Press "Enter" to skip to content

Z əməliyyatları

Bu gün faktiki olaraq hər bir azərbaycanlı ailəsində hansısa xəstəlikdən əziyyət çəkən insan var. Böyük çoxluq isə “harada qırılar, qırılar” deyib xəstəxanaya üz tutmaqdan imtina edir. Səbəb çox sadədir: BAHALIQ!

Ürək əməliyyatı üçün qiyməti öyrənən xəstələr ölmək istəyirlər

Bu gün faktiki olaraq hər bir azərbaycanlı ailəsində hansısa xəstəlikdən əziyyət çəkən insan var. Böyük çoxluq isə “harada qırılar, qırılar” deyib xəstəxanaya üz tutmaqdan imtina edir. Səbəb çox sadədir: BAHALIQ!

Ölkədə fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının sayı da elə xəstələr kimi kifayət qədər çoxdur. Təsadüfən müraciət etdiyiniz müalicə müəssisəsində növbə gözləyən insanlara rast gəlmək görünməmiş hal deyil. Amma məşhur lətifədə deyildiyi kimi, azərbaycanlılar xəstəlik daha ağır hala gələndə həkimə müraciət edir. O zaman isə mütləq surətdə əməliyyatlıq olur. Amma di gəl ki, əməliyyat üçün tələb edilən məbləği öyrənən xəstə daha çox ölməyə üstünlük verir, nəinki sağalmağa.

Xüsusilə ürək-damar xəstəlikləri ilə bağlı ehtiyac duyulan cərrahi müdaxilə üçün Azərbaycandakı klinikalarda 4-5 min, bəzən 8-10 min manat tələb edilir. Orta statistik azərbaycanlı xəstə isə bu məbləği ödəmək iqtidarında deyil.

Bu qiymətləri hansısa şəkildə tənzimləmək olmazmı ki, insanlar ölməyə üstünlük verməsinlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova modern.az saytına bildirir ki, nazirliyin özəl klinikaların işinə müdaxilə etmək hüququ yoxdur:

“Eyni zamanda dövlət xəstəxanalarında müalicə və müayinələr pulsuz olaraq həyata keçirilir”.

Xatırlatmaq istərdim ki, dövlət xəstəxanasının hələ qapısına yaxınlaşanda içəri daxil olmaq üçün qapıçı haqq istəyir. O ki qaldı hansısa həkim pulsuz əməliyyat keçirə!

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az saytına deyir ki, Səhiyyə Nazirliyinin özəl klinikaların işinə müdaxilə etməsi bazar iqtisadiyyatı qaydalarına ziddir. Deputat qeyd edir ki, problemin həlli icbari tibbi sığortanın tez bir zamanda tətbiq edilməsdir:

“İcbari sığorta zamanı qiymətdən asılı olmayaraq vətəndaş əziyyət çəkmir. Həmçinin rəqabətli mühit şəraitində klinikalarda qiymətlər tənzimlənir. Digər yol dövlət səhiyyə sektorunun inkişaf etdirilməsidir. Bu sektorda lazımi tibbi müdaxilələr özəl sektordakı qədər komfortlu, güvənli şəraitdə aparılmalıdır ki, vətəndaş dövlət səhiyyə sektoruna üstünlük versin. Bu zaman özəl sektor qiymətləri aşağı salmağa vadar olar”.

Üz əməliyyatları

Feysliftinq və ya üz gərmə (dartma) əməliyyatı 40 yaşdan yuxarı kişi və qadınlara tövsiyə olunan plastik əməliyyatdır. Bu əməliyyat sayəsində yaş dəyişiklikləri aradan qaldırılır. Uz germe emeliyyatinin köməyi ilə üzə kontur dəqiqliyi verilir. Yumşaq toxumaların sallanması problemi də həll edilir. Pasiyent 10-12 yaş cavanlaşır. Bu əməliyyat barədə ətraflı oxumaq üçün daxil olun.

Endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı (browlifting)

Brow lifting əməliyyatı bir neçə üsulla həyata keçirilə bilər. Uyğun üsul pasiyentin orqanizminin fərdi xüsusiyyətləri əsasında seçilir. Son dövrlər endoskopik qaş qaldırma və Bella Eyes daha çox dəbdədir. Yaşlanmanın və yerin cazibə qüvvəsinin təsiri ilə qaşların aşağı düşməsinə gətirib çıxarır. Həm də üst göz qapağı sallanır. Qaşüstü nahiyədə kəsiklərin aparılması eyni vaxtda bir neçə problemi həll etməyə imkan verir. Bu müdaxilənin yardımı ilə piy və yumşaq toxuma artıqlarından müvəffəqiyyətlə qurtulmaq olar. Dəri hamarlanmasına nail olunur və qaşlar qaldırılır. Daha geniş məlumat üçün klikləyin.

Blefaroplastika

Blefaroplastika – göz qapağı dərisi gərilməsinin icra olunduğu plastik əməliyyatdır. Çoxları üçün bu, göz qapaqları yırtıqları və şişliklərindən qurtulmağın nəticəsi olan tək yoludur. Gözlər real yaşı bildirir. Buna görə də cərrahi korreksiya zahiri görünüşü xeyli yaxşılaşdırmağa imkan verir. Bu prosedur əsasən orta yaşlı pasiyentlərdə tələbatlıdır. İnsanı yaşlı göstərən gözaltı qırışlar və torbalar yaş dəyişikliklərinin ilk əlamətləridir. Bəzən bu prosedur daha gənc yaşlarda, sallanma və yırtıqların formalaşmasına anatomik meyillilik olduqda tələb olunur. Ətraflı məlumat üçün buraya daxil olun.

Otoplastika (qulaq plastikası)

Gözəl qulaq forması daim insanın “vizit kart”larından biri olmuşdur. Anadangəlmə və ya qazanılma qulaq seyvanı qüsurlarının aradan qaldırılması əməliyyatı otoplastika adlanır. Bu metod qulaq seyvanına aid istənilən problemi effektiv surətdə həll edir. Əməliyyat palazqulaqlıq, qeyri-proporsional (hədsiz kiçik, yaxud böyük) sırğalıq (qulaq məməsi), bəzən də qulag seyvanının tam və ya qismən yoxluğunda tətbiq olunur. Əməliyyat barədə daha ətraflı buradan oxuyun.

Burun əməliyyatı (rinoplastika, septoplastika)

Burun əməliyyatı mürəkkəb plastik əməliyyatlardan biridir. Bu əməliyyat burun donqarlığını götürür. Onu kiçildir, formasını dəyişir. Digər plastik əməliyyatların çoxu kimi burun plastikası da çox vaxt mahiyyətcə insanın psixoloji səhhətini dəyişir. Plastik burun əməliyyatı burun çəpəri əməliyyatı ilə birgə edilə bilər. Yəni burun emeliyati həm estetik, həm də sağlamlıq problemini – tənəffüs funksiyasını həll etmiş olur. Daha geniş və ətraflı məlumat oxumaq üçün klikləyin.

Çənə (buxaq) korreksiyası (mentoplastika)

Mentoplastika (ikinci adı – genioplastika) çənəaltı (buxaq) formasını korreksiya etmək imkanı verir. Üzün aşağı hissəsi doğuşdan böyük ola bilər. Bu, genetikdir. Çox vaxt çənə altı yaş dəyişikliyi yanlış həyat tərzi ucbatından yaraşıqsız görkəm alır. Səbəbdən asılı olmayaraq, cene plastikası situasiyanı düzəltməyə kömək edir. Daha ətraflı bilgi toplamaq üçün bura tıklayın.

Boyun gərmə (dartma) əməliyyatı (platizmoplastika)

Boyun yaşlanmasını qeyri-cərrahi metodlarla dayandırmaq çətindir. Ona görə yox ki, onlar çox pisdir. Sadəcə dərialtı əzələlərin quruluşu elədir ki, onların tonusunu dəyişmək, qırışları ləğv edəcək qədər gərmək müdaxiləsiz mümkün deyil. Platizma – nazik əzələ plastı – körpücükdən yuxarı gedir. Onun lifləri ayrılaraq alt çənə bağlarına bərkidilmiş olur. Buna müdaxilə etmək yalnız cərrahi yolla, boyun germe emeliyati ilə mümkün olur. Daha geniş oxumaq üçün klikləyin.

Ürək Əməliyyatından Sonra Nələrə Diqqət Etməliyik

Əməliyyatdan sonra baş verən ölümlərin ən böyük səbəblərindən biri, immunitet sisteminin zəif olması və xəstənin əməliyyata dözümlü ola bilməməsidir. Əməliyyata dözə bilməməsinin səbəblərindən ən önəmlisi isə evdə lazımi müalicənin aparılmaması və qayğı ilə yanaşılmamasından ortaya çıxır. Əməliyyatdan sonra xəstəyə və ailəsinə böyük vəzifələr düşür.

Ürək Əməliyyatından Sonra Qidalanma

Ürək əməliyyatından sonra duzlu yeməklər yeyilə bilərmi?

Əməliyyatdan əvvəl xəstənin əməliyyata hazırlaşdığı prosesdə, duzsuz yeməklər verilməyə başlanır və əməliyyatdan sonra da bu gedişat pozulmamalıdır. Yəni xəstəyə duzsuz, pəhriz yeməklər verilməlidir. Evdə də bu qayda pozulmamalıdır. Əks halda xəstədə mənfi nəticələrə yol aça bilər.Çörək,səhər yeməyi qidalarının tərkibində duz olmamalıdır.

Ürək əməliyyatından sonra qidalanma necə olmalıdır?

Xəstə, əlbəttə vitamin tərkibli qidaları istehlak edərək pəhriz saxlayacaq. Xəstənin özünə gəlməsi və vitaminsiz qalmaması üçün lazımlı protein və vitaminlərin yer aldığı qidaları mütləq yeməlidir. Hər yeməkdə yəqin ki, duzsuz şorba olmalıdır. Xəstənin mədə qıcqırması varsa, yeməkdə ədviyyat istifadə etməməyə da diqqət etməlisiniz. Yemək porsiyaları az olmalı və 2-3 növ olmalıdır. Az yağlı; Qaynadılmış ət, toyuq, balıq da yemək olar. Yeməklərdə isə, həftə 2-3 dəfə qaynadılmış yumurta, duzsuz pendir və duzsuz zeytun kimi səhər yeməyi yeyə bilərlər. Yeməklərdə də yağlı qidalardan mütləq uzaq durmaq lazımdır.
Eyni zamanda, xəstə bol tərəvəz yeməkləri yeməsi təklif edilərkən, çox qatı yeməklər yeməməlidir. Xəstənin hərəkətləri məhdud olduğu üçün qatı yeməklər yedikdə qəbizlik problemləri yaşa bilər. Yenə qəbizliyə səbəb olacağı üçün banan, şaftalı kimi meyvələrə üstünlük verilməməli və ərik, gilas, çiyələk, alma kimi meyvələri xəstə yeyə bilər. Bu meyvələrin şəkər əlavə etmədən,kompot hazırlayıb xəstəyə vermək olar. Həm də bağırsaq hərəkətləri normal hala qayıdacaqdır.

Ürəyin Öndən Təsviri

Ürək əməliyyatı olan xəstənin şəkəri varsa necə qidalanmalıdır?

Əgər xəstənin şəkəri varsa, günorta yeməklərini yeməlisiniz. Çünki xəstənin qan şəkərinin azalması şəkərinin yüksəlməsinə səbəb ola bilər. Buna görə günorta yeməyi yağsız süd, meyvə, duzsuz qalet və az yağlı qatıqlara üstünlük verilməlidir.
Əsas yeməklərdə isə xəstə karbohidrat olmayan qidalar yeməlidir. Makaron, plov, əriştə, göbələk kimi qidalar şəkər xəstələrinə verilmir. Şəkər xəstəsi olmayan ürək xəstələri az yağlı və duzsuz olması şərtilə bu qidaları rahatlıqla yeyə bilər.

Ürək Əməliyyatından Sonra Xəstə Bunları Etməlidir

Narkozun təsirindən necə xilas olmaq olar?

Əməliyyat zamanı xəstəyə narkoz verildiyi üçün xəstə əməliyyatdan sonra bunun təsirlərini yaşamaqdadır. Bu təsirlərdən xilas olmaq üçün xəstə su içməlidir. Həddindən artıq olmamaq şərtilə gündə ən azı 2.5 litr su içməlidir. Çünki xəstə narkozu bəlğəm yolu ilə, içdiyi su sayəsində xaric ediləcəkdir.

Əməliyyatdan sonrası xəstə hansı məşqləri edə bilər və hansını edə bilməz?

Əməliyyat əsnasında, ürək və ağciyər funksiyaları dayandırılır və ürək və ağciyər cihaz köməyi ilə xaricdən işlədilir. Buna görə əməliyyatdan sonra xəstələrin ağciyərləri kiçilir və ölümcül nəticələr doğurur.

Ağciyərləri açmağın ən əsas yolları aşağıdakılardır;

– Xəstəyə verilən tənəffüs məşq cihazını, xəstə ağrılarına baxmayaraq bunu üfləyərək məşq etməlidir. Çünki bu cihaz xəstənin ciyərlərinin tənbəllikdən oyanmasına yardımçı olacaqdır.

– Xəstənin kürəyinə yenə ciyərlərini oyatmaq üçün ciyərə yaxını tərəfdən, əllər düz deyil günbəz olacaq şəkildə, xəstənin kürəyinə ritmik olaraq və bir az sərt vurulmalıdır.
– Eyni şəkildə yuxarıda yazdığım kimi ciyərləri narkozun təsirindən qurtarmaq üçün su içmək gözardı edilməməlidir.
Ağciyərləri işlətməkdən başqa, xəstənin gündə bir neçə dəfə yürüş etməsi lazımdır və yürüş zamanı qolları tərpətməməlidir. Buna görə döş səviyyəsində yastıq tutulmalıdır və bu yastıq yürüş əsnasında davamlı olaraq əllərlə sinədə tutulmalıdır.

Xəstə yürüşə hər gün məsafəni artıraraq davam etməlidir.
Bunlardan başqa, xəstə yaxşılaşana qədər ağır hərəkətlərdən çəkinməli və yürüyüşdən başqa idmandan uzaq durmalıdır .Oturub qalxarkən belə ani hərəkətlərdən çəkinməlidir.

Ürək Əməliyyatından Sonra İnfeksiya Riski

Ürək əməliyyatından sonra, xəstələrin klinikaya yenidən müraciət etmə səbəblərinin başında infeksiya gəlir. Xəstələr həkimin təklif və xəbərdarlıqlarına riayət etmədikləri üçün təcili klinikaya müraciət edirlər. İnfeksiyaya yoluxan xəstələrdə, yüksək temperatura, titrəmə, əməliyyat yerində; axıntı, iltihab kimi əlamətlər görülür. Ürək əməliyyatından sonra, xəstələrin immunitet çox zəif olur.Balaca bir mikrobu belə qapıb infeksiyaya çevirəbilmə riski vardır. Xəstə immunitetini gücləndirənə qədər infeksiya riskinə qarşı xəstələr özlərinə diqqət etməlidirlər.

İnfeksiyadan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Narkoz Verilərək Ağciyər Funksiyasının Dayandırılmsı

– Xəstənin yanına mümkün qədər ziyarətçi qəbul edilməməlidir.
– Əgər ziyarətçi qəbul ediləcəksə, 1 nəfərdən çox xəstənin yanında durmamalıdır
– Ziyarətçi xəstənin yanında 1-2 dq-dən çox qalmamalıdır.
– Ziyarətçilərin, xəstənin ağrılarına hər hansı bir faydası olmayacağına görə xəstənin səhhəti üçün xəstədən uzaq durmalıdır.
– Qripli, soyuqdəyməli ya hər hansı bir yoluxucu xəstəliyi olanlar xəstənin yanına buraxılmamalıdır.
– Xəstəni qucaqlamaq,əl ilə görüşmək olmaz.
– Xəstənin yanına girəcək olanlar və xəstə daxil əllərini yumalıdır və dezinfeksiya etməlidir.
– Otaq tez-tez havalandırılmalıdır.
– Xəstənin əşyaları və otaq gigiyenik olmalı və gigiyena şəraiti qorunmalıdır.
– Xəstə immunitetini gücləndirənə qədər bir müddət telefon danışıqlarından uzaq tutulmalıdır.
– Xəstənin qrip, soyuqdəymə olmasına diqqət edilməli, cərəyandan qorunmalı, tərlikən üşüməməsinə əhəmiyyət verilməlidir.
– Həkimin məsləhət etdiyi yemək menyusundan kənara çıxarılmamalıdır. Əks təqdirdə ağır qidalarla orqanizmi yoraraq yaranın iltihabına yol aça bilər.

Yaxşılaşma Müddəti

Ürək əməliyyatında yaxşılaşma müddəti nə qədərdir?
Xəstələr nə zamandan sonra gündəlik həyatlarına qayıda?

Əməliyyatdan sonra yaxşılaşma prosesi 2 aydır . 2 aydan sonra xəstələr gündəlik fəaliyyətlərini yerinə yetirə bilərlər. Özlərini yormamaq və ağır qaldırmamaq şərtilə normal bir həyat davam etdirə bilərlər. Qidalanmalarına keçmişə nisbətən daha diqqət etsinlər. Unudulmamalıdır ki, nə qədər yaxşılaşmış belə olsa, ürəkdən əməliyyat keçirilərə ürək xəstəsi statusu əldə edilmişdir. Buna görə gündəlik həyatda buna diqqət edərək hərəkət edilməlidir, kolestrol səviyyəsi normal olmalıdır, bol su istehlak edilməlidir, həddən artıq duzdan uzaq durmaq lazımdır, yürüş edilməməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.