Press "Enter" to skip to content

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında

Servantes Saavedra. Don Kixot

“Koroğlu” dastanı

XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.

Dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə bir-birindən fərqlənən çoxlu obraz yaradılmışdır. Eposun baş qəhrəmanı Koroğlu xarakteri, davranışı, tədbirli olması ilə diqqəti dərhal cəlb edir və seçilir. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə nifrəti bu gənci mübarizə yolundan döndərmir. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir.

Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.

Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər — silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur. Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.

Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.

Eposdakı qadın surətlərinin oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.

Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan Nigar xanım Çənlibelin ağbirçək anası sayılır. Koroğlunu bir igid, mərd insan kimi yüksək qiymətləndirən Nigar xanım onun səhvlərini də üzünə deyir, dəlillərlə sərkərdənin arasında soyuqluğun yaranmasına imkan vermir.

Nigar vəfalı ömür-gün yoldaşı olur. Ərinin qocalığında ona qayğısını daha da artırır, onu fikir etməyə, dərd çəkməyə qoymur.

Dastanda yaradılmış Telli xanım, Ruqiyyə xanım, Məhbub xanım və başqa qadın surətləri ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar.

Xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən xotkar, şah, bəy, xan surətlərinə, demək olar ki, hər qolda rast gəlmək mümkündür. Koroğlu onların yuxusuna haram qatmış, hakimiyyətlərini xeyli məhdudlaşdırmışdır. Bu yenilməz igidlə açıq döyüşdən çəkinən hakim təbəqə onu məhv etmək üçün ağlagəlməz hiylələrə əl atır. Bu təbəqənin ən nüfuzluları Koroğlunu aradan götürmək üçün var-dövlətlərinin böyük bir qismini, hətta övladlarını — qızlarını belə qurban verməyə razıdırlar. Xotkar, Hasan paşa, Ərəb Reyhan, Bolu bəy və b. namərd, hiyləgər, amansız olduqları qədər də qorxaq və ikiüzlüdürlər. Onlar fürsət düşən kimi bir-birini aldadır, xotkarın rəğbətini qazanmaq üçün hər fırıldağa əl atır, ən yaxınlarına belə yalan danışırlar.

Koroğlu və onun dəliləri bütün döyüşlərdə onlara qalib gəlirlər. Bu, haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir.

Dastanın üzərində müşahidələri dərinləşdirməklə, mənbələri araşdırmaqla bütün deyilənləri nümunələrlə əsaslandırmaq və onlara əhəmiyyətli əlavələr etmək mümkündür.

Dastanın əsrlər boyu maraqla oxunmasının, geniş yayılmasının və yaşamasının səbəbləri çoxdur. Bunlardan ən mühümü onun bədii gözəlliyi, solmayan təravətidir. Bir-biri ilə heyrətamiz ustalıqla bağlanan, əlaqələndirilən əhvalatları həyəcansız oxumaq mümkün deyildir.

Hadisələrin təsviri elə ilk cümlələrdən diqqəti cəlb edir, oxucunu, dinləyicini intizarda saxlayır, onun necə tamamlanacağı maraqla izlənilir.

Dastanda nəsrlə nəzmin əvəzlənməsi ona xüsusi gözəllik vermişdir. Əhvalat və hadisələrin təsviri nəsrlə verilmiş, hiss-həyəcanların ifadəsində isə daha çox qoşma və gəraylıdan istifadə olunmuşdur.

Dilimizin gözəlliyi, ifadə imkanlarının genişliyi dastanın hər cümləsində, səhifəsində açıq-aşkar duyulur. Obrazların hiss və düşüncələrinin, portretlərinin, döyüş səhnələrinin dəqiq seçilmiş söz və ifadələrlə əks olunması dastanın oxucusuna, dinləyicisinə hədsiz zövq verir və o, hadisələrin iştirakçısına çevrilir, qəhrəmanlarla gah fərəhli, gah da üzüntülü duyğular yaşayır. Onların taleyi üçün təhlükə yaranan anlarda həyəcanlanır, zəfər anlarında isə qəlbi iftixar hissi ilə dolur.

Dastandakı əhvalatlar axıcı bir dillə, təşbeh, metafor, təkrir, mübaliğə, litotadan, eləcə də, xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur.

Dastanın (onun hər bir qolunun) maraqlı, cəlbedici süjetə, bitkin kompozisiyaya malik olması kamil sənət nümunəsi səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır.

Mövzusunu tarixi hərəkatdan alan dastanda xalqın azad, firavan yaşamaq istəyi, haqsızlığa, ədalətsizliyə nifrəti geniş əksini tapmışdır. Buna uyğun olaraq, Koroğlunun və onun silahdaşlarının — dəlilərin bədii obrazı xalqın arzusuna və zövqünə müvafiq yaradılmış, onlara böyük məhəbbət ifadə edilmişdir. Dastanın yaradıcıları ədalətsiz şah, bəy və xanlara nifrətlərini də gizlətməmişlər.

Eposda anaya, qadına dərin hörmət, əməyə, zəhmət adamına rəğbət ardıcıl duyulur, mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlərə, ibrətamiz əhvalatların təsvirinə yer verilir.

Dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var və oxucu onlarda yeni əhvalat və hadisələrlə qarşılaşır. Bu isə o deməkdir ki, dastan ideyaca zəngindir və bunu ciddi araşdırma aparmaqla əhatəli şərh etmək mümkündür.

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında

yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha

da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl

nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə

Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən

nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:

1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq

olunsun (siyahı əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının

bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə

yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikası prezidentinin İcra Aparatına tapşırılsın ki,

– Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət

Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə

2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay

müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim

– Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə

birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə

tutulan kitabların çapını təmin etsin;

– Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan

kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını, latın

qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılmasını təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2004-cü il

Azərbaycan Respublikası Prezidentinin

12 yanvar 2004-cü il tarixli 56 nömrəli sərəncamı ilə

Azərbaycan dilində latın qrafikası ilə ilk növbədə yenidən nəşri nəzərdə tutulan

Lüğət və ensiklopediyalar:

Azərbaycan dilinin izahlı lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti

“Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyası

“Ədəbiyyat və incəsənət” ensiklopediyası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan xalq ədəbiyyatı:

Aşıq ədəbiyyatından seçmələr, 3 cilddə

Atalar sözü və məsəllər

Azərbaycan dastanları, 5 cilddə

Azərbaycan folkloru (məktəblilər üçün seçmələr)

Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, xalq tamaşaları və oyunlar)

Azərbaycan xalq mahnıları (not yazıları ilə), 3 cilddə

Azərbaycan nağılları, 5 cilddə

Bunu əzbərləməyə dəyər (folklor poeziyasından seçmələr)

“Əfsanə, əsatir və rəvayətlər”

“Kitabi-Dədə Qorqud”, 3 cilddə

“Koroğlu” dastanı, 2 cilddə

Molla Nəsrəddin lətifələri

Klassik və müasir Azərbaycan ədəbiyyatı:

Abbas Səhhət. Əsərlər, 2 cilddə

Abdulla Şaiq. Əsərlər, 3 cilddə

Axundov Süleyman Sani. Seçilmiş əsərlər

Axundzadə Mirzə Fətəli. Əsərlər, 3 cilddə

Aşıq Ələsgər. Əsərlər, 2 cilddə

“Azərbaycan şeri antologiyası (XIX əsr)

Azərbaycan şeri antologiyası” (XX əsr)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə

Azərbaycanın qadın şairləri antologiyası

Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərlər

Cabbarzadə Zeynal. Əsərlər

Cabir Novruz. Əsərlər

Cəfər Cabbarlı. Əsərlər, 4 cilddə

Çəmənzəminli Yusif Vəzir. Əsərlər, 3 cilddə “Dastani-Əhməd” Hərami

Dilbazi Mirvarid. Əsərlər

Elçin. Seçilmiş əsərlər

Əfəndiyev İlyas. Əsərlər, 3 cilddə

Əhməd Cavad. Əsərlər

Əlağa Vahid. Əsərlər

Əli Kərim. Əsərlər

Əlibəyli Ənvər. Əsərlər

Əvhədi Marağalı. “Cami-Cəm

Fikrət Qoca. Əsərlər

Hacıbəyov Üzeyir. Əsərlər, 2 cilddə

Hadi Məhəmməd. Əsərlər, 2 cilddə

Haqverdiyev Əbdürrəhim bəy. Əsərlər, 2 cilddə

Həbib Sahir. Əsərlər

Həmid Nitqi. Əsərlər

Həsənzadə Nəriman. Seçilmiş əsərlər

Hökumə Billuri. Əsərlər

Hüseyn Arif. Əsərlər

Hüseyn Cavid. Əsərlər, 4 cilddə

Hüseyn Mehdi. Əsərlər, 3 cilddə

Hüseynov İsa. Seçilmiş əsərlər

Xaqani Şirvani. Əsərlər

Xəlil Rza. Əsərlər, 2 cilddə

Xətai Şah İsmayıl. Əsərlər, 2 cilddə

İbrahimov Hüseyn. Seçilmiş əsərlər

İbrahimov Mirzə. Əsərlər, 3 cilddə

İmadəddin Nəsimi. Əsərlər, 2 cilddə

Kəsəmənli Nüsrət. Əsərlər

Klassik Azərbaycan ədəbiyyatından seçmələr, 3 cilddə

Köçərli Firidun bəy. Əsərlər, 2 cilddə

Kürçaylı Əlağa. Əsərlər

Qasımzadə Qasım. Əsərlər

Qazi Bürhanəddin. “Divan”

Qövsi Təbrizi. Əsərlər

Qul Əli. “Qisseyi-Yusif”

Qutqaşınlı İsmayıl bəy. Əsərlər

Mədinə Gülgün. Əsərlər

Məhəmməd Əmani. Əsərlər

Məhəmməd Füzuli. Əsərlər, 6 cilddə

Məhsəti Gəncəvi. Əsərlər

Məlikzadə İsi. Əsərlər

Məmməd Araz. Əsərlər, 2 cilddə

Məmmədxanlı Ənvər. Seçilmiş əsərlər

Məmmədquluzadə Cəlil. Əsərlər, 4 cilddə

Məsihi. Vərqa və Gülşaı

Mikayıl Müşfiq. Əsərlər

Mir Cəlal. Əsərlər

Mirzə Ələkbər Sabir. “Hophopnamə”

Natəvan Xurşidbanu. Əsərlər

Nəbati Seyid Əbülqasim. Əsərlər

Nəbi Xəzri. Əsərlər, 2 cilddə

Nərimanov Nəriman. Seçilmiş əsərlər

Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

Nizami Gəncəvi. Əsərlər, 7 cilddə

Ordubadi Məmməd Səid. Seçilmiş əsərlər, 2 cilddə

Osman Sarıvəlli. Əsərlər

Rəfibəyli Nigar. Əsərlər

Rəfiq Zəka. Əsərlər

Rəhimov Süleyman. Seçilmiş əsərlər.

Rəsul Rza. Əsərlər, 5 cilddə

Rüstəmxanlı Sabir. Seçilmiş əsərlər

Sabit Rəhman. Əsərlər, 2 cilddə

Saib Təbrizi. Əsərlər

Səfərli İslam. Əsərlər

Səməd Vurğun. Əsərlər, 5 cilddə

Səmədoğlu Vaqif. Seçilmiş əsərlər

Səmədoğlu Yusif. Əsərlər

Söhrab Tahir. Seçilmiş əsərlər

Süleyman Rüstəm. Əsərlər, 5 cilddə

Şəhriyar Məhəmmədhüseyn. Əsərlər, 2 cilddə

Şıxlı İsmayıl. Əsərlər, 2 cilddə

Şirvani Seyid Əzim. Seçilmiş əsərlər, 3 cilddə

Tofiq Bayram. Əsərlər

Vahabzadə Bəxtiyar. Əsərlər, 2 cilddə

Vaqif Molla Pənah. Əsərlər

Vazeh Mirzə Şəfi. Əsərlər

Vəliyev Əli. Seçilmiş əsərlər

Vəzirov Nəcəf bəy. Seçilmiş əsərlər

Vidadi Molla Vəli. Əsərlər

Zakir Qasım bəy. Əsərlər

Zeynal Xəlil. Əsərlər

Zərdabi Həsən bəy. “Əkinçi”

Andersen Hans Kristian. “Nağıllar”

Aytmatov Çingiz. Əsərlər

Cami Əbdürrəhman. Seçilmiş əsərlər

Çexov Anton. Seçilmiş əsərlər

Dante Aligyeri. “İlahi komediya”

Defo Daniel. “Robinzon Kruzo”

Dostoyevski Fyodor. Seçilmiş əsərlər

Düma Aleksandr. Seçilmiş əsərlər

Dünya uşaq ədəbiyyatından seçmələr, 10 cilddə

Əlişir Nəvai. Seçilmiş əsərlər

Firdovsi Əbülqasım. “Şahnamə”

Hafiz Şirazi. Əsərlər

Homer. “İliada”, “Odisseya”

Höte İohann Volfqanq. “Faust”

Hüqo Viktor. Seçilmiş əsərlər

Jül Vern. Seçilmiş əsərlər

Kəlilə və Dimnə

Lermontov Mixail. Seçilmiş əsərlər

London Cek. Seçilmiş əsərlər

Mark Tven. Seçilmiş əsərlər

Ömər Xəyyam. Rübailər

Puşkin Aleksandr. Seçilmiş əsərlər

Servantes Saavedra. Don Kixot

Sədi Şirazi. “Bustan”, Gülüstan

Stivenson Robert. Seçilmiş əsərlər

Svift Conatan. “Qulliverin səyahəti”

Şekspir Uilyam. Seçilmiş əsərlər

Şiller Fridrix. Seçilmiş əsərlər

Tolstoy Lev. Seçilmiş əsərlər

Koroğlu dastani “Alı kişi” qolu

Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi.

Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı.

Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar.

Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu.

Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi,

amma heç görməmişdi.

Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana

yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər

ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları

manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi.

Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb,

madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu,

Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki,

axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi.

Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin.

Bəli, daylar böyüyüb iki yaşar oldular.

Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən

xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi:

– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından

mənə iki ayğırlıq at verəsən.

Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı:

– Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam.

Həsən xan bu sözü deyən kimi daylar Alı kişinin yadına düşdü. O,

xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala

bağladı, ilxını sürüb çölə ötürdü.

Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı

ki, xalxalda iki uzunorta, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları

ona vermək istəyirlər; gülüb dedi:

– Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların

var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim

özümdə də çoxdu.

Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub

– Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını

saxla; niyə saxlamamısan?

– Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə

baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver.

Alı kişinin yekə-yekə danışmağınnan Həsən xan daha da qəzəbləndi.

Onun üstünə qışqırıb dedi:

– Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu

ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədi?

– Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını

uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı

gəzsən, genə də belə at tapa bilməzsən.

Həsən xan qəzəblənib dedi:

– Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək

paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat

– Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin.

İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı

atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz.

Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı

kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü

onu da dəlil eləmişdi. Odu ki dedi:

– Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük

qiymət verir. Yəqin ki, elə o haqlıdı. Onda sən belə elə. Bu dayların

hər birini onun bir gözünə qiymət elə.

Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin

gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə

uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi:

– Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey

gözdü. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürüt-

düm, ilan kimi qabıq qoydum, saç, saqqal ağartdım, amma sən bunların

heç birini bilmədin, qədir-qiymət vermədin, bir paşanın xatırına məni

kor elədin. İndi heç olmazsa bu iki çöpüklü dayları mənə ver.

Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu.

Kor Alı kişinin Rövşən adında yeniyetmə, iyid bir oğlu var idi.

Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu

gəlir. Tez qaçıb onu qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi:

– Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq

elədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim

gözlərim bu atların üstündə çıxıb. Al bu atları töyləyə çək, qapı-bacanı

basdır. Yaxşı muğayat ol. Amma gözlə, bu atlar gərək qırx gün, qırx

gecə gün işığı görməyələr.

Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq

Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki:

– Oğlum, Rövşən, məni atların yanına apar.

Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun,

caydaqçəkmə sağrılı, nazik ortalı Dürata yanaşdı, əli ilə üzünü, gözünü,

yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli,

uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat

fınxırıb iki dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək

istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit

oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı.

Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi:

– Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki?

Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik

– Qıratın üstündə bir iynə boyda deşik var.

– Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx,

Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa

Bir gün yenə atası Rövşəndən soruşdu:

– Oğul, atlar necədi, necə yeyirlər?

– Ata, Qırat dəyirman kimi yeyir, arpa, saman yetirmək olmur;

Dürat da yaxşıdı, ancaq Qıratdan az yeyir. Özü də dincdi, amma Qırat

durub dincəlmir, qızmış nər kimi oyur-oyur oynuyur.

Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi:

– Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi

atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl

Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa

sür, sonra da sıldırım daşlı dağa çap.

Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış

şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca

ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulas asdı,

baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı.

Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma

sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini

dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi,

ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı.

Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı

yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun

baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi,

nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının

birini tikan balaca cırmışdı.

Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə

kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının barabarında

dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı.

Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı

əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca

– Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi,

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.