Press "Enter" to skip to content

Konstitusiyanın hüquqi qüvvəsi

Konstitusiya hüquq, azadlıq və vəzifələri dairəsinin daima genişlənməsini onların müəyyən hüquq institutu ilə bağlı problemlərin öyrənilməsini yüngülləşdirən müəyyən qruplaşdırılmasını tələb edir.

Konstitusiya hüququnun anlayışı və predmeti

Dövlət və hüququn yaranmasınadək insanlar arasında münasibətlər adətlərlə tənzimlənirdi. Bu adətlər insanların özləri tərəfindən yaradılırdı və getdikcə vərdiş halını alırdı. Zaman keçdikcə də bu adətlər sosial normalara çevrilirdi. Cəmiyyətin primitiv yaşayışı dövründə insanlar arasındakı münasibətləri dini, əxlaqi və s. normalarla tənzimləmək olardı. Lakin, ictimai həyatın elə sahələri vardır ki, orada hüquq normalarının tətbiqi məqsədəuyğun deyildi, bəlkə də mümkün deyildi.

Ümumiyyətlə hüquqa onkret tərif vermək mümkün deyil. Ona həm obyektiv, həm də subyektiv tərif verilir.Obyektiv mənada hüquq ictimai münasibətləri tənzimləyən normalar sistemidir. Subyektiv mənada hüquq isə hüquq subyektlərinə aid olan konkret davranış ölçüsüdür. Hər bir halda hüquq azadlıq ölçüsüdür. Lakin, bu azadlıq digər şəxsin azadlığının başladığı yerə qədərdir. Müasir hüquqda 20-dən artıq hüquq sahələri vardır. Onlardan biri də konstitusiya hüququdur. O. bütün hüquq sahələri üçün əsasdır, özüldür. Konstitusiya hüququ konstitusiya hüquq normalarının məcmusudur. Elə bu normalar konstitusiya hüququnun aparıcı hüquq sahəsinə çevrilməsinə səbəbdir. Çünki onlar xalqın iradəsini birbaşa ifadə edir, əsas münasibətləri müəyyən edir, digər hüquq sahələrinin prinsiplərini müəyyən edir. Hüququn predmeti onun mahiyyəti və təyinatı ilə birbaşa bağlıdır. Hüququn predmeti hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərdir və bu münasibətlərin hamısı üumi əlamətə malikdir: 1) hamısı hüquqla tənzimlənir və 2) tərəfləri mövcuddur. Konstitusiya hüququnun predmeti də tənzim etdiyi ictimai münasibətlərdir. Bəs, əgər predmeti eynidirsə bu sahələr niyə ayrılırlar sualına cavab olaraq deyə bilərik ki, əlaməti eyni olsa da müəyyən dərəcədə fərqlənirlər, məhz bu fərqinə görə də hüquq sahələri yaranır. Onların da öz predmetləri və metodları vardır. Lakin bunlardan əsas predmetdir., çünki metod öz başlanğıcını predmetdən götürür. Konstitusiya hüququnun predmetinə ictimai həyatın müxtəlif sahələrinə aid olan münasibətlər daxildir. Belə bir sual meydana çıxır: bəs onda digər hüquq sahələrinə ehtiyac var? Konstitusiya hüququ ən əsas, ən öndə olan münasibətləri tənzimləyir. Digər sahələr öz başlanğıclarını ondan götürür. Konstitusiyada tənzimlənən məsələlər bu quruluşda olur: 1) dövlət quruluşunun əsasları; 2) insan hüquq və azadlıqlarının təminatı; 3)dövlət quruluşu və forması; 4)dövlət hakimiyyəti və yerli özünüidarəetmənin əsasları; 5) hüquqla qanunun qarşılıqlı əlaqəsi.

Deməli tənzimlədiyi münasibətlərə görə konstitusiya hüququna belə tərif vermək olar: konstitusiya hüququ dedikdə, dövlətin konstitusiya quruluşunun əsasları, insan və vətəndaşların hüquqi statusu, dövlətin siyasi ərazi təşkili, dövlət hakimiyyəti və yerli özünüidarəetmənin əsasları, habelə hüquqla qanunun qarşılıqlı əlaqəsi ilə bağlı meydana çıxan münasibətləri tənzim edən rəsmi xarakterli normaların məcmusu başa düşülür.

Konstitusiyanın hüquqi qüvvəsi

Birbaşa hüquqi qüvvə onu göstərir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret həyati hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi tənzimləmə aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir.

Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri – mümkündür. Burada aktın gerçəkləşməsi bir başqa aktla şərtləndiyinə görə ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt yaranmış konkret halı tənzimləmək bir başqa aktın mövcudluğunu tələb edir. Ancaq burada aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləməni qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi ictimai münasibətlərə iki cür təsir edir: 1) normativ tənzimləmə; 2) fərdi hüquqi tənzimləmə.

Fərdi hüquqi tənzimləmə hüququn tətbiqi prosesinə aiddir, o aktın hüquqi qüvvəsindən asılı deyildir. Fərdi hüquqi mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən həyata keçirilə bilər. Məs: əmək müqaviləsi, mülki müqavilələr fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi hüquqi tənzimləmə vasitəsidir. Fərdi hüquqi tənzimləmə vasitəsidir. Fərdi hüquqi tənzimləmə vasitəsi qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər tənzimləyən hüququn tətbiqi mərhələsidir. Istənilən məhkəmə qətnaməsi, hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir.

Dolayı hüquqi qüvvəyə malik olan aktın gerçəkləşdirilməsi üçün fərdi hüquqi tənzimləməyə deyil, normativ hüquqi tənzimləməyə ehtiyacı olur. Başqa sözlə desək, dolayı hüquqi qüvvəyə malik aktın qanunun tətbiq olunması üçün sərəncam, əmr verilməsindən əvvəl (fərdi hüquqi tənzimləmə vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir. Qeyd edildiyi kimi, bütün hüquqi aktlar, bir qayda olaraq, bir başa hüquqi qüvvəyə malik olur.

Dolayı hüquqi qüvvəyə malik olma müxtəlif səbəblərdən yaranır. Buna aktın özündən, xarakterindən doğan obyektiv səbəb və onun hazırlanması zamanı yol verilən nöqsanlar aiddir. Aktın hazırlanmasında baş verən nöqsan, adətən, onda ifadə olunur ki, akt tənzimlənən vasitəni hərtərəfli və kifayət qədər dəqiq nəzərdə tutmur və nəticədə həyatda yaranmış konkret həyati hala tətbiq edilə bilmir. Başqa sözlə, akt o qədər hüquqi qüvvəyə malik olur ki, bu ümumilikdən yanaşaraq konkret həyati hal haqqında heç bir real qərar qəbul etmək olmur və ya bir – birinə zidd ola bilən bir neçə qərar qəbul edilir. Bu zaman aktın özünün təbii çatışmazlıqlar ucbatından onu təfsir yolu da konkretləşdirmək mümkün olmur və ya təfsir yolu ilə konkretləşdirildikdə, qanunda çox kənara çıxma və yeni norma, ona zidd göstəriş yaratmatəhlükəsi ortaya çıxır. Bir sıra hallarda akt özünün xüsusiyyətinə görə bu cür birbaşa tətbiq olunmasına imkan vermir. Adətən, bu hal hüquq iyerarxiyasında (iyerarxiya yunancadan tərcümədə müqəddəs hakimiyyət deməkdir) pillənin daha yuxarı mövqelərində qərar tutan aktlarda baş verir. Belə aktlarda məsələnin ən vacib tərəfləri nəzərə alınaraq müəyyən həyati hal tənzimlənir, ancaq sonradan bu cür hallar reallıqda o qədər konkret özünəməxsusluqlara, incəliklərə malik olur ki, qanun ümumi tərəfləri müəyyən edən normasını nəzərə almaqla məsələni həll etmək qeyri – mümkün olur və problemin həllinin daha da dəqiqləşdirilmiş vasitələrini özündə nəzərdə tutan yeni normaya ehtiyac yaranır. Bir qayda olaraq, bu cür problemlər əsas qanunlarda – konstitusiyalarda yaranır. AR Konstitusiyasının 35 – ci maddəsi (əmək hüququ) birbaşa tətbiq edilə bilər. Ancaq 56 – cı maddənin (seçki hüququ) birbaşa tətbiq olunması problemli məsələdir, çünki seçki qanunu, seçki prosesini tənzimləyən normalar olmadan kiməsə səs versə belə onun nəticələri barədə nəsə demək qeyri – mümkün olardı. Bunun üçün seçki qanunu qəbul edilməli və orada seçki hüququnun reallaşdırılması şərtləri, seçkilərin nəticələrinin yekunlaşdırılması qaydaları və s. müəyyənləşdirilir.

  1. Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsdiqi

Dövlət hakimiyyətinin məcburi xarakteri, güc tətbiq etməkdə onun inhisarçılığı onu digər siyasi institutlardan prinsip etibarı ilə fərqləndirir, onu siyasi sistemin əsasına çevirir. Demokratiya şəraitində əsas sosial qrupların və təbəqələrin maraqlarını ifadə etməklə və bütövlükdə cəmiyyətin maraqlarını müdafiə etməklə dövlət öz orqanlarının simasında ictimai sistemin özünün mövcudluğunu və lazımınca fəaliyyətini təhlüklə altında qoya bilən qrupların eqoizmini məhdudlaşdırmağa çalışır. Məs: iqtisadiyyatın tənzimlənməsi sahəsində dövlət orqanlarının fəaliyyəti mütləq konkret korporasiyaların və digər sahibkar şəxslərin maraqlarına toxunur. Belə ki, onlar dövlətin göstərişlərinin yerinə yetirilməsi nəticəsində böyük maddi itkilərlə üzləşə bilərlər. Ancaq bütövlükdə dövlət tənzimləməsinin məqsədi sosial ehtiyacların ödənilməsi üzrə təsərrüfat subyektlərinin fəaliyyəti üçün ən əlverişli şərait yaratmaqdan ibarətdir.

  1. Siyasi funksiya siyasi və digər ictimai institutların fəaliyyəti üçün lazımi şərait yaradılmasından ibarətdir. Bu funksiyanı reallaşdırarkən dövlət orqanları qanun çərçivəsində destruktiv (dağıdıcı) ictimai hadisələrin yaranmasının qarşısını almağa və ya onların nəticələrini maksimal dərədəcə neytrallaşdırmağa çalışır. Bu hadisələr sosial etiraz və qrup maraqlarının müdafiəsi (təti, iğtişaşlar və s.) qismində və zorakılıqla və cəmiyyətin, dövlətin və ayrı – ayrı şəxslərin maraqlarına zərər vurulması ilə əlaqədar cinayət xarakterli aktlar (ümumi cinayətkarlıq və siyasi terrorizm) kimi çıxış edə bilər. Ictimai həyatın siyasi sahəsini tənzimləməklə dövlət siyasi qüvvələrin “oyun qaydalarını” müəyyən edir və bu qaydalara riayət olunmasını təmin edir.
  2. Dövlətin iqtisaid funksiyasının əhəmiyyəti artır və məzmunu mürəkkəbləşir. Adətən bu funksiya iqtisadi münasibətlərin tənzimlənməsi formasında çıxış edir, ancaq bəzən sruktur təsirini də nəzərdə tutur (məs: milliləşdirmə və özəlləşdirmə).
  3. Dövlətin sosial funksiyaları da genişlənir. Praktiki olaraq bütün inkişaf ölkələrdə və bir inkişaf etməkdə olan ölkələrdə təşkil, səhiyyə, sosial təminat, mədəniyyətə yardım və onun inkişafı və s. üzrə geniş dövlət proqramları həyata keçirilir. Dövlət cəmiyyət üçün dağıdıcı münaqişələrin qarşısını almaq məqsədilə əmək və kapital arasında, etnik, dini və bu kimi icmalar arasında münasibətlərin tənzimlənməsinə böyük diqqət yetirir.
  4. Cəmiyyətin mənəvi – etnik, mədəni, mülki xarakterli insani dəyərlər ruhunda tərbiyələndirilməsi məqsədilə dövlətin ideoloji funksiyası çox əhəmiyyətlidir. Dövlət bu funksiyanı həm dövlət qurumları vasitəsi ilə, həm də xüsusi təbliğat vasitəsi ilə həyata keçirir.

Dövlətin demokratikliyi konstitusiyanın bir çox bölmələrinin (ümumi prinsipləri haqqında, hüquq və azadlıqlar haqqında, hakimiyyətin təşkili haqqında) məzmunundan irəli gəlir.

Dövlətin demokratikliyi özünü onun təşkilinin vətəndaşlara və onların birliklərinə dövlət idarəetmə qərarlarının məzmununa təsir göstərmək, bu qərarlarda qanunauyğun sosial maraqların gerçəklə.dirilməsinə nail olmaq imkanları demasında biruzə verir. Ancaq bu imkanın həqiqətə çevrilməsi üçün tutarlı əlavə şərtlər olmalıdır. Bu ilk növbədə demokratik hüquqi rejim və siyasi – hüquq mədəniyyətidir.

Dövlət sosiologiyasında bürokratiya adlandırılan peşəkar idarəetmə aparatı olmadan keçinə bilməz. (Sosioloqlar bürokratiya termininə bizim adət etdiyimiz mənfi məna vermirlər). Ancaq bu aparatın xalqın və onun nümayəndəliklərinin üzərində durmaması, bizim başa düşdüyümüz bürokratiyaya çevrilməməsi üçün onun tərkibi və fəaliyyəti üzərində düşünülmüş sosial nəzarət sistemi olmalıdır. Inkişaf etmiş demokratik ölkələrdə konstitusiya hüququ əsaslı şəkildə işlənilmiş müvafiq institutları (parlanemt və məhkəmə məsuliyyəti, dövlət qulluğunun komplektləşdirilməsinin müsabiqə sistemi və s.) nəzərdə tutlur. Təcrübə göstərir ki, bu ölkələrdə də bizim bürokratik əngəllər (xidməti sui – istifadə, səmərəsizlik və s.) adlandırdığımız hallar nadir deyil, ancaq cəmiyyət və insan arada belə hallara qarşı mübarizə üçün güclü hüquqi vasitələrə malikdirlər.

  1. xalq hakimiyyəti; 2. hakimiyyətin bölgüsü; 3. siyasi plüralizm (latınca pluralis – çoxlu); 4. yerli özünüidarəetmə.

Xalq hakimiyyəti – dövlət hakimiyyətinin yeganə mənbəyidir. AR Konstitusiyası xalq hakimiyyətinin əsaslarını müəyyən etmişdir. Konstitusiyanın 1 – ci maddəsinə görə AR – da dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

  1. Bilavasitə demokratiyada xalq ona məxsus dövlət hakimiyyətini bilavasitə həyata keçirir.
  2. nümayəndəli demokratiya xalqı təmsil edən, onun idarəsini ifadə edən dövlət hakimiyyəti və yerli özünüidarəorqanları vasitəsi ilə həyata keçirilir.
  • referendum;
  • ümumi seçkilər;
  • qanun layihələrinin və dövlət həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin ümumxalq müzakirəsi;
  • vətəndaşların yığıncaqlar, ictimai təşkilatlar, yerli özünüidarə orqanları vasitəsi ilə cəmiyyətin idarə olunmasında iştirakı;
  • dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv mürasiət (petisiya) hüququ.

O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət – hüquqi dövlətdir.

  1. Insan hüquqlarının pozulmazlığının dövlət tərəfindən elan edilməsi. AR Konstitusiyasının 24 – cü maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi kimi müəyyən edir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
  2. Hüquq və azadlıqların təminatları mexanizmi əsaslarının müəyyənləşdirilməsi. Belə ki, AR Konstitusiyasının 71 – ci maddəsində müəyyən olunur ki, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Həmçinin “dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir” (AR Konstitusiyasının 26 – cı maddəsinin II hissəsi).
  3. Məhkəmələrin müstəqilliyinin konstitusiya prinsipinin təsbiti. AR Konstitusiyasının 127 – ci maddəsinin I hissəsində müəyyən edilir ki, hakimlər müstəqildir, yalnız AR – nın Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişməzdirlər.
  4. Digər qanunlara nisbətən konstitusiyanın aliliyi prinsipinin müəyyənləşdirilməsi. AR Konstitusiyasının 147 – ci maddəsinin I hissəsində deyilir ki, AR – nın KonstitusiyasıAR – da ən yüksək hüquqi qüvvəyə malikdir.
  5. Beynəlxalq hüquq normalarının milli hüquq normaları qarşısında prioriteti prinsipinin təsbiti. Belə ki, AR Konstitusiyasının 151 – ci maddəsinə əsasən AR – nın qaqnunvericilik sisteminə daxil olan normativ hüquqi aktları ilə (AR – nın Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR – nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranırsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
  6. Qarşılıqlı məsuliyyət prinsipi, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti prinsipinin müəyyənləşdirilməsi. AR Konstitusiyasının 80 – ci maddəsində göstərilir ki, konstitusiya və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui – istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

AR Konstitusiyasında təsbit olunmuş “Azərbaycan hüquqi dövlətdir” ifadəsinə dövlət quruculuğunun başlıca məqsədi, vəzifə və istiqaməti kimi baxmaq lazımdır.

Dünyəvi dövlət. Dövlətin bu konstitusiya xarakteristikası dinin dövlətdən ayrılığını, onların fəaliyyət dairəsinin məhdudlaşdırıldığını göstərir. Belə ki, AR Konstitusiyasının 18 – ci maddəsi müəyyən edir ki, AR – da din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Bu müddəa Konstitusiyanın insan və vətəndaşların hüquq və azadlıqları bölməsində və “Dini birliklər haqqında” qanunda konkretləşdirilmişdir. AR Konstitusiyasının 25 – ci maddəsini (Bərabərlik hüququ), 47 – ci maddəsini (Fikir və söz azadlığı), 48 – ci maddəsini (Vicdan azadlığı), 58 – ci maddəsini (Birləşmək hüququ) və digərlərini buna misal gətirmək olar. Dövlət təhsil sistemi AR – da dünyəvi xarakter daşıyır.

Dövlətin dünyəvi xarakteri ona dini azlıqların hüquqlarının təmin edilməsi üçün onların məbədlərinə və dini icmalara dövlət büdcəsindən maddi yardım göstərilməsinə mane olmur.

Dini birliklərin dövlətdən ayrı olması heç də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə edilməsində və seçkilərdə iştirak hüquqlarını məhdudlaşdırmır.

Dünyəvi dövlətin əksi dövlət hakimiyyətinin dini iyerarxiyaya mənsub olduğu teokratik (teokratiya yunancadan Allahın hakimiyyəti deməkdir) dövlətdir. 1921 – ci ilə qədər Monqolustan belə dövlət olmuşdur, hazırda isə Vatikan teokratik dövlətdir.

Klerikal (latıncadan clericalis kilsə deməkdir) dövlətlərə nisbətən daha çox rast gəlmək olur. Klerikal dövlət dinlə birgə deyil, ancaq din qanunvericiliklə müəyyən edilmiş institutlar vasitəsi ilə dövlət siyasətinə əsaslı təsirini göstərir, məktəb təhsili isə məcburi qaydada dini doqmatların (yunanca doqma – rəy, bilik, qərar deməkdir) öyrənilməsini nəzərdə tutur. Misal üçün İran İslam Respublikasını göstərmək olar.

Unitar dövlət

Unitar (latınca unitas – birlik, sadə, vahid, tık deməkdir) dövlət quruluşu forması federasiyadan fərqli olaraq federativ vahidlərə (ştat, torpaq və s.) deyil, inzibati ərazi vahidlərinə (vilayətlərə, rayonlara və s.) bölünür. Unitar dövlətdə vahid dövlət konstitusiyası, vahid dövlət hakimiyyəti orqanları sistemi, ümumi hüquq sistemi mövcud olur.

Unitar dövlət – tərkibində inzibati əeazi vahidləri (vilayət, əyalət, qraflıq, quberniya, rayon, kənd və s.) və bəzi hallarda muxtar dövlət qurumları olan vahid dövlətə deyilir.

Unitarizmin aşağıdakı xarakterik əlamətləri vardır:

  • Unitar dövlətin ərazisi inzibati ərazi vahidlərindən ibarətdir;
  • Vahid Konstitusiyası var;
  • Tərkibində hər hansı bir ikinci siyasi ərazi qurumu olmur. Lakin ərazi və milli, yaxud tarixilik baxımından muxtar qurm yaradıla bilər. Inzibati ərazi vahidi dövlətin formal əlamətinə malik deyil. Muxtar qurumda isə bu həm ola bilər, həmdə olmaya bilər.
  • Vahid mərkəzi hakimiyyət orqanları var;
  • Vahid hüquq sistemi vardır;
  • Vahid vətəndaşlıq olur;
  • Vahid məhkəmə sistemi var;
  • Vahid pul, maliyyə və kredit sistemi mövcuddur.

İnsan və vətəndaşların hüquq və azadlıqları

  1. AR – nın Konstitusiyası Bakı 2016
  2. Z. Əsgərov, E. Nəsirov, M. İsmayılov “AR – nın Konstitusiyası və hüququnun əsasları”, dərslik, Bakı – 2005
  3. İsmayılov İ. “AR Konstitusiyası və hüququnun əsasları” Bakı Qanun – 2002
  4. Əsgərov Z.A “Konstitusiya hüququ” BDU – nun nəşriyyatı – 2002
  5. Cəfərov İ. “AR Konstitusiya hüququnun əsasları” Bakı – 2002
  6. Bayramova P.A. “İnsan hüquqları” Bakı Azərbaycan Universiteti – 2005
  7. Əliyev Ş.İ. İnsan hüquqları Bakı – 2005
  8. “AR – nın İnsan hüquqları üzrə müvəkkili (ambudsman) haqqında” AR – nın Konstitusiya Qanunu, 28.12.2001, Azərbaycan qəzeti 5 mart 2002 – ci il.
  1. İnsan və vətəndaş hüquq və azadlıqları anlayışı

Insanların anadan olandan azad və bərabər hüquqlu olması, bir sıra ayrılmaz (təbii) hüquqlara malik olması XVII – XVIII əsrlərin ingilis, amerikan, fransız inqilabları gedişində qəbul olunmuş ilk konstitusiya aktlarının əsasını təşkil etmişdir. Aqrar quruluşdan industrial (sənaye) quruluşa keçən cəmiyyətə yalnız azad istehsalçı insan lazım idi. Sonralar demokratik sayılmaq üçün iddialı dövlət öz konstitusiyasında müəyyən insan hüquqlarının siyahısını yazmaya bilməzdi. Bununla da insan hüquqları mənəvi imperativ (lat. Imperator – hökmdar, sərkərdə) olmaqla hüquqi forma əldə edir və konstitusiya hüququnun vacib institutuna çevrildi. Daha sonra insan hüquqları beynəlxalq hüququn da institutuna çevrildi.

Industrial quruluş vətəndaş cəmiyyətinin və siyasi cəmiyyətin dualizmi ilə səciyyələnir. Vətəndaş cəmiyyətin üzvü kimi insan bütün şəxslərlə bərabər hüquqludur, ancaq siyasi, yəni dövlət təşkilatlı cəmiyyətin üzvü kimi o yalnız həmin dövlətə mənsub olanlarla bərabər hüquqludur; öz ölkəsində onun daha çox hüquqları və vəzifələri vardır nəinki həmin ölkəyə mənsub olmaların.

Hüquqla (subyektiv) azadlıq arasında hüquqi fərqi aşkar etmək çox çətindir. Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, subyektiv hüquq çəxsin mümkün davranışının ölçüsüdür. Bu tərif azadlığa da uyğun gəlir.

Ancaq əksər hallarda subyektiv hüquqlardan söhbət gedərkən bu hüquqa uyğun vəzifənin üzərinə düşdüyü az – çox müəyyən subyektin mövcudluğu nəzərdə tutulur. Məs: əgər sağlamlığın qorunması hüququ təsbit olunursa, təbiidir ki, üzərinə vəzifə qoyulan subyekt kimi dövlət (bəzi hallarda həmçinin qeyri – dövlət) səhiyyə müəssisələri yaxud müəyyən fəaliyyət göstərən həkimlər çıxış etməlidir. Azadlıqdan danışarkən isə bu azadlığı inkar etmənin və ya məhdudlaşdırmanın qadağan olunması nəzərdə tutulur və bu qadağa həmin azadlığa hörmət etmək vəzifəsi olan qeyri – müəyyən subyektlər dairəsinə, yəni praktiki olaraq istənilən azadlığı pozana yönəldilir. Deyək ki, əgər konstitusiyada söz azadlığı elan edilmişdirsə, insan istədiyini danışmağa mane olan hər bir subyektdən müdafiə edilməsini dövlətdən tələb edə bilər.

2.İnsan və vətəndaş hüquq və azadlıqlarının təsnifatı

Konstitusiya hüquq, azadlıq və vəzifələri dairəsinin daima genişlənməsini onların müəyyən hüquq institutu ilə bağlı problemlərin öyrənilməsini yüngülləşdirən müəyyən qruplaşdırılmasını tələb edir.

Təsnifləşdirmə müxtəlif əsaslara görə yerinə yetirilə bilər, ancaq nəzərə almaq lazımdır ki, əksər hallarda bu kifayət qədər şərti xarakter daşıyır. Çünki eyni bir hüquq, eyni bir azadlıq və ya eyni vaxtda iki və ya daha çox təsnifat qruplarına mənsub ola bilər.

Təsnifləşdirmə üçün əsaslardan biri insan hüquqlarəna və vətəndaş hüquqlarına (müvafiq olaraq azadlıqların və vəzifələrin də) bölünməsidir.

Təsnifləşdirmə üçün digər əsas hüquqların, azadlıqların və vəzifələrin, habelə xarakteri ilə bağlıdır. Söhbət hüquqların, azadlıqların və vəzifələrin fərdi və kollektiv olmasından gedir.

Əksər hallarda insan və vətəndaş hüquq və azadlıqları və vəzifələri öz xarakterinə görə fərdidir. Hüquqları və azadlıqları, habelə vəzifələri əsas və əlavə kimi də təsnifləşdirmək olar. Axırıncılar birincilərdən törəmədir, onları konkretləşdirir. Məs: dövlətin idarə olunmasında iştirak etmək hüququ (AR Konstitusiyasının 55 – ci maddəsi) əsas, seçki hüququ (AR Konstitusiyasının 56 – cı maddəsi) isə ondan törəmə, onun təzahürlərindən biridir.

Hüquq, azadlıq və vəzifələri üç əsas qrupa bölürlər:

I qrup – şəxsi və ya vətətəndaş hüquqlar, azadlıqlar və vəzifələr: yaşamaq hüquq (AR Konstitusiyasının 27 – ci maddəsi), şəxsi toxunulmazlıq hüququ (AR Konstitusiyasının 32 – ci maddəsi), vicdan azadlığı (AR Konstitusiyasının 48 – ci maddəsi) və s.

II qrupa – siyasi hüquqlar, azadlıqlar və vəzifələr cəmiyyətin və dövlətin idarə olunamsında iştirakı ilə əlaqədardır: seçki hüququ (AR Konstitusiyasının 56 – cı maddəsi), sərbəst toplaşmaq hüququ (AR Konstitusiyasının 49 – cu maddəsi), vətəni müdafiə vəzifəsi (AR Konstitusiyasının 76 – cı maddəsi) cə s.

III qrupa – iqtisadi, sosial və mədəni hüquqalr, azadlıqlar və vəzifələr: əmək hüququ (AR Konstitusiyasının 35 – ci maddəsi), mülkiyyət hüququ (AR Konstitusiyasının 29 – cu maddəsi), təhsil hüququ (AR Konstitusiyasının 42 – ci maddəsi), vergiləri və başqa dövlət ödənişlərini ödəmək vəzifəsi (AR Konstitusiyasının 73 – cü maddəsi). Bəzi müəlliflər III qrupu 2 yerə bölürlər: sosial – iqtisadi, sosial – mədəni hüquqlar, azadlıqlar və vəzifələr.

Konstitusiya hüququ kitabı

9 bb max kimidi kahraman kitabı büyüler var. Real alıcılar yazsın. Real alıcıya endirim olacaq.

Her nov isteye zovqe uyğun sifarişler qebul olunur .Qiymetler1 kvadratmertir,1 metir,ve1 ton uzre hesablanir .Odenişler nağd ve koçurme usulu ile mumkundur .Sifariş olunan mehsullara muqavile esasinda 1 il (12) yazılı

HR – İnsan Resurslarının İdarə Edilməsi kursu üzrə yeni qrup qeydiyyatına başlandı! Kursda HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu kurslarda iştirak

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

– əcnəbilər üçün Azərbaycan Respublikasında viza alınması və vizanın müddətinin uzadılması; – əcnəbilər üçün Azərbaycan Respublikasında hüquqi şəxs, filial və ya nümayəndəlik yaradılmasına hüquqi dəstək – Azərbaycana

Malın növü: Kitablar

Sürücülük kursları #Suruculuk kurslari Hər bir kəsin sürücülük vəsiqəsi almaq hüququ var. Vəsiqəni almaq üçün nəzəri və praktiki imtahan vermək peşəkar hazırlaşmaq lazımdır. Home Education sürücülük məktəbi Dövlət Yol

ƏCZAÇILIQ KURSLARI Bir çox şəxslər hələ uşaqlıqdan tibb işçisi olmaq arzusunda olur. Bu arzuya çatmaq üçün Tibb Universitetini, Tib Texnikumlarını və ya bu sahədə ixtisaslaşmış tibb və ya əczaçılıq kurslarını bitirmək

Yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan olan digər şəxsləri Bakı şəhərində çıxarışlı (kupçalı) mənzilə

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

Şirketimiz tikinti temir uzre muxtelif sahelerde xidmet gosterir .Gosterdiyimiz xidmet ve mehsullar muşterinin zovq ve isteyi əsasinda sifarişlerle formalaşır . Xidmet sahesinde qiymetler (1 m²),(1m³),(1m) ve (1t) iş

QUBA MACARA TURU Qiymət: 29 azn Tarix: 8 Mart Qiymətə daxildir: Axşam yeməyi ( açıq bufet) Səhər yeməyi ( açıq bufet) Transfer Peşəkar tur rəhbəri Limitsiz çay Diskoteka ( Restoranda) ✓ 3-6 Yasa

Riyaziyyat Güvən nəşriyyatı 9cu sinif. 2020ci ilin kitabı.

Yenidir. Dubayda alinib. Yoga heveskari ve ingilis dilini orta seviyyede bilenler ucun gozel hediyye ola biler. Yoga kitabi ingilis dilinde Malın növü: Kitablar Çatdırılma?: Bəli

İngilis dilində elimi kitabdır yeni almışam pul ehdiyac olduğu üçün satıram kitabın öz qiyməti 38 manatdir Malın növü: Kitablar Çatdırılma?: Bəli

Sizde bizi secerek oz hediyyenizle secilin. Daha cox mehsullarla taniw olmaq ucun bize donuw edin Malın növü: Kitablar Çatdırılma?: Bəli

Quran kitabı Prezidentin hədiyyəsi 1 eded Tarix muzeyində var idi Malın növü: Kitablar

ƏCZAÇILIQ KURSLARI Bir çox şəxslər hələ uşaqlıqdan tibb işçisi olmaq arzusunda olur. Bu arzuya çatmaq üçün Tibb Universitetini, Tib Texnikumlarını və ya bu sahədə ixtisaslaşmış tibb və ya əczaçılıq kurslarını bitirmək

Məkkə və Mədinəyə ümrə turlarımıza qeydiyyat davam edir ! Yaxın tarixlərimiz: 28 fevral – 08 mart (9 gün, 8 gecə) 15 mart – 26 mart (12 gün, 11 gecə) 18 mart – 29 mart (12 gün, 11 gecə) 22 mart – 02 aprel (12 gün,

Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir! Kitabın ilk çap versiyasıdır. Yepyenidi və

Chevrolet Cruze Usta Xidmeti Razilasmaq Yolu Ile 1 Kitabin Salniklerinin Deyisdilmesi 2 Qabag Kiriska Deyisdirilmesi 3 Termostat Deyisdirilmesi 4 Tranik Deyisdirilmesi 5 Su Ponpasinin Deyisdirilmesi 6 Ust Kiriska

Avtokran işlək vəziyyətdədir.motor korobka saz vəziyyətdədir hal-hazırda işləyir.FHN- Kitabı var.Təcili satılır.boş boş adamlar narahat etməsin Malın növü: Avtokranlar Marka: Digər Buraxılış ili: 1987 Yürüşü, km: 200000

AUTOHOME” mağazası olaraq müxtəlif avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçiririk:ve servis xidmetimizde movcuddur. – Bmw – Chevrolet – Range Rover – Mercedes –

Digər elanlar

konstitusiya hüququ kitabı elanlari

konstitusiya hüququ kitabı elanlari 2023 , Bakida konstitusiya hüququ kitabı qiymeti , islenmis ikinci el konstitusiya hüququ kitabı satilir. konstitusiya hüququ kitabı ucuz qiymete tap az vaxtin getsin. konstitusiya hüququ kitabı satisi sərfəli qiymətə konstitusiya hüququ kitabı almaq. islenmis konstitusiya hüququ kitabı aliram, konstitusiya hüququ kitabı satılır. Ucuz qiymetleri oyren. Tezbazar.az saytinda pulsuz konstitusiya hüququ kitabı elani yerlesdir. Azerbaycanda ucuz qiymete konstitusiya hüququ kitabı satilir . konstitusiya hüququ kitabı alqi satqisi 2023. Sizə lazım olan yeni əşyalar, işlənmiş əşyalar Tezbazar.az saytında tapa bilərsiz.

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.