bir mərhələsini əhatə edir. Afina və Sparta arasındakı müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi xüsusi bir janr kimi təşəkkül tapdı.
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi. Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağların çox böyük rolu vardır



sgəndər öləndən sonra yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin çoxdan salınmış şəhərləri dirçəlib böyüdü. Nil çayı deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin üçüncü paytaxtı, dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə birləşdirən kanaldan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan müxtəlif mallar gətirilirdi. Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə İsgəndəriyyə mayakı tikilmişdi. Bu, dünyanın yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada Musey, yəni muzların məbədi yerləşirdi. (Yunan əfsanələrində elm və incəsənəti himayə edən ilahələr muza adlanırdı) E.ə. III əsrin əvvəllərində yaradılmış musey antik dünyanın əsas elm mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışlar. Burada olan kitabxananın fondunda 700 min kitab var idi. Demək olar ki, bütün elm sahələrində alimlər çalışırdılar. E.ə. 47-ci ildə İsgəndəriyyə kitabxanası yandı, sonra bərpa edildi. Onu eramızın 391-ci ilində fanatik xristianlar dağıtdı, VII-VIII əsrlərdə isə ərəblər tamamilə məhv etdi.
Elmi əsərlər, əsasən, dana və quzu dərisindən düzəldilmiş perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam şəhərində hazırlandığı üçün belə adlanırdı.
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə İsgəndəriyyədə ən məşhur alim Evklid (e.ə. III əsr) çalışırdı. O, İsgəndəriyyə məktəbinin ilk riyaziyyatçısı idi. Evklid alqoritmi, Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed (e.ə. 287-212) Siciliyadan buraya işləməyə gəlmişdi. «Mənə dayaq nöqtəsi verin, yeri tərpədim», «evrika» kəlamları onun adı ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin müdafiəsi zamanı II Pun müharibəsində öldürülmüşdür.
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə yaraşıqlı korinf sütunla rı geniş yayıldı. İncəsənətdə insanın daxili aləmini açmaq, onu canlı göstərmək cəhdi əsas yer tuturdu. Şərqin incəsənət mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının Nəhənglər üzərində qələbəsini əks etdirən, 140 m uzunluğunda, 2 m hündürlüyündə relyef yaradılmışdı. Burada insan obrazları çox canlı təsvir olunmuşdu.
Beləliklə, e.ə. III-II əsrlərdə yunan və şərq mədəniyyətlərinin yaxınlaşıb qovuşması nəticəsində hər iki mədəniyyətin ən gözəl xüsusiyyətlərini əxz etmiş «ellin mədəniyyəti» yarandı.



Afinada quldarlıq təsərrüfatı. İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma və qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilər. Afinalılar «dəniz sahibləri» sayılırdılar. Onun 6 kilometrliyində olan körfəzdə Pirey limanı salındı. Şəhərdən limana qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti oldu.

Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradırdı. Hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi. Yunanıstanda böyük qul bazarları var idi. Ən böyük qul bazarlarından biri Xios adasında idi. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında. ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları «İnsan ayaqlı» adlandırırdılar.

Marafon döyüşü. İran-Yunan müharibəsi e.ə. 500-449-cu illərdə olmuşdu. İran şahı I Dara (522-486) Egey dənizindəki adaları, onun şərq, şimal sahillərini tutdu və bütün Yunanıstanı təhlükə altına aldı. Anadoludakı yunan şəhərləri olan İoniya şəhərləri Miletin başçılığı ilə İrana qarşı üsyan etdilər. Afina və Eretriya onlara kömək etdi. Lakin üsyan yatırıldı. I Dara Afinanı cəzalandırmaq üçün Afinadan 42 km aralı olan Marafon düzünə(Attikaya) qoşun çıxartdı. Afinalılar 10 min qoşun topladılar. Afinaya gedən yolu kəsdilər, təpələrdə yerləşdilər. E.ə. 490-cı il sentyabrın 13-də Marafon vuruşması başlandı. Afina qoşunlarının strateqi Miltiad əsas qüvvələri cinahlarda yerləşdirdi, ortada zəif qüvvələri qoydu. İranlılar hücuma keçib yunan qoşunlarının mərkəzi hissəsini məğlub etdilər, qalib gəldiklərini güman edib irəli getdilər. Yunanlar cinahlardan iranlıları sıxışdırdı və məğlub etdi. Bir nəfər Afinalı 42 km qaçaraq özünü Afinaya çatdırmış və uca səslə demişdir: «Afinalılar, sevinin, biz qalib gəldik!». Bu igidin xatirəsinə 42 kilometrlik Marafon qaçışı yarışları keçirilir. Marafon döyüşündə yunanların əldə etdiyi qənimətlə heykəltəraş Fidi Afinanın heykəlini düzəltdi.Fermopil döyüşü. I Daranın oğlu Kserks (486-465) e.ə. 480-cı ildə Orta Yunanıstana hücum etdi. O, Şimali Yunanıstanı ələ keçirdi. Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər

Almanyanın qdim tarixi

Kolanı tayfasıAzərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadağı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və Irəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar, danışdığı dil tatar, din İslam-şiə olaraq qeydiyyata alınmışdır.Bəzi mənbələrdə kolanıları XVIII əsrdə Nadır şah Əfşarın Xorasandan Azərbaycana köçürdüyü yazılır.Bunun səbəbi isə Hindistandan böyük zəfərlə qayıdan Nadir şah Xorasanda dayanmalı oldu. Lakin burada yaşayan Kolanı tayfa əyanları onun pişvazına çıxmadılar və elan etdilər ki, biz Nadir adlı şah tanımırıq. Üstəlik, Nadir şahın qoşunları Xorasan torpaqlarına ciddi müqavimət göstərdilər. Bundan qəzəblənən Nadir şah onların müqavimətini qırdıqdan sonra rəsmi fərmanı ilə müqavimət göstərmiş əyanlar tayfa üzvləri ilə birikdə Qarabağ, Şirvan, Naxçıvan və İrəvan vilayətlərinə köçürülmüşdür. Onlar hələ ilk orta əsrlərdən burada yaşayan qohumlarının torpaqlarında məskunlaşıblar.
Bu zaman bir sual ortaya çıxır.
Kolanı tayfası yalnız Xorasandamı yaşayıb?
Əlbəttəki xeyr. Kolanı tayfasının əsasən, Azərbaycan, İran və Türkiyə ərazilərində yaşamaları onların mənşəyi barədə fikrimizə əlavədir. Kolanı tayfasının tarixən yaşadığı bir sıra ərazilərə nəzər saldıqda, məsələn, Azərbaycanda Şahbuz, Babək, Culfa, Vedi, Dərələyəz, İrəvan, Göyçə, Salyan, Siyəzən, Hacıqabul, Tərtər, Yevlax, Ağcabədi, Neftçala, Ağdərə, Kəlbəcər, Ağdam və başqa, Türkiyədə İqdır, Malatya, Kilis, Kayseri, Yozgat, Kahramanmaraş, Amasya və başqa, İranın Urmiya, Xoy, Salmas, Qaradağ, Təbriz, Muğan, Xorasan bölgələrində yaşamışdır.Həmçinin həmin bölgələrin tarixi türk yurdları olduğu məlum olur və bu səbəbdən Kolanı tayfasının da eyni ərazilərdə tarixən yaşaması baxımından onların türklüyünə dair daha bir fakt əldə etmiş oluruq.Bundan əlavə Kolanı tayfası içərisində olan tirə və nəsil adları bu tayfanın türklüyünə dəlalət edən sübutlardandır. Qaravənd (Qərvənd, Qarıbənd), Şeyxavənd (Şıxavənd, Şəxavənd), Köçərli, Goran (Coran), Türəni (Turanı), Ağsaqlı (Axsaqlı), Həzili, Osallı, Lolaylı (Lolayı), Pirəvənd (Pirəvəd), Şadılı (Şidli, Sədli), Alataxtalı, Qaraoğlanlı, Borravənd, Qaramanlı, Qoyunlu, Vəkəli, Dirəvərlər, Zamanlı, Sədirli, Mirzəxanlı, Bəylər və başqaları bu tirələrdəndir. Kolanı tayfasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan “vənd” sonluğu türk tayfalarına məxsus şəkilçi olub, Cavanşir tayfasının qolları içərisində, bulqar tayfalarında işlənmiş, həmçinin müasir dövrdə də İran Azərbaycanlılarında soyad sonluğu kimi işlənir və fikrimizcə mənsubiyyət bildirir. Orta Asiya və Azərbaycan türklərinə aid tarixi Dərbənd, Erbend, Gürbənd, Yağlavənd, Xocavənd, Gülvənd, Ruzvənd, Turarabənd, Vibənd və s. yer adlarından məlum olur ki, türk dilinə aid olan “bənd, vənd” sonluğu çox işlənmişdir. Zaman keçdikcə Azərbaycan dilində bu şəkilçi “vənd” formasına düşmüşdür. Qeyd edək ki, “vənd” sonluğunun Qarabağ xanlığı zamanında və ərazisində geniş işlənməyə başladığı nəzərə çarpır. Kolanı tayfasının türkmənşəli olması bu tayfanın tədqiqatçıları və başqa tarixçilər tərəfindən də təsdiqlənmişdir. Bu sahədə N.Bəndəliyev, B.Budaqov, T.Vəliyev, F.Səfərli, İ.Hacıyev, A.Bağırov, A.Qurbanov, N.Xudiyev, R.Yüzbaşov, B.Abbasoğlu, S.Qəniyev, Ə.Ələkbərli, İ.Bayramov, E.Seyidbəyli və digərlərinin tədqiqatlarını göstərmək olar. Tayfanın mənşəyinə dair bu tayfanın onu türk tayfalarından hansına aid olmasıdır. Bu tayfanı peçeneq və oğuz türklərinə bağlayan tədqiqatçılar vardır. Kolanı tayfasını daha sistemli şəkildə tədqiq edən N.Bəndəliyev başda olmaqla bu tayfanı oğuz tayfa ittifaqına daxil edən tədqiqatçılar daha çox üstünlük təşkil edir. T.Vəliyev bu tayfanı oğuz mənşəli Səlcuqlar dövlətinin banisi olan Səlcuğun nəvəsi Musa Kolanla bağlayır. Belə bir faktı da nəzərə almaq lazımdır ki, 1795-ci ildə Kolanı obalarının bir hissəsi Qarabağdan Şirvan və Gürcüstana göndəriləndə onların Kolanı mahalındakı yarı boş qalmış tarixi yurdlarına müxtəlif yerlərdən gəlmiş kürd ailələr də yerləşmişdir. Sonralar Kolanı mahalında Kürdlər kənd adının yaranması da bununla əlaqədar olmalıdır. Qeyd edək ki, Qacarın Qarabağa hücumundan bir müddət sonra Kolanı obaların bəziləri öz yurdlarına geri qayıtmışdır. Kolanı mahalında çar hakimiyyəti zamanında da kürdlərin yerləşməsinin canlı şahidi olan Baba bəy Şakir (1780-1845) “Quberniya bina olandan bəri” adlı satirik bir şerində

“Kolanı Cəmilliyə, Kürdüstanə dönüb” deyir
Qarabağın həramisi, yalanı,
üstə düşsən danışmazlar yalanı,
Şimdi derlər təqəllübdə
Kolanı Cəmilliyə, Kürdüstanə dönüb.

Göründüyü kimi “dönmək” feli ilə baş verən etnik tərkibin dəyişməsi açıqca ifadə edilmişdir. Deməli, sonrakı dövrlərdə olduğu kimi XVIII yüzilin sonlarında da Kolanılar Qarabağın türk əhalisi kimi tanınırdı və Kolanı mahalına sonradan kürd ailələr də yerləşmişdir.Kolanı tayfası haqqında bir erməni mənbəsində yazılır:
“Kolanı türk tayfasıdır. Qəddar baxışları, qaniçən gözləri, çiyinlərində silah, bellərində xəncərlər var. Onlar qısa məsafə döyüşçüsü deyillər. Qurbanlarından aldıqlarından narazı qalaraq kilsə və monastırlara hücum edərək onları öldürürdülər. Müqəddəs Yelisey Alilərinin qətli buna misaldır. Bundan əlavə, alman ilxıçı Wildman da bu tayfanın qurbanı oldu.”
Üstəlik, Nadir şahın qoşunları Xorasan torpaqlarına ciddi müqavimət göstərdilər. Bundan qəzəblənən Nadir şah onların müqavimətini qırdıqdan sonra rəsmi fərmanı ilə müqavimət göstərmiş əyanlar tayfa üzvləri ilə birikdə Qarabağ, Şirvan, Naxçıvan və İrəvan vilayətlərinə köçürülmüşdür. Onlar hələ ilk orta əsrlərdən burada yaşayan qohumlarının torpaqlarında məskunlaşıblar.
İrəvan xanı Hüseynəli xanın (1759-1783) məktublarının birində kolanıların rəşadətlərindən danışılır. Gürcü çarı II İraklinin İrəvana hücumu zamanı Kolanıların düşmənlərə həlledici zərbələr vurmalarından bəhs olunur.
Son olaraq onu deyə bilərəm ki Kolanı tayfası türk mənşəli olmuşdur.Bu həqiqəti heç nə dəyişdirə bilməz.Bir kolanı olaraq bu barədə yazmaq mənim üçün fəxrdir.
Diqqətinizə görə təşəkkürlər.
Müəllif:
ADPU-nun Şamaxı filialının
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə
II kurs tələbə Şirinov Şəhriyar.

Comments are closed, but trackbacks and pingbacks are open.