On zənci balası
Məktubun üstündəki ünvan belə idi: Devon[7 – Devon – İngiltərənin cənub-şərqində qraflıq], Stiklhevn, Zənci adası.
Книга – On zənci balası
Dünya ədəbiyyatından seçmələr
Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…
On zənci balası
© «Altun kitab» MMC – 2020
Yenicə təqaüdə çıxmış hakim Uorqreyv əlindəki qəzeti bir kənara qoyub vaqonun pəncərəsinə yaxınlaşdı. Onun sərnişini olduğu qatar indi Somersetdən[1 – Somerset – İngiltərənin cənub-şərqində qraflıq] keçirdi, deməli, mənzilbaşına çatmasına hələ iki saat vardı.
Uorqreyv qəzetlərdən Zənci adası[2 – Əslində, dünyada belə bir ada mövcud deyil, bu yer adı yazıçı təxəyyülünün məhsuludur.] haqqında oxuduqlarını yadına salmağa çalışdı. Bu adanı əvvəl yaxta[3 – Yaxta – idman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi] həvəskarı olan bir amerikalı milyonçu almış, ləpədöyəndə müasir üslubda dəbdəbəli ev də tikdirmişdi. Lakin milyonçunun üçüncü arvadı (onunla təzəcə evlənmişdi) dənizi sevmədiyindən adanı satışa çıxarmışdı. Sonra ada cənab Onim adlı birinin əlinə keçmişdi. Bu xəbər çıxar-çıxmaz qəzetlərdə Zənci adasının yeni sahibi ilə bağlı şayiələr baş alıb getmişdi. Məsələn, bir qəzet yazırdı ki, guya adanın əsl sahibi cənab Onim deyil, məşhur kino aktrisası Qabriella Terldir. Adanı da ona görə alıb ki, orada bir neçə ay jurnalistlərin gözündən iraq, sakit şəraitdə yaşasın. Başqa bir qəzet isə yazırdı ki, Zənci adasını İngiltərə Admirallıq Dairəsi satın alıb, məqsəd də orada hansısa gizli təcrübələr aparmaqdır. Xülasə, elə gün olmurdu ki, qəzetlər bu ada haqqında nəsə yazmasın…
Hakim Uorqreyv cibindən bir məktub çıxardı. Məktub elə pis xətlə yazılmışdı ki, bəzi yerlərini, ümumiyyətlə, oxumaq mümkün deyildi:
«Əziz Lorens… Nə vaxtdır ki siz… xəbər-ətər yox… Zənci adasına mütləq baş çəkməli… Çox gözəl yer… Danışılası çox söz… Köhnə əyyamlarda oldu… kimi günəşdə qaralıb, gözəl təbiət mənzərə…
… Paddinqton vağzalından 12:40… Oukbricdə qarşılayaca…
İmza: Sizin Konstansiya Kalminqton»
Uorqreyv axırıncı dəfə ledi[4 – Ledi – əsil-nəcabətli xanım (ing.)] Kalminqtonu nə vaxt gördüyünü yadına salmağa çalışdı. Gərək ki, 7–8 il bundan əvvəl idi. Həmin vaxt Konstansiya dincəlmək üçün İtaliyaya getmişdi. Sonra onun Suriyaya yollandığını eşitdi.
– Zənci adasını satın almaq… – o öz-özünə mızıldandı. – Bu, Konstansiya Kalminqton kimi əsrarəngiz xanımdan tamamilə gözlənilən hərəkətdir.
Çox keçmədən hakimi yuxu tutdu…
Eyni qatarın başqa bir vaqonunda yol gedən Vera Kleytorn başını arxaya söykəyib gözlərini yummuşdu. Ondan başqa həmin vaqonda daha beş sərnişin vardı.
«Bu bürküdə qatarda yol getmək lap zəhlətökəndir», – qız fikrindən keçirdi.
Təzəlikcə ona bir məktub gəlmişdi:
«Sizi «Bacarıqlı xanımlar» agentliyindən tövsiyə eləyiblər. Nə qədər donluq[5 – Donluq – məvacib, maaş]istədiyinizi bildirin, mən əvvəlcədən bütün şərtlərə razıyam. Ümid eləyirəm ki, avqustun 8-də işə başlaya bilərsiniz. Qatar saat 12:40-da Paddinqton vağzalından yola düşür. Sizi Oukbric stansiyasında qarşılayacaqlar. Yol xərci üçün 5 funt-sterlinq[6 – Funt-sterlinq – Böyük Britaniyada pul vahidi]göndərirəm.
Hörmətlə: Anna Nensi Onim»
Məktubun üstündəki ünvan belə idi: Devon[7 – Devon – İngiltərənin cənub-şərqində qraflıq], Stiklhevn, Zənci adası.
– «Nə isə, axır vaxtlar qəzetlər bu adadan çox yazır… – qız yenə fikrə qərq olmuşdu. – Düzdür, müxbirlərin sözünə bel bağlamaq olmaz, lakin oradakı evi hansısa milyonçu tikdiribsə, deməli, rahatlığı da, səliqə-sahmanı da yerindədir!»
Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.
– «Allah bilir, necə işdir! Ah, bircə daha sanballı məktəbdə işə düzəlsəydim! – qız fikirləşirdi. Birdən yadına nəsə düşdü, ürəyi sıxıldı. – Yenə də bəxtim gətirdi. Günahsız olsam belə, hələ də istintaq altındayam, üstümdəki ləkə təmizlənməyib. Odur ki bu işi tapmağın özü də böyük şansdır!»
Vera başına gələnləri yadına saldı. «Xoşbəxtlikdən istintaq prosesi yaxşı keçdi. Missis Hamilton da mənə xeyirxahlıqla yanaşdı. Bircə Hüqo… Yox, yox, Hüqo haqqında fikirləşməyəcəyəm!»
Hava çox isti olsa da, qızın bədənindən soyuq gizilti keçdi. Gözlərinin qarşısında həyatı boyu unuda bilməyəcəyi mənzərə canlandı: Balaca Siril qayalıqlara tərəf üzür, gah suda görünməz olur, gah da üzə çıxır. Batır, çıxır, batır, çıxır… O isə dalğaları yararaq Sirilə tərəf üzür, üzür… Lakin ona çatmayacağını bilir…
İlıq, mavi dalğalar, isti qumun üstündə keçən saatlar və Hüqo… Deyir ki, onu çox sevir… Yox, Hüqo haqqında fikirləşməyəcək!
Qız gözlərini açdı və onunla üzbəüz oturmuş cənaba narazı nəzərlərlə baxdı. Cüssəli kişi idi, dərisi günəşdən qapqara qaralmışdı, açıqrəngli gözləri vardı, ağzının kənarlarındakı xətlər üzünə qəddar adamlara xas ifadə verirdi.
«Mərc gələrəm ki, bu adam bütün dünyanı gəzib, ən qəribə hadisələrə şahid olub», – Vera fikrindən keçirdi.
Filip Lombard da onunla üzbəüz əyləşmiş xanıma ötəri nəzər saldı.
«Qəşəng qızdır, deyəsən, müəllimdir, getdiyim yerə onu da özümlə apara bilsəm, əla olardı! – o, qızı altdan-altdan süzərək bu barədə fikirləşirdi. Sonra üz-gözünü turşudub öz-özünə mızıldandı: – Yox, yox, indi belə şeylərin vaxtı deyil, iş haqqında fikirləşmək lazımdır. Görəsən, necə işdir?»
Ona iş təklifini çatdıran balacaboy yəhudi bu barədə düz-əməlli bir söz deməmişdi.
– Özünüz bilərsiniz, kapitan Lombard. İstəmirsinizsə, razılaşmayın, – yalnız bunu söyləmişdi.
– Cəmi 100 gineya[8 – Gineya – Böyük Britaniyada pul vahidi, qızıl pul], hə? – Lombard səsinə süni laqeydlik qataraq soruşmuşdu. Halbuki axırıncı şillinqini[9 – Şillinq – funt-sterlinqin 1/20-nə bərabər pul vahidi] bir gün əvvəl yeməyə xərcləmişdi. – Heç olmasa, nə iş olduğunu deyin.
– Xeyr, cənab Lombard, bundan artıq bir kəlmə də deyə bilmərəm, – yəhudi Ayzek Morris başını bulamışdı. – Müştərimin tapşırığı belədir ki, 100 gineyanı sizə çatdırım, əvəzində də siz Stiklhevnə gələsiniz. Ora ən yaxın qatar stansiyası Oukbricdir. Stansiyada sizi qarşılayıb maşınla Stiklhevnə aparacaqlar. Sonra isə oradan gəmi ilə düz Zənci adasına! Adaya çatan kimi işə başlayacaqsınız.
– Bəs iş uzun çəkəcək?
– Uzağı bir həftə.
– Yəqin, bilirsiniz də, mən qeyri-qanuni işlərə baş qoşmuram, – cənab Lombard bığını qaşıyıb demişdi. O bu sözləri söyləyərkən diqqətlə həmsöhbətinin üzünə baxmışdı.
– Əgər sizə qeyri-qanuni bir iş təklif olunsa, aydın məsələdir ki, etiraz eləməyə haqqınız var, – Morris bunu deyib istehzalı şəkildə gülümsünmüşdü.
«Tülkü! – Lombard ürəyindən keçirmişdi. – Mənə eyham vurur, yəqin, keçmişdə qanunlara çox da əməl etmədiyimdən xəbərdardır».
Yenə həmin qatarda, siqaret çəkilməyən vaqonda yol gedən Emili Brentin altmış beş yaşı olsa da, qaməti hələ əyilməmişdi. Qadın yerində dimdik oturmuşdu, elə bil oxlov udmuşdu. Polkovnik qızı idi, atası dönə-dönə təkrarlayardı ki, qaməti şax saxlamaq çox vacib məsələdir. O da bu sözləri, necə deyərlər, sırğa eləyib qulaqlarından asmışdı.
Çətinliyə alışmış Emili Brent başqaları kimi vaqondakı bürküdən, skamyaların narahatlığından gileylənmirdi.
– Lap ağ eləyiblər! Yumşaq kresloda oturub, üstəlik, bellərinə da döşəkçə qoyurlar, – qadın öz-özünə deyinirdi. – Hələ qızları demirəm, çoxunun üzündə su qalmayıb! Çimərlikdə az qala çılpaq gəzirlər! Çimərlik demişkən keçən yayı heç yadıma salmaq istəmirəm! Yox, yox, bu il hər şey başqa cür olacaq. Zənci adasında yaxşıca dincələrəm…
Qadın bu günlərdə aldığı məktubu dəfələrlə oxuduğundan artıq əzbərləmişdi:
«Əziz miss Brent! Ümid eləyirəm ki, məni xatırlayırsınız. Bir neçə il əvvəl Bellhevn pansionunda qalanda sizinlə maraqlı vaxt keçirmişdik. İndi mən Devon sahilinə yaxın bir yerdə öz pansionumu açmaq qərarına gəlmişəm. Əsl siz deyən yerdir! Burada yarıçılpaq cavanlara rast gələ bilməzsiniz. Gecə səhərəcən qrammofona qulaq asan da yoxdur.
Əgər bu yay dincəlmək üçün Zənci adasına gəlsəniz, çox şad olaram. Əlbəttə ki, pulsuz-parasız. Mənim qonağım olarsınız.
Avqust ayının 8-i sizin üçün münasibdirmi?
Dərin hörmətlə: A.N.»
– Görəsən, bu, A.N. kimdir? – miss Brent iki il əvvəl Bellhevndə dincəldiyi vaxt qarşılaşdığı adamları xatırlamağa çalışdı. – Yox, heç cür yadıma sala bilmirəm. Yenə adını açıq-aydın yazsaydı, bəlkə, xatırlayardım. Amma, hər halda, belə məktub yerinə düşdü. Yoxsa bu yay düz-əməlli istirahət eləyə bilməyəcəkdim, əlim yaman aşağıdır.
General Makartur başqa bir vaqonun pəncərəsindən çölə tamaşa eləyirdi. Qatar artıq Ekseterə[10 – Ekseter – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının paytaxtı olub.] yaxınlaşırdı, orada düşüb başqa qatara keçməli idi. General da bu günlərdə Onim adlı şəxsdən məktub almışdı. Məktubdakı bir cümlə daha çox diqqətini cəlb eləmişdi:
«Amerikadan dostlarım gələcək, oturub köhnə əyyamları yad eləyərik…»
– Nə deyirəm, eləyək də… – general öz-özünə mızıldandı. – Onsuz da axır vaxtlar dərdləşməyə adam tapılmır. Dostlarımın çoxu məndən üz döndərib. Hamısı da o mənfur şayiələrin ucbatından! Yaxşı, bəs bu Onim kimdir axı?! Nə isə, yadıma sala bilmədim. Bircə Zənci adasına tez çatsaydım…
Həkim Armstronqun avtomobili Solsberi düzənliyi ilə şütüyürdü. O, Londonun ən məşhur həkimlərindən biri idi, şəhərdə əməlli-başlı şöhrət qazanmışdı. Ən nüfuzlu adamlar müalicə almaq üçün məhz onun klinikasına üz tuturdular. Pasiyentlərin biri gedib o biri gəlirdi, bir dəqiqə boş vaxtı olmurdu.
– Axı adama arada istirahət də lazımdır! – Armstronq öz-özünə mızıldanırdı.
Budur, artıq Londonun daş səkiləri arxada qalıb, birazdan Zənci adasına çatacaq və canındakı yorğunluğu çıxaracaq. Düzdür, onu adaya dəvət eləyən adamın məktubundan ağlı bir şey kəsməmişdi, lakin zərfə əlavə olunmuş bank qəbzindəki məbləğ xeyli yüksək idi və bu, Armstronqun şübhələrini aradan qaldırmışdı.
«Yəqin, bu Onimlərin pulunu balta kəsməz. Ər arvadının səhhətinə görə narahatdır, arvad da ki tərsə düşüb, həkimə getmək istəmir. Əlacı kəsilən ər həkimi onun ayağına çağırır. Çox güman, ciddi bir xəstəliyi yoxdur, qadın özünü naza qoyub. Ax, bu qadınlar! Lakin olsun, bu mənim işimə yarayır. Guya qəbuluma yazılan qadınların hamısı xəstə olur?! Çoxunun evdə ürəyi darıxır, gəlirlər ki, bir az mırt vursunlar, vəssalam!» – həkim maşın sürə-sürə fikirləşirdi.
Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.
– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!
O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:
– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!
Marston avtomobilini yolun kənarına verib saxladı.
– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.
Sonra fikrə getdi:
«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».
Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.
Cənab Blor Plimutdan[11 – Plimut – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının ən böyük şəhəri olub.] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:
– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…
O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.
– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.
Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.
Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.
– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!
Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:
– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!
– Düz deyirsiniz! – Blor başını tərpətdi.
– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.
– Nə danışırsınız! Hava çox gözəldir!
– Deyirəm ki, birazdan tufan qopacaq!
– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.
Elə bu vaxt qatar dayandı.
– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:
– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!
Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.
Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.
– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.
Sürücü maşından düşüb gəldi.
– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.
Adamların hamısı bir anda başını ona tərəf çevirdi.
Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:
– Bizim cəmi iki taksimiz var, cənab. Amma onlardan biri Ekseter qatarıyla gələn sərnişini gözləməlidir. Qatar beş dəqiqəyə stansiyaya çatacaq. Sizdən kimsə taksidə oturub onu gözləsə, daha rahat gedərdik.
– Mən gözləyərəm, – Vera Kleytorn cəld dilləndi.
Miss Brent səssizcə qabaqdakı taksiyə tərəf getdi. Hakim Uorqreyv də onun arxasınca yollandı.
– Mən xanımla birlikdə qalaram, – kapitan Lombard dedi.
Hamballar çamadanları baqaja yüklədilər. Birinci taksi yerindən tərpəndi.
– Bəlkə, maşında gözləyəsiniz, – ikinci taksinin sürücüsü üzünü Vera Kleytorna tutub dedi.
– Yox, elə bura yaxşıdır, – qız cavab verdi.
– Təklif eləyirəm ki, stansiyada bir az gəzişək, – bu dəfə kapitan Lombard dilləndi.
– Yox, yox, hava çox gözəldir, stansiyada nə işimiz var?! – qız etiraz elədi.
– Bu yerlərə yaxşı bələdsiniz? – kapitan söhbətə körpü salmağa çalışdı.
– Xeyr, birinci dəfədir gəlirəm, hələ heç evin sahibəsi ilə də tanış olmamışam.
– Mən missis Onimin şəxsi katibəsiyəm.
– Belə de! – kapitan Lombard mənalı-mənalı gülümsündü. – Ev sahibini görmədən bu işə razılıq vermək qəribədir.
– Burada qəribə nə var ki?! Missis Onimin katibəsi qəfildən xəstələnib, işədüzəltmə agentliyinə teleqram göndərib ki, təcili ona katibə tapsınlar. Onlar da məni tövsiyə eləyiblər.
– Yaxşı, birdən missis Onim xoşunuza gəlmədi, onda necə olacaq?
– Onsuz da bu, mövsümi işdir, əslində, qız məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm, – qızın üzü bir anda dəyişdi, gözləri parıldamağa başladı. – Zənci adasını elə görmək istəyirəm ki! Qəzetlər hər gün bu adadan yazır. Görəsən, qəşəng yerdir?
– Bilmirəm, – kapitan çiyinlərini çəkdi. – Orada heç vaxt olmamışam.
– Doğrudan? – qız təəccübləndi. – Yaxşı, bəs Onimlər necə adamlardır?
«Hə, indi gəl, cavab ver! Guya mən onları tanıyıram?!» – Lombard öz-özünə mızıldandı. Sonra söhbəti dəyişmək üçün cəld dilləndi:
– Xanım, çiyninizdə hörümçək var! Bircə dəqiqə tərpənməyin! – yaxına gəlib elə hərəkət elədi ki, guya qızın çiynindəki hörümçəyi götürür.
– Çox sağ olun! – qız dilləndi. – Hörümçəklərdən yaman qorxuram!
Elə bu vaxt stansiyaya yaxınlaşan qatarın fit səsi eşidildi.
– Deyəsən, gözlədiyimiz qatar gəldi, – cənab Lombard dedi.
Qatardan hündürboy, görünüşündən hərbçiyə oxşayan, çal bığlarının ucları səliqə ilə vurulmuş yaşlı bir kişi düşüb onlara tərəf gəlməyə başladı. Bu, general Makartur idi. Arxasınca gələn hambal onun qəhvəyi rəngli ağır çamadanını daşıyırdı. Vera cəld generala tərəf addımlayaraq özünü təqdim elədi:
– Mən missis Onimin katibəsiyəm. Bu isə cənab Lombarddır. Maşın bizi gözləyir.
Onlar taksiyə mindilər. Oukbricin boş küçələrindən keçib şose ilə bir neçə kilometr gedəndən sonra ensiz qəsəbə yoluna çıxdılar.
– Buralara bələd deyiləm, – general Makartur dilləndi.
– Məncə, çox darıxdırıcı yerlərdir, – cənab Lombard dedi. – Yəqin, siz çox gəzib-görmüsünüz?
– Bəli, demək olar, bütün dünyanı gəzmişəm, – general cavab verdi.
Maşın təpəni enib önündə balıqçı qayıqlarının gözə dəydiyi bir neçə evdən ibarət balaca sahil qəsəbəsinə çatdı. Batan günəşin qızılı şəfəqləri dənizin içindəki qayaları işıqlandırırdı. Elə bu vaxt maşındakılar ilk dəfə Zənci adasını gördülər.
– Sahildən xeyli aralı imiş! – Vera təəccüblə dedi.
O bu yeri təsəvvüründə tamam başqa cür canlandırmışdı: az qala sahilə bitişik balaca bir ada və qəşəng, ağ imarət. Ancaq imarət-zad gözə dəymirdi. Qarşılarında sanki zənci başına oxşayan nəhəng bir qaya dənizin dibindən baş qaldırmışdı. Qızın bədənindən yenə soyuq gizilti keçdi.
«Yeddi ulduz» adlı mehmanxananın qarşısında bir dəstə adam onları gözləyirdi. Onlardan biri irəli durub özünü təqdim elədi:
– Adım Deyvisdir. Fikirləşdik ki, adaya birlikdə getmək üçün sizi gözləyək, – sonra da gülümsəyərək əlavə elədi: – Yolüstü boğazınızı bir balaca yaşlamaq istəməzsiniz ki?
Heç kimdən səs çıxmadığını görən Deyvis dedi:
– Elə isə, yubanmayaq, ev sahibləri bizi gözləyir. Qayıq hazırdır.
Sonra da kənarda dayanmış kişiyə əli ilə işarə verdi. Kişi onlara yaxınlaşdı. Ləngər vura-vura yeriməyindən dənizçi olduğu bilinirdi. Adı Fred Narrakott idi.
– Bizə iki cənab da qoşulmalıdır, – Fred dedi. – Onlar öz maşınları ilə gəlirlər. Lakin cənab Onim demişdi ki, onları gözləməyə ehtiyac yoxdur. Çünki bura nə vaxt gəlib çatacaqları bəlli deyil.
Dənizçi bunu deyib sahilə bərkidilmiş qayığa sarı addımladı. Adamlar da onun arxasınca yollandılar.
– Nə balaca qayıqdır, – Emili Brent narazılıqla dilləndi.
– Elə deməyin, xanım, bu, əla qayıqdır. Gözünüzü yumub-açana kimi sizi lap dünyanın o başına aparıb çıxarar. Hava gözəl, dəniz sakit, qorxmayın, heç bir problem olmayacaq.
Adamlar tərəddüdlə qayığa mindilər. Dənizçi elə qayığı işə salmaq istəyirdi ki, qəşəng bir üstüaçıq avtomobilin sürətlə sahilə yaxınlaşdığını gördülər. Sükanın arxasındakı oğlanın çiyinlərinə tökülmüş saçları küləkdən yellənirdi. Oğlan dalbadal siqnal verirdi. Hamı təəccüblə bu yaraşıqlı oğlana baxmağa başladı. Elə bil qarşılarındakı bəni-insan deyil, göydən enmiş mələk idi. Bu mənzərə qayıqdakıların yaddaşına əbədi həkk olundu…
Entoni Marston onlara qoşulan kimi qayıq suyu köpükləndirə-köpükləndirə Zənci adasına tərəf üzməyə başladı. Adaya az qalmış müasir üslubda tikilmiş böyük imarət göründü. Fred Narrakott qayığın motorunu söndürdü. Qayıq qayalıqların arasındakı təbii buxtaya yan alıb dayandı.
– Yəqin, pis havalarda sahilə yanaşmaq çətin olur, – Lombard dənizçidən soruşdu.
– Külək cənub-şərqdən əsəndə, ümumiyyətlə, Zənci adasına yaxın düşmək mümkün deyil, – Narrakott dedi. – Bəzən sahillə əlaqə tamam kəsilir.
Sonra onlar qayalıqlarla yuxarı dırmanmağa başladılar. Hamının üz-gözündən nigarançılıq yağırdı. Sanki buraya gəldiklərinə peşman olmuşdular. Ancaq qayanı dırmanıb evin qarşısındakı meydançaya çatanda kefləri düzəldi. İmarətin taybatay açılmış qapısı ağzında səliqə-sahmanla geyinmiş eşikağası onların pişvazında dayanmışdı. Elə ev özü də çox qəşəng idi.
– İçəri buyurun! – eşikağası təntənəli şəkildə onları imarətə dəvət etdi və özü də içəri girib qulluqçu qadının yanında dayandı.
Qonaqlar evin geniş və işıqlı salonuna daxil oldular.
– Təəssüf ki, cənab Onim evdə deyil, – eşikağası günahkarcasına gülümsəyərək dedi. – Vacib işi çıxdı, sabah gələcək. Mənə tapşırıb ki, sizin qulluğunuzda durum. İstəsəniz, otaqlarınıza çəkilib dincələ bilərsiniz. Şam yeməyi saat 8-də olacaq.
Vera Kleytorn qulluqçu missis Rocersin arxasınca pilləkənləri çıxmağa başladı. Qadın dəhlizin lap axırındakı otağın qapısını açdı. Vera içəri girəndə heyrətdən ağzı açıla qaldı. Otaq çox gözəl idi: geniş, işıqlı, səliqə-sahmanlı… İki pəncərəsi vardi, biri dənizə, o birisi şərqə açılırdı.
– Ümid eləyirəm ki, burada ehtiyacınız olan hər şey var, – qulluqçu dedi.
– Bəli, bəli, – qız cəld dilləndi.
– Yenə də nəsə istəsəniz, zəngi çalarsınız.
Missis Rocersin səsi quru və darıxdırıcı idi. Qız maraqla onun sifətinə baxdı. Bu solğun bənizli qadının üzündə elə bil qan qalmamışdı. Saçlarını təpəsində toplamışdı, əynində qara paltar var idi. «Lap əcinnəyə oxşayır», – Vera fikrindən keçirdi. Qadın danışanda gözlərini qızdan qaçırırdı. «Deyəsən, o nədənsə qorxur», – Vera düşündü. Sonra ucadan dedi:
– Mən missis Onimin yeni katibəsiyəm. Yəqin, sizə bu barədə deyiblər.
– Xeyr, xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.
– Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?
– Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.
– Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?
– Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.
– İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.
– Bəli, narahat olmayın.
Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.
– Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.
Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12 – Perqament – üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı, yağ və rütubət keçirməyən kağız] parçası asılmışdı.
– Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:
On zənci balası nahar edirdi,
Biri boğuldu, doqquzu qaldı.
Doqquz zənci balası yuxuya daldı,
Biri durmadı, səkkizi qaldı.
Səkkiz zənci balası Devona getdi,
Biri gəlmədi, yeddisi qaldı.
Yeddi zənci balası odun doğrayırdı,
Biri başını yardı, altısı qaldı.
Altı zənci balası bal axtarırdı,
Birini arı vurdu, beş zənci qaldı.
Beş zənciyə məhkəmə quruldu,
Biri güllələndi, dörd zənci qaldı.
Dörd zənci balası üzməyə getdi,
Biri qarmağa keçdi, üç zənci qaldı.
Üç zənci balası meşəyə getdi,
Birini ayı yedi, iki zənci qaldı.
İki zənci balası günəşlənirdi,
Birini günəş vurdu, o biri tək qaldı.
Tək qalan zənci çox kədərləndi,
Özünü asdı, heç kim qalmadı.
– Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…
Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…
Həkim Armstronq Zənci adasına axşamdan xeyli keçmiş gəlib çatdı. Yolda qayıqçını çox dilə tutsa da, Onimlər haqqında bir şey öyrənə bilməmişdi. Bərk yorulmuşdu, üstəlik, sükan arxasında oturub yola baxmaqdan gözləri ağrıyırdı. «Adada yaxşıca dincələrəm», – o fikirləşirdi.
Evin qarşısındakı meydançada bir qoca oturmuşdu. Qocanın sifəti həkimə çox tanış gəldi, bir az fikirləşəndən sonra yadına düşdü.
– Bu ki hakim Uorqreyvdir! – Armstronq öz-özünə mızıldandı.
Bir dəfə onun hakim olduğu məhkəmə prosesində şahid qismində çıxış eləmişdi. Münsiflər Məhkəməsinin ən nüfuzlu üzvü idi, elə də böyük günah işləməmiş müttəhimləri belə uf demədən ən ağır cəzayə məhkum edirdi. Digər hakimlərin isə ona etiraz etməyə nə gücü, nə də cəsarəti çatırdı. Bəs necə, əbəs yerə ona «Mantiyalı[13 – Mantiya – plaş formasında enli, ətəkləri yerə dəyən uzun paltar; hakimlərin, akademiklərin xüsusi geyimi] dar ağacı» demirdilər ki!
«Görəsən, onun burada nə işi var?!» – Armstronq fikrindən keçirdi.
Cənab Uorqreyv də Armstronqu tanımışdı. Həkim yaxınlaşanda üzünü ona tutub dedi:
– İçki şüşələri salondadır.
– Əvvəlcə ev sahiblərini görsəm, pis olmaz, – Armstronq dilləndi.
– Bu, mümkün deyil.
– Niyə? – həkim təəccüblə soruşdu.
– Hələ gəlib çıxmayıblar. Ümumiyyətlə, bura çox qəribə yerdir…
Bir müddət dillənmədilər.
– Siz Konstansiya Kalminqtonu tanımırsınız ki? – cənab Uorqreyv sükutu pozdu.
– Nə isə, bu o qədər də vacib deyil, – cənab Uorqreyv dedi. – Başısoyuq qadındır, xəttini də ki başa düşmək olmur. Ümumiyyətlə, mən bura gəlməklə böyük səhvə yol vermişəm…
Həkim heç nə deməyib evə girdi.
Bir neçə dəqiqədən sonra eşikağası Rocers həyətə çıxdı.
– Bilmirsiniz, bura Konstansiya adında qadın gələcək? – cənab Uorqreyv ona da eyni sualı verdi.
– Xəbərim yoxdur, cənab.
Hakim qaşqabağını tökdü.
– Əbəs yerə buranı Zənci adası adlandırmırlar, burada hər şey qapqara örtüyə bürünüb, – o öz-özünə mızıldandı.
Həmin vaxt Entoni Marston vanna qəbul eləyirdi. Uzun yoldan sonra isti su canına dəydikcə xoşhallanır, hamamdan çıxmaq istəmirdi. Bir yandan da fikirləşirdi:
– Bu Zənci adası bir o qədər də əyləncəli yerə oxşamır. Qonaqların çoxu da yaşlı adamlardır. Nə isə, şam yeməyindən sonra özümə bir əyləncə taparam.
Cənab Blor isə həmin vaxt otağındakı güzgünün qarşısında dayanıb qalstukunu düzəldirdi. Birdən gözü divardan asılmış perqament parçasına sataşdı. Üstündə yazılanları oxuyub gülümsündü: «Əla şeirdir».
O, uşaq vaxtı bu adada olmuşdu.
– Ağlıma gəlməzdi ki, neçə ildən sonra məni belə bir iş üçün Zənci adasına çağırarlar, – Blor fikrindən keçirdi. Ardınca da mızıldandı: – Görəsən, qonaqlar heç nədən şübhələnmədilər ki!
General Makartura gəlincə o öz otağında əməlli-başlı fikrə qərq olmuşdu: «Bilsəydim, belə olacaq heç bura gəlməzdim. Amma eybi yoxdur, fürsət düşən kimi aradan çıxaram. Bu Lombard da çox şübhəli tipə bənzəyir. Üz-gözündən fırıldaqçılıq yağır».
Şam yeməyinin hazır olduğunu xəbər verən zəng çalınan kimi Filip Lombard otağından çıxıb pilləkənlərlə aşağı düşməyə başladı. Bəbir kimi səssiz və cəld hərəkət eləyirdi. «Cəmi bir həftə, göz yumub-açana kimi keçib-gedəcək», – o fikirləşirdi.
Emili Brent şam yeməyi üçün qara ipək libasını geyinmişdi. Otağında oturub Tövrat oxuyurdu. Zəngin səsini eşidib ayağa qalxdı, büllur sancağını yaxasına taxıb otaqdan çıxdı.
Yeməklər çox ləzzətli idi, içkilərə də söz ola bilməzdi! Odur ki şam yeməyindən sonra qonaqların kefi kökəlmiş, ağzı qızışmışdı. Hakim Uorqreyv hansısa məhkəmə prosesindən danışırdı. Həkim Armstronqla Entoni Marston maraqla ona qulaq asırdılar. Emili Brent isə general Makarturla söhbət eləyirdi. Vera Kleytorn cənab Deyvisə Şimali Afrika haqqında suallar verirdi. Lombard da onların söhbətinə qulaq kəsilmişdi.
Dəyirmi yemək masasının ortasına balaca zənci fiqurları düzülmüşdü. Başları yeməyə qarışan qonaqlar bu fiqurlara indiyədək fikir verməmişdilər.
– Nə maraqlı fiqurlardır, – birdən Entoni Marston dilləndi.
Hamının nəzərləri fiqurlara dikildi.
– Balaca zəncilər… Hə, əlbəttə, zəncisiz nə Zənci adası! – cənab Lombard dedi.
– Görəsən, on dənədir? – Vera əyilib fiqurları saymağa başladı. – Dübbədüz on dənə! Lap on zənci haqqındakı sanamada[14 – Sanama – sadalama prinsipi əsasında qurulmuş, oyuna başlamaq üçün oxunan ritmik şeir] olduğu kimi! Otağımdakı buxarının üstündən asılıb.
– Mənim otağımda da var, – Lombard ucadan dilləndi.
– Mənim də! – Marston dedi.
Beləliklə, məlum oldu ki, bu şeir parçası bütün otaqların divarına vurulub.
– Məzəli şeirdir, elə deyil? – Vera dedi.
Elə bu vaxt güclü külək yemək otağının şüşəli qapısını vurub açdı. Qayalara çırpılan dalğaların səsi otağı başına götürdü.
– Dəniz səsini çox sevirəm, – miss Brent dilləndi.
– Lakin mən bu səsə nifrət eləyirəm! – Vera dedi. Sonra isə yanaqları qızardı. Tələm-tələsik əlavə elədi: – Qışda burada dalğaların səsindən qulaq tutular, düz demirəm?
Miss Brent başını tərpətdi.
– Yəqin, qış vaxtı burada yaşayan olmaz. Ən azından ona görə ki qulluqçulara nə qədər maaş versən də, burada qalmazlar.
– Hərçənd missis Onimin qulluqçu sarıdan bəxti gətirib. Missis Rocersin gözəl əl qabiliyyəti var! – Vera dedi.
– Necə, siz missis Onim dediniz? – yaşlı qadın təəccüblə soruşdu.
– Bəli, – Vera cavab verdi, sonra da üz-gözünü turşudub öz-özünə mızıldandı: «Bu qocalar da həmişə hər şeyi səhv salırlar».
– Mən Onim adında adam tanımıram, – Emili Brent bunu deyib çantasını eşələməyə başladı. Elə bu vaxt qapı açıldı və cənab Rocers içəri girdi. Əlindəki məcməyidə qəhvədan və qəhvə fincanları vardı. İki qulluqçu və bütün qonaqlar, yəni on nəfərin onu da yemək otağında idi. Saat 10-a 20 dəqiqə işləmişdi. Birdən kiminsə amiranə səsi otağa çökmüş sükutu pozdu:
– Xanımlar və cənablar! Diqqətiniz məndə olsun!
Hamı çaşqınlıqla yan-yörəsinə boylanmağa başladı. Səsin haradan gəldiyini başa düşə bilmədilər. Səs yenidən eşidildi:
– Siz ittiham olunursunuz:
Eduard Corc Armstronq! Siz 14 mart 1925-ci ildə vəfat etmiş Luiza Meri Klisin ölümündə təqsirləndirilirsiniz!
Vilyam Henri Blor! Siz Ceyms Stiven Landorun 10 oktyabr 1928-ci ildə baş vermiş ölüm hadisəsinə görə məsuliyyət daşıyırsınız!
Emili Karolina Brent! Siz 5 noyabr 1931-ci ildə dünyasını dəyişən Beatrisa Teylorun ölümündə günahlandırılırsınız!
Filip Lombard! Siz 1932-ci ilin fevral ayında Şərqi Afrika qəbiləsindən olan 20 nəfərin ölümünə bais olmusunuz!
Vera Elizabet Kleytorn! Siz 11 avqust 1935-ci ildə Siril Ogilvi Hamiltonun ölümünə səbəb olmusunuz!
Con Qordon Makartur! Siz 4 fevral 1917-ci ildə həyat yoldaşınızın aşnası Artur Riçmondu öldürmüsünüz!
Entoni Ceyms Marston! Siz keçən ilin noyabrında Con və Lüsi Kombsları maşınla vurub əzmisiniz!
Tomas Rocers və Etel Rocers! Siz 6 may 1929-cu ildə Cennifer Breydini öldürmüsünüz!
Lorens Con Uorqreyv! Siz Eduard Sitonun 10 iyun 1930-cu ildə baş vermiş ölüm hadisəsinə görə təqsirli bilinirsiniz!
Müttəhimlər! Özünüzü müdafiə eləmək üçün nə deyə bilərsiniz?
Bu sözlərdən sonra səs kəsildi. Hamı yerində donub-qalmışdı. Elə bu vaxt Rocersin əlindəki məcməyi yerə düşdü, içindəkilər döşəməyə dağıldı. Dəhlizdən əvvəl çığırtı səsi eşidildi, sonra kimsə tappıltı ilə yerə yıxıldı.
Ayaq üstə olan cənab Lombard tez dəhlizə tərəf cumdu. Missis Rocers huşsuz halda yerdə uzanmışdı.
– Entoni, – o, cavan oğlanı səslədi, – kömək elə!
Entoni Marston iti addımlarla dəhlizə tərəf getdi. Həkim Armstronq da onun arxasınca yollandı. Kişilər köməkləşib qulluqçunu divana uzatdılar. Həkim qadını müayinə edəndən sonra dedi:
– Qorxulu bir şey yoxdur, sadəcə, huşunu itirib. Birazdan özünə gələr.
– Görəsən, o danışan kim idi? – Vera dilləndi. – Bu səs haradan gəlirdi?
– Bu nə axmaq zarafatdır belə! – cənab Makartur hiddətlənmişdi. Onun əlləri əsirdi.
Cənab Blor da bərk həyəcan keçirirdi. Əl yaylığı ilə tərləmiş üzünü sildi. İçəridəkilərdən yalnız hakim Uorqreyvlə Emili Brent tövrünü pozmamışdı.
– Deyəsən, – cənab Lombard yemək otağı ilə iç-içə olan otağı göstərib dilləndi, – səs bu tərəfdən gəlirdi.
Otaqların arasında divar yox idi, yalnız qalın pərdə çəkilmişdi. Çox keçmədən içəridən Lombardın səsi gəldi:
Hamı yan otağa tərəf cumdu, bircə miss Brent yerindən tərpənmədi. İki otağı ayıran pərdənin arxasına bir kətil qoyulmuş, üstünə qrammofon yerləşdirilmişdi. Lombard qrammofonu işə saldı. Yenə həmin səs eşidildi:
– Siz ittiham olunursunuz…
– Susdurun onu! Tez olun, susdurun! – Vera qulaqlarını tutub qışqırdı. – Bu, dəhşətdir!
Lombard qrammofonu söndürdü. Hamı dərindən nəfəs aldı.
– Məncə, bu, axmaq zarafatdır, – həkim Armstronq dilləndi.
– Yaxşı, bəs qrammofonu kim işə salıb? – Marston soruşdu. – Cənab Rocers, bu sizin işinizdir?
– İsa Məsihə and olsun ki, valda nə olduğundan xəbərim yox idi, bilsəydim, heç oxutdurardım?
– Yaxşı, deyək ki, sizə inandıq. Lakin yenə də bunun bir izahı olmalıdır, ya yox? – hakim qəzəblə soruşdu.
– Mən, sadəcə, əmri yerinə yetirdim, – Rocers yazıq-yazıq dilləndi.
– Cənab Onimin. O əmr etmişdi ki, qəhvə içilən vaxt bu valı qrammofona qoyub səsləndirim.
– Çox qəribədir, – hakim donquldandı.
– Müqəddəs Məryəmə and olsun ki, yalan danışmıram. Valda nə olduğundan xəbərim yox idi. Elə bildim musiqi valıdır.
Lombard cəld valı götürüb baxdı. Valın üstündə bu sözlər yazılmışdı: «Qu nəğməsi».
– Bu işi belə qoymaq olmaz! – cənab Makartur qeyzlənmiş halda dedi. – Bizi haqsız yerə cinayətdə ittiham eləyir, üstəlik də ələ salırlar. Cənab Onim haqqında bir tədbir görməliyik.
– Tamamilə haqlısınız, – hakim Uorqreyv dedi. – Amma əvvəlcə gəlin aydınlaşdıraq görək bu cənab Onim özü kimdir axı?
Elə bu vaxt yan otaqdan artıq özünə gəlmiş qulluqçunun iniltisi eşidildi.
– Cənab Rocers, xanımınızı öz otağına aparın, – Lombard dedi.
Həkim Armstronq da Rocersə kömək eləmək üçün otaqdan çıxdı.
– Cənablar, sizi bilmirəm, lakin mən içmək istəyirəm, – onlar gedəndən sonra Entoni Marston dilləndi. – Gedim görüm, boğazımı yaşlamağa nə tapıram.
Çox keçməmiş o qayıdıb gəldi. Əlində bir şüşə viski var idi. Cəld qədəhləri doldurdu. Bu vaxt həkimlə cənab Rocers də salona qayıtdılar.
– Hə, indi bildiklərinizin hamısını bizə danışın, – Uorqreyv Rocersə dedi. – Cənab Onim kimdir?
– Bu adanın sahibi.
– Onu biz də bilirik. Deyin görək, necə adamdır?
– Bilmirəm, cənab, mən onu heç vaxt görməmişəm.
– Necə yəni bilmirsiniz?
– Onlar bizi işədüzəltmə agentliyinin vasitəsilə tutublar. Agentlikdən bizə bu barədə məktub göndərmişdilər. Adaya isə dünən gəlmişik. Biz gələndə Onimlər artıq çıxıb getmişdilər.
– Məktuba baxa bilərəm?
– Təəssüf ki, mən o məktubu saxlamamışam.
– Yaxşı, davam eləyin.
– Bizə hansı gün gəlməli olduğumuzu yazmışdılar. Adadakı evdə hər şey qaydasında idi. Sadəcə, əşyaların tozunu aldıq, bir də, qonaqların otaqlarını hazırladıq. Dünən isə cənab Onimdən daha bir məktub aldım. Məktubda deyilirdi ki, onlar bir az ləngiməli olublar və qonaqları biz qəbul etməliyik. Hə, bir də, yazılmışdı ki, nahardan sonra qəhvə içilən vaxt valı qrammofona qoyum.
– Heç olmasa, həmin məktubu saxlamısınız?
– Bəli, cənab, məktub üstümdədir, – Rocers cibindən bir kağız çıxarıb hakimə uzatdı.
– Qəribədir, – Uorqreyv məktuba diqqətlə baxandan sonra dilləndi. – Makinada yazılıb, özü də Ritsdən göndərilib.
– Baxa bilərəm? – cənab Blor məktubu Uorqreyvin əlindən aldı. – «Koroneyşn» markalı makinada yazılıb. Çətin ki üstündə barmaq izi qalsın.
– Bu ev sahibinin nə qəribə adı var: Alek Norman Onim, – Blorun çiyninin üstündən məktuba baxan Entoni Marston dilləndi. – Adamın dili də dönmür.
– Siz çox maraqlı məqama diqqət çəkdiniz, – hakim dedi. – Məncə, hər birimiz ev sahibi haqqında bildiklərimizi danışmalıyıq.
Конец ознакомительного фрагмента. Получить полную версию книги.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/agata-kristi/on-z-nci-balasi-68289883/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Somerset – İngiltərənin cənub-şərqində qraflıq
Əslində, dünyada belə bir ada mövcud deyil, bu yer adı yazıçı təxəyyülünün məhsuludur.
Yaxta – idman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi
Ledi – əsil-nəcabətli xanım (ing.)
Donluq – məvacib, maaş
Funt-sterlinq – Böyük Britaniyada pul vahidi
Devon – İngiltərənin cənub-şərqində qraflıq
Gineya – Böyük Britaniyada pul vahidi, qızıl pul
Şillinq – funt-sterlinqin 1/20-nə bərabər pul vahidi
Ekseter – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının paytaxtı olub.
Plimut – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının ən böyük şəhəri olub.
Perqament – üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı, yağ və rütubət keçirməyən kağız
Mantiya – plaş formasında enli, ətəkləri yerə dəyən uzun paltar; hakimlərin, akademiklərin xüsusi geyimi
Sanama – sadalama prinsipi əsasında qurulmuş, oyuna başlamaq üçün oxunan ritmik şeir
- Жанр: Классические детективы
- Теги: книги для чтения на азербайджанском языке, мировая литература
- Язык: Книги на азербайджанском языке
- Объём: 100 стр. 10 иллюстраций
- Возрастные ограничения: 16+
- ISBN: 9789952244380
- Дата выхода книги: 27 октября 2022
- Версия: Электронная книга Правообладатель: голосуйте за понравившиеся. Отзывы Сначала популярные Сначала популярные, Altun KitabОглавление«On zənci balası» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы –>
Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…
Как скачать книгу – “On zənci balası” в fb2, ePub, txt и других форматах?
- Нажмите на кнопку “полная версия” справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
Полная версия книги - Купите книгу на литресе по кнопке со скриншота
- FB2 – Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
- EPUB – подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения
- TXT – можно открыть на любом компьютере в текстовом редакторе
- RTF – также можно открыть на любом ПК
- A4 PDF – открывается в программе Adobe Reader
- MOBI – подходит для электронных книг Kindle и Android-приложений
- IOS.EPUB – идеально подойдет для iPhone и iPad
- A6 PDF – оптимизирован и подойдет для смартфонов
- FB3 – более развитый формат FB2
Видео по теме - Десять негритят (1987)
On zənci balası
Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…
Полная версия
Читать онлайн
Отзывы о книге On zənci balası
Нет отзывов
Добавить отзыв
Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться
- Последние новинки библиотеки
- Совет недели
Библиотека
- Зарубежная фантастика
- Русская фантастика
- Cаморазвитие, личностный рост
- Зарубежная психология
- Попаданцы
- Боевая фантастика
- Героическое фэнтези
- Еще жанры
- Cовременные детективы
- Любовное фэнтези
- Личная эффективность
- Зарубежные детективы
- Cовременные любовные романы
- Боевое фэнтези
- Триллеры
- Cовременная русская литература
- Практическая психология
- Зарубежная деловая литература
- Космическая фантастика
- Современная зарубежная литература
- Л. Савенко «Путешествие в неизвестность»
- Л. А. Савров «Оставаться собой»
- Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
- С. Кутузов «На рубежах тысячелетий»
- О. Е. Пауллер «Псы войны. Противостояние»
- Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
- В. Тутенко «Бабочки улетают в рай»
Обратная связь
- F.A.Q.
- Обратная связь
- Политика приватности данных
- Наша почта: [email protected]
Текст книги “On zənci balası”
[Закрыть] keçirdi, deməli, mənzilbaşına çatmasına hələ iki saat vardı.
Uorqreyv qəzetlərdən Zənci adası[2] 2
Əslində, dünyada belə bir ada mövcud deyil, bu yer adı yazıçı təxəyyülünün məhsuludur.[Закрыть] haqqında oxuduqlarını yadına salmağa çalışdı. Bu adanı əvvəl yaxta[3] 3
Yaxta – idman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi[Закрыть] həvəskarı olan bir amerikalı milyonçu almış, ləpədöyəndə müasir üslubda dəbdəbəli ev də tikdirmişdi. Lakin milyonçunun üçüncü arvadı (onunla təzəcə evlənmişdi) dənizi sevmədiyindən adanı satışa çıxarmışdı. Sonra ada cənab Onim adlı birinin əlinə keçmişdi. Bu xəbər çıxar-çıxmaz qəzetlərdə Zənci adasının yeni sahibi ilə bağlı şayiələr baş alıb getmişdi. Məsələn, bir qəzet yazırdı ki, guya adanın əsl sahibi cənab Onim deyil, məşhur kino aktrisası Qabriella Terldir. Adanı da ona görə alıb ki, orada bir neçə ay jurnalistlərin gözündən iraq, sakit şəraitdə yaşasın. Başqa bir qəzet isə yazırdı ki, Zənci adasını İngiltərə Admirallıq Dairəsi satın alıb, məqsəd də orada hansısa gizli təcrübələr aparmaqdır. Xülasə, elə gün olmurdu ki, qəzetlər bu ada haqqında nəsə yazmasın…
Hakim Uorqreyv cibindən bir məktub çıxardı. Məktub elə pis xətlə yazılmışdı ki, bəzi yerlərini, ümumiyyətlə, oxumaq mümkün deyildi:
«Əziz Lorens… Nə vaxtdır ki siz… xəbər-ətər yox… Zənci adasına mütləq baş çəkməli… Çox gözəl yer… Danışılası çox söz… Köhnə əyyamlarda oldu… kimi günəşdə qaralıb, gözəl təbiət mənzərə…
… Paddinqton vağzalından 12:40… Oukbricdə qarşılayaca…
İmza: Sizin Konstansiya Kalminqton»
Uorqreyv axırıncı dəfə ledi[4] 4
Ledi – əsil-nəcabətli xanım (ing.)[Закрыть] Kalminqtonu nə vaxt gördüyünü yadına salmağa çalışdı. Gərək ki, 7–8 il bundan əvvəl idi. Həmin vaxt Konstansiya dincəlmək üçün İtaliyaya getmişdi. Sonra onun Suriyaya yollandığını eşitdi.
– Zənci adasını satın almaq… – o öz-özünə mızıldandı. – Bu, Konstansiya Kalminqton kimi əsrarəngiz xanımdan tamamilə gözlənilən hərəkətdir.
Çox keçmədən hakimi yuxu tutdu…
Eyni qatarın başqa bir vaqonunda yol gedən Vera Kleytorn başını arxaya söykəyib gözlərini yummuşdu. Ondan başqa həmin vaqonda daha beş sərnişin vardı.
«Bu bürküdə qatarda yol getmək lap zəhlətökəndir», – qız fikrindən keçirdi.
Təzəlikcə ona bir məktub gəlmişdi:
«Sizi «Bacarıqlı xanımlar» agentliyindən tövsiyə eləyiblər. Nə qədər donluq[5] 5
Donluq – məvacib, maaş[Закрыть] istədiyinizi bildirin, mən əvvəlcədən bütün şərtlərə razıyam. Ümid eləyirəm ki, avqustun 8-də işə başlaya bilərsiniz. Qatar saat 12:40-da Paddinqton vağzalından yola düşür. Sizi Oukbric stansiyasında qarşılayacaqlar. Yol xərci üçün 5 funt-sterlinq[6] 6
Funt-sterlinq – Böyük Britaniyada pul vahidiHörmətlə: Anna Nensi Onim»
Məktubun üstündəki ünvan belə idi: Devon[7] 7
Devon – İngiltərənin cənub-şərqində qraflıq[Закрыть] , Stiklhevn, Zənci adası.
– «Nə isə, axır vaxtlar qəzetlər bu adadan çox yazır… – qız yenə fikrə qərq olmuşdu. – Düzdür, müxbirlərin sözünə bel bağlamaq olmaz, lakin oradakı evi hansısa milyonçu tikdiribsə, deməli, rahatlığı da, səliqə-sahmanı da yerindədir!»
Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.
– «Allah bilir, necə işdir! Ah, bircə daha sanballı məktəbdə işə düzəlsəydim! – qız fikirləşirdi. Birdən yadına nəsə düşdü, ürəyi sıxıldı. – Yenə də bəxtim gətirdi. Günahsız olsam belə, hələ də istintaq altındayam, üstümdəki ləkə təmizlənməyib. Odur ki bu işi tapmağın özü də böyük şansdır!»
Vera başına gələnləri yadına saldı. «Xoşbəxtlikdən istintaq prosesi yaxşı keçdi. Missis Hamilton da mənə xeyirxahlıqla yanaşdı. Bircə Hüqo… Yox, yox, Hüqo haqqında fikirləşməyəcəyəm!»
Hava çox isti olsa da, qızın bədənindən soyuq gizilti keçdi. Gözlərinin qarşısında həyatı boyu unuda bilməyəcəyi mənzərə canlandı: Balaca Siril qayalıqlara tərəf üzür, gah suda görünməz olur, gah da üzə çıxır. Batır, çıxır, batır, çıxır… O isə dalğaları yararaq Sirilə tərəf üzür, üzür… Lakin ona çatmayacağını bilir…
İlıq, mavi dalğalar, isti qumun üstündə keçən saatlar və Hüqo… Deyir ki, onu çox sevir… Yox, Hüqo haqqında fikirləşməyəcək!
Qız gözlərini açdı və onunla üzbəüz oturmuş cənaba narazı nəzərlərlə baxdı. Cüssəli kişi idi, dərisi günəşdən qapqara qaralmışdı, açıqrəngli gözləri vardı, ağzının kənarlarındakı xətlər üzünə qəddar adamlara xas ifadə verirdi.
«Mərc gələrəm ki, bu adam bütün dünyanı gəzib, ən qəribə hadisələrə şahid olub», – Vera fikrindən keçirdi.
Filip Lombard da onunla üzbəüz əyləşmiş xanıma ötəri nəzər saldı.
«Qəşəng qızdır, deyəsən, müəllimdir, getdiyim yerə onu da özümlə apara bilsəm, əla olardı! – o, qızı altdan-altdan süzərək bu barədə fikirləşirdi. Sonra üz-gözünü turşudub öz-özünə mızıldandı: – Yox, yox, indi belə şeylərin vaxtı deyil, iş haqqında fikirləşmək lazımdır. Görəsən, necə işdir?»
Ona iş təklifini çatdıran balacaboy yəhudi bu barədə düz-əməlli bir söz deməmişdi.
– Özünüz bilərsiniz, kapitan Lombard. İstəmirsinizsə, razılaşmayın, – yalnız bunu söyləmişdi.
– Cəmi 100 gineya[8] 8
Gineya – Böyük Britaniyada pul vahidi, qızıl pul[Закрыть] , hə? – Lombard səsinə süni laqeydlik qataraq soruşmuşdu. Halbuki axırıncı şillinqini[9] 9
Şillinq – funt-sterlinqin 1/20-nə bərabər pul vahidi[Закрыть] bir gün əvvəl yeməyə xərcləmişdi. – Heç olmasa, nə iş olduğunu deyin.
– Xeyr, cənab Lombard, bundan artıq bir kəlmə də deyə bilmərəm, – yəhudi Ayzek Morris başını bulamışdı. – Müştərimin tapşırığı belədir ki, 100 gineyanı sizə çatdırım, əvəzində də siz Stiklhevnə gələsiniz. Ora ən yaxın qatar stansiyası Oukbricdir. Stansiyada sizi qarşılayıb maşınla Stiklhevnə aparacaqlar. Sonra isə oradan gəmi ilə düz Zənci adasına! Adaya çatan kimi işə başlayacaqsınız.
– Bəs iş uzun çəkəcək?
– Uzağı bir həftə.
– Yəqin, bilirsiniz də, mən qeyri-qanuni işlərə baş qoşmuram, – cənab Lombard bığını qaşıyıb demişdi. O bu sözləri söyləyərkən diqqətlə həmsöhbətinin üzünə baxmışdı.
– Əgər sizə qeyri-qanuni bir iş təklif olunsa, aydın məsələdir ki, etiraz eləməyə haqqınız var, – Morris bunu deyib istehzalı şəkildə gülümsünmüşdü.
«Tülkü! – Lombard ürəyindən keçirmişdi. – Mənə eyham vurur, yəqin, keçmişdə qanunlara çox da əməl etmədiyimdən xəbərdardır».
Yenə həmin qatarda, siqaret çəkilməyən vaqonda yol gedən Emili Brentin altmış beş yaşı olsa da, qaməti hələ əyilməmişdi. Qadın yerində dimdik oturmuşdu, elə bil oxlov udmuşdu. Polkovnik qızı idi, atası dönə-dönə təkrarlayardı ki, qaməti şax saxlamaq çox vacib məsələdir. O da bu sözləri, necə deyərlər, sırğa eləyib qulaqlarından asmışdı.
Çətinliyə alışmış Emili Brent başqaları kimi vaqondakı bürküdən, skamyaların narahatlığından gileylənmirdi.
– Lap ağ eləyiblər! Yumşaq kresloda oturub, üstəlik, bellərinə da döşəkçə qoyurlar, – qadın öz-özünə deyinirdi. – Hələ qızları demirəm, çoxunun üzündə su qalmayıb! Çimərlikdə az qala çılpaq gəzirlər! Çimərlik demişkən keçən yayı heç yadıma salmaq istəmirəm! Yox, yox, bu il hər şey başqa cür olacaq. Zənci adasında yaxşıca dincələrəm…
Qadın bu günlərdə aldığı məktubu dəfələrlə oxuduğundan artıq əzbərləmişdi:
«Əziz miss Brent! Ümid eləyirəm ki, məni xatırlayırsınız. Bir neçə il əvvəl Bellhevn pansionunda qalanda sizinlə maraqlı vaxt keçirmişdik. İndi mən Devon sahilinə yaxın bir yerdə öz pansionumu açmaq qərarına gəlmişəm. Əsl siz deyən yerdir! Burada yarıçılpaq cavanlara rast gələ bilməzsiniz. Gecə səhərəcən qrammofona qulaq asan da yoxdur.
Əgər bu yay dincəlmək üçün Zənci adasına gəlsəniz, çox şad olaram. Əlbəttə ki, pulsuz-parasız. Mənim qonağım olarsınız.
Avqust ayının 8-i sizin üçün münasibdirmi?
Dərin hörmətlə: A.N.»
– Görəsən, bu, A.N. kimdir? – miss Brent iki il əvvəl Bellhevndə dincəldiyi vaxt qarşılaşdığı adamları xatırlamağa çalışdı. – Yox, heç cür yadıma sala bilmirəm. Yenə adını açıq-aydın yazsaydı, bəlkə, xatırlayardım. Amma, hər halda, belə məktub yerinə düşdü. Yoxsa bu yay düz-əməlli istirahət eləyə bilməyəcəkdim, əlim yaman aşağıdır.
General Makartur başqa bir vaqonun pəncərəsindən çölə tamaşa eləyirdi. Qatar artıq Ekseterə[10] 10
Ekseter – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının paytaxtı olub.[Закрыть] yaxınlaşırdı, orada düşüb başqa qatara keçməli idi. General da bu günlərdə Onim adlı şəxsdən məktub almışdı. Məktubdakı bir cümlə daha çox diqqətini cəlb eləmişdi:
«Amerikadan dostlarım gələcək, oturub köhnə əyyamları yad eləyərik…»
– Nə deyirəm, eləyək də… – general öz-özünə mızıldandı. – Onsuz da axır vaxtlar dərdləşməyə adam tapılmır. Dostlarımın çoxu məndən üz döndərib. Hamısı da o mənfur şayiələrin ucbatından! Yaxşı, bəs bu Onim kimdir axı?! Nə isə, yadıma sala bilmədim. Bircə Zənci adasına tez çatsaydım…
2
Həkim Armstronqun avtomobili Solsberi düzənliyi ilə şütüyürdü. O, Londonun ən məşhur həkimlərindən biri idi, şəhərdə əməlli-başlı şöhrət qazanmışdı. Ən nüfuzlu adamlar müalicə almaq üçün məhz onun klinikasına üz tuturdular. Pasiyentlərin biri gedib o biri gəlirdi, bir dəqiqə boş vaxtı olmurdu.
– Axı adama arada istirahət də lazımdır! – Armstronq öz-özünə mızıldanırdı.
Budur, artıq Londonun daş səkiləri arxada qalıb, birazdan Zənci adasına çatacaq və canındakı yorğunluğu çıxaracaq. Düzdür, onu adaya dəvət eləyən adamın məktubundan ağlı bir şey kəsməmişdi, lakin zərfə əlavə olunmuş bank qəbzindəki məbləğ xeyli yüksək idi və bu, Armstronqun şübhələrini aradan qaldırmışdı.
«Yəqin, bu Onimlərin pulunu balta kəsməz. Ər arvadının səhhətinə görə narahatdır, arvad da ki tərsə düşüb, həkimə getmək istəmir. Əlacı kəsilən ər həkimi onun ayağına çağırır. Çox güman, ciddi bir xəstəliyi yoxdur, qadın özünü naza qoyub. Ax, bu qadınlar! Lakin olsun, bu mənim işimə yarayır. Guya qəbuluma yazılan qadınların hamısı xəstə olur?! Çoxunun evdə ürəyi darıxır, gəlirlər ki, bir az mırt vursunlar, vəssalam!» – həkim maşın sürə-sürə fikirləşirdi.
Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.
– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!
O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:
– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!
Marston avtomobilini yolun kənarına verib saxladı.
– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.
Sonra fikrə getdi:
«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».
Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.
3
Cənab Blor Plimutdan[11] 11
Plimut – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının ən böyük şəhəri olub.[Закрыть] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:
– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…
O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.
– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.
Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.
Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.
– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!
Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:
– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!
– Düz deyirsiniz! – Blor başını tərpətdi.
– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.
– Nə danışırsınız! Hava çox gözəldir!
– Deyirəm ki, birazdan tufan qopacaq!
– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.
Elə bu vaxt qatar dayandı.
– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:
– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!
Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.
4
Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.
– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.
Sürücü maşından düşüb gəldi.
– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.
Adamların hamısı bir anda başını ona tərəf çevirdi.
Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:
– Bizim cəmi iki taksimiz var, cənab. Amma onlardan biri Ekseter qatarıyla gələn sərnişini gözləməlidir. Qatar beş dəqiqəyə stansiyaya çatacaq. Sizdən kimsə taksidə oturub onu gözləsə, daha rahat gedərdik.
– Mən gözləyərəm, – Vera Kleytorn cəld dilləndi.
Miss Brent səssizcə qabaqdakı taksiyə tərəf getdi. Hakim Uorqreyv də onun arxasınca yollandı.
– Mən xanımla birlikdə qalaram, – kapitan Lombard dedi.
Hamballar çamadanları baqaja yüklədilər. Birinci taksi yerindən tərpəndi.
– Bəlkə, maşında gözləyəsiniz, – ikinci taksinin sürücüsü üzünü Vera Kleytorna tutub dedi.
– Yox, elə bura yaxşıdır, – qız cavab verdi.
– Təklif eləyirəm ki, stansiyada bir az gəzişək, – bu dəfə kapitan Lombard dilləndi.
– Yox, yox, hava çox gözəldir, stansiyada nə işimiz var?! – qız etiraz elədi.
– Bu yerlərə yaxşı bələdsiniz? – kapitan söhbətə körpü salmağa çalışdı.
– Xeyr, birinci dəfədir gəlirəm, hələ heç evin sahibəsi ilə də tanış olmamışam.
– Mən missis Onimin şəxsi katibəsiyəm.
– Belə de! – kapitan Lombard mənalı-mənalı gülümsündü. – Ev sahibini görmədən bu işə razılıq vermək qəribədir.
– Burada qəribə nə var ki?! Missis Onimin katibəsi qəfildən xəstələnib, işədüzəltmə agentliyinə teleqram göndərib ki, təcili ona katibə tapsınlar. Onlar da məni tövsiyə eləyiblər.
– Yaxşı, birdən missis Onim xoşunuza gəlmədi, onda necə olacaq?
– Onsuz da bu, mövsümi işdir, əslində, qız məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm, – qızın üzü bir anda dəyişdi, gözləri parıldamağa başladı. – Zənci adasını elə görmək istəyirəm ki! Qəzetlər hər gün bu adadan yazır. Görəsən, qəşəng yerdir?
– Bilmirəm, – kapitan çiyinlərini çəkdi. – Orada heç vaxt olmamışam.
– Doğrudan? – qız təəccübləndi. – Yaxşı, bəs Onimlər necə adamlardır?
«Hə, indi gəl, cavab ver! Guya mən onları tanıyıram?!» – Lombard öz-özünə mızıldandı. Sonra söhbəti dəyişmək üçün cəld dilləndi:
– Xanım, çiyninizdə hörümçək var! Bircə dəqiqə tərpənməyin! – yaxına gəlib elə hərəkət elədi ki, guya qızın çiynindəki hörümçəyi götürür.
– Çox sağ olun! – qız dilləndi. – Hörümçəklərdən yaman qorxuram!
Elə bu vaxt stansiyaya yaxınlaşan qatarın fit səsi eşidildi.
– Deyəsən, gözlədiyimiz qatar gəldi, – cənab Lombard dedi.
Qatardan hündürboy, görünüşündən hərbçiyə oxşayan, çal bığlarının ucları səliqə ilə vurulmuş yaşlı bir kişi düşüb onlara tərəf gəlməyə başladı. Bu, general Makartur idi. Arxasınca gələn hambal onun qəhvəyi rəngli ağır çamadanını daşıyırdı. Vera cəld generala tərəf addımlayaraq özünü təqdim elədi:
– Mən missis Onimin katibəsiyəm. Bu isə cənab Lombarddır. Maşın bizi gözləyir.
Onlar taksiyə mindilər. Oukbricin boş küçələrindən keçib şose ilə bir neçə kilometr gedəndən sonra ensiz qəsəbə yoluna çıxdılar.
– Buralara bələd deyiləm, – general Makartur dilləndi.
– Məncə, çox darıxdırıcı yerlərdir, – cənab Lombard dedi. – Yəqin, siz çox gəzib-görmüsünüz?
– Bəli, demək olar, bütün dünyanı gəzmişəm, – general cavab verdi.
Maşın təpəni enib önündə balıqçı qayıqlarının gözə dəydiyi bir neçə evdən ibarət balaca sahil qəsəbəsinə çatdı. Batan günəşin qızılı şəfəqləri dənizin içindəki qayaları işıqlandırırdı. Elə bu vaxt maşındakılar ilk dəfə Zənci adasını gördülər.
– Sahildən xeyli aralı imiş! – Vera təəccüblə dedi.
O bu yeri təsəvvüründə tamam başqa cür canlandırmışdı: az qala sahilə bitişik balaca bir ada və qəşəng, ağ imarət. Ancaq imarət-zad gözə dəymirdi. Qarşılarında sanki zənci başına oxşayan nəhəng bir qaya dənizin dibindən baş qaldırmışdı. Qızın bədənindən yenə soyuq gizilti keçdi.
«Yeddi ulduz» adlı mehmanxananın qarşısında bir dəstə adam onları gözləyirdi. Onlardan biri irəli durub özünü təqdim elədi:
– Adım Deyvisdir. Fikirləşdik ki, adaya birlikdə getmək üçün sizi gözləyək, – sonra da gülümsəyərək əlavə elədi: – Yolüstü boğazınızı bir balaca yaşlamaq istəməzsiniz ki?
Heç kimdən səs çıxmadığını görən Deyvis dedi:
– Elə isə, yubanmayaq, ev sahibləri bizi gözləyir. Qayıq hazırdır.
Sonra da kənarda dayanmış kişiyə əli ilə işarə verdi. Kişi onlara yaxınlaşdı. Ləngər vura-vura yeriməyindən dənizçi olduğu bilinirdi. Adı Fred Narrakott idi.
– Bizə iki cənab da qoşulmalıdır, – Fred dedi. – Onlar öz maşınları ilə gəlirlər. Lakin cənab Onim demişdi ki, onları gözləməyə ehtiyac yoxdur. Çünki bura nə vaxt gəlib çatacaqları bəlli deyil.
Dənizçi bunu deyib sahilə bərkidilmiş qayığa sarı addımladı. Adamlar da onun arxasınca yollandılar.
– Nə balaca qayıqdır, – Emili Brent narazılıqla dilləndi.
– Elə deməyin, xanım, bu, əla qayıqdır. Gözünüzü yumub-açana kimi sizi lap dünyanın o başına aparıb çıxarar. Hava gözəl, dəniz sakit, qorxmayın, heç bir problem olmayacaq.
Adamlar tərəddüdlə qayığa mindilər. Dənizçi elə qayığı işə salmaq istəyirdi ki, qəşəng bir üstüaçıq avtomobilin sürətlə sahilə yaxınlaşdığını gördülər. Sükanın arxasındakı oğlanın çiyinlərinə tökülmüş saçları küləkdən yellənirdi. Oğlan dalbadal siqnal verirdi. Hamı təəccüblə bu yaraşıqlı oğlana baxmağa başladı. Elə bil qarşılarındakı bəni-insan deyil, göydən enmiş mələk idi. Bu mənzərə qayıqdakıların yaddaşına əbədi həkk olundu…
Entoni Marston onlara qoşulan kimi qayıq suyu köpükləndirə-köpükləndirə Zənci adasına tərəf üzməyə başladı. Adaya az qalmış müasir üslubda tikilmiş böyük imarət göründü. Fred Narrakott qayığın motorunu söndürdü. Qayıq qayalıqların arasındakı təbii buxtaya yan alıb dayandı.
– Yəqin, pis havalarda sahilə yanaşmaq çətin olur, – Lombard dənizçidən soruşdu.
– Külək cənub-şərqdən əsəndə, ümumiyyətlə, Zənci adasına yaxın düşmək mümkün deyil, – Narrakott dedi. – Bəzən sahillə əlaqə tamam kəsilir.
Sonra onlar qayalıqlarla yuxarı dırmanmağa başladılar. Hamının üz-gözündən nigarançılıq yağırdı. Sanki buraya gəldiklərinə peşman olmuşdular. Ancaq qayanı dırmanıb evin qarşısındakı meydançaya çatanda kefləri düzəldi. İmarətin taybatay açılmış qapısı ağzında səliqə-sahmanla geyinmiş eşikağası onların pişvazında dayanmışdı. Elə ev özü də çox qəşəng idi.
– İçəri buyurun! – eşikağası təntənəli şəkildə onları imarətə dəvət etdi və özü də içəri girib qulluqçu qadının yanında dayandı.
Qonaqlar evin geniş və işıqlı salonuna daxil oldular.
– Təəssüf ki, cənab Onim evdə deyil, – eşikağası günahkarcasına gülümsəyərək dedi. – Vacib işi çıxdı, sabah gələcək. Mənə tapşırıb ki, sizin qulluğunuzda durum. İstəsəniz, otaqlarınıza çəkilib dincələ bilərsiniz. Şam yeməyi saat 8-də olacaq.
Vera Kleytorn qulluqçu missis Rocersin arxasınca pilləkənləri çıxmağa başladı. Qadın dəhlizin lap axırındakı otağın qapısını açdı. Vera içəri girəndə heyrətdən ağzı açıla qaldı. Otaq çox gözəl idi: geniş, işıqlı, səliqə-sahmanlı… İki pəncərəsi vardi, biri dənizə, o birisi şərqə açılırdı.
– Ümid eləyirəm ki, burada ehtiyacınız olan hər şey var, – qulluqçu dedi.
– Bəli, bəli, – qız cəld dilləndi.
– Yenə də nəsə istəsəniz, zəngi çalarsınız.
Missis Rocersin səsi quru və darıxdırıcı idi. Qız maraqla onun sifətinə baxdı. Bu solğun bənizli qadının üzündə elə bil qan qalmamışdı. Saçlarını təpəsində toplamışdı, əynində qara paltar var idi. «Lap əcinnəyə oxşayır», – Vera fikrindən keçirdi. Qadın danışanda gözlərini qızdan qaçırırdı. «Deyəsən, o nədənsə qorxur», – Vera düşündü. Sonra ucadan dedi:
– Mən missis Onimin yeni katibəsiyəm. Yəqin, sizə bu barədə deyiblər.
– Xeyr, xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.
– Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?
– Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.
– Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?
– Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.
– İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.
– Bəli, narahat olmayın.
Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.
– Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.
Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12] 12
Perqament – üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı, yağ və rütubət keçirməyən kağız– Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:
On zənci balası nahar edirdi,
Biri boğuldu, doqquzu qaldı.
Doqquz zənci balası yuxuya daldı,
Biri durmadı, səkkizi qaldı.
Səkkiz zənci balası Devona getdi,
Biri gəlmədi, yeddisi qaldı.
Yeddi zənci balası odun doğrayırdı,
Biri başını yardı, altısı qaldı.
Altı zənci balası bal axtarırdı,
Birini arı vurdu, beş zənci qaldı.
Beş zənciyə məhkəmə quruldu,
Biri güllələndi, dörd zənci qaldı.
Dörd zənci balası üzməyə getdi,
Biri qarmağa keçdi, üç zənci qaldı.
Üç zənci balası meşəyə getdi,
Birini ayı yedi, iki zənci qaldı.
İki zənci balası günəşlənirdi,
Birini günəş vurdu, o biri tək qaldı.
Tək qalan zənci çox kədərləndi,
Özünü asdı, heç kim qalmadı.– Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…
Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…
Comments are closed, but trackbacks and pingbacks are open.