Press "Enter" to skip to content

20 növ film və onların xüsusiyyətləri

Qanunvericilikdə mən dediyim yanaşma olsaydı istehsalçıya dövlət tərəfdən dəstək olunardı: daha yaxşı ssenarinin yazılması üçün ekspertlər toplaşardı, daha yaxşı aktyorlar cəlb oluna bilərdi, dövlətin dəstəyi ilə böyük reklam kampaniyaları aparıla, tərcümə olunaraq xarici bazarlara, festivallara çıxarıla bilərdi. Çünki bu film bizim mədəni məhsulumuzdur.

Azərbaycan kinosu: “Bilikləri az, dərin təcrübələri yox, təklif də verə bilmirlər. ” – Brifinq

– Fikirlərimi mədəniyyət naziri Adil Kərimli ilə görüşdə də dedim. Forum heç bir problemi həll etməyəcək. Bu, sadəcə olaraq insanların bir araya toplanıb, öz problemlərini dilə gətirməsi üçün yaradılan şərait idi.

Amma forum göstərdi ki, kino sahəsində çalışan insanlar problemlərini heç dilə də gətirə bilmirlər. Ümumi bilikləri azdır, dərin təcrübələri yoxdur və üzləşdikləri problemlərin həlli ilə bağlı təkliflər verə bilmirlər, yaranan vəziyyətdən çıxış yolunu tapmağa belə səy göstərmirlər.

Təhsilim hüquqşünas olduğuna görə mən bu məsələyə həm də hüquqi tərəfdən yanaşıram. Forumda qanunvericiliklə bağlı ciddi təkliflər səslənmədi. Digər tərəfdən, bizdə mədəniyyətin idarəetməsi sahəsində olduqca ciddi problemlər mövcuddur. Bu da yaradıcı insanların idarəetmə ilə məşğul olmasından qaynaqlanır.

Prodüserlər Gildiyası olaraq düşünürük ki, nazirliklə intensiv əməkdaşlıq edək. Forumda vurğuladığım məsələlərdən biri də bu idi. Digər məsələ, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə bağlı idi. Həmin proqramda hələ 2008-ci ildə nəzərdə tutulmuş qanunvericilik islahatları həyata keçirilmədi.

2009-cu ildə, görəndə ki qanunvericilik sahəsində bir fəaliyyət yoxdur, kino haqqında qanun layihəsini hazırladım və hamıya göndərdim. O cümlədən Mədəniyyət Nazirliyinə təqdim etdim. Sonradan, 2014-cü ildə bu layihə hamı ilə razılaşdırılmış bir variantda (halbuki mən özüm onunla razı deyiləm) Milli Məclisə təqdim olundu, amma nə ictimai müzakirəyə çıxarıldı, nə də qəbul olundu.

Nərmin Muradova: Gəlin, dəqiqləşdirək, yekun qanunun müəllifi sizsiniz, deyilmi? Bəs niyə qanun qəbul olunmur? Problem nədədir?

– Qanunun bir çox müddəalarını mən yazmışdım, amma o vaxt nazirlikdə bir çox maddələr çıxarıldı, müəyyən maddələr isə ümumi yazıldı. İstənilən halda, bir konseptual layihə kimi yaxşıdır, ümumi müzakirəyə çıxarmaqla onu müasir tələblərə cavab verən hala gətirmək mümkündür.

Forum çərçivəsində Qənirə xanımla (parlamentin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva – red.) görüşdüm və sizin mənə verdiyiniz sualı ona ünvanladım. Dedi, qanun məni qane etmədiyinə görə onu yenidən işlənməsi üçün Mədəniyyət Nazirliyinə göndərdim.

“Kino Fondunun yaradılması qanunla tənzimlənmir”

Nərmin Muradova: Hansı bəndləri bəyənmədiyini izah etdimi?

– Yox. Qənirə xanıma da dedim ki, qanunun müəllifi mənəm. Ordakı müddəalarla bağlı iradlara cavab verə, yaxud izahata ehtiyac varsa onu da açıqlaya bilərəm. Bildirdim ki, gəlin, bununla bağlı dəyirmi masa keçirək, həmin qanun layihəsini müzakirəyə çıxaraq. Kino sahəsində sizi narahat edən problemlərin qanunda necə həll olduğunu qanunda olan müddəalar vasitəsilə mən izah edim.

Amma bunu etmədən kiməsə demək ki, sənin yazdığın qanun mükəmməl deyil, pisdir, bu mənə görə obyektiv yanaşma sayıla bilməz.

Hazırkı qanun 1998-ci ildə qəbul edilib. Diqqətlə baxsanız görəcəksiniz ki, ortada üç-dörd işlək maddə var, onlar da problemləri həll etmir. Həmin qanun qəbul edildikdə təsəvvür edin ki, SSRİ-nin dağılmasından səkkiz il ötmüşdü və mövcud kino istehsalını qanun çərçivəsinə salmaq istəyirdilər. Ona görə də SSRİ-dən bizə əmanət qalmış dövlət sifarişini qanuna salmışdılar. Daha sonra dövlət sifarişini nazirliyin kino şöbəsinin daxili əsasnaməsinə əlavə etdilər. Və beləliklə, faktiki bütün sistem dövlət sifarişi üzərində quruldu. Bu sistem özəl sektorla əməkdaşlıq etməyə, xarici və yerli kino istehsalçıları ilə birgə istehsala xidmət etmir.

Nərmin Muradova: Fikrin bəy, xatirimdədir ki, həmin kino qanunu xeyli müzakirə edilmişdi.

– Onu ilk dəfə öz təşəbbüsümlə, 2017-ci ildə gənc rejissorlarla müzakirəyə çıxardım. Və onda başa düşdüm, həmin rejissorların da hüquqi bilikləri kifayət qədər deyil ki, konstruktiv təkliflər versinlər.

Hamı Kino Fondundan və güzəştlərdən sual verdi və mən onlara izah etdim ki, Kino Fondunun yaradılması bu qanunla tənzimlənmir. Fondun yaradılması Prezidentin və yaxud digər mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Güzəştlər (vergi və gömrük) isə digər qanunvericilik aktları ilə tənzimlənir.

“Çəkilən filmlərin 20-30 faizi özünü doğrultmur”

– İnkişafımız üçün qanun mütləq olmalıdır.

– Təbii. Qanun şərtlərdən biridir. Bizdə özəl sektor da var, dövlətdən pul almadan filmlər çəkirlər. Qanunvericilik olmadığına görə özəl sektorun inkişafı da ləngiyir. Məsələn, özəl kino istehsalçısı çətinliklə kino üçün pul tapır. Qanunvericilikdə kino sahəsi ilə bağlı stimullaşdırma tədbirləri müəyyən olunarsa, bu sahəyə sərmayələr daha asan yolla cəlb oluna bilər.

Digər tərəfdən, sərmayələrin çıxarılması üçün prokat olmalıdır. Bizdə kinoteatrlar arasında müəyyən rəqabət olduğuna görə həmin filmin iki kinoteatrda eyni vaxtda nümayişinə nail ola bilmir. Kinoteatrlar arasındakı daxili mübahisələr kino sənayesinə ziyan vurur. Bu tənzimləməni qanunvericiliklə həll etmək olardı, o da buna imkan vermir.

Dövlət bir çox məsələlərə dolayı yaxud birbaşa stimullaşdırma edə bilər: məsələn, ekran vaxtına kvotaların təyin olunması, yayım dilinə dair tələblər (dublyajın stimulyasiyası) və s. İndi heç bir televiziya kanalına deyə bilməzsən ki, efirə milli film ver. Amma bizim yeni qanun layihəsində bu, nəzərə alınmışdı. Bu variant 1945-46-cı illərdə Fransada tətbiq edilib və bəhrəsini gördükdən sonra minimum həddə saxladılar (bu gün Fransada 43%, İtaliyada 21%, Misirdə 81% və s). MDB ölkələrinin bir çoxunda – Gürcüstanda, Ukraynada, Qazaxıstanda, Özbəkistanda milli ekran anlamı mövcuddur. Dövlət tərəfindən hər il minimal həcm müəyyən olunur və ona uyğun olaraq televiziyada, kinoteatrlarda yerli filmlər nümayiş olunur.

Bu, həm yerli filmlərin qeyd-şərtsiz nümayişinə şərait yaradır, həm də bu sahəyə investisiya qoyulmasını stimullaşdırır.

Kino sənayesi böyük bir dəyər zənciridir: ideyadan tutmuş filmin müxtəlif üsullarla yayımına, onun kadrlarının ayrı-ayrı kirayəsinə qədər hər bir mərhələ vəsait gətirəndir. Geniş anlamda kino biznesi yalnız kiminsə əsərinin ekranlaşdırılması ilə məhdudlaşmır. Bura hətta film muzeyləri, filmin çəkildiyi məkanlara ekskursiyalar və daha nələr, o cümlədən suvenirlərin istehsalı da daxildir.

İstanbula getsəniz bir çox film məkanlarının artıq turist məkanına çevrilməsinin şahidi olarıq. “Aşk Memnu” serialının çəkildiyi məkan Vehbi Koç Evi bu gün məşhur bir yerdir, bir çox turist oranı ziyarət edir.

Digər tərəfdən, mövcud qanunda festivallarla bağlı müddəalar çox ümumidir, filmlərin promoşnı ilə bağlı yalnız dövlət sifarişi ilə istehsal olunan filmlər hər hansı bir dəstək ala bilirlər. Özəl sektorun filmləri isə yox. Film sektorunun inkişafı üçün festivallarda iştirak etmək lazımdır, ölkəmizin tanıtımı üçün isə festivalların keçirilməsi stimullaşdırılmalıdır ki, bu öz növbəsində mədəni mübadiləyə səbəb olur.

Təkrarlamaq kimi çıxmasın, amma kino mühüm bir sənayedir və burda uğur qazanmaq üçün qanunvericilikdə aparılan islahatlar bütün istehsal və satış mərhələlərini əhatə etməlidir. Kinoya sərmayə qoyan şəxs əvvəl-axır o pulu çıxarmalıdır. Hazırkı kino qanunu bu gəlirin və ya faydanın əldə edilməsinə yönəlməyib, film layihələrinin uğuruna xidmət etmir. Özünüz də görürsünüz ki, bir çox filmlər uğursuz olur, istehsalçılar istədiyi, lazım olduğu qədər gəlir əldə edə bilmirlər, çəkilən filmlərin 20-30 faizi özünü doğrultmur.

Tapdıq Qurbanlı: Belə çıxır ki, Azərbaycanda ciddi ekran işinin olmamasına qanunvericilik bazasının zəifliyi mane olub?

– Hə və yox. Dövlət sifarişi ilə istehsal olunan filmlərə toxunaq. Dövlət həmin filmlərin bayaq dediyimiz kino sənaye zəncirində uğurlu olması üçün heç nə etmir. Daha doğrusu, bu, onun marağında deyil. O filmi çəkir və bununla da işini bitmiş hesab edir. Forumda da bu fikirlər səslənmişdi.

Dövlət deyir ki, mən filan mövzuda kino çəkməliyəm, hansısa yazıçının əsərini ekranlaşdırmalıyam. Bunun üçün 1 milyon pul xərcləyir – hər halda 2018-ci ilə qədər belə idi – amma o filmin özünü doğruldub-doğrultmaması ona maraqlı deyil. Film xətrinə film çəkilirdi.

Kommersiya filmlərinə gəlincə, bəzilərini heç film adlandırmaq olmaz, amma kommersiya uğuru olanları da var. Məsələn, Emil Quliyevin “Pərdə” silsiləsi. O filmlərə çox adam baxıb, amma inanın, çox az qismi onları kinoteatrda izləyib. Film böyük baxış sayına malik olsa da, kommersiya nöqteyi- nəzərindən uğursuz alınıb. Emillə bu barədə söhbət etmişəm və o bildirib ki, trilogiyanın heç bir filmindən kifayət qədər vəsait toplaya bilməyib.

Qanunvericilikdə mən dediyim yanaşma olsaydı istehsalçıya dövlət tərəfdən dəstək olunardı: daha yaxşı ssenarinin yazılması üçün ekspertlər toplaşardı, daha yaxşı aktyorlar cəlb oluna bilərdi, dövlətin dəstəyi ilə böyük reklam kampaniyaları aparıla, tərcümə olunaraq xarici bazarlara, festivallara çıxarıla bilərdi. Çünki bu film bizim mədəni məhsulumuzdur.

Tapdıq Qurbanlı: Bəs qanun “Xoxan”, “Stalinin başı” kimi filmlərin çəkilməsinə necə mane olacaq?

– Ümumiyyətlə, dünya təcrübəsində filmlərin çəkilməsi və yayımı ilə bağlı məhdudiyyət və senzura yoxdur. İstənilən film istehsal və nümayiş oluna bilər.

Bizdə də tənzimlənmə var, amma bu da natamamdır. Qanunvericiliyə görə, filmlər yayımdan öncə reyestrə alınmalıdırlar. Bu reyestr isə filmə yayım vəsiqəsinin verilməsini müəyyən edir ki, hansının əsasında filmin yayım şərtləri qeyd olunur. Filmin reyestrə salınması ona həm yaş kateqoriyasını müəyyən edilməsi ilə bağlıdır, həm də yayım vaxtı ilə.

Bizdə bu sistem müasir və şəffaf deyil, elə sistem qurulub ki, iki-üç nəfər filmə baxmaqla onu qiymətləndirir.

Bizdə “Stalinin başı” filminə 14+ verilmişdi, amma mən hesab edirəm ki, o film 16+ olmalıdır. Çünki orda elə fikirlər və elə səhnələr var ki, onların auditoriyası məhdudlaşdırılmalıdır. Şahidi olmuşam ki, o filmə kinoteatrda hətta 10 yaşlı uşaqlar da baxıb. Reyestr öhdəliyi yaradır həm filmin hüquq sahibinə, həm də yayımçıya. Bizdə bu gün kinoteatrda buna ciddi və müstəqil nəzarət mövcud deyil.

“Dövlət məmurlarımızın xoşuna gəlməyən Azərbaycan filmləri. “

Yeganə Oqtayqızı: Kino sahəsində inkişaf Türkiyə simasında daha çox nəzərimizə çatır. Özəl şirkətlərin filmlərə reklam formasında yatırım etməsi qonşu dövlətdə çox geniş yayılıb. Bu, bizdə real görünürmü?

– Türkiyədə əlavə dəyər və mənfəət vergisi ilə bağlı qanunvericilik islahatları aparılıb. Dövlət tərəfindən qurulan sistem ƏDV və mənfəət vergisinin müəyyən hissəsinin kinoya yönləndirilməsinə şərait yaradır. Məhz bunun hesabına bir çox istehsalçılar film sahəsinə yatırım etdilər.

Bir var 1 milyonu vergi formasında dövlətə keçirəsən, bir də var, onun 500 minini keçirib, yerdə qalan 500 minlə yeni yatırımlar edəsən, yeni iş yeri yaradasan və məhsul istehsal edəsən. Çox dövlətlər bu təcrübəni keçib və çox yaxşı nəticələr əldə ediblər. Təəssüf ki, bizdə bu sistem qurulmayıb, amma gələcəkdə qurulmasına dair biz Prodüser Gildiyası olaraq müvafiq dövlət qurumları ilə danışıqlar aparacağıq.

Qurban Yaquboğlu: Bir müsahibənizdə demisiniz ki, kino haqqında dövlət proqramı yerinə yetirilsəydi Azərbaycan regionda lider dövlət olardı. Doğurdanmı belə olardı?

– Həmin proqramın ilkin versiyasını mən yazmışdım, sonra ona bir çox əlavələr olundu. Fikrim var idi ki, industriya sıfırdan qurulsun: əvvəlcə təlimlərlə başlayaq, ssenaristlər formalaşdıraq, peşəkarlarla cavanların iştirakı əsasında davamlı kino istehsalına başlayaraq, arxasınca Nizami kinoteatrını təmir edək, sonra isə mütəmadi festivallar keçirək, daha sonra Fond yaradaq.

Mən kino yayım infrastrukturunun yenilənməsini istəyirdim, özəlləşdirmə ərzində kinoteatrların çoxu təyinatını dəyişdi. Azərbaycanda 900-a yaxın kino qurğusu var idi, yəni müəssisələrdə, zavodlarda kino zallar, proyektorlar mövcud idi ki, onların hamısı ləğv edildi. Biz düşünürdük ki, o sistem hər hansı bir formada bərpa olunsun, kino yayımı müəssisələri daha geniş arealı əhatə etsin, kino istehsalına xərclənən hər bir qəpik özünü daha tez doğrultsun.

Amma nazirlik hər şeyi tam tərsinə etdi: Nizami kinoteatrından başladılar, sonra Film Fondun yeni binasını tikdilər. Etiraz etmirəm, amma bizdə sənaye, istehsalat yoxdur və bu məsələlər sənayeyə uyğun olaraq ardıcıl həyata keçirilməzsə, effekt olmayacaq. Məsələ budur.

Kino proqramında “Avroimaj”a üzvlük məsələsi də qeyd olunmuşdu. Əgər o vaxt bunu etmiş olsaydıq bəli, Azərbaycan birinci yerdə olardı. Hələ də bu quruma üzv olmağa qorxurlar. Halbuki ora üzv olmaq iki saniyəlik işdir: dövlətin maliyyələşdirmə sistemi qurulmalıdır.

Nərmin Muradova: Problem yalnız vəsaitin verilməməsindədir?

– Dövlətin ayırdığı vəsait müəyyən məntiqlə və yalnız dövlət sifarişi ilə istehsal olunan filmlərə xərclənir. Çünki bununla bağlı senzura var. Dövlət istəyir ki, vəsait ayırdığı məhsula nəzarət etsin, dövlət siyasətinə zidd olan filmlər çəkilməsin. “Avroimaj”a üzv olmamağının səbəbi isə dövlət məmurlarımızın xoşuna gəlməyən Azərbaycan film layihəsinin “Avroimaj”dan dəstək alması qorxusu idi. Bu da ürəkaçan hal olmayacaqdı.

“Avroimaj”a üzvlük bizə böyük üstünlüklər vermiş olardı. Oradan dəstək alan film bir çox A kateqoriyalı festivalların proqramına düşmək imkanı verir. Gürcüstan da, Ermənistan da bu yolla getdi və hətta Azərbaycana qarşı filmlər istehsal edib festivallarda nümayiş də etdirirlər.

“Kinoteatrlar daha üstün hüquqa malikdir, çünki. “

Qurban Yaquboğlu: Fikrin bəy, forumla bağlı fikriniz tam əhatə olunmadı. Daha hansı qənaətləriniz var?

– Qanunvericilik islahatları mütləq şəkildə başlamalıdır. Mən təkcə kinematoqrafiya haqqında qanunun deyil, digər əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsini istəyirəm. Kinoteatrların sayının çox olması üçün xaricdən gətirilən avadanlıqların vergidən azad edilməsinə nail olmalıyıq.

Bir kinoteatrın qurulması üçün mövcud infrastruktur olduğu təqdirdə 600-700 min, sıfırdan inşası üçün 2-3 milyon gərəkli olur. Dediklərim yayım üçündür, amma kino istehsalında istifadə olunan avadanlıqlar da var. Kameralar, səsyazma, işıq avadanlıqları, post-prodakşn müasirləşdirilməlidir. Keyfiyyətli film çəkmək istəyiriksə, deməli, filmin texniki keyfiyyəti də yüksək olmalıdır.

Post- prodakşn üçün, qrafik dizayn üçün yaxşı kompüter avadanlıqları, proqram təminatları şərtdir. Müharibəyə qədər Hollivudda çəkilən bir çox filmlərin post-prodakşn işləri Ukraynada görülürdü. Deməli, Ukraynada böyük rəqəmsal industriya var. Bu industriyanı yaratmaq üçün birinci kompüter, ikinci proqram təminatı, üçüncü mütəxəssislər, dördüncü satış bazarı olmalıdır. Bizdə bunların heç biri yoxdur. Birinci mərhələdən başlayıb digər mərhələləri ardıcıl işə salmalıyıq.

Kinoteatr və televiziyalar isə filmlərə yatırım etməlidirlər. Avropa, Amerika bu sistem işləyir. Çünki onlar qazanırlar, bazarın nəbzini tuta bilirlər.

Nərmin Muradova: Forumda “Cinemaplus”un rəhbəri Zaur Darabzadə bildirdi ki, onlar da filmlərə müəyyən dərəcədə maliyyə yardımı etməyə hazırdırlar.

– Bizim kinoteatr menecerlərinin yanaşmaları, niyyətləri tam fərqlidir. Kinoteatr da filmlərə yatırım etməlidirlər deyəndə mən mədəni məhsulların yaradılması, yerli bazarın qorunması, daha fundamental, uzunmüddətli, köklü düşüncənin formalaşmasını əks edən kino layihələrinin ərsəyə gəlməsini və xarici prokatı nəzərdə tuturam.

Kinoteatrların yanaşması kiçik sərmayələrlə daxili bazarda böyük qazancın əldə edilməsidir, bu isə o qədər də ədalətli olmur. Tənzimləmə olmadığına görə kinoteatrlar daha üstün hüquqa malikdir, qiymətləri istədikləri kimi müəyyən edir, istehsalçını dar çərçivəyə salır. Ona görə film istehsalçıları ilə kinoteatr şəbəkələri arasında danışıqlar uğursuz alınır.

Digər tərəfdən isə kinoteatrlarda yayım standartlarının olmamasıdır. Nəticədə istənilən keyfiyyətdə filmlər yayımlana bilər. Bir tərəfdən bu, başa düşüləndir, çünki bazarımız balacadır. Amma kinoteatr daha ciddi investor kimi çıxış edərsə, xarici bazara çıxışı da düşünəcək və həmin bazara cavab verən filmlərin istehsalında maraqlı olacaq.

Film bir qayda olaraq yerli bazarda istehsal xərclərini qarşılayırsa, xarici bazarda əldə etdiyi satışlar filmi gəlirə çıxarır.

Azərbaycanda hər il kinoteatrda 300 film göstərilir, onun çox böyük hissəsi xarici filmlərin payına düşür. Çünki xaricdən film almaq burda film istehsal etməkdən qat-qat ucuz başa gəlir. Belə olan halda təbii ki, kinoteatrın istehsala marağı olmayacaq. Bu isə nəticədə yerli istehsalı zəiflədir, filmlərimizin rəqabətə davamlılığı aşağı düşür.

Dediyim kimi, il ərzində ölkədə 300 film göstərilir, dövlətin isə potensialı ən maksimal həddə beş film istehsal etməkdir. 2017-2018-ci illərdə Azərbaycanda kinoteatrlarda ildə 50 film nümayiş olunurdu. Deməli, bizdə qalan 45 filmi yerli özəl studiyalar istehsal etməlidir. Dövlət 45 filmi çəkmək üçün özəl sektora şərait yaratmalıdır. Bu il ehtimal var ki, 20 film çəkiləcək. Bu o deməkdir ki, kinoteatrda nümayiş olunacaq 30 yerli film əvəzinə xarici filmlər nümayiş olunacaq. Bu 30 filmin istehsalı bu gün heç kimi narahat etmir. Nəticədə ekrana ucuz “aşağı keyfiyyətdə” filmlər çıxır. Dövlət isə stimulyasiya mexanizmlərini müəyyən edərsə, bu 30 film fərqini yerli istehsal hesabına doldura bilər.

“Film Komissiyası çox yaxşı instrumentdir, amma bizdəki. “

Nərmin Muradova: İstehsalat olmadığına görə kadr problemimiz ildən-ilə daha da dərinləşir. İşçilərin kinostudiyadan uzaqlaşması, müxtəlif sahələrə üz tutmaları ürəkaçan mənzərə deyil. Sizcə, problemlərin həlli və kinomuzun ayaqüstə durması üçün bizə nə qədər vaxt lazım gələcək?

– Film sənayesində istehsalın müəyyən səviyyədə saxlanmasının bir neçə üsulu var, yerli stimulyasiya mexanizmləri vasitəsilə film istehsalının maliyyələşdirilməsi, birgə film istehsalı (ko-produksiya) və film komissiya. Mən 2017-ci ildə Britaniya səfirliyinə müraciət etdim və mənə film komissiyalarının təhlili ilə bağlı qrant ayırdılar. Qrant vasitəsilə xaricə getdim və üç dövlətin təcrübəsini öyrəndim. Qayıdandan sonra nazirliyə təkliflər verdim.

Film Komissiyası çox yaxşı instrumentdir. Dövlət kino çəkmirsə çəkməsin, amma bu insanların işləməsi, peşəkar inkişafı və sair üçün imkan yaratmalıdır. Bunu Film Komissiyası edir. Qısaca, xarici istehsalçı sənin ölkəndə film çəkir və bununla sənə investisiya edir. Bu prosesə sənin ölkənin mütəxəssisləri cəlb edilir, texnikadan yararlanırlar, Azərbaycanın mənzərəsi nümayiş etdirilir. Həmin investor əgər 1 milyon yatırım edirsə, məbləğin 250 minini ona qaytarmaqla, qalan faizi ölkənin xeyrinə qalır.

Çexiyada yüzlərlə, minlərlə prodakşn şirkətləri bundan faydalanır. Çexiyada hökumət “cash rebate” (xərclərin bir qisminin qaytarılması) sistemini elə qurub ki, orda hamı işləyir. Gürcüstan bunun hesabına ildə 10 film istehsal edir. Hamı işləyir, hamı qazanır. Bunun nəyi pisdir ki?

“Xaricdə isə prodüser, özəl şirkət dövlətlə iş görmək istəmir”

Nərmin Muradova: Axı Azərbaycanda iki ildən çoxdur ki, “Filming Azərbaycan” – Film Komissiyası fəaliyyət göstərir. Fəaliyyəti sizi qane edirmi?

– Onlar mənim yanaşmamın, dünya təcrübəsinin tam əksinə bir şey – monopoliya yaratdılar. Xaricdə Film Komissiyasında bir, yaxud iki nəfər oturur, o filmlərin çəkilməsinə icazə verir, dəstək olur, koordinasiya edir.

Mən eşitdiyim qədər bizdə yaradılan qurum bir-bir xarici istehsalçılarla əlaqə saxlayır və deyir ki, biz dövlətik, gəlin bizlə çəkilişlər edin, biz sizə zəmanət veririk. Xaricdə isə prodüser, özəl şirkət dövlətlə iş görmək istəmir. Onlar daha çevik pul qazanmaq, çevik qərar qəbul etmək istəyirlər. Mənim versiyamda işbirliyi yerli prodüser şirkətləri ilə olmalıdır.

Azərbaycan Prodüserlər Gildiyasında hazırda 24 prodüser şirkəti var, ilin sonuna kimi bu sayın 60-a çatacağına ümid edirəm. Hazırda yerli və xarici prodüser şirkətləri ilə danışıqlar gedir. İstəyirəm ki, ölkəyə gələn film istehsalı ilə bağlı sorğular həmin şirkətlərin vasitəsilə icra olunsun: biri reklam çəkər, digəri televiziya şousu, o birisi film. Beləcə prodüser şirkətləri və mütəxəssislər işsiz qalmayacaq.

“Gəlin kinomuzu inkişaf etdirək” demək çox rahatdır. Amma görün nə qədər problemlər var.

Təcrübəli prodüserlərimiz çoxdur, amma hamısının da dərdi var. Bəzisinin layihəsi var, maliyyə tapa bilmir. Bəzisinin texnikası var, amma istifadə edə bilmir. Bəzisinin texnikası, ssenarisi də var, əlavə vəsait axtarışındadır. Misal üçün, dostum Orxan Fikrətoğlunun maraqlı layihələri var, hətta türk dövlətlərinə də maraqlı ola bilər, amma vəsait tapılmır.

“Tamaşaçıya öncə kitab, sonra filmini təklif etmək lazımdır”

Nərmin Muradova: Orxan bəyin yazdıqları bazara uyğun gəlməyə bilər. Məlumdur ki, burda prodüserin öz marağı var.

– Orxan Fikrətoğlunun kitabları Türkiyədə satılır, amma Azərbaycanda alıcısı yoxdur. Üstəlik əsərlərini Türkiyədə ekranlaşdırmaq istəyən şirkətlər də var.

Nərmin Muradova: Türkiyə bazarı üçün bu məqbuldur. Bu əsərlərin alıcısı orda formalaşıb, bizdə isə yox.

– Mənə görə, ən yaxşı filmlər ədəbiyyata söykənir. Bu, həm yerli, həm də beynəlxalq bazarda belədir. Den Braunun əsərləri (“Da Vinçi şifrəsi” və s), Coan Roulinqin (“Harri Porter”) silsilə əsərləri çox populyar kitab idi, filmdən öncə onun kitablarını almaq üçün minlərlə oxucu növbəyə dururdu. Yaxud Ceymsin (“Bozun əlli çaları”) silsiləsi. Əsər filmdən öncə artıq məşhurlaşmışdı.

Düşünürəm ki, yerli bazarda da bu yanaşmadan yenidən istifadə etmək lazımdır. Tamaşaçıya öncə kitab, sonra həmin əsərin ekranlaşdırılmış variantını təklif etmək lazımdır. Sözsüz ki, yazar maraqlı bir əsər ortaya qoymalıdır. Bundan sonra onun reklam kampaniyası aparılmalıdır. Bu məsələyə dövlət də dəstək olmalıdır.

Amma orijinal ssenarilərin uğur qazanması risklidir. Bu məsələdə həm prodüser, həm də ssenaristin yalnış addımlar atacağını əvvəlcədən proqnozlaşdırmaq olar. Bu baxımdan mən öncə kitab, sonra ekranlaşdırmanın tərəfdarıyam.

Anarın, Rüstəm İbrahimbəyovun istənilən əsəri kitab halında çap olunub, bəziləri isə filmdən öncə teatr tamaşası kimi qoyulub. Kitab gələcək film layihəsinin ictimaiyyət tərəfindən necə qarşılanmasının ilk siqnallarını verir. Filmin uğurlu olub-olmayacağını əsərin reytinqi ilə təxmin etmək olur. İnsanlar əsəri oxuyandan sonra onun nə vaxt filmə çevriləcəyini səbirsizliklə gözləyirlər.

Orijinal ssenarilərdə ssenaristin yazdığı çiy, yetişməmiş halda rejissora təqdim edilir. Rejissor da onun kimi pul xətrinə, istehsal marağına görə filmi çəkir və nəticədə ortaya keyfiyyətsiz məhsul çıxır.

“”Azərbaycanfilm” film çəkməsin”

Qurban Yaquboğlu: “Azərbaycanfilm”in taleyi ilə bağlı sizin də fikirləriniz maraqlıdır. Bir qrup deyir ki, qurum ləğv olunsun, digər qrup isə mərkəz kimi saxlanılmasının tərəfdarıdır.

– Hazırda prodüserin kostyum, rekvizit, qrim avadanlıqlarını saxlamağa imkanı yoxdur. Çünki bu, kifayət qədər böyük vəsait tələb edir. “Azərbaycanfilm” isə bu imkanlara malikdir. Yerli və yaxud xarici prodüserlər bu mərkəzin bazasından istifadə edərək öz layihələrini həyata keçirə bilərlər.

“Azərbaycanfilm”də pavilyonlar, montaj, rəqəmsal, səsyazma studiyaları olmalıdır. “Azərbaycanfilm” xidmət mərkəzi olmalıdır, özü film istehsal etməsə belə onun bazasından istifadə edərək onlarla film ərsəyə gələ bilər.

Nərmin Muradova: Yəni deyirsiniz ki, film çəkməsin?

– Çəkməsin. Çünki senzura, istehsalla bağlı bir sıra problemlər ortaya çıxa bilər və bunlar prosesin uzanmasına gətirib çıxaracaq. Bu baxımdan “Azərbaycanfim”in istehsalçı yox, daha çox xidmət göstərən müəssisə kimi fəaliyyətinin tərəfdarıyam. Düşünürəm ki, “Azərbaycanfilm”in özünü saxlaması üçün illik büdcəsi 4-5 milyon manat olmalıdır. Çünki onun bazasında kifayət qədər peşəkar insanlar çalışır. Bu mərhələyə gəlib çatmaqdan ötrü biz ilk növbədə özəl şirkətlərin istehsal prosesini artırmalıyıq ki, onlar kinostudiyaya müraciət etsinlər.

Digər məsələ isə budur ki, “Azərbaycanfilm”in ərazisində 4-5 studiya var idi. Həmin studiyaların bu gün gördüyü işlər bu sektor üçün önəmlidir. “Salnamə” studiyasının işini bu gün bir çox prodüser görmək niyyətində və marağında deyil. Amma ölkədə baş verən hadisələrin xronikası çəkilməlidir ki, gələcəkdə hər hansı özəl şirkətə o tarixi kadrlar lazım olduqda onların müraciət edə biləcəyi ünvanı olsun.

Dövlətin ölkədə gedən bütün iqtisadi, mədəni proseslərin arxivləşdirilməsində müəyyən missiyası var. Hazırda bu sahəyə ayrılan məbləğ çox cuzidir. Bu səbəbdən dövlət studiyası bu işin öhdəsindən gəlməlidir. Amma bu film deyil, xronikadır.

Digər tərəfdən isə universiteti bitirən gənci heç kim ciddi filmlərə buraxmayacaq. Məzun isə özünü təsdiqləməlidir. Bu səbəbdən, “Debüt” studiyası yaradılmışdı və məzunlara dəstək göstərirdi, amma indi fəaliyyət göstərmir. “Debüt”ə dəstək yanaşması vacibdir ki, gənc məzunlara kömək olsun. Bizdə bununla bağlı dövlətin öhdəliyi var. Keçid mərhələsində “Debüt”ə dəstək yanaşması tədricən özəl sektora verilənədək dövlətdə saxlanıla bilər.

“Heç bir mədəniyyət sahəsi məmurundan da asılı vəziyyətə düşməməlidir”

Qurban Yaquboğlu: Sizcə, Azərbaycan Respublikası Kino Agentliyinə – ARKA-ya kim və necə rəhbər təyin olunmalıdır?

– Forumda bununla bağlı müəyyən fikirlər səsləndi. Bildirdilər ki, ARKA rəhbərliyi kinonu, mədəniyyəti sevən azərbaycanlı olmalıdır.

Azərbaycan Prodüserlər Gildiyasının sədr müavini Pərviz Məmmədov söylədi ki, ARKA -nın sədri yaradıcı insan deyil, kino meneceri olmalıdır. Yaradıcı şəxsin daxili ambisiyaları olur. Və bu onun verdiyi qərarlarda özünü göstərəcək.

Yaradıcı yanaşma olduqda ARKA dövlət sifarişi ilə ortaya çıxan bir quruma çevriləcək. Belə çıxır ki, biz mövcud vəziyyəti status-kvo olaraq saxlamış olacağıq.

ARKA icraçıdan daha çox tənzimləyicidir. ARKA-ya vəsait yönəldilməlidir – əgər bu səlahiyyəti olacaqsa – o da qrant əsasında şirkətlərə maliyyə ayıracaq, öhdəliyi icra edənə həvalə edəcək, özü isə koordinasiya edəcək və film istehsalçısından sadəcə hesabat tələb edəcək. ARKA-nın gələcək tənzimlənməsi bu cür həyata keçirilməlidir.

Qurban Yaquboğlu: ARKA-nın sədrliyinə sizin namizədiniz varmı?

– Biz çox rahat millətik. Ona görə kritik vəziyyətdə işləməyə, qərar verməyə öyrəşməmişik. Pandemiya dövründə restoran, kafelər işləmədi. Amma “McDonalds”a baxın. Mənə görə “McDonalds” ən yaxşı idarəetmə sistemidir. Orda yüz nəfəri dəyişsəniz belə şəbəkə yenə işləyəcək. Müharibə şəraitində də, pandemiya dövründə də. Çünki idarəetmə mükəmməldir. O hansısa insandan asılı deyil, tam bir sistemdir.

ARKA da sistem kimi qurulmalıdır, ayrı-ayrı insanlardan asılı olmamalıdır. Nəinki kino, heç bir mədəniyyət sahəsi məmurundan da asılı vəziyyətə düşməməlidir.

Fikrimcə, ARKA rəhbərliyinə bu sahədə təcrübəsi olan yerli mütəxəssis yoxdur. Çıxış yolunu isə peşəkar xarici mütəxəssisin gətirilməsində görürəm. Məndə beş-altı belə namizəd var. Hətta elə adamların adını çəkərəm ki, onu hamı istəyəcək.

– Qurban Yaquboğlu: Məsələn.

– Hələ 2004-cü ildə iştirak etdiyim “Avanti” proqramı çərçivəsində çox yaxşı münasibət qurduğum Martin Hageman. O, vaxtilə Berlin Festivalının təsisçilərindən biri, “Zerofilm”in rəhbərlərindən biridir. Onunla işbirliyi qurmaq gərəkdiyini bir neçə il öncə səlahiyyətli qurumlara bildirmişdim.

Ermənilər ona pulsuz ev verdilər və şərait yaratdılar. Bizimkilər isə onu ciddiyə almadılar. Onun kimi onlarla insan var ki, Azərbaycan kinosu üçün vacib fiqurlara çevrilə bilər, ölkə mədəniyyətinə fayda verə bilər.

Prodüser tarixdə iz qoymaq istəyir, ona imkan yaratmaq lazımdır. O vaxtlar Hagemanı gətirsəydik, burda Berlin Festivalının analoqunu yarada bilərdi, o festivalın daxilindəki Orta və Uzaq Şərqi Asiya ölkələrinin filmləri üçün satış bazarını təşkil edə, böyük və köklü sistem qura bilərdi.

“Nə addım atdılarsa hamısı monopoliya yaratdı”

Nərmin Muradova: Azərbaycanda bu sistemi quracaq adam görmürsünüz?

– Bir tərəfdən baxanda qurublar. (Gülür). “Filming Azərbaycan” inhisarçılıqla məşğuldur, studiyalar bağlandı, yəni nə addım atdılarsa hamısı monopoliya yaratdı.

Nərmin Muradova: Fikrin bəy, siz Gildiyaya yenicə sədr seçildiniz. Təəssüf ki, bu vaxta kimi Gildiya tərəfindən tutarlı addımlar atılmayıb. Siz nə edəcəksiniz? Nə ilə yadda qalmağı düşünürsünüz?

– Hazırda Beynəlxalq Prodüserlər Assosiasiyası Federesiyası (FIAPF-red.) ilə əlaqələrin yaradılması istiqamətində işlər görürük. Danışıqlara başlamışıq, gündəmdə duran məsələ həmin assosiasiyaya üzv olmaqdır.

Onlar festivalların keçirilməsinə dəstək verir. Məqsədim Azərbaycanda keçirilən festivalların beynəlxalq aləmdə də yetərincə tanınmasına nail olmaqdır. O zaman bura xaricdən prodüserlər, mütəxəssislər gələcək, ünsiyyət yaranacaq, kino sənayesi dirçələcək.

Azərbaycanda sanballı festival “BakuShort”dur (Bakı Beynəlxalq Qısa Filmlər Festivalı-red.) Həmin festivalın rəhbəri Fehruz Şamıyev gildiyanın üzvüdür. Bu ildən etibarən Gildiya festivalın rəsmi tərəfdaşı kimi çıxış edəcək. Festivalın beynəlxalq əlaqələrini daha da gücləndirmək üçün FIAPF-la əlaqələrin qurulmasına nail olmuşuq, ümidvaram ki, bu əməkdaşlıq tezliklə öz bəhrəsini verəcək.

Yuxarıda qeyd etdiyim kino istehsalının minimal həcmi barədə planları Mədəniyyət Nazirliyi və ölkə başçısına açıqlamağı düşünürəm. İstəyim odur ki, prodüserlər işsiz qalmasın. Onlar işi elə qursunlar ki, bu sahədə davamlı fəaliyyət olsun.

İstehsal həcmi artdıqca güclü daxili bazar olacaq. Daxili bazar artdıqca istehsalçı xarici bazarda satış haqda düşünməyə başlayacaq. Xarici bazara yol tapandan sonra biz ənənəvi kinoteatrdan savayı, digər platformalara çıxışın yollarını axtaracağıq. Dünyanın məşhur onlayn platformalarına məhsul çıxara bilsək, xarici şirkətlərin marağını daha tez cəlb edə bilərik.

Üstəlik birgə istehsal burda şərtdir. Bir çox ölkələrdən bizə müraciət edirlər, amma bizdə vergilər, gömrük, qanunvericilik işbirliyinin reallaşması üçün lazimi şərait yaratmır. Düşünürəm ki, 50/50-yə maliyyə ayırmaqla çoxlu şirkətləri müştərək istehsala cəlb edə bilərik. Filmlərin sayı çoxaldıqca müştərək istehsal üçün yerli kadrlar da yetərincə təcrübə qazanacaq.

FIAPF-la danışıqlarımız bir çox istiqamət üzrə davam edir. Onlar bildirdilər ki, gəlin bu ay “Kann”da görüşək. Həmin səfərimizi kimsə maliyyələşdirməlidir. Dövlət qurumları belə səfərlərin maliyyələşməsində maraqlı olmalıdır. Çünki səfərin nəticəsi olaraq mən Azərbaycana film istehsalçıları, prodüserləri dəvət edəcəm, onlar bura gəlib yeni işbirliklərinin əsasını qoya bilərlər.

Bir neçə vacib bildiyim məqamları da demək istəyirəm, minimal istehsal həcmini “Mədəniyyət” kanalı vasitəsilə də təmin etmək olar. Belə ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyinin tərkib hissəsi olarsa, bir çox işlərə sifariş vermiş olacaq, misal üçün tele-tamaşalar, sənədli filmlər və sair. Nəticə etibarı ilə bu, istehsal deməkdir. Ondan başqa bizim yetərincə istedadlı yazıçılarımız, rejissorlarımız, operator və rəssamlarımız, aktyor, aktrisalarımız var ki, onlar barədə televiziya filmləri çəkilməlidir. Bunlar indi çəkilməsə, inanın, bir neçə ildən sonra o insanların görüntülərini tapa bilməyəcəyik.

Bizdə dublyaj sahəsində çox ciddi problemlər mövcuddur. Dilimizi qorumalıyıq. Azərbaycan dilindəki subtirtlərin orijinal dildən deyil, türk və rusdan tərcümə olunması yetərincə problemlər ortaya çıxarır. Bizdə yüksək səviyyədə dublyaj studiyası qurulmalıdır. Dilimiz qorunmalı, inkişaf etdirilməli, mədəni məhsullar məhz bizim dilimiz vasitəsilə insanlara çatdırılmalıdır.

Məncə, biz xarici filmlər üçün bu qədər açıq olmamalıyıq, burda müəyyən meyarlar tətbiq olunmalıdır. Digər tərəfdən mənəvi dəyərlərimiz də sıfırlanır, ölkədə xarici filmlər rus, ingilis, türk subtitrləri ilə tam fərqli dəyərləri sərgiləyir. Burada ciddi tənzimləmə olmalıdır.

Avropa Birliyinə (AB) üzv dövlətlərdə kino sahəsində vahid tənzimləmə var, AB-nın üzv dövlətində istehsal olunan film AB cəmiyyətləri alır və sərbəst olaraq prokata daxil olur. Bazar payının artırılması məqsədilə birgə istehsal stimullaşdırılır.

Birgə istehsal hər bir ölkənin daxilində olan müəyyən qadağaları aradan qaldırır və film daha böyük auditoriyaya çatır, gəlirliyini artırır.

Mənim təklifim budur ki, türkdilli dövlətlər arasında layihələr reallaşdıraq. Bunun üçün türkdilli dövlətlərin vahid mədəni məkanı yaradılmalıdır. Bu imkan verəcək ki, istənilən mədəniyyət sahəsinin məhsulunu, filmlərini eyni vaxtda bir neçə ölkədə nümayiş etdirək. Elə bir sistem qurmalıyıq ki, aktiv mədəni mübadilə olsun. Mədəni məhsullarımizın daha böyük auditoriyaya çıxışı mümkünə çevrilsin.

20 növ film və onların xüsusiyyətləri

Filmlərə baxmaq özünüzü əyləndirmək üçün yaxşı bir yoldur. Bu gün müxtəlif üslubda bədii filmlərin çox çeşidi var, buna görə hansını görmək istədiyimizi seçmək həmişə asan olmur. Film növlərinin müxtəlifliyi xəyal gücümüzü artırır. Qorxunc film, macəra filmi və ya komediya, hamısı həyatımızı zənginləşdirən fərqli duyğular hiss etdirməyimizə səbəb olur.

Filmlərin maraqlı tərəfi budur ki, bizi xəyali yerlərə aparırlar, lakin çox real görünə bilərlər. Bizi həyəcanlı anlar keçirməyə dəvət edirlər və qəhrəmanlarla müəyyənləşdirmək və hiss etmək şansı verirlər, sanki hekayə bizimdir, nə düşünürlər və necə hiss edirlər. Filmlər böyük bir psixoloji təcrübə ola bilər.

  • Əlaqədar məqalə: “Psixologiya və psixi pozğunluqlara dair 15 film”

Filmlərə baxmağın fərqli üsulları

Yalnız on il əvvəl film izləməyin tək yolu kinoteatrda, VHS-də və ya televiziyada idi. Bundan əlavə, onları sabit bir yerdən, məsələn evimizin oturma otağından görmək məcburiyyətindəsiniz. Bu gün bu yeni texnologiyalar sayəsində dəyişdi. Filmləri kompüterə yükləyə, bu cihazda onlayn izləyə və hətta mobil və ya planşetimizdə gəzdirə bilərik. Darıxmaq tarixə düşdü, amma film izləməyimiz də elədi.

Hal-hazırda nə qoyduqlarını görmək üçün yalnız filmlərə getmirik; çox çeşidli kataloq arasından seçim edə bilərik, demək olar ki, bütün zövqləri təmin edə biləcək bir çox film növünü əhatə edir.

  • Onlayn filmlərə necə baxacağınızı axtarırsınızsa . “Filmləri onlayn (və pulsuz) izləmək üçün ən yaxşı 18 veb sayt”

Film növləri

Bu yazıda fərqli film növlərini nəzərdən keçiririk və xüsusiyyətlərini izah edirik ki, yeddinci sənət əsərini janrına görə müəyyənləşdirə biləsiniz.

Müvəqqəti məqama görə

Filmlər buraxıldığı zamana görə təsnif edilə bilər.

1. Mövcud filmlər

İndiki filmlər az müddət əvvəl nümayiş olunan və bu səbəbdən bədii filmlərdir son texniki və texnoloji inkişafdan istifadə edin. Bunlar mütləq kinoteatrlarda olan filmlər deyil, son filmlərdir.

2. Köhnə filmlər

Köhnə filmlər bunlardır uzun illər əvvəl sərbəst buraxıldılar və onları gördükdə texnologiyanın necə inkişaf etdiyini, xüsusən də ağ-qara olduqda və mövcud filmlərlə heç bir əlaqəsi olmayan xüsusi efektlərdə olduqlarını anlayırıq.

3. Premyeralar

Premyeraları çox yeni çəkilmiş filmlərdir. Onlar hazırkı filmlərə daxil edilmişdir, amma bu yaxınlarda gün üzünə çıxdılar. Bunlar ən yeni və böyük maraq doğuranlardır.

4. Klassiklər

Klassiklər Tarixə keçmiş filmlərdir yenilikçi xüsusi effektləri və ya nə qədər bəyəndikləri daxil olmaqla müxtəlif səbəblərdən. “Küləklə getdi”, “Titanik” və ya “Rambo” bunlara nümunədir. Klassiklər sənət əsərləridir.

Səs ucalığına görə

Yüksək səs səviyyəsindən asılı olaraq filmlər aşağıdakılar ola bilər.

5. Səssizdir

İlk filmlər səssiz qaldı, buna görə aktyorlar danışmadı. Sadəcə aktyorları görmək və səhnələr arasında çıxan mətni oxumaqla baş verənləri şərh edə biləcəyiniz çox ifadəli filmlər idi. Çox film 1920-ci illərin sonlarına qədər səssiz qaldı, texnologiya başqa bir formata icazə vermədiyi üçün.

6. Sonoralar

1927-ci ildən etibarən filmlər səslənməyə başladı. Yəni keyfiyyətcə bir sıçrayış etdikləri zaman. Səssiz olmayan ilk kommersiya bədii filmi “Caz müğənnisi” oldu.

Rənginə görə

Texnologiyaya görə erkən filmlər rəngsiz idi. Lakin texnoloji inkişaf müstəsna görüntü keyfiyyətinə sahib filmlərə imkan verdi.

7. Qara və ağ filmlər

Qara və ağ filmlər köhnə filmlərdir. Bu formata sahibdilər, çünki fotoqrafiyaya əsaslanaraq, o zaman onları rəngli çəkmək imkanı yox idi. Bir çox rəngli film bir neçə ildən sonra rəngli olaraq yenidən buraxıldı.

8. Rəngli filmlər

Texnologiyanın inkişafı ilə filmlər də inkişaf etmiş və rəngli filmlər meydana çıxmışdır.

Film janrları

Məzmundan asılı olaraq filmlər ola bilər:

9. Hərəkət

Bu tip filmlər yüksək gərginliklidir və əlavə olaraq təqibləri və bir çox döyüşü ehtiva edir hərəkəti vurğulayan bir istiqamət. Bunlara xilasetmə, döyüşlər, qaçışlar, partlayışlar daxildir . Yaxşı və ya yaxşıların ümumiyyətlə pislə mübarizə apardığı sürət möhtəşəmdir. Məsələn, paradiqmatik aksiyon filmlərindən biri də sürətdir, burada partlamamaq üçün bir avtobusun hər zaman hərəkət etməsi lazımdır.

10. Sərgüzəştlərdə

Əgər “İndiana Jonesun Macəraları” nı görmüsünüzsə, bu janrla nə demək istədiyimi biləcəksiniz. Bu filmlər normal ekzotik kontekstlərdə maraqlı və həyəcanlı hekayələr izah edirvə aksiyon filmlərinə bənzər bir məzmunda. Ümumiyyətlə səhrada, ormanda və ya dənizdə olurlar. Simvollar ümumiyyətlə xəzinə axtarmağa gedir.

11. Komediyalar

Komediyalar izləyicinin əyləncəli vaxt keçirməsi və gülməkdən əl çəkməməsi üçün hazırlanan komik filmlərdir. Ümumiyyətlə bu, çoxsaylı kontekstdə olur, lakin normal filmlərdən fərqli olaraq komediyalar vəziyyəti şişirdib, tamaşaçıların ucadan gülməsini təmin edir.

12. Dramatik

Çox real xarakterlər və vəziyyətlərə sahib ciddi filmlərdir, gərgin və dramatik vəziyyətləri ehtiva edən və pis bitən və ya bitməyən gündəlik həyata bənzər.

13. Dəhşət

Qorxu filmləri qorxumuzu oyatmaq niyyətindədirlər şok, gərgin və dəhşətli mənzərələrlə və ya əziyyət qəbulu və istiqamətində. Dəhşət filmləri ölməmiş və ya qeyri-insan kimi real olmayan obrazları özündə cəmləşdirə bilər.

  • Bu yazı sizi maraqlandıra bilər: “Niyə qorxu filmlərini sevirik?”

14. Musiqi

Musiqi filmləri, aktyorların xoreoqrafiya rəqs etdikləri və mahnı oxuduqları səhnələrə sahib olması ilə xarakterizə olunur. Hekayə musiqi anları ilə qeyri-musiqi anlarının birləşməsində izah olunur. Məsələn, Mary Poppins.

15. Elm fantastikası

Vaxt səyahətini və ya üç ölçülü ehtiva edən və ya daxil ola bilməyən fantastik və bir çox hallarda futuristik vəziyyətlər ətrafında fırlanırlar. Bu janrın xarakterləri mütləq insan deyil, robotlar, androidlər və yadplanetlilər ola bilər. Səhnələr çox təəccüblü xüsusi effektlər ehtiva edir.

16. Müharibə və ya müharibə

Adından da göründüyü kimi müharibə filmləri müharibə ətrafında gedən hekayələri daxil edin. Filmlərin bir çoxu Amerikalı olduğundan əsgərlər, bir çox halda, o millətdəndirlər. Hərbi əməliyyatları, əsgər təlimlərini, döyüş sahəsindəki hərəkətləri və hətta ordu üzvlərinin sevgi hekayələrini görmək mümkündür.

17. Qərb Filmləri

Qərb filmləri Amerika Qərbində qurulur. Ən qədim film janrlarından biridirvə süjet ümumiyyətlə demək olar ki, həmişə eynidir. Silahlı adamlar, atlar, gözəl qadınlar, viski, zaman barları və çox hərəkət. Bununla birlikdə, məzmunu fərqli parametrlərə səbəb olmaq üçün dəyişə bilər. Məsələn, Ulduz Döyüşlər dastanının praktik olaraq bir elmi fantastika filtrindən keçən bir sıra Qərb filmləri olduğu deyilir.

18. Cinayət (təxirə salınma)

Bu filmlərdə məzmun var cinayətlər və ya mütəşəkkil cinayətkarlıqla əlaqəli. Süjetdə ümumiyyətlə bir qətl və ya film boyu aydınlaşdırılan bir cinayət əməli yer alır. Bunlara asma filmlər və ya deyilir trillerlər.

Hədəf auditoriyasına görə

Hədəf auditoriyaya görə filmlər aşağıdakılar ola bilər:

19. Uşaqlar

Onlar uşaqlar üçün filmlərdir. Bunlara ümumiyyətlə sehrli personajlar daxildir və mütləq insanlar deyillər. Bəzi filmlər cizgi filmləridir və personaj kimi heyvanları ehtiva edir. Uşaqlar üçün olsalar da, bəzi böyüklər də onlardan ləzzət alırlar. Bəzi nümunələr bunlardır: Oyuncaq Hekayəsi və ya Aslan Kralı.

20. Yetkinlər

Yetkin filmlər, ya şiddətlərinə görə, ya da göründüyü intim səhnələrə görə, yetkinlərə aid səhnələri olan bədii filmlərdir.

  • Bəlkə də maraqlanırsınız: “Görməli olduğunuz duygusal zəka haqqında 11 film”

Biblioqrafik istinadlar:

  • Bazin, A. (1991): Kino nədir? Madrid, Rialp.
  • Eisenstein, S. M. (1987): Kino forması. Madrid, kafedra.
  • Gubern, R.: (1995): Kino tarixi. Barselona, ​​Lümen.
  • Moix, T. (1995): Kino sənətinin böyük tarixi. Madrid, qara və ağ.
  • Əhali Sáez, A. J. (2006). Kinoda riyaziyyat. Ediciones və İspan Krallığı Riyaziyyat Cəmiyyətinin Cənubi Layihəsi.

Filmə subtitrləri necə əlavə etmək olar

Hansı dildə danışırsınızsa, hamı film izləməkdən həzz alır. Problem ondadır ki, əksər filmlərin bir neçə dilə tərcüməni təmin etmək üçün büdcəsi yoxdur, bu o deməkdir ki, siz yerləşdiyiniz yerdən asılı olaraq filmi başa düşə bilməyəcəksiniz. İstər sevdiyiniz filmlərə subtitrlər əlavə etmək istərdiniz, ya da özünüz filmə altyazı qoymalısınız, filmi tərcümə etmək çox çətin deyil, lakin vaxt və səbr tələb edir.

Bu məqalə onlara olmayan filmə subtitrlər əlavə etməkdən bəhs edir. Əgər filmə baxarkən subtitrləri necə aktivləşdirməyi öyrənmək lazımdırsa, bura klikləyin.

addım

Metod 1/2: Yeni subtitrləri endirin

  • Əgər siz DVD pleyerə baxırsınızsa, DVD pleyerinizin pultunda “başlıqlar” və ya “subtitrlər” düyməsini sınayın.
  • Altyazıları oxumaq üçün filmin SRT faylı ilə öz faylında olması lazımdır.
  • Bəzi köhnə altyazı faylları uzantıda bitə bilər.SUB.
  • İstifadəsi ən asan video pleyer, əksər fayl formatlarını idarə edən pulsuz VLC pleyeridir.

Metod 2/2: Öz Altyazılarınızı Yaradın (Üç Yol)

  1. Altyazıların məqsədlərini anlayın. Altyazılar tərcümələrdir və Google Translate-dən istifadə etmiş hər kəs sizə deyə bilər ki, tərcümələr elm qədər sənət növüdür. Səhnənin özünü subtitr edirsinizsə, hər sətir üçün bir neçə mülahizəni nəzərə almalısınız:
    • Dialoqun məqsədi nədir? İstifadə etdikləri sözlərdən asılı olmayaraq, personaj hansı hissləri keçirməyə çalışır? Tərcümə edərkən rəhbər tutduğunuz prinsip budur.
    • Altyazılı sözləri personajın danışdığı vaxta necə uyğunlaşdıra bilərsiniz? Bəzi yazıçılar tamaşaçılara hər şeyi oxumaq şansı vermək üçün bir az tez başlayıb gec bitən bir neçə dialoq xəttini eyni anda göstərirlər.
    • Arqon və nitq fiqurlarını necə idarə edirsiniz? Onlar tez-tez yaxşı tərcümə etmirlər, ona görə də ana dilinizdən jarqon və ya məcazi dili əvəz etməli olacaqsınız. Ancaq bu, xarici ifadələrin və jarqonların mənasına baxmağı tələb edir.
  2. İstənilən film faylına subtitrləri effektiv şəkildə əlavə etmək üçün altyazı yaratma saytından istifadə edin. DotSub, Amara və Universal Subtitles kimi vebsaytlar sizə altyazıları yazarkən filmə baxmağa və nəticədə filminizə uyğun gələn SRT faylını çıxarmağa imkan verir. Bütün altyazı saytları fərqli işləsə də, hamısı oxşar formata əməl edir:
    • Başlığın nə vaxt başladığını seçin.
    • Başlığı çap edin.
    • Başlığın nə vaxt itəcəyini seçin.
    • Film boyunca təkrarlayın və tamamlandıqda “Tamamla” seçin.
    • SRT faylını yükləyin və onu filminizlə eyni qovluğa yerləşdirin.
  3. Notepad istifadə edərək öz altyazılarınızı əl ilə yaradın. İstəsəniz, proses bir proqram tərəfindən çox sürətləndirilsə belə, altyazıları əl ilə çap edə bilərsiniz. Bunu etmək üçün, Window’s Notepad və ya Apple’s TextEdit (həm pulsuz, həm də əvvəlcədən quraşdırılmış) kimi mətn redaktorunu açın və altyazı üçün düzgün formatı bildiyinizə əmin olun. Başlamazdan əvvəl “Farklı Saxla” və “YourMovie.SRT”dən sonra onun başlığına klikləyin. Sonra kodlaşdırmanı ingiliscə altyazılar üçün “ANSI” və qeyri-ingilis dili üçün “UTF-8” olaraq təyin edin. Sonra başlıqlarınızı çap edin. Aşağıdakı hissələrin hər biri öz xəttində gedir, sonra hər birindən sonra “enter” düyməsini basın:
    • Altyazının nömrəsi. 1 birinci başlıq, 2 ikinci və s. olardı.
    • Altyazının müddəti. Bu formatda yazılıb saat: dəqiqə: saniyə: millisaniyə -> saat: dəqiqə: saniyə: millisaniyə
      • Misal: 00:01:20:003 -> 00:01:27:592
    • Altyazının mətni: Bu, sadəcə olaraq başlığın deyəcəyi şeydir.
    • Boş xətt. Növbəti başlığın nömrəsindən əvvəl boş sətir buraxın.
  4. İşə qarışmamaq üçün sevimli film redaktorunuzda subtitrlər yaradın.SRT faylları. Bu üsul, siz onları əlavə etdiyiniz zaman başlıqlara baxmaq və yerləşdirməni, rəngi və üslubu əl ilə tənzimləməyə imkan verir. Film faylınızı sevimli film redaktorunuzda açın, məsələn. Premier, iMovie və ya Windows Movie Maker tətbiq edin və filmi vaxt qrafikinizə (iş bölməsi) sürükləyin. Buradan, proqramlarınızın “Başlıqlar” menyusuna klikləyin və bəyəndiyiniz üslubu seçin. Başlığınızı çap edin, filmin müvafiq hissəsinin üzərinə sürükləyin və təkrarlayın.
    • Siz çox vaxta qənaət edərək hər başlıqda eyni parametrləri saxlamaq üçün başlığa sağ klikləyib onu kopyalayıb yapışdıra bilərsiniz.
    • Bu formatın yeganə çatışmazlığı filmin ayrı bir fayl kimi saxlanmasıdır. Başlıqları söndürə bilməzsiniz, çünki onlar indi filmin bir hissəsi olacaq.

İcma sualları və cavabları

Tammetrajlı filmə əlavə olunmaq üçün subtitrlər yazıram. Onları film redaktorlarına necə verməliyəm: sənəd olaraq bölmələr və ya 70 simvola uyğun gələn “toplar” şəklində. Çərçivə?

Mən topaqları seçirəm, o, faylın üzərinə yazmaq və gizlətməkdən qoruyur (əgər onu sıxmaq qərarına gəlsəniz). Yaxud redaktorlardan onları necə istədiklərini soruşa bilərsiniz.

Filmin adını dəyişsəm də bu işləyir?

Məsləhətlər

  • SRT axtararkən. faylı seçin, filmlə eyni ada malik olanı seçin. Əgər yoxsa, onu yüklədikdən sonra dəyişdirin.

Xəbərdarlıqlar

  • SRT yükləməyin. fayl adı filmlə eyni ad deyilsə və ya ən azı çox yaxındırsa.

Comments are closed, but trackbacks and pingbacks are open.