Press "Enter" to skip to content

Qondarma erməni soyqırımından danışanlar faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər”

Deputat bildirib ki, 1915-ci ildə əslində türklər soyqırımına məruz qalıblar:

Qondarma ermni soyqırımı

ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciətdə “soyqırım” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Hazırda ermənistanda hökm sürən siyasi xaos fonunda, 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələrin olduğunu bildirən Naqif Həmzəyev, bu qüvvələrin müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyətində olduqlarını qeyd edib. Millət vəkili əlavə edib ki, istənilən halda unutmamalıyıq ki, qondarma erməni soyqırımının heç bir tarixi əsası yoxdur. Və bu sözün əsl mənasında qondarma bir soyqırımdır. Əgər tarixə nəzər salsaq görərik ki, əslində ermənilərin var olması və ermənilərin bir millət kimi formalaşmasında bir başa olaraq Osmanlı dövlətinin çox böyük rolu olub. Ancaq təsüfflər olsun ki, ermənilər Osmanlı dövlətinə qarşı da xainlik edərək və yaratdıqları erməni terror təşkilatının vasitəsi ilə osmanlının parçalanması, dağılması üçün digər xarici qüvvələrlə əməkdaşlığa girərək orada terror fəaliyyətləlri həyata keçirtdilər. Bu baxımdan da 1915-ci ildə baş verən hadisələrdə, ermənilərə qarşı heç bir soyqırım siyasəti həyata keçirilməmiş, əksinə Osmanlı dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün, erməni terror təşkilatının tabeçiliyində fəaliyyət, erməni terror təşkilatları ilə əməkdaşlıq edən həmin erməniləri yaşadıqları ərazisindən Osmanlının başqa bir ərazisinə köçürülməsini təmin etmişdir.

Burada, həmçinin Osmanlı dövləti məhz həmin ermənilərin təhlükəsizliyini təmin etmək niyyətini də ortaya qoymuşdur. Bu baxımdan yalançı, qondarma erməni soyqırımının heç bir tarixi əsasları yoxdur. Əksinə biz 20-ci əsrin sonlarında törədilən Xocalı faciəsini misal göstərə bilərik ki, ermənilərin əsl iç üzlərini, qatil simalarını açıb ortaya qoymaqda, bu fakt bizə kömək edir.

Bu isə onu göstərir ki, ermənilər terrordan qaynaqlanan, terrordan qidalanan və terror təşkilatları əsasında qurulub yaradılan bir dövlətdir. Unutmamalıyıq ki, məhz bu dövlətdə Azərbaycanın əzəli tarixi torpaqlarında yaradılıb. Bu baxımdan mən düşünürəm ki, ermənipərəst qüvvələr və erməniləri dəstəkləyən beynəlxalq təşkilatlar bu fürsəti düzgün dəyərləndirmək, Türkiyəni, Azərbaycana qarşı təzyiq kimi cəhdlərini ortaya qoysalarda onlar heç nə əldə etməyəcəklər.

Çünki həqiqət və reallıq, gerçəklik ortadadır deyə Naqif Həmzəyev bildirib.

“Qondarma erməni soyqırımından danışanlar faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər”

“Tarixdə heç zaman “erməni soyqırımı” adlı hadisə olmayıb. Ona görə də hesab edirəm ki, “erməni soyqırımı” ifadəsinin işlədilməsi heç bir tarixi fakta və dəlilə əsaslanmır. Bu ifadə hər zaman bəzi qüvvələr və dairələrin bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ermənilər də bunun saxta və uydurma olduğunu yaxşı bilirlər:

“Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tarixçilərin bir araya gələrək bu məsələni araşdırmalarını təklif edib və Ermənistan tərəfi də bundan qaçıb. Hətta Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını da illər öncə təklif edib. Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu faktın özü erməni riyakarlığının nümunəsidir. Ermənistan tərəfinin bu məsələni tarixçilərin yox, siyasilərin müəyyənləşdirməli olduqlarını dəfələrlə deməsi isə onların məkrli siyasətinin və erməni lobbisinin ayrı-ayrı dairələrə təsirinin təzahürüdür.

Ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə və manipulyasiya etmələri artıq çoxlarını bezdirib. Uzun illər əsas diqqət ABŞ prezidentinin “soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Xatırlayırsınızsa, ötən il də ABŞ Prezidenti Cozef Bayden böyük haqsızlıq edərək bu ifadəni işlətdi. Bundan Ermənistan nə qazandı? Nə dəyişdi? Heç nə!”

Xocalı soyqırımı. 26 fevral 1992

Deputat bildirib ki, 1915-ci ildə əslində türklər soyqırımına məruz qalıblar:

“Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. Bizə qarşı tarix boyunca soyqırımı törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur. Amma tarixi saxtalaşdırmaq mümkün deyil! Uydurma erməni soyqırımının bəzi dövlətlər tərəfindən tanınması isə türkofobiyanın göstəricisidir.

1918-ci ildə azərbaycanlılara qarşı baş verən 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzlikdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma erməni soyqırımı bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir. Beynəlxalq hüququ pozanlar bir daha dönüb aynaya baxsınlar. Onlar olmayan “soyqırımı”ndan danışırlarsa, faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər. Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir. Heç kəsə də sirr deyil ki, Ermənistana və onun ordusuna uzun müddət rəhbərlik etmiş Serjik Sarkisyan, Robert Köçəryan kimi şəxslər və Ermənistan hökumətinin onlarla digər rəsmi nümayəndələri azərbaycanlıların soyqırımı və etnik təmizləməsində bilavasitə iştirak ediblər. Bəzi dairələr və dövlətlər isə onların törətdikləri insanlıq əleyhinə cinayətlərə göz yumurlar. Onların bu əməllərinə görə isə Xocalı soyqırımını törədən, onun təşkilatçıları, həm siyasi, həm də hərbi rəhbərlərinin heç biri cəzasını almayıb. Biz 44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qisasını aldıq, ərazi bütövlüyümüzü təmin etdik. Hərb meydanında ədalət öz yerini tutdu, indi isə Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq”.

Qondarma ermni soyqırımı

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə “soyqırımı”nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbu deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.
Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddialrı tanıyıblar.

Modern.az saytı qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir. Siyahı heç də balaca deyil… Bu üzdəniraq iddianı dəstəkləyənölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti – 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruquay – 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri – 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya – əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada – 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan – 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan – Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan – İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə – “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü iləd erməni issialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya
– 2005-ci iləd qəbul edin.

Venesuela – 2005-ci iləd qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

“Permanent Peoples” Tribunal

Bəs əsl tarix nədir?

Gerçək tarix hardadır? Uydurma “soyqırımı” olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından bir mənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi hec də soyqırım olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb.

Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı ermənilərin uydurduqları qondarma “erməni soyqırımı”nı faktlarla sübut etmək üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma aparıb. Altı monoqrafiyanın, 50-dən artıq elmi məqalənin müəllifi olan M.Qasımlı deyir ki, bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur.

– “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib.
Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırımı” onların alver predmetinə çevrilib.

1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər.

– 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər ermənin qırıldığını söyləyirlər. Bu həqiqətə nə dərəcədə uyğundur?
Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar, bu rəqəm həqiqətə nə dərəcədə uygundur? Tarixi gerçəkliyi əks etdirimi, etdirmirmi?
Əvvala, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min , sonra isə 1 milyon 500 min nəfər göstərilir. Bu rəqəmlər reallığa nə dərəcədə uyğundur? Rusiyanın görkəmli alimlərindən biri çarizm devriləndən sonra müvəqqəti hökumətin xarici işlər naziri olmuş Milikovun “Qafqazskiy teleqraf” qəzetinin 7 dekabr 1914-cü il tarixli 6-cı sayında “Ermənistanın taleyi” adlı bir məqaləsi çap olunub. Məqalədə deyilir: “Etnoqrafik Emənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1 milyon 183 nəfərdir. Xristianların içərisində ermənilər də vardı, malakanlar da və s.
1877-78-ci il rus-türk müharibəsindən sonrakı ərazilər Rusiyaya keçmişdir, ora digər millətin nümayəndələrini də köçürmüşdülər”.
Milikov elə belə də yazır: “Onlardan 1 milyon 18 min nəfəri və ya 45.1%-i ermənidir. Etnoqrafik Ermənistan hüdudlarında yaşayan əhalinin 54.8 %-i müsəlmandır”.
Bu rəqəmi türk, Azərbaycan tarixcisi demir. Bu rəqəmi rus tarixçisi deyir. Hacı Zeynəlabdin Tağıyevin maliyyələşdirdiyi “Kaspiy” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 –cu sayında yazılırdı: “6 vilayətdə 1 milyon 18 min erməni yaşayır.Yenə “Baku” qəzetinin 1915-ci il 4 sentyabr tarixli 197-ci sayında “Ermənistanın göz yaşları” məqaləsində göstərilirdi ki, bütün Türkiyədə yaşayan ermənilərin sayı 1milyon 200 mindir. Onlardan təxmininən 250 mini Qafqaza gəlmişdir. Birinci Dünya müharibəsi illərində o qəzetdə 200 min yazılır. 700 min nəfər başqa ölkələrə köç edib getmişdir. 280 min erməni daimi yaşadığı yerlərdə yaşamağa davam etmiş və İslamı qəbul etmişdir.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.