Sahlr mühasibatı li sadıqov
31. Balansın aktiv hissəsi nəyi göstərir?
Mühasibat uçotu” fənnindən test tapşırıqları (Düzgün cavablar “A” variantıdır) Müəllim: Yusubova Ş.Ə
A) müəssisənin və başqa təsərrüfat subyektlərinin əmlakının öhdəliklərinin sənədləşdirilməsi yolu ilə bütün təsərrüfat əməliyyatlarının pul formasında hesablarda ikili yazılış üsulu ilə yığılması və qaydaya
B) müəssisənin idarə edilməsi ilə məşğul olan daxili istifadəçiləri informasiya ilə təmin edən uçot sistemidir;
C) əmək haqqının hesablanması və verilməsi qaydası sistemidir;
D) pul vəsaitlərinin hərəkəti, uçotu və saxlanması sistemidir;
E) əmtəə istehsalı, satışı və pul vəsaitinin saxlanması sistemidir.
3. Təsərrüfat uçotu nə deməkdir?
A) konkret şəraitdə maddi istehsal prosesinə nəzarət və idarəetmə məqsədini daşıyan müşahidə ölçü və qeyd olunma sistemidir;
B) təşkilatın fəaliyyətinə nəzarətetmə sistemidir;
C) müəssisənin idarəedilməsi funksiyalarından biridir;
D) maddi istehsal prosesinin müşahidə olunma sistemidir;
E) maddi istehsal prosesinin ölçü və qeyd olunma sistemidir.
4. Təsərrüfat uçotunun növləri hansılardır?
A) operativ, statistika, mühasibat uçotu;
B) operativ, maliyyə, normativ;
C) statistika, idarəetmə;
D) idarəetmə, maliyyə, operativ;
E) operativ, normativ, statistika.
5.Aşağıdakılardan biri operativ uçot üçün xarakterik deyildir?
A)bütün əməliyyatlar tam və ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir
B)uçot müəssisə, istehsal sahələri, sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə istifadə edilir
C)uçot bir qayda olaraq tələb olunduğu halda aparılır
D)uçotda informasiyanın istənilən vaxtda hazırlanıb təqdim olunması həyata keçirilir
E)uçotda informasiya şifahı formada, telefon, teleqraf və teletaurla verilir
6. İdarəetmədə mühasibat uçotunun ən mühüm informasiya vəzifəsi hansıdır?
A) informasiyanın hazırlanması və istifadə üçün təqdim olunmasıdır;
B) informasiyanın hazırlanması və təqdim olunması;
C) informasiyanın istifadə üçün təqdim olunmasıdır;
D) informasiyanın toplanması və hazırlanmasının təqdim olunmasıdır;
E) informasiyanın toplanması, işlənməsi və təqdim olunmasıdır.
7. İdarəetmə sistemində mühasibat uçotunun yerinə yetirdiyi mühüm vəzifələr hansılardır?
A) nəzarət, əmlakın qorunub saxlanması, informasiya və analitik;
B) mühasibat uçotunun təşkili, aparılması, uçot siyasətinin vəzifələri;
C) əmlak və öhdəliklərin qiymətləndirilməsi, inventarizasiya;
D) uçot siyasətinin formalaşması, nəzarət vəzifələri;
E) mühasibat hesabatlarının tərtibi, analitik vəzifələr.
8. Mühasibat uçotunun predmetini nə təşkil edir?
A) müəssisənin əmlakı, onun hərəkəti, əmələ gəlmə mənbələri və formalaşması;
B) əsas fondlar, dövriyyə vəsaitlərinin formalaşması;
C) istehsal ehtiyyatları, hazır məhsulların formalaşması;
D) pul vəsaitləri, qiymətli kağızlar;
E) qeyri-maddi aktivlər, investisiya qoyuluşları.
9. Mühasibat uçotunun predmetinə daxil deyildir?
A)iş qüvvəsinin sayı və tərkibi
B)əsas fondlar, dovriyyə vəsaitləri
C)istehsal ehtiyatları, hazır məhsullar
D)pul vəsaitləri, qiymətli kağızlar
E)qeyri-maddi aktivlər, investisiya qoyuluşları
10. Nəzarət nə deməkdir?
A) qarşıya qoyulan məqsədə çatmaq üçün vəzifənin müəyyən olunması prosesidir;
B) təsərrüfat əməliyyatlarının icra olunmasına qədər aparılan nəzarətdir;
C) təsərrüfat əməliyyatlarının icraolunduğu dövrdə aparılan nəzarətdir;
D) təsərrüfat əməliyyatlarının müəyyən sənədlərlə icra olunduğu yerdə vəziyyətdə salınmasıdır;
E) təsərrüfat əməliyyatlarının sənədlərdə əks olunmasıdır.
11. Mühasibat uçotunda nəzarət hansı formalarda yerinə yetirilir?
A)ilkin, cari və sonrakı nəzarət
B)ilkin, cari və satış nəzarəti
C)cari, təchizat və sonrakı nəzarət
D)ilkin, marketinq və sonrakı nəzarət
E)ilkin, istehsal və satış nəzarəti
12. Mühasibat uçotunun əsas prinsiplərinə daxil deyildir?
A) müəssisənin əmlakı, istehsal ehtiyatları, pul vəsaitləri;
B) uçotun fasiləsizliyi, mühasibat uçotu hesablarının tətbiqi;
C) təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərinin üstünlüyünün təminatı;
D) təsərrüfat fəaliyyətin ehtiyatlılığın təminatı;
E) qiymətləndirmənin təminatı.
13. Mühasibat uçotunun əsas prinsiplərini göstərin:
A) vaxtında qeydiyyat, tamlıq, etibarlılıq;
B) ikitərəfli yazılış, ziddiyyətin olmaması,vaxtında qediyyat;
C) muxtariyyət, ikililik, pul ölçüsü, hesablama, ehtiyatlılıq;
D) obyektivlik, hesablamalar, varislik, dövrilik;
E) etibarlılıq və varisllik, ehtiyatlılıq.
14. Mühasibat uçotu hansı vəzifələri yerinə yetirir?
A) informasiya, nəzarət və analitik vəzifələr;
B) informasiyaların ilkin uçot sənədlərində, mühasibat uçotu registrlərində və mühasibat hesabatlarında qeydiyyatı vəzifələri;
C) informasiyaların toplanılması, qeydiyyatı və ümumiləşdirilməsi vəzifələri;
E) nəzarət və analitik vəzifələr.
15. Müəssisənin fəaliyyətinin fasiləsizliyi dedikdə nə başa düşülür?
A) müəssisənin proqnozlaşdırılan maliyyə vəziyyəti sabitdir;
B) “müəssisəni imkansızlıq və iflasa uğramaq” təhlükəsi gözləmir;
C) müəssisə öz fəaliyyətini gələcəkdə də davam etdirəcək və ləğv olunması nəzərdə tutulmur;
D) müəssisənin cari və investisiya fəaliyyətini qorumaq üçün zəruri sayılan aktivlərin maliyyələşmə mənbələri mövcuddur;
E) bütün cavablar düzdür.
16.Mühasibat uçotunun obyektlərinə aid deyildir?
A) əmtəə bazarı, maliyyə bazarı, siğorta bazarı, birjalar, hərraclar;
B) pul və natural ifadədə olan və olmayan əmlak, qeyri-maddi aktivlər;
C) istehsal ehtiyyatları və məsrəflər, hazır məhsullar;
D) pul vəsaitləri, qiymətli kagizlar, investisiya qoyuluşları;
E) kreditlər və digər borclara görə öhdəliklər, maliyyə təxsisatları və onların istifadəsi.
17. Mühasibat uçotunun obyektlərinə nələr aiddir?
A) müəssisənin əmlakı, istehsal ehtiyyatları və məsrəfləri, hazır məhsullar, qeyri-maddi aktivlər, pul vəsaitləri, kreditlər;
B) pul kredit və qiymətli kağızlar bazarı;
C) əmtəə və xidmətlər bazarı, kapital bazarı;
D) istehsal vasitələri bazarı, valyuta bazarı;
E) birjalar, hərraclar.
18. Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?
A) mühasibat uçotunun predmetinin öyrənilmə qaydasıdır;
B) mühasibat uçotunun predmetinin tərkib hissəsidir;
C) müəssisə əmlakının ümumiləşdirilməsi metodudur;
D) təsərüfat proseslərinin öyrənilmə qaydasıdır;
E) mühasibat predmetinin dərk edilməsinin üsul və qaydalarının məcmusudur.
19. Mühasibat uçotunun metodunun əsas elementləri hansılardır?
A) sənədləşmə, inventarlaşma, qiymətləndirmə, kalkulyasiya, ikili yazılış üsulu;
B) sənədləşmə, inventarlaşma, qiymətləndirmə və kalkulyasiya;
C) balans və hesabat, sənədləşmə və inventarlaşma, ikili yazılış üsulu;
D) hesablar sistemi və ikili yazılış üsulu, balans və hesabat;
E) hesablar sistemi, ikili yazılış üsulu, sənədləşmə və inventarlaşma.
20.Mühasibat uçotunun metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur?
A) qiymət, balans, kalkulyasiya, inventarlaşma;
B) balans, ikili yazılış, qiymət;
C) qiymət, balans, hesablar sistemi;
D) sənədləşmə, inventarlaşma; hesablar sistemi;
E) qiymət, inventarlaşma.
21. İnventarizasiya nə deməkdir?
A) müəssisənin əmlakının faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir;
B) əsas və dövriyyə vəsaitlərinin faktiki vəziyyətinin yoxlanılmasıdır;
C) dövriyyə və dövriyyədən kənar aktivlərin faktiki vəziyyətinin qiymətləndirilməsidir;
D) əmlakın satılmasının faktiki sənədlərdə əks olunmasıdır;
E) əsas vəsaitlərin əldə edilməsinə çəkilən xərclərin faktiki sənədlərdə əks olunmasıdır.
22. Mühasibat uçotunda ikili yazılış üsulu nə deməkdir?
A) təsərrüfat əməliyyatlarının əlaqəli olan müxtəlif hesabların birinin debetində, digərinin kreditində əks olunması üsuludur;
B) əməliyyatların bir hesabda bir neçə dəfə yazılış üsuludur;
C) əməliyyatların iki hesabın debetində yazılış üsuludur;
D) əməliyyatların iki hesabın kreditində yazılış üsuludur;
E) əməliyyatların iki uçotda yazılış üsuludur.
23. İnventarlaşmanın hansı növləri var?
A) planlı və plansız;
B) planlı və qəfləti;
C) tam, qismən, planlı, qəfləti;
D) tam və qismən;
E) tam, planlı və plansız.
24. İkili yazılış üsulu hansı məqsədlər üçün istifadə edilir?
A) təsərrüfat əməliyyatlarının əks etdirmək;
B) uçot obyektlərinin qruplaşdırılması;
C) mühasibat məlumatlarını ümumiləşdirmək üçün;
D) hesabların müxabirləşməsinin düzgünlüyünü yoxlamaq üçün;
E) hesabatların tərtibi məqsədi ilə.
25. Hesabların müxabirləşməsi aşağıdakılar arasında hansı əlaqəni təmin edir?
A) bir hesabın debeti və digər hesabın krediti;
B) sintetik və analitik hesablar;
C) subhesablar və analitik hesablar;
D) hesablar və balans;
E) analitik hesablar.
26.Balans nə deməkdir?
A) təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdirmə və iqtisadi cəhətdən qruplaşdırma üsuludur;
B) təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdirmə üsuludur;
C) təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin iqtisadi cəhətdən qruplaşdırma üsuludur;
D) təsərrüfat vəsaitinin əmələ gəlmə mənbələrini əks etdirmə üsuludur;
27. Balansın passiv hissəsi nəyi göstərir?
A) mövcud vəsaitlərin əmələ gəlmə mənbələrini;
B) mövcud vəsaitin tərkibini;
C) mövcud vəsaitin yerləşməsini;
D) əmlakın yaradılmasında təşkilatın payını;
E) mövcud vəsaitin istifadəsini.
28. İkili yazılış zamanı hesablar arasında əmələ gələn qarşılıqlı əlaqə necə adlanır?
A) hesabların müxabirləşməsi;
B) hesabların bölüşdürülməsi;
C) hesabların birləşdirilməsi;
D) hesabların ləğv olunması;
E) düzgün cavab yoxdur.
29. Mürəkkəb mühasibat yazılışı (provodkası) dedikdə hansı müxabirləşmə başa düşülür?
A) bir hesab debet üzrə və iki hesab kredit üzrə;
B) iki hesab debet üzrə və iki hesab kredit üzrə;
C) debet üzrə bir hesab və kredit üzrə bir hesab;
D) bir hesab debet üzrə və bir neçə analitik hesab kredit üzrə;
E) bir hesab debet üzrə və bir neçə subhesab kredit üzrə.
30. Aktivin və passivin hər bir ünsürü necə adlanır?
A) balans maddəsi;
C) pul vəsaitlərinin ekvalentliyi;
D) maliyyə öhdəlikləri ünsürü;
E) maliyyə öhdəliklərinin yekun maddəsi.
31. Balansın aktiv hissəsi nəyi göstərir?
A) mövcud vəsaitlərin tərkibi və yerləşməsini;
B) mövcud vəsaitin tərkibinin yerləşməsini;
C) mövcud vəsaitin yerləşməsini;
D) əmlakın yaradılmasında təşkilatın payını;
E) vəsaitin əmələ gəlmə mənbəyinin yerləşməsini.
32. Mühasibat balansının hansı tərəfləri vardır?
C) mənfəət, zərər;
E) sadə, mürəkkəb
33. Hesabın hansı tərəfləri vardır?
C) mənfəət, zərər;
E) sadə, mürəkkəb.
34. Mühasibat balansı neçə bölmədən ibarətdir?
A) aktivdə 3 bölmə və passivdə 3 bölmə;
D) aktivdə 3 bölmə;
35. Mühasibat balansı nəyi əks etdirən maliyyə hesabatı formasıdır?
A) hesabat dövrünün son gününə müəssisənin və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır;
B) ilin sonuna müəssisənin borclarının əks etdirən maliyyə hesabatı formasıdır;
C) müəyyən dövrdə müəssisənin maliyyə nəticələrinin hesabat formasıdır;
D) müəyyən dövrdə müəssisənin maliyyə vəziyyətini əks etdirən göstəricilər sistemi formasıdır;
E) məhsulun satışından əldə olunan mənfəətin həcmini əks etdirən uçot formasıdır.
36. Aktiv hesabda düzgün yazılış qaydasını müəyyən edin?
A) aktivlər hesabda ilk qalıq debetdə, artma debetdə, azalma kreditdə yazılır;
B) aktivlər hesabda ilk qalıq kreditdə, artma debetdə, azalma kreditdə yazılır;
C) aktivlər hesabda ilk qalıq kreditdə, artma kreditdə, azalma debetdə yazılır;
D) aktivlər hesabda ilk qalıq debetdə, artma kreditdə, azalma debetdə yazılır;
E) aktivlər hesabda ilk qalıq debetdə, artma debetdə, artma kreditdə yazılır.
37. Aktiv hesablarda son qalıq necə müəyyən edilir?
A) debet üzrə ilk qalığın üzərinə debet dövriyyəsi əlavə edilir və kredit dövriyyəsi çıxılır;
B) kredit dövriyyəsindən debet dövriyyəsi çıxılır;
C) debet dövriyyəsindən kredit dövriyyəsi çıxılır;
D) ilk qalıq peyus debet dövriyyəsi peyus kredit dövriyyəsi;
E) debet dövriyyəsi üstəgəl kredit dövriyyəsi.
38. Xüsusi vəsaitlərin mənbələrinə nə aid edilir?
A) kapitallar, fondlar, ehtiyyatlar, mənfəət, büdcədən maliyyələşmə və dəyəri ödənilmədən alınan vəsaitlər;
B) nizamnamə, əlavə, ehtiyyat kapitalı;
C) yığım və istehlak sferası fondları, nizamnamə kapitalı;
D) bölüşdürülməmiş mənfəət, əlavə kapital və yığım fondları;
E) istehsalda olan vəsaitlər.
39. Aktivlərin əsas növləri hansılardır?
A) əsas və dövriyyə vəsaitləri;
B) xüsusi vəsaitlər;
C) yayındırılmış vəsaitlər;
D) borc vəsaitləri;
E) ehtiyat kapitalı.
40. İşçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla istifadə etdiyi istirahət vaxtı necə adlanır:
A) əmək məzuniyyəti;
B) sağlamlıq məzuniyyəti;
C) sosial məzuniyyət;
D) elmi məzuniyyət;
E) kollektiv məzuniyyət.
41. Quruluşuna görə hesablar hansı əsas qruplara bölünür?
A) aktiv, passiv və aktiv-passiv hesablar;
B) aktiv, nizamlayıcı, bölüşdürücü, kalkulyasiya, maliyyə-nəticəli, balansarxası hesablar;
C) passiv, toplayıcı – bölüşdürücü və kalkulyasiya hesabları;
D) aktiv-passiv, əsas əlavə və maliyyə-nəticəli hesablar;
E) əsas, nizamlayıcı, kontraktiv hesablar.
42. Xüsusi vəsaitlərə hansı hesablar aiddir?
A) nizamnamə kapitalı, ehtiyat kapitalı, əlavə kapital;
B) borc kapitalı, uzunmüddətli və qısamüddətli öhdəliklər;
C) əsas və dövriyə kapitalı;
D) bölüşdürülməmiş mənfəət;
E) debitor və kreditorlarla hesablaşmalar.
43.Balans tərtib edilərkən hansı tələblərə diqqət yetirmək lazımdır?
A)balansın doğruluğu, reallığı, vahidliyi, ardıcıllığı, aydınlığı
B)balansın doğruluğu, aktuallığı
C)balansın reallığı, obyektivliyi
D)balansın vahidliyi, ardıcıllığı
E)balansın reallığı, aydınlığı
44.Balansın daxili və xarici istifadəçilər üçün anlaşılan formada təqdim edilməsi balansın tərtibində irəli sürülən hansı tələbdir?
45. Göstərilənlərdən hansı bölmə və qruplar balansın passivinə aiddir?
A) uzunmüddətli və qısamüddətli öhdəliklər;
B) qısamüddətli və uzunmüddətli maliyyə qoyuluşları;
C) dövr etməyən aktivlər, əsas vəsaitlər;
E) pul vəsaitləri, uzunmüddətli və qısamüddətli öhdəliklər.
46. Balansın hansı hissəsində malsatanlara və maliyyə orqanlarına olan kreditor borcları əks etdirilir?
A) passivin II bölməsində;
B) passivin I bölməsində;
C) aktivin I bölməsində;
D) aktivin II bölməsində;
E) aktivin II bölməsində.
47. Balansın hansı bölməsində debitor borcları əks etdirilir:
A) balansın aktivin II bölməsində;
B) balansın passivin II bölməsində;
C) balansın aktivinin I bölməsində;
D) balansın aktivin III bölməsində;
E) balansın passivin I bölməsində.
48. Öhdəliklərin hansı növləri var?
A) uzunmüddətli və qısamüddətli öhdəliklər;
B) uzunmüddətli öhdəliklər;
C) qısamüddətli öhdəliklər;
D) cari öhdəliklər;
E) dövrü öhdəliklər.
49.Təsərrüfat əməliyyatları nəticəsində balansın aktivində bir maddənin artması, digərinin azalması balansın yekununa necə təsir edir?
A) balansın yekunu dəyişilmir və onun bərabərliyi pozulmur;
B) balansın yekunu azalır, bərabərliyi pozulur;
C) balansın yekunu artır, bərabərliyi pozulur;
D) balansın aktivi artır, onun bərabərliyi pozulmur;
E) balansın aktivi azalır, onun bərabərliyi pozulmur.
50.Təsərrüfat əməliyyatları nəticəsində balansın passivində bir maddənin artması, digərinin azalması balansın yekununa necə təsir edir?
A) balansın yekunu dəyişilımir və onun bərabərliyi pozulmur;
B) balansın yekunu azalır, onun bərabərliyi pozulmur;
C) balansın yekunu artır;
D) balansın aktivi artır, passivi isə azalır, onun bərabərliyi pozulmur;
E) balansın aktivi azalır, passivi isə artır, onun bərabərliyi pozulur.
51. Təsərrüfat əməliyyatları nəticəsində balansın aktivində və passivində eyni məbləğdə vəsaitlərin tərkibi və onların əmələ gəlmə mənbələri dəyişilərək artması balansın yekununa necə təsir edir?
A) balansda aktiv-passiv üzrə vəsait artması baş verir və onun bərabərliyi pozulmur;
B) balansda aktiv üzrə qalıq artır, passiv üzrə qalıq azalır və onun bərabərliyi pozulur;
C) balansın aktiv üzrə qalıq azalır, passiv üzrə qalıq artır, onun bərabərliyi pozulmur;
D) balansın aktiv və passiv üzrə vəsait qalığı azalır, onun bərabərliyi pozulur;
E) balansın yekunu dəyişilir və onun bərabərliyi pozulmur.
52. Təsərrüfat əməliyyatları nəticəsində balansın aktivində və passivində eyni məbləğdə vəsaitlərin tərkibi və onların əmələ gəlmə mənbələri dəyişilərək azalması balansın yekununa necə təsir edir?
A) balansda aktiv-passiv üzrə vəsait azalması baş verir;
B) balanda aktiv üzrə qalıq artır, passiv üzrə qalıq azalır;
C) balansda aktiv üzrə qalıq azalır, passiv üzrə qalıq artır;
D) balansın aktiv və passiv üzrə vəsait qalığı azalır;
E) balansın yekunu dəyişilir və və onun bərabərliyi pozulur.
53. Təsərrüfat əməliyyatları nəticəsində balansda neçə formada dəyişikliklər əmələ gəlir?
A) 4; B) 5; C) 3; D) 2; E) 6.
54. Mühasibat uçotunun hesablar planı mahiyyəti nədir?
A) sintetik və subhesabların məcmusudur;
B) sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatların daha təfsilati ilə qruplaşmasının məcmudur;
C) qruplaşdırılmış analitik uşot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir;
D) təsərrüfat əməliyyatları haqqında məlumatların quruplaşdırılması və saxlanması üçün əsas sənəddir;
E) əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların quruplaşdırılmasıdır.
55.Mühasibat balansının xüsusiyyəti nədən ibarətdir?
A)onun aktiv və passivinin yekununun bərabərliyindən
B)onun aktivinin passivindən çox olmasından
C)onun aktivinin passivindən az olmasından
D)onun debitor borclarının kreditor borclarına bərabərliyindən
E)düzgün cavab yoxdur
56.Mühasibat uçotu obyektləri sırasında xüsusi yer tutan tədavül fondlarına daxil deyildir?
B)dövriyyə olan pul vəsaitləri
C)bankdakı pul vəsaitləri
D)müəssisə anbarında satış üçün istehsal olunmuş hazır məhsullar
E)alıcılara yüklənmiş məhsullar
57.Aşağıdakılardan hansı müəssisənin xüsusi kapitalının tərkibinə daxil deyildir?
E)xüsusi təyinatlı fondlar
58.Tərkibinə və funksional rollarına görə müəssisənin əmlakı – aktiv kapital hansı qruplara ayrılır?
A)dövriyyədənkənar və dövriyyə aktivləri
B)qeyri-maddi aktivlər və əsas vəsaitlər
C)bitməmiş istehsal və uzunmüddətli maliyyə qoyuluşları
D)material dövriyyə vəsaitləri və debitor borcları
E)qısamüddətli maliyyə qoyuluşları və pul vəsaitləri
59.Mühasibat uçotunda eyni vaxtda debet, yaxud kredit qalığı olduqda hesablar necə adlanır?
60.Təfsilat dərəcəsinə görə hesablar hansı növlərə ayrılır?
A)sintetik, analitik, subhesablar
E)düzgün cavab yoxdur
61.Təsərrüfat əməliyyatlarının baş verməsini təsdiq edən yazılı şəhadətnamə hansıdır?
62. Hesablar planı neçə bölmə və sintetik hesabı özündə birləşdirir?
A) 76 adlı sintetik hesabı və 9 bölməni özündə birləşdirir;
B) 9 bölmə və 70 adlı sintetik hesabı özündə birləşdirir;
C) 8 bölmə və 80 adlı sintetik hesabı özündə birləşdirir;
D) 10 bölmə və 78 adlı sintetik hesabı özündə birləşdirir;
E) 9 bölmə və 750 adlı sintetik hesabı özündə birləşdirir.
63. Aktiv hesabda düzgün yazılış qaydasını müəyyən edin:
A) aktivlər hesabda ilk qalıq debetdə, artma debetdə, azalma kreditdə yazılır;
B) aktivlər hesabda ilk qalıq kreditdə, artma debetdə, azalma kreditdə yazılır;
C) aktivlər hesabda ilk qalıq kreditdə, artma kreditdə, azalma debetdə yazılır;
D) aktivlər hesabda ilk qalıq debetdə, artma kreditdə, azalma debetdə yazılır;
E) aktivlər hesabda ilk qalıq debetdə, artma debetdə, artma kreditdə yazılır.
64. Aşağıdaklardan hansı mürəkkəb yazılışın düzgün formasıdır?
A)D-t 70 K-t 50; D-t 71 K-t 50;
B)D-t 70 K-t 50; D-t 51 K-t 51;
C)D-t 51 K-t 50; D-t 60 K-t 51;
D)D-t 40 K-t 20; D-t 46 K-t 40;
E)D-t 20 K-t 10; D-t 10 K-t 60.
65. Təyinatına görə sənədlər necə təsnifləşdirilir?
A) sərəncamverici, icraedici, birləşdirilmiş və mühasibatlıq sənədi;
B) sərəncamverici, ilkin, birdəfəlik, daxili sənəd;
C) kənar, cəmlənmiş, hesablaşma sənədi;
D) daxili, xarici və cəmləşdirilmiş;
66. Tərtib olunmuş sənədlər əsasında nəyin hərəkəti üzərində nəzarət təmin olunur?
A) material, əmək və maliyyə ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur;
B) material ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur;
C) əmək ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur;
D) maliyyə ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur;
E) istehsal ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur.
Sahlr mühasibatı li sadıqov
Mühasibat uçotunun əsasları
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergilər nazirliyinə tələb olunan bəyannamələr təqdim etməlidirlər. Bu hesabatların hazırlanması mühasibat uçotunun aparılmasını tələb edir.
Mühasibat uçotunun məlumatları sahibkarların beynəlxalq dilidir. Təqdim edilən hesabatlar müəssisə barədə bütün vacib məlumatları verir.
Müəssisədə mühasib nəzarət, maliyyə, təhlil və proqnozlaşma funksiyalarını yerinə yetirir.
- İnformasiya (məlumatvermə) funksiyası
- Əmlakın qorunub saxlanması
- Analitik
- Nəzarət
- maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
- əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
- maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
- mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
- mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
- təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
- təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
- qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
- Mühasibat balansı;
- Mənfəət və zərər haqqında hesabat;
- Kapitalda dəyişikliklər haqqında hesabat;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Uçot siyasəti və izahlı qeydlər.
Mühasibat uçotu
Uçotun təşkili
Comments are closed, but trackbacks and pingbacks are open.