Press "Enter" to skip to content

Quranın qardaşı olan mübarək kitab

Həzrət Əli (ə) özü bu haqda belə buyurur: “Muhəmmədə (s) vəhy nazil olan zaman şeytanın nalə səsini eşitdim və Peyğəmbərdən (s) soruşdum ki, bu nalə səsi nədir?

islamaz

Hey there! Thanks for dropping by islamaz! Take a look around and grab the RSS feed to stay updated. See you around!

Nəhcül Bəlağə

Filed under: Kitab — Yorum bırakın
20 Mayıs 2012

“Nəhcül Bəlağə” kitabı haqqında bir neçə söz.

Kitabın adının mənası – Nəhcül yol, bəlağə isə zamana uyğun deyilmiş söz deməkdir. (Ardınca yüklə)

Kitabda Həzrət İmam Əli (ə)-ın xütbələri, hikmətli kəlamları, məktubları və hədisləri verilmişdir. Bu məlumatları topluyub, bu kitabı yazan Şeyx Seyid Əbulhəsən Məhəmməd Əbu Əhəməd Rəzi-dir (Şeyx Rəzi). Kitab hicri qəməri təqvimi ilə 400-cü ilin Rəcəb ayında tamamlanmışdır. Bu kitaba çox şərhlər yazılıb. Lakin ən məşhuru , məşhur sünni alimi İbn Əbil Hədid Əbdülhəmid-in (m.1275) yazdığı şərhdir. Həmin şərh 20 cilddən ibarətdir. Sonradan bu kitabı Ayətullah Feyzul-İslam Əliyyən Nəqi İsfahani Ali Məhəmməd əd-Dibac (h.1406) kəşf etmiş, onu fars dilinə tərcümə etmiş və ona şərh yazmışdır (h.1368). Feyzul İslam bu kitabı 6 cildə bölmüşdür. Feyzul-İslam hər cildə müqəddimə yazmışdır. Azərbaycan dilinə olan tərcümməsində isə bu kitab 2 cilddədir.(1)

(1)-(Ümumiyyətlə bizim sizə təqdim etdiyimiz kitab 2 cilddə olsa da 1 cilddə nəşr olunanı da var – bax : Şeyx Rəzi. Nəhcül Bəlağə (tərcümə və şərh). Üçüncü nəşr. Tərcüməçilər : Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev.Nurlar 2009)

Feyzul-İslamın yazdığı orijinallıq pozulmasın deyə həmin 6 cild tərcümədə hissə şəklində verilib. Yəni tərcümənin hər cildində orijinalının 3 cildi, hissə şəklində verilib. Feyzul-İslam kitabı bu şəkildə cildlərə bölüb.

I cild 1.xütbə – 89.xütbə

II cild 90.xütbə – 137.xütbə

III cild 138.xütbə – 185.xütbə

IV cild 186.xütbə – 239.xütbə

V cild 1.məktub – 79.məktub

VI cild 1.hikmət – 472.hikmət (2)

(2) – (252.hikmətlə 253.hikmət arasında mənasının dərki çətin, izah və təfsirə ehtiyacı olan seçilmiş 9 kəlam verilmişdir.)

Ümumən Nəhcül Bəlağə kitabı 239 xütbə, 79 məktub və 472 hikmətdən ibarətdir. Kitab Həzrəti Əli (ə) və onun dövrü haqqında məlumat almaq üçün çox gözəl mənbədir.

Nəhcül Bəlağə I Cild (pdf) yüklə

Nəhcül Bəlağə II Cild (pdf) yüklə

Nəhcül Bəlağə I Cild (winzip) yüklə

Nəhcül Bəlağə II Cild (winzip) yüklə

Nehc’ül Belaga (pdf) türkcə yüklə

Quranın qardaşı olan mübarək kitab

“Nəhcul-bəlağə” – Quranın əziz qardaşı və sirlərinin məhrəmidir. Quranla “Nəhcul-bəlağə”nin rabitəsi sıx və möhkəm bir rabitədir. Ona görə də Nəhcul-bəlağəni “Əxi-Qurani-Kərim” adlandırırlar.

Əxi o kəsə deyirlər ki, insanla ata və ana cəhətdən, ya onlardan biri cəhətdən, ya süd cəhətdən qardaş olsun. Bir sözlə, o insanlara qardaş deyirlər ki, onların arasında ya qohumluq əlaqəsi olsun, ya din əlaqəsi olsun, ya da dostluq əlaqəsi olsun.

“Nəhcul-bəlağə” pak bir ruhdan təşkil edilibdir ki, ruhu Quranla eynidir. Qurana tərəf o qədər cəzb olub ki, cisim və ruhu ondan olmuşdur. Ona görə, o da Quran kimi öz təravət və təzəliyini itirmir və hansı dildə eşidilərsə-eşidilsin, qəlblərə təsir qoyur.

“Nəhcul-bəlağə”də Quranın nuraniyyətini və nübuvvətin xoş iyini hiss etmək olur. Alimlərin nəzərinə görə, “Nəhcul-bəlağə”ni Qurandan fərqləndirən tək cəhət odur ki,

“Nəhcul-bəlağə” vəhy kitabı deyildir.

“Nəhcul-bəlağə” – sanki Quran ayələrinin zinətləndirdiyi Allah kəlamlarıdır. Bu kitab hikmət kitabıdır ki, parlayan mirvari kimi doğruluqlardan söz açır.

“Nəhcul-bəlağə” – Allah haqqında olan həqiqi maarifdən, insandan, varlıq aləmindən, cəmiyyətdən, tarixdən danışır. “Nəhcul-bəlağə” də Quran kimi baxışlardan, inanclardan, meyillərdən söz açır və insanın səadət yollarını bəyan edir.

1. Tövhid və həqiqi maarif bəhsləri vardır.
2. Nübuvvət və İlahi hidayət bəhsləri vardır.
3. İslam cəmiyyətini tanıdır, İslamın düzgün həndəsəsini təqdim edir.
4. Kainat və xilqətdən bəhs edir.
5. Hikməti öyrədir.
6. Tarixi bəyan edir və ibrət dərsi verir.
7. Əhkamı təlim edir və ibadəti öyrədir.
8. Məada və Qiyamətə aid bəhsləri vardır.
9. Bəndəlik və übudiyyət yolunu tanıdır.

“Nəhcul-bəlağə”nin Qurana bu qədər yaxın olması təəccüblü deyildir. Çünki o kəsin dilindən bəyan edilmişdir ki, Peyğəmbərin (s) canı idi və onunla birlikdə bütün vəhy olanları görür və eşidirdi.

Həzrət Əli (ə) özü bu haqda belə buyurur: “Muhəmmədə (s) vəhy nazil olan zaman şeytanın nalə səsini eşitdim və Peyğəmbərdən (s) soruşdum ki, bu nalə səsi nədir?

Buyurdu: “Bu, şeytandır ki, öz pərəstişindən məyus olmuşdur. Mən nə eşidirəmsə, sən də eşidirsən və nə görürəmsə, sən də görürsən. Mənimlə sənin tək fərqin ondadır ki, sən peyğəmbər deyilsən. Mənim vəzirimsən, xeyir və doğruluq yolunda qərar tutmusan””.

Milli.Az

“Nəhcül-bəlağə”dən seçmələr

Əli (r.a) deyir: “Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi,sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib, Onun haqqını əda etdi. O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.” (xütbə 219)

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar.

#2 Arif

Отправлено 09 Июль 2013 – 10:43

xütbə 219.zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə ( şiqşiqiyyə )buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən kəlamlarındandır.

Сообщение отредактировал Arif: 09 Июль 2013 – 10:43

ваххабизм – это дистилированный суннизм

#3 Arif

Отправлено 09 Июль 2013 – 10:54

Ömər cümə günü xütbə oxuyarkən Ali-imran surəsini tilavət edərkən təəccüblənirdi.Eləki “döyüşdən qaçanlar” “(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi.Ali-imran-155) ayəsinə çatdı (üzünü xalqa tutdu) və dedi:” Biz o gün Ühüd döyüşündə olanda ora çox qarışıqlıq idi.Sonra mən qaçıb dağın ən yüksək hissəsinə çıxdım.Sonra gördüm ki dağ keçisi kimi dağın ən zirvəsinə çatmışam.Camaat deyirdi: “Muhəmməd (s) öldürüldü!”
Suyuti,”Durrul-mənsur”,cild:4 ,səh:81,(ali-İmran surəsinin təfsirində)

أخرج ابن جریر عن کلیب قال خطب عمر یوم الجمعة فقرأ آل عمران وکان یعجبه إذا خطب ان یقرأها فلما انتهى إلى قوله ان الذین تولوا منکم یوم التقى الجمعان قال لما کان یوم أحد هزمناهم ففررت حتىکلها. صعدت الجبل فلقد رأیتنی أنزو کأننی أروى والناس یقولون قتل محمد…
کتاب الدرالمنثور ج4 ص 81 تفسیر آل عمران

P.s gördüyünüz kimi Ömər həqiqi təqva sahibi olsaydı ,Ühud döyüşündə Peyğəmbəri(s.a.a.v) tək qoyub, özü dediyi kimi qaçmazdı……..

Tərcümə etdi – Hacı Zaur Məmmədov

ваххабизм – это дистилированный суннизм

#4 abdhalim

Отправлено 09 Июль 2013 – 15:47

siz indiki şiyələr demək İStəyirsiz ki, Abu bəkr və Ömər Muaviyənən eyni seviyyədə OLUB ?
1 ci, ən böyük fərq, imam Əli abubəkr və ömərin vəziri idi. AMMA BU MÜMKÜN OLA BİLMƏZDİ Kİ, imam Əli MUAVİYƏYƏ VƏZİRLİK ETSİN,VAR DOVLƏTƏ HƏRİS OLAN ADAMA.
BELƏ BİR İNSAN HANSI SÖZÜ EŞİDƏ BİLƏR ?
2.ABUBƏKR VƏFAT EDƏNDƏ ÖVLADLARINA BİR DƏYƏRLİ MİRAS QOYMADI, BÜTÜN VAR DÖVLƏTİNİ Allah Yolunda sərf etdi, Muaviyədə bunu əksidir!
3 Abu bəkr müsəlmanların qanını halal görməyib, əgər belə olsaydı, ən 1 ci Əli bunu etiraz edərdi, və abu bəkrələ cihad edərdi !yəni mümkün deyilki, bu boyda küfrün qabağında imam Əli sussun !
Muaviyə isə möminlərin qanını haqqsız yerə halal görməknən kafir oldu !
4. xilafət tovhiddən olsaydı, imam Əli ən 1 ci buna qarşı vuruşardı,çünkü necə deyərlər tovhid dünya yaranandan necə idisə , iNDİDƏ ELƏDİR, BİR DƏYİŞİKLİK GÖRMƏSƏN TOVHİDDƏ !

Сообщение отредактировал abdhalim: 09 Июль 2013 – 15:50

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#5 qulam

Mulazzim Awwal – 1st lieutenant

Отправлено 09 Июль 2013 – 15:55

#6 qulam

Mulazzim Awwal – 1st lieutenant

Отправлено 09 Июль 2013 – 15:57

#7 qulam

Mulazzim Awwal – 1st lieutenant

Отправлено 09 Июль 2013 – 16:09

Qulaq asın Nəhcül-Bəlağə ilə bağlı ümumi məlumat əldə edin.Eyni zamanda da yuxarıda Ömərlə bağlı qeyd olunan məlumatın səhih olub olamdığını əldə edin.

#8 AZERITURK

Отправлено 09 Июль 2013 – 16:54

xütbə 219.zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə ( şiqşiqiyyə )buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən kəlamlarındandır.

Bu yazdigin senin oz sozundur? Shubhe edirem oz sozun olduguna.Mene bu cumleni anlamaq cetin oldu ,sade sozlerle zehmet olmasa aydinliq getir.Nece yani zahirde bele gorsenir ,amma batinde bashqa menasida varmish?

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar.

#9 Arif

Отправлено 09 Июль 2013 – 19:07

Bu yazdigin senin oz sozundur? Shubhe edirem oz sozun olduguna.Mene bu cumleni anlamaq cetin oldu ,sade sozlerle zehmet olmasa aydinliq getir.Nece yani zahirde bele gorsenir ,amma batinde bashqa menasida varmish?

hesab elə ki,mən şiə oğlu şiə cixmişam Qaməti nəyi var tərifləyirəm amma istehza ilə .catdi?
ваххабизм – это дистилированный суннизм

#10 Arif

Отправлено 09 Июль 2013 – 19:20

Bu yazdigin senin oz sozundur? Shubhe edirem oz sozun olduguna.Mene bu cumleni anlamaq cetin oldu ,sade sozlerle zehmet olmasa aydinliq getir.Nece yani zahirde bele gorsenir ,amma batinde bashqa menasida varmish?

hesab elə ki,mən şiə oğlu şiə cixmişam Qaməti nəyi var tərifləyirəm ki,Qamət kişi adamdi ( yəni əksi) düz danişandi ( yəni yalanci) hami ondan razidi ( hami razi deyil,əksər vəhabilər onu təkfir edir və murciə deyir ) əhli-beyt aşiqidi ( yəni Muaviyənin əhli beytini ) . Allah onu bol bol rəhmət etsin bu ay ( yəni Allahin qəzəbinə gəlsin ) bu ağil sahibləri ücündü.vəhabilər ücün deyil.yazduğun xutbənin tam əksinə oxu.catdi?

Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, düzü əydi, xəstəliyi yaydi,sünnəni yaddan cixardi və fitnə-fəsad saldı. Dünyadan murdar qiyafədə və günahlarla getdi. Xilafəti darmadağin etməkdə hamini qabaqladi. Allahın itaətindən cixib itaətsizik etməkdə cəkinmədi, Onun haqqına batil qatib gizlətdi. day bunu tərcümə etmirəm /> O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan bir daha hidayət olmaz.catdi ? catmadisa bir də təkrarla
P.S abdhalim indi özünü catdirim Ömərini nəyi var müdafiə edəcək.

Сообщение отредактировал Arif: 09 Июль 2013 – 19:23

ваххабизм – это дистилированный суннизм

#11 abdhalim

Отправлено 10 Июль 2013 – 00:11

bax sənin əqidən burdakı şiyələrin çoxunun əqidəsindən seçildiyi üçün,sənə, görə kafiri , münafiqi tərifləyib imam Əli,
imandan xəbərsiz olduğun üçün ,belə küfür olan əqidə yayırsan,
bir dənə cümlə yazacam
imam sahibi,mümkün deyilki, kafir olan insanı ikrah, olmadığı şəraitdə müsülman görsun və belə tərifləsin.

Сообщение отредактировал abdhalim: 10 Июль 2013 – 00:12

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?» İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#12 Arif

Отправлено 10 Июль 2013 – 01:15

bax sənin əqidən burdakı şiyələrin çoxunun əqidəsindən seçildiyi üçün,sənə, görə kafiri , münafiqi tərifləyib imam Əli,
imandan xəbərsiz olduğun üçün ,belə küfür olan əqidə yayırsan,
bir dənə cümlə yazacam
imam sahibi,mümkün deyilki, kafir olan insanı ikrah, olmadığı şəraitdə müsülman görsun və belə tərifləsin.

Senin kimiler ucun terifleyib de adbhalim,senin kimi Omer asiqleri bilirsen ne qeder idi o dovrde,Elinin e.s sieleri bilirdi ne demek istediyini hoccetollahin

ваххабизм – это дистилированный суннизм

#13 master_ier

master_ier

Отправлено 10 Июль 2013 – 09:39

Bu yazdigin senin oz sozundur? Shubhe edirem oz sozun olduguna.Mene bu cumleni anlamaq cetin oldu ,sade sozlerle zehmet olmasa aydinliq getir.Nece yani zahirde bele gorsenir ,amma batinde bashqa menasida varmish?

Bu xütbənin müxtəlif şərhləri var. Mən hələlik kinayə baxımından şərhinə baxıram.

“O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz. “

Bu sözləri sənə desələr tərif kimi qəbul edərsən?

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin.

#14 AZERITURK

Отправлено 10 Июль 2013 – 12:51

Cavablarinizi oxudum bir az guldum.Indi fikirleshirem ki size bash qoshmagim vaxt israfidirmi ya yox. Yeqin sizin bashinizi bele aldadiblar, sizde bunu qebul elemisiniz.indide bunu cavab kimi teqdim edirsiniz.baxin zombi sizler deyilsiniz? bu cavab deyil axi,bu cavaba ancaq gulmek olar.filankesi terifleyib amma istehza edirmish.delil nedir istehza olduguna? haradadir burda istehza? axir hissedeki hacalanmish yollar haqdaki yazi evveldeki terifin terif deyil istehza oldugunu gostermir.en azindan o basha dushulur ki ondan sonra muselmanlar arasinda fitneler bashladi.meselen xevariclerin fitnesi.hansilarki Osmani,sonrada Elini Allah her 2-sinden razi olsun oldurduler.Ve heqiqetende Omer radiyallahu anhumenin xilafeti dovrunden sonra ummetde zeiflik yarandi.bu sozun ozude yenede terifdir.yeni onun vaxtinda emin amanliq idi,ondan sonra fitne dushdu.
siz bir azda axtarin daha hiyleger alimlerin daha hiyleger cavablarini.Amma deyirem size faydasi yoxdur,burada sizin nifret elediyiniz sehabe aciq-ashkar teriflenir .ozude nece.

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar.

#15 qulam

Mulazzim Awwal – 1st lieutenant

Отправлено 11 Июль 2013 – 03:30

siz bir azda axtarin daha hiyleger alimlerin daha hiyleger cavablarini.Amma deyirem size faydasi yoxdur,burada sizin nifret elediyiniz sehabe aciq-ashkar teriflenir .ozude nece.

1 ci si hiyləgər sənin azğın ibn teymiyyəndir.2 ci si hədis zəif olanda gözümüzə soxursuz ki,hədis zəifdir.Yuxarıda yerləşdirdiyim rolikdə Hacı Cavid sənin kimi zombilərin cavabını verib.Zəifdir.Təbəridədə var zəifdir.İbn Əsakirdədə var zəifdir.Özüdə qadının sözüdür.Əlinin (ə.s) yox.Qulaq as.Elməddində o gün sənə ərəb dilində link verib demək istəyirdi ki,rical elminə əsasən zəifdir.Hələ sən qulaq as bu kifayət edir.Mübarək ayda vaxtımızı alma.

Peyəmbərin (saəv) əmisi Abbas (r.a) və Əli (ə.s) Ömərin xilafəti dövründə gəlirlər onun yanına miraslarını istəyirlər.Bura miras mövsusu deyil. Sadəcə baş verən söhbəti deyirəm.Bir qədər söhbətdən sonra Ömər öz dili ilə Abbasa (r.a) Əli (ə.s)-a deyir:

فقال أبو بكر قال رسول الله صلى الله عليه وسلم ما نورث ما تركناه صدقة فرأيتماه كاذبا آثما غادرا خائنا والله يعلم إنه لصادق بار راشد تابع للحق ثم توفي أبو بكر وأنا ولي رسول الله صلى الله عليه وسلم وولي أبي بكر فرأيتماني كاذبا آثما غادرا خائنا

Əbu Bəkirdən də mirası istədikdə o da deyəndə ki,Nəbi (sas) deyib ki,məndən qalan sədəqədir.Bu anda da Əbu Bəkiri yalançı günahkar xain bildiniz.Əbu Bəkirin vəfatından sonra Mən Nəbinin (sas) və Əbu Bəkirin vəlisi oldum.Mənidə yalançı günahkar xain bildiniz.

Mənbə Səhih Muslim,Cil 3 səh 1379 Kitab Cihad və Siyər, http://library.islam. bk_no=1&ID=3374

Müsənnəf Əbdur Rəzzaqda isə “Zalım Facir” bildiniz. Cild 5 səh 470 kitab əl-Məğazi

قال أبو بكر : أنا ولي رسول الله صلى الله عليه وسلم بعده ، أعمل فيه بما كان يعمل رسول الله صلى الله عليه وسلم فيها . ثم أقبل على علي والعباس فقال : وأنتما تزعمان أنه فيها ظالم فاجر ، والله يعلم أنه فيها صادق بار تابع للحق ، ثم وليتها بعد أبي بكر سنتين من إمارتي ، فعملت فيها بما عمل رسول الله صلى الله عليه وسلم وأبو بكر ، وأنتما تزعمان أني فيها ظالم فاجر

http://library.islam. k_no=73&ID=9342

Buxaridə də var.Buxari nə demələrini gizlədir.Deyilir ki Kəzə və kəzə belə və belə bildiniz.

Hə necədi öz səhih mənbənə əsasən Ömər öz dili ilə deyir Abbas (r.a) və Əli (ə.s) Əbu Bəkiri və Məni yalançı xain zalım bilirdilər .

Сообщение отредактировал qulam: 11 Июль 2013 – 03:35

#16 master_ier

master_ier

Отправлено 12 Июль 2013 – 01:11

Cavablarinizi oxudum bir az guldum.Indi fikirleshirem ki size bash qoshmagim vaxt israfidirmi ya yox. Yeqin sizin bashinizi bele aldadiblar, sizde bunu qebul elemisiniz.indide bunu cavab kimi teqdim edirsiniz.baxin zombi sizler deyilsiniz? bu cavab deyil axi,bu cavaba ancaq gulmek olar.filankesi terifleyib amma istehza edirmish.delil nedir istehza olduguna? haradadir burda istehza? axir hissedeki hacalanmish yollar haqdaki yazi evveldeki terifin terif deyil istehza oldugunu gostermir.en azindan o basha dushulur ki ondan sonra muselmanlar arasinda fitneler bashladi.meselen xevariclerin fitnesi.hansilarki Osmani,sonrada Elini Allah her 2-sinden razi olsun oldurduler.Ve heqiqetende Omer radiyallahu anhumenin xilafeti dovrunden sonra ummetde zeiflik yarandi.bu sozun ozude yenede terifdir.yeni onun vaxtinda emin amanliq idi,ondan sonra fitne dushdu.
siz bir azda axtarin daha hiyleger alimlerin daha hiyleger cavablarini.Amma deyirem size faydasi yoxdur,burada sizin nifret elediyiniz sehabe aciq-ashkar teriflenir .ozude nece.

Həqiqətən çox gülməlisən. Bu barədə bir çox şərhlər var və hətta bu sözlərin mənbələri də var. Mən sadəcə hələ ki sual verdim. Sən də həmişəki kimi üzünə-gözünə bulaşdırdın. Sən yalnız hərfləri böyüdüb, rəngləməklə özünə diqqət cəlb edə bilərsən, çünki dəlillərin həmişəki kimi puçdur.

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin.

#17 AZERITURK

Отправлено 12 Июль 2013 – 15:24

ele bu saytda JAFAR nikli birisi movzuda acmishdi.”Nehcul belağe Senedleri barede kiçik bir araşdırma. ” oxuya bilersiniz bu kitabin nece etebirli senedlerle oldugunu deyir.http://313news.net/forum/index.php?/topic/339/ hansiniza inanaq?

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar.

#18 master_ier

master_ier

Отправлено 13 Июль 2013 – 17:17

ele bu saytda JAFAR nikli birisi movzuda acmishdi.”Nehcul belağe Senedleri barede kiçik bir araşdırma. ” oxuya bilersiniz bu kitabin nece etebirli senedlerle oldugunu deyir.http://313news.net/forum/index.php?/topic/339/ hansiniza inanaq?

Sən hələ bir kitabın etibarlı olması ilə rəvayətin sənədinin və mətninin səhih olması arasında fərqi ayırd edə bilmirsən, hələ bir kiməsə irad da bildirmək eşqinə düşmüsən. Sənə sual verdim, sizə təbliğ edilən şəkildə sualdan yayındın. Amma yenə başqa bir çuxura düşdün.

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin.

#19 Ceywullah

Отправлено 13 Июль 2013 – 22:09

Movzunun adi maraqlidir. Nehcul belagadan cecmeler )))

#20 AZERITURK

Отправлено 14 Июль 2013 – 08:26

Sən hələ bir kitabın etibarlı olması ilə rəvayətin sənədinin və mətninin səhih olması arasında fərqi ayırd edə bilmirsən, hələ bir kiməsə irad da bildirmək eşqinə düşmüsən. Sənə sual verdim, sizə təbliğ edilən şəkildə sualdan yayındın. Amma yenə başqa bir çuxura düşdün.

sualina 14-cu postda cavab yazmisham. KItabin ve onun senedlerinin etibarligi haqda meqaleni ise bura yerleshdirirem,Qum telebesinin meqalesidir.

Salam Aleykum!
Bu mövzu “Nehcül Belağe” kitabına tutulan iradlardan birine hesr olunub. Bezi müxalifler “Nehcül Belağe”-nin senedlerinin etibarsız olduğunu bildirirler. Bunun evezinde Ahli-Beyt (a) mezhebinin ardıcıları “Nehcül Belağe” kitabını tam etibarlı menbe hesab edirler. Bu yaxınlarda alim Bəxtiyar İsmayılzadənin “Nehcül Belağe” barede yazdığı bir meqalesi ile rastlaşdım. Hele hemin meqaleni esas götürerek bu mövzunu açmaq qerarına geldim.

Bəziləri deyiblər ki, Seyyid Rəzi, İmam Əlinin (ə) bütün xütbə, kəlam və namələrini rəvayət eləyib. Hətta bəzi məktubları da qısaldıb. Və güya bu kəlamların elmi mənbəyi yoxdur, sənədsiz olaraq yazılmışdır. Fiqhdə də onu dəlil kimi istifadə etmək olmaz.
“Nəhcul bəlağə”nin mötəbər kitab kimi cap olunması ;
Qeyd etdiyimiz kimi təhqiqatlatrdan bəzisi “Nəhcul bəlağə”nın sənədlərini təsdiq edən vaxt başa düşürlər ki, Seyyid Rəzi, İmamın (ə) bütün kəlamlarını nəql etmişdir. Çox səliqə ilə işlənmiş və yalnız gözəl hissələrini qeyd edib, onların ardını yazmışdır. Başqa təhqiqatçılar bir daha zəhmət çəkib, İmam Əlinin (ə) bütün xütbə, məktub və qısa kəlamlarını əsl mənbədə olduğu kimi kamil surətdə cəm edib , yazıblar və öz sənədlərində qeyd ediblər ki, həqiqətən “Nəhcul bəlağə” möhkəm sənədli və etibarlı bir kitabdır, ona etimad etmək olar.
“Nəhcul bəlağə”nin sənədləri;
Çox saylı alim və tədqiqatçılar “Nəhcul bəlağə”nin mötəbərliyini təsdiq edən sənədlər barəsində kitablar yazıblar. Burada, “Nəhcul bəlağə”nin sənədlərini qeyd edən alimlərin təkcə bir neçəsinin adını çəkmək istərdik;
1.Hadi , “Kaşiful-fəta” (Hadi Kaşiful-Ğita) ləqəbli bir alim olub. “Mustədrkun Nəhcul Bəlağə “ yəni “Nəhcul bəlağənin sənədləri” adlı bir kitab yazıb. Orada “Nəhcul bəlağə”nin xütbə, namə və hikmətli sözlərinin bütün sənədlərini başqa bir mənbədən gətirir.
2. Məhəmməd Baqir Məhmudi, “ Nəhcül fəsahə fimüstədrəkul Nəhcul bəlağə” adlı səkkiz cilddən ibarət kitab yazır. Birinci, ikinci və üçüncü cildlər xütbələr, dörd və beş namələr, altı dua və hacətlər, yeddi və səkkizinci cildlər isə qısa kəlamlar və vəsiyyətlərin sənədlərindən bəhs edir.
3. Seyyid Huseyn Mircəhani , hicri qəməri tarixi ilə 1387-ci ildə “ Mibahul-bəlağə” adlı bir kitab yazıb. Bu kitab dörd bölmədən təşkil olunub. Adını şəkdiyimiz kitablar “Nəhcul bəlağə”nin tam etimadlı bir kitab olmasını təsdiqləyir.

Bextiyar İsmayılzadə, “Nehcül Bəlağə” meqaləsi

Yani, “Nehcül Belağe”-nin senedleri bir çox alimler terefinden yoxlanılıb ve kitabın tam etimadlı olması sübuta yetirilib. İrad tutula biler ki, bes Seyyid Razi “Nehcül Belağe”-ni yazanda orda heç bir sened qeyd etmemişdir ve kitabın senedleri alimler terefinden nece yoxlanılmışdir. Bu irada cavabı diger bir hemyerlimiz Qum telebesi Elşən İsmayilzadə cavablandırmışdır.

Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.
Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.

Comments are closed, but trackbacks and pingbacks are open.