Qanlı Yanvar – xalqımızın qan yaddaşı
Поделиться 0
Qanli yanvar xalqin qan yaddasidir
20 янв 2021
В группе 40 289 участников
Qanlı Yanvar – Кровавый Январь Qanlı yanvar 20 yanvar günü, o qanlı gecə, Silahsız xalqıma divan tutuldu, Azadlıq dəyərək toplaşan xalqa, Odu silahlardan atəş açıldı. Əli yalın xalqın, dinc əhalinin, Üstünə onlarla tank yeridildi. Tarix görməmişdi belə vəhşilik, Yüzlərlə həmvətən şəhid edildi. Nə qoca, nə cavan, nə qız, nə gəlin, Əzdilər keçdilər körpələrəcən. Bakı qan ağladı, fəryad qopardı, Gecədən başlamış, düz səhərəcən. Qorxuyla döndərmək istəsələr də, Xalq öz amalından geri dönmədi. Nə şaxta, nə ordu, nədəki tanklar, Xalqımın əzmini qıra bilmədi. Bir xalq göstərin ki, tanklar önünə, Əliyalın çıxa, silahsız çıxa. Bu mənim xalqımdır bircə gecədə, Qanıyla qol çəkdi o azadlığa. Üstündən yüz illər gəlib keçsə də, Heç vaxt unutmarıq bu faciəni. Qan yaddaşımıza dönən bu qanlı, Həm acı, həmdə ki şanlı gecəni. Müəllif: Elvin Elxanoğlu Səs: Elvin Elxanoğlu #20Yanvar #20yanvar #QanlıYanvar #qanlıyanvar #QanliYanvar #qanliyanvar #20Января #20января #КровавыйЯнварь #кровавыйянварь
506 просмотров
Комментарии 1
20 янв 2021
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 13 декабря 2021 в 01:17
O qorxulu plana İlham Əliyev artıq imza atdı. Qarabağ verildi ruslara (ermənilərə). SON XƏBƏR
1 358 просмотров
добавлена сегодня в 00:22
102 просмотра
добавлена вчера в 23:11
175 просмотров
добавлена вчера в 22:20
170 просмотров
добавлена вчера в 19:51
Əzizinəm yaz gəlsin, yaz gəlsin bahar gəlsin, bu novruz bayramında qəm getsin, sevinc gəlsin!
Baharla birlikdə təbiətdə yaşanan hərəkətlilik, ortaya çıxan fərqliliklərin gözlər önünə sərdiyi mənzərəylə birlikdə sizin də həyatınız rənglənsin!
Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun!
Həyatınız Şəkərbura kimi şirin, Paxlava kimi yağlı, Qoğal kimi dadlı, problemlərin Fındıq boyda, cibində Səməni kimi yaşıl pullar çox olsun!
Bayramınız Mübarək kasıb, amma Mərd Xalqımız .
Məmmədbağır Bağırzadə – Şəkərbura, paxlava
SON XƏBƏR
Qanlı Yanvar – xalqımızın qan yaddaşı
Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanın təcavüzkar siyasətinə qarşı kəskin etiraz bildirən və SSRİ rəhbərliyinin ermənilərə haqsız olaraq himayədarlıq etməsinə hiddətlənən xalqımız paytaxt Bakının küçə və meydanlarına çıxaraq tapdalanmış hüquqlarını tələb etməyə başladı.
Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda izdihamlı mitinqlər təşkil edildi. Dağlıq Qarabağın Ermənistana birləşdirmə cəhdləri, erməni terror və quldur birləşmələrinin Azərbaycan kəndlərinə vəhşicəsinə basqını, silahsız və günahsız soydaşlarımızın qətlə yetirilməsi, yüzminlərlə soydaşımızın öz qədim yurdundan – Qərbi Azərbaycan torpaqlarından işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər.
SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şəraiti tapa bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 24-dən “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin eyni zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar.
Xalqın məlumatlandırılmaması üçün yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər.
Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasının projektorlarının köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi personalın yaralılara köməyə getməsinə mane olurdular.
Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 137 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfərdən çox insan həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan olunmuşdu. Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummmilli tətil başlandı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə, vəzifə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalılar yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın keçirdiyi əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız olması üçün qoşun birləşmələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.
“Şit” təşkilatına mənsub müstəqil hərbi ekspertlərin hesabatından bəlli olur ki, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 minə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir, ektremistlər Salyan kazarmalarının (Bakıda əsas qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”- kimi fikirlər sovet generallarının əsgərlərə verdiyi göstərişlər idi.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Güya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet rəhbərliyinin gəldiyi bu “qənaət” tamamilə ağ yalan və hiyləgərliyin göstəricisi idi. Məsələ ondadır ki, əgər sovet rəhbərliyinin iddiaları həqiqət olsaydı belə, Bakıya 60 minlik qoşun göndərməyə ehtiyac yox idi.Çünki, həmin vaxt burada daxili qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Yəni bütün bunlar Sovet rəhbərliyinin göstərdiyi amansız şou idi və xalqın silahsız olduğunu görəndən sonra belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi.
Həmin gün xalqımız ən ağır günlərini yaşayırdı. Vahimə içində hadisələrin gedişatını həyəcanla izləyən kütlə nə edəcəyini də doğru-dürüst anlamırdı. Yaşanan şok və 70 il qardaş və xilaskar obrazı kimi xalqa təbliğ edilmiş bir ordunun belə qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki, Sovet İttifaqı artıq etibarını və əvvəlki imicini itirmişdi.
Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. Bu ağır günlərdə böyük siyasətçi xalqla bir yerdə olduğunu bildirərək, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi.
Bakı şəhəri və bütün Azərbaycan, fövqəladə vəziyyətin olmasına baxmayaraq, yanvarın 22-də şəhidlərlə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. “ Azadlıq” meydanında böyük izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə milyondan artıq insan iştirak edirdi. Bu görünməmiş izdiham idi. Azərbaycan xalqı ilk dəfə idi ki, belə böyük etiraz səsini ucaldan izdihamın şahidi olurdu. Tarixən böyük dövlətlər yaratmış xalqımız sovet müstəmləkəsinə çevriləndən sonra ilk dəfə idi ki, öz haqq səsini belə ucaldırdı.
O gün, hamı bir yumruq kimi Vətənin dərdini bölüşmək üçün meydana axın-axın gəlirdi. Gurultulu, emosional, milləti milli mübarizəyə səsləyən bəyanat və çıxışlar eşidilirdi. Küçələrdə, Azərbaycan KP Mərkəzi Komitəsinin binasının divarlarında “Qorbaçov cəlladdır!”, “ Rədd olsun Sov. İKP!”, “ İşğalçılar, rədd olub gedin!” və s. kimi şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. Şəhidlər izdihamın müşayəti ilə şəhərin ən hündür nöqtəsində—Dağüstü Parkda dəfn edildilər. Xalq dəfn mərasimində iştirak etdi. Hamı bir nəfər kimi şəhidlərimizin layiqli şəkildə torpağa tapşırılması üçün əsl milli qeyrət nümayiş etdirdi. Görünməmiş hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət edirdi. Bütün bölgələrimizdən olan vətəndaşlarımız şəhidlərimizlə vidalaşmağa gəlmişdilər. Hətta elə insanlarımız da var idi ki, hər gün oranı ziyarətə gəlirdi. Bu birlik ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən Vətən övladlarının şərəfinə idi. Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan millətimizin həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
SSRİ rəhbərliyi öz bədnam cinayətkar əməllərindən peşman olmaqdansa hadisələri təhrif etmək və dünyaya yalan informasiya çatdırmaq yolunu tutmuşdu. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutduğu bir vəziyyətdə o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq – mühafizə orqanlarına qarşı qaldırmaqdır”. Bu da öz növbəsində Mərkəzin başında duranların və onlara canla-başla xidmət edənlərin iç üzünü bir daha üzə çıxartdı.
“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Ümumxalq matəm günü elan edilmiş hər il yanvarın 20-də başda cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyi, ölkədəki diplomatik korpusun təmsilçiləri, bütün ictimai sektoru təmsil edən fəallar, vətəndaşlar faciə nəticəsində həlak olmuş insanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.
20 Yanvar qətliamının ildönümlərində Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilir, Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, bütün gəmilər, avtomobillər və qatarlar siqnal verir.
İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi. Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər. Azərbaycan şəhidi mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.
20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı – FOTO
Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Mərkəzi hakimiyyəti ən çox qorxuya salan da elə bu idi. Azərbaycan kimi yağlı tikəni əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan yolu seçdi. Bu yol Azərbaycan xalqının rəyini nəzərə almayaraq onu əzib keçmək, başqa respublikalarda da baş qaldırmaqda olan azadlıq, müstəqillik istəklərinə zərbə vurmaq yolu idi. Bu məqsədlə milli münaqişə zəminində böyük nifaq yaradılmasına əl atıldı.
Şovinist erməni millətçiləri qızışdırılaraq Azərbaycana qarşı yönəldildi. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə edilən basqınlar, azərbaycanlıların elindən-obasından didərgin salınması xalqın çox kəskin etirazına səbəb olmuşdu. Meydanlara toplaşan xalq haqsızlıq və ədalətsizliyə son qoyulmasını tələb edirdi. Lakin mərkəzi hökumət bu tələblərə məhəl qoymayaraq erməniləri daha da qızışdırırdı.
Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq azadlıq və müstəqillik tələblərini irəli sürməyə başladı. Bu tələb Moskvanı ciddi təlaşa salmışdı. Ona görə də azərbaycanlıların qorxudulması, ürəklərə xof salıb, xalqı azadlıq yolundan döndərilməsi üçün cəza maşını işə salınmışdır. Kommunist hakimiyyəti “sapı özündən olan baltaların” müraciəti ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun birləşmələri yeritdi və misli görünməmiş qırğın törədildi.
Xalqın qanı axıdıldı. SSRİ imperiyası sözün həqiqi mənasında istədiyinə nail olmaq üzrə idi. Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdı. Dünənə kimi meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin heç biri gözə görünmürdü. Faciənin miqyası və qəddarlığı xalqı təşvişə salmış, çoxlarını qorxutmuşdu. Lakin bu təşviş və qorxu uzun sürmədi.
Hadisəni törədənlərin qulağının dibində – Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, qəlblərdə ümid yaratdı. Bu uca səs xalqın təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Heydər Əliyev o ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi.
Uzun illərdən sonra, bu gün həmin hadisələri nəzərdən keçirəndə sağlam düşüncələrə belə bir həqiqət hakim kəsilir ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada etiraz səsini ucaltması xalqımızın mübarizə əzmini artırmış, birliyini və həmrəyliyini möhkəmlətmişdir.
Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı) “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər .
M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi, dördüncü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Ancaq SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatmış, respublikada televiziya verilişləri dayandırılmışdı.
Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 19-da saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar yalan danışaraq bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
Bəs bu vəhşiliyin əsl səbəbi nə idi? Bu sualı cavablandırmaq üçün 20 Yanvar faciəsinin araşdırılması üçün yaradılmış istintaq komissiyasının materiallarına nəzərdən keçirmək kifayətdir. Materiallara əsasən adamları xüsusi qəddarlıqla öldürərək, yaxın məsafədən güllələmişlər. Məsələn, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər.
Bütün bunlar ona dəlalət edir ki, imperiya xalqı bu yolla qorxudaraq, onu vahiməyə salmaq, iradəsini qırmaq, boyun əyməyə məcbur etmək istəyirdi ki, xalq azadlıq və suverenlik tələbindən əl çəksin, Dağlıq Qarabağın işğalı ilə barışsın.
Tanınmış britaniyalı jurnalist Tom de Vaal “Qara bağ” kitabında yazır ki, Bakıda hərbi vəziyyətin elan edilməsini başa düşmək olardı. Lakin sovet əsgərlərinin avtobusdakı insanları atəşə tutmalarını, 14 yaşlı qız uşağını güllələməklərini başa düşmək olmurdu. Bu dəhşət idi.
Görkəmli rusiyalı kinorejissor Stanislav Qovoruxin “Repetisiya” (Məşq) məqaləsində yazırdı ki, sovet əsgərləri Bakıya işğalçı kimi daxil olmuşdular. Heç bir qayda-qanun yaratmaqdan söhbət gedə bilməzdi, söhbət işğaldan gedirdi.
Bütün bu məsələlərin qarşısını almaq əvəzinə həmin dövrdə xalqın problemlərini bir tərəfə qoyan hakimiyyət sahiblərinin əsas məqsədləri Heydər Əliyevlə xalqın birləşməsinin qarşısını almaq idi. Bu kimi cılız işlərlə məşğul olan hakimiyyət sahibləri dayaqlarının çürüdüyünü belə görə bilmədilər. M.Qorbaçovla açıq qarşıdurmadan çəkinməyən Heydər Əliyev bu ağır günlərdə xalqı ilə bir yerdə olmaq üçün Azərbaycana qayıtdı. Lakin onun Bakıda yaşamasına imkan vermədilər. Halbuki, əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
1990-cı il iyulun 22-də Heydər Əliyev Naxçıvana qayıtdı. Bu qayıdış xalqın xilası oldu. Həmin ilin sentyabrında keçirilən seçkilərdə Heydər Əliyev Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçildi. Noyabrın 21-də isə artıq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi. Bu, 20 Yanvar faciəsinə rəsmi olaraq verilən ilk siyasi qiymət idi.
Sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Bakıda fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində qadınların və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Bu cür bəyanatların əsas məqsədi əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Qanlı yanvardan artıq 22 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Dövlətimiz inkişaf etdikcə, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə olan diqqət və qayğı da artır.
Bu gün Azərbaycan öz inkişafı ilə, dünyada qazandığı nüfuzla düşmənə layiqli cavab verir. Ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya siyasətindəki yerinin nə qədər möhkəm olduğunu göstərir. Bütün bunlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən, strateji siyasəti nəticəsində nail olmuşuq. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, dünyada gedən proseslərə uyğun olaraq çevik siyasət həyata keçirməsi nəticəsində Azərbaycanı bölgənin ən qüdrətli dövlətinə çevrilmişdir. İndi Azərbaycanın razılığı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın güclü ordusu isə xalqı hər zaman düşmən təcavüzündən müdafiə etməyə hazırdır.
Böyütmək üçün şəkillərə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.