Press "Enter" to skip to content

Beynelxalq maliyye

Avropa Komissiyası bildirib ki, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması “həqiqətən Rusiyanın ixrac və idxalını bloklayacaq”.

BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ

Cəmiyyətin iqtisadi tərəqqisi ictimai əmək bölgüsü ilə sıx əlaqədardır. Müəssisə səviyyəsində bıı işçilərin ayrı-ayrı əməliyyatlar, texnoloji proseslər üzrə ixtisaslaşmasında və elə ona görə də əmək məhsuldarlığının, istehsal həcminin artmasında göstərir. Müəyyən mərhələdə bu iqtisadi artım üçün əhəmiyyəti faktor olur. Əmtəə istehsalının və xidmət göstərmənin bolluğuna gətirib çıxarır. Aydındır ki. belə ixtisaslaşma və əmək bölgüsü əvvəllər ayrı-ayrı ölkələrin milli iqtisadiyyatı çərçivəsində baş verirdi. Müəyyən dövrdən sonra ictimai əmək bölgüsü həmin çərçivəyə sığmadı, beynəlxalq forma almağa başladı, mübadiləni yeni keyfiyyət mərhələsinə keçirdi, milli təsərrüfatların qarşılıqlı təsirini genişləndirdi, stabiliəşdirdi. Təsərrüfat həyatının və fəaliyyətinin beynəlmiləlləşməsinin mahiyyəti məhz bundan ibarətdir. İndi biz bu prosesin dünya iqtisadiyyatındakı xüsusi rolunun şahidi oluruq, onun yeni kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğradığını görürük. Hazırda dünya təsərrüfatında keyfiyyət dəyişiklikləri meqa iqtisadiyyat adlanan yeni mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, dünya təsərrüfatı sferası getdikcə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatına bilavasitə təsirini gücləndirir və onun inkişafını təyin edən amilə çevrilir. V.A.Medvedyev qloballaşmanı “dünya ölkələri arasındakı münasibətlərdə cəmiyyətin və iqtisadiyyatın müasir sənayeləşmə səviyyəsinin təzahürü forması” adlandırır.

Yükləməyə Keç [975,24 Kb] [ : 46] –>

Beynelxalq maliyye

Avropa İttifaqı, ABŞ və Kanada şənbə günü Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.

Marja xəbər verir ki, bunlara daxildir:

– bir sıra rus banklarının SWIFT-dən çıxarılması;

– Rusiya Mərkəzi Bankının “Aktiv iflici”;

– rus elitasının və onların ailələrinin aktivlərinin dondurulması.

“Qərbin yeni sanksiyalarından sonra Rusiya bank sisteminin çöküşü gözlənilir”, – ABŞ administrasiyasının sözçüsü brifinqdə deyib.

O, əlavə edib ki, Rusiya indi “qlobal iqtisadi və maliyyə mənasında pariyaya” (hüqusuz) çevriləcək.

“Rusiya beynəlxalq maliyyə sistemindən qovulur”, – deyə rəsmi əlavə edib.

ABŞ rəsmisi qeyd edib ki, həftə sonu Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı da daxil olmaqla əlavə tədbirlər hazırlayacaq.

Administrasiya rəsmisi bildirib ki, SWIFT-dən ayrılacaq bankların siyahısına gəlincə, o, hələ də formalaşdırılır. O əlavə edib ki, sanksiyalar Rusiya Mərkəzin Bankının bütün 630 milyard dollar valyuta ehtiyatına şamil ediləcək.

Ağ Ev bildirib ki, Qərb, dünya bazarlarında yanacaq qıtlığının və onun bahalaşmasının qarşısını almaq üçün enerji təchizatına xidmət edən Rusiya banklarını SWIFT-də saxlamağa çalışacaq.

Növbəti sanksiyalar paketi Rusiyanın Ukraynada fevralın 24-də başlayan hərbi əməliyyatı ilə bağlıdır. Rusiya hakimiyyəti bildirir ki, bu hərbi əməliyyatın məqsədi Donbass əhalisini “Kiyev rejiminin soyqırımından” xilas etməkdir.

SWIFT sistemini Rusiya banklarına bağlamağa hazır olduğunu açıqlayıb. Şirkət rəsmi qeyd edib ki, əmr verildikdən sonra Rusiya banklarına qarşı tədbir görməyə hazırdır. İndi SWIFT Qərb ölkələri ilə hansı bankların siyahıya daxil ediləcəyini müzakirə edir.

Avropa Komissiyası bildirib ki, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması “həqiqətən Rusiyanın ixrac və idxalını bloklayacaq”.

Reuters yazıb ki, bazar ertəsi Rusiya rublunun kəskin zəifləməsi, əmtəə qiymətlərinin artması və yüksək qeyri-müəyyənlik səviyyəsi gözlənilir.

“BNO News” “Bazar ertəsi Rusiya valyuta bazarında fəlakət olacaq” başlığını verib.

Comments are closed, but trackbacks and pingbacks are open.