Press "Enter" to skip to content

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ləzgi mənşəli yer adları onları yazıya alan şəxsin savadından, ləzgi dilinə yiyələnmə dərəcəsindən və işinə olan münasibətindən asılı olur… Bu sovet dövründə də belə olmuş, təəssüf ki, indi də belə olaraq qalmaqdadır. Fikrimi sübuta yetirmək üçün adı çəkilən kitaba müraciət edək. Təkcə bir rayonun-Qusar rayonu kəndlərinin timsalında yol verilmiş təhrif və xətalar haqqında, gəlin, ətraflı danışaq. Bu işdə «Ləzgi dilinin orfoqrafiya lüğəti» (Bakı,2011) kitabı yardımçımız olacaqdır.

Azərbaycan dilinin orfoqrafiya lüğəti

«AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ»
kitabında verilmiş bəzi ləzgi mənşəli toponimlərin düzgün yazılışı haqqında mülahizələrim.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2004-ci ildə imzaladığı məlum fərmana əsasən çap edilmiş yuxarıda adı çəkilən kitabın xalqımızın gündəlik həyatında əvəzsiz xidməti olacağı şübhəsizdir. Bununla belə, kitaba əlavə edilmiş «Azərb.Respub.-da kənd və şəhər adlarının düzgün yazılışı» başlıqlı hissəsi bizdə böyük maraq doğurdu.

Məlumdur ki, respublikamızın şimal rayonlarında digər xalqlarla yanaşı, mənsub olduğum ləzgi xalqı da yaşayır. O da məlumdur ki, hər bir etnos özünün məskun olduğu yerə öz ana dilində ad verir, toponim də həmin adla tanınır və yazıya köçürülür.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ləzgi mənşəli yer adları onları yazıya alan şəxsin savadından, ləzgi dilinə yiyələnmə dərəcəsindən və işinə olan münasibətindən asılı olur… Bu sovet dövründə də belə olmuş, təəssüf ki, indi də belə olaraq qalmaqdadır. Fikrimi sübuta yetirmək üçün adı çəkilən kitaba müraciət edək. Təkcə bir rayonun-Qusar rayonu kəndlərinin timsalında yol verilmiş təhrif və xətalar haqqında, gəlin, ətraflı danışaq. Bu işdə «Ləzgi dilinin orfoqrafiya lüğəti» (Bakı,2011) kitabı yardımçımız olacaqdır.

  1. Aşağı Qələnxur. Ləzgi dilində kəndin adı- Ağa Kalunxür. Kəndin adı LDOL-in 13-cü səhifəsində də belə yazılmışdır. Əgər «xür»-«kənd» deməkdirsə, «xur»-döş», «sinə»mənasını verir. «Kkal»-«düzən yer»deməkdir. Deməli, kəndin adı Ağa Kalunxür»yazılmalıdır.
  2. Atlıxan. Ləzgicə kəndi Atluxanuba adlandırırlar. Bu toponim Atluxanuba yazılmalıdır.
  3. Lüğətdə Bala Qusar formasında getmiş kəndin adı Balaqusardır, beləcə də yazılmalıdır.
  4. Böyük kənd. Rayonda belə bir kənd yoxdursa, bu ad haradan peyda olmuşdur?
  5. Caqar formasında yazılmış kəndin adı Cağar kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
  6. Çətgün adı ləzgi dilində Çetkkün kimi tələffüz edilir. Buna görə də Çetkün formasında yazılmalıdır.
  7. Əlix adı yerli əhali tərəfindən İlixъ kimi deyilir. Bu toponim İlix formasında yazılmalıdır.
  8. Əniq. Əhali bu adı Ünüğ kimi tələffüz etdiyinə görə, belə də yazılmalıdır.
  9. Əcəxur əhali tərəfindən Eççexür kimi deyilir. Bu toponim Ecexür yazılmalıdır.
  10. Əvəcuk adı ləzgilər tərəfindən Evecuğ kimi tələffüz olunursa, belə də yazılmalıdır.
  11. Gican. Görəsən Kçan adının bu cür yazılışını kim icad edib? Bəyəm bu kənddə yalnız giclər (xalqımdan üzr istəyirəm ifadəmə görə)yaşayırlar? Görün kəndin tarixi adını nə günə qoyublar?
  12. Girik adı Kkiriq kimi tələffüz edilir, Kiriq formasında yazılmalıdır.
  13. Gədəzeyxur adı Qadaziyixür kimi yazılmalıdır.
  14. Kəndin adı Haçatala olduğu halda, niyə Hacatala yazılmalıdır?
  15. Kənərçay ləzgicə Ğenervats kimi tələffüz edilir, mənası»Həyətlərdən yığılan çay»deməkdir. Ğenerçay münasib variant sayıla bilər.
  16. Quxur, Quxuroba. Bu adlar ləzgi dilindəki»qve»və»xür»sözlərinin(«iki+»kənd») birləşməsindən törənib, mənası «İkikənd»deməkdir. Qüxür, Qüxüruba kimi yazılmalıdır.
  17. Ləngi sözü heç bir dildə bir məna vermır. Ləzgi dilində Lanqu kimi tələffüz olunur,»düzəngah»mənasındadır.
  18. Mucuq, Muruq, Xuluq kimi lüğətdə verilmiş toponimlər Muruğ, Mucuğ, Xülüx formasında yazılsa, daha düzgün olardı.
  19. Nəcəfkənd kəndinin adı ləzgi dilində Necefxür kimi tələffüz edilirsə və bunun yazılışında heç bir maneə yoxdursa, adın tərcüməsinə nə ehtiyac varmış?
  20. Qusar rayonunda Palasa adında kənd yoxdursa, niyə kitaba yazılmışdır?
  21. Rayon ərazisində Naqvadmüğ kəndi vardır. Sual olunur: Kəndin adını kim və niyə tərcümə etmişdir (Torpaqkörpü kəndi)?
  22. Rayonda Dubur adlı kənd vardır, onu Yeni Həyat şəklinə hələ Sovet dövründə, özü də bir nəfərin təklifi ilə salmışlar. Təklif edirəm, kəndin əvvəlki tarixi adı özünə qaytarılsın.
  23. Yuxarı Zeyxurun adı ləzgi dilində Ziyixür şəklində tələffüz edilir(«Yenikənd»), ona görə də sonuncu kimi yazılmasını təklif edirik.
  24. Xürəl sözü heç bir məna kəsb etmir, onun Xürel formasında yazılması məqbuldur.
  25. Yerği kek kənd adı Yarği kek kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
  26. Yarqun kəndinin adı səhvən olaraq Həzrə formasına salınıb. Buna heç ehtiyac vardırmı?

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı

Lüğət Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videoları yerləşdirilib.

Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vəsait olacaq. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.

“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb: “Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsini asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər və eşitmə və nitq məhdudiyyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcək. Eşitmə məhdudiyyəti olan insanların adından “Nar” və RİİB-ə göstərdikləri bu dəstəyə görə təşəkkür edirik”.

“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: “İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə və nitq məhdudiyyəti olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına və ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağımıza inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün müştəri xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layihələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik”.

RİİB-in nümayəndəsi Zaira Qasımovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi və məşğulluğun artırılması mühüm yer tutur: “Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli və sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir, yeni ideya və təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər və müəllim heyəti, “Karlara Dəstək” İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı”.

Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.

Похожие статьи

  • Azərbaycan dili toplu 2 hisse suallar

    G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….

  • Azərbaycan orfoqrafiya lüğəti

    Лезгинский культурный журнал 2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib. azərbaycan dilinin…

  • Azərbaycan dili yuklə

    Türk dili, yoxsa azərbaycan dili 1. Hansı sözlərin orfoepiyası düzdür. 1. [fəntgir] 2. [hanbal] 3. [arkestr] 4. [bayraxdar] 5. [teatır] A) 1,2,5 B) 1,3,4…

  • Azərbaycan dili qayda kitabı

    Güvən nəşriyyat Azərbaycan dili qayda kitabı İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir: Azerbaycan Danışıq Dili – f.m.Ağayeva – baki -1987…

  • Azərbaycan dili dim haciyev

    Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…

Comments are closed, but trackbacks and pingbacks are open.