Press "Enter" to skip to content

Qondarma “erməni soyqırımı”nın tanınmasının dağıdıcı fəsadları olacaq – İsrailli ekspert

“Permanent Peoples” Tribunal

Qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir – XİN

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni anım günü münasibətilə etdiyi çıxışına dair şərhində deyilir.

“Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir.

ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, deyə XİN-dən bildirilib.

Qondarma “erməni soyqırımı”nın tanınmasının dağıdıcı fəsadları olacaq – İsrailli ekspert

Bunu Trend-ə israilli ekspert, vəkil Eli Naxt deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:

“Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, “Cənub axını” qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, prezident Ərdoğandan qisas almaq niyyətidir”.

Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:

“Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərində çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək”

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:

“Qərar qəbul edərkən prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır”.

Milli.Az

Xankəndi

Xəbər verdiyimiz kimi, bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edildi. Təəssüflər olsun ki, Almaniya Bundestaqı uydurma “soyqırımı” tanıyan ilk parlament deyil.

Erməni yalanlarına uyan və erməni lobbisinin təsiri altına düşən bir sıra ölkələrin parlamentlərində qondarma “erməni soyqırımı”na dair qətnamələr qəbul olunub.

AzVision.az xəbər verir ki, 1965-ci ildən “soyqırım” ifadəsi gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

“Erməni soyqırımı”nı tanımış bütün ölkələrin sıralaması:

1. Uruqvay – 20 aprel 1965, 2004, 2005-cü il
2. Cənubi Kipr – 1982-ci il
3. Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007-ci il
4. Rusiya – 1995, 22 aprel 2005-ci il
5. Yunanıstan – 25 aprel 1996-ci il
6. Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004-ci il
7. Livan – 1997, 11 may 2000-ci il
8. Belçika – 26 mart 1998-ci il
9. Vatikan – 2000-ci il
10. İtaliya – 17 noyabr 2000-ci il
11. Fransa – 18 yanvar 2001-ci il
12. İsveçrə – 16 dekabr 2003-cü il
13. Slovakiya – 30 noyabr 2004-cü il
14. Hollandiya – 21 dekabr 2004-cü il
15. Polşa – 19 aprel 2005-ci il
16. Venesuela – 14 iyul 2005-ci il
17. Litva – 15 dekabr 2005-ci il
18. Çili – 2007-ci il
19. Boliviya – 2014-ci il
20. Braziliya – 2015-ci il
21. Lüksemburq – 2015-ci il
22. Bolqarıstan – 2015-ci il
23. Avstriya – 2015-ci il
24. Almaniya – 2016-ci il

“Erməni soyqırımı” iddialarının yayıldığı areal Avropa və Amerikadır. Avropada qərar qəbul edən ölkələrin çoxu Avropa Birliyinin üzvüdür. Amerikada isə “soyqırım”ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin “strateji müttəfiqi” ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb.

ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” sözünün yarım addımlığından keçirlər. Bu il də ABŞ prezidenti Barak Obama ənənəvi çıxışında “soyqırım” ifadəsini işlətməyib.

Amerika və Avropadan kənarda “soyqırım”ı tanıyan cəmi iki ölkə var: biri Rusiya, digəri isə Livandır. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidir.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

“Permanent Peoples” Tribunal

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir:

“Soyqırım”ın dünyada tanınması;
Türkiyənin “soyqırım”ı tanıması;
Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi;
Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Comments are closed, but trackbacks and pingbacks are open.