Press "Enter" to skip to content

Azərbaycanın 15 rayonunun kəndlərinin adları dəyişdirilir – SİYAHI

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Azərbaycanın Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adları dəyişdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sabah – iyunun 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Rayon haqqında

Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir.

Rayona Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələri, Suparibağ, Məscidməhəllə, Qapıçıməhəllə, Rudəkənar, Seləkəran, Səncərədi, Artupa, Alaşa, Şovaş, Züngüləş, Şuvi, Sərək, Vəznəş, Siyatük, Səlivə, Deqədi, Sekəşan, Ojakəran, Tüləküvan, Burzubənd, Noyabud, Ovala, Xıçaso, Şəmətük, Sipiyəaləfədik, Vənəşikəş, Təgərüd, Maşxan, Pensər, Çayoba, Şiyəkəran, Şahağac, Kakalos, Kolatan, Bala Şahağac, Qamışovka, Siyaku, Lələkəpeştə, Vaqo, Ləzi, Sığaloni, Sığakəran, Binabəy, Şıxəməhlə, Siyakeş, Şağlazüzə, Həsin, Giləşə, Rinə, Taxtanəkəran, Qanqalaş, Lobır, Vaqadi, Miki, Giləparqo, Çüəş, Vıli, Bili, Marzəsə, Bio, Asxanakəran, Bəlbay, Əzərüd, Bırsüt, Əkbərməhəllə, Motlayataq, Şıxınpeştə, Anboba, Vıləpərqo, Daster, Hamoşam, Toradi, Reqluba, Kılınbi, Kamlakan, Rıvadılə, Pəlikəş, Lomin, Vovada, Doli, Sibiyyət, Şəvqo, Avyarud, Sım, Şümrüd, Düriyə, Diqo, Çükəş, Sipyəpard kəndləri daxildir.

Tarixi faktlar təsdiq edir ki, Astara Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astaranın adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.

Eramızdan əvvəl 90-160-cı illərdə yaşamış görkəmli riyaziyyatçı, astronom və coğrafiyaşünas İsgəndəriyyəli Klavdi Ptolomey II əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə məlumat vermişdir. K.Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərinin adını çəkmiş və Astaranın adı yunanca “Astarata” kimi qeyd olunmuşdur. Qədim dünyanın digər alimi Strabon özünün “Tarixi hadisələr” barədəki qeydlərində “Astara” adının mövcud olmasını göstərərək “dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” barədə fikirlər söyləmişdir.

Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçməklə Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının sahilində çox qədim tarixə malik olan karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.

Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olmuşdur. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlairlər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal-hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.

Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.

Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1651) 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olmuş, qeydlərində Astara vilayətinin Xəzər dənizinin sahilində yerləşdiyini, burada gövdəli üzüm tənəkləri olduğunu yazmışdır. Qədim tarixçi Strabon da yazılarında Hirkaniya adlanan bu yerlərdə bir kiçik tənəyin bir səbət üzüm verdiyini qeyd etmişdir. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.

Tanınmış macar şərqşünası və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi “Türk elləri” adlı kitabında böyük bir fəsli Azərbaycana həsr etmiş, o cümlədən Astarada olduğunu bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.

Astara nəyi ilə məşhurdur?

Aran və dağlıq ərazidən ibarət Astaranın şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları yerləşir. Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, Yanar bulaq və digər mineral və termal bulaqlar rayona gələn qonaqlar və turistlərin ən çox baş çəkdiyi yerlərdəndir.

Relikt və endemik dəmirağacı, şabalıdyarpaq palıd, ipək akasiya, şümşad, azat ağacları yalnız Astara meşələrində bitən nadir flora nümunələridir.

Xallı pələng, bəbir, qırqovul, xınalı kəklik, çöltoyuğu da Astara təbiətinin bəzəyidir.

Astara ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə də məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələri Respublika və xarici ölkə bazarlarında özünəməxsus yer tutur.

Rəngarəng bitki örtüyünə malik Astarada istehsal olunan bal və digər arı məhsulları zəngin tərkibinə görə fərqlənir. Keyfiyyətli Astara balı sərgilərdə həmişə yüksək qiymətləndirilir.

Astara çayına müxtəlif illərdə Madrid, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə ən yüksək qiymət verilmiş və Qızıl medala layiq görülmüşdür.

Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Haşimi”, “Sədri”, “Ənbərbu”, “Xəzri” və digər çəltik növlərindən emal edilən düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə hələ qədimdən şöhrət qazanmışdır. Bölgəmizin brendi olan Astara düyüsü süfrələrin bəzəyidir.

Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri hər yerdə tanınır. Düyüdən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər bişirilir ki, bunların hər birinin özünəməxsus dadı var. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini daha da zənginləşdirir. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, boranı plov, toy qatığı və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Azərbaycanın 15 rayonunun kəndlərinin adları dəyişdirilir – SİYAHI

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Azərbaycanın Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adları dəyişdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sabah – iyunun 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi (ərazi vahidi də belə adlanacaq), Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi (ərazi vahidi də belə adlanacaq), Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi (ərazi vahidi də belə adlanacaq) kəndi adlandırılacaq.

Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zavod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovla kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi (ərazi vahidi də belə adlanacaq), Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq) kəndi adlandırılacaq.

Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndi Çayqovuşan kəndi, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi(ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksenburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi (ərazi vahidi də belə adlanacaq), Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılacaq.

Астаринский район

Астаринский район (азерб. Astara rayonu ) — административная единица на юго-востоке Азербайджана. Административный центр город Астара.

География

Район расположен на юге Азербайджана, на границе с Исламской Республикой Иран.

Районный центр — город (с 1945 г.) Астара на берегу Каспийского моря в устье пограничной реки Астара. Восточная часть района расположена на части Талышской низменности, запад — на части Талышских гор (система Эльбурс). Населен преимущественно талышами, а также азербайджанцами, русскими.

История

Район был образован 8 августа 1930 года. В 1963 году район был ликвидирован и объединен с Ленкоранским районом, но в 1965 году, отделившись, он снова стал самостоятельным.

Достопримечательности

В Астаринском районе находится большое количество памятников культуры, представляющих собой историческую ценность. О большинстве из них сложены легенды, распространенные среди местного населения. Здесь находятся 47 археологических памятников, 48 памятников архитектуры, кроме того сады, парки и декоративные достопримечательности. Древнейшие из памятников относятся к концу II тысячелетия до н. э. К ним относятся каменные некрополи, курганы относящиеся к периоду бронзового века. Здесь также имеются башни, крепости, мавзолеи и др. постройки эпохи Средневековья.

К природным достопримечательностям относятся различные целебные минеральные, горячие источники в горах. Правда из-за плохих дорог (часто полного их отсутствия), не до каждого из них бывает возможно добраться.

Административное устройство

Дорожный знак на въезде в Астаринский район

В Астаринском районе имеется 15 представительств исполнительной власти и 49 муниципалитетов.

  1. По городскому исполнительному представительству:
    1. Астаринский муниципалитет.
    1. Киджабинский (Кижаба) поселочный муниципалитет
    2. Бурзубандский (Бурзубанд) муниципалитет
    3. Овалинский (Овала) муниципалитет
    4. Ожакаранский (Ожакеран) муниципалитет
    5. Тулагуванский (Тулагуван) муниципалитет
    6. Шаматюкский (Шаматюк) муниципалитет
    1. Арчеванский (Арчевань) муниципалитет
    1. Шувинский (Шуви) муниципалитет
    2. Саракский (Сарак) муниципалитет
    3. Сийатюкский (Сийатюк) муниципалитет
    4. Дегадинский (Дегади) муниципалитет
    1. Санджарадинский (Санджаради) муниципалитет
    2. Артупинский (Артопа) муниципалитет
    3. Алашинский (Алаша) муниципалитет
    4. Зунгюлашский (Зунгуляж) муниципалитет
    1. Рудакенарский (Рудакенар) муниципалитет
    2. Супарибагский (Супарибаг) муниципалитет
    3. Селакеранский (Селакеран) муниципалитет
    4. Мачитмахаллинский (Мачитмахалла) муниципалитет
    5. Гапачымахаллинский (Гапычимахалла) муниципалитет
    1. Тангарудский (Тангаруд) муниципалитет
    2. Машханский (Махшан) муниципалитет
    1. Пенсарский (Пенсар) муниципалитет
    2. Тельманский (Тельман) муниципалитет
    1. Какалосский (Какалос) муниципалитет
    2. Гада-Шахагаджский (Гада Шахагадж) муниципалитет
    3. Колатанский (Колатан) муниципалитет
    1. Шиякеранский (Шиякеран) муниципалитет
    1. Шахагаджский (Шахагадж) муниципалитет
    1. Сиякухский (Сийакух) муниципалитет
    2. Вагойский (Ваго) муниципалитет
    3. Ринайский (Рина) муниципалитет
    4. Микийский (Мики) муниципалитет
    5. Марзасинский (Марзаса) муниципалитет
    6. Сыгалонинский (Сыгалон) муниципалитет
    7. Шаглазузинский (Шаглазуза) муниципалитет
    1. Хамошамский (Хамошам) муниципалитет
    2. Торадинский (Торади) муниципалитет
    1. Асханакеранский (Асханакеран) муниципалитет
    2. Мотлаятагский (Мотлаятаг) муниципалитет
    1. Паликешский (Паликаш) муниципалитет
    2. Сымский (Сым) муниципалитет
    3. Шумрудский (Шумруд) муниципалитет
    4. Ломинский (Ломин) муниципалитет
    5. Сипияпардский (Сипияпард) муниципалитет
    6. Дуриянский (Дуруян) муниципалитет
    7. Шавгойский (Шавго) муниципалитет
    8. Тюлийский (Тюли) муниципалитет.

    Ссылки

    • [1]
    • На сайте Azerbaijan
    • На сайте Координационного Совета Азербайджанской Молодежи
    • Районы Азербайджана
    • Появились в 1930 году

    Wikimedia Foundation . 2010 .

Comments are closed, but trackbacks and pingbacks are open.