Sahibkarların ödəməli olduğu – VERGİLƏR
Mikro sahibkarlıq – işçi sayı 1-10 nəfər – illik gəliri 200 000 manatadək
Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri
Azərbaycanda qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər Vergi Məcəlləsinin (VM) 99-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən alınan, ödəmə mənbəyində vergiyə cəlb olunmayan gəlir əldə edən və bu səbəbdən də vergi orqanında gəlir vergisinin ödəyicisi kimi uçota durmuş fiziki şəxs hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi hesablamalıdır.
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
- vergi ödəyicisinə bağışlanmış borcun məbləği (VM-in 98.2.4 maddəsinə əsasən, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği istisna olunmaqla);
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən aktivlərin təqdim olunmasından gəlir;
- təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (VM-in 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olunmaqla);
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əməkhaqqından başqa);
- həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həm də qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da gəliri ola bilər. Məsələn, sahibkar fiziki şəxs həm istehsalat sahəsində məhsul istehsal edib sata, həm də obyektini icarəyə verə bilər.
Fiziki şəxs tərəfindən əmlakın icarəyə verilməsindən və royaltidən əldə olunan, lakin ödəmə mənbəyində vergiyə cəlb edilməyən gəlirdən vergi hər hansı xərc nəzərə alınmadan gəlirin ümumi məbləğindən hesablanır. Bu verginin məbləği «Gəlir vergisinin bəyannaməsi» ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.
Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə digərlərindən fərqli qaydada fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Həmin şəxslər ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərinə görə aldıqları haqlardan xərclər çıxılmadan 10 faiz dərəcəsi ilə (VM-in 101.4-cü maddəsi) gəlir vergisinə cəlb edilirlər, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq «Xüsusi notariusların gəlir vergisi bəyannamə»si ilə qeydiyyatda olduqları vergi orqanına bəyan edilir, notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərdikləri xidmətlərdən isə ƏDV tutulmur.
Vergilər Nazirliyi hazırda elektron ticarətdə xüsusi yer tutan kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslərin də qeyri-sahibkarlıq fəaliyyətinin iştirakçıları kimi vergiyə cəlb olunması məsələsini diqqətdən keçirir. Həmin şəxslərin vergi orqanlarında uçota durması, qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi dərəcələr tətbiq edilməsi nəzərdə tutulur.
- Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı
- 5 xarici şirkət Azərbaycandan getdi
Sahibkarların ödəməli olduğu – VERGİLƏR
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin çox hissəsi hansı vergiləri verməli olduqları barədə az məlumatlı yaxud məlumatsız olur.Sahibkarların hansı vergiləri verməsi ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, “Fiziki şəxs və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə Mülki Məcəllənin 24 müddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
Vergi Məcəlləsinin 13.2.3 maddəsinə əsasən fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs sayılır.Mülki Məcəllənin 43 maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi Məcəlləsinin 13.2.2. maddəsinə əsasən hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən sahibkarlıq 4 hissəyə bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.
Sahibkarlıq subyektləri ölçüsünə görə, İşçilərinin orta siyahı sayı sayına görə, İllik gəlirlərinə görə bir-birindən fərqlənirlər.
Mikro sahibkarlıq – işçi sayı 1-10 nəfər – illik gəliri 200 000 manatadək
Kiçik sahibkarlıq – işçi sayı 11-50 nəfər – illik gəliri 200 000 – 3000 000 manatadək
Orta sahibkarlıq – işçi sayı 51 – 250 nəfər – illik gəliri 3000 000 – 30 000 000 manatadək
İri sahibkarlıq – işçi sayı 251 nəfərdən çox – illik gəliri 30 000 000 manatdan çox olan subyektlərdir.
İllik gəlir deyiləndə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Misal: A mikro sahibkarın 2019-cu ildə gəliri 3 000 000 amma işçi sayı 5 nəfər olub. Baxmayaraq ki, işçi sayı mikro sahibkarlığa aiddir, illik gəliri yüksək olduğundan növbəti ildən yəni 2020-ci ildən orta sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.
A orta saibkarın 2019-cu ildə gəliri 20 000 000 manat olub, işçi sayı 300 nəfər olub. Baxmayaraq ki, gəlirinə görə orta sahibkarlıq subyektinə aiddir, işçi sayı yüksək olduğundan 2020-ci ildən iri sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
Misal: A şəxs 2019-cu ildə VÖEN alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. İllik gəliri 3000 000 manatdır, amma işçilərin sayı 10 nəfərdir. Baxmayaraq ki, orta sahibkarlıq kateqoriyasına düşür, işçi sayı mikro sahibkarlıq kateqoriyasına düşdüyündən 2020-ci ildə mikrosahibkarlıq subyeki kimi fəaliyyət göstərəcək. Amma növbəti illərdə yəni 2021-ci il və s. ən yüksəyi nəzərə alınacaq. Gəliri çoxdursa gəliri, işçi sayı çoxdursa işçi sayı nəzərə alınaraq ketoqoriyası müəyyənləşəcək”.
- Xəbərlər
- Ümumi iqtisadi xəbərlər
Vii mövzu: Fiziki şəxslərin gəlir vergisi
Rezident fiziki şəxslər yaşadıqları yer üzrə, Azərbaycan mənbəyindən gəliri olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyin-dən gəlirin alındığı yer üzrə uçota alınırlar. Qeyri-rezidentin Azərbaycandakı filialları və daimi nüma-yəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
- Rezident üçün:vergi ilində bütün gəlirlərlə həmin dövr üçün VM ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərq. ;
- Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı gəlirləri:Konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərq;
- Qeyri-rezident fiziki şəxsin Azərbaycan mənbələrində məşğulluqdan və ya əmlakın təqdim edilməsindən əldə etdiyi gəlir.Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin Vergi Məcəlləsində müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
- Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən olunan, onun daimi nümayəndəliyinə aid olmayan və ödəmə mənbəyində vergiyə cəlb olunan ümumi gəlirləri(Maddə 125):
- Fiziki şəxsin gəliri anlayışı və onun növləri
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir.
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Fiziki şəxsin gəlirlərinin aşağıdakı növləri vardır:
- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Göstərilən gəlirlərə, xüsusi olaraq bütün növlərdə əmək haqqı, mükafatlar, əmək haqqına əlavələr, qonorarlar, təqaüd və muzdlu əmək müqavilələrinə (saziş, razılaşma) müvafiq olaraq fiziki şəxslər tərəfindən yerinə yetirilən işlərlə (xidmətlərlə) əlaqədar digər ödənişlər daxildir.
Bu zaman gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərç çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:
- Fiziki şəxsə aşağı faizlə ssuda verildiy halda – bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;
- Işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda –onların bazar qiyməti ilə dəyəri;
- Işçinin xərclərinin əvəzi ödənildiyi halda – ödənən vəsaitin məbləği;
- Işçinin işəgötürənə olan borcun və ya öhdəliyin bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyin məbləği;
- Işəgötürən tərəfindən ödənilən sığorta haqları;
- Hər hansı digər hallarda – başqa qiymətləndirmə metodu göstərilməmişdirsə bazar qiyməti ilə müəyyən edilən məbləğ;
- Qeyd olunan məbləğlərə və xərclərə aksizlər, ƏDV və işəgötürənin qiymətləndirilən əqdlə bağlı ödəməli olduğu hər hansı digər vergilərin məbləği
Muzdlu işlə əlaqədar alınan, lakin gəlirə aid edilməyən məbləğlər:
- Faktiki ezamiyyə xərclərinin və ya digər işgüzar xərclərin əvəzinə ödənilən məbləğ;
- Işəgötürənin əyləncə və yemək xərclərinin (normalaşdırılmış hissəsi istisna olmaqla), habelə işçilərin mənzil və sosial xarakterli xərclərinin çəkməsinin nəticəsi kimi əldə edilən gəlir.
Vergiyə cəlb edilməsi məqsədləri üçün fiziki şəxslərin muzdlu işlə bağlı olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə bölünür.
- Sahibkarlıq fəaliyyətindən gəlir;
- Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
- Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
- Əsas vəsaitlərin təqdim edilməsindən alınan və VM-nin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğ.
- VM-nin 141-ci madəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir
- Faiz gəliri;
- Dividend;
- Əmlakın icarəyə verilməsindən gəlir;
- Royalti;
- Vergi ödəyicisinə bağışlanmış borcun məbləği (muzdlu işçiyə bağışlanan borclar istisna olmaqla);
- Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
- Təqvim ilində alınmış hədiyyə və mirasların məbləği (muzdlu işçiyə verilən hədiyyələr istisna olmaqla);
- Vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir – əmək haqqından başqa
- Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürüllməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, јaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Fiziki şəxslərə ödənilmiş və Azərbaycan Respublikasında ödəmə məınbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır.
3. Fiziki şəxslərin gəlir vergisinin bazası
Gəlir vergisinin bazası gəlr və bu gəlirlərlə bağlı çəkilmiş xərclər (gəlir və mənfəət vergisi məqsədləri üçün Vergi Məcəlləsi ilə xərc kimi qəbul olunan xərclər) arasında yaranan fərqdir.
VM-nin 109-cu maddəsi ilə mənfəət və gəlir vergisinin məqsədləri üçün gəlirdən çıxılmayan xərclər müəyyən edilmişdir. Belə xərclərə aşağıdakılar aid edilir:
- Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərinə daxil edilmir və gəlirdən çıxılır;
- Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- Əyləncə və yemək xərcləri (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri (burada sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri istina olunur);
- Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri;
- Malların təqdim edilməsi, xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə əlaqədar yaranan və əvvəlki dövrlərdə gəlirlərə daxil edilməmiş ümidsiz borclar (həmin borc məbləği vergi ödəyicisinin mühasibat kitablarında dəyəri olan borc kimi saxlanıldıqda);
- Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarının xüsusi ehtiyat fondlarının yaradılmasına yönəltdikləri məbləğlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalarla hesablanmış məbləğdən artıq hissəsi;
- Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin ehtiyat sığorta fondlarına ayırmalarının qanunvericiliklə müəyyən olunmuş normalardan artıq hissəsi;
- Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən normadan artıq olan hissəsi;
- Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və maliyyə sanksiyaları.
4. Gəlir vergisi üzrə dərəcələr
Muzdlu işlə əlaqədar alınan gəlirin vergi dərəcələri
Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən və pensiya ödəyən hüquqi şəxslər və sahibkarlar (dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna olmaqla), vergi ödəyicisi kimi uçota alınmayan,VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdikləri xidmətə görə haqq ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar həmin gəlirlərdən vergini hər ay bilavasitə mənbədən aşağıdakı dərəclərlə tutmağa borcludurlar:
Vergi tutulan aylıq gəlirin məbləği | Vergi Məbləği |
2500 manatadək | 14% |
3000 manatdan çox olduqda | 350 manat + 2500-dən artıq məbləğin 25%-i |
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirin vergi dərəcləri :
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergilər illik gəlirdən aşağıdakı dərəclərlə vergi tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği | Vergi Məbləği |
30000 manatadək | 14% |
30000 manatdan çox olduqda | 4200 manat + 30000 manatdan çox olan məbləğin 25%-i. |
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üzrə gəlirləri və vergidən azad olmayan digər gəlirləri üzrə vergi dərəcəsi – 20%
Rezident müəssisə tərəfindən fiziki şəxslərə ödənilən dividendlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və dividendi alan fiziki şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Göstərilən gəlir yenidən dividend şəklində verilən zaman vergiyə çəlb olunmur.
Rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu çür nümayəndəliyin adından fiziki şəxslərə ödənilən faizlərdən, gəlir əgər Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur və faiz gəliri alan fiziki şəxslərin həmin gəlirdən bar daha vergi tutulmur.
Fiziki şəxslərə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.
Icarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
- Dividendlər, faizlər və rezident şəxslərdən işlərin görülməsi və ya xidmətlərin (Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsi; royalti kimi gəlir gətirən və Azərbaycan Respublikasında saxlanılan əmlakın təqdim edilməsi; Azərbaycan Respublikasındakı daşınmaz əmlakda iştirak payının təqdim edilməsi; rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlakının təqdim edilməsi) göstərilməsinə görə alınan ödəmələr və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər(muzdlu işlə əlaqədar alınan gəlir istisna olmaqla)– 10%;
- Rezident şəxslərin beynəlxalq rabitə və nəqliyyat xidmətlərinə görə ödəmələri – 6%;
- Rezident şəxslərin risqin sığortasına və ya təkrar sığortasına görə sığorta ödəmələri – 4%;
- İcarə haqları və royalti – 14%;
- Gəlir vergisi üzrə azadolmalar və güzəştlər
Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlər VM-nin 102-ci maddəsi ilə təyin olunmuşdur:
- Gəlir vergisindən azad olan gəlirlər;
- Hədiyyə, təhsil, müalicə haqqları və miraslara görə güzəştlər
- 400 manat güzəşt olunan gəlirlər;
- 200 manat güzəşt olunan gəlirlər;
- 100 manat güzəşt olunan gəlirlər;
- 50 manat güzəşt olunan gəlirlər
6. Gəlir vergisinin ödənilməsi qaydaları və müddətləri
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.
Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövri vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövri əhatə edir.
Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, VM-nin ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.
Cari vergi ödəmələri
fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.
Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.
Əmlak vergisi
1. Fiziki şəxslərin əmlak vergisi
Mülkiyyətində vergitutma obyektləri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridirlər. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır.
Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
– onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:
bu dəyər şərti maliyyə vahidinin 5000 mislinədək olduqda vergi tutulmur, 5000 mislindən çox olan məbləğdən isə – 0,1 faizlə.
Misal 1. Fiziki şəxsin mülkiyyətində olan binanın inventarlaşdırılmış dəyəri 50000000 manatdır. Şərti maliyyə vahidinin 5000 misli 5000 x 5500 = 27500000 manat təşkil edir. Həmin şəxsin ödəməli olduğu əmlak vergisinin məbləği aşağıdakı kimi təyin olunur:
(50000000 – 27500000) x 0,1% = 22500 manat.
– su və hava nəqliyyatı vasitələrinə görə:
su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün şərti maliyyə vahidinin 0,4 faizi.
Misal 2. Fiziki şəxsin mülkiyyətində motorlu kater var. Həmin katerin mühərrikinin həcmi 8000 kub santimetrdir. Bu halda fiziki şəxsin katerə görə ödəməli olduğu əmlak vergisinin məbləği aşağıdakı kimi təyin olunur:
(8000 x 5500) x 0,4% = 44000 manat.
– mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.
Misal 3. Fiziki şəxsin mülkiyyətində avarlı qayıq var və onun bazar qiyməti 8000000 manatdır. Bu halda fiziki şəxsin avarlı qayığa görə ödəməli olduğu əmlak vergisinin məbləği aşağıdakı kimi təyin olunur:
8000000 x 1% = 80000 manat.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin əmlak vergisi üzrə bir sıra güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur.
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika mə`mulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq e`malatxanalarının binaları və ya binaların bu e`malatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
Binalar üzrə əmlak vergisi binaların inventar dəyərinə əsasən hesablanılır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır.
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə iyunun 1-dən gec olmayaraq verməlidirlər.
Cari il üçün verginin məbləği bərabar hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
Misal 4. Bələdiyyə tərəfindən fiziki şəxsə əmlakına görə 30000 manat əmlak vergisi hesablanmış və bu barədə ona may ayının 20-də bildiriş verilmişdir. Həmin fiziki şəxs bu məbləğin ən azı 15000 manatını avqust ayının 15-dək, qalan məbləği isə noyabr ayının 15-dək bələdiyyə büdcəsinə ödəməlidir.
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.
Comments are closed, but trackbacks and pingbacks are open.