Press "Enter" to skip to content

Azrbaycanın bzi içkilri haqqında

Kür Gürcüstan ərazisindən keçərək ölkəmizə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə (Qeyd edək ki, Xəzər çox böyük olduğu üçün dəniz adlansa da, əslində göldür) tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə Kür çayı iki qola ayrılır: Ana kürBala kür.

Cay haqqinda melumat ��

Cay haqqinda melumat saytımızda təqdim olunur. İçməli su ilə bütün dünyanı təmin edən çay sularına hər zaman ehtiyac yüksəkdir. Lakin son zamanlar baş verən hadisələr, insanlar tərəfindən təbiətə vurulan ziyanlar nəticəsində dünyada içməli su ehtiyatları tükənməkdə davam edir. Hətta bu barədə həyəcan təbiili də çalınır. Boş yerə olan su israflarının nəticəsində dünyanın bir çox yerində içməli su ehtiyatı tükənməkdədir. İnsanların çoxu susuzluqdan əziyyət çəkir. Azərbaycanın da bir çox bölgəsində su problemi yaşanır. Baxmayaraq ki, ölkədə irili-xırdalı çaylar heç də az deyil.

Çay, cazibə qüvvəsi səbəbindən daha yüksək yerdən aşağıya doğru hərəkət edən sudur. Yağış yağdıqca çay dənizlərə doğru hərəkət etməyə başlayır və aşağıya doğru çaylara və göllərə doğru axır. Bəzən yer səthi düz olmur və bir istiqamətdə enişli olur. Axan su əvvəlcə kiçik axınlar şəklində aşağı enir. Kiçik axınlar birləşərək aşağı enərkən daha böyük axınlar və çaylar əmələ gətirir. Çaylar ən son olaraq okeanlara və ya dənizlərə axıb tökülür. Hər tərəfdən hündür quru ilə əhatə olunmuş yerə su axsa, orada göl əmələ gəlir. Əgər çayın axınının qarşısını almaq üçün bənd tikilirsə, əmələ gələn su göl yaradır. Bu süni göllər bu gün həyatın gələcəyi üçün vacib olan su anbarını yaradırlar.

Su yalnız həyat yaranandan bəri təkcə insanlar üçün deyil, yer üzündəki bütün canlılar üçün vacib olan təbii ehtiyatlardandır. Hər birimizin bildiyi kimi təbii ehtiyatlar tükənə bilir. Yaşamaq üçün hava, torpaq, günəş işığı, qida kimi suyun da əhəmiyyəti çox böyükdür. Hətta “hava su kimi” sözü bunu aşıqca bəyan edir. Canlıların bədənində su ehtiyatı tükənərsə, bu ölümlə nəticələnir. İnsanlar üçün çaylar suvarma, enerji istehsalı, tullantıların utilizasiyası üçün vacibdir.

Çay sularının formalaşması

Çay Sularının başlanğıc nöqtəsi səmadır, çünki o, axın dövrünün bir hissəsini təşkil edir. Yağışlar yağmasa su artımı olmaz. Hətta əkinçilər yağış duası belə edirdilər ki, məhsulları məhv olmasın. Çaylarda axan suyun böyük hissəsi ətraf hövzələrə tökülür.

Bununla belə, çaydakı suyun hamısı axıntıdan gəlmir. Quruya yağan yağış da yerin içinə sızaraq qrunt sularını əmələ gətirir. Quru səthinin altında, su təbəqəsi adlanan müəyyən bir dərinlikdə yer su ilə doyur. Əgər çay sahili əksər çaylarda olduğu kimi bu doymuş təbəqəni kəsərsə, su torpaqdan çaya sızmağa başlayır. Qrunt sularının sızması bəzən quruda və ya avtomobil yolu kimi təbəqələr götürüldükdə də görünə bilər. Çayın sahilində su daşıyan qaya təbəqələri görünə bilər. Bu təbələr şaquli şəkildə olur. Çaylardakı suyun bir hissəsi sahillərdən çıxan cərəyanlarla bağlıdır. Bu səbəbə görə də quraqlıq yerlərdə belə çaylarda tez-tez bir az su olur.

AZƏRBAYCANDA MÖVCUD OLAN ÇAYLAR

Azərbaycan səfalı yerlərdən biridir. Gözəl təbiəti, əlverişli iqlim şəariti burada bir çox məhsulların yetişdirilməsinə şərait yaradır. Həyat üçün vacib olan əsas su ehtiyatlarının əldə edildi çayları ölkəmizin müxtəlif bölgələrində görmək mümkündür.

Ölkə ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır. Onların bütövlükdə ümumi uzunluğu 33665 km-dir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Respublika ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.

Azərbaycanda mövcud olan çayları iki yerə bölmək olar:

  1. Dağ çayları
  2. Düzənlik çayları

Dağ çayları

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürərək öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirirlər. Daha sonra isə dərin dərələrlə axaraq düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gəlməsinə səbəb olurlar.

Düzənlik çaylar

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Bu çaylar sakitdir. Axınları əyri-üyrüdür və öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Ancaq Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanmasında əsasən dağ çayları, bulaq və yerüstü suların rolu böyükdür. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Kür uzunuğu 1515 km olub Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axan çaydır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan (Qızıl Gədək Dağı) götürür və Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.

Kürün axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Eyni zamanda Kürün sahillərində yaşayan insanların əsas məşğuliyyətlərindən biri də balıqçılıq olmuşdur. Çünki Kürün suyu içməlidir və burada çox sayda fərqli növlərdə balıqlar yaşayır. Eramızdan təxminən 1200 il əvvələ qədər burada Kürün sahillərində yaşayan insanlar mədəniyyət yaratmağa nail olmuşlar, lakin 1200 il sonra bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. Dəli Kür deyimi boşuna yaranmamışdır. Kürün coşub daşması nəticəsində ətraf ərazilər yox olmuş yaxud da yararsız vəziyyətə düşmüşdür. Samux şəhərinin yox olması da Kür daşqını nəticəsində olmuşdur. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq bəndlər tikilərək su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idi. Hazırda bu yoldan istifadə çay üzərində su elektrik stansiyasının inşasından sonra mümkün deyildir.

Kür Gürcüstan ərazisindən keçərək ölkəmizə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə (Qeyd edək ki, Xəzər çox böyük olduğu üçün dəniz adlansa da, əslində göldür) tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə Kür çayı iki qola ayrılır: Ana kürBala kür.

Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Ümumi uzunluğu 1515 km olan Kür çayının 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.

Araz Azərbaycan ərazisindən keçən böyük çaylardandır. Kürlə müqayisə edildikdə daha sakitdir, daşqınlar olmur. Bu çay Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri boyunca axan çaydır. Çay öz mənbəyini Türkuyənin (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Suqovuşanın adı da bu iki çayın bir-birinə qovuşması əsasında yaranmışdır. Araz Azərbaycanı iki yerə bölərək Cənubi və Şimali Azərbaycan mədəniyyətində əsas rol oynamışdır. Belə ki, Araza yazılan şeirlər ədəbiyyatımızın inciləri hesab olunur.

Araz sakit, aramlı çay sayılır. Kürə Dəli Kür, Araza isə Xan Araz adlanır. X əsr ərəb coğrafiyaşünası İbn Havrəlin Araz barədə yazdıqları yada düşür: Araz çayının suyu şirin, ləzzətli və yüngüldür. Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillərində təmiz, yaxşı sözündəndir. Heredotun yazdığına görə Sırdərya çayı da Araz adlanırdı.

AZƏRBAYCAN ÇAYLARI

Azərbaycanda çox sayda çaylar vardır ki, hər birinin adını əzbər bilmirik. Sizləri bu çaylar ilə tanış edək.

1000 km-dən yuxarı

1000-100 km

  • Qanıxçay, 413 km
  • Qabırrıçay, 320 km
  • Samur çayı, 216 km
  • Anaxatır (Ehram və ya Xrami), 201 km
  • Tərtərçay, 200 km
  • Sumqayıtçay, 198 km
  • Kürəkçay, 186 km
  • Türyançay, 180 km
  • Bazarçay, 178 km
  • Bolqarçay, 163 km
  • Əyriçay, 135 km
  • Ağstafaçay, 133 km
  • Arpaçay, 126 km
  • Xaçınçay, 119 km
  • Pirsaatçay, 119 km
  • Göyçay, 115 km
  • Qarqarçay, 115 km
  • Viləşçay, 115 km
  • Həkəriçay, 113 km
  • Qudyalçay, 108 km
  • Qusarçay, 108 km
  • Ceyrankeçməzçay, 100 km

100-50 km

  • Gəncəçay, 99 km
  • Gilançay, 99 km
  • Əlicançay, 98 km
  • Vəlvələçay, 98 km
  • Şəmkirçay, 95 km
  • Qaraçay, 93 km (Quba və Xaçmaz)
  • Zəyəmçay, 90 km
  • Köndələnçay, 89 km
  • Girdimançay, 88 km
  • Ağsuçay, 85 km
  • Oxçuçay, 85 km
  • Ləkərçay, 84 km
  • İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax)
  • Quruçay, 82 km (Xocavand və Füzuli)
  • Lənkərançay, 82 km
  • Gorançay, 81 km
  • Naxçıvançay, 81 km
  • Quruçay, 77 km (Quba və Xaçmaz)
  • Axıncaçay, 76 km
  • Qoşqarçay, 76 km
  • Gilgilçay, 72 km
  • Həsənsuçay, 71 km
  • Dəmiraparançay, 69 km
  • Ağçay, 68 km
  • Çikilçay, 68 km
  • Çağacıqçay, 65 km
  • Bala Kür, 63 km
  • Hocazsuçay, 63 km
  • Əlincəçay, 62 km
  • Xonaşençay, 62 km
  • Coğazçay, 60 km
  • Cəyirçay, 58 km
  • Muxaxçay, 56 km
  • Tikanliçay, 56 km
  • Kürmükçay, 55 km
  • Katexçay, 54 km
  • Şabrançay, 62 km
  • Künkütçay, 52 km
  • Bumçay, 51 km
  • İncəçay, 51 km (Cəbrayıl)
  • Zabuxçay, 51 km
  • Göytəpəçay, 50 km

Son olaraq qeyd edək ki, Araz çayı əsasən ermənilər tərəfindən çirkləndirir. Bu isə öz növbəsində içməli su ehtiyatını azaldır, su problemi yaradır. Bundan əlavə olaraq insanlar çayları, gölləri çirkləndirirlər ki, bu da kifayt qədər qlobal problemdir. Gələcəyimizdə su problemləri ilə qarşılaşmamaq üçün çaylarımızı, göllərimizi qorumalıyıq. Məişət tullantılarını və s.-i axar sulara atmamalıyıq. Çünki dünya bizim evimizdir. Bu evi qorumaq və təmiz saxlamaq hər birimizin borcudur.

Azrbaycanın bzi içkilri haqqında

Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, onların da bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi is’ 85500 km² qəbul edilir. 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.

Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:

1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.

Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:

1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə – alçaq su toplayıcı sahəyə malikdirlər. Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.

Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır. Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır. Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir.

Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-rə çatır. Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km 3 arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km 3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə 5,64-7,34 km 3 -dir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km 2 su toplayıcı sahəsindən 16,-17,8 km 3 –dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km 3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km 3 -dir. Araz çayı hövzəsinin su ehtiyatı 102000 km 2 su toplayıcı sahəsindən 9,10-9,30 km 3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km 3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km 3 -dir. Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km 3 -dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km 3 -dir, yerli axım isə 2,17-3,27 km 3 təşkil edir. Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km 3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km 3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km 3 təşkil edir. Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur. Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km 2 -ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m 3 /il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanın bütövlükdə su ilə təmin olunması 324-350 min m 3 /il təşkil edir. Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km 3 -dir, göllərin su səthinin sahəsi isə 394 km 2 -dir. Respublikanın su anbarlarının tam həcmi 21,4 km 3 , işçi həcmi 12,4 km 3 -dir, su səthinin sahəsi isə 694 km 2 -dir.

Azərbaycan çaylarının siyahısı

1000 km-dən yuxarı:

Kür – 1515 km, Araz – 1072 km

Qanixçay – 413 km, Qabırrıçay – 394 km, Samur çayı – 216 km, Tərtərçay – 200 km, Sumqayıtçay – 198 km, Kürəkçay – 186 km, Türyançay – 180 km, Bazarçay – 178 km, Ağstafaçay – 133 km, Bolqaray – 163 km, Əyriçay – 135 km, Arpaçay – 126 km, Xaçınçay – 119 km, Pirsaatçay – 119 km, Göyçay – 115 km, Qarqarçay – 115 km, Viləşçay – 115 km, Həkəriçay – 113 km, Qudyalçay – 108 km, Qusarçay – 108 km,
Ceyrankeçməzçay – 100 km.

Gəncəçay – 99 km, Gilançay – 99 km, Əlicançay – 98 km, Vəlvələçay – 98 km, Şamxorçay – 95 km, Qaraçay – 93 km (Quba və Xaçmaz), Zəyəmçay – 90 km, Köndələnçay – 89 km, Girdimançay – 88 km, Ağsuçay – 85 km, Oxçuçay – 85 km, Ləkərçay – 84 km, İncəçay – 83 km (Ağdərə, Tərtər və Yevlax), Quruçay – 82 km (Xocavand və Füzuli), Lənkərançay – 82 km, Gorançay – 81 km, Naxçıvançay – 81 km, Quruçay – 77 km (Quba və Xaçmaz), Axıncaçay – 76 km Qoşqarçay, 76 km. Gilgilçay, 72 km. Həsənsuçay, 71 km. Dəmiraparançay – 69 km, Ağçay – 68 km, Çikilçay – 68 km, Çağacıqçay – 65 km, Bala Kür – 63 km, Hocazsuçay – 63 km, Əlincəçay – 62 km, Xonaşençay – 62 km, Coqasçay – 60 km, Cəyirçay – 58 km, Muxaxçay – 56 km, Tikanliçay – 56 km, Kürmükçay – 55 km, Katexçay – 54 km, Şabrançay – 62 km, Künkütçay – 52 km, Bumçay – 51 km, İncəçay – 51 km (Cəbrayıl), Zabuxçay – 51 km, Göytəpəçay – 50 km.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur. Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsində qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən artıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır. Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur. Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımın-dan istifadə edilməsini çətinləşdirir.

Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür: 1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli.

Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çaylarıBöyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45/l san km 2 artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5/lsan; km 2 -ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20/lsan. Km 2 -dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20/lsan. Km 2 arasında dəyişir.

Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18/l san. km 2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5/lsan. km 2 -ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərqə doğru axım tədricən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28/lsan, km 2 -dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır.

Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22/lsan. km 2 -ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10/lsan. km 2 -ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5/l san. km 2 -dən aşağı düşür.

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25/lsan, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8/lsan. km 2 ) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çay-larının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m 3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km 2 ), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km 2 ) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi
Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m 3 -dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m 3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m 3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m 3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir. Hazırda respublikada hər birinin həcmi 1 mln. m 3 -dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m 3 -ə qədər su toplanmışdır. Bu sulardan xalq.təs.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.

Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.

I. Uzunluğuna görə:

Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı – 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə:

Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;

III. Mənsəbinə görə:

1. Mənsəbsiz – Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
2. Mənsəbli – qalan bütün çaylar;
3. Mənsəbi okean səviyyəsindən aşağı – Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s;

IV. Relyef xüsusiyyətinə görə:

1. Üzərində şəlalə yaranan – Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
2. Dərəsində kanyon olan çaylar – əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay, Vəlvələçay və s. ;
3. Enli «U» şəkilli çaylar – gilli süxurları kəsib keçən düzənlik çaylarında – Kür, Araz və s. ;

V. Formalaşmasına görə:

1. Kənardan (tranzit) mənbə götürənlər – Kür, Araz, Arpaçay, Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
2. Azərbaycanda formalaşan – Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay, Ceyrankeçməz;

VI. Qidalanmasına görə 2 qrupa:

1. Yayda quruyan – Sumqayıt, Ceyrankeçməz, Pirsaat.
2. Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.

VII. Coğrafi yerləşməsinə görə

1. Böyük Qafqazın şimal-şərqindən axan çaylar – Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
2. Böyük Qafqazın cənub yamacının çayları – Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu-iri gətirmə konusları yaradırlar.
3. Abşeron-Qobustanın çayları – Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
4. Talış dağlarının çayları– Lənkərançay, Astaraçay, Viləşçay – əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
5. Kiçik Qafqazın şimal-şərq yamacından axan – Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay – Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
6. Kiçik Qafqazın cənub-şərq yamacından axan – Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay – Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
7. Naxçıvanın əsas çayları – Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.

Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəb rütubət çatışmamazlığıdır)

Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır. Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir:

a) Palçıqlı sellər – Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları ;
b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux.

Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata böyük miqdarda ziyan vurur. İki yolla bu mübarizə aparılır:

1. Hidrotexniki qurğular tikməklə (beton bəndlər);
2. Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə).

Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.

Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Azərbaycan daxilində Kürün uzunluğu 906 km olub, Neftçala rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları (52%) ilə qidalandığından yazın sonu və yayın əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu olur. Çayda suyun maksimum səviyyəsi apreldə, minimum səviyyəsi isə sentyabr aylarında olur. Kürün sağ qolları əsasən Kiçik Qafqazdan başlanan Şəmkir, Gəncəçay, Zəyəm, Xaçın, Tərtər və s. sol qollar isə Böyük Qafqazın cənub yamacından başlayan Qanıx, Qabırrı, Türyan, Əlicançay və s. çaylarıdır. Kür üzərində Mingəçevir, Yenikənd, Şəmkir və Varvara kimi su anbarları var. Bu su anbarlarının yaradılması qrunt sularının səviyyəsinin artmasına, tuqay meşələri və torpaqların xeyli hissəsinin su altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın yeganə çay gəmiçiliyi yoludur. Buradakı gəmilər Kürün mənsəbindən Yevlax şəhərinə qədər hərəkət edir. Kür-Araz ovalığı ilə çay meandr (ayri-üyrü) döngələrlə axdığından gəmilərin hərəkətini asanlaşdırmaq üçün çayın yatağıdakı bəzi döngələr kəsilib düzəldilmişdir. Bu meandrda Kürün «axmaz» gölləri Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaranmışdır. Kür Sabirabad şəhərindən mənsəbinə qədər heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəqliyyat, suvarma və hidroenerji məqsədi ilə istifadə olunur.

Araz çayı Kürün ən böyük qoludur. Ermənistan və Azərbaycan ərazisindən axır. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Hövzəsinin sahəsi 101,9 min kvadrat km-dir. Başlanğıcını Türkiyədə, Bingildağ silsiləsinin şimal yamacından (2990 m) alır. Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür. Suyunun çoxluğuna görə Zaqafqaziyada ikinci çaydır. Araz relyef və axım xususiyyətlərinə görə iki hissəyə (dağlıq və ovalıq) ayrılır. Türkiyə ərazisində Araz tipik dağ çayıdır. Axuryanın mənsəbi ilə Araz su qovşağı arasında ararat düzənliyindən, Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərinin cənubundan axır. Bu hissədən çayın sürəti nisbətən azalır. Burada Araza soldan Sevcur, Razdan, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku və sağ qollar birləşir.Naxçıvan çayının mənsəbinədək Araz çox yerdə kanyonvarı dərələrlə axır; coşqun və astanalıdır. Bu hissədə Araz soldan Əlincə, Ordubad, Mehri, Oxçu və s., sağdan Qotur, Qırsı və sol qolları qəbul edir. Həkəri çayının mənsəbindən sonra Araz tədricən düzənliyə və Kür-Araz ovalığına çıxır; yatağı meandr vəzyyəti alır. Həkəri çayının mənsəbindən aşağıda Araza soldan Quruçay, Köndələnçay və s, sağdan Selin, Qarasu və sol qollar birləşir. Arazın Bəhramtəpə su qovşağından mənsəbinədək axdığı hissədə qolu yoxdur. Çayın dağlıq sahədəki fəal eroziya prosesi ovalığda akkumulyasiyai əvəz olunur.Araz qarışıq mənbədən qidalanır. Axımının 44%-ini sular, 38%-ini qar suları. 18%-ini yağış suları təşkil edir. Arazın mənsəbi yaxınlığında orta illik su sərfi 279 kub m/san, axım həcmi 8,8 mlrd, kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumludur. Orta minerallaşma azsulu dövrdə 560-880 mq/l, çoxsulu dövrdə isə 260-400mq/l-dir. Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var. Suyundan səmərəli istifadə etmək məqsədi ilə çayın üzərindən Bəhramtəpə su qovşağı, Sovet-İran müqaviləsinə əsasən isə Araz su qovşağı və Mil-Muğan sukötürmə qovşağı tikilmişdir. Araz gəmiçiliyə yararsızdır. Araz aşağı axınında yatağını tarix boyu bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896 ildə Araz daşqın nəticəsində sahil bəndini uçurmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər, ərazidə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir. Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır. Bir çox antik və orta əsr müəllifinin əsərində Araz haqqında məlumat verilmişdir. Qədim yunan və Latın mənbələrində Zaqafqaziya, Parsa (Fars) və Orta Asiyada Araz adlı bir çayın adı çəkilir.

Samur çayı Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu 216 km olan Samur çayından Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır.

Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır.
Samur, Qanıx, Araz, Astara və Bolqarçay Azərbaycanın sərhəd çaylarıdır.
Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı «Ölü suya» çevirmişdir. Kür Gürcüstanın Tbilisi və Rustavi, qismən isə Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları Qoşqarçayla Kürə, Naxçıvandakı Parağacay mədənlərinin tullantıları isə Araza qarışır. Azərbaycanın əkin sahələrinə verilən 10 min tonlarla gübrələr, zərərverici maddələr axar sular vasitəsilə çaylara və s. sututarlara tökülür və onları çirkləndirir. Sular təbii və süni yolla təmizlənir. Axar sular 8-20 km axdıqdan sonra təbii yolla özü-özünü təmizləyir. Çirkab sulardan istifadə etmək üçün onu xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.

Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir. Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür. Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.

Похожие статьи

  • Azrbaycanın ticarti

    Azrbaycanın ticarti Samur çayı Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu…

  • Azrbaycanın termal suları

    Azrbaycanın termal suları Kür çayı hövzəsinin sahəsi (86 000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101 937 km2) azdır. Lakin Kürün…

  • Azrbaycanın qsblri

    Azərbaycanın çayları – Dərslik Improtex Motors BMW, Rolls-Royce və MINI avtomobillərin Azərbaycanda rəsmi idxalçısıdır. Ümumi sahəsi 1.3 hektar təşkil…

  • Azrbaycanın cografiyası

    Azrbaycanın cografiyası Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:…

  • Azrbaycanın qısa coğrafiyası

    Azrbaycanın qısa coğrafiyası Mirəli Seyidəli oğlu Qaşqay — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.