Press "Enter" to skip to content

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu internet saytı vasitəsilə əhalinin suallarını cavablandırır

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Dövlət Sosial Müdafiə Fondu на Facebook. Если вам интересны новости Dövlət Sosial Müdafiə Fondu, регистрируйтесь на Facebook сегодня!

Dövlət Sosial Müdafiə Fondu на Facebook. Если вам интересны новости Dövlət Sosial Müdafiə Fondu, регистрируйтесь на Facebook сегодня!

Dövlət Sosial Müdafiə Fondu

@dsmf.sosial.gov.az

О пользователе Dövlət Sosial Müdafiə Fondu

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında yaradılıb.

Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu internet saytı vasitəsilə əhalinin suallarını cavablandırır

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) özünün internet saytı (www.sspf.gov.az) vasitəsilə əhalini maraqlandıran sualları cavablandırmaqda davam edir.

“Bu ilin ilk altı ayı ərzində saytın “Sual-cavab” altqrupuna vətəndaşlar tərəfindən sığorta-pensiya sisteminə dair 742 elektron sual ünvanlanıb. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib”, -çərşənbə günü Trend -a DSMF-in mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Cari ilin ilk yarısında sayta göndərilən sualların böyük əksəriyyəti əmək pensiyaları ilə bağlı olub – 254. 188 sual isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, “Sual-cavab” altqrupunun “fərdi uçot” bölməsinə 48 sual, “hərbi qulluqçulara dair pensiya və müavinətlər” bölməsinə isə 18 sual daxil olub.

Sualların 221-i isə altqrupun “digər” bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın “qonaq” bölməsinə isə 13 elektron məktub daxil olub.

Comments are closed, but trackbacks and pingbacks are open.