Press "Enter" to skip to content

Dövlət İdarəçilik Akademiyasında “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb – FOTO

“Çox gözəl haldır ki, burada hüquq fakultəsinin əlaçı tələbələrinə kitabların qiymətində 50 faiz güzəştli xidmət olunacaq. Mağazadan məni maraqlandıran bir neçə kitab aldım. Qiymətlər də çox münasibdir. Şəhərin də mərkəzidir və hesab edirəm ki, tələblərimiz də buradan faydalanacaqlar. Bu layihə olduqca önəmlidir və həqiqətən hüququn bütün sahələrini əhatə etdiyi üçün Azərbaycanda bir ilkdir”.

Ilham Rəhimov “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab evi açdı və ilkə imza atdı – FOTOLAR

Gununsesi.info xəbər verir ki, şəhərin mərkəzi küçələrindən biri olan Tolstoy küçəsi 191 ünvanında, Nəsimi heykəlinin yanında açılan bu kitab evi hüquq ədəbiyyatı axtaranlar üçün sevimli bir məkana çevriləcək. Çünki bu kitab evində hüquq elminə aid tarixi 200 ilədək olan əntiq kitablar da tapmaq mümkündür. Hazırda kitab evinin ən qədim kitabı 1830-cu ildə çap edilmiş rüşvətxorluq və ona qqarşı mübarizədən bəhs edən kitabdır.

Bu gün adıçəkiilən “Hüquq ədəbiyyatı” kitab evinin açılış mərasimində çoxsaylı mötəbər qonaqlar, xüsusən də hüquq elmi sahəsində çalışan və öz imzaları ilətanın elm admaları iştirakedirdi. Tədbirdə eyni zamanda Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Rusiya Dövlət Dumasının deputatı Zaur Askenderov, Rusiya Notariatlar Assosiasiyasının rəhbərlərindən olan, professor Natiq Ağamirov və digər mötəbər qonaqlar iştirak edirdi.

Kitab evinin hquq elminin bütün sahələrini əhatə edən kitablar yer alıb. Kitab evi hüquqşünaslar, hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri, nəzəriyyəçilər, eləcə də, kütləvi oxucular həm Azərbaycan dilində, həm də digər dillərdə hüquq üzrə çap olunmuş ən yeni ədəbiyyatı əldə edə biləcəklər.

İdeya müəllifi və kitab evinin sahibi hüquq elmləri doktoru, professor İlham Rəhimov Gununsesi.info-ya açıqlamasında kitab evini açılması zərurəti və gələck fəaliyyəti haqqında danışıb.

İ. Rəhimov bildirib ki, kitab evinin açılmasında məqsəd heç də maddi qazanc əldə etmək deyil:
“Bura Azərbaycanda ilk kitab mağazasıdır ki, sırf hüquq elmi ilə bağlıdır. Deyim ki, heç Moskvada da hüquq elmi ilə bağlı bu cür kitab mağazası yoxdur. Uzun zaman öncədən Azərbaycanda belə bir kitab mağazasını təşkil edib, açmağı düşünürdüm. Bu mağazanı açmaqda məqsədim maddi qazanc əldə etmək deyil. Əsas məqsidimiz hüquqi maarifləndirmə, hüquq fakültəsində oxuyan tələbələrə kömək etməkdir. Ola bilər ki, tələbə hansısa bir kitabı almaq istəyir, ancaq onun maddi cəhətdən buna imkanı çatmır.

Bu baxımdan tapşırmışam ki, əgər tələbə hüquq fakültəsindən əlaçı olması ilə bağlı arayış gətirərsə, ona kitabı ya pulsuz, ya da qiymətindən 50 faiz ucuz versinlər. O cümlədən də Azərbaycanda tanınmış elm adamlarına da bu cür güzəştlər olacaq. Burada hüququn bütün sahələri nəzərə alınıb. Dünyanın hansı şəhərində yeni çapdan çıxan hüquq üzrə ədəbiyyatlar varsa, onları bura gətirəcəyik və gətirmişik. Əgər tələbəyə, elm adamına lazım olan kitab evində yoxdursa, sifariş verilir və o, gətirdiləcək. Eyni zamanda, burada elə qədimi kitablar var ki, onları heç Rusiyanın özündə də tapmaq mümkün deyil. Bura təkcə rus və Azərbaycan dilində deyil, ingilis dilində olan hüquq sahəsinə aid kitabları da gətirəcəyik”.

Kitab evinin açılışını isə Bakı Dövlət Universitetinin keçmiş rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov etdi. O, gələn qonaqları salamlayaraq, bu layihənin faydalarından danışdı:
“Hər bir tədbirin cəmiyyət üçün müəyyən effekti var.Xüsusən də hüquq elmlərinin təbliği üçün bu kitabxananın açılışını böyük hadisə hesab edirəm. Mənə elə gəlir ki, bu, hələ gecikmiş addımdır. Dünyada iki böyük məktəb olub ki, onlardan biri də Platonun məktəbidir. Bu, bəşəriyyətin inkişafına böyük işıq saçıb.Kitab bir işıqdır. Kitabsız insan isə kordur. Nə qədər savadlı olsan da, kitab insanın həyatına işıq saçır. Bu mənada professor İlham Rəhimovun tədbirini yüksək qiymətləndirirəm. Platonun açdığı məktəb beşinci əsrdə bağlanıb.

Ancaq bu məktəb qeyd etdiyim kimi bəşəriyyətə böyük işıq saçıb. Ondan bir dəfə soruşublar ki, insan nə ilə məşğul olmalıdır. O isə cavab verib ki, hər kəs bacardığı işi görməlidir. Hüququn inkişafında Roma xüsusi rol oynayıb. Hətta eradan əvvəl ikinci əsrdən, bizim eranın üçüncü əsrinə qədər olan dövrü “qızıl dövr” adlandırırlar. Həmin zaman kitabxanalar açılıb, hüquq sahəsi genişlənib.

Bu gün açılışını etdiyimiz kitabxana da çox qiymətlidir. Doğrudur, indiki zəmanədə tələbələr kitab oxumaqdan bir qədər uzaqlaşıblar. Ancaq hesab edirəm ki, bu kitabxananın misli yoxdur. İlham Rəhimovun bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu da əlavə bir işıqdır ki, yetişən gənc nəslimizə yol göstərəcək. Uğurlar arzulayıram”.

Daha sonra tədbir iştirakçıları mağazadakı kitablarla tanış olublar. Hətta, tədbirə gələn bir çox professorlar, elm adamları öz kitablarını mağazaya hədiyyə də ediblər.

Açılış mərasimində iştirak edən hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevin də layihə barəsində fikirlərini aldıq. M. Cəfərquliyev bildirdi ki, bu, cəmiyyətimiz üçün olduqca vacib bir işdir:
“Biz, hüquqşünaslar olaraq ölkəmizdə belə bir mağazanın açılmasını uzun zamandır ki, gözləyirdik. Bu barədə mənə ilk dəfə İlham müəllim məlumat verəndə, xahiş etdim ki, bu ideyanı tez gerçəkləşdirsin. Son zamanlar hər kəs bir kitab buraxıb, onu pərakəndə şəkildə satırdı. Mənim zənnimcə burada satılan kitablar, bir növ həm də yoxlamadan keçəcək. Bura brend sayılacaq mağazadır. Əgər hansısa kitabı mağaza qəbul edibsə, demək ki, o kitabın dəyəri var. Təşkilatçılara dərin təşəkkürümü bildirirəm”.

Rusiya Dövlət Dumasının deputataı Zaur Askenderov Gununsesi.info-ya açıqlamasında kitab evinin əhəmiyyətindən danışaraq bildirdi ki, belə bir hüquq sahəsi üzrə ixtisaslaşdırılmış kitab evi heç Rusiyanın mərkəzi şəhərlərində tapmaq çətindir:

“Ancaq Bakıda belə bir unikal kitab evinin açılışı çox müsbət hadisədir. Burada olan ədəbiyyatlarda geniş spektr insanlar istifadə edə biləcək. Belə bir kitab evinin fəlaiyyətə başlaması bir daha professor İlham Rəhimovun öz peşəsinə necə tələbkar və yaradıcılqla yanaşmasının göstəricisidir”.

Askenderov əlavə etdi ki, bu kitab evinin digər üstün cəhəti ondan ibarətdir ki, burada kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilib.

“Buranı unikal edən digər amil isə ondan ibarətdir ki, İlham Rəhimovun şəxsən özünə məxsus olan və çox qədim tarixə malik kitabların burada yer alması və insanların bu kitbalardan yaralanması olacaq. Yəni 1800-cü illərdə çap olunan kitabların belə kitab evində olması oxucuların diqqətini cəlb edəcək əsas məqamlardan biri olacaq. Bir daha təkrara edirəm ki, kitab evi bütün aspektləri ilə çox bir unikal mərkəz olacaq”- deyə, rusiyalı parlamentari bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov da təqdimat mərasimində çıxış edərək bildirdi ki, professor İlham Rəhimovla bir neçə il öncə söhbətimizdə o, belə bir mağazanı açmaq istədiyini bildirmişdi:

“Rəhimovun bu təşəbbüsünü 20-ci əsrin əvvəllərində Azərbaycan maarifçilərinin fəaliyyəti ilə müqayisə etmək istəyirəm. Çünki o dövrün maarifçiləri də ölkənin şəhərlərini, kəndlərini gəzirdilər ki, yeni məktəblər, qəzetlər açsınlar. İndiki dövrdə isə çox təəssüf ki, bizim bir çox şəxslərimiz ticarət mağazaları açırlar. Lakin İlham Rəhimov bu gün bir ticarət mağazasını, kitab mağazası etdi. Bu, çox böyük fəaliyyətdir və cəmiyyətimizin inkişafı üçün də olduqca faydalı işdir. Gələcəkdə tələbələrimiz, hüquqla maralanan hər bir şəxs buradan faydalanacaqlar. Bu isə gözəl bir haldır. Bugünkü açılışda iştirak edən şəxslər bura tez-tez gələcəklər. Bu baxımdan mağazanı həm də bir, görüş yeri də hesab etmək olar”.

Huquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova da b u təşəbbüsü yüksək qiymətləndirərək bildirdi ki, burada hüququn bütün sahələri üzrə kitablara rast gəlmək olur.

“Çox gözəl haldır ki, burada hüquq fakultəsinin əlaçı tələbələrinə kitabların qiymətində 50 faiz güzəştli xidmət olunacaq. Mağazadan məni maraqlandıran bir neçə kitab aldım. Qiymətlər də çox münasibdir. Şəhərin də mərkəzidir və hesab edirəm ki, tələblərimiz də buradan faydalanacaqlar. Bu layihə olduqca önəmlidir və həqiqətən hüququn bütün sahələrini əhatə etdiyi üçün Azərbaycanda bir ilkdir”.

Mürtəza Bünyadlı

Gununsesi.info

Dövlət İdarəçilik Akademiyasında “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb – FOTO

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Vəkillər Kollegiyası və “Black Garden” konsultasiya şirkətinin dəstəyi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsi üçün “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb.

E-huquq.az-ın məlumatına görə, kitabxananın kitabla təminatı isə BP Azərbaycan şirkəti tərəfindən həyata keçirilib.

Qonaqları salamlayan Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində qazanılan uğurlar bir sıra beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Rektorun sözlərinə görə, kitabxananın əhəmiyyəti həm tələbələr, həm də Akademiya üçün əvəzsizdir: “Bu baxımdan Vəkillər Kollegiyasının sədri Anar Bağırova, Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirm. Çünki, harada bilik varsa, orada inkişaf var. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində tam yeni texnologiyalar tətbiq edib. Hansı ki, bu, dünyanın heç bir yerində yoxdur. Hesab edirəm ki, görülən bu işlər Azərbaycanın gələcəyinə qoyulmuş sərmayədir”.

Sonra çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Milli Məclisin deputatı Kamal Cəfərov tərəfindən kitabxananın yaradılması ilə bağlı irəli sürülən təşəbbüsün təqdirəlayiq olduğunu qeyd edib: “Vəkillər Kollegiyası olaraq, bütün vəkil korpusu adından bildirmək istəyirəm ki, biz bu cür layihələri hər zaman dəstəkləyəcəyik. Ümumiyyətlə, Vəkillər Kollegiyası son illər ərzində islahat yolunu tutub. Biz Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bu əməkdaşlıq istiqamətləri müxtəlifdir. Biz həm tələbələrin istehsalat təcrübəsinin seçilməsinə kömək edirik, həm də müəllimlərin praktik biliyinin artırılmasına şərait yaratmışıq. Sevindirici haldır ki, Akademiyanın aşağı kurs tələbələri də Vəkillər Kollegiyasında istehsalat təcrübəsini öyrənirlər. Hesab edirəm ki, Vəkillər Kollegiyası hüquqşünas yetişdirən bütün ali təhsil müəssisələri ilə bundan sonra da əməkdaşlıq edəcək”.

Tədbirdə Milli Məclisin deputatları – Soltan Məmmədov, Bəhruz Məhərrəmov və Ramin Məmmədov da iştirak ediblər.

Tədbir iştirakçıları DİA-nın nəzdində fəaliyyət göstərəcək “Hüquq ədəbiyyatı kitabxanası” ilə tanış olublar.

Qeyd edək ki, DİA-da müasir tələblərə cavab verən kitabxana infrastrukturu formalaşdırılıb və tələbə, magistr və doktorantlar üçün rahat iş şəraiti yaradılıb. Bu gündən istifadəyə verilən “Hüquq ədəbiyyatı kitabxanası” isə hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün faydalı mənbə olacaq.

Kitabxananın kitabla təminatı isə BP Azərbaycan şirkəti tərəfindən həyata keçirilib.

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə

Comments are closed, but trackbacks and pingbacks are open.