Sual 42. Qədim Roma natiqlik m
nəticəsini əsas götürərək belə bir qənaətə gəlirik ki, nitq uzun əsrlərin məhsulu olduğu
Natiqlik sənəti
5. Nitqə əvvəlcədən hazırlıqlı olmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqlik sənəti qədim tarixə malikdir. Qədim dünyanın, xüsusən antik dövrün yetirdiyi görkəmli natiqlər bu sənətlə dərindən məşğul olmuş, tam bir elmi -nəzəri sistem hazırlamışlar. Platon, Aristotel …. antik dövrün ən görkəmli natiqləri olmuşlar.
Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmişdir.
Natiqliyin bir neçə sahəsi var;
- Bədii natiqlik
- Akademik natiqlik
- Siyasi natiqlik
- İnzibati- idarə natiqliyi
- İşgüzar natiqlik
Natiqlik sənətinin mühüm şərtlərindən biri də jestlər və mimikadir.
Jestlərdən nitqin intonasiyasına, ritminə uyğun şəkildə istifadə edilir. Jestlər nitqin təsirliliyini artırır, onu emosionallaşdırır.
Yerli- yersiz əl-qol hərəkətlərindən istifadə etmək nitqin təsirliliyini artırmaq əvəzinə, azalda bilər.
Bütün natiqlər eyni bir jest formasından istifadə edə bilməz. Hər bir natiqin özünəməxsus jest üslubu var.
Nitq prosesi zamanı üz əzələlərinin mənalı hərəkəti (təəccüb, narazılıq, ehtiram, sevinc və s. müxtəlif emosiyalar ifadə etməsi) mimika adlanır.
Danışarkən üzü hərəkətsiz saxlamaq mümkün deyil, əlbəttə ki, mimika nitqi aydın başa düşməkdə mühüm rol oynayır.
Mimikanın köməkliyi ilə natiq öz nitqinə müəyyən emosionallıq bəxş edir, nitqinə müəyyən çalarlar gətirir.
Jestlə mimika vahid psixofizioloji akt olub, mükəmməl nitqdə bir – birini tamamlayır. Şifahi ədəbi dili bunlarsız təsəvvür etmək mümkün deyil.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Sual 42. Qədim Roma natiqlik m
«Kim Demosfen kimi olmaq istəmirsə, o, natiq deyil» fikrini irəli sürmüşdür.
Demosfen bu şan-şöhrətə birdən-birə gəlib çatmamışdı. Bu, uzun illərin, gərgin
zəhmətin, mübarizə və mətin iradənin hesabına başa gəlmişdi. Həyata fiziki cəhətdən
qüsurlu gələn Demosfen (o, çox əsəbiymiş, «r» səsini düzgün tələffüz edə bilmirmiş,
danışan zaman çiynini çəkirmiş və s.), ilk növbədə, bu qüsurları aradan qaldırır. O,
dəniz qırağına gedir, ağzına xırda daşlar alıb, gur səslə nitq söyləyir. Çox çəkmir ki,
onun nisbətən yekə dili normal hala düşür və pəltəkliyi aradan qalxır. Sonra özündən
hündür olan yerdə qılınc asır və çiyni üzərində saxlayır. Çiynini atdığı zaman qılınca
toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dostu
Satirin məsləhəti ilə səs tembrindən, intonasiyadan düzgün istifadə Demosfenə uğur
gətirir. Əvvəllər qışqıra-qışqıra danışıb özünü yoran, hətta nitqi yarımçıq qalan,
istehzalara, lağlağı gülüşlərə məruz qalan Demosfen inadkarlığı sayəsində gözəl bir
natiqə çevrilir. lk qələbəsini qohumları üzərində qazanan Demosfen beş dəfə nitq
söyləyir. Bu zaman ona məşhur loqoqraf sey yaxından köməklik göstərir. Atasının var-
dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədaləti bərpa edir. Var-
dövləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə
həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa çalışır. Ömrünün qırx iki ilini
bu sənətə həsr edir. Böyük nailiyyətlər əldə edir. Natiqliyin tələblərindən irəli gələn
prinsipləri əsas götürən Demosfen onlara ciddi əməl edirdi. Bu tələblər aşağıdakılardır:
1) Materialın toplanması;
2) Məzmun və formaya uyğun plan tərtib edilməsi;
3) Ardıcıllığın gözlənilməsi;
4) Üslubi çalarların işlənməsi;
5) Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrlərindən düzgün istifadə
Demosfen bütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmiş və nitqini
Sual 44. Az ərbaycan natiqlik sənəti haqqinda nə bilirsiniz?
Azərbaycan natiqlik sənəti uzun bir yol keçərək günümüzə gəlib çatmışdır.
Məlumdur ki, dil varsa, ünsiyyət varsa, deməli, nitq də var. Lakin nitq hələ natiqlik
deyil. Ona görə fikrimizi əsaslandırmaq üçün əlimizdə tutarlı mənbə canlı, emosional
yaradıcılıq olan şifahi xalq ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatının müxtəlif janr
xüsusiyyətləri var. Bu növlərdə nitq, natiqlik sənəti haqqında deyilən atalar sözləri,
kəlamlar, zərbi-məsəllər diqqətimizi cəlb edir. Məsələn, «Söz yarası qılınc yarasından
betər olar», «Sözün doğrusu zəhərdən acı olar», «Söz qanadlı quşdur», «Söz sözü
çəkər», «Sözün düzü», «Söz insanın zinətidir», «Nə qədər ki, söz ağzından çıxmayıb, o
sənin qulundur, söz ağzından çıxandan sonra sən onun qulusan», «Söz baldan şirindir»,
«Düz söz zəhərdən acı olar», «Söz qılıncdan pis kəsər», «Söz yarası, gor yarası»,
«Sözünü bilməyən, qədrini bilməz», «Danışmaq gümüşdürsə, susmaq qızıldır» və s.
misallardan göründüyü kimi, belə kəlamlar insanların dil qabiliyyətlərinin
yüksəlməsinə, fikrin təsirliliyinə müəyyən qədər xidmət edir. Şifahi xalq ədəbiyyatının
bütün növlərində söz haqqında, sözün ecazkar qüvvəsi haqqında müəyyən fikirlərə rast
gəlirik. Şübhəsiz ki, bu da nitqin təsir qüvvəsini artırır. Apardığımız tədqiqatın
nəticəsini əsas götürərək belə bir qənaətə gəlirik ki, nitq uzun əsrlərin məhsulu olduğu
üçün natiqlik sənəti də birdən-birə yaranmamışdır. Bəzi alimlər bu sənətin
yaranmasında tək-tək şəxsiyyətlərin rolunu yüksəldib, natiqliyi onların adı ilə
bağlamağa çalışırlar. Əslində bu sənət var, sadəcə olaraq, onu bir çərçivəyə, qəlibə
salıb, müstəqil elm kimi təbliğ etmək lazımdır. Şifahi xalq ədəbiyyatının formalaşdığı
gündən bu günümüzə qədər nitq mədəniyyəti inkişaf etmiş və etməkdədir. Söz sənətinin
inkişaf etdirilməsi isə şübhəsiz ki, bu sahədə çalışan aşıqların, şairlərin, yazıçıların,
dilçilərin, ədəbiyyatçıların, aktyorların, müəllimlərin, özünə hörmət edən hər bir kəsin
vicdani borcudur. Xalq arasında zərbi-məsələ çevrilən «Sözünü bilməyən, özünü
bilməz» kəlamı «ağır otur, batman gəl» fikrini tamamlayır. Müxtəlif dövrlərdə hakim
mövqe tutan şəxsiyyətlər haqqında yazılan mədhiyyələr təmtərağı ilə seçilirdi. Məsələn,
Cavanşirin vəfatı münasibəti ilə Dəvdəkin yazdığı “Böyük Cavanşirin ölümünə ağı»
adlı mərsiyədə onun igidliyi ilə yanaşı, natiqlik bacarığı da əks etdirilir:
Qollarına toplasa da min igidin qüvvətini,
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.
Danışarkən, dodağından mirvarilər saçılardı,
xlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.
Göründüyü kimi, müəllif son beytdə onun gözəl natiq olduğunu qeyd edir.
Söz yaradıcılığında mühüm rol oynayan aşıqlar da dilimizin zənginləşməsinə
(qədim dövrlərdə onlara ozan, yanşaq da deyiblər) əvəzsiz xidmət ediblər. Nağılların və
dastanların yaranmasında, ifa olunmasında aşıqlar əsas sima kimi həmişə ön cərgədə
olmuşlar. «Kitabi-Dədə-Qorqud» dastanlarından tutmuş bu günümüzə qədər yaranan
dastanların hamısını məhz aşıqlar meydana gətirmişdir. Bu dastanların özündə də qeyd
olunur: Məsələn, «Dədə Qorqud» dastanlarında «Bir söz dəxi söylədi, görəlim xanım nə
söylədi» ifadəsi işlənir. Yaxud hər boyun sonunda «Dədəm Qorqud boy boyladı, söy
söylədi» ifadəsi işlənir. Yeri gəlmişkən onu da qeyd edək ki, soy sözü bir neçə mənanı
ifadə edir. «Kitabi-Dədə Qorqud» dastanlarının dilində bu söz həm «şeir», həm də
«söyləmək» mənalarını ifadə edir. Bəzi dialektlərdə «söz» mənasında «sözdən, sovdan
varsa, xəbər edim», bəzilərində «atalar sözü» mənasında, şifahi xalq ədəbiyyatında isə
«nəğmə» mənasında işlənir. Məlumdur ki, hər bir dövrün, ictimai-iqtisadi formasiyanın
öz xüsusiyyəti ilə yanaşı, onun öz mədəniyyəti, ədəbiyyatı, elm və incəsənəti də inkişaf
edir. Hər dövrün öz lideri olmaqla yanaşı, onun öz ətrafına topladığı həmfikirləri də
olur. Əgər belə adamlar xalqı arxasınca apara bilirsə, nitq söyləyirsə, deməli, natiqlik
sənəti də xalqın ictimai-siyasi həyatı ilə bərabər inkişaf edir. O adamın ki, adı tarixə
düşüb, deməli, dövrünün məşhur, sayılan şəxsiyyətlərindən biri olub. Məsələn, Alban –
Aran dövlətinin hökmdarı, məşhur sərkərdə Cavanşir, şair Dəvdək, (onun adı Davdağ
kimi də yazılır), Cavidan, Babək, Xətib Təbrizi, Xaqani, Fələki, Nizami, Nəsimi, Nəimi,
Xətai, Füzuli, M.F.Axundov, Bakıxanov, S.Ə.Şirvani, Sabir və b. XX əsrin əvvəllərində
yetişən inqilabi natiqlər: N.Nərimanov, Məşədi Əzizbəyov, Məmmədyarov, cənubda
S.C.Pişəvəri, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Birya, Rahim Qazi,
Cahanbəxş və başqaları. Sovet dövründə S.Vurğun, M. brahimov, Şıxəli Qurbanov,
Mehdi Məmmədov, tədris ocaqlarında fəaliyyət göstərən Mikayıl Rəfili, Feyzulla
Qasımzadə, Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Əli Sultanlı, smayıl Şıxlı,
A.Qurbanov, Bəkir Nəbiyev və başqa natiqlərin nitqi gənc nəsillərə örnək ola bilər.
Adlarını sadaladığımız bu natiqlər müxtəlif dövrləri əhatə edir. Ona görə də hər biri
xüsusi tədqiq olunmağa layiq sənətkardır.
Sula 45. Natiql ik sənətinin cəmiyyətdəki rolu nədən ibarətdir?
Natiqlik sənəti hər bir insanın istedadını üzə çıxarır. Bu sənətin ən böyük rolu ondan
ibarətdir ki, bu sənət vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğatçılar
yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri odur ki, bu sənətlə məşğul olan hər bir
adam hansı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və müşahidələr
aparır. Bu da fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir. Millətindən asılı
olmayaraq hər bir natiq xalqına yaxından bağlı olur və həqiqətlərin üzə çıxarılmasında,
kütləyə çatdırılmasında öz məharətindən istifadə edir. Natiq xalqının həm təbliğatçısı,
həm də təşkilatçısı olmalıdır. Hər bir natiq günün tələblərinə cavab vermək üçün dərin
biliyə və müşahidə qabiliyyətinə malik olmalıdır. Natiqliyin inkişafına təsir edən
amillərdən biri demokratiyadır. Söz azadlığı, obyektiv tənqid natiqliyin kəsərini artırır.
Fikri sübut və faktlarla ifadə etmək üçün natiq tutarlı materiallardan istifadə etməlidir.
Hər bir natiqin fərdi üslubu olmalıdır. Natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət
uzun bir tarixi yol keçir. Bu tarixi yol natiqlik sənətinin müxtəlif növlərinin
yaranmasına şərait yaradır və cəmiyyətin inkişafına, tərəqqisinə xeyli kömək göstərir.
Sual 46. Nitqin nec ə hazırlanması barədə yazın.
Hər bir natiq çıxışdan əvvəl mövzu ilə əlaqədar hazırlıq işləri görür. Onu, ilk
növbədə, çıxışın mövzusu düşündürür. Bu, ali məktəbdə aparılan mühazirələrə şamil
edilmir, çünki onların mövzusu əvvəlcədən təsdiq olunmuş proqramlarda əks olunur.
Nitqə hazırlaşarkən natiq nitqin mövzusunu tam qavramalı, onun əsasını təşkil edən
məzmun və formanı, quruluşu dinləyicilərin səviyyəsinə uyğun qurmalıdır. Natiq nitqini
qurarkən mövzunu tam əhatə etməlidir. Çünki natiq də yazıçı kimi mövzunu ideya ilə
bağlayır. Yəni mövzu fikrin ifadəsinə uyğun seçilməlidir. Söylənilən nitq, çıxış, məruzə
natiqin həyatda qazandığı biliyin və dünyagörüşünün ifadəsidir. Natiq həmişə özünə bu
sualı verməlidir: Mən nə haqqında danışıram? Kimə danışıram? Dinləyicilərə yeni nə
söyləyəcəyəm? Mövzunu əhatə edə biləcəyəmmi? Qarşıya çıxan sualları düzgün təhlil
edə biləcəyəm? və s. Nitqin yazılması və ya şifahi şərhi olduqca mürəkkəb bir prosesdir.
Bu proses məqsədyönlü aparılmalıdır. Bu prosesi mərhələ-mərhələ aparmaq daha
düzgün hesab olunur.
Sual 47. Nitq mədəniyyətinə verilən tələblər nədən ibarətdir?
Nitq mədəniyyəti söz ustalığı, yaxşı danışıb yaza bilmək sənətidir. Bu
mədəniyyət nitq vasitələrindən məqsədəuyğun və səmərəli istifadə etmək
bacarığıdır.
Yüksək nitq mədəniyyəti dedikdə, hər şeydən əvvəl, dili mükəmməl bilmək,
sözləri müvəffəqiyyətlə seçib işlətmək, fikri məntiqi, ifadəli, aydın və parlaq surətdə
izah edə bilmək nəzərdə tutulur. Əlbəttə, dilin qrammatik qayda və tələffüz normalarını
gözləmədən nümunəvi nitqə yiyələnmək olmaz, çünki bunlar şifahi və yazılı nitqə
verilən birinci tələb və nitq mədəniyyətinin ilk pilləsi hesab olunur.
Adətən nitq mədəniyyətinin ümumi yüksəlişi ilə əlaqədar olaraq, gözəl və aydın
danışmaq qabiliyyəti, yəni natiqlik istedadı da inkişaf etməyə başlayır.
Natiq o zaman məharətli nitqə malik ola bilər ki, o, canlı danışıq dili ilə kitab
dili üçün xarakterik olan ifadə vasitələrini tərkib halında alıb birləşdirə bilsin. Öz
xarakterinə görə müxtəlif və rəngarəng olan bu nitq vasitələrinin danışıqda tətbiqi həm
dəbi dili genişləndirib zənginləşdirməyə kömək edir, həm də kitab dili ilə canlı danışıq
dili ünsürləri arasında qarşılıqlı əlaqə yaradır. Natiqlik məharətinin inkişafı yeni nitq
ünsiyyəti imkanlarının yaranmasına da kömək edir, ədəbi dilin tətbiqi və
genişləndirilməsi üçün şərait yaradır.
Natiqlik m əharəti dedikə biz, hər şeydən əvvəl, göz önünə məzmunlu, təsirli,
aydın və parlaq, ifadəli və kütləvi bir nitq gətiririk. Bütün bu keyfiyyətlər natiqlik
istedadını adi məişət danışıq dilindən fərqləndirir.
Natiqlər öz çıxışlarını parlaq, qüvvətli və təsirli hala salmaq üçün bir sıra
bədii-təsvir vasitələrindən istifadə edirlər. Belə natiqlik məharətinin (yəni gözəl və
aydın danışıq qabiliyyətinin) inkişafı ilə bərabər, bədii-estetik ünsürlərin qüvvətlənməsi
nəticəsində adi danışıq dilinin keyfiyyəti də yaxşılaşır, yəni belə natiqlərin işlətdiyi
sözlər öz intonasiyası və ifadə olunmasına görə başqalarından fərqləndiyi üçün danışıq
dilinin inkişafına və təkmilləşməsinə də təsir göstərir.
Sual 48.Yazılı nitqdə orfoqrafiya qaydalarının rolu nədən ibarətdir?
dəbi dilin yazılı formasının öz xüsusiyyətləri, normaları, qayda-qanunları vardır.
Natiq bu qayda-qanunları da dərindən bilməli və orfoepiya ilə bağlı, əlaqəli şəkildə
bunlardan istifadə etməlidir. Orfoqrafiya dilimizdəki sözlərin hamısının qrammatik
formaları üçün vahid yazı qaydalarını müəyyən edir. Yəni orfoqrafiya dilimizin yazılı
sasını təşkil edir. Şifahi nitqi özündə əks etdirir, tarixi yaddaşımızı gənc nəsillərə
çatdırır. Orfoqrafiya dialekt və məhəlli sözlərin, ədəbi dilə uyuşmayan hər bir ifadənin
qarşısını alır, hamı üçün məcburi olan vahid qaydaları sabitləşdirir və inkişaf etdirir.
Orfoqrafiyanı yaxşı bilməyən natiq nitqini hazırlayarkən (yazılı nitq nəzərdə tutulur)
ciddi çətinliklərlə üzləşir. Məsələn, savadsız yazılan nitq oxu qaydalarını çətinləşdirir.
dəbi dilimizdə işlənən durğu işarələrinin zənginliyi nitqin gözəl səslənməsini, fikir
bitkinliyini, pauzanı, fikrin ümumiləşdirilməsini təmin edir. Nitqin yazılı qolunu təşkil
edən orfoqrafiya qaydaları gec dəyişir, bu da onun dərk olunmasına, hamı tərəfindən
öyrənilməsinə şərait yaradır.
Sual 49. Düzgün nitqd ə orfoepiyanın rolu barədə yazın.
Orfoepiya ədəbi dilin normaları və üslublar sistemi ilə qırılmaz surətdə bağlıdır.
Orfoepiya həm də yüksək mədəni nitq üçün insanın dil qabiliyyətinin inkişafına zəmin
yaradır. Natiq nitqini şərh edərkən fonetik qanunları, fonetik hadisələri və onların
tələffüzündən irəli gələn xüsusiyyətləri nəzərə almalıdır. Bəzi natiqlər nitqlərində kitab
üslubuna üstünlük verirlər. Yəni söz necə yazılırsa, elə də tələffüz olunur. Bu, qətiyyən
düzgün deyil, çünki o zaman nitq quru çıxır və dinləyicini yorur. Bəzi natiqlər
nitqlərində dialekt sözlərə yer ayırırlar. Bunlar da öz növbəsində orfoepiyanın
pozulması deməkdir. Hər bir natiq fikrini necə şərh edirsə etsin, fərqi yoxdur, orfoepik
normalara riayət etməlidir. Natiq nitqini qurarkən orfoepiyanın norma və ünsürlərini
nəzərə almalıdır. Bunlar aşağıdakılardır:
Yalnız bu 4 ünsürə riayət edən natiq nümunəvi nitqə nail ola bilər.
Sual 50. Jest v ə mimika haqqında məlumat yazın.
Natiq dinləyicilərə yalnız öz çıxışındakı ekspressivliklə deyil, eyni zamanda,
müəyyən jest və mimikalar vasitəsi ilə də təsir göstərir. Nitqin “xarici cəhəti”
adlanan jest və mimikalar nitq prossesində geniş istifadə edilir. Natiqin mimikası çıxışı
ilə uyarlıq təşkil etməlidir, əks halda, onun nitqi müvafiq effekti verə bilməz. Natiq
stər mimikanın, istərsə də jestin nitqi canlandırmasına baxmayaraq,
onlardan ehtiyatla istifadə etmək lazımdır. fadəli jest (yəni əlləri yuxarı qaldırmaq,
yumruğu düyünləmək, kəskin və sürətli hərəkətlərə yol vermək və s.) və yerinə düşən
mimika nitqdə irəli sürülən fikirlərə, söylənilən cümlə və ya ayrı-ayrı sözlərə uyğun
olmalıdır. Unudulmamalıdır ki, jest nitqin tonu ilə hərəkət etdikdə, nitqin gücünü birə-
iki dəfə artıra bilər. Həddindən artıq edilən yeknəsək hərəkətlər dinləyiciləri təngə
gətirər və əsəbiləşdirər;
Natiq danışarkən auditoriyada tez-tez get-gəl etməməli, eyni tipli
hərəkətlərə yol verməməlidir.
Natiq dinləyiciləri nəzərə almalıdır. Onların diqqətini özünə cəlb
etməyə çalışmalıdır. O, mühazirə zamanı nəzərini həmişə bir tərəfə və ya müəyyən bir
qrup dinləyiciyə çevirməməlidir. stər müvafiq jestləri, istərsə də mimikaları ilə öz
nitqini anlaşıqlı, başa düşülən səviyyədə qurmağı bacarmalıdır.
Nitq mədəniyyətinin əsasları
13
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən
səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı
məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında
afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək
üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy
göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət
olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi
yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstər-
mədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil
almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və
mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi
əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin,
Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar.
Bunlardan Demosfen
1
antik natiqliyin yaranması və inkişafında xüsusi rol
oynamışdır. Onun natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır.
Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini
düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş)
sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz
kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı
cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz
səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni
natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim
Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı
bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı
fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı
tələblərə əməl olunmalıdır: 1) materialın toplanması. 2) materialın məqsədəuyğun
1
Demosfen (Demosthenes) e.ə. 384-cü ildə Afinada anadan olmuş, 322-ci ildə Kalavriyada vəfat etmişdir. qədim
yunan natiqi və siyasi xadim olmuşdur. Demosfenə aid edilən 61 nitq, 56 çıxış, 6 məktub qalmışdır. Demosfen ilk
nitqində (e.ə.351) II Filippin (Makedoniyalı İskəndərin atası) Yunanıstanı tabe etmək siyasətinə Afinanın passiv
münasibətini tənid etmişdir. o zamandan Demosfen yunanların Makedoniyaya qarşı ittifaqının yaranmasına nail
olmuşdur. Latiya uğrunda gedən döyüşdə yunanların məğlubiyyətindən sonra əsir düşməmək üçün özünü
zəhərləyib öldürmüşdür. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir.
14
söylənilməsi üçün planın tərtibi. 3) nitqin məzmununun öyrənilməsi, mənim-
sənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O, özünün dərin
məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə
dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz
hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı.
Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan
Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də
geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret
şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir.
Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya
köçür. Roma demokratiyası üçün doğmatik deyil, günün tələblərinə cavab verən,
canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin
yaranması və inkişafına güclü təkan verirdi.
Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər
bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark
(b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar.
Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi,
ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi
1
.
Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik
haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin
tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi
baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”,
“Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə
aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, onun konkret məsələləri, bu
1
Qədim Roma natiqi, vəkili, yazıçı və siyasi xadimi. Roma respublikalarının ideoloqu Siseron Mark Tullii özünün
natiqlik istedadı sayəsində siyasi mübarizədə müvəffəqiyyət qazanmışdır. Sulla və Antoni əleyhinə çıxışlar etmiş,
konsul olarkən (e.ə.63) Kamilliananın sui-qəsdinin üstünü açmışdı. Siseronun natiqlik idealı dinləyicini
maraqlandıran, inandıran və ardınca yönəldə bilən bütün vasitələrə yiyələnməyi nəzərdə tuturdu. Onun 58
məhkəmə və siyasi nitqi, ritorikaya, fəlsəfəyə aid 19 traktatı, həmçinin bir çox məktubu latın danışıq dilinin abidəsi
və Romada vətəndaş müharibələrinə dair mənbə kimi saxlanılır. Siseron Avqustun təqibləri dövründə həlak
olmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.