Oğlum Məhəmmədə nəsihət – uşaq ədəbiyyatının ilk örnəyi – Elnarə AKİMOVA
Göründüyü kimi, Nizami irsi uşaq ədəbiyyatı üçün maraqlı və zəngin məxəz olmuş, istər yüksək sənət materiyası, istərsə də aşıladığı mənəvi dəyərlər baxımından faydalı nümunə hesab edilmişdir. Hər halda “oxu materialı” kimi faydalı olsa belə, dünya və cəmiyyət məsələrinin geniş problematikasına varan Nizami sözünün yetişən yeni nəslin idrakında əvəzsiz təsir mənbəyi olması şübhəsizdir. Ona görə də “Azərbaycan yazılı uşaq ədəbiyyatı tarixinin süni surətdə qədim və orta əsrlərə aparılması cəhdi tarixi, elmi-pedaqoji və məntiqi cəhətdən qeyri-elmidir” (Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1992, s.5), – kimi fikirlərlə razılaşmaq olmur. Əksinə, zəmin, bünövrə kimi elə bu zaman kəsimlərini məqbul sayaraq, bu sırada Nizami irsinin böyük missiya həyata keçirdiyini danmaq olmaz. Hansı missiya? Bu barədə fikirlərimizi əsaslandırmağa çalışaq.
Qara namazov uşaq ədəbiyyatı 2007
Nə qədər çalışsam da, şeirdə uşaqlara aid kiçicik bir işarə tapa bilmədim. Şeir müəllifi sanki çoxdan yanıqlı olduğu nüansı nəzmə çəkərək onun haradasa çapına nail olmağa çalışıb və təəssüf ki, tarixi təcrübəyə malik “Günəş” öz səhifələrinə ona məmnuniyyətlə yer ayırıb. Bu şeirə də, həmin müəllifin epataj səciyyə daşıyan, uşaq dünyasına aid olmayan “Ehtiras növbəsində” şeirinə də:
Düz bir ildi Eşşəyin
Əli Atdan üzülüb.
Çağdaş uşaq nəşrlərinin əksəriyyətini vərəqləyərkən kommersiya tələblərinin öndə getdiyinin şahidi oluruq: yaz getsin, sat getsin, aldat getsin. Peşəkar müəlliflərlə işləmək istəyi nəzərə çarpmır, uşaq ədəbiyyatı bazarında daha çox profan qələmin at oynatdığı üzə çıxır.
Nəşriyyatların tez-tez nağıllar, nağıl kitabları çap eləməyi təqdirəlayiq haldır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Ona görə bu məsələdə daha həssas olmamız gərəkdir. Bu gün çox aktuallanan məsələ müasir nağıl qəhrəmanının yaranmaması məsələsidir. Hətta iki il əvvəl azadlıq saytının “oxu zalı” belə bir fikri başlığa da çıxarmışdi: “Uşağı Cırtdanla aldatmaq olmur. Yeni qəhrəmanlar yaranmalıdır”. Bugünkü uşaq ədəbiyyatının ən böyük problemini də elə bu yanaşmada axtarmaq lazımdır. Uşaq ədəbiyyatından danışanlar, sanki, uşağı aldatmağın yolunu axtarırlar. Nağıllarda uşaq sadəcə, özünü tapmalıdır, öz fantaziyasını, xəyallarını, öz dünyasını görməlidir. Bu mənada, Əşrəf Hacıyevin “Nağıl evi” nəşriyyatında 2002-ci ildə “Bir qız, bir oğlan, bir də ovçu Qurban” adlı kitabında yer alan nağılları müəllif məsuliyyətinin ən gözəl nümunəsi saya bilərik. Kitabda yer alan nağıllar həm dilinin şirinliyinə, təhkiyə mədəniyyətinə, həm də uşaq psixologiyasının ən incə xüsusiyyətlətinin nəzərə alınması, onlara həssaslıqla yanaşılması baxımından uğurlu təsir bağışlayır. Hər nağıl mətninə uyğun şəkillərin yer aldığı bu kitabın mütaliəsi sonucda bizi uşaq aləminin rəngarəngliyinə səyahətə aparır. Yaxud “Altun Kitab” nəşriyyatında Rafiq İsmayılovun tərtibçiliyi və redaktorluğu ilə “Məişət nağılları” (2011), “Şərq-Qərb” nəşriyyatında “Dünya nağılları” seriyasından olan “Daşdəmirin nağılı”, “Göyçək Fatma” (2011) kitabları çap olunub. Kitablar səliqəli, rəvan dildə, uşaqların anlayacağı səviyyədə hazırlanıb. Təəssüf ki, bu cür nümunələrin adlarını o qədər də səxavətlə sadalaya bilmirik. Bəzən məzmunu sönük olan əsərlərə zəngin tərtibat verildiyi halda, mündəricəsi maraqlı olan kitablar illüstrasiyadan məhrum edilir, hətta şriftlərin seçilməsində də diqqətsizliyə yol verilir. Bu baxımdan, bir məsələyə də diqqət çəkməyə dəyər. Mövzu ilə əlaqədar uşaq ədəbiyyatı kitabxanasında, müxtəlif kitab satışı obyektlərində oldum. Nəzər yetirdiyimiz nəşriyyat işlərinin hər birində müəyyən çatışmazlıqlarla qarşılaşdıq. Birində dediyimiz kimi, rəssamlarla işləmə istəyi görmədik, digərində daha çox klassik ədəbiyyata üstünlük verildiyini sezdik, bir qisminin isə əsasən, dünya ədəbiyyatı seriyasından kitablar nəşr etməklə məşğul olduğu məlum oldu.
Bu gün konkret olaraq sırf uşaq ədəbiyyatı nəşrləri ilə məşğul olan nəşriyyat fəaliyyət göstərməsə də, demək olar ki, bütün nəşriyyatlar uşaq ədəbiyyatı nəşr edir. “Şərq-Qərb”, “Təhsil”, “Altun-kitab”, “Bərəkət”, “Qanun”, “Hədəf”, “Üç alma” və s., və i. Amma bir çox nəşriyyatlarda imza qıtlığı var, müəlliflərlə işləmə çabası hiss olunmur. Məsələn, uşaq ədəbiyyatının təbliği yönündə sistemli iş aparan “Təhsil” nəşriyyatında (2009-dan 2013-də qədər burada 80 adda kitab hazırlanıb) bu missiya daha çox Sevinc Nuruqızının imzasına önəm verməsi ilə məhdudlaşıb. Yalnız 2010-cu ildə Aygün Bünyadzadənin üç dildə çap olunan nağıl kitablarını istisna etsək, 2009-cu ildə “Təhsil” nəşriyyatında, 2011-13-cü illər arasında isə “Aspoliqraf” nəşriyyatında görünən imza yalnız Sevinc Nuruqızıdır. Həm də bir neçə istiqamətlərdə: həm tərcümə, klassikadan sadələrdirmə, fərdi nağıl, hekayə yazmaq prosesi, qəhrəmanların tanıdılması yönündə çalışmalar və s., və.i. Bu, əlbəttə, böyük ədəbi fədakarlıq nümunəsidir. Eyni zamanda nümunələrin hamısı ilə olmasa da, müəyyən qismi ilə tanışlıq bizdə məmnunluq yaratdı, mətnlərdəki müəllif məsuliyyətini dəyərləndirməmək insafsızlıq olardı. Amma nədən imza rəngarəngliyi yoxdur, yaxşı tərcüməçilər, uşaq əsərləri müəllifləri nəşriyyatlara cəlb olunmur? Təəssüf ki, məsələyə qeyri-ciddi yanaşmanı ciddi tədris ocaqlarında da görürük. BDU-nun uşaq ədəbiyyatı dərsliyində müasir dövr uşaq ədəbiyyatı Gülzar İbrahimova, onun yaradıcılığı ilə xarakterizə olunur. Məgər çağdaş uşaq ədəbiyyatı bir nəfərinmi ümidinə qalıb? Mən bayaq bir çox müəlliflərin adlarını çəkdim. Məsələ onda deyil ki, onlardan bir qismi artıq həyatda yoxdur (M.Günər, X.Əlibəyli, A.Qəhrəman), bir qismi məsələn, İ.Tapdıq, Z.Xəlil kimi, ömrünün ahıllıq kürsüsündə əyləşib meydanı cavanlara həvalə edib. Qalan digər imzaların meydana qoyduğu mətnləri görməzdən gəlmək olarmı? Müasir uşaq ədəbiyyatının ümumi mənzərəsindən danışırıqsa bunu sistemli şəkildə həyata keçirməliyik. Problemə qalınca, bizdə peşəkar uşaq əsərləri yazan müəlliflər çoxdur, sadəcə nəşriyyatların bu əməkdaşlarla işləmə, onları əməkdaşlığa cəlb etmə çabası, həvəsi, niyyəti zəifdi. Profili sırf uşaq ədəbiyyatı olmayan “Tutu” nəşriyyatı, “Altun” nəşriyyatı (direktor Rafiq ismayılov), “Qanun” nəşriyyatı (direktor Şahbaz Xuduoğlu) işlərini ancaq tərcümə üzərində qurublar. “Qanun” nəşrlər evində əsasən, dünya ədəbiyyatı seriyasından müxtəlif əsərlər doğma dilimizə çevrilərək uşaqların anlayacağı qədər sadələşdirilərək çap olunur. Müxtəlif yaş səviyyələrinə uyğun sınaq kitabları, maarifləndirici kitablar, boya jurnalları nəfis tərtibatla təqdim olunur. Əlbəttə, bədii-estetik zövqün formalaşması üçün dünya uşaq ədəbiyyatından seçmələrin tərcüməsi, onun uşaq nəşrlərində çapı çox vacib və önəmli bir məsələdir. Eyni zamanda biz milli ədəbiyyat nümunələrimizi tərcümə edib digər xalqların dilinə çevirməliyik. Əcnəbi əsər mütaliə vərdişi yaratmaq, uşağın dünyagörüşünün genişlənməsi üçün vacib amildir, amma bu nağılların hər biri müəllifinin mənsub olduğu ölkənin genetik kodlarını, mifik şifrələrini daşıyır. Milli sabahımızın yad təsirlərə qapılmalardan qorumaq istəyiriksə, o zaman özümüzün yazdığı mətnlərə ehtiyac var.
“Hədəf” nəşrlər evində “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar və hekayələr hazırlanaraq uşaqların istifadəsinə verilib. Burada xarici ölkə ədəbiyyatının nümunələrinin sadələşdirilmiş variantları nəşr olunsa da (məsələn, E.Seton-Tompson. “Heyvanlar haqqında hekayələr“, “Dünya xalqlarının nağılları” və s.), başlıca dəyərin daha çox həm də klassik əsərlərin (Qasım bəy Zakir. “Hekayələr və təmsillər”, Nizami Gəncəvi. “Xəmsə”sinə sadil olan bütün əsərləri”, S.Ə.Şirvaninin “Rəbiül-ətfal” dərsliyi əsasında hazırlanmış “Uşaqların Baharı”– nağıl kitabı), dastanların (“Tariximizi tanıyaq, tanıdaq”, “Dədə Qorqud”, “Bamsı Beyrək boyu”, “Oğuz elinin igidləri”) sadələşdirilərək balacalara təqdim olunma çabasında hiss elədik. Bu müqtədir addımı önəmsəyərək bircə məqama toxunmağı vacib bilirəm. Təəssüf ki, bu nəşrlərdə də klassika və dastan nümunələri heç də həmişə sadə və rəvan bir dildə təqdim olunmur, daha çox kiçik ixtisar təsiri bağışlayır, bu baxımdan, dastandakı ideyaların uşağa ötürülməsi prosesi baş tutmur, güclü təəssürat oyatmadığından onun estetik duyumuna təsirsiz ötüşür.
Bu gün problem yalnız uşaq ədəbiyyatı ilə bağlı məsələ deyil. Ortaya çıxan bir uğurlu əsər, maraqlı nağıl qəhrəmanı uğurlu bir cizgi filminin araya-ərsəyə gəlməsinə rəvac verir. Yaxşı cizgi filminin, uşaq kinosunun araya-ərsəyə gəlməsi üçün yaxşı ədəbiyyat faktı, material lazımdır. Yaxud yaxşı materialın ərsəyə gəlməsi işin yarısıdı, onun təbliğatına, daha geniş auditoriyaya yol açması üçün yaxşı rejissor işinə ehtiyac var, başqa ölkənin ədəbiyyatına nüfuz edirik, bəhrələniriksə, yaxşı dublyaj, peşəkar çəkiliş lazımdır. Həm də həssaslığımız. Başqa ölkə ədəbiyyatından kimi, hansı əsərə müraciətimizin, onu uşaqlara ötürməyimizin çox böyük əhəmiyyəti var. V.Hüqonun “Səfillər” kimi mürəkkəb süjetə malik şedevrinin əsasında cizgi filmi hazırlanıb. Peşəkar ssenari, canlı təsvir, uğurlu dublyaj prosesi. Məgər milli ədəbiyyatımızda bu cür cizgi filmlərinin çəkilməsinə material verən əsərlər yox dərəcəsindədirmi?! Axı bu o qədər də çətin məsələ deyil. Hər halda böyüklərə nisbətən, uşaqların qəlbini fəth etmək daha asandır. Bunun üçün ilk növbədə, uşaqlarla ünsiyyətdə olmaq lazımdır, onların dilini, qavrama səviyyələrini, maraq dairələrini öyrənmək, prixologiyalarına bələd olmaq gərəkdir. Bu günün uşağı on il əvvəlin uşağı deyil, heç beş il əvvəlin uşağı da deyil. Hər şey gözlərimız üçündə sürətlə dəyişir. Texnogen sivilizasiyanın pik həddində yaşayırıq. Bu gün uşaqlarımız gözünü açıb özünü kompüter, mobil telefon əhatəsində görür, onlarla çevrələnir, düşüncəsi, fəaliyyəti, maraqları bu istiqamətə yönəlmiş olur. İndi fantastik əsərlər sahəsində boşluqlar var. Halbuki, “bu gün uşaqlara fantastik ədəbiyyatın yaranması daha çox lazımdır. Texnika, internet əsrində, bütün əl çatmayan arzuların reallığa çevrildiyi bir əsrdə yaşayırıq və uşaqlar da bütün bu hadisələrin içərisində formalaşır, tərbiyələnir” (A.Qəhrəman). Bu mənada, “Sehrli dünya” jurnalında Gülzar İbrahimovanın zamanın nəbzini tutmağa çalışaraq daim kompüter aləminə səyahətdən bəhs edən mövzulara köklənməsi, Reyhan Yusifqızının “Yaşıl gözlü qız” kitabında kosmik fəza elementlərinə, kainatın sirrlərinə marağı önə çəkməsi çağdaşlıq baxımından təqdirəlayiq haldır.
Uşaq ədəbiyyatının təqdim və təbliğ olunması yönündə müəyyən reklam səciyyəsi daşıyan saytlar istisna olunmaqla, sırf elektron nəşr kimi bir neçəsinin fəaliyyətdə olduğunu görürük: balalar-az.com; bebe.az; sehrli dünya.com, e-eye.az və mercan.az saytları. Balalar-az.com saytı daha çox klassikaya müraciəti ilə diqqət çəkir. Belə ki, müxtəlif növ və janrlarda materialları ehtiva edən bu saytda klassik ədiblərimizin – C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, M.Ə.Sabirin və başqalarının, o cümlədən tapmaca, bayatı, nəğmələr janrında müxtəlif seçilmiş nümunələrin səliqəli tədqimatı ilə qarşılaşırıq. Təbii ki, bu klassiklər heç vaxt ölməyəcək gözəl nümunələr yaradıblar. Amma ədəbiyyat burada bitmir və XX əsrin əvvəllərində yaranmiş ədəbiyyatla XXI əsrin uşağını böyütmək, formalaşdırmaq mümkün deyil. Amma neyləməli, görünür, günün təcrübəsi yetərincə olmayanda irsə bağlılıq qaçılmaz olur. Həm də elə bununla günün təcrübəsinə çevrilir. Digər saytlar daha çox müasir və yeni yazılmış nümunələrin yerləşməsinə yer ayırır. Bu yöndə isə təbii ki, həmişə peşəkarlığı qorumaq mümkün olmasa da çağdaşlığın dövriyyədə olması baxımından müqtədir addım kimi dəyərləndirilməlidir.
Təkliflər:
1. İlk növbədə, bütün digər məsələlərdə olduğu kimi, uşaq ədəbiyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir.
2. Nəşriyyatlar idxal etdikləri məhsula kommersiya maraqları səviyyəsindən yox, gələcəyimiz üçün atılan müqtədir addımın bir nümunəsi kimi baxmalıdır. Bunun üçün: a) ciddi, peşəkar uşaq ədəbiyyatı nümunələri yaradanlarla əməkdaşlıq eləməli; b) uşaqlardakı obrazlı yaddaşın möhkəmlənməsinə xidmət edən rəssamlıq işlərinə önəm verməli, mətnlə rəsm işlərinin harmonik tamlığı bərpa olunmalıdır. V.Q.Belinski yazırdı ki, “Uşaq nəticələr, sübutlar və məntiqi ardıcıllıq tələb etmir. Onun üçün obrazlar, rənglər və səslər lazımdır”. Kitabdan alınan təəssürat nə qədər güclü, təsirli olursa, uşaq yaddaşında, poetik və estetik duyumunda, həyatı dərkində bir o qədər rol oynayır.
3. Ciddi ədəbi nümunələr daim təbliğ olunmalı, çevrilib başqa ölkələrə yayımlanmaqla bahəm, həm də alternativ olaraq uğurlu ssenari mətnlərində yaşamını, funksionallığını davam etdirməlidir. Uşaq dünyası, bu dünyanın rəngləri, onları doğru-dürüst insan kimi yetişməsini şərtləndirən amillər televiziya verilişlərinin ana xəttini təşkil etməli, xüsusilə dilin təmizliyinin, şirinliyinin qorunmasına prinsipiallıqla yanaşılmalıdır.
4. Televiziya ilə birgə əməkdaşlığa yol olmalıdır, maraqlı uşaq filmləri çəkilib təqdim olunmalıdır. Uşaqlarımız hələ də “Sehrli xalat”, “Bir qalanın sirri” və “Qaraca qız” filmlərindəki uşağı seyr edirlər. İnternet əsrinin bütün əlçatmazlığı dəf edən qabiliyyəti qarşısında “Sehrli xalat” öz gücünü itirməyibmi? Bəs yeni dövrün qəhrəmanı kimdir? Olsun, lap cırtdan da olsun, amma yeni əsr uşağını cəlb edəcək səviyyədə. Biz cırtdanı bü günün çağdaşlığına proyeksiyalasaq o, uşaqlar üçün yenə də maraqlı olacaq. Məsələ macərəların kasadlığında, süjetlərin bəsitliyindədir.
5. Yazılan mətnlərdə, çəkilən cizgi filmlərində mətnə milli, ideya baxımından sağlam düşüncənin hopmasına diqqət edilməlidir. Yalnız bu halda, yad təsirlərdən qoruna, əndişələrimizi yenə bilərik.
Zənnimcə, bu təklifləri realizə etmək o qədər də çətin deyil. Burada sadəcə, yaradıcı şəxslə bahəm dövlət marağının, sifarişinin tandemi olmalıdır. Bir də hər şeyin mayasında dayanan: işə can yanğısı, ədəbi və milli təəssübkeşliyimiz. Bir uğurlu uşaq layihəmiz, bir layiqli uşaq verilişimiz onların sabahına istiqamətlənən əhəmiyyətli addımdır. Addım atmaq isə heç vaxt gec sayılmaz.
“Ədəbiyyat qəzeti”
- Təbrizdə taksi əhvalatı
- Damlaya açıq məktub – Vüqar Van yazır.
- Nobel Sülh Mükafatına 305 namizəd irəli sürüldü
“Oğlum Məhəmmədə nəsihət” – uşaq ədəbiyyatının ilk örnəyi – Elnarə AKİMOVA
Nizami Gəncəvinin irsi Azərbaycan yazılı uşaq ədəbiyyatının məhvərində dayanan böyük arsenaldır. Yaradıcılığı büsbütün nəsihət üslubu, əxlaqi-mənəvi dəyərlərin, insani özəlliklərin təbliği üzərində qərarlaşan şair poeziyasının ehtiva etdiyi bütün fəlsəfi dərinliyə, metafizik qata baxmayaraq, ilk növbədə bu keyfiyyətlərin üstünlüyü ilə önəm kəsb edir.
Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü, formalaşması və inkişafı tarixindən bəhs edən bütün kitablarda, ədəbi-elmi və pedaqoji-metodik ədəbiyyatların əksəriyyətində, eləcə də uşaq ədəbiyyatına həsr edilən dərsliklərdə yazılı uşaq ədəbiyyatının tarixini bir qayda olaraq Ə.Xaqani, N.Gəncəvi və M.Füzulidən başlayırlar. Rafiq Yusifoğlunun “Uşaq ədəbiyyatı” (2002), Qara Namazovun “Azərbaycan uşaq ədəbiyyatı” (2007), Zahid Xəlil və Füzuli Əsgərlinin “Uşaq ədəbiyyatı” (2007), Vüqar Əhmədin “Azərbaycan uşaq ədəbiyyatı” (2006) kimi dərslik və dərs vəsaitlərində klassik sənətkarların ədəbi irsində olan didaktika, öyüd və hikmətli, nəsihət xarakterli nümunələr uşaq ədəbiyyatının örnəkləri kimi təqdim edilmişdir. Hərçənd XIX və XX əsr ziyalıları olan S.Ünsizadə, S.Ə.Şirvani, F.Köçərli və başqaları bu tip əsərlərin uşaqların yaş və bilik səviyyəsi üçün uyğun olmadığını, onların yalnız oxu materialı kimi işə yaradığını vurğulamışdır. Bu qənaəti doğuran əsas səbəb ana dili məsələsi idi ki, dövrün ziyalıları uşaqlar üçün yazılan əsərin onların öz ana dilində olmasını, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini irəli sürür, dünyagörüş və bədii zövqün formalaşması məsələsini ikinci planda qabardırdılar. Bu ziyalılara görə, Ə.Xaqani, N.Gəncəvi, S.Şirazi kimi sənətkarların əsərləri, “Gülüstan”, “Bustan”, “Leyli və Məcnun” və s. kitabların heç biri Azərbaycan dilində yazılmamış, uşaq dünyası, onların yaş psixologiyası nəzərə alınmamışdır. Amma burada bir mühüm məqam var və bu məqam ümumiyyətlə, Nizami irsinin dünya mədəniyyətinin içindəki yerini – yolunu müəyyənləşdirməklə birbaşa bağlı məsələdir. Məlumdur ki, Nizami irsi İslam Şərqi mədəniyyəti içindədir. Bu, həmin dövrün reallığıdır, o dövrdə ədəbiyyat büsbütün ümumislam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Nəinki Azərbaycan uşaq ədəbiyyatı, ümumiyyətlə Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yox idi. Həmin dövrdə mədrəsə və məktəblərdə adıçəkilən sənətkarların, o cümlədən Nizaminin əsərlərindən dərs vəsaiti kimi istifadə edilmiş, onlardakı nəsihətamiz fikirlər, ibrətamiz hekayələr tərbiyəvi əhəmiyyəti ilə böyük rol oynamışdır. Maraqlı bir faktın üzərində dayanmaq olar. 1947-ci ildə Nizami Yubileyi Komitəsi və Azərbaycan Sovet Yazıçıları İttifaqının nəşr etdirdiyi “Nizami” adlı çoxcildliyin dördüncü cildində (redaktoru: Səməd Vurğun, müavinləri: Mikayıl Rəfili və Cəfər Cəfərov) Nizaminin bəzi əsərlərinin Əvəz Sadıqov tərəfindən nəsr tərcüməsi verilmiş, kitabda yer alan bir neçə hekayə – “Xorasanlı və xəlifə”, “Çoban və üzük”, “Rəssam Maninin hekayəsi”, “Şəkər” və “Çörəkçinin sərgüzəşti” uşaq ədəbiyyatı nümunəsi kimi təqdim olunmuşdur.
Onu deyək ki, Nizami Gəncəvinin əsərləri uşaqlar üçün bir çox şair və yazıçılarımız tərəfindən işlənmişdir. Bunlardan “İskəndər və çoban” (Mirmehdi Seyidzadə, 1940), “Fitnə” (Mir Cəlal, 1941), “Kərpickəsən” (Mir Cəlal), “İlin fəsilləri” (Mir Cəlal), “Xeyir və şər” (Mir Cəlal), “Sehrli üzük” (Abdulla Şaiq), “Yaralı oğlan” (Qılman Musayev) kitablarının adını çəkmək olar. Eləcə də 1939-cu ildə “Pioner” jurnalı” nəşriyyatında Səməd Vurğunun təqdimatı və tərcüməsində Nizaminin uşaqlar üçün şeirləri çap olunmuşdur.
Göründüyü kimi, Nizami irsi uşaq ədəbiyyatı üçün maraqlı və zəngin məxəz olmuş, istər yüksək sənət materiyası, istərsə də aşıladığı mənəvi dəyərlər baxımından faydalı nümunə hesab edilmişdir. Hər halda “oxu materialı” kimi faydalı olsa belə, dünya və cəmiyyət məsələrinin geniş problematikasına varan Nizami sözünün yetişən yeni nəslin idrakında əvəzsiz təsir mənbəyi olması şübhəsizdir. Ona görə də “Azərbaycan yazılı uşaq ədəbiyyatı tarixinin süni surətdə qədim və orta əsrlərə aparılması cəhdi tarixi, elmi-pedaqoji və məntiqi cəhətdən qeyri-elmidir” (Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1992, s.5), – kimi fikirlərlə razılaşmaq olmur. Əksinə, zəmin, bünövrə kimi elə bu zaman kəsimlərini məqbul sayaraq, bu sırada Nizami irsinin böyük missiya həyata keçirdiyini danmaq olmaz. Hansı missiya? Bu barədə fikirlərimizi əsaslandırmağa çalışaq.
Əvvəlcə onu vurğulayaq ki, neçə yüzillik boyu Nizamidən təsirlənən şair və yazıçılar arasında uşaq ədəbiyyatımızın bir sıra nümayəndələri vardır. Bu sənətkarlar Nizami Gəncəvinin müxtəlif əsərlərindən bəhrələnərək hekayə və pyeslər meydana qoymuşlar. Məsələn, Abdulla Şaiq şairin “Yeddi gözəl” poeması əsasında “Fitnə”, “İskəndərnamə” poeması əsasında isə “Nüşabə” pyeslərini yazmışdır. Mirmehdi Seyidzadənin “Sevgi” və “Fitnə” əsərləri Nizaminin “Xosrov və Şirin” və “Yeddi gözəl” poemasının motivləri əsasında yaradılmışdır. Sovet dövrü Azərbaycan uşaq ədəbiyyatının tanınmış nasirlərindən olan Əli Səmədli Nizaminin “Yeddi gözəl” poemasında yer alan “Xeyir və şər” hekayəsinin motivləri əsasında “Hərənin bir ulduzu” nağıl-povestini qələmə almış, Çin qızının söylədiyi bu məşhur hekayəni sadə və rəvan uslubda uşaqlara ərməğan etmişdir.
Ədəbiyyat tariximizdə maraqlı bir fakta da diqqət yönəltmək istəyirəm. Məlumdur ki, Seyid Əzim Şirvani qəzəlinə gözəl bir nəzirə yazmış şagirdi Ələkbərə hədiyyə olaraq Nizaminin “Xəmsə”sini göndərmişdir. Nizaminin əsərlərinin uşaqlar üçün deyil, böyüklər üçün yazıldığını bildirən Seyid Əzim yəqin ki, “Xəmsə”ni də elə bu kontekstdə – layiqli bir “oxu materialı” olaraq öz şagirdinə uyğun bilmişdir. Hər halda danılmaz faktdır ki, gələcəyin ən gözəl satiriki olmaqla yanaşı, ədəbiyyat tariximizə ən gözəl uşaq mətnlərinin müəllifi kimi adını yazdırmağı bacaran Mirzə Ələkbər Sabirin bu hünərində Nizaminin məşhur beşliyinin məxsusi rolu olmuşdur.
Nizami öz yaradıcılığı ilə əsl insanla əsl şairi birləşdirən yüksəkliyə adlamış sənətkardır. Bu onun yaradıcılığında konsepsiya, təlim səviyyəsində gerçəkləşdiyindən, dünya və cəmiyyət məsələlərindən böyük həssaslıqla bəhs edildiyindən burada uşaq, yaxud böyük yaş senzinin çalarlarını axtarmağın özü belə yersiz görünür. Bütün hallarda aşılanan ideya ruhsal yetkinlik, saf və ali başlanğıcdır, kamil şəxsiyyət olmağın sınırlarını hədəfə alan rəmz və işarələr sistemidir, mənəvi-əxlaqi zənginlik və nəcib xarakter yaratmaq qayəsinə yön almış sənətdir. O zaman biz mahiyyətə enib formanın deyil, məzmunun faydalılığı haqqında düşünüb qərar çıxarmalıyıq. Nizaminin çox məşhur – “Zalım padşahla Zahidin dastanı”, “Kərpickəsən kişinin dastanı”, “Sultan Səncər və qarı”, “Fitnə”, “Nuşirəvan və bayquşların söhbəti”, “Meyvəsatanla tülkünün nağılı”, “Bülbül ilə qızılquşun dastanı”, “Yaralı uşağın dastanı” və başqa hekayətlərindəki ibrətamiz motivləri bir-bir şərh edərək onlardakı didaktik səviyyənin uşaqlar üçün nə qədər faydalı olmasından geniş bəhs etmək mümkündür. Bura şairin bütün poemalarına səpələnmiş təmsil və alleqoriyadan məharətlə istifadəni, nağıl janrında sərgiləmiş olduğu ideya-məzmun vüsətini, humanist qayənin gücünü əlavə etsək, görürük ki, Nizami əsərlərində yeddidən yetmiş yeddiyə hər kəsin ala biləcəyi bir hikmət, bir dərs vardır. Dünya ədəbiyyatında xüsusi olaraq uşaqlar üçün yazılmayan, lakin bütün yaş qrupları tərəfindən məhəbbətlə qarşılanan və çağımızadək oxunan əsərlər vardır. Bəşər əhli illərdir K.İ.Çukovskinin, P.P.Yermolovun əsərlərini təkrar-təkrar çap edir, A.S.Puşkinin nağıllarını, İ.A.Krılovun təmsillərini sevə-sevə oxuyur. Görkəmli rus tənqidçisi V.Belinskinin belə bir fikri var: “Uşaq ədəbiyyatı balaca uşağın tərbiyəedilmə, şəxsiyyətinin formalaşdırılma vasitəsidir. Uşaqlar nəticə, təsdiq və məntiqi ardıcıllıq tələb etmirlər, onlara surətlər, rənglər və səslər lazımdır. Uşaqlar ideyaları sevmirlər, onlara tarixi rəvayətlər, povestlər, nağıllar və hekayələr lazımdır”. Bu baxımdan, yaradıcılığında daim xalq folklorundan, təbiət təsvirlərindən geniş istifadə edib çoxsəsli və çoxçalarlı mətnlər meydana qoyan Nizamini uşaq ədəbiyyatının memarları sırasında almaqda tam haqlıyıq.
Qeyd edək ki, Nizamiyə bu statusu qazandıran həm də onun oğlu Məhəmmədə yazdığı nəsihətlərdir. Məlumdur ki, Nizami oğlu Məhəmmədə üç əsərində xitab etmişdir: “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Yeddi gözəl” poemalarında. Hər yeddi ildən bir – 7, 14, 21 yaşlarında edilən bu müraciətlərlə Nizami oğlunu mənən ömrün müxtəlif instansiyalarından keçirməyə, hər yaş mərhələsinə müvafiq ata nəsihəti verməyə çalışmışdır. Bunun özü Nizaminin uşaqlarla bağlı həssas mövqe sərgiləməsinin, onlara hər yaşda hansı dəyərləri aşılamağı bilməsinin göstəricisidir.
Əvvəlcə bunu deyək ki, şair bu şeirlərdə oğluna gözəl müraciət üsullarına yer verir: “Yeddi yaşlı balam, gözümün nuru!”; “Sən, ey on dörd yaşlım, hər elmə yetkin!”. Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində yazır: “İlk aşkının yadigarı oğlu Muhammedi (Mehmed) Şair daima düşünmüş, bu “Türk çocuğunu” candan bir ilgi ile beslemiştir. Şairin, kendi “Mehmetciği”ne hitap eden beyitleri dikkate değer düşünce ve duyğularla doludur. Birer baba ögüdü şeklinde olan bu hitaplar, hakim Şairin, olgun adam tipinin nasıl yetişebileceği hakkındakı en samimi duyğularına tercüman olmaktadır. Çok sıcak bir ilginin mahsulu olan bu duyğuları ile o, sevgili oğlunun hatırasını dahi, sevimli eserleri ile beraber, ebedileştirmiştir. Zaten o, oğlunu eserlerinden biri gibi telakkı etmekte, onu kitaplarına kardeş saymaktadır”.
Bu fikirlər Nizaminin oğlu Məhəmmədi klassik ədəbiyyatımızda ilk uşaq obrazı kimi təqdim etməyə imkan verir. Bu obraz Nizaminin əsərlərində daim diri, dinamik şəkildə daim mərkəzdədir. Oğlunun adı, necə deyərlər, şairin dilinin əzbəridir, ən sevimli əsərlərini ya Məhəmmədə xitabən başlayır (“Leyli və Məcnun” və “Yeddi gözəl”), ya da bitirir (“Xosrov və Şirin”). Şairin nəsihətlərində meyar birdir: Nizami övladına elm, sənət yolunun tükənməz bir xəzinə olduğunu anladır, bilik əldə etməyi, peşə sahibi olmağı cəmiyyət içində hörmət qazanmanın yeganə rəhni kimi qiymətləndirir: “Ucalmaq istəsən, bir kamala çat, // Kamala ehtiram göstərər həyat”.
Həmid Araslının 1940-cı ildə böyük yaşlı uşaqlar üçün sadə bir dildə yazıb çap etdirdiyi “Şairin həyatı” (redaktoru: Mir Cəlal) kitabında nəql olunur ki, bir gün evə gələn zaman oğlu Məhəmmədin şeir yazdığını görən Nizami ona elm yoluna yönəlməyi, sənətin dərinliklərinə varmağı təlqin etmişdir:
“Oğlunun elmdən, öyrənməkdən əl çəkib gücü düşmədiyi işə yapışmasından qorxan ata, onun təhsili ilə daha ciddi məşğul olmaq lazım gəldiyini düşündü.
Məhəmməd öz şeiri haqqında atasının rəyini bilmək istəyir və diqqətlə ona baxırdı.
– Demək şair olmaq istəyirsən?
– Çox böyük arzudur. Ancaq oğul, hələ savad öyrən, bilik qazan! Elmsiz sənət, boş və mənasız əyləncədir. Fiqh öyrən, təbabət öyrən, şeirlə, qəzəllə məşğul olma. Xalqa biliklə, bacarıqla kömək et. Xalqın dərdinə qal və öz xidmətinlə dünyanı bəzə!”.
Nizaminin oğluna nəsihətində bir məqamı da qeyd eləmək lazımdır. Tanrı sevgisi Nizaminin əsərlərində aparıcıdır, əvvəldən sonadək dominantlığını qoruyur. Onun üçün Tanrısız heç bir əxlaqi dəyərlər sistemi yoxdur. Tanrıya münasibət ölümsüzlük məqamında qərar tapmışdır. Burada Tanrı da, insan da diri, yer üzünün əşrəfi sayılan varlıqlardır. Onlardan biri digərini yetirən əsas səbəb kimi çıxış edir. İnsan Tanrını duyduğu, hiss etdiyi, ona tapındığı qədərincə öz varoluşunun təminatçısı salıya bilər. Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihətində yazır: “Sən Tanrıyla əhdini pozmasan, // Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan”.
Təsadüfi deyil ki, Allah sevgisini şair oğluna yeddi yaşından aşılamağa çalışır: “Ruzi verdi sənə o pərvərdigar, // Üstündə mənim yox, onun adı var“. Yalnız bu məqam istisna olmaqla digər xüsusiyyətləri şair oğluna mərhələli şəkildə – yaş senzlərinə uyğun təlqin edir: bilik öyrənməyi, sənət dalınca getməyi, əxlaq, ədəb, mərifət elmindən hali böyüməyi. Bu təlqinlər içində özünü öyrənmək, öz dəriniyinə enmək kimi mühüm cəhəti də unutmur: “Bu əyri cizgilər cədvəlində sən // Özünü şərh edib, özünü öyrən!“. Bəli, özündən, ilkinliyindən Allaha doğru aparan yol! Bu yolun süvarisi isə qazanılan bilik və sənətdir!
Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət”i hər bir valideyn üçün proqram səciyyəli poetik mətndir. Şair burada övlad tərbiyəsinin əsaslarını, üsul və metodlarını açıqlayır. Bir övladı faydalı insan, şəxsiyyət kimi necə yetişdirmək olar? Həyatın mənası nədədir, məqsəd, qayə necə olmalıdır? Səkkiz yüz səksən ildir Nizami öz öyüdləri ilə insanı gözəl tərbiyə əsasında böyütməyin, nizamı və ahəngi fərdi-mənəvi “mən”də aramağın yollarını təklif edir bizlərə. Və səkkiz yüz səksən ildən sonra da bu yol bütün naqislikləri yarıb keçməkdə xalis xilas kimi görünür!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası 1” PDF
Azərbaycan uşaq ədəbiyyatının ən əsas və aparıcı qolu uşaq poeziyasıdır. Məktəb yaşlılar üçün nəzərdə tutulan “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın bu cildində XX əsrə qədərki Azərbaycan poeziyasından seçmələr təqdim olunmuşdur. Bunlar yeniyetmələrin yaş səviyyəsinə uyğun olub, böyüməkdə olan gənc nəslin tərbiyəsində başlıca vasitə kimi yeni keyfiyyətli, yüksək bədii dəyərə malik uşaq ədəbiyyatı nümunələridir.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası 1” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Mir.az-az_-usaq-edebiyyati-antologiyasi-1.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.