Qocayev və əliyev
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
“Heydər Əliyev və Azərbaycan gəncliyi” FOTOLAR
Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral-Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir tədbir keçirib. Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nazim Çələbiyev, RİH-in məsul əməkdaşları, Vətən Müharibəsi qaziləri və iştirakçıları, rayonun idarə, müəssisəsində çalışan fəal gənclər, idmançılar və müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, gül dəstələri düzüb.Daha sonra Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov və Vətən müharibəsi iştirakçısı Xəqani Quliyev 2 Fevral-Gənclər Günü münasibəti ilə ölkə gəncliyini təbrik edərək bildirblər ki, bu il Gənclər Günü əlamətdar bir ilə təsadüf edir, belə ki, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində müstəsna xidmətlərini vurğulayan natiqlər bildiriblər ki, bu gün həmin uğurlu siyasi xətt dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla aparılır. Eyni zamanda qeyd olunub ki, Azərbaycan gəncliyi daima Ulu Öndər yolu ilə irəliləyir, dövlət başçısı tərəfindən, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima diqqət mərkəzində saxlanılaraq, hərtərəfli qayğı ilə əhatə olunub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Şöbəsinin Fəxri Fərmanları təqdim olunmuşdur.
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi
Xankəndi
A. Qocayev qeyd edib ki, E.Abdullayevin onunla bağlı mətbuata ötürdüyü məlumatlar həqiqətə uyğun deyil: “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində guya mənim ona çatdırılması üçün köməkçim vasitəsilə pul əvəzi olaraq kağız parçaları göndərdiyim, köməkçimlə birlikdə Elşad Abdullayevin görüşünə gələn şəxslərin ona zorakılıq tətbiq etmələri, daha sonra isə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov vasitəsilə Elşad Abdullayevə çemodanda pul göndərməyim barədə heç bir hüquqi əsası olmayan, yalan və böhtan xarakterli məlumatları yayaraq içtimaiyyət qarşısında yenidən özünü gündəmə gətirməyə cəhd edib”.
A. Qocayev qeyd edib ki, E. Abdullayevlə heç vaxt yaxın əlaqələri olmayıb: “Ümumiyyətlə, mənim nə Elşad Abdullayevlə, nə də Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədovla heç bir yaxın əlaqəm və münasibətim olub. Eyni zamanda İlham Pirməmmədovla heç bir qohumluq əlaqəm də yoxdur. Elşad Abdullayevin kütləvi informasiya vasitələrində mənim barəmdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymasının səbəbini isə onun Binəqədi rayonundan deputatlığa namizədliyini verməklə seçilmədiyindən mənim həmin dövrdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyimi əsas götürərək gündəmə gəlməsi üçün özündən uydurma hadisələr düzüb qoşması kimi qiymətləndirirəm”.
A. Qocayev E. Abdullayevin əsassız iddiaları ilə bağlı istintaqa çağırılaraq ifadəsinin alındığını da bildirib: “Bütün bunlar barədə Bakı Şəhər Prokurorluğunda istintaqa ifadə vermişəm”.
(apa)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqun mətnində deyilir:
Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində orta məktəbi bitirmiş, 1953-1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxumuş və 1957-1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləmişdir.
Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959-1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra 1964-1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967-1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970-1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978-1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987-2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olmuşdur.
Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirmişdir. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.
Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamışdır. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.
Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.