Qasimov v.ə informasiya axtarisi
Dövlət və hökumət orqanlarında, özəl müəssisələrdə kompyuter sistemlərinin və şəbəkələrinin, ələlxüsus fərdi kompyuterlərin gündəlik xidməti fəaliyyəti və şəxsi məqsədlər üçün geniş istifadəsi cəmiyyətin müxtəlif təbəqələrində informasiya texnologiyalarına, o cümlədən informasiya resurslarına münasibətdə ciddi dəyişikliklər yaratmışdır. Nəticədə, şəxsi maraqların, niyyətlərin və tələbatların ödənilməsi məqsədilə informasiya sistemlərinin işinə icazəsiz qarışmaq, qəsdən və ya təsadüfən, qərəzli və ya qərəzsiz şəkildə bu sistemlərə daxil olmaq, onları sıradan çıxarmaq, informasiya resurslarında və sistem parametrlərində dəyişikliklər aparmaq, onları istifadə və məhv etmək kimi təhlükəli hallar günbəgün çoxalır. Çox təəssüf ki, bu cəhdlərin bir çoxu müvəffəqiyyətlə həyata keçirilir, informasiya sahiblərinə əhəmiyyətli maddi və mənəvi ziyanlar vurulur.
Qasimov v.ə informasiya axtarisi
Monoqrafiyalar, kitablar və dərsliklər
Monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri 2022 – Ə.Ə.Məcidov, D.B.Tağıyev “Kimyada fiziki metodların tədqiqi” Bakı – Elm- 2022 , səh.189. – B.A.İsmayılova, A.C.Əfəndi, D.B.Tağıyev. “Alifatik dikarbon turşuları və mürəkkəb efirləri” Elm nəşriyyatı, 2022, 189 səh. – E.B.Zeynalov, D.B.Tağıyev, S.B.Zeynalov, Ya.M.Nağıyev, E.R.Hüseynov, F.B.Nəzərov, A.B.Hüseynov, M.Ya.Məhərrəmova, N.A.Mustafayeva, N.M.Şahnəzərova,A.F.Nəbizadə “ Dizel yanacağının komponent tərkibi” Bakı- “Füyüzat” 2022. -səh.90 – Qüdrət Kəlbəliyev. Biblioqrafik göstərici.Bakı- “ELM”,2022, səh.143 – Sevinc Məmmədova “ Nüvə yanacağı materialları olan aktinoidlər sırasından bəzi d-elementlərin naften turşuları ilə maye fazalı ekstraksiyası” Bakı- 2022, səh.202 – Aббасов Миргейдар Гасан оглы «Применение инфракрасной спектроскопии к органическим и неорганическим соединениям» Москва- 2022,с.464 – Abbasov Mirheydər “İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” Bakı-“ləman”-2022. səh 482. – Zeynalov E.B., Tağıyev D.B, Nağıyev Ya.M., Hüseynov E.R., Nəzərov F.B., Hüseynov A.B. Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi. Bakı: “Füyuzat” Nəşriyyatı, 2022, 208 pp. – G.I.Kelbaliev, D.B.Tagiyev, Manafov M.R., Book title: Crude Oil – Emerging Downstream Processing Technologies, Chapter title: RHEOLOGY OF HEAVY OILS, Intech Open publisher, 2022,288p. – G.I.Kelbaliev, D.B.Tagiyev, Rasulov S.R., Реология НеНьютоновских нефтей, Moskva -2022, 600 c. – D.B.Tağıyev, A.N.Məmmədov “Duyğularımız və kimya”. Elm nəşriyyatı. 2022,190 s. Я.И.Джафаров, М.Б.Бабанлы, “Халькогениды таллия-сурьмы (висмута) и твердые растворы на их основе”. Баку, издательство “Elm”, 2022, 320 c. 2021 – А.А.Меджидов, Д.Б.Тагиев. Физические методы в химии. 2021, Баку, «Элм», 195 с. – Samirə Məmmədova “MÜASİR FARMAKOKİMYADA POLİMER VEKTORLAR”. Bakı: “Elm”, 2021, – 196 səh – Д.Тагиев, Qüdrət Kəlbəliyev, Manaf Manafov “Nano- və mikrokapsulasiya. Metodlar və tətbiqlər”. “Intech Open” 2021. pp278 – Tofiq Nağıyev “Conjugated reactions in chemistry and biology in the context of modern ideas”. “Generis publishing” 2021, pp.171 – Mirheydər Abbasovun “İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” BAKI- “Ləman nəşriyyat poliqrafiya” -2021 – Э.А. Салахова “Получение тонких полупроводниковых покрытий на основе халькогенидов рения”. Баку.”AFPoliqrAF” – 236 стр. 2021 2020 – A.Алиев, Д.Тагиев, Р.Гусейнова, В.Меджидзаде. Синтез, свойства иприменение тонких полупроводниковых пленок халькогенидов кадмия. Баку,“Элм”, 2020, 272 с. – Vladimir Vishnyakov, Baghir Suleimanov, Ahmad Salmanov, Eldar Zeynalov. “Primer on enhanced oil recovery”. ELSEVIER (Gulf Professional Publising). 2020, pp.211 – G.I. Kelbaliev. D.B. Tagiev, M.R. Manafov. Rheology of structured oil emulsion .İn book: Nano-and Micro-Encapsulation-Nechniques and aplications. London: İntechOpen, 2020. – Д.Тагиев, А.Ягубов, С.Мамедова.Сорбционные методы очистки природных и сточных вод. Баку, “Элм”, 2020, 246.c. – D.B.Tağıyev, Ç.H.İsmayılova. Biofiziki və Bioüzvi kimya. Bakı, “Təbib”, 2020, s.354 – Тофик М.Нагиев. Сопряженные реакции в контексте современных идей. Баку, CBS Poligraphic production. 2020, pp.207 – Akademik Dilqəm Bəbir oğlu Tağıyevin 70 illiyinə həsr olunmuş Biblioqrafik Göstərici. Bakı, “Elm”, 2020, s.406 – Hesabat ilində İnstitutun Qısa Bukleti hazırlanmışdır. 2019 Kelbaliyev G.I., Tagiyev D.B., Rasulov S.R. Transport Phenomena in Dispersed Media. CRC Press, (USA), 2019, 472p, eBook ISBN 9780429260292 DOI: https://doi.org/ 10.1201/ 9780429260292. Sərdar Zeynalov, Elçin Hüseynov, Mina Münşiyeva, Səidə Şərifova, Şahnaz Qəhrəmanova. Təbii proteinogen aminturşuları, həyat metalları və onların kompleks birləşmələri. − Monoqrafiya. /Еlmi red. akademik Tağıyev D.B., red. Səfərov İ.H. – Bakı: Elm və təhsil, 2019. − 496s. Афарида Гасымова “Физико-химические основы процессов восстановления титаномагнититовых концентратов Азербайджана” -Баку-2019, 171 стр. З.Р.Агаева «Адсорбция поверхностно-активных веществ на металле» Баку,2019,150стр. Dilqəm Tağıyev, Asif Məmmədov. Gələcəyin kimyası. Bakı, Elm, 2019, 340 s. 2018 Tofiq M. Nağıyev “Sinxron reaksiyalara koherent baxış”. Bakı, 2018, 216 s. Eldar Zeynalov. Biblioqrafik göstərici. Bakı: Elm və təhsil, 2018. – 344 s. Dilqəm Tağıyev, Manaf Manafov, Asif Məmmədov. “Kimyada informasiya texnologiyalarının tətbiqi” Bakı, “ELM”, 358s., 2018 З.Р.Агаева, А.М.Кашкай, С.Р.Гаджиева «Экологический анализ некоторых антропогенных факторов загрязнения биосферы». Баку, 2018, 320 стр. Изида Мамедъярова “Азотсодержащие полимеры как ингибиторы коррозии стали” LAP LAMBERT Academic Publishing, 57s., 2018 Əli Nuriyev. Biobiblioqrafik göstərici. Bakı, “ELM”, 174s., 2018. 2017 Г.И. Келбалиев, С.Р. Расулов, Д.Б. Тагиев, Г.Р. Мустафаева «Механика и реология нефтяных дисперсных систем». Москва «Маска», 2017. – 462 с. Рахиля Будагова, Сардар Зейналов, Гюлара Садыхова «Эпокси- и краун-эфиры» LAP LAMBERT Academic Publishing, Saarbrücken, Deutschland – 2017, 67 с.
Дильгам Тагиев, Эльза Салахова «Physicochemical properties of thin rhenium chalcogenides coatings» LAP LAMBERT Academic Publishing, 2017, 49 s. E.Teymurova, M.Əhmədov “Yüksəkpiritli qurguşun konsentratlarının emalı”. Palmarium academic publishing. Saarbrücken, Deutschland/Германия – 2017. «Корифеи химической науки Азербайджана» “Təbib” nəşriyyatı, 311 s. Bakı- 2017. З.А.Зайцева, И.Т.Нагиева «Этюды о Муртузе Нагиеве» Баку, “Шарг-Гарб”, 2017, 152 стр.
2016
Изида Мамедъярова, Дильшад Селимханова, Эльшан Акберов. «Коррозия и наводороживание металлов в гетерогенных средах» LAP LAMBERT Academic Publishing, Saarbrücken, Deutschland/Германия – 2016. 132 с. V.Ə. Qasımov. “Kimyəvi elementlərin lantanoidli üçlü sulfidlərinin kristalloqrafik xarakteristikaları”. “Ləman nəşriyyat poliqrafiya” MMC, Bakı-2016. 504 s. Г.И. Келбалиев, Ф.М. Садыхов, Г.М. Самедзаде, А.Н. Мамедов, Д.Б. Тагиев. “Теория и практика гранулирования порошкообразных материалов“. Баку: ЭЛМ. 2016. 330 с. Изида Мамедъярова, Дильшад Селимханова “Коррозия стали в средах электролит-углеводород и защита ингибиторами” LAP LAMBERT Academic Publishing, Германия – 2016. 138с. Институт Катализа и Неорганической химии 80 лет. Баку-“Элм”-2016. 496 с. С.К. Шарифова, С.Б. Зейналов, Э.Р. Гусейнов “Многофункциональные соединения на основе эпихлоргидрина”. Palmarium Academic Publishing, Saarbrücken, Deutschland/Германия – 2016. 88 c. Jörg Friedrich, Eldar Zeynalov “Oxidation of hydrocarbons by hydrogen peroxide”. LAP LAMBERT Academic Publishing, Saarbrücken, Deutschland/Германия – 2016. 53 s. 2015 А.Мамедов. «Термодинамика систем с немолекулярными соединениями». Расчет и аппроксимация термодинамических функций и фазовых диаграмм. LAP LAMBERT Academic Publishing. 2015.115 c. Dilqəm Tagıyev, Asif Məmmədov. ”Tək atomlardan supramolekulyar kimyaya”. Bakı “Elm”. 2015, 315 s. Г.И.Келбалиев, С.Р.Расулов, А.Г.Рзаев. “Нефтяная гидродинамика”. Москва, 2015. 360 с. И.Мамедьярова, Д.Селимханова, Е.Акберов. «Азотсодержащие органические соединения как ингибиторы коррозии стали». Германия. LAP Lambert Academic Publishing. 2015. 51 с. M.B.Babanlı, T.M.İlyaslı, F.M.Sadıqov,Y.Ə.Yusibov “Fiziki-kimyəvi analizin əsasları” Bakı, Azərbaycan nəşr., 2015, 248s Toplayanı V.Qasımov “Tükənməzlik” AMEA-nın müxbir üzvü Xudu Məmmədova həsr olunmuş məqalələr və xatirələr toplusu”. Bakı “Elm” 2015, 218 c. Саадат Мамедова. «Диффузионные покрытия и ПАВ для защиты от коррозии стальных изделий» LAP LAMBERT Academic Publishing. 2015. 99 с. 2014 Д.Б.Тагиев, А.Н. Мамедов. «Перспективные направления современной химии». Баку «Элм». 2014. 328 с. Ö.M.Əliyev, R.M.Ağayeva, H.R.Qurbanov. “Nadir elementlərin kimyası”. Bakı “Elm”. 2014. 428 s Elza Salakhova “Theelectrochemicalproduction of thin filmsofrheniumchalcogenides” Lap Lambert Academic Publishing. 2014. 101 P. А.Б.Мамедов. «Физикохимические икаталитические свойства цеолит содержащих катализаторов (ЦСК) крекингана основеметаллсиликатных матриц». Баку. Элм. 2014.162 с. Г.И.Келбалиев, С.Р.Расулов. Гидродинамика имассопереносв дисперсных среда. Санкт-Петербург « Химиздат» 2014 с 567. E.B.Zeynalov “Anticatalysts of hermooxidative degradation of polymeric materials”. Baku “Elm” .2014.160 P.
D.B.Tağıyev, H.M.Əlimərdanov, S.İ.Abasov “Kinetika vəkataliz” Bakı “Elm”. 2014. 616s. 2013 С.Б.Зейналов. «Ароматические кислоты». Баку «Элм ве техсил». 2013. 138 c. Г.И.Келбалиев, Г.З.Сулейманов, С.Р.Расулов, Л.В.Гусейнова. «Массообменные процессы в технологии о чисткисточныхвод». Москва – издательство Спутник. 2013. 343 с. А.Н.Шахвердиев, А.Н.Мамедов, И.Г.Мехдиев, Дж.Т.Сафаров, Е.Хассел.«Тепло-физические свойства и термодинамические функции молекулярных и немоле-кулярных соединений и их растворов» Баку «Элм» 2013.333c. Ə.B.Məmmədov, T.N.Süleymanov, A.Q.İsmayılov, Ü.Ə.Məmmədov.« Ekologiyadan vəsait» Bakı. 2013. 119 s. Ə.N.Əzizova, X.İ.Həsənov, C.İ.Mirzai “Platinin qarışıqliqandlı kompleksləri” I cild. Bakı.”Elm”.2013.156 s. 2012 Q.İ.Kəlbəliyev,G.Z.Süleymanov,Ə.A.Həsənov.«Sənayetullantı sularının təmizlənmə texnologiyasında kütlə mübadiləsi prosesləri». Бакы. Елм. 2010. 182 s. И.Г.Мехдиев,А.Н.Мамедов.«Межфазные явления в металлических и ионных жидкостях». Baki-ZAO “Qoliaf qrup” 2012. 375 s. 2011 Advances in Biomimetcs (INTECHnəşriyyatı, 2011. Vienna, Austria) kitabında«Physico-chemical Peculiarites of Iron Porphyrin containing electrodes in Catalaseand Pereoxidase type Biomimetic Sensors» fəslakad. T.M.Nağıyevə məxsusdur. 2009 R.S.Mahmudov, M.S.Alosmanov, M.B.Qənbərov, M.Ş.Atayev.«Ekolojiproblemlərin mühəndis əsasları». 2009. Bakı. «Tİ-MEDİA». 450 s. Ö.M.Əliyev, V.Ö.Əliyev, S.Bayramova. «Qeyri-üzvi kimya kursu». Bakı. MBM.2009.427 s. Ö.M.Əliyev, V.Ö.Əliyev.«Qeyri-üzvikimyakursu»IIhissə.Bakı.MBM.2009. 623 s. E.Zeynalov.”Polimer materialları üçün antioksidantlar”.Bakı.”Elm”.2009.340 s. 2008 М.М.Ахмедов, Э.А.Теймурова. «Переработка высокожелезистых сульфидных свинцовых концентратов». Баку. XXI – YNE. 2008. 252 c. 2007 İ.H.Əliyev, A.Ə.Fərzəliyev,A.Ç.Mirzəyev, N.R.Əhmədova, Ö.M.Əliyev.«Fiziki‑kimyə-vi analiz praktikumu». Bakı. Elm. 2007. 227 s. İ.H.Əliyev, Ö.M.Əliyev, A.Ə.Fərzəliyev, A.Ç.Mirzəyev. «Qeyri‑üzvikimyakursu».Bakı. Elm. 2007. 525 s. М.Х.Аннагиев, Н.А.Иманова, С.Г.Алиева, Т.М.Кулиев. «Сорбентынаоснове природных цеолитов». Баку. Элм. 2007. 108 c. T.M.Nagiev. “Coherent synchronized oxidation reactions by hydrogenperoxide Amsterdam, Elsevier, 2007.325 P. E.B.Zeynalov. ”Fullerenes Information Store:1991-2006.Baku “Nurlan”-2007.521p. 2006 Т.Н.Шахтахтинский, Ч.Ш.Ибрагимов, А.И.Бабаев. «Системный анализ процессов разделения и очистки продуктов нефтехимии». Баку. Элм. 2006. 462 c. A.N.Məmmədov, Z.B.Bağırov, S.Ə.Quliyeva. «Qeyri-molekulyar birləşməli sistemlərin termodinamikası». Bakı. Elm. 2006. 191 s. A.A.Əfəndiyev, A.M.Məhərrəmova, R.S.Salahova. «İzahlı fəzavikimyaterminləri». I kitab. Bakı . Elm 2006. 160 s. 2004 М.И.Заргарова, А.Н.Мамедов, Д.С.Аждароваидр. «Неорганическиевещества, синтезированные и исследованные в Азербайджане». Баку. Элм. 2004. 462 c. E.B.Zeynalov. «Fullerenlər: alınma üsulları mayelərdə həllolma məsələləri» Bakı. Elm. 2004. 96. İ.Bəxtiyarlı. “İşıqlı zirvə”. Bakı. “Təhsil”. 2004.305 s. 2003 Т.Ф.Магсудова.«Тройные полупроводниковые соединенияв системах А III B V C VI ». Баку. Элм. 2003. 274 c. F.T.Mahmudov.«Təbii seolitlər və onların xalqtəsərrüfatındatədqiqi».Bakı. Elm.2003.87 s. А.К.Рзаева, А.Л.Шабанов, М.М.Асадов. «Новыехимико-технологическиепроцессы на основе сопряжения электрохимических и химических реакции». Баку. АГНА. 2003. 132 s. Е.Е.Рамазанова, М.М.Асадов. «Уравнения критического состояния». Баку. Azərbaycan Dövlət Neft Akademiyasının mətbəəsi. 2003.39 c. 2002 A.S.Əliyev, F.M.İmanov, D.M.Qənbərov. «Fiziki‑kimya».Bakı“Çaşıoglu”nəşriyyatı 2002.258 s . 2001 Т.М.Нагиев. «Взаимодействие синхронныхреакцийв химииибиологии». Баку.Элм. 2001. 403 c. Д.М.Ганбаров, С.Т.Амиров. «Структурная химия цеолитов». Баку. Элм. 2001240 c. Д.С.Аждарова. «Полупроводники на основе халькогенидов марганца». Баку. Чашыоглы. 2001.90 c. 2000 С.Б.Зейналов, Т.Г.Кязимова, С.К.Шарифова. «Эпихлоргидрин».Баку.Элм.2000.185c. 1999 Ö.M.Əliyev, S.R.Hacıyeva, V.Ö.Əliyev. ”Qeyri-üzvi rəhbərlik» BakıUniversitet nəşriyyatı. 1999. 229 s 1997 A.P.Qurşumov, Ö.M.Əliyev, S.P.Hacıyeva, A.D.Vəliyev, V.Ö.Əliyev. «Soyuq işıq (Qeyri-üzvi lüminoforlar)». Bakı. Elm. 1997. 218 s. 1996 С.Б.Зейналов. «Эфиры алициклического ряда». Баку. Элм. 1996. 220 с. 1995 Г.З.Сулейманов, И.П.Белецкая, Г.К‑И.Магомедов. «Производныередкоземельных элементов сорганическим иметалкарбонильными лигандами». Москва. Наука. 1995.238 c. 1992 Р.Г.Ризаев, Э.А.Мамедов, В.Е.Шейнинидр. «Гетерогенныйкатализвпроизвод-ствеароматический нитрилов». Баку. Элм. 1992. 237 c. D.B.Tağıyev “ Heterogen kataliz neft kimyasında”. Bakı.”Elm”.1992. 243 s. 1989 Д.Б.Тагиев. « Кристаллические алюмосиликаты в катализе». Баку. «Элм». 1989. 222 с. 1988 Т.М.Нагиев. «Химическое сопряжение». Москва. «Наука».1989. 215 c. Х.С.Мамедов, И.Б.Бахтияров« Структурные аспекты перитектически хреакций» Баку.1988.57с. И.Б.Бахтияров, М.М.Аббасов, Э.А.Гейдарова «Методыполученияифизико-химические свойства оксисульфидов РЗЭ».Баку. 1988.44 с. 1987 Х.С.Мамедов, И.Б.Бахтияров. «Ккристаллохимииполуторных оксидов РЗЭ» Баку. Изд-во АН Азерб. ССР. 1987.23c. 1985 Т.Н.Шахтахтинский, М.Ф.Бахманов, Г.И.Келбалиев. «Методыоптимизациипро-цессов химической технологии с программами для ЭВМ».Баку : Элм. 1985. 260с. 1981 X.S.Məmmədov, İ.R.Əmiraslanov, H.N.Nəcəfov, A.A.Mürsəlıyev.«Naxışlarınyaddaşı». Azərb. Dövlət nəşriyyatı. Bakı. 1981.100 s. П.Г.Рустамов. «Тройные халькогениды редкоземельных элементов». Баку. Изд-во АН Азерб. ССР. 1981. 226 c. А.Н.Нуриев.“Микроэлементы нефтяных водивозможностиих комплекснизвлечения” Баку. Изд-во «Элм». 1981. 148 c. 1979 Т.Н.Шахтахтинский, В.И.Кузнецов, З.А.Зайцева. «Создание и развитие учения орециркуляционных процессах в химической технологии». Баку.1979.138 c. 1978 M.Ф. Нaгиев . «Химическая рециркуляция». Москва. изд-во «Наука». 1978. 87 c. 1974 Г.Б.Шахтахтинский, С.М.Гусейнзаде, Х.С.Халилов. «Попутноеизвлечение пяти-окиси ванадия при комплексной переработке алунитов» . Баку. Изд-во «Элм». 1974. 90 c. 1972 Г.Б.Шахтахтинский. «Получение алюминиевых солейизбедно алунитизированных пород загликского месторождения». Баку. Изд-во «Элм». 1972. 126 с. С.А.Алиев, Р.М.Касимов. «Парамагнитные свойства органических соединений почв». Баку. Изд-во «Элм».1972.60с. 1971 M.Ф.Нaгиев. «Этюды о химических системах с обратной связью». Москва. изд-во «Наука». 1971. 92 c. 1970 M.Ф.Нaгиев.«Теория рециркуляции и повышение оптимальности химических процессов» . Москва. изд-во «Наука» 1970. 390 c. 1968 Г.Б.Шахтахтинский.«Попутное извлечениегаллияпри комплексной переработке алунитов» .Баку. Изд-во АН Азерб. ССР .1968. 67 c. A.A.Əfəndiyev, Y.V.Pokonova. “Polimerlərin kimyasında və fiziki kimyasında təcrübə metodları”. Azərbaycan Dövlət Nəşriyyat. Bakı. 1968. 152 s. В.Ф.Негреев. « Ингибиторы коррозии в борбе с наводороживанием стали в системежидкиеуглеводороды-водныерастворы Баку. Изд‑во« Акад. Наук. Азерб. ССР 1968. 101 c. 1967 П.Г.Рустамов. «Халькогениды галлия». Баку. Изд-во АН Азерб. ССР.1967.130 c. 1966 Г.Б.Шахтахтинский, Г.А.Асланов. «Арсенатный методйодометрического определения магния и кальция». Баку. Изд-во АН Азерб. ССР .1966. 123 c. 1964 Г.Х.Эфендиев. «Вопросы геохимии радиоактивных элементов нефтяныхместо-рождений». Баку. Изд-во АН Азерб. ССР. 1964. 149 c. Heydər Əfəndiyev “Nadir elementlər kimyasına giriş” Bakı. Azərnəşr.1964. 236 s. В.Ф.Негреев “Защита от коррозииморских нефтепромысловых сооружений” Москва. Изд-во « Недра». 1964. 310 c. 1960 Г.Х.Эфендиев, Э.Н.Алихановым, А.Д.Амировым. «Промышленность Азербайд-жана за 40 лет». (1920-1960). Баку. Азнефтеиздат. 1960. 135 c. X.S.Məmmədov. “Kalsium silikatları və hidro silikatlarının kristallokimyası Bakı Azərb.SSR. EA Nəşriyyatı. 1960. 125 s. 1957 Г.Х.Эфендиев. «Гидротермальный рудный комплекссеверо‑ восточнойчасти Малого Кавказа». Баку.Изд-во АН Азерб. ССР. 1957. 342 с. З.Г.Зульфугаров. «Влияние условий синтеза крекирующих катализаторов на ихфизико-химические свойства». Баку. Изд-во АН Азерб. ССР .1957. 222 с. З.Г.Зульфугаров.«Исследованиефизико-химических свойстви отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина» . Баку. Изд-во АН Азерб. ССР. 1957. 247с. 1953 Г.Х.Эфендиев. «Радиоактивность минеральных вод Азербайджана». Баку. Изд-во АН Азерб. ССР. 1953. 42 с. H.B.Şahtaxtinski. «Miqdarikimyəvi analiz». Miqdarikimyəvi analiz (Dərsvəsaiti). Bakı. Dövlət elmitexniki neft və mədənyanacağı ədəbiyyati nəşriyyatının Azərbaycan şöbəsi. 1953. 303 s. 1952 Г.Х.Эфендиев. «Минеральные источники Азербайджана». Баку. Изд-во АН Азерб.ССР. 1952.60 c. 1951 Под редакцией Г.Х.Эфендиева. “Бентонитовые глины (Гильаби) Азербайджана” Баку. Изд-во АНАзерб. ССР. 1951.93c. В.Ф.Негреев. «Коррозия оборудования нефтяных промыслов» Баку «Государственное научно-техническое издательство нефтяной и горно- талливной литературы Азерб. Отделение». 277c. 1945 Г.Х.Эфендиев.«Никелено сностьультра основных пород Азербайджана» Баку. Изд-во АН Азерб. ССР .1945. 53 c. Biblioqrafiyalar
| 1 | Xudu Məmmədov. “Müəllim və müəllimlik”. 2013 Bakı. 28 s. |
| 2 | Toğrul Neymət oğlu Şahtaxtinski. “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri. Biblioqrafiya”. Bakı. Elm. 2012. 276 s. |
| 3 | Ağadadaş Mahmud oğlu Əliyev. “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri. Biblioqrafiya”. Bakı. Elm. 2011. 281 s. |
| 4 | TofiqNağıyev. “Библиография”.Баку. Элм. 2009. 231 с. |
| 5 | “Heydər Əfəndiyev haqqında xatirələr” Bakı. Elm. 2008. 307 s. |
| 6 | MurtuzaNağıyev. “Həyatyolu- “fəlsəfə daşı”nın axtarışında”.Bakı. Elm. 2008. 598 s. |
| 7 | Ayaz Adil oğlu Əfəndiyev .“Biblioqrafiya”. Bakı. Elm. 2007. 287 s. |
| 8 | Xudu Surxay oğlu Məmmədov. “Biblioqrafik gostərici”. Bakı. Nafta Press 2004. 164 s. |
| 9 | Т.Н.Шахтахтинский, А.М.Алиев, Т.М.Нагиев, З.А.Зайцева, Р.Ю.Агаева. “Академик Муртуза Нагиев”. “Выдающийся ученый химик-технолог. Жизнь ради науки”. Баку-Элм. 2003. 214 с. |
| 10 | Z.H.Zülfüqarov. Biblioqrafiya. Bakı. Elm- 2000.257 s. |
| 11 | H.B.Şahtaxtinski. Biblioqrafiya. Bakı. Elm- 2000. 167 s. |
İnstitutumuzda son illərdə keçirilmiş konfransların materialları
| 1 | Akademik Toğrul Şahtaxtinskinin 90-illik yubileyinə həsr olunmuş respublika elmi konfransı. Məruzələrin tezisləri. Bakı.2015. 277s. |
| 2 | Akademik M.F.Nağıyevin 105 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı. 2013. I cild 251 s. |
| 3 | Akademik M.F.Nağıyevin 105 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı. 2013. II cild 317 s. |
| 4 | Akademik T.N.Şahtaxtinskinin 85-illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, məruzələrin tezisləri. Bakı .2011. 340 s. |
| 5 | Akademik M.F.Nağıyevin 100 illik yubileyinə həsr olunmuş konfransın tezisləri. Bakı. 2008.339 s. |
| 6 | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü H.X.Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş konfrans materialları. Bakı. Elm. 2007. 405 s. |
| 7 | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Z.H.Zülfüqarovun 90 illik yubileyinə həsr olunmuş konfrans materialları. Bakı. Elm. 2004. 242 s. |
| 8 | Akademik M.F.Nagıyevin 95-illik yubileyinə həsr olunmuş elmi konfrans. Bakı-2003.339 s. |
| 9 | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü X.S.Məmmədovun 75 illik yubileyinə həsr olunmuş konfrans materialları. Bakı. Elm. 2002. 195 s. |
| 10 | Akademik H.B.Şahtaxtinskinin 100 illik yubileyinə həsr olunmuş konfrans materialları. Bakı. Elm. 2000. 161 s. |
| 11 | Qeyri-üzvi və fiziki kimyanın müasir problemləri–Bakı. Elm. 1998. 199 s. |
| 12 | II Respublika konfransı “Физико-химический анализ и неорганическое материаловедение”. Bakı. 1996. 250 s. |
| 13 | Материалы научной технической конференции посвящ. 60 летию Института Неорганической и Физической Химии. Баку. 1995.270 c.. |
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu il tarixli iclasının qərarı ilə (protokol JNbl5) nəşrə tövsiyə edilmişdir.
Texnika elmləri doktoru Vaqif Qasımovun «İnformasiya təhlükəsizliyinin əsasları» kitabında informasiya təhlükəsizliyinin konseptual və formal modelləri, baza prinsipləri və əsas müddəaları, kompyuter sistemlərində və şəbəkələrində mümkün təhlükələr, onların qarşısının alınması üsulları və vasitələri, o cümlədən kriptoqrafık və steqanoqrafık üsullar, elektron imza texnologiyası, eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma və informasiya təhlükəsizliyi sistemlərinin yaradılması prinsipləri ətraflı şərh olunmuşdur.
Dərslik Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının kursant və dinləyiciləri, habelə nazirliyin əməkdaşları üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbələri və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər də istifadə edə bilərlər.
©MTN Maddi-texniki Təminat Baş İdarəsinin Nəşriyyat-Poliqrafiya Mərkəzi 2009
İlk öncə, elmə və təlisilə göstərdikləri xüsusi qayğıya, yaratdıqları gözəl və münbit şəraitə, eləcə də müasir informasiya-kommunikasiya texnologiyalarmm öyrənilməsi və gündəlik praktiki fəaliyyətdə tətbiqinə verdikləri böyük diqqətə görə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant cənab Eldar Mahmudova və MTN-in Heydər Əliyev adma Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadəyə öz dərin minnətdarlığımı bildirirəm.
Həmçinin verdikləri faydalı məsləhət və tövsiyələrə, sərf etdikləri vaxta və əməyə görə kitabın elmi redaktoru Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik, texnika elmləri doktoru, professor Əli Abbasova, kitabm rəyçiləri Azərbaycan Dövlət Neft Akademiyasının «Kompyuter texnologiyaları və proqramlaşdırma» kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Kərimova və Bakı Dövlət Universitetinin «İnformasiya texnologiyaları və proq- ramlaşdırma» kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevə, eləcə də kitabm ərsəyə gəlməsində rolu olmuş bütün şəxslərə dərin təşəkkürümü bildirirəm.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi nəzərə alınaraq, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasında informasiya təhlükəsizliyi problemlərinin öyrənilməsinə və tədrisinə böyük yer ayrılır. İnformasiya təhlükəsizliyi sahəsində kadr hazırlığım təmin etmək məqsədilə Akademiyada “İnformasiya təhlükəsizliyi” fakültəsinin yaradılması və 2009-2010-cu tədris ilində fəaliyyətə başlaması özündə bu problemə verilən xüsusi diqqəti təcəssüm etdirir.
Təqdim olunan “İnformasiya təhlükəsizliyinin əsaslan” dərsliyi nazirliyin və Akademiyanın rəhbərliyi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası istiqamətində atılan növbəti addımdır. Düşünürəm ki, dərslik Akademiyanın kursant və dinləyiciləri, bu sahədə çalışan elmi işçilər və mütəxəssislər, eləcə də informasiya təhlükəsizliyi problemi ilə maraqlanan hər bir şəxs üçün faydalı olacaqdır.
İnformasiya texnologiyaları sahəsində elmi-texniki tərəqqi nəticəsində milli dövlət sərhədləri informasiya resurslarının axım, telekommunikasiya sistemlərinin və qlobal kompyuter şəbəkələrinin fəaliyyəti, transmilli biznes, maliyyə və bank hesablaşmaları üçün “şəffaf’ olmuşdur. Belə ki, müasir dövrdə informasiya resursları, habelə maliyyə vəsaitləri yer kürəsini bir neçə saniyə ərzində dövr etmək imkanına malikdir.
Yeni informasiya texnologiyaları bu gün elə sürətlə inkişaf edir ki, onun doğuracağı bəzi fəsadlar ya əvvəlcədən təsəvvürə belə gəlmir, ya da cəmiyyət tərəfindən çox gec başa düşülür. Ümumiyyətlə, belə bir fikir mövcuddur ki, hər hansı kritik həddi aşdıqdan soma elmi-texniki tərəqqi də bəşəriyyətin əleyhinə işləməyə başlayır. Bu fikrin sübutu kimi, müasir dağıdıcı silahlan, nüvə texnologiyasım, sənayenin inkişafı nəticəsində yaranmış ciddi ekoloji problemləri və s. göstərmək olar.
Hazırda analoji situasiya informasiya texnologiyalan sahəsində də yaranmışdır. Belə ki, yeni informasiya texno- logiyalanmn inkişafı ayrı-ayn şəxslərin, təşkilatların və bütövlükdə dövlətin informasiya resurslan üçün təhlükələrin meydana gəlməsinə səbəb olmuşdur.
Başqa sözlə, fərdi kompyuterlərin, coğrafi cəhətdən paylanmış kompyuter sistemlərinin və şəbəkələrinin, ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya və şəbəkə resurslarının sürətli inkişafı və bütün fəaliyyət sahələrində geniş yayılması nəticəsində saxlanılan, emal olunan və ötürülən informasiyanın təhlükəsizliyinin təmin edilməsi çox ciddi məsələyə çevrilmişdir.
Dövlət və hökumət orqanlarında, özəl müəssisələrdə kompyuter sistemlərinin və şəbəkələrinin, ələlxüsus fərdi kompyuterlərin gündəlik xidməti fəaliyyəti və şəxsi məqsədlər üçün geniş istifadəsi cəmiyyətin müxtəlif təbəqələrində informasiya texnologiyalarına, o cümlədən informasiya resurslarına münasibətdə ciddi dəyişikliklər yaratmışdır. Nəticədə, şəxsi maraqların, niyyətlərin və tələbatların ödənilməsi məqsədilə informasiya sistemlərinin işinə icazəsiz qarışmaq, qəsdən və ya təsadüfən, qərəzli və ya qərəzsiz şəkildə bu sistemlərə daxil olmaq, onları sıradan çıxarmaq, informasiya resurslarında və sistem parametrlərində dəyişikliklər aparmaq, onları istifadə və məhv etmək kimi təhlükəli hallar günbəgün çoxalır. Çox təəssüf ki, bu cəhdlərin bir çoxu müvəffəqiyyətlə həyata keçirilir, informasiya sahiblərinə əhəmiyyətli maddi və mənəvi ziyanlar vurulur.
Xüsusi halda, bu problemlərə kompyuterlərin, kompyuter sistemlərinin və şəbəkələrinin işinə qeyri-qanuni müdaxilə, kompyuter informasiyasıma oğurlanması, mənimsənilməsi, zorla, şantaj yolu ilə almması kimi təhlükəli yeni sosial təzahürləri aid etmək olar. Bu təhlükələri çox vaxt “kompyuter cinayətkarlığı” və ya “kompyuter terrorçuluğu” adlandırırlar.
Məlum olduğu kimi, bu gün bütün yer kürəsini hörümçək toru kimi örtən İnternet şəbəkəsi informasiya təhlükəsizliyi probleminin daha da kəskinləşməsinə təkan verən əsas amillərdən biridir. Belə ki, dünyanın istənilən nöqtəsindən İnternet şəbəkəsinə qoşulmaq, onun vasitəsilə müxtəlif növ məlumatları ötürmək və almaq mümkündür. Paylanmış kompyuter şəbəkələrindən ibarət olan İnternet şəbəkəsinin xidmətləri istifadəçilərə öz iş yerlərini və evlərini tərk etmədən dünyanın, praktiki olaraq, istənilən nöqtəsində olan müxtəlif informasiya sistemlərinə və ya məlumat bazalarına qoşulmaq, eləcə də onları maraqlandıran zəruri informasiya ilə tanış olmaq və məlumatları əldə etmək imkanları verir.
Statistika göstərir ki, İnternet istifadəçilərinin sayı astronomik sürətlə artır. Açıq informasiya mənbələrinin məlumatlarına görə, bu gün İnternet dünyanın 160-dan artıq ölkəsini əhatə edir. 1998-ci ildə İnternet şəbəkəsinə, təxminən, 143 milyon istifadəçi qoşulmuşdusa, 2002-ci ildə onların sayı 700 milyonu ötüb keçmişdir. Hazırda İnternet istifadəçilərinin sayı ABŞ-da 158, Avropada – 95, Asiyada – 90, Latın Amerikasında – 14, Afrikada – 3, Rusiyada – 8, Ukraynada isə 1 milyondan çoxdur. Azərbaycanda İnternet şəbəkəsinin xidmətlərindən istifadə edənlərin sayı yüz minlərlə ölçülür.
Aydındır ki, İnternet şəbəkəsi istifadəçi qismində onun xidmətlərindən istifadə edə biləcək hər bir şəxsə, o cümlədən hakerə, cinayətkara və terrorçuya da öz cinayətkar niyyətlərini həyata keçirmək üçün tamamilə eyni imkanlar yaradır. Bu gün telekommunikasiya sistemləri və kompyuter şəbəkələri, o cümlədən İnternet şəbəkəsi siyasətçilər, iş adamları, dini təşkilatlar, terrorçu qruplar, cinayətkar qruplaşmalar, habelə rəqib (düşmən) ölkələrin xüsusi xidmət orqanları tərəfindən informasiya mübarizəsi, qarşıdurması, hətta müharibəsi vasitəsi və aləti kimi istifadə olunur.
İnformasiya təhlükəsizliyi probleminə diqqətin artırılmasım tələb edən ən vacib amillərdən biri də kompyuter viruslarıdır. Təbii viruslara analoji olaraq, müxtəlif xarakterli funksiyalara malik olan kompyuter virusları proqramların tərkibinə, yaddaş qurğularına, fayllara gizlicə əlavə olunaraq (yazılaraq) yayılırlar. Sonradan öz-özünə digər proqramlara, fayllara və s. ötürülən kompyuter virusları hər hansı bir məlumatın ekrana çıxarılmasından tutmuş, informasiya resurslarının pozulması, disk qurğularının sıradan çıxması və s. kimi ağır nəticələrə, digər çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.
Lakin bununla yanaşı, kompyuter sistemləri üçün əsas təhlükəni ziyankar (bədəməl) rolunu oynayan və informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssis olan şəxslər – hakerlər təşkil edirlər. Belə ki, onlar kompyuter sistemlərinin və şəbəkələrinin, telekommunikasiya qurğularının və informasiya sistemlərinin, eləcə də təhlükəsizlik sistemlərinin incəliklərini, o cümlədən zəif yerlərini bilir, təhlükəsizliyin təmin edilməsi mexanizmlərini təhlil etmək, sındırmaq, ziyanverici proqramlar yaratmaq və yaymaq üçün bütün zəruri proqram texniki bazaya və imkanlara malik olurlar.
Dövlətin milli təhlükəsizliyinin vacib tərkib hissələrindən biri kimi informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi transmilli (sərhədsiz) kompyuter cinayətkarlığının və kiberterrorçuluğun meydana gəlməsi kontekstində xüsusilə kəskin şəkildə ortaya çıxır.
Qeyd olunanlar nəzərə alınaraq, dərslik informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuşdur. Dərslikdə informasiya təhlükəsizliyinin əsas konseptual məsələləri, müddəaları, baza prinsipləri və modeli, kompyuter sistemlərində və şəbəkələrində informasiya təhlükəsizliyi məsələsi şərh olunmuş, informasiya təhlükəsizliyinin pozulması təhlükələri, onların qarşısının alınmasının üsulları və vasitələri təsvir və təsnif edilmişdir.
- FƏSİL
Milli təhlükəsizlik və onun təmin edilməsində
informasiya təhlükəsizliyinin rolu və yeri
İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar
İnformasiya təhlükəsizliyinin konseptual modeli
- Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri
Milli təhlükəsizlik termini rəsmi olaraq ilk dəfə 1947-ci ildə ABŞ-da meydana gəlmişdir. Həmin dövrdə ABŞ-da prezidentin milli məsələlər üzrə xüsusi köməkçisi dövlət vəzifəsi təsis edilmiş və Milli Təhlükəsizlik Şurası yaradılmışdır.
Milli təhlükəsizlik – milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasının təmin edilməsidir.
- personal;
- maddi və maliyyə vəsaitləri;
- informasiya.
İnformasiya anlayışı
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.
Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır.
Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.
Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar.
Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir.
Tipinə görə verilənləri 4 qrupa ayırırlar:
— hesabi (və ya rəqəm tipli);
— mətn (və ya simvol tipli);
— məntiqi tipli;
— göstərici tipli.
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı rəngli»).
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması doğru deyil»).
Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə görə də xarakterizə edilir.
İnformasiyanın təsvir üsulları
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.
İnformasiya prosesləri və onların avtomatlaşdırılması
İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator — demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Son illərdə «Kompyuter texnologiyası» və “İnformasiya texnologiyası” terminlərindən də geniş istifadə olunur. «Texnologiya» yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.
İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Bütün texnologiya növləri içərisində informasiya texnologiyası «insan amilinə» çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.).
İnformasiya sistemləri kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.
İnformasiyanın kodlaşdırılması
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod «0» və ya «1» rəqəmlərindən hansısa biri deməkdir.
Kompyuter yaddaşının tutumunu göstərmək üçün əsasən aşağıdakı ölçü vahidlərindən istifadə olunur:
Mətn tipli informasiyanın kodlaşdırılması
Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur.
Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir. 2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.
1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt — simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri «qeyri-standart» hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.
Comments are closed, but trackbacks and pingbacks are open.