Press "Enter" to skip to content

Qlobal təhlükəsizlik

https://static.report.az/photo/9a96c1db-e74e-387f-9d87-e060c6006071.jpg

X Qlobal Bakı Forumu: “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” panel iclası keçirilib

X Qlobal Bakı Forumu: “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” panel iclası keçirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

10 Mart , 2023 17:30

https://static.report.az/photo/9a96c1db-e74e-387f-9d87-e060c6006071.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir. “Report”un xəbərinə görə, Forum çərçivəsində “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzusunda növbəti panel iclası keçirilib. 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiçin moderatorluğu ilə keçirilən panel iclasında Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo, Kamboca Milli Assambleyasının sədr müavini Khuon Soudary, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun vitse-prezidenti Evan Feygenbaum, 2002-2004-cü illərdə Macarıstanın Baş naziri Peter Medyeşi, 2004-2007-ci illərdə Pakistanın Baş naziri Şövkət Əziz, Şanxay Əməkdaşlıq Təşkilatının 2016-2018-ci illərdə baş katibi, Tacikistanın 1992-1994-cü illərdə xarici işlər naziri Raşid Alimov və 1989-1991-ci illərdə Rumıniyanın Baş naziri Petre Roman çıxış ediblər. Panel iclasında ilk çıxış edən Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi BMT Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo deyib ki, son 3 il ərzində bütün dünyada böyük dəyişikliklər baş verib: “İqtisadi inkişaf geriyə atılıb. Bizim dünya artan qeyri-müəyyənliklərlə qarşılaşıb. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan danışmaq olmaz. Biz 800 milyon insanı yoxsulluq vəziyyətindən çıxara bilmişik”. Onun sözlərinə görə, Çin hazırda konkret addımlar atmaqdadır: “Çinin müasirləşdirilməsi geniş maraq kəsb edir. Biz sülhün olmasını istəyirik. Çinin inkişafı sülh içindədir. Biz dünyada kiminsə kənarda qalmasını istəmirik. Ukraynada nələrin baş verdiyinə baxın. Təcili şəkildə qlobal təhlükəsizlik mühiti yaradılmalıdır. Çin sülhün tərəfdarıdır”. Diplomat vurğulayıb ki, Tayvan Çinin bir hissəsidir: “Tayvanla bağlı məsələ Çinin daxili işidir. Çin öz təhlükəsizliyini və suverenliyini qoruyacaq”. Kamboca Milli Assambleyasının sədr müavini Khuon Soudary, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun vitse-prezidenti Evan
Feygenbaum isə bildirib ki, Çin təhlükəsizliyin təmin olunmasına çalışır: “Çin ölkələrin ərazi bütövlüyünün tərəfdarıdır. Son dövrdə Çin texnolojik olaraq inkişaf edib. Çin dünyanın inkişaf olunmasına və sülhün bərqərar olunmasına öz töhfəsini verməkdədir”. E.Feygenbaum söyləyib ki, qlobal təhlükəsizlik məsələsi çox vacibdir: “Ölkələrin və xalqların arzusu da sülhün olmasıdır. Çin əsasən öz daxili məsələləri ilə məşğul olur. Kamboca və Çin əlaqələrini strateji partnyorluq səviyyəsinə çıxarıblar. Xüsusi fəaliyyət planlarımız da hazırlanıb. Ölkələrimiz arasında mədəni, iqtisadi əlaqələr inkişaf edib”. 2002-2004-cü illərdə Macarıstanın Baş naziri Peter Medyeşi qeyd edib ki, analitiklər Çinin uğursuzluqlara düçar olacağını deyirdilər: “Ancaq bu baş vermədi. Sadəcə bir illizuya idi. Çinin inkişafı indiki dünyada vacib faktordur. Çin son 30-35 il ərzində dünyada çox vacib qüvvələrdən birinə çevrilib. Çin pandemiyadan sonra öz inkişafını bərpa etməyə başlayıb. Yəqin ki, bu il orada iqtisadi inkişaf 5-6 faiz olacaq. Biz Çinin inkişafına böyük dəstək verməliyik”. Eks-baş nazirin fikrincə, Çindən qorxmaq lazım deyil: “Çin xarici əlaqələr və müdafiə məsələsinə baxmalıdır. Onlar Tayvan məsələsini sülh yolu ilə həll etməyə çalışır. Əlbəttə ki, bu da ən yaxşı variantdır”. Panel iclası çıxışlarla davam etdirilib.

Qlobal təhlükəsizlik

Azərbaycan bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur.

Ölkəmizin energetika, o cümlədən elektrik enerjisi potensialı, ondan istifadənin effektivlik səviyyəsinin artırılması, o cümlədən aparılan iqtisadi islahatların dinamikliyinin və həyat səviyyəsinin yaxşılaşdırılması baxımından elektroenergetika sektorunun inkişafı ötən dövrlərdə olduğu kimi, bu gün də dövlətimizin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır.

Ölkəmizin elektrik enerjisi ilə təminatı problemi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə elektrik xətti çəkilmişdir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Sonralar həmin günləri xatırlayan müdrik rəhbər qeyd etmişdir: “Biz o illər bütün bu imkanlardan istifadə edərək eyni zamanda düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.

Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etməklə bərabər, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfindən Türkiyə enerji sistemləri ilə sıx əlaqəni təmin etmişdir. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.

Ölkəmizin elektroenergetika sisteminin davamlı inkişafını təmin etmək məqsədilə Dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş bir sıra vacib Dövlət proqramları, Strateji Yol Xəritəsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, eləcə də yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur.

Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. 1280 meqavat gücündə olan bu stansiya nəyinki ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.

Onuda qeyd edək ki, Mingəçevir şəhərində inşa olunacaq yeni elektrik stansiyası ölkəmizdə “Azərenerji” ASC tərəfindən qoyuluş gücünə görə son 30 ildə icra olunan ən böyük layihədir və orta hesabla elektroenergetika sisteminin ümumi gücünün 16 faizini təşkil edir. Hazırda stansiyada fəaliyyət göstərən aqreqatların ifrat yüksək təzyiq parametrindən kritik təzyiqə qədər aşağı salınması istismar olunan 7 və 8 saylı enerji bloklarının istismar müddətinin uzadılmasına imkan verəcəkdir. Eyni zamanda, “Azərbaycan” İstilik Elektrik Stansiyasının yeni konfiqurasiyada fəaliyyəti elektroenergetika sisteminin çevikliyinin və dayanıqlıq göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Xüsusilə bərpaolunan enerji mənbələrinin intensiv tətbiqi nəticəsində enerji sisteminin inersiya sabitinin azalmasının qarşısının alınması istiqamətində mühüm töhfə verəcəkdir.

Göründüyü kimi ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışan, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının daha da yüksəldilməsinə və qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaq.

Rəşad Sadıqov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

Xarici siyasət konsepsiyası: qlobal təhlükəsizlik və terrorla mübarizə kontekstində

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyası hazırlamağa başladığı barədə fikir söyləyib.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, o, bunun prezident Vladimir Putinin göstərişi ilə edildiyini deyib. Rusiya kimi böyük bir dövlətin bu addımı atması adi hadisə deyil. Qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin məntiqi ilə bu məsələ arasında sıx bağlılıq mövcuddur. Bu haqda Sergey Lavrov da danışıb. Dünyanın yeni geosiyasi nizamının formalaşması fonunda qlobal təhdidlərin də artdığı vurğulanır. Bu sırada müsəlmanlara aid edilən radikal dini qruplar əsas hədəf kimi göstərilir. Başqa terror qrupları, məsələn, ASALA, PKK, müsəlmanları qətlə yetirən digər terror təşkilatları bu yanaşmanın kölgəsində qalır. Belə bir şəraitdə dünyanın çoxqütblü yeni arxitekturasını qurmaq mümkündürmü? Bu suala birmənalı cavab vermək çətindir. Lakin bir sıra ehtimalları və proqnozları ifadə etmək olar.

Təhlükələr və ziddiyyətlər: Rusiyanın yeni qiymətləndirmələri

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov maraqlı bir bəyanat verib. O, aprelin 9-da Xarici və Müdafiə Siyasəti Şurasının iclasında çıxış edən zaman ölkənin yeni xarici siyasət konsepsiyasını hazırlamağa başladığını ifadə edib (bax: Лавров: создается новая редакция концепции внешней политики России / “РИА Новости”, 9 aprel 2016).

Ekspertlər üçün bu, bir qədər gözlənilməz hal olub. Çünki Rusiya 2013-cü ildə xarici siyasət konsepsiyasını yeniləşdirmişdi. İndi hansı səbəblərdən Moskva bu məsələyə yenidən baxır? Rusiya kimi böyük bir dövlətin qısa bir zamanda öz xarici siyasətinə düzəlişlər etməsi adi hadisə sayıla bilməz. Görünür, qlobal siyasətdə ciddi proseslər baş verir. Ən önəmlisi isə ondan ibarətdir ki, Kreml meydana fərqli faktorların çıxmaqda olduğuna işarə edir.

Bu barədə Sergey Lavrov açıq danışıb. O deyib: “Dünya işlərində qeyri-müəyyənlik dövrü davam edir, bir dəfəyə bütün suallara cavab vermək və hər bir problemi həll etməyə imkan verəcək möcüzəvi formulu icad etmək mümkün deyildir” (bax: əvvəlki mənbəyə). Rusiya XİN-in rəhbəri hesab edir ki, bunun səbəbi beynəlxalq münasibətlərin “rəngarəngliyi, ziddiyyətliliyidir”.

Deməli, Moskva dünya miqyasında geosiyasi situasiyanın aydınlaşması səbəbindən deyil, əksinə, daha da mürəkkəbləşməsinə görə xarici siyasətinə yenidən baxır. Özü də bu tendensiya o dərəcədə geniş və dərindir ki, Rusiya kimi supergüc belə mövqeyinə korrektələr etməyə məcburdur. Yeri gəlmişkən, qeyd edək ki, ABŞ hələ keçən ilin payızında öz xarici siyasətinə müəyyən düzəlişlər etmişdi. Orada Vaşinqtonun “hər yerdə və hər şeydə” üstün mövqedə olması ayrıca vurğulanırdı. Bəs Moskva yaranmış vəziyyətdə düzgün mövqenin nədən ibarət olduğunu bilirmi?

Əvvəlcə, onu deyək ki, Rusiya qlobal miqyasda tamamilə xaosun hökm sürdüyü qənaətində deyil. Sergey Lavrov vurğulayır ki, “. əlbəttə, ümumi tendensiyanı müşahidə etmək olar. ” (bax: əvvəlki mənbəyə). Moskvanın “ümumi tendensiya” dedikdə nələri nəzərdə tutduğu maraqlıdır.

Rusiya xarici siyasət idarəsi rəhbərinin söylədiklərindən başa düşülür ki, dünyanın böyük dövlətləri qlobal problemlərin həllində rəqabətə deyil, əməkdaşlığa üstünlük verməli, hamı üçün təhlükə törədən qüvvələrə qarşı ortaq mövqedən çıxış etməlidirlər. Bu qüvvələr kimi isə Moskva radikal qruplaşmaları, ilk növbədə, İŞİD və “Cəbhətül-Nusra”nı nəzərdə tutur.

Həmin məqamı Sergey Lavrov “Rusiya qlobal siyasətdə” jurnalında dərc olunan məqaləsində açıq göstərir. O yazır: “Əsas vəzifələrdən biri kimi, uydurulmuş təhlükələrə qarşı deyil, real olanlara qarşı birləşməyi hesab edirik. Bu keyfiyyətdə başlıca təhlükə terror aqressiyasıdır. İŞİD, “Cəbhətül-Nusra”dan olan ekstremistləri və onlara oxşar digərlərini ilk dəfə olaraq Suriya və İraqın geniş ərazisində nəzarət altına almaq mümkün oldu. Onlar öz təsirlərini başqa ölkələrə və regionlara yaymağa çalışırlar, bütün dünya üzrə terror aktları törədirlər. Bu təhlükəyə lazımi qiymət verməmək cinayətkarcasına burnunun ucundan o tərəfi görməmək deməkdir” (bax: Сергей Лавров. Историческая перспектива внешней политики России / Россия в глобальной политике, 2016, №2, c.8-20).

Dünyanın yeni geosiyasi arxitekturası: ümumi prinsiplər mövcuddurmu?

Belə çıxır ki, Rusiya dünya üçün əsas təhlükələr sırasında müsəlmanlara aid edilən radikal qrupların fəaliyyətini görür, bunu bütün ölkələrə təhdid hesab edir və həmin əsasda birləşməyi məqsədəuyğun sayır. Burada bir həqiqət var. Lakin məsələni yalnız müsəlmanlara aid edilən qruplara bağlamağın doğru olmadığına inanırıq. Məsələn, hazırda PKK ilə ASALA-nın birgə hərəkət etdiyi və bütün müsəlman dünyasına təhlükə olduğu məlumdur. Ermənilər PKK sıralarında döyüşürlər. Son günlərdə Türkiyənin təhlükəsizlik qüvvələri 7 erməni snayperi zərərsizləşdirib.

Bundan başqa, terroru dəstəkləyən dövlətlər də vardır. Dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən radikal qruplar mövcuddur. Məsələn, Myanmada müsəlmanlara qarşı terror aktları törədən qrupları necə nəzərə almamaq olar? Bəlkə müsəlmanların qırılması dünya üçün “müsbət tendensiya”dır?! Ancaq bu, islamofobiya əlamətidir. Təəssüf ki, böyük dövlətlərin heç birinin xarici siyasət konsepsiyasında tam obyektiv yanaşma hiss olunmur.

Bütün bunlara rəğmən, Rusiyanın xarici işlər nazirinin yaranmış vəziyyətdən çıxış yolu məsələsində irəli sürdüyü təklif maraqlıdır. Moskva “dünya siyasətinin çoxmərkəzli arxitekturasına keçid”i lazımlı hesab edir. Burada, ilk növbədə, “dünyanın aparıcı mərkəzlərinin qlobal problemlərin həllində qarşılıqlı əlaqələrinə əsaslanmaq” nəzərdə tutulur (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, rusiyalı nazir əksər dövlətlərin bunu anladıqlarını, lakin əməl etmək istəmədiklərini ifadə edir. Buna görə də “müsbət istiqamətin üstün gələcəyinə təminat yoxdur” (bax: əvvəlki mənbəyə). Buna baxmayaraq, yuxarıda vurğulanan məqamları Kreml Rusiyanın xarici siyasət strategiyasının tərkib hissəsi hesab edir, başqa sözlə, tam olaraq çıxış yolunu bunda görür.

Ədalət naminə vurğulamaq gərəkdir ki, Rusiyanın bir sıra tanınmış analitikləri oxşar fikirlər ifadə edirlər. Onlar dünyada yaranmış geosiyasi mənzərənin dəyişməli olduğuna inandıqlarını bildirir, bu prosesdə Rusiyanın qabaqcıl rol oynaya biləcəyini vurğulayırlar. Lakin real nəticəyə nail olmaq üçün ölkədə ciddi islahatların aparılması zərurəti də nəzərdən qaçırılmır.

Bu kontekstdə Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov vurğulayır: “Qarşıdan gələn dövrdə uğur qazanmaq üçün təcili olaraq gələcəyə yönəlmiş yeni siyasət və strategiya lazımdır. Hər şeydən öncə, daxili iqtisadi strategiya gərəkdir. Başqa halda, “soyuq müharibə” zamanında olduğu kimi, Rusiya yenidən və qəti surətdə uduzacaq” (bax: Сергей Караганов. Контуры перемен: Мировые тенденции-2015 и российская политика / Россия в глобальной политике, 2016, №2, c.21-33).

Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, dünyada yeni geosiyasi nizama olan ehtiyac daha da artıb. Rusiya bunun fərqindədir və milli təhlükəsizlik strategiyasında həmin özəlliyi ciddi nəzərə almağa qərar verib. Moskva terroru qlobal miqyasda böyük təhlükə hesab edib, dünyanın böyük güclərini buna qarşı birləşməyə dəvət edir və bu zaman yeni qlobal nizamda bir neçə dövlətin aparıcı rol oynamalı olduğunu əsaslandırmağa çalışır.

Belə görünür ki, böyük dövlətlərin məqsədi dünyanı iki yerə – bir qrup supergücün birləşdiyi hissəyə və onların idarə etdiyi qalan dövlətlərə bölmək, bu əsasda dünyanın çoxyönlü siyasi arxitekturasını formalaşdırmaqdır. İlk baxışdan maraqlı yanaşmadır. Ancaq böyük dövlətlərin ikili standartlar siyasəti fonunda bu modelin müsbət cəhətləri belə mənfi məzmun kəsb edə bilər. Burada əsas həqiqət ondan ibarətdir ki, dünya məhdud sayda güclü dövlətlərdən ibarət deyil. Yüzlərlə ölkənin də müstəqil və ədalətli şəraitdə yaşamaq hüququ tanınmalıdır. Müsəlmanları, bütövlükdə, İslam dinini terrorla əlaqələndirmək kimi yanlış ideoloji istiqamətlərdən imtina edilməlidir. Böyük dövlətlər təcavüzkarı himayə etmək üçün birləşməməlidirlər.

Açığı deyək ki, Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri məhz böyük dövlətlərdir. Ancaq onlar uzun illərdir ki, cırtdan Ermənistanı işğal etdiyi ərazilərdən “çıxara bilmirlər”. Bundan sonra neçə böyük dövlət birləşməlidir ki, Ermənistana “güc gəlsin”? Gülməlidir, deyilmi? Deməli, əsas məsələ birləşmək deyil, necə və hansı məqsədlə birgə fəaliyyət göstərməkdir. Müxtəlif regionlarda mövcud olan münaqişələri ədalətli həll etmədən, heç bir inteqrasiya modeli keçərli ola bilməz. Dünyanın böyük dövlətlərinin siyasətçiləri xarici siyasət konsepsiyalarına bu sadə həqiqətə əməl etməkdən başlasaydılar, bəşəriyyət çoxdan təhlükəsizliyinə qovuşmuşdu.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.