Press "Enter" to skip to content

Mrkzi aran rayonları

Rayonun tranzit mövqeyə malik olması, hamar düzənlik və yaşayış məntəqələrinin çox olması nəticəsində Aran iqtisadi rayonunda sıx və böyük uzunluğa malik nəqliyyat şəbəkəsi yaradılmışdır. Bakı-Supsa neft kəmərinin bir hissəsi bu rayon ərazisindən keçir.
Mingəçevir, Şirvan (ƏI-Bayramlı), Yevlax və Salyan regionun ən iri şəhərləri olub, sənaye qovşaqları əmələ gətirir.

Aran rayonu

Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonu olub, tərkibinə 16 kənd rayonu (Yevlax, Ağdaş, Ucar, Göyçay, Salyan, Beyləqan, Zərdab, Kürdəmir, Hacıqabul, Bərdə, Ağcabədi, Imişli, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad rayonları) və respublika tabeli Mingəçevir, Şirvan (Əli-Bayramlı) və Yevlax şəhərləri daxildir. Aran – Azərbaycanın ən çox respublika tabeli şəhəri olan iqtisadi rayonudur. (cəmi 3). Aran iqtisadi rayonu çox əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran coğrafi rayonları ilə, şərqdə Xəzər dənizi ilə həmsərhəddir. Cənubi Qafqazın Xəzər və Qara dəniz sahillərini birləşdirən əsas nəqliyyat xətləri (dəmir və şosse yolları). Aran iqtisadi rayonundan keçir. Bakını Azərbaycanın digər iqtisadi rayonları, Gürcüstan, Iran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları da bu rayonun ərazisindən keçir.
Relyefi. Ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən çökmə mənşəli Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərindən ibarətdir. Rayonda tikinti materialları; Muradxanlı, Şirvan (Əli-Bayramlı), Salyan və Neftçalada neft yataqları var. Rayonda çökmə mənşəli süxurlar geniş yayıldığından, filiz yataqların yoxdur.
Aran iqtisadi rayonu Azərbaycanın ən çox elektrik enerjisi istehsal edən və 2-ci mühüm neft, təbii qaz hasil edən rayonudur. Mingəçevir Azərbaycanın ən böyük elektroenergetika mərkəzi sayılır. Burada Azərbaycanın ən iri S.E.S-i və I.E.S-i fəaliyyət göstərir. Mingəçevirdan sonra Azərbaycanın 2-ci böyük elektroenergetika mərkəzi Şirvandır. (Əli-Bayramlı). Burada 1958-ci ildə Avropada ilk açıq tipli D.R.E.S. tikilmişdir.
Bu regionda Kür və Araz çaylarının hidroenerji ehtiyatlarından başqa, Günəş enerjisindən də elektrik enerjisi almaq mümkündür.
Sənayesi -yanacaq-energetika, kimya, maşınqayırma, tikinti materialları, yüngül (əsasən toxuculuq) və yeyinti sahələrindən ibarətdir. Bu sahələr əsasən iqtisadi rayonun Mingəçevir-Yevlax və Şirvan (Əli-Bayramlı)-Salyan sənaye qovşaqlarında cəmləşib. Bundan başqa bütün rayon mərkəzlərində yeyinti sənayesi müəssisələri var. Neftçalanın Bankə qəsəbəsində balıq-konserv, Imişlidə şəkər, Kürdəmirdə şərab, Göyçayda şərab və konyak zavodları tikilib. Aran iqtisadi rayonu iri pambıqçılıq rayonu olduğundan burada 14 pambıqtəmizləmə zavodu tikilib. Neftçalada neft mədənlərindən çıxan buruq suları hesabına yod-brom zavodu işləyir.
K/t. Ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur Lakin ərazinin çox quraq olması irriqasiyaya (süni suvarma) səbəb olub. Suvarmada Mingəçevir, Varvara, Bəhramtəpə su anbarlarından , Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadə olunur. Lakin buradakı torpaqlar normadan artıq suvarıldığından şor qrunt suları yer səthinə yaxın yerləşib. Qrunt sularının səviyyəsini aşağı salmaq və şoran torpaqları yumaq üçün Aran iqtisadi rayonunda ən sıx kollektor-drenaj şəbəkəsi yaradılıb. Abşerondan fərqli olaraq Aran iqtisadi rayonu k/t-nın müxtəlif sahələri – pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyva və nar) və heyvandarlıq üzrə ixtisaslaşıb. Bu rayonda həmçinin tərəvəzçilik və bostançılıq inkişaf edib.
Qış mülayim keçdiyindən regiondan qış otlaqları kimi istifadə olunur. Aran iqtisadi rayonu həm də Azərbaycanın ən böyük baramaçılıq rayonudur. (60-70%)
Problemləri. Torpaqların şoranlaşması, səhralaşma, quraqlıq, Xəzər sahili ərazilərin su altında qalması. Rayonda əsən ağ və qara yel təsərrüfatın inkişafına mənfi təsir göstərir.

Rayonun tranzit mövqeyə malik olması, hamar düzənlik və yaşayış məntəqələrinin çox olması nəticəsində Aran iqtisadi rayonunda sıx və böyük uzunluğa malik nəqliyyat şəbəkəsi yaradılmışdır. Bakı-Supsa neft kəmərinin bir hissəsi bu rayon ərazisindən keçir.
Mingəçevir, Şirvan (ƏI-Bayramlı), Yevlax və Salyan regionun ən iri şəhərləri olub, sənaye qovşaqları əmələ gətirir.

Mrkzi aran rayonları

14 окт 2020

В группе 56 592 участника

Dağlıq Qarabağa aid olan rayonlar : Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut Dağlıq Qarabağın ətraf rayonları : Laçın rayonu Kəlbəcər rayonu Ağdam rayonu Cəbrayıl rayonu Füzuli rayonu Qubadlı rayonu Zəngilan rayonu – Bizdə olmağına az qalıb – Artıq bizdədir

Комментарии 2

14 окт 2020

Поделиться 0

14 окт 2020

АЛЫН О КЁРПЭЛЭРИН ИНТИГАМЫНЫ,ДЭРЭЛЭРЭ ТЁКУЛСУН ДУШМЭНИН ГАНЫ . ГОЙ АЛЛАХ ГОРУСУН АЗЭРБАЙДЖАНЫ,

Поделиться 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена сегодня в 06:05

Ипподром. Перед бегами наездник гладит лошадь.. Поглаживая и разговаривая с лошадью, он вынимает из кармана конфетку и угощает ей лошадь. Та её съела и как смогла, кивая головой, поблагодарила. Неожиданно откуда ни возьмись подходит инспектор: – Я дисквалифицирую эту лошадь. – Это почему? – Не отпирайтесь. Я все видел. – Аа, вы думаете, что я дал ей допинг? Ну, что вы! Это была просто конфетка. Вот смотрите сами. Он вытаскивает из кармана конфетку и съедает. Следом вытаскивает ещё одну и протягивает инспектору: – Вот возьмите. Попробуйте и убедитесь. Инспектор взял конфетку. Попробовал и глупо заулыбался: – Да.. Действительно.. Что-то я действительно не прав.. Даже неудобно. Извинившись,

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI

Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib.

7 İyul , 2021 14:42

https://static.report.az/photo/da8b5bba-06d6-30fc-99d9-70f3328513e1.jpg

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Comments are closed, but trackbacks and pingbacks are open.