Press "Enter" to skip to content

RİYAZİYYAT (MÜHAZİRƏLƏR)

Puzzle 12 hissədən ibarətdir. Hər hissədə 1 tapşırıq var, şagirdlər tapşırığı həll etməklə verilən üçbucağın 4 növdən – tərəflərinə görə növləri, bucaqlarına görə növləri, korbucaqlı üçbucaq və düzbucaqlı üçbucaq növlərindən hansına aid olduğunu təyin etməlidir.

Riyaziyyat standartlari

3.1.2. Uzunl uğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur.

3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
Məqsəd:
1. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır.
2. Üçbucağın daxili bucaqlarını ölçür.
3. İki tərəf və onlar arasındakı bucağa görə üçbucaq qurur.
Mövzu: Üçbucağın qurulması.


İş forması: Cütlərlə iş, kollektiv iş.
İş üsulu: Beyin həmləsi.
İnteqrasiya: Texnologiya, təsviri incəsənət.
Resurs: Kompüter, proyektor, promethean interaktiv löhvəsi, dərslik, metodik vəsait.
İstifadə olunan saytlar: learningapps.org; prometheanplanet.com; bloggif.com
İstifadə olunan proqramlar: Activinspire; Camtasia Studio.
Dərsin gedişi:

Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə tutulub.

Salamlaşma və sinfin təşkilindən sonra dərsin motivasiya mərhələsinə keçid alınır.
Motivasiya (8 dəq):

Üçbucaq haqqında biliklər qısa xatırlanır. Üçbucağın bucaqlarına və tərəflərinə görə növləri müəyyən edilərək cavablar düzbucaqlı çərçivəyə yerləşdirilir.

Bu tapşırığın hazırlanmasında Activinspire proqramının funksiyalarından biri olan konteynerdən istifadə edilib. Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv yerinə yetirdiyini özü təyin edir (bax: slayd 1).

Növbəti flipçartda hər buludun arxasında bir sual yerləşdirilib. Hər suala uyğun şəkli çəkmək lazımdır.

1. İtibucaqlı üçbucaq çək.
2. Korbucaqlı üçbucaq çək.
3. Düzbucaqlı üçbucaq çək.

Bunun üçün əvvəlcə uyğun çərçivədə ABC işarəsinin üzərinə vurub, sonra təpə nöqtələri lazım olan tərəfə hərəkət etdirilir. Bu flipçartda şagird üçbucağın təxmini çəkilmə qaydasını və növlərini ayırmaq yollarını daha yaxşı mənimsəyir (bax: slayd 2).

Növbəti 2 tapşırıq ikili rejimdə tez bir zaman ərzində həll edilir.
Ulduz üzərinə vurmaqla sual ekrana gəlir:
“Yerdə olan üçbucaqlar içərisində korbucaqlı üçbucaqları tapın”.

Verilən zaman içərisində 2 şagird tərəfindən doğru üçbucaqlar təyin edilir. Nəticədə şagirdlər fiqurları fərqləndirməyi və ətraf mühitlə əlaqələndirməyi bacarırlar (bax: slayd 3).

Üçbucaq üzərində verilmiş kiçik üçbucaqlar uyğun xanalara yerləşdirilir.
1. Üçbucağı tərəflərinə görə ayıraq.
2. Üçbucağı bucaqlarına görə ayıraq.

Lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı yerinə yetirir (bax: slayd 4).

Daha sonra Learningapp.org saytında hazırlanmış resurs (puzzle) şagirdlərə təqdim olunur.

Puzzle 12 hissədən ibarətdir. Hər hissədə 1 tapşırıq var, şagirdlər tapşırığı həll etməklə verilən üçbucağın 4 növdən – tərəflərinə görə növləri, bucaqlarına görə növləri, korbucaqlı üçbucaq və düzbucaqlı üçbucaq növlərindən hansına aid olduğunu təyin etməlidir.

Doğru seçim etdikcə tapşırığın arxasında olan şəklin uyğun hissələri açılır. İnteraktiv tapşırıq yerinə yetirildikdən sonra açılan şəkil əsasında tədqiqat sualı qoyulur (bax: slayd 5).

Tədqiqat sualı (7 dəq):
1. Ekranda açılan təsvirin bugünkü dərslə nə əlaqəsi var? (bax: slayd 6).

Cavablar dinlənilir və əlaqə tapıldıqdan sonra aşağıdakı tapşırıqlar şagirdlər tərəfindən həll edilir. Tapşırıqlarda həm üçbucaqlar, həm də ölçülər verilib. Şagirdlər şərtə uyğun üçbucaqları təyin etməlidirlər:

1. İki tərəfinin uzunluğu 7 sm, 8 sm və arasındakı bucaq 100 dərəcə olan üçbucağı tap.
2. İki tərəfinin uzunluğu 4 sm, 4 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.
3. İki tərəfinin uzunluğu 5 sm, 7 sm və arasındakı bucaq 60 dərəcə olan üçbucağı tap.
4. İki tərəfinin uzunluğu 6 sm, 6 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.

“Ölç və tap!” üzərindən tutmaqla ekranın mərkəzinə səhifəni sürüşdürüb ölçmələr yerinə yetirilir. Şərtlərə uyğun üçbucaqlar təyin edilir. Bucaq və ya tərəfin uzunluğunu ölçmək üçün lazım olacaq transportir və xətkeş səhifənin aşağı sağ küncündə yerləşdirilib.

Ölçmək üçün üzərinə vurmaqla ekrana gətirib istifadə bitdikdən sonra bağlaya bilərsiniz. Düzgün variantlar təyin edildikdən sonra üçbucaqlar olan səhifə kənara çəkilir və verilmiş tapşırıqların qarşısındakı mavi oxları sağa sürüşdürməklə cavabı yoxlamaq olar.

1. Hər tapşırığa 1 dəqiqə vaxt verilir (bax: slayd 7).
Bu tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə belə bir sual verilir:
İki tərəf və arasındakı bucaq məlum olduğu halda (üçbucaq məlum deyil) üçbucağı necə qurmaq olar?

Fikirlər dinlənilir. Sonra bu dərsdə qeyd edilən şərtlər daxilində üçbucağın qurulma qaydasının öyrəniləcəyi və qaydaya uyğun qurmalar yerinə yetiriləcəyi şagirdlərin diqqətinə çatdırılır. Üçbucağın iki tərəfinin uzunluğu və onlar arasında qalan bucaq məlum olduğu halda qurulması qaydasını əks etdirən kiçik videofraqment izlənilir.

Tədqiqatın aparılması (8 dəq):

Şagirdlər cütlərə bölünür. Növbəti flipçartdakı tapşırıqlar müəyyən edilmiş zaman ərzində ikili rejimdə yerinə yetirilir. Tapşırıqlar belədir:

I cütlük:
1. Tərəfləri 3 sm, 5 sm və arasında qalan bucaq 70 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 4 sm və arasında qalan bucaq 90 dərəcə olan ABC üçbucağını qurun.
II cütlük:
1. Tərəfləri 5 sm, 7 sm və arasında qalan bucaq 80 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 6 sm və arasında qalan bucaq 100 dərəcə olan ABC üçbucağını qurun (bax: slayd 8).

İnformasiya mübadiləsi və müzakirə (4 dəq): Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri informasiyaların mübadiləsini aparırlar.

Ümumiləşdirmə və nəticə (14 dəq): Təqdimatlar müzakirə olunur və ümumiləşdirilərək nəticə çıxarılır.

Sinif iki komandaya ayrılır və yarış keçirilir. Yarış iki mərhələdən ibarətdir:
1-ci mərhələdə hər komanda 3 sualı cavablandırır. Cavablara uyğun olaraq xal qazanır.

I mərhələdə daha çox bal qazanmış komanda II mərhələyə keçir. Bu mərhələdə komanda nömrələnmiş tapşırıqları ardıcıl yerinə yetirməklə pillə-pillə yüksəlir. Əgər tapşırıqlar düzgün yerinə yetirilərsə, sonda komanda qalib elan edilir və mükafatlandırılır. Mükafatlandırma simvolik olaraq aparılır. Əgər sonuncu pillədə sual düzgün qiymətləndirilərsə, pillələri qalxan komandaya kubok verilir.

Bu yarış şagirdlərin dərsə marağını və fəallığını artırmaq məqsədilə təşkil edilir.

Qiymətləndirmə (3 dəq): Şagirdlər təqdimata, standarta əsasən çıxarılmış qiymətləndirmə meyarlarına, cütlərlə işlərində göstərdiyi fəallığa uyğun olaraq qiymətləndirilir.

Yaradıcı tətbiqetmə (1 dəq): Bunun üçün şagirdlərə aşağıdakı tapşırıq verilir: Dəftərdə ixtiyari üçbucaq çəkin və onun iki tərəfinin uzunluğundan 2 sm, arasında qalan bucağın dərəcə ölçüsündən 10 dərəcə böyük olan üçbucağı qurun.

RİYAZİYYAT (MÜHAZİRƏLƏR)

Bu mühazirələr toplusunda Funksiya anlayışı, Limitlər, Funksiyanın kəsilməzliyi, Dəyişən və sabit kəmiyyətlər, Törəmə anlayışı, Törəmənin həndəsi, mexaniki və iqtisadi mənası, Törəmənin tapılması qaydaları, Mürəkkəb funksiyanın törəməsi, Yüksək tərtiblt törəmələr, Diferensial haqqında anlayış, Orta qiymət teoremləri, Yüksəktərtibli törəmələr, Funksiyanın tədqiqi, Funksiyanın artması və azalması, Çoxdəyişənli funksiya, Çoxdəyişənli funksiyanın limiti və kəsilməzliyi, Xüsusi törəmələr, Tam diferensial, Yüksək tərtibli xüsusi törəmələr, Çoxdəyişənli funksiya anlayışı, Çoxdəyişənli funksiyanın ekstremumu, Empirik düsturlar haqqında anlayış, İkidəyişənli funksiyanın ekstremumu, Şərti ekstremum, İbtidai funksiya və qeyri-müəyyən inteqral, Qeyri-müəyyən inteqralın əsas xassələri, Əsas inteqral cədvəli, İbtidai funksiya və qeyri-müəyyən inteqral, Qeyri-müəyyən iqteqralın tapılması üsulları, İnteqrallamanın əsas üsulları, Müəyyən inteqral, Müəyyən inteqralın əsas xassələri,Müəyyən və qeyri-müəyyən inteqrallar arasında əlaqə, Müəyyən inteqral, Nyuton-Leybnis düsturu, Müəyyən inteqralın hesablanması üsulları, Nyuton-Leybnis düsturu, Müəyyən inteqralın bəzi tətbiqləri, Müəyyən inteqralın həndəsi və mexaniki tətbiqləri, Müəyyən inteqralın təqribi hesablama üsulları, Qeyri-məxsusi inteqrallar, Puasson inteqralı, Matrislər və determinantlar, Matrislər üzərində əməllər, Tərs matris, Matris anlayışı, Xətti tənliklər sisteminin həll üsulları, Ədədi sıralar, onların yığılması, Yığılan sıraların xassələri, Müsbət hədli sıralar və onların yığılma əlamətləri, Əsas anlayışlar,İşarəsini dəyişən sıralar, Mütləq və şərti yığılan sıralar, İşarəsini növbə ilə dəyişən sıralar, Leybnis tnoremi, Qüvvət sıraları, onların yığılma oblastı, Avel teoremi, Qüvvət sıralarının hədvəhəd diferensiallanması və inteqrallanması, Teylor və Makloren sıraları, İşarəsini dəyişən sıralar, Diferensial tənliklər, Birtərtibli bircins və bircins olmayan xətti diferensial tənliklər, Əsas anlayışlar, İkitərtibli diferensial tənliklərin intqerallanan növləri, Sabit əmsallı ikitərtibli xətti bircins və bircins olmayan diferensial tənliklər, Sadə ikitərtibli diferensial tənliklər mövzularına dair mühazirə mətnləri toplanmışdır.

Yükləməyə Keç [1,55 Mb] [ : 1075] –>

Riyaziyyat müəllimləri üçün resurs bazası

Bloqu yaratmaqda məqsəd riyaziyyat müəllimlərinin daim istifadə edəcəyi resurs bazasını yaratmaqdır.

text

Riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat sahəsində son yeniliklər, sİniflər üzrə summativ testlər, açıq dərs nümunələri, dərs icmalları, abituriyent hazırlığı ilə bağlı materiallar və s. sayta yerləşdirilir.

Ana səhifə

  • Ana səhifə
  • Fayllar
  • Metodiki tövsiyələr(yeni)
  • Praktik riyaziyyat
  • İş vərəqləri
  • E-RESURSLAR
  • Videolar
  • _İnteraktiv tapşırıqlar
  • Müasir innovasiyalar
  • Faydalı saytlar
  • Peşə fəaliyyətim
  • Təlim üsulları
  • Kurikulum
  • Məntiq
  • Olimpiada sualları
  • Buraxılış imtahanı
  • Riyaziyyatçı alimlər
  • Riyazi-tarix
  • Əlaqə
  • test
  • Geogebra
  • Qrant layihə 2018
  • ONLİNE SINAQLAR

01.11.2016

2016-2017-ci tədris ilində şagirdlərin biliyinin qiymətləndirilməsində yenilik

Bu tədris ilindən şagirdlər attestatlarını yeni qaydalarla alacaqlar

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyadan verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.

Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcək. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası ötən ilin sonlarında “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik etmişdi. Bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edirdi. Həmin sənədə əsasən, ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.
Onu da deyək ki, sözügedən dəyişikliyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişiklikdən sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal nəzərdə tutulub.
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən veriblər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər.
Yeri gəlmişkən, təhsil sahəsində şagirdlərin biliyinin qiymətləndirilməsində tətbiq olunacaq yeniliklər bununla bitməyəcək. Belə ki, təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə şagirdlərin biliyinin 9-cu sinifdən də əvvəlki siniflərdə yoxlanılması üçün imtahanların keçirilməsi məqsədilə müvafiq şöbələrə tapşırıq verib. Bu barədə təhsil naziri Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir: “Bunun üçün 9-cu sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu bizə daha çox imkan verərdi ki, təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirək və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edək. Hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq şöbələri bununla bağlı layihə hazırlayıb təqdim etməlidir”.
Xatırladaq ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimat var. Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları” və 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir. Burada göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır. Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

Comments are closed, but trackbacks and pingbacks are open.