Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Strateji yol xəritəsi Nazirlər Kabinetinə həvalə edilmədi
Prezident İlham Əliyev dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Fərmanda deyilir ki, sənədlər həm bütünlüklə iqtisadiyyatın, həm də onun ayrı-ayrı istiqamətlərinin məqsədlərini və gələcək inkişafını müəyyən edir.
Dövlət başçısı xüsusən aşağıdakı strateji yol xəritələrini təsdiq edib:
– “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
– “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.
Əliyev strateji yol xəritələrinə ümumi rəhbərliyi və onların həyata keçirilməsinə nəzarəti Nazirlər Kabinetinə deyil, Prezident Administrasiyasına həvalə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Bizim “Facebook” səhifəmizi izləyin
Oxşar Xəbərlər
Ağ Ev Bakı və Yerevanı “eskalasiyanı azaltmağa” çağırır
Bəxtiyar Hacıyev Prezidentə müraciət edib
Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi pozub, sərhədçimiz yaralanıb
Rayonun icra başçısı vəzifəsindən azad olunub
XİN: Erməni sakinlərin reinteqrasiyası üçün addımlar atılır
ABŞ Azərbaycandakı siyasi partiyalar haqqında qanundan narahatdır
Redaktorun Tövsiyələri
Bəxtiyar Hacıyev Prezidentə müraciət edib
Su haqqı: susuz qalanlara hüquqşünaslar məsləhət verir
İran səfirliyi qarşısında aksiya keçirilib
Vətəndaş məmurlardan narazıdır: “Nə pulumu qaytarırlar, nə maşınımı”
Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?
Ermənilər Bakıya, Sumqayıta qayıda bilərmi? AMEA:Yayda su qəhətə çıxacaq; Müxalif partiya qalacaqmı?
Ağ Ev Bakı və Yerevanı “eskalasiyanı azaltmağa” çağırır
22 Mart 2023
Martın 21-də Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb. Bu haqda Turan-ın Vaşinqton müxbiri xəbər verir. “Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq. Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik”, – Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin sualını cavablandırarkən belə deyib. O, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahatlıq keçirib-keçirməməsi ilə bağlı suala isə cavab verməyib. Con Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından sonra, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ dəstəyini təklif edəndən sonra verilib. Turan-ın müxbiri brifinq zamanı.
Bəxtiyar Hacıyev Prezidentə müraciət edib
20 Mart 2023
İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib. Bu məlumatı “Turan”-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib. Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir. O, dövlət başçısından onun həbsdən azad olunmasına “kömək etməyi” xahiş edir. Vəkil qeyd edib ki, hər bir vətəndaşın öz hüquqlarının bərpasına köməklik göstərilməsi xahişi ilə dövlət başçısına müraciət etmək hüququ var. Vəkil Rəhimli, Hacıyevin prezidentə müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib: “Biz çox ümid edirik ki, Bəxtiyar.
Azərbaycanla yol xəritəsi hazırlanır – Rusiya XİN
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2019-cu ildə fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında verilən suala cavabda bildirilib.
Rusiya XİN-in rəsmi saytında yerləşdirilən cavaba görə, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında “açıq və etimadlı dialoq” da xeyli dərəcədə təkan verib: “2019-cu ildə liderlər arasında üç görüş keçirilib: 26 aprel tarixində Pekində “Kəmər və Yol” forumunda, 3 oktyabr tarixində “Valday forumu”nda, 20 dekabr tarixində Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi zirvə görüşündə. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri baş tutub. (2019-cu ilin 20-25 noyabr tarixləri). Hökumət və parlament səviyyəsində də təmaslar geniş inkişaf edib”.
Rusiyanın Azərbaycan üçün başlıca ticarət tərəfdaşlarından biri olduğu qeyd edilən məlumata görə, ötən ilin yanvar – oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsinin 2,5 milyard ABŞ dolları, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olduğu göstərilir.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 yol xəritəsi uğurla həyata keçirilir. Həmçinin innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə yol xəritəsinin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanılıb. Hazırda Azərbaycanda 950 birgə müəssisə fəaliyyət göstərir. Rusiyanın Azərbaycandakı sərmayələri 4,5 milyard dollar, Azərbaycanın da Rusiyadakı sərmayələri 1,5 milyard dollar təşkil edir. Bakı ilə beynəlxalq platformlarda da səmərəli əməkdaşlığımız var”, – Rusiya XİN-in açıqlamasında bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.