Press "Enter" to skip to content

Azərbaycan xalq musiqisinin əsasları

НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ

Üzeyir Hacıbəyov — müasir Azərbaycan musiqi sənətinin banisi

Üzeyir Hacıbəyov — görkəmli Azərbaycan və sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. O, müasir Azərbaycan professional müsiqi sənətinin banisi, milli bəstəkarlıq məktəbinin, ilk musiqili teatrın…müəssisidir. Şərqdə ilk opera da onun sayəsində yaranmışdır. O, bütün Azərbaycan xalqının tarix və mədəniyyətində əbədi yaşayacaq.

Maestronun həyat və yaradıcılığı

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885 ildə Ağcabədidə anadan olmuşdur. 13 yaşında o, artıq «Leyli və Мəcnun» teatr tamaşasının müşayiətçi xorunda epizodla çıxış etmişdir.

Üzeyir Hacıbəyov mədrəsə və iki illik rus-tatar məktəbini müvəffəqiyyətlə bitirərək, Gori şəhərində müəllimlər seminariyasına daxil olur. Orada o, tezliklə skripka, violonçel və nəfəsli musiqi alətlərində çalmağı öyrənir. Gələcək bəstəkar böyük Müslüm Maqomayevlə tarixi tanışlıq da məhz orada baş verir.

Hacıbəyov Qori seminariyasında oxuyarkən, həm Azərbaycan, həm də Gürcüstanda məşhur olan adlı-sanlı Terequlovlar nəsli ziyalılarının nümayəndəsi Мəleykə -xanım Теrеqulоva ilə evlənir. Yeri gəlmişkən, onun yaxın dostu Müslüm Maqomayev Мəleykə -xanımın bacısı ilə ailə qurmuşdu. Öz ailəsi olsa da, Hacıbəyov həmişə qohumlarının da qayğısına qalmışdır. Beş bacı uşağının qayğısına qalaraq, onlara hamilik etmiş, lakin təəssüf ki, onun öz uşaqları olmanışdır.

Seminariyadan sonra Üzeyir Hacıbəyov müəllimlik fəaliyyətinə başlamaq qərarına gəlir. Dilləri gözəl bilməsi sayəsində o, «Həyat» qəzetində tərcüməçilik edir və eyni zamanda «İrşad» qəzetində işləyir.

Amma musiqiyə olan həvəs və meyl onu tərk etmir, o, bundan sonra da inkişaf edib bu istiqamətdə irəliləmək istəyirdi. Odur ki, Hacıbəyov Moskvaya getmək qərarına gəlir və orada Moskva filarmoniya cəmiyyəti nəzdində musiqi kurslarına qəbul olur, sonra o, Sankt-Peterburqa köçür ki, orada konservatoriyanı uğurla başa vurur. O, daha sonra nəşr fəaliyyəti ilə məşğul olmaq qərarına gəlir — 1914 – 1918-ci illər arasında «Yeni iqbal» və «Azərbaycan» qəzetlərinə rəhbərlik edir. Eyni zamanda o, Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrollarının təşkili ilə məşğul olur.

Sovet hakimiyyətinin qurulması ilə Üzeyir Hacıbəyov Bakı Zəhmətkeşlər Sovetinin deputatı seçilir. Həmin dövrdə o, Azərbaycan türk musiqi məktəbini yaradır, sonra isə Azərbaycan dövlət konservatoriyasının prorektoru olur. Yaradıcılığa və musiqiyə sevgi, habelə əldə etdiyi səlahiyyətlər Hacıbəyova xalq çalğı alətləri orkestri yaratmaq imkanı verdi.

Bəstəkar bir çox tanınmış bəstəkar və musiqiçilərin müəllimi olmuşdur ki, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova onların arasındadırlar.

7 may 1938-ci ildə Üzeyir Hacıbəyovu kommunist partiyası sıralarına qəbul edirlər. Sonraki il isə SSRİ Bəstəkarlar ittifaqı I qurultayı təşkilat komitəsinin üzvü seçirlər. Hələ uşaqlıqdan hər şeylə maraqlanan Üzeyir musiqi fəaliyyətilə bərabər, elmi fəaliyyətlə mütəmadi məşğul olurdu. Təsadüfi deyil ki, Hacıbəyov lüğətlər, elmi məqalələr, satirik və qəzet məqalələri müəllifidir ki, onların arasında «Siyasi, hüquqi, iqtisadi və hərbi terminlər üzrə «Rus-türk və türk-rus lüğəti» olmaqla yanaşı, «Azərbaycan xalq musiqisinin əsasları» adlı elmi-nəzəri iş də vardır.

Hacıbəyov hələ uşaqlıqdan öz xeyirxahlıq və səmimiliyi ilə seçilirdi və ahıl yaşlarınadək elə belə də qalmışdı. O, yoxsullara məmnuniyyətlə kömək edir, insanları savad öyrənməyə çağırır və xeyriyyəçiliklə məşğul olurdu. Belə ki, 1943-cü ildə tank dəstəsinin yaradılmasına öz şəxsi əmanətindən 25 000 rubl çatdırmışdı. İkinci dünya müharibəsindən sonra onu Azərbaycan SSR Elmlər akademiyası İincəsənət İnstitutunun direktoru təyin etmişlər.

Bununla belə, artıq sinn özünü göstərir, intişar edən diabet isə onun sağlamlığını tamamilə üzürdü. Hacıbəyov Moskvada Kreml xəstəxanasında, Mərdəkan (Bakının qəsəbəsi) Dövlət sanatoriyasında müalicə olunurdu, amma, təəssüf ki, 1948-ci il noyabrın 23-də bəstəkar ürək çatışmazlığından dünyasını dəyişdi. Üzeyir Hacıbəyovun məzarı Bakıda Fəxri Xiyabanda yerləşir.

Dəfndə iştirak etmiş bəstəkar Arif Məlikov belə xatırlayır: «Mənim ölməz Hacıbəyovla ikinci görüşüm onun ölüm günü baş verdi. Dahi tabutda idi və bu dəfə mən onu çox pis görürdüm, gözlərim göz yaşlarından dumanlanıb pərdələnmişdi. Bütün xalq ağlayırdı. Bütün millətlərdən, bütün peşələrdən olan insanlar, kiçik və böyüklər – hamı ağlayırdı. Bu, mərhuma matəm deyil, nəsə tamam başqa bir şey idi…».

Şərqdə ilk opera müəllifi

Üzeyir Hacıbəyov eksperimenti həmişə sevmişdir. Odur ki, öz işlərində qərb və şərq musiqi üslublarını birləşdirmişdir. «Leyli və Məcnun» və « Şeyx Sənan»operası dünyaya belə gəlmişdii. O, muğamı çox sevdiyindən «Rüstəm və Zöhrab», «Şah Abbas və Xurşud Banu», «Əsli və Kərəm», «Qаrun və Leyla» məhz bu üslubda yazılmışdır. Ancaq onun yaradıcılığının kulminasiya nöqtəsi «Koroğlu» operası olmuş, Stalin mükafatına məhz ona görə layiq görülmüşdür. Bu opera onu yalnız SSRİ-də deyil, həmçinin Qərbdə də məşhur etmişdir.

Üzeyir Hacıbəyovun özünün yazdığı kimi: «Mən qarşıma müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə edərək, formaca milli opera yaratmaq vəzifəsını qoymuşam… Koroğlu — aşıqdır və o, aşıqlarla tərənnüm olunacaq, ona görə də operada üstünlük təşkil edən stil aşıq üslubudur… «Koroğlu»da орera əsərinə xas olan bütün elementlər — ariyalar, duetlər, ansambllar, reçitativlər(vokal musiqi əsərinin tərkibinə daxil olan danışıq , mahnıarası danışıq), var, lakin bütün bunlar Azərbaycan musiqi folklorunun yarandığı qayda və üslub əsasında qurulubdur».

Hacıbəyov «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan»ın da daxil olduğu yeddi opera və üç operetta müəllifidir. Yarımçıq qalmış «Firuzə» operası da həmçinin onun yaradıcılığına mənsubdur.

Hacıbəyov, eyni zamanda unikal kamera vokal musiqisi janrı — romans-qəzəl janrının banisidir. «Sənsiz» və «Sevgili canan» əsərləri məhz bu üslubda yaranmışdır.

Müasirləri və ardıcıllarının yaddaşında

Azərbaycanda bu günədək Üzeyir Hacıbəyovu Azərbaycan opera məktəbının banisi hesab edirlər. Azərbaycan Respublikası himninin müəllifidir məhz odur. O, həmçinin Azərbaycan kütləvi mahnıları, instrumental kamera əsərlərinin müəllifidir, İkinci dünya müharibəsi illərində isə, bir sıra vətənpərvərlik kompozsiyaları yaratmışdır ki, onların arasındaki «Vətən və cəbhə»,«Yaxşı yol» və başqaları bu qəbildəndir.

Üzeyir Hacıbəyov həm sağlığında, həm də ölümündən sonra , bir çox mükafatlara layiq görülmüşdür. 2009-cu ildən Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə Beynəlxalq musiqi festivalı keçirilir. Üzeyir Hacıbəyovun ad günü isə, Azərbaycanda Milli musiqi günü kimi qeyd olunur. Qeyd etmək lazımdır ki, 1977-ci ildə Volodarsk tərsanəsində inşa olunmuş teploxoda Üzeyir Hacıbəyovun adı verilmişdir. Bundan başqa, Azərbaycan SSR Dövlət mükafatı Üzeyir adını daşıyır. Azərbaycan Dövlət simfonik orkestri, eləcə də Azərbaycanda mədəniyyət sahəsindəki xidmətlərə görə təsis olunan Dövlət mükafatı indiyə qədər onun adını daşımaqda davam edir.

1956 və 1960-cı illərdə Bakıda Üzeyir Hacıbəyova abidələri ucaldılmışdır. 1975-ci ildə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyi açılmışdır. 1981-ci ildə tanınmış Azərbaycan yazıçı-dramaturqu Anar Rzayevin rejissorluğu altında Üzeyir Hacıbəyovun həyatı haqqında — «Uzun ömrün akkordları» bədii filmi çəkilmişdir. 2006-cı ildə Vyanada, 2011-ci ildə isə Novi-Sad serb şəhərində bəstəkarın büstü açılmışdır. O, həmçinin Azərbaycan SSR və SSRİ-nin xalq artisti adına, «Koroğlu» operası və «Arşın mal alan» filminin musiqisi üçün ikinci dərəcəli Stalin mükafatına layiq görülmüşdür. Lenin və Qırmızı Əmək Bayrağı ordenləri, eləcə də çoxsaylı medallarla təltif olunmuşdur.

Bir çox tanınmış bəstəkarlar Hacıbəyovun yaradıcılığına dəfələrlə heyran olmuşlar. Gürcü musiqişünas və tənqidçisi Şalva Аslanişvili bəstəkar haqqında öz fikrini belə açıqlayır: «Üzeyirbəy Hacıbəyov sovet musiqi tarixində öz fərdi yerini tutmuş, öz yolunu tapmış, öz musiqi-məntiqi və semantik musiqi sistemini işləyib hazırlamışdır. Üzeyirbəy Hacıbəyovun musiqisi — bu, qeyri-adi güclü hisslər, mühüm və mənalı fikirlər, yüksək ideyalar musiqisidir. O, daim mərdlik, iradə, ruhun coşğunluğu və enilməzliyindən danışır».

Görkəmli Azərbaycan bəstəkarı, Hacıbəyovun şagirdi Fikrət Əmirov deyir: «Ölməz sənətkar, bütöv bir Azərbaycan professional musiqi məktəbinin yaradıçısı Üzeyirbəy bizi həmişə digər xalqların musiqi mədəniyyətinin müsbət keyfiyyətlərini öyrənməyə, bundan milli musiqi mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində faydalanmağa çağırırdı ».

Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev yazır: «Güclü bəstəkarlıq istedadının qeyri-adi dramaturq səriştəsilə nadir hallarda təsadüf olunan vəhdəti Üzeyir Hacıbəyova öz fikir və ideyalarını parlaq bədii formada ifadə etmək imkanı verirdi. Bu ecazkar musiqi o dövr dinləyicilərinin qəlbi və ruhuna sirayət edən, onlarda ən yaxşı və ülvi hisslər oyadan ən qabaqcıl ideyaların carçısı və təbliğatçısı idi».

Таtyana Ələkbərovа

Azərbaycan xalq musiqisinin əsasları

Azərbaycançılıq və xalq mahnıları

Azərbaycançılıq ideyaları milli varlığımızın ayrılmaz tərkib hissəsi olan xalq mahnıları ilə də sıx bağlı olan ideyadır. Xalq mahnıları Azərbaycan xalq musiqisinin əsas hissəsini təşkil edir və bu musiqi irsi müxtəlif tarixi şəraitdə öz şəklini bu və ya başqa dərəcədə dəyişmiş, formalaşmış və inkişaf etmişdir. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı-onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur. Bədii-estetik gücünə və tez qavranılmasına görə xalq mahnıları ən geniş yayılmış bir janrdır. Mahnı sözü müxtəlif dövrlərdə dilimizdə saya, soy, nəğmə, hava, şərqi kimi ifadə olunmuşdur.

R.İsmayılzadə yazır ki, Azərbaycan xalq mahnıları rəngarəng mövzu və məzmununa, aydın və konkret xüsusiyyətlərinə, eləcə də, ictimai motivlərinə görə bir-birindən fərqlənir. Bu � baxımdan � onları dörd janr qrupuna bölmək olar:

I. Əmək mahnıları,

II. Mərasim mahnıları,

III. Məişət mahnıları,

IV. Tarixi mahnılar.

Qeyd etmək lazımdır ki, bunlar da, öz növbəsində, müxtəlif növlərə ayrılır. Mahnılarda Azərbaycan xalqının əməyə, təbiətə, sevgi, ailə və uşağa münasibəti, ənənə və adətləri, istək və mehribanlığı, igidlik və qəhrəmanlığı tərənnüm olunur.

I. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim janrıdır. Əldə olan qədim nümunələrin təhlili göstərir ki, onlar əsasən iki qrupa � bölünür: � kişi əməyi ilə bağlı olan və qadın əməyi ilə bağlı olan mahnılar.

Xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı mahnıları çoxdur. Maldarlar arasında ən geniş yayılmış sayaçı mahnıları quzulama, qırxım və sağımla əlaqədardır. Əkinçiliklə məşğul olanlar arasında isə ən geniş əmək mahnıları holavarlar � olmuşdur. � Bu mahnılar şumlama, səpin, biçin, döyüm və s. kimi əmək prosesi ilə bağlı olaraq yaranmışdır.

Sayaçı mahnılar, əsasən, maldarların, çobanların nəğməsidir. Bunlarda adətən � maldarlıq həyatının � istər � kişi � və istərsə də qadın əməyi ilə əlaqədar bir çox sahəsi əks olunmuşdur. Rus musiqişünası V.İ.Krivanov 1936-1938-ci illərdə Azərbaycana gəlmiş, musiqi folklorumuzu toplayaraq, onlardan bəzilərini nota salmışdır. �

Qədim mahnı növlərindən biri də əkinçiliklə əlaqədar yaranan əmək mahnılarıdır. Bunlardan ən məşhuru holavarlardır. Holavar cüt sürülən zaman hodaqçı tərəfindən oxunan mahnıdır. Buna qədim holavar mahnıları �Çək şumla yeri� və �Şum nəğməsi� misal ola bilər. R.İsmayılzadə qeyd edir ki, beləliklə, hələ çox qədimlərdən, ibtidai icma quruluşu dövründən belə qabaqlar əmək prosesində yaranmış və izləri bu günə kimi xalq şifahi poeziyasında və musiqi folklorunda qalmış əmək nəğmələri əməkçi xalqın həyatını, onun mübarizəsini, ictimai münasibətlərini, dünyagörüşünü, hiss və həyəcanlarını, istək və arzularını əks etdirir.

II. Mərasim mahnıları da, əmək mahnıları kimi, Azərbaycan xalq mahnı yaradıcılığının qədim növlərindən biridir. Bu mahnılar başlıca olaraq iki qismə bölünür.

1) təsərrüfatla əlaqədar yaranan mərasim mahnıları,

2) ailə və məişətlə əlaqədar yaranan mərasim mahnıları.

Qədim dövrlərdə Azərbaycan xalqının təsərrüfat həyatı ilə əlaqədar bir sıra mərasimlər yaranmışdır ki, bunlar kütləvi mahnı oxumaqla müşayiət olunmuşdur. Belə ənənələrdən və mərasimlərdən ən geniş yayılmışı mövsüm � mərasimləri olmuşdur.

Ailə məişətlə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, � bayram və matəm mahnılarından ibarətdir. Xalqın təsərrüfat həyatı ilə əlaqədar ənənəvi mahnılardan ən qədimi hələ əsatiri mahiyyət daşımayanı �Günəşi dəvət� mərasim nəğməsidir. Qədim Azərbaycanda müqəddəs hesab edilən Günəşin çıxmasını qarşılamaq mərasimləri olmuşdur. Bu mərasim daha çox əsatiri mahiyyət daşıyıb. Müəllif düzgün olaraq göstərir ki, Azərbaycan xalqının istər çox qədimlərə aid olub, hələ əsatiri mahiyyət daşımayan, istərsə də, sonralar xalqın şüurunda əsatiri mahiyyət alıb onun gündəlik həyatı müşayiət edən ənənəvi mövsüm mərasimlərinin və bu mərasimlərdə xalq tərəfində icra olunan mahnıların tədqiqi göstərir ki, bu mahnılar öz poetik məzmununa və melodik quruluşuna görə xalq yaradıcılığının ən qədim növüdür və sonrakı daha inkişaf etmiş musiqi forma və janrları musiqi üslubu cəhətindən öz başlanğıcını buradan götürmüşdür. Qədim mövsüm mərasimlərində oxunan mahnıların poetik mətnlərindən məlum olur ki, bu mahnılar kütləvi şəkildə ifa olunmuş və onların musiqi məzmununu çox təkrar olunan qısa melodiyalar təşkil etmişdir. Bu nəğmələrin mətni üçün isə sadə bəhrli bayatı forması səciyyəvi olmuşdur.

Azərbaycan xalq mahnı yaradıcılığının müəyyən bir hissəsini də matəm mərasimlərində ifa olunan nümunələr təşkil edir. Belə nümunələrə yas mərasimlərində çağırılan ağılar, bayatılar, oxşama və s. ədəbi-musiqi formaları daxildi.

III. Məişət mahnıları Azərbaycan xalq mahnı yaradıcılığının böyük bir hissəsini təşkil edir. Bu mahnılar mətninə, məzmununa, bədii formasına, ifadə etdiyi hisslərə və surətlərinə görə çox müxtəlifdir. Məişət mahnıları 4 növə bölünür; 1. Uşaq mahnıları; 2. Lirik mahnılar; 3. Yumorlu mahnılar; 4. Satiralı mahnılar.

R.İsmayılzadə Azərbaycan məişət mahnılarının rus bəstəkarlarının da diqqətini cəlb etdiyini diqqətə çatdırır. Məşhur rus bəstəkarı M.M.İppolitov-İvanov hələ 1930-cu ildə simfonik orkestr üçün yazdığı �Türk fraqmentləri� əsərində ninni melodiyasından, bir mövzu kimi istifadə etmişdir ki, bunun da əsasını loq-deyişmə şəklində ifa olunan mahnılar təşkil edir. Musiqi folklorunun bu gözəl inciləri-dialoq mahnılar müxtəlif məzmunlu olduğu kimi, müxtəlif surətlər tərəfindən də ifa olunur. Burada, adətən, sevgi və öyüd-nəsihət məzmunlu mahnılara rast � gəlirik � ki, onlar ana ilə qız, ata ilə, qız, nişanlı oğlanla qız � arasında ifa olunur. Yüngül yumor, səmimiyyət, zərif lirika bu mahnılar üçün səciyyəvidir. � (�Getmə bulaq başına�, �Dəsmal�, �Qızım� və s.).

Azərbaycan milli ideyası ilə bağlı olanı daha çox tarixi mahnılardır. Tarixi mahnılar içərisində qəhrəmanlıq mahnıları əsas yer tutur. Bu cəhətdən də R.İsmayılzadənin fikirləri maraq doğurur: �IV. Tarixi mahnılar. Azərbaycan xalq mahnı irsinin bir hissəsini hələ qədim dövrlərdən yaranmağa başlamış tarixi mahnılar təşkil edir. Bunlar xalqın həyatında baş vermiş hər hansı tarixi hadisəyə və ya ölkənin ictimai-siyasi həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Bu mahnılarda başlıca olaraq xalqın xarakteri, vətən məhəbbəti, qəsbkarlara qarşı amansızlıq, müstəqillik, səmimilik kimi xüsusiyyətləri əks olunmuşdur.

Qəhrəmanlıq mahnıları da öz poetik və musiqi məzmununa, ifa üslubuna görə iki qrupa bölünür: birincisi, şifahi xalq poeziyasında, aşıq musiqisində öz gözəl əksini tapmış xalq qəhrəmanı Koroğlu və onun �dəlilərinə� həsr olunmuş aşıq mahnıları, ikincisi isə X1X əsrin � ikinci yarısında yerli feodalların, bəy və xanların ağır zülmünə qarşı Azərbaycanda başlamış olan kəndli hərəkatına, onun başçılarına, xalq intiqamçıları qaçaqlara həsr olunmuş mahnılardır.

Koroğlu haqqında tam bir silsilə təşkil edən qəhrəmanlıq mahnılarında onun özü ilə bərabər sevgilisi Nigarın, mübariz yoldaşları dəlilərin məişəti və � mübarizəsi, Qıratın vəfa və sədaqəti əks olunur. �Koroğlunun təlimi� mahnısında Koroğlunun öz elindən-obasından, Nigardan və dəlilərindən ayrı düşməsi lirik musiqi dili ilə tərənnüm edilir. Mahnıda Koroğlu göydə uçan durnalara müraciət edərək onlardan el-obası, Nigar və dəliləri haqqında soraq istəyir. �Koroğlunun atlandırılması� mahnısında Koroğlu Qıratı tərifləyib, vuruş meydanında özünə möhkəm arxa olmasından bəhs edir.

�Koroğlu əfşarısı� mahnısında isə Koroğlu dəlilərə müraciət edərək, onları düşmənlə mübarizəyə çağırır. Aşıqlar tərəfindən əsrlərdən bəri ifa olunaraq şifahi halda nəsildən-nəslə keçən qəhrəmanlıq mahnıları silsiləsinə �Qaytarma Koroğlu�, �Cəngi Koroğlu�, �Koroğlunun zil qaytağısı�, �Döşəmə Koroğlu�, �Atlı Koroğlu�, �Piyada Koroğlu�, �Koroğlunun cəngisi�, �Koroğlunun sürütməsi�, �Koroğlunun Çənlibeli� və s. kimi aşıq mahnıları daxildir. Bütün bu mahnılarda Koroğlu cəsur döyüşçü, bacarıqlı sərkərdə, gözəl aşıq və nəğməkar kimi göstərilir.

Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Bozalqanlı Tanrıverdi, Dəli Alı, Qaçaq Qorxmaz, Qaçaq İsmayıl və başqaları X?X əsr kəndli hərəkatının fədakar başçılarındandır. Xalq şifahi ədəbiyyatında, mahnı və musiqisində bu qəhrəmanlar haqqında bir çox dastan və mahnılar yaranmışdır. �Gedən gəlmədi� xalq mahnısında isə amansız xanlarla mübarizənin ağırlığı tərənnüm olunur.

Qaçaq Kərəm haqqında xanəndə və aşıqlar müxtəlif poetik və musiqi formalı başqa mahnılar da qoşmuşlar ki, bunlardan �Qaçaq Kərəm�, �Kərəmxan sərtib� müxəmməslərini misal göstərmək olar. Azərbaycan xalq mahnıları Azərbaycan bəstəkarlarının diqqətini cəlb etmişdir�.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov 1945-ci ildə �Azərbaycan xalq musiqisinin əsasları� adlı fundamental əsər yazmış, not yazısı S.Rüstəmov, F.Əmirov, T.Quliyev və Bülbülün tərtib etdiyi ikicildlik �Azərbaycan xalq mahnıları� 1954 və 1956-cı illərdə nəşr olunmuş 1960-cı ildə M.İsmayılov �Azərbaycan xalq musiqisinin janrları� əsərini, 1960-cı ildə isə D.Məmmədbəyovun tərtib etdiyi �Azərbaycan xalq lirik mahnıları�, Z.Ələkbərov 1966-cı ildə �İgidliyə çağıran musiqi� əsərini, Ə.İsazadə, N.Məmmədov, 1975-ci ildə �Xalq mahnıları və oyun havaları� nəşr olunmuşdur.

Azərbaycan bəstəkarları Fikrət Əmirov �Musiqi aləmində� kitabında mahnının milli və ümumbəşəri ideyalar təlqin etməsinə toxunaraq yazırdı: �Xalqın ən çox sevdiyi, oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri və bəlkə də birincisi mahnıdır. Mahnı adi məişət məsələlərindən tutmuş, ta yüksək humanist, beynəlmiləl, fikirlərə qədər çox geniş bir sahəni, əhatə edə bilən ən demokratik, ən operativ janrdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının bütün milli-mənəvi dəyərləri kimi azərbaycançılığın təcəssümü olan xalq mahnılarının qorunub saxlanması və gələcək nəsilləri keçməsinin qayğısına qalmasıdır. Bu ənənə Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

� Səs.- 2012.- 21 aprel.- S. 14.

Azərbaycan xalq musiqisinin əsasları

AZƏRBAYCAN XALQ MUSİQİSİNİN AKUSTİK XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ YOLLARI

Xülasə: Məqalədə Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» adlı kitabının tədqiqat meyarları əsasında süni intellektin yaranmasına diqqət ayrılıb. Müasir informasiya texnologiyalarının, kompüter proqram metod-larının tətbiqi qarşıya qoyulan bu məqsədi gerçəkləşdirmək üçün böyük imkanlar açır. Səslənmənin real və fiziki xüsusiyyətləri arasındakı əlaqələri müəyyən etmək üçün ixtisaslaşdırılmış cədvəllərin təkmilləşdirilməsi tələb olunur. Bu metod gələcəkdə kompüter proqram metodlarının emalında əsaslı nəticələrin əldə edilməsi üçün nəzərdə tutulub.

Açar sözlər: akustika, Azərbaycan xalq musiqisi, ekspert sistemi, meyarlar, təhlil

Məlum olduğu kimi, musiqi səslənməsinin akustik baxımdan tədqiqi qədim tarixə malikdir. Belə ki, əvvəllər insanın eşitmə sistemi vasitəsilə aparılan ekspert təhlili, sonralar alman fiziki H. Helmhols (1821-1894) həcm rezonatorları vasitəsilə, daha sonralar səsyazma avadanlığından istifadə etməklə elektrik süzgəclərinin tətbiqi ilə və digər spektral təhlil qurğularından istifadə etməklə aparılıb. Hal-hazırda isə bu tədqiqatın aparılması üçün kompüter universal alət hesab olunur və bütün bunların həyata keçirilməsi üçün müasir informasiya texnologiyaları mövcuddur.

Yeni-yeni texniki vasitələrin meydana gəlməsi səs informasiyasının analizi zamanı daha çox parametrlərlə zəngin səslənmə nümunələrini tədqiqata cəlb etməyə imkan verir, yəni tədqiqatın informativliyini artırır. Səsyazma avadanlığı yazılmış fonoqramın dəfələrlə dinlənilməsinə imkan verir. Bu da tədqiqatçıya əsərin müxtəliv ifalarını yaxşı müqayisə edib fərqləndirmək və qiymətləndirmək üçün şərait yaradır. Səs tezliklərinin təhlilində texniki vasitələrdən (məsələn, əvvəllər tənzimlənən elektrik süzgəcindən və yaxud xüsusi spektr analizatorlarından, hal-hazırda isə kompüter texnologiyalarından) istifadə olunması, səslənmənin fiziki xasiyyət-naməsini daha dəqiq, hərtərəfli və obyektiv ölçməyə imkan verir və belə cihazların və qurğuların meydana gəlməsi, tədqiqatın yeni metodlarının yaranmasına gətirib çıxarmışdır (5;6;7).

Musiqiçilər, musiqişünaslar və pedaqoqların musiqi əsərinin ifasını professional şəkildə qavraması üçün ilk növbədə səslənmənin analizi nəticəsində bu və ya digər xarakterli obyektiv informasiya əldə olunmalıdır. Məsələn, akademik musiqi əsərlərinin səslənməsinin təhlili zamanı musiqişünasları, onlara çoxdan məlum olan əsərin ifa xüsusiyyətləri daha çox maraqlandırır. Musiqiçi-tələbələrin ifasını bir neçə dəfə dinlədikdən sonra pedaqoq ifadakı fərdi xüsusiyyətlərin mövcudluğunu müəyyənləşdirir (8; 9).

Azərbaycan xalq musiqisinin, folklorun təhlilində əsas məqsədlərdən biri səs yüksəkliyi üzrə tədqiqatın aparılması, habelə temporitmik şəklin, dinamik cizgi-lərin, tembrin və digər başqa xarakteristikaların təyin olunmasından ibarətdir (2; 3; 4).

Kompüter texnikasının, müasir texniki avadanlıqların və informasiya texnologiyalarının tətbiqi ilə akustik tədqiqatların ən müasir akustik səs udma kameralarında aparılmasını Azərbaycan xalq musiqisinin, habelə müasir və qədim milli musiqi alətlərimizin, həmçinin ayrı-ayrı ifaçılarımızın ifa xüsusiyyətlərinin daha da dərindən və obyektiv öyrənilməsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək olar. Tədqiqatın daha obyektiv və səmərəli sayıla bilən informasiya texnologiyalarının tətbiqi ilə kompüter metodlarına keçilməsi üçün hər şeydən əvvəl, səslənmənin keyfiyyət xarakteristikaları ilə fiziki kəmiyyət xarakteristikaları arasındakı münasibət müəyyənləşdirilməlidir. Bu sahədə əsas problematik məsələlərdən biri ondan ibarətdir ki, qiymətləndirilmə meyarları və parametrləri musiqişünaslar tərəfindən hələ dəqiq müəyyən olunmamışdır (10; 11; 12). Odur ki, səslənmənin musiqişünaslar tərəfindən qiymətləndirilməsinin mexanizmi, əsas meyarları tezliklə müəyyənləşdirilməli, bir cədvəl şəklində və müvafiq ballarla dəyərləndirilərək işlənib hazırlanmalıdır. Bu zaman musiqi əsərlərinin bədii analizi, hətta musiqi ifaçılığının da bədii xüsusiyyətləri ölçülə bilən fiziki kəmiyyətlər, parametrlər, xarakteristikalar və s. vasitəsilə ifadə olunmalıdır. Bundan sonra isə bu cədvəldəki meyarlara uyğun gələn akustik xarakteristikalar (səs rəqslərinin xarakteristikaları) tədqiqat işləri vasitəsilə müəyyənləşdirilməlidir.

Azərbaycan xalq musiqisinin akustik xüsusiyyətlərini tədqiq edərkən, bu musiqinin özünəməxsusluğu nəzərə alınmalıdır. Azərbaycan xalq mahnıları, təsniflər və rənglər əsasən muğam məqamlarında bəstələnib. Akustik baxımdan muğamlarımızın şöbələri məqamdaxili gəzişmələrdən ibarət olan tonal musiqidir, yəni Üzeyir Hacıbəylinin təbiri ilə desək, “teorem və postulatlar” daxilində inkişaf edir. Burada da gəzişmələr Azərbaycan musiqisinin qanunları çərçivəsində sərbəstdir. Daha dəqiqi, melodik quruluşdakı səs yüksəkliyi qanunlarının, həmçinin səs yüksəkliyinin metroritmik və digər musiqi parametrləri ilə qarşılıqlı əlaqəsinin araşdırmalar vasitəsilə aşkar olunması mühüm əhəmiyyət kəsb edir. Bu da öz növbəsində milli musiqimizdəki melodik xəttin formasını xarakterizə edən anlayışlar sisteminin dəqiqləşdirilməsinə imkan vermiş olacaq (1; 10; 11;12). Məqamların müxtəlif pillələrinin də özünəməxsus funksiyaları var və melodik hərəkət kontekstində hər bir pillənin tonal funksiyalarının aşkarlanması, hərəkətin üstünlükləri və pillənin məqamdakı əhəmiyyətinin müəyyənləşdirilməsi üçün olduqca zəruridir.

Təqdim etdiyimiz tədqiqat işlərinin nəticələrindən istifadə edərək, Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərində göstərilən məhdudiyyət və qaydaları (“teorem və postulatları”) özündə əks etdirən bir analiz proqramının, yəni ekspert sisteminin hazırlanması, milli musiqimiz haqqında keyfiyyətcə yeni-yeni biliklərin əldə olunmasına imkan verəcəkdir. Ekspert sistemi –problemlərin həllində mütəxəssis-eksperti müəyyən qədər əvəz edə bilən bir kompüter proqramıdır. Ekspert sistemi də insan-ekspert kimi biliklərə əsaslanır. Bu biliklər isə bilik bazası şəklində kompüterin və ya proqramın özünün yaddaşında yerləşdirilir və buraya da istənilən vaxt əlavələr və dəyişikliklər edilə bilər. Ekspert sistemi məsləhətlər verə, təhlil və müqayisələr apara, eləcə də diaqnozlar, proqnozlar və s. verə bilir. Bizim tanıdığımız bir çox kompüter proqramlarından fərqli olaraq, ekspert sistemləri konkret bir sahəyə istiqamətlənir. Məsələn, tibbi diaqnostikada, planlaşdırmada, interpretasiyada (monitorinq nəticəsində qərar qəbul etmə və konkret qiymətləndirmə), nəzarətetmə, tənzimləmə və idarəetmədə, mexaniki və elektrik avadanlıqlarında və maşınlardakı çatışmamazlıqların və nasazlıqların diaqnos-tikasında, təlim prosesində və s. sahələrdə geniş istifadə olunur (10; 11; 12).

Hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi akustikası” elmi laboratoriyasında professor G.A.Abdullazadənin təşəbbüsü ilə musiqi analizi edə bilən belə bir ekspert sisteminin, yəni süni intellekt proqramının hazırlanmasına başlanılması nəzərdə tutulur. Bu isə göstərilən problemlərin həllində ilk addım olacaq. İstənilən bir musiqi əsərinin fayllarını (yəni giriş verilənlərini) bu proqrama daxil etməklə və proqrama müxtəlif əmrlər (analiz etmə, müqayisə etmə, qiymətləndirməvə s. əmrlər) verməklə, bu musiqi əsərinin, Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərində göstərilən məhdudiyyət və qaydalara (“teorem və postulatlara”) uyğun olub-olmaması müəyyənləşdiriləcəkdir.

Ekspert sisteminin strukturunu göstərən blok-sxemi təxmini olaraq aşağıdakı kimi göstərmək olar.

Ekspert sisteminin struktur sxemi

Burada, ekspert – musiqi sahəsində mükəmməl biliyə, böyük təcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssislərdir.

Bilik bazası (BB) – problemin həllini əks etdirən faktlardan, qaydalardan, meyarlardan və kriteriyalardan (“teorem və postulatlardan”) ibarətdir. Bunlar isə biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunur.

Verilənlər bazası bloku – həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazım olan giriş və aralıq verilənlərindən ibarətdir.

Nəticəçıxarma mexanizmi – verilənlərin bazasındakı giriş verilənlərindən və BB-dəki biliklərdən istifadə edərək elə bir qayda seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun olan həlli tapılır.

İzah mexanizmi – sistemdə həllin tapılması ardıcıllığını, sistemdən istifadə olunma qaydasını izah edir.

Aralıq mexanizm – istifadəçi ilə sistem arasında münasibət təşkil edir.

Belə bir proqramın hazırlanması əsasən musiqi analizində, musiqi səslənməsinin və ifaçılığın qiymətləndirilməsində, musiqinin insan orqanizminə təsirinin elmi əsaslarla və daha da dərindən öyrənilməsində yeni bir dövrün başlanğıcı deməkdir. Həmçinin, internet vasitəsilə milli musiqimizə edilən hücumların qarşısını almaqda və musiqi mədəniyyətimizin düşmənlərinə layiqli və operativ cavab vermək üçün internetdəki Azərbaycan saytlarına, o cümlədən “Wikipedia” internet ensiklopediyasının Azərbaycan administratorluğuna və digər qurumlara müəyyən köməklik göstərmiş olacaq, gələcəkdə isə daha da mükəmməl ekspert biliklərinə əsaslanan, təkmilləşdirilmiş bir bilik bazasına malik ekspert sistemlərinin yaradılması yolunda ilk addımlardan biri olacaqdır.

ƏDƏBİYYAT:

  1. Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Apostrof, 2010, 154 s.
  2. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu, 2002, 454 s.
  3. Способин И.В. Елементарная теория музыки. : Музыка,1964, 204 s.
  4. Kərimov M.T. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009, 184 s.
  5. Kərimov M.T. İsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 1-ci hissə. Musiqi akustikası. Ali və orta ixtisas məktəbləri üçün dərs vəsaiti. B.: Letterpress, 2009, 361 s.
  6. Kərimov M.T. İsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 2-ci hissə. Elektroakustika və müasir elektron musiqi texnikası elementləri. Ali və orta ixtisas məktəbləri üçün dərs vəsaiti. B.: Elm və Təhsil, 2010, 184 s.
  7. Kərimov M.T. İsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 3-cü hissə. Kompüter texnologiyalarının musiqi yaradıcılığına tətbiqi, Ali və orta ixtisas məktəbləri üçün dərs vəsaiti. B.: Elm və Təhsil, 2010,184 s.
  8. Гарбузов Н.А. Зонная природа звуковысотного слуха. М., Л.: Изд-во АН СССР, 1948, 86 s.
  9. Гарбузов Н.А. Зонная природа темпа и ритма. М.: Изд-во АН СССР, 1950, 76 s.
  10. Гаскаров Д.Б. Интеллектуальные информационные системы. М.: Высшая школа, 2003, 364 s.
  11. Убейко В.Н. Экспертные системы. М.: МАИ, 2005, 248 s.
  12. Ясницкий Л.Н. Введение в искусственный интеллект. М.: Академия, 2005, 176 s.

Старший научный сотрудник БМА имени Узеира Гаджибейли

НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ

Статья посвящаетсяк применению экспертных систем в проведении исследований и анализа акустических свойств, а также в решении задач по проведению экспертизы азербайджанской народной музыки.

В статье указывается, что создание искусственного интеллекта производится на основании критерий, указанных Узеиром Гаджибековым в его книге «Основы азербайджанской народной музыки».

Для проведения исследований на основе современных информационных технологий с применением компьютерных программных методов, которые являются более объективными, совершенствованными и эффективными методами исследований, необходимо разработка специализированных таблиц по определению соотношений между «реальными характеристиками» звучания и «характеристиками физических величин», к которым в дальнейшем имеется возможность применения компьютерных программных методов обработки для получения необходимых результатов.

Ключевые слова: акустика, экспертная система, Азербайджанская народная музыка, критерии, анализ

Senior researcher of BMA named after Uzeyir Hajibeyli

SOME AREAS OF RESEARCH AND ANALYSIS OF ACOUSTIC PROPERTIES OF AZERBAIJAN FOLK MUSIC

Summary: This article is devoted to application of expert systems while holding research and analysis of acoustic properties, as well as solving problems relevant for the conduct of examination of Azerbaijani folk music.

The article points out that the creation of artificial intelligence is based on the criteria specified by Uzeyir Hajibeyov in his book «Foundations of Azerbaijan folk music».

For conduct of research on the basis of modern information technologies using computer software methods that represent a more objective, improved and effective method for research, it is necessary to develop specialized tables for the purpose of determining the correlations between the «real characteristics» of the sound and respectively the «characteristics of physical quantities», to which it is possible to further apply computer software processing for obtaining the desired results.

Key words: acoustics, expert system, Azerbaijani folk music, criteria, analysis

Rəyçilər:

professor, pedaqoji elmlər doktoru Oqtay Rəcəbov;

professor, fəlsəfə üzrə elmlər doktoru Gülnaz Abdullazadə

Mövzuya uyğun

  • 22.07.2016 — İsayev Zeynal

Похожие статьи

  • Azərbaycan xalq musiqi yaradıcıllığı

    Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan xalq yaradıcıllığı

    Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…

  • Azərbaycan respublikasının mustəqilliyinin əsasları

    AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSASLARI Qanun qəbul olunduğu kündən qüvvəyə minir. Azərbaycan respublikasının mustəqilliyinin əsasları Azərbaycan Respublikası Ali…

  • Azərbaycan şifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir….

Comments are closed, but trackbacks and pingbacks are open.