Press "Enter" to skip to content

Təkamül nədir

Əgər həqiqətən maddənin içində onu həyata təşviq edən daxili prinsip olsaydı, bunu laboratoriyada asanlıqla göstərməliydi. Məsələn, bir tədqiqatçı ibtidai şorbanı təmsil edən üzmə hovuzundan təcrübə üçün istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç bir şey tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər bəsit kimyəvi maddələr əmələ gələr.380

TƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ ENTROPİYA QANUNU

Fizikanın ən əsas qanunlarından biri olan Termodinamikanın ikinci qanunu kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlərin zaman keçdikcə dağılıb məhv olduğunu söyləyir. Canlı-cansız hər şey zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və məhv olur. Bu, geç-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu prosesdən qaçış yoxdur.

Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili səhraya aparıb qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun əvvəlkindən daha təkmil, daha yaxşı formaya düşdüyünü görməzsiniz. Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, motorunun çürüdüyünü görəcəksiniz. Eyni proses canlı varlıqlarda daha sürətlə baş verir.

Termodinamikanın ikinci qanunu bu təbii prosesin fiziki düstur və hesablamalarla ifadə edilmə formasıdır.

Bu məşhur fikiza qanunu Entropiya qanunu olaraq da adlandırılır. Entropiya fizikada bir sistemin ehtiva etdiyi nizamsızlığın ölçüsüdür. Bir sistemin nizamlı, mütəşəkkil və planlı formadan nizamsız, dağınıq və plansız formaya düşməsi o sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksəkdir. Entropiya qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq formaya doğru getdiyini ortaya qoymuşdur.

Bir avtomobili təbii şəraitdə tərk etsəniz, mütləq köhnələr, paslanar və çürüyər. Eynilə şüurlu bir tənzimləmə olmadığı təqdirdə kainatda bütün sistemlər dağılmağa başlayar. Bu qaçılmaz təbiət qanunundur.

Termodinamikanın ikinci qanunu və ya digər adı ilə Entropiya qanunu nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmiş qanundur. Belə ki, əsrimizin ən böyük elm adamı olaraq qəbul edilən Albert Eynşteyn bu qanunu “bütün elmlərin birinci qanunu” kimi tərif etmişdir:

Entropiya qanunu tarixin bundan sonrakı ikinci dövründə dominantlıq edəcəkdir. Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir. Ser Artur Edinqton ondan bütün kainatın ən üstün metafizik qanunu kimi bəhs edir.363

Təkamül nəzəriyyəsi isə bütün kainatı ehtiva edən bu əsas fiziki qanunu görməməzliyə vuraraq irəli sürülmüş iddiadır. Təkamül nəzəriyyəsi bu qanunla ziddiyyət təşkil edən mexanizm irəli sürür. Təkamül nəzəriyyəsinə əsasən, dağınıq, nizamsız, cansız atomlar və molekullar zaman keçdikcə öz-özlərinə təsadüflərlə birləşərək nizamlı və planlı zülalları, DNT, RNT kimi olduqca kompleks molekulyar formaları, sonradan daha mürəkkəb quruluşa və dizayna malik milyonlarla canlı növünü meydana gətirmişdir. Təkamülə əsasən, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və mütəşəkkil formaya doğru gedən bu xəyali proses Entropiya qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən, təkamül kimi prosesin fərz edilən heç bir mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü elm adamları da bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə deyir:

Təkamülün kompleks prosesi daxilində həyat Termodinamikanın ikinci qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir.364

Təkamülçü elm adamı Rocer Levin də “Science jurnalındakı bir məqaləsində təkamülün termodinamika müəmmasını belə ifadə edir:

Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın ikinci qanunu ilə açıq-aşkar ziddiyyət təşkil etməsidir. Sistemlər zaman keçdikcə daha nizamsız hala gəlib dağılmalıdırlar.365

Özü də təkamül nəzəriyyəsinin tərəfdarlarından olan Corc Stavropolos canlıların öz-özünə meydana gəlməsinin termodinamik baxımdan qeyri-mümkün olduğunu və fotosintez kimi kompleks canlı mexanizmlərin mənşəyini təbiət qanunları ilə açıqlamağın mümkün olmadığını məşhur elmi jurnal olan “American scientist”də bu ifadələrlə qəbul edir:

Normal şərtlərdə Termodinamikanın ikinci qanununa əsasən, heç bir kompleks üzvi molekul əsla öz-özünə əmələ gələ bilməz, əksinə, parçalanar. Əslində bir şey nə qədər kompleksdirsə bir o qədər qeyri-sabitdir və gec-tez parçalanaraq dağılır. Fotosintez bütün həyati proseslər və həyatın özü mürəkkəb və ya qəsdən mürəkkəbləşdirilmiş açıqlamalara baxmayaraq, hələ də termodinamik və ya başqa qəti elm sahəsi vasitəsilə aşkar edilməmişdir.366

Göründüyü kimi, təkamül iddiası tamamilə fiziki qanunlara zidd şəkildə irəli sürülmüş iddiadır. Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsinin qarşısına elmi və məntiqi baxımdan keçilməz sədd çıxarmışdır. Bu səddi aşacaq heç bir elmi və əsaslı açıqlama verə bilməyən təkamülçülər isə bu problemi ancaq təxəyyüllərində aşa bilirlər. Məsələn, Ceremi Rifkin təkamülün bu fiziki qanunu sehirli güclə aşdığına inandığını bildirir:

Entropiya qanunu təkamülün bu planetdəki həyat üçün mövcud olan bütün enerjini dağıdacağını deyir. Bizim təkamül anlayışımız isə bunun tam tərsidir. Biz təkamülün sehirli şəkildə yer üzündə daha böyük ölçü və nizam əmələ gətirdiyinə inanırıq.367

Bu sözlər təkamülün elmi tezisdən çox doqmatik inanc forması olduğunu ifadə edir.

Açıq sistem xətası

Bəzi təkamül tərəfdarları Termodinamikanın ikinci qanununun ancaq “qapalı sistemlərə” aid olduğunu, “açıq sistemlərin” isə bu qanuna tabe olmadığını müdafiə edirlər. Halbuki bu iddia bəzi təkamülçülərin həmişəki kimi nəzəriyyələrini çıxılmaz vəziyyətə salan elmi həqiqətləri təhrif etmə səyindən ibarətdir.

Belə ki, bir çox elm adamı bu iddianın əsassız olduğunu, termodinamika ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirir. Bunlardan biri Harvard Universitetindən olan elm adamı Con Ross “Chemical and engineering news” jurnalındakı ifadələrində özü də təkamülçü düşüncə tərzinə malik olmasına baxmayaraq, bu həqiqətdənkənar iddiaların mühüm elmi xəta olduğunu belə bildirir:

. Termodinamikanın ikinci qanunu dəyişməyən qanundur. Normal halda ikinci qanuna təcrid edilmiş sistemlər aid edilir, ancaq ikinci qanun açıq sistemlərə də eyni dərəcədə aiddir. Buna baxmayaraq, Termodinamikanın ikinci qanununun müvazinətsiz sistemlərə aid olmadığı fikri hakimdir. Əmin olun ki, bu səhv əbədi davam etməyəcəkdir.368

Açıq sistem kənardan enerji və maddə giriş-çıxışı olan termodinamik sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, günəşdən daima gələn enerji axınına məruz qaldığını, ona görə də Entropiya qanununun dünyaya aid olmadığını və nizamsız, sadə, cansız formalardan nizamlı, kompleks canlıların əmələ gəldiyini irəli sürürlər.

Halbuki burada həqiqət açıq-aşkar təhrif edilmişdir. Çünki bir sistemə kənardan enerji daxil olması o sistemi nizamlı hala salmaq üçün kifayət deyil. Bunun üçün, xam enerjini istifadəyə yararlı hala salacaq xüsusi mexanizmlər lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə salması üçün motora, ötürücü sistemlərə və onları idarə edən tənzimləyici mexanizmlərə ehtiyac var. Belə bir enerji çevirən sistem olmasa, avtomobilin benzindəki enerjidən istifadə etməsi mümkün olmaz.

Eyni vəziyyət canlılara da aiddir. Canlıların enerjini günəşdən aldığı doğrudur. Lakin günəş enerjisi ancaq canlılardakı qeyri-adi dərəcədəki kompleks enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilir. Məsələn, mədəsi və bağırsaqları olmayan insan ən kalorili qidaları da yesə, bu qidalardakı enerjidən istifadə edə bilməz və ölər. Bu cür enerji çevirmə sistemləri olmasa, heç bir canlı yaşaya bilməz. Günəş də enerjini çevirmə sistemi olmayan canlı və ya cansız varlıq üçün yandırıcı, məhv edici və parçalayıcı enerji mənbəyidir.

Göründüyü kimi, hər hansı enerji çevirən mexanizmi olmayan bir sistem açıq və ya qapalı da olsa, təkamül üçün heç bir üstünlüyü yoxdur. İbtidai dünya şərtlərində təbiətdə bu cür kompleks və şüurlu mexanizmlərin olduğunu isə heç kim iddia etmir. Onsuz da təkamülçülər üçün buradakı əsas problem bitkilərdəki fotosintez mexanizmi kimi müasir texnologiya tərəfindən belə təqlid edilə bilməyən kompleks enerji çevirmə mexanizmlərinin necə ortaya çıxdığı sualından ibarətdir.

İbtidai dünyaya kənardan daxil olan günəş enerjisinin də canlılardakı kompleks molekul və formaları, mütəşəkkil bioloji sistemləri meydana gətirən təsiri yoxdur. Habelə istilik nə qədər artsa da, amin turşuları nizamlı şəkildə birləşmək üçün cəhd göstərirlər. Amin turşularının daha mürəkkəb molekullar olan zülalları, zülalları da daha kompleks və planlı formalar olan hüceyrə orqanoidlərini əmələ gətirmələri üçün təkcə enerji heç bir işə yaramaz.

İlya Priqoqin və özünü təşkiletmə xətası

Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini anlayan bəzi təkamülçü elm adamları yaxın keçmişdə Termodinamikanın ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər.

Ilya Prigogine

Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir.

Priqoqin xaos qanununa əsaslanaraq xaosdan (qarmaqarışıqlıqdan) nizam əmələ gələcəyinə dair bəzi fərziyyələr irəli sürmüşdür. Ancaq bütün səylərinə baxmayaraq, termodinamikanı və təkamülü uzlaşdırmağı bacarmamışdır.

Elmi fəaliyyətlərində statik cəhətdən geri dönüşü olmayan prosesləri əsas qanunlarla əlaqələndirməyə çalışmış, lakin səyləri uğursuzluqla nəticələnmişdir.

Tamamilə nəzəri olan, real həyatda tətbiq və müşahidə edilmə imkanı olmayan bir çox riyazi hipotezdən ibarət kitabları fizika, kimya və termodinamika sahəsində nüfuzlu şəxslər hesab edilən elm adamları tərəfindən heç bir konkret və praktiki dəyərə malik olmadığına görə tənqid edilmişdir.

Məsələn, termodinamika, statik mexanika və formalaşma (pattern formation) sahələrində məşhur fiziklərdən və“Review of modern physics” kitabının müəlliflərindən biri olan P.Hohenberqin Priqoqinin elmi fəaliyyəti haqqındakı şərhi 1995-ci il, may tarixli “Scientific american” jurnalında belə verilir:

Nəzəriyyəsinin açıqladığı bircə hadisəni belə tanımıram.369

Viskonsin Universitetindən nəzəriyyəçi fizik Kozma Şalizi də Priqoqinin elmi fəaliyyətlərinin heç bir konkret nəticə və ya açıqlamasının olmadığı ilə bağlı belə deyir:

(Priqoqinin yazdığı) “Self organization in nonequilibrium systems”(Müvazinətsiz sistemlərdə özünü təşkiletmə) adlı kitabın beş yüz səhifəsinin içində real faktlarla əlaqədar sadəcə dörd qrafik var və modellərinin təcrübi nəticələrlə müqayisəsi yoxdur. Statik fizikanın başlıqları olması xaricində, geri dönüşü olmayan qanun haqqındakı fikirlərinin heç biri özünü təşkiletmə (self organization) ilə əlaqəsi yoxdur.370

Qatı materialist olan Priqoqinin fizika sahəsində həyata keçirdiyi fəaliyyətləri eyni zamanda təkamül nəzəriyyəsinə də dəstək olma məqsədi daşımışdır.

Çünki əvvəlki səhifələrdə gördüyümüz kimi, təkamül nəzəriyyəsi Termodinamikanın ikinci qanunu olan Entropiya qanunu ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Entropiya qanunu məlum olduğu kimi, hər cür nizamlı, mütəşəkkil və kompleks formanın təbii amillərə məruz qaldıqda nizamsızlığa, dağılmağa və parçalanmağa uğradığını qəti şəkildə ortaya qoyur.

Buna qarşı təkamül nəzəriyyəsi nizamsız, dağınıq və şüursuz atomların və molekulların birləşərək kompleks və mütəşəkkil sistemlərə malik canlıları meydana gətirdiyini iddia edir.

Priqoqin isə bu cür prosesləri mümkün edə bilmək üçün formullar icad etməyə çalışmışdır. Ancaq bütün səyləri nəzəri fəaliyyətlərdən başqa bir şey olmamış, uğursuzluqla nəticələnmişdir.

İrəli sürdüyü tezislərdən ən çox tanınanları “Self organization” (özünü təşkiletmə) nəzəriyyəsi ilə “Dissipative structures” (enerjini dağıdan formalar) nəzəriyyəsidir. Bu nəzəriyyələrdən birincisi sadə molekulların öz aralarında birləşərək kompleks canlı sistemləri əmələ gətirdiyini iddia edir. İkincisi isə nizamsız, yüksək entropiyaya malik sistemlərdə nizamlı, kompleks formaların əmələ gələ biləcəyini iddia edir. Ancaq bunların heç biri təkamülçülər üçün yeni xəyal dünyası qurmaqdan başqa elmi və praktik dəyər daşımır.

Priqoqinin bu nəzəriyyələrinin heç bir mövzunu açıqlamadığı və heç bir nəticəyə gəlmədiyi bir çox elm adamı tərəfindən ifadə edilir. Məşhur fizik Coul Keyzer belə yazır:

Tarazlıqdan uzaq “enerji dağıdan formaların” (dissipative structures) sabitliyi üçün irəli sürdüyü kriteriyalar tarazlığa çox yaxın vəziyyətlər istisna olmaqla uğursuzluğa məruz qaldı.371

Nəzəri fizik Kozma Şalizi də bununla bağlı belə deyir:

(Priqoqin) özünü təşkil etmə (self organization) məsələsində demək olar ki, hər kəsdən dəqiq və əsaslı elmi fəaliyyət göstərməyə çalışdı. Bacarmadı. 372

“Self organizing systems: The emergence of order” (özünü təşkil edən sistemlər: nizamın meydana gəlməsi) adlı jurnalın redaktoru olan F.Yucin Yeyts eyni jurnalda məqalə yazan Deniel L.Steyn və Nobel mükafatı almış elm adamı Filip Andersonun Priqoqinlə bağlı tənqidlərini xülasə halında belə bildirir:

Müəlliflər (Filip Anderson və Deniel L.Steyn) “enerji dağıdan formalar” (dissipative structures) haqqında təkmil nəzəriyyə olmadığını (əksinə, iddiaların olmasına baxmayaraq) və bəlkə də heç bir sabit “enerji dağıdan forma” olmadığının tərəfdarıdırlar. Bu səbəbdən müəlliflər “enerji dağıdan formalar” və onların qırılmış simmetriyaları haqqındakı fərziyyələrin hal-hazırda həyatın mənşəyi və davamı haqqındakı suallara cavab verə bilməyəcəyinə inanırlar.373

Qısaca desək, Priqoqinin nəzəri fəaliyyətləri həyatın mənşəyini açıqlama baxımından heç bir dəyər daşımır. Nobel mükafatı almış yuxarıda adı çəkilmiş elm adamları Priqoqinin nəzəriyyələri haqqında belə şərh verirlər:

Bu sahədəki bir çox kitab və məqalədəki iddiaların əksinə, biz belə bir nəzəriyyənin (“dissipative structures” nəzəriyyəsi) olmadığına və hətta Priqoqin, Heyken və məsləkdaşlarının varlığından bəhs etdikləri bu cür formaların (enerji dağıdan formalar) bəlkə də heç mövcud olmadıqlarına inanırıq.374

Qısaca desək, öz sahələrində mütəxəssis olan elm adamları Priqoqinin uydurduğu tezislərin heç bir reallığının və əsasının olmadığını, hətta tezislərində bəhs etdiyi növdən olan formaların (dissipative structures) bəlkə də əslində heç mövcud olmadığını bildirirlər.

Priqoqinin iddiaları Cin Brikmontun “Xaosun elmi, yoxsa elmdə xaos?” adlı məqaləsində də hərtərəfli şəkildə təhlil edilmiş və əsassızlığı sübut edilmişdir.

Priqoqin təkamülü dəstəkləyən hər hansı bir metod tapa bilməsə də, ancaq bu cür səylər göstərməsi təkamülçülərin onu başlarının tacı etməsinə səbəb olmuşdur. Bir çox təkamülçü Priqoqinin irəli sürdüyü “özünü təşkiletmə” anlayışına böyük ümidlə bağlanmışdır. Priqoqinin xəyali nəzəriyyələri və məfhumları ilə bağlı mövzunun təfərrüatını bilməyən bir çox şəxs təkamülün termodinamik baxımdan düşdüyü çıxılmaz vəziyyətinin həll edildiyini zənn edir.

Halbuki Priqoqin də molekulyar səviyyədə uydurduğu nəzəriyyələrin canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını qəbul edərək belə demişdir:

Bioloji nizam problemi molekulyar fəaliyyətdən hüceyrənin supermolekulyar nizamına keçidi ehtiva edir. Bu problemin həlli yoxdur.375

Priqoqinin təkamüllə Entropiya qanunu və digər fiziki qanunlar arasındakı ziddiyyəti aradan qaldırmağı hədəfləyən nəzəriyyələrinin və təkamülçülərin bundan cəsarətlənərək uydurduqları fərziyyələrin məzmunu bundan ibarətdir.

Nizamlı sistem və mütəşəkkil sistemin fərqi

Buraya qədər istər Priqoqinin, istərsə də digər təkamülçülərin iddialarına diqqət edilsə, çox mühüm xətaya yol verdikləri görüləcəkdir. Təkamülçülər termodinamika ilə təkamülü uzlaşdırmaq məqsədilə daima maddə və enerji giriş-çıxışı olan sistemlərdə (açıq sistemlər) müəyyən nizam əmələ gələ biləcəyini sübut etməyə çalışırlar.

Burada iki əsas məfhumu açıqlamaq təkamülçülərin yanıldıcı metodlarının aşkar edilməsi baxımından vacibdir.

Yanıltma iki müxtəlif məfhumun – “nizamlı” və “mütəşəkkil” anlayışlarının qəsdən qarışdırılmasıdır.

Bunu belə bir misalla açıqlaya bilərik: dəniz kənarı boyu uzanan qumsalı düşünün. Güclü dalğa sahilə çırpıldıqda bu qumsalda bəzi böyüklü-kiçikli qum təpəcikləri və qumda dalğalanmalar əmələ gətirir.

Bu “nizamlama” prosesidir: dəniz sahili açıq sistemdir və içəriyə doğru enerji axını (dalğa) qumsalın əvvəlki adi görünüşünü bəsit formalara çevirə bilər.

Termodinamik mənada burada əvvəlkinə görə bir nizam əmələ gəlmişdir. Lakin bunu qeyd etmək lazımdır ki, eyni dalğalar dəniz sahilində qumdan bir qala tikə bilməzlər. Əgər qumdan tikilmiş qala görsək, bunu kiminsə tikdiyindən əmin ola bilərik. Çünki qala “mütəşəkkil”sistemdir. Yəni müəyyən dizayna və məlumata (informasiyaya) malikdir. Şüurlu bir şəxs tərəfindən planlı şəkildə, hər hissəsi düşünülərək tikilmişdir.

Qala ilə qum təpələri arasındakı fərq birincisinin mütəşəkkil kompleksliyə, ikincisinin isə ancaq bəsit təkrarlardan ibarət nizama malik olmasıdır.

Təkrarlardan ibarət nizam bir makinanın klaviaturasındakı “a” hərfinin üzərinə bir cisim düşdüyü üçün (yəni içəri girən enerji axını ilə) yüzlərlə “aaaaaaaa. ” yazması kimidir. Təbii ki, “a”ların bu şəkildə təkrarlı nizam içində olması nə bir məlumat, nə də hər hansı komplekslik təşkil edir. Məlumat ehtiva edən kompleks hərf ardıcıllığı (yəni mənası olan bir cümlə, abzas və ya kitab) yazmaq üçün mütləq ağıla ehtiyac var.

Eyni şey küləyin tozlu otağa girməsinə də aiddir. Külək otağa girdikdə daha əvvəl yerdə nizamsız şəkildə yayılmış toz təbəqəsi otağın kənarına toplana bilər.

Bu yenə termodinamik mənada əvvəlkinə görə daha nizamlı formadır, lakin toz zərrəcikləri əsla küləyin enerjisi ilə “öz-özlərini təşkil edərək” otağın tavanında insan rəsmi əmələ gətirə bilməzlər.

Nəticədə təbii amillərlə əsla kompleks və mütəşəkkil sistemlər meydana gələ bilməz. Ancaq bəzən yuxarıdakı nümunələrə bənzər şəkildə sadə nizamlı formalar əmələ gələ bilər. Bu nizamlı formalar da müəyyən həddi aşmazlar.

Təkamülçülər bu cür təbii proseslərlə öz-özünə meydana çıxan nizamlanma (self ordering) hadisələrini təkamülün çox mühüm dəlili kimi təqdim edir və onları “özünü təşkil etmə” (self organization) nümunəsi kimi göstərirlər. Bu anlayış qarışıqlığı nəticəsində də canlı sistemlərin təbii hadisələr və kimyəvi reaksiyalar nəticəsində öz-özünə meydana gələ biləcəyini irəli sürürlər. Əvvəlki bölmədə təhlil etdiyimiz Priqoqin və tərəfdarlarının metod və fəaliyyətləri də bu yanıldıcı məntiqə əsaslanır.

Halbuki yuxarıda da bildirdiyimiz kimi, mütəşəkkil sistemlərlə nizamlı sistemlər bir-birindən tamamilə fərqli formalardır. Nizamlı sistemlər sadə ardıcıllıqlar, təkrarlar şəklində formalardır, mütəşəkkil sistemlər isə olduqca kompleks funksiyalar ehtiva edirlər. Mütəşəkkil sistemlərin əmələ gəlməsi üçün mütləq şüur, məlumat və dizayna ehtiyac var. Aradakı bu mühüm fərqi təkamülçü elm adamlarından Cefri Uiken belə tərif edir:

“Mütəşəkkil” sistemləri “nizamlı” sistemlərdən dəqiq ayırd etmək lazımdır. İki sistemdən heç biri “təsadüfi” deyil, amma nizamlı sistemlər sadə qəliblərdən ibarət olduqları üçün heç bir kompleksliyə malik deyil, mütəşəkkil sistemlərin isə hər hissəsi məlumat ehtiva edən xarici mənbədən gələn bir plana əsasən birləşirlər. Təşkil olunma buna görə funksional komplekslikdir və məlumat ehtiva edir.376

İlya Priqoqin də qəsdən bu anlayış qarışıqlığından istifadə etmiş və içəriyə doğru enerji axını əsnasında öz-özünə nizamlanan molekulların nümunələrini “öz-özünə təşkil olunma” kimi təqdim etmişdir. Amerikalı elm adamları Çarlz B.Takston, Uolter L.Bredli və Rocer L.Olsen “The mystery of life’s origin” (Həyatın mənşəyinin sirri) adlı kitablarında bu vəziyyəti aşağıdakı kimi açıqlayırlar:

. Hər cür vəziyyətdə mayenin içindəki molekulların təsadüfi hərəkətlərinin yerini dərhal olduqca nizamlı davranış əvəz edir. Priqoqin, Eycen və digərləri buna bənzər “öz-özünə təşkil olunmanın” üzvi kimyanın əsası ola biləcəyini irəli sürür və bunun da canlı sistemlər üçün lazım olan həddindən artıq kompleks molekulları açıqlama potensialına malik olduğunu iddia edirlər. Lakin bu paralelliklərin həyatın mənşəyi sualı ilə əlaqəsi yoxdur. Bunun əsas səbəbi onların nizam və kompleksliyi ayırd etməyi bacarmamalarıdır.377

Eyni elm adamları bəzi təkamülçülərin irəli sürdüyü “suyun buza çevrilməsi bioloji nizamlılığın öz-özünə əmələ gəldiyinə nümunədir” kimi məntiqin dayazlığını və ziddiyyətini belə açıqlayırlar:

Suyun kristallaşaraq buza çevrilməsi ilə bəsit monomerin milyonlarla il ərzində polimer şəklində birləşərək DNT və zülal kimi kompleks molekullara çevrilməsi arasındakı bənzətmə tez-tez müzakirə olunur. Hər iki halda bənzətmə yanlışdır. Temperatur azaldılaraq termal təsir kifayət qədər kiçildikdə atomları bir-birinə bağlayan güclər su molekullarını nizamlı kristallaşmış formaya salırlar. Amin turşusu kimi üzvi monomerlər isə hər hansı bir temperaturda nəinki nizamlı formaya düşürlər, heç birləşmirlər.378

Bütün karyerasını termodinamikanı təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə həsr etmiş Priqoqin belə suyun kristallaşması ilə kompleks bioloji formaların əmələ gəlməsi arasında bənzərlik olmadığını qəbul etmişdir:

Burada qeyd etmək lazımdır ki, təcrid olunmamış (açıq) sistemdə çox aşağı temperaturda nizamlı və aşağı entropiyalı formaların əmələ gəlmə ehtimalı var.

Bu nizamlama prinsipi kristallar kimi nizamlı formaların əmələ gəlməsində və maddənin xassələrinin dəyişməsində etibarlıdır. Təəssüf ki, bu prinsip bioloji formaların əmələ gəlməsini açıqlaya bilməz.379

Qısaca desək, heç bir fiziki və ya kimyəvi təsir canlıların mənşəyini açıqlaya bilmir, “maddənin özünü təşkil etməsi” anlayışı xəyaldan ibarət olaraq qalır.

Özünü təşkiletmə: Materialist doqma

Təkamülçülərin “özünü təşkiletmə” məfhumu ilə müdafiə etdikləri iddia cansız maddənin öz-özünü nizamlayıb, təşkil edib kompleks canlı varlıq meydana gətirəcəyinə əsaslanan inancdır. Bu, tamamilə elmə zidd inancdır. Çünki bütün müşahidə və təcrübələr maddənin belə bir qabiliyyətinin olmadığını göstərir.

Məşhur ingilis astronom və riyaziyyatçı prof. Fred Hoyl maddənin öz-özünə həyatı əmələ gətirə bilməyəcəyini belə bir nümunə ilə izah edir:

Əgər həqiqətən maddənin içində onu həyata təşviq edən daxili prinsip olsaydı, bunu laboratoriyada asanlıqla göstərməliydi. Məsələn, bir tədqiqatçı ibtidai şorbanı təmsil edən üzmə hovuzundan təcrübə üçün istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç bir şey tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər bəsit kimyəvi maddələr əmələ gələr.380

Təkamülçü bioloq Endru Skott isə eyni həqiqəti belə qəbul edir:

Bir az maddə götürün, qarışdırın, isidin və gözləyin. Bu, həyatın mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm, zəif və güclü nüvə qüvvələri kimi “əsas” güclər işin ardını həll edəcəkdir. Bəs, bu hekayənin nə qədəri tutarlı dəlillərə əsaslanır və nə qədəri ümid üzərində qurulmuş fərziyyələrdir? Əslində ilk kimyəvi maddələrdən canlı hüceyrələrə qədər gedən mərhələlərin bütün mexanizmləri ya mübahisə mövzusudur, ya da tamamilə qaranlıq içindədir.381

Bəs, təkamülçülər nə üçün hələ də “maddənin özünü təşkil etməsi” kimi qeyri-elmi ssenarilərə inanırlar? Nə üçün canlı sistemlərdə açıq-aşkar görünən şüuru və yaradılışı inkar etmək üçün bu qədər israr edirlər?

Bu sualların cavabı təkamül nəzəriyyəsinin əsl təməli olan materialist fəlsəfədə gizlənmişdir. Materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir, bu təqdirdə canlılara da ancaq maddəyə əsaslanan açıqlama gətirməlidir. Nə qədər elmə zidd olsa da, təkamül nəzəriyyəsi buna görə irəli sürülmüşdür və sırf bunun üçün müdafiə edilir. Nyu York Universitetində kimya professoru və DNT mütəxəssisi olan Robert Şapiro təkamülçülərin “maddənin öz-özünü təşkil etməsi” ilə bağlı inanclarını və bunun kökündə duran materialist doqmanı belə açıqlayır:

Bizi bəsit kimyəvi maddələrin mövcud olduğu qarışıqdan ilk aktiv replikatora (DNT və ya RNT-yə) daşıyan təkamül xarakterli prinsipə ehtiyacımız var. Bu prinsip “kimyəvi təkamül” və ya “maddənin özünü təşkil etməsi” (self organization) adlandırılır. Amma əsla hərtərəfli şəkildə tərif edilməmiş və ya varlığı sübut edilməmişdir. Belə bir prinsipin varlığına dialektik materializmə bağlılıq xatirinə inanırlar.382

Əvvəldən bəri təhlil etdiyimiz həqiqətlər isə termodinamika sahəsində də təkamülün qeyri-mümkünlüyünü və praktiki elmə qarşı dirçəldilməyə çalışılan doqma olduğunu açıq şəkildə ortaya qoyur.

Qeydlər

363 Jeremy Rifkin, Entropy: A New World View, New York: Viking Press, 1980, səh. 6.
364 J. H. Rush, The Dawn of Life, New York: Signet, 1962, səh. 35.

365 Roger Lewin, “A Downward Slope to Greater Diversity”, Science, cild 217, 24 sentyabr 1982, səh. 1239.

366 George P. Stavropoulos, “The Frontiers and Limits of Science”, American Scientist, cild 65, noyabr-dekabr 1977, səh. 674.

367 Jeremy Rifkin, Entropy: A New World View, səh. 55.
368 John Ross, Chemical and Engineering News, 27 avqust 1980, səh. 40.
369 Scientific American, may 1995, “From Complexity to Perplexity”.
370 Cosma Shalizi, “Ilya Prigogine”, www.santafe.edu/~shalizi/notebooks/prigogine.html

371 Joel Keizer, “Statistical Thermodynamics of Nonequilibrium Processes”, Berlin: Springer-Verlag, 1987, səh. 360-1

372 Cosma Shalizi, “Ilya Prigogine”, www.santafe.edu/~shalizi/notebooks/prigogine.html

373 F. Eugene Yates, Self-Organizing Systems: The Emergence of Order, “Broken Symmetry, Emergent Properties, Dissipative Structures, Life: Are They Related” (NY: Plenum Press, 1987), səh. 445-457.

374 F. Eugene Yates, Self-Organizing Systems: The Emergence of Order, “Broken Symmetry, Emergent Properties, Dissipative Structures, Life: Are They Related” (NY: Plenum Press, 1987), səh. 447.

375 Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, Bantam Books, New York, 1984, səh. 175.

376 Jeffrey S. Wicken, “The Generation of Complexity in Evolution: A Thermodynamic and Information-Theoretical Discussion”, Journal of Theoretical Biology, cild 77, səh. 349, (aprel 1979).

377 C. B. Thaxton, W. L. Bradley ve R. L. Olsen, The Mystery of Life’s Origin: Reassessing Current Theories, Philosophical Library, New York, 1984, səh. 119.

378 C. B. Thaxton, W. L. Bradley ve R. L. Olsen, The Mystery of Life’s Origin: Reassessing Current Theories, Philosophical Library, New York, 1984, səh. 119-120.

379 I. Prigogine, G. Nicolis ve A. Babloyants, Physics Today, 25(11): 23 (1972).
380 Fred Hoyle, The Intelligent Universe, New York: Holt, Rinehard & Winston, 1983, səh. 256.
381 Andrew Scott, “Update on Genesis”, New Scientist, vol. 106, 2 may 1985, səh. 30.

382 Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, Summit Books, New York: 1986, səh. 175.

Təkamül nədir?

Təkamül nəzəriyyəsi əslində növlərin zamanla dəyişdiyini bildirən elmi bir nəzəriyyədir. Təbii növlərin dəyişməsi çox müxtəlif yollar var, lakin onların əksəriyyəti təbii seleksiya ideyası ilə təsvir edilə bilər. Təbii seçmə yolu ilə təkamül nəzəriyyəsi vaxt keçdikcə dəyişikliklərin sübutunu və bunun necə bir mexanizm yaratdığını ilk elmi nəzəriyyədir.

Təkamül nəzəriyyəsinin tarixi

Xüsusiyyətləri valideynlərdən övladlarına verildiyi fikri qədim yunan filosofların vaxtından bəri ətrafında olmuşdur.

1700-ci illərin ortalarında Carolus Linnaeus , növ kimi birləşən və eyni qrupdakı növlər arasında təkamül əlaqəsi olduğunu nəzərdə tutan taksonomik isim sistemi ilə gəldi.

1700-cü illərin sonlarında növlər zamanla dəyişən ilk nəzəriyyələri gördülər. Comte de Buffon və Charles Darvin babası Erasmus Darvin kimi alimlər həm növlərin zamanla dəyişdiyini, həm də insanın necə və nə üçün dəyişdiyini izah edə bilməmələrini təklif etdilər. Həm fikirlərini mübahisəli zamanlarda qəbul edilən dini baxışlarla müqayisə olunduğundan, həm də fikirlərini saxladılar.

Comte de Buffon şagirdi John Baptiste Lamarck , zaman keçdikcə ictimai dövlət növlərinə çevrilmişdir. Lakin onun nəzəriyyəsinin bir hissəsi səhv idi. Lamarck, əldə edilən xüsusiyyətlərin nəsillərə verildiyini irəli sürdü. Georges Cuvier , nəzəriyyənin bir hissəsini səhv olduğunu sübuta bildi, ancaq bir zamanda təkamül edən və tükənmiş bir növ canlı var olduğunu sübut etdi.

Cuvier fəlakətə inanırdı, yəni bu dəyişikliklər və təbiətdəki dağıntılar birdən-birə və şiddətlə baş verdi. Ceyms Hutton və Charles Lyell Cuvierin mübahisəsinə uniformitarlıq ideyası ilə qarşı çıxdılar. Bu nəzəriyyə dəyişikliklərin yavaş-yavaş baş verdiyini və zamanla yığılacağını söylədi.

Darvin və təbii seçmə

Bəzən “fittestin sağ qalması” adlanan təbii seleksiya Çarlz Darvin tərəfindən “Türlərin mənşəyi haqqında” adlı kitabında ən çox izah olunmuşdur.

Kitabda Darvin öz mühitlərinə ən uyğun xüsusiyyətləri olan şəxsləri reproduktivləşdirmək və onların arzu olunan xüsusiyyətlərini onların övladlarına çatdırmaq üçün kifayət qədər uzun sürmüşdür. Bir fərd əlverişli xüsusiyyətlərdən az olduqda, ölmək və bu xüsusiyyətlərə keçməyəcəklər. Vaxt keçdikcə, növün yalnız “fittest” xüsusiyyətləri sağ qaldı. Nəhayət, kifayət qədər vaxt keçdikdən sonra, bu kiçik adaptasiya yeni növ yaratmaq üçün əlavə edirdi. Bu dəyişikliklər bizi insan kimi qəbul edir .

Bu zaman Darvin bu fikri ortaya qoymağın yeganə şəxsi deyil. Alfred Russel Wallace də sübuta sahib idi və eyni zamanda Darwinlə eyni nəticələrə gəldi. Qısa müddətdə əməkdaşlıq etdik və birgə öz tapıntılarını təqdim etdik. Darvinizm və Wallace müxtəlif səyahətlər səbəbiylə dünyanın hər yerindən sübutlarla silahlanmış, elmi ictimaiyyətdə öz fikirləri haqqında əlverişli cavablar almışlar. Darvinin kitabını nəşr etdiyi zaman tərəfdaşlıq sona çatdı.

Təkamül nəzəriyyəsinin təbii seleksiyadan çox vacib bir hissəsi fərdlərin inkişaf edə bilməyəcəyi anlayışdır; onlar yalnız onların mühitlərinə uyğunlaşa bilərlər. Bu adaptasiya vaxt keçdikcə, nəticədə bütün növlər daha əvvəl olduğu kimi inkişaf etmişdir.

Bu, yeni növlərin yaranmasına və bəzən yaşlı növlərin tükənməsinə səbəb ola bilər.

Evolution üçün sübutlar

Təkamül nəzəriyyəsini dəstəkləyən bir çox sübut var. Darvin onları əlaqələndirən növlərin anatomiyasına bənzərdi. O, həmçinin növlərin vücud quruluşunda zamanla dəyişikliyini göstərən bəzi fosil sübutlara malik idi. Əlbətdə, fosil qeydləri tamamlanmamışdır və “itkin əlaqələr” var. Bu günün texnologiyası ilə təkamül üçün bir çox başqa dəlil var. Bu, müxtəlif növlərin embrionlarında, bütün növlərdə olan DNT-lərin eyni dövründə, Mikroevrimdə DNT mutasiyalarının necə işlədiyini anlayır. Fosil qeydlərində bir çox boşluq olsa da, Darvin dövründən bəri daha çox fosil sübut da tapılmışdır.

Təkamül nəzəriyyəsi nəzəriyyəsi

Bu gün təkamül nəzəriyyəsi kütləvi informasiya vasitələrində tez-tez mübahisəli mövzudur. Evdəki təkamül və insanların maymunlardan inkişaf etdiyi fikir, elmi və dini icmalar arasında sürtünmənin əsas nöqtəsidir. Siyasətçilər və məhkəmə qərarları, məktəblərin təkamül öyrətməməsi və ya ağıllı dizayn və ya kreativizm kimi alternativ nöqteyi-nəzərlər öyrətmələri lazım olduğunu müzakirə edir.

Tennessee ştatına qarşı – Scopes və ya Scopes “Monkey” Məhkəməsi , sinifdə təkamül tədrisində məşhur məhkəmə döyüş idi. 1925-ci ildə John Scopes adlı əvəzi müəllim bir Tennessee elmi sinifində təkamül öyrətmək üçün həbs olundu. Bu, təkamülün üzərində ən mühüm məhkəmə döyüşü idi və əvvəllər tabu mövzusuna diqqət yetirdi.

Biologiyada Təkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi tez-tez biologiya mövzusunu bir-birinə bağlayan ən əsas mövzudur. Digərləri arasında genetik, əhali biologiyası, anatomiya və fiziologiya və embriologiya daxildir. Tədqiqatın özü vaxt keçdikcə genişlənmiş və genişlənmişdir, 1800-cü illərdə Darvin tərəfindən qoyulmuş prinsiplər hələ də doğrudur.

Təkamül Nəzəriyyəsinin mənası

Təkamül nəzəriyyəsi bioloji növlərin yeni bir növə səbəb olan bir əcdadın zamanla genetik və fenotipik çevrilməsindən meydana gəldiyini söyləyir.

Bu nəzəriyyə, tarixdən əvvəlki fosillər və mövcud növlər kimi təbiətdə mövcud olan fiziki dəlillərin müşahidəsinə, müqayisəsinə və şərhinə əsaslanır. Bu şəkildə yanaşma spontan nəsil nəzəriyyəsini sıradan çıxarır və açıq şəkildə kreativizmə sual verir.

Təbiətşünas və coğrafiyaçı Alfred Russel Wallace artıq bu istiqamətə işarə etsə də, bu nəzəriyyə İngilis Charles Darwin tərəfindən geniş şəkildə inkişaf etdirildi. Əslində, hər iki elm adamı ilk suallarını Darvin solo fərziyyəsini dərc etməzdən bir il əvvəl vermişdilər.

Darvin hipotezi ilk dəfə 1859-cu ildə adlı bir kitabda ortaya çıxdı Növlərin mənşəyi. O vaxtdan bəri bu nəzəriyyə böyüməyə davam etdi və biologiya elminin təməl dayaqlarından birinə çevrildi.

Darvin üçün bütün həyat formaları, bir və ya daha çox orqanizmin, mikroskopik orqanizm olub-olmamasından asılı olaraq meydana gəlir. Bu çevrilmə birdən-birə deyil, min illərlə inkişaf edən tədricən bir prosesə cavab verir.

Təkamül nəzəriyyəsinə görə növlər ətraf mühit həqiqətlərinə uyğunlaşdıqdan sonra inkişaf etmişdir. Bu uyğunlaşma prinsipi adı ilə bilinir təbii seleksiya və ya seçici təzyiq.

Darvinizmə də baxın.

Təkamül nəzəriyyəsində təbii seleksiya

Təbii seleksiya və ya selektiv təzyiq ətraf mühitin təsiri ilə yaranır. Müəyyən bir yaşayış mühiti tərəfindən göstərilən təzyiq canlıları yaşamaq üçün genetik cəhətdən uyğunlaşmağa məcbur edir. Müəyyən bir canlının uyğunlaşa bilməməsi halında, mütləq yox olacaq. Bu şəkildə təkamül nəzəriyyəsi günümüzdə hər növün bioloji xüsusiyyətlərini və digərlərinin niyə tükəndiyini izah edir.

Ola bilər ki, eyni əcdad fərqli yaşayış yerlərində və ya ətraf mühit şəraitində inkişaf edərkən, nümunələrində fərqli modifikasiyalar yaradaraq, növlərin mənşəyini təşkil edən aralarında aydın və güclü bir şəkildə fərq qoymalarına səbəb olur. Danışdıqları zaman orada təkamül.

  • Kreativizm
  • Kortəbii nəsil

Comments are closed, but trackbacks and pingbacks are open.