3 Cu Sinif Azerbaycan Dili Dersleri
Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.
İlaxır Çərşənbəniz mübarək!
Novruz bayramının əsas atributlarından olan çərşənbələrin dördüncüsü, sonuncusu – İlaxır Çərşənbə 2020-ci ildə 17 marta təsadüf edir.
17.03.2020 ~ 02.03.2023
Azərbaycan xalqının ən qədim və əziz bayramlarından olan Novruz ulu yurda öz mübarək qədəmlərini basır.
Novruz sözünün mənası “yeni gün”dür. Qədim zamanlardan Novruzun gəlişi – əmək mövsümünün başlanğıcı olaraq insanları sevindirir.
Novruz bayramının əsas atributlarından olan çərşənbələrin dördüncüsü, sonuncusu – İlaxır Çərşənbə 2020-ci ildə 17 marta təsadüf edir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyib buğda isladırlar.
Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünəməxsus adət və ənənələri var. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulub.
“Kosa-Kosa” ilin axır çərşənbəsi günü icra edilir. Bir sıra sehr və əfsun ayinləri əsasında qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk gününü elliklə bayram edir.
Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bununla bağlı mərasimlərin araşdırılmasından aydın olur ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəl ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür edib.
Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşıb.
Novruz ulu əcdadlarımızın əski bayramlarındandır, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranıb.
Torpaq çərşənbəsini “torpaq-çillə-beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır.
Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər. Eyni zamanda, Od çərşənbəsində tonqallar qalayar, hər ailə üzvünün adına bir dənə şam yandırar, xonçalar düzəldilər.
Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
Novruzun əsas atributlarından, simvollarından biri səmənidir ki, Bahar bayramını səmənisiz təsəvvür etmək qeyri-mümkündür.
Bəzi müəlliflər öz əsərlərində “səməni” sözünü “çəmən” və “saman” sözüylə bağlayırlar.
Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.
İlaxır çərşənbə həm də inanc və falları ilə məşhurdur.
Axır çərşənbə günü axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, – deyərlər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. “Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”, – deyərlər.
Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. “Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan, qismətinə çıxacaq adamı görərsən”, – deyərlər.
Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. “Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, – deyərlər.
“Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, – deyərlər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. “Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”, – deyərlər.
Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan qədim tarixi vardır. Yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ayindən, altı günlük təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır.
Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.
Tədqiqatlardan aydın olur ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə, zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından əvvəl çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması bayramı olub. Məhz buna görədir ki, xalq müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bir çox bayramları, mərasimləri unutsa da, Novruzu insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşadıb.
Azərbaycan xalqı hər il böyük həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir.
Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
İlaxır Çərşənbəniz mübarək, əziz Azərbaycan xalqı!
3 cu sinif azerbaycan dili dersleri
Salam mən Raziyyə Abbasova, kanalımda ibtidai siniflər üçün materiallar hazırlayıram.Dəstək üçün kanalıma abunə olmağı, .
3 cu sinif Azərbaycan dili seh 7//3 cu sinif Azərbaycan dili dərslik/Yeni derslik
Просмотров 36 тыс. 6 месяцев назад
dərslik #ibtidaisinif #azərbaycandili Teleqram səhifəmiz✨ t.me/tapsirqlar Online dərs-055-806-95-96 Bu səhifədə öyrədici .
Ayın itməsi (3-cü sinif Azərbaycan dili)
Просмотров 77 тыс. 3 года назад
Müəllif: Rafiq İsmayılov ✓ Azərbaycan Uşaq Kanalı ✓ Facebook: balacabalaa ✓ Kanala Abunə Olun: .
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 26, 27, 28, 29, 30
Просмотров 24 тыс. 2 месяца назад
Növbədə 304-cü sırada dayanmışdım. 2. Mirzə Fətəli Axundov XIX əsrdə yaşamışdır. 3. Dərslikdəki 22-ci tapşırıq çətin idi. 4.
3 cu sinif Azərbaycan dili dərslik seh 6- 3 cu sinif Azərbaycan dili dərsliyi
Просмотров 14 тыс. 6 месяцев назад
ibtidaisinif #azərbaycandili #dərslik.
3 cü sinif Azərbaycan dili Yeni nəşr səh 16/Epizod/3 cu sinif Azərbaycan dili/Dinləmə/Unudulmuş dost
Просмотров 27 тыс. 5 месяцев назад
azərbaycandili #ibtidaisinif #dərslik.
3-cü sinif Azərbaycan-dili(Səh:10-11)
Просмотров 57 тыс. 2 года назад
Tapşırıqların izahı. Qaydaların izahı.
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 22, 23, 24, 25
Просмотров 24 тыс. 2 месяца назад
Hər hansı bir şey hazırlama 3. Müəyyən məqsəd üçün lazım olan əşyaların toplusu 4. İstehsal müəssisəsinin binası .
3 cü sinif Azərbaycan dili səh 100/Daşqın /Daşqının təəccübü/Təbii fəlakətlər daşqın
Просмотров 321 Месяц назад
dərslik #azərbaycandili #təhsil 3 cü sinif Azərbaycan dili daşqın şeiri 3 cü sinif Azərbaycan dili Daşqın.
3 cü sinif Azərbaycan dili səh 8/9/10-Dürüstlük/3 cu sinif Azərbaycan dili yeni nəşr/1ci hissə
Просмотров 34 тыс. 6 месяцев назад
dərslik #azərbaycandili #ibtidaisinif Teleqram səhifəmiz✨ t.me/tapsirqlar Online dərs-055-806-95-96 Bu səhifədə öyrədici .
3 cü sinif Azərbaycan dili səh 49-Dil Qaydaları-Söz birləşməsi-3 cü sinif Azərbaycan dili Qayda
Просмотров 1,9 тыс. 4 месяца назад
azərbaycandili #dərslik #ibtidaisinif 3 cü sinif Azərbaycan dili səh 49 3 cü sinif Azərbaycan dili dil qaydaları 3 cü sinif Azərbaycan .
3 cü sinif Azərbaycan dili səh 30- Dil qaydaları-Şəkilçilərin növləri-iki və dörd cür yazılan şəklçi
Просмотров 2,4 тыс. 4 месяца назад
dərslik #azərbaycandili #ibtidaisinif.
3-cü sinif Azərbaycan dili. səh. 38, 39, 40 Dünya Xalqları. Salamlaşma Adətləri \ Zeynəb Mədətova
Просмотров 7 тыс. 4 месяца назад
Əlaqə: 050-659-42-32 Kanalda bir çox riyaziyyata aid məsələlər, o cümlədən bütün siniflər üzrə dərsliklərin izahları yer alacaq.
3 cü sinif Azərbaycan dili seh 11-Yeni nəşr 3 cu sinif Azərbaycan dili dərslik səh 11
Просмотров 30 тыс. 5 месяцев назад
azərbaycandili #ibtidaisinif #dərslik.
3-cü sinif Azərbaycan dili kitabı (2-ci hissə) səhifə 22,23,24,25
Просмотров 52 тыс. Месяц назад
Salam mən Raziyyə Abbasova, kanalımda ibtidai siniflər üçün materiallar hazırlayıram.Dəstək üçün kanalıma abunə olmağı, .
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 18, 19, 20, 21
Просмотров 18 тыс. 2 месяца назад
1-ci qrup: Morze əlifbası ilə Brayl əlifbasını; 2-ci qrup: Azərbaycan əlifbası ilə Brayl əlifbasını; 3-cü qrup: Azərbaycan əlifbası ilə .
3-cü sinif Azərbaycan dili. Otuz altı, altı. (səh 19-21)
Просмотров 6 тыс. Год назад
3-cü sinif Azərbaycan dili kitabı səhifə 92,93,94,95,96,97
Просмотров 69 тыс. 3 месяца назад
İzleyiciler Biz sizlerle Bugün bakırı 3 sınıf Azerbaycan ile kitabında sayfa 90’cı selfi 93’de bizim Tabii felaketler bölmemizin üçüncü .
3-cü sinif Azərbaycan dili səhifə 55. Ümumiləşdirici tapşırıqlar
Просмотров 4,3 тыс. 3 месяца назад
Her birinize Hoş gördük bugün hangisi için azerbaycan’dayız. Tapşırık Ayazağa. Sanki bir hak ölçü hakkını me almak olmaz ilk .
3 cü sinif Azərbaycan dili səh 21/Yeni Nəşr/Dil Qaydaları/Kök və şəkilçi/3 cü sinif Azərbaycan dili
Просмотров 2,7 тыс. 5 месяцев назад
ibtidaisinif #dərslik #azərbaycandili.
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 32, 33, 34, 35, 36, 37
Просмотров 15 тыс. Месяц назад
İlgili gösteren şahsa değilir bu hisselerde gruplarla iş var demeli birinci grupa Cevat Han 2 gruba Köroğlu 3 grupa Ragıp orucu 4 .
3 cü sinif Azərbaycan dili seh 12/3cu sinif Azərbaycan dili Yeni nəşr/Dostluq/Cəmil və Mahir
Просмотров 11 тыс. 5 месяцев назад
3 cu sinif Azərbaycan dili yeni nəşr səh 12 #ibtidaisinif #dərslik #azərbaycandili.
3 cü sinif azərbaycan dili dərsliyi 1 ci hissə, səh 50,51,52,53,54 Səyahət
Просмотров 12 тыс. 4 месяца назад
ibtidaisinif #azərbaycandili #dərslər Mən Solmaz Ələkbərova, bu kanal ibtidai sinif şagirdlərinə dəstək məqsədli açılmışdır, siz də .
3 cü Azərbaycan dili səh 20/Əsas və köməkçi epizod/Dinləmə mətni/İki Alma/Mərhəmət/Yeni Nəşr
Просмотров 11 тыс. 5 месяцев назад
dərslik #azərbaycandili #ibtidaisinif 3 cu sinif Azərbaycan dili dərsliyi yeni nəşr səh 19 3 cu sinif Azərbaycan dili dərsliyi.
3 cu sinif Azərbaycan dili Testləri-Yeni Nəşr-Sual Dünyasi -test1-Çinar yayınları Sual dünyası Test1
Просмотров 6 тыс. 3 месяца назад
Çinar yayınları Çinar yayınları Sual dunyası Test 1 Çinar yayınları sual dünyası Azərbaycan dili Test 1.
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 31
Просмотров 12 тыс. 2 месяца назад
Ne olur Çığ heveslenmesi baş verir nöbeti ile ifade etme Yoğunluk ne için daha görev hasılalara 3 ifade etti çoklu şoför yanınıza .
Yeni 3-cü sinif Azərbaycan dili dərsliyi 2-ci hissə səh 29,30
Просмотров 2,2 тыс. День назад
Bugün de sizlerle Azerbaycan’ın derslerinin 2 sesinden Seyfi 29’u ve 30’u birlikte izleyeceğiz. Ne anladın değil mi. Birinizi sıfırdan .
3 cü sinif Azərbaycan dili səh 102-Şəxs adlarının yaranması-3 cü sinif Azərbaycan dili 1 ci hissə
Просмотров 4,4 тыс. Месяц назад
azərbaycandili #dərslik #təhsil 3 cü sinif Azərbaycan dili şəxs adlarınin yaranması 3 cü sinif Azərbaycan dili 1 ci hissə səh 102.
3 cü sinif Azərbaycan dili 2ci hissə səh 10-11/3cü sinif Azərbaycan dili Mister Simitin ixtirası #2
Просмотров 21 тыс. Месяц назад
dərslik #azərbaycandili #ibtidaisinif 3cü sinif Azərbaycan dili 2ci hissə səh10/səh11 Kibritin ixtirası təqdimat Kibritin ixtirası kibrit .
3-cü sinif Azərbaycan dili kitabı (2-ci hissə) Səhifə 18,19,20,21
Просмотров 46 тыс. Месяц назад
Salam mən Raziyyə Abbasova, kanalımda ibtidai siniflər üçün materiallar hazırlayıram.Dəstək üçün kanalıma abunə olmağı, .
3-cü sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 46, 47, 48, 49
Просмотров 1,7 тыс. 14 дней назад
Azerbaycanlı ele geçirmeye çalışırdı Ruslar için gence galası Azerbaycan’ın giriş kapısı sağılırdı ona göre de buranın tutma Rusya .
Tam məxfi (3-cü sinif Azərbaycan dili)
Просмотров 7 тыс. 3 года назад
© Balaca Bala Açar sözlər: tam mexfi, 3 cu sinif Azerbaycan dili, derslik, tam mexfi dersi, Azərbaycan dili kitabı, tam mexvi Kanalda .
3-cü sinif səh. 49 Azərbaycan dili. Dil qaydaları: Söz və Söz birləşməsi \\ Zeynəb Mədətova
Просмотров 9 тыс. 4 месяца назад
Əlaqə: 050-659-42-32 Kanalda bir çox riyaziyyata aid məsələlər, o cümlədən bütün siniflər üzrə dərsliklərin izahları yer alacaq.
3-cü sinif Azərbaycan dili kitabı səhifə 103 (1-ci hissənin sonu)
Просмотров 25 тыс. 2 месяца назад
Salam mən Raziyyə Abbasova, kanalımda ibtidai siniflər üçün materiallar hazırlayıram.Dəstək üçün kanalıma abunə olmağı, .
İlaxır çərşənbə – Torpaq çərşənbəsi
Xalqımızın ən qədim və milli bayramı olan Novruza qədər dörd çərşənbə – “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi”nin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Sonuncu çərşənbə olan Torpaq çərşənbəsi xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlanır və bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur. Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var. İnama görə bu çərşənbə vaxtı torpaqoyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir.Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq çərşənbəsindən sonra torpaq oyanır, əkinə hazır olur. Toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir.
Kimin adına yandırılan şam ən gec sönərsə.
İlaxır çərşənbə günü müxtəlif yeməklər hazırlanır, evlər, həyət-baca təmizlənir. Ağsaqqallar, ağbirçəklər, xəstələr ziyarət edilir, qohum-əqrəbalar bir-birinə “bayram payı” aparır. Həyətlərdə tonqal qalanır. Bütün ailə üzvləri tonqalın başına toplaşır, hər kəs “ağırlığım odda yansın” deyərək, tonqalın üstündən 3 dəfə atılır. Sonra tonqalın üstünə üzərlik ataraq, il boyu evdən qada-bəlanın uzaq olmasını diləyirlər. İnama görə, ilaxır çərşənbədə qalanan tonqal heç vaxt su ilə söndürülməməlidir.Tonqal özü sönəndən sonra isə onun külünü yığıb, həyətdən uzaq bir yerə tökərlər.
İlaxır çərşənbədə evlərdə və həyətdə şam da yandırılır. Bu şamların sayı evdə yaşayan ailə üzvlərinin sayına bərabər olur. İnama görə, kimin adına yandırılan şam ən gec sönərsə, ailədə ən uzun ömürlü də o şəxs olacaq. Bəzi bölgələrdə evdə yaşayanların sayına görə, məsciddə də şam yandırılır.
İlaxır çərşənbə günü öz evində olmayan şəxs.
İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar. Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.
Həmin gün hamı evdə xoş sözlər danışar ki.
İlaxır çərşənbə günü vəfat edən ailə üzvləri, qohum-əqrəba da yada salınır. Onların məzarları ziyarət edilir, məzar üzərinə səməni, gül-çiçək qoyulur, ruhlarına dualar oxunur. Məzar ziyarətlərindən sonra isə vəfat edənlərin adına evdə ehsan yeməyi də bişirilir. Əgər qonşuda və ya qohumlarda vəfat edən varsa, onda həmin qohum və qonşuların həyətlərinə də gedərək, tonqal qalanar. Çünki il ərzində yası düşən ev sahibləri bayrama həvəssiz hazırlaşar, çox zaman yemək hazırlamaz, tonqal qalamazlar. İlaxır çərşənbə günü uşaqlar üçün də çox əyləncəli keçər. Hava qaralandan sonra evlərə şal, qurşaq ataraq “bayram payı” alarlar. Subay qızlar “qapıpusma” adlanan qulaq falına gedərlər. Qonşuların qapısına yaxınlaşıb, evdən eşitdikləri sözləri yozaraq, gələcək həyatları haqda müxtəlif mülahizələr edər, təzə ildə onları gözləyən hadisələri əvvəlcədən bilməyə çalışarlar. Buna görə də hər kəs həmin gün hamı evdə xoş sözlər danışar ki, qapıdan qulaq asanlar naümid geri qayıtmasın.
“Dirəyim qızıl olsun” əvəzinə “ərim qızıl olsun” deyir
İnanclara görə, ilaxır çərşənbə gecəsi il təhvil olanda sular dayanar, atlar kövşək çalar, ağaclar bir anlığa başlarını yerə əyər. Həmin anı kim görüb niyyət tutsa, niyyəti hasil olar. Rəvayətə görə, bir qadın ilaxır çərşənbə gecəsi su gətirməyə gedirmiş. Birdən baxır ki, su dayanıb. Tez-tələsik niyyət edir. Amma tələsdiyindən “dirəyim qızıl olsun” əvəzinə “ərim qızıl olsun” deyir. Evə qayıdanda baxır ki, əri qızıl olub. Bu sirri hamıdan gizlədir və bir sonrakı ilaxır çərşənbəni gözləməyə başlayır. Amma bir il müddətində uşaqları saxlamaq üçün məcbur olub, ərinin çeçələ barmağını kəsir və uşaqlarının yeməyinə, geyiminə xərcləyir. Bir il tamam olur və qadın gedib suyun kənarında gözləyir. İl təhvil olub, su dayananda ərinin əvvəlki vəziyyətə qayıtması üçün niyyət edir.”
İlaxır çərşənbə inancları.
· İlaxır çərşənbədə uşağa beşik düzəldərlər.
· İlaxır çərşənbədə gün çıxmamış su üstündən hoppanarlar.
· İlaxır çərşənbədə tonqal yandırarlar.
· İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
· İlaxır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.
· İlaxır çərşənbədə qorxanların başından su töküb, qorxunu alarlar.
· İlaxır çərşənbədə evdən pul, qonşuya ələk verməzlər.
· İlaxır çərşənbədə günü şamı yarımçıq söndürməzlər.
· İlaxır çərşənbədə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür.
· İlaxır çərşənbədə vəfat etmiş yaxın adamların adlarını sadalayaraq, “filankəslərin adına qazan asdım” deyib, qazana ət, düyü və s. tökərək, yemək hazırlayarlar.
Comments are closed, but trackbacks and pingbacks are open.