Press "Enter" to skip to content

Nəsimi ili”nə töhfə: Böyük şair haqqında yeni kitab təqdim olundu – FOTOLAR\VİDEO

Ol nurǝ qarşı daima şǝrmǝndǝdir şǝmsüzzüha.

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı: Bakı Kitab Mərkəzində nəsimişünas alimin mühazirəsi dinlənilib (FOTO)

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində nəsimişünas Səadət Şıxıyevanın mühazirəsi dinlənilib.

Trend-in məlumatına görə, “İmadəddin Nəsiminin şeirlərinə nəzirələr” adlı mühazirədə böyük şairin yaradıcılığının təsir dairəsinə nəzər salınıb. Əvvəlcə nəzirənin mahiyyətini izah edən mühazirəçi sovet dövründə poetik yaradıcılığın bu formasının epiqonçu, təqlid hesab olunduğunu bildirib. Vurğulayıb ki, əslində nəzirə yazmaqla şairlər öz sənətkarlıqlarını təsdiqləyiblər. Təsadüfi deyil ki, Nəsimi özü də nəzirə yazıb, lakin bu, texniki səciyyə daşımayıb, müəllifin orijinal baxışlarını əks etdirib.

Nəsimi yaradıcılığının təsir dairəsinin hələ şairin sağlığında başlandığını deyən Səadət Şıxıyeva bu dairənin günümüzədək davam etdiyini, böyük coğrafi əraziyə yayıldığını bildirib. Diqqətə çatdırıb ki, Nəsimiyə təkcə şairlər deyil, dövrün hökmdarları da nəzirə yazıblar. Cahan Şah Həqiqi, Sultan Mehmet, Şah İsmayıl Xətai, Şeybani xan kimi hökmdarlar Nəsimi şeirindən təsirləniblər. Eləcə də şeyxlər, təriqətçilər, məsələn, Seyid Həmzə Nigari ona nəzirələr yazıb. Mühazirəçi, həmçinin Əlişir Nəvainin yaradıcılığına Nəsiminin təsirini vurğulayıb. Füzulinin nəzirələrindən danışan S.Şıxıyeva onun Nəsimi poeziyasından təkcə texniki xüsusiyyətləri götürmədiyini, məsələyə öz baxış bucağından yanaşdığını deyib və fikrini hər iki şairin yaradıcılığından nümunələrlə əsaslandırıb.

Mühazirədə Nəsiminin ölümündən 20 il sonra onun şeirlərinə xeyli sayda nəzirənin yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, Nəsiminin təkcə 9 qəzəlinə 226 nəzirə yazılıb. Bu onu göstərir ki, Nəsimi hələ orta əsrlərdə özünü təsdiqləmişdi. Nəsimidən sonra yazıb-yaradanlar ondan bu və digər dərəcədə bəhrələniblər. Onlar təkcə şairin işlətdiyi rədif və qafiyədən deyil, fikirlərindən, ideyalarından da istifadə ediblər.

Nəsimi kitab

Ana Səhifə Mədəniyyət “Nəsimi ili”nə töhfə: Böyük şair haqqında yeni kitab təqdim olundu – FOTOLAR\VİDEO

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 06, 2019 – 18:05
!Reklam – Yazi

Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, kitaba yerli alim, araşdırmaçı və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib. Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili, müəllifi olduğu kitabın yazılması zərurəti və nəşrə hazırlanması barədə haqqında ətraflı məlumat verib. O, sözügedən kitabın yazılmasında prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb. T. Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək. Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib. Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüsün böyük əhəmiyyət daşıyır. Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.

Firuz Asanov
Aqil Bəkir
www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

İmadəddin Nəsimi – Qəzəllər

Еy müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlində nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Хəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, lə’li-хəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən nеylərəm?
Əqlimi şеyda qılan ol çеşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hеsab, qopdu qiyamət başıma,
Еy Yusuf surətli, məndən piri-Kən’an ayrılır.

Еy cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.

Hǝr kim ki, baxa bir dǝm dilbǝr qaşı yasına,
Navǝklǝrinǝ qarşu ya can tuta, ya sinǝ.

Dedim sǝnǝ, ya naseh, yar tǝrkin edǝ bilmǝn.
Bil doğru bu sözümnü sınamavü ya sına.

Bimari-qǝmi-eşqin timar ilǝ önülmǝz,
Yarǝb, nola bir sorsan bu halǝti-yasina.

Daş alubani dilbǝr, könlüm şişǝsin atar.
Qarşu tutaram, şişǝ bilmǝm qala ya sına.

Qaşı yayını qurmuş, qanımı tökǝr billah.
İnanmaz isǝn baxgil qolları boyasına.

Mǝhbubi-dilaramsan bir bax mana sǝn, yarǝb,
Yarǝb, dilǝrǝm sǝndǝn bu sureyi-yasina.

Xǝstǝ Nǝsimi, yarın ǝhvalını heç sormaz,
Sormağına çün gǝlmǝz, barı gǝlǝ yasına.

Vǝchindǝ peydadır sǝnin ǝnvari-zati-kibriya,

Ol nurǝ qarşı daima şǝrmǝndǝdir şǝmsüzzüha.

Leyli cǝmalından cüda Mǝcnun kimi sǝrgǝştǝyǝm,
Fǝrhadivar istǝr könül Şirin dodağından şǝfa.

Cami-müsǝffadǝn mǝnǝ saqi içirdi bir qǝdǝh,
Sufi nǝ bilsin mǝn necǝ ol camdǝn buldum sǝfa.

Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.

Eynǝl-yǝqin hǝq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.

Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.

Aşiq bǝla yolunda gǝrǝk kim, hǝmul ola,
Mǝşuqǝdǝn ana nǝ gǝlürsǝ, qǝbul ola.

Gerçǝk mühibbǝ cövrü cǝfa çünki yar edǝr,
Neçün cǝfadǝn incinǝ, qǝmdǝn mǝlul ola?

Nazü nǝimü işrǝti-cavid içindǝdir,
Dilbǝrdǝn ol könül ki, muradı hüsul ola.

Hǝr aşiqin ki, yar ilǝ oldu çǝravü çün,

Arif qatında adı anın bülfüzul ola.

Şirin hǝlavǝt ol yemiş imiş ki, sidrǝsi,
Zatında xub xilqǝtü şirinüsul ola.

Yoxdur nǝsibi eşqi-hǝqiqǝtdǝn, ey könül,
Şol kimsǝnin ki, mürşidi naqisüqul ola.

Ey xaliqin ǝmanǝtini zaye eylǝyǝn,
Layiqdir ada ol ki, zülumǝn-cǝhul ola.

Gǝr şǝrh edǝrsǝm ayǝti-hüsnün kitabını,
Hǝr bab içindǝ fǝslinǝ yüz min füsul ola.

Meracǝ çıxdı ruhi-Nǝsimi Buraq ilǝn,
Şol laşǝdǝn nǝ faidǝ kim, la-zǝlul ola?

Rəsm müəllifi: Nevai Metin

Yazıya 1393 dəfə baxılıb

Comments are closed, but trackbacks and pingbacks are open.