Press "Enter" to skip to content

Tap layihəsi ilə bağlı qanun

Milli.Az

Yeni qanun layihəsi ilə bağlı AÇIQLAMA

Vətənpərvərlik, Vətəni sevmək, Vətənə məhəbbət ülvi bir duyğudur. Hər bir güclü xalqın, millətin, dövlətin var olmasının kökündə məhz güclü vətənpərvərlik hissi dayanır. 44 günlük müharibədə də xalqımızın vətənpərvərliyinin nə qədər yüksək olmasının şahidi olduq.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova yeni hazırlanan “Azərbaycanda Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirərkən deyib.

A.Həsənova bildirib ki, vətənpərvərlik hissi nə qədər yüksək olarsa, cəmiyyət, dövlət o qədər sürətlə inkişaf edər, qüdrətli və yenilməz olar, düşməndə qorxu yaradar: “Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək əsla olmaz”.

Deputat hesab edir ki, vətənpərvərlik məsələsinə sistemli şəkildə yanaşmaq vacibdir: “Vətənpərvərliyi şəxsiyyətin digər dəyərlərindən ayırmaq doğru deyil, yəni vətənpərvərlik məsələsinə kompleks şəkildə yanaşmaq lazımdır”.

Deputat qeyd edib ki, vətənpərvərlik dedikdə bunu ancaq gənclərə və yeniyetmələrə şamil etmək doğru deyil: “Yəni vətənpərvərlik məsələsi hər bir Azərbaycan vətəndaşına aid olmalıdır. Biz adətən vətənpərvərlik deyəndə bunu ancaq gənclərə şamil edirik. Vətənpərvərlik elə bir duyğudur ki, istənilən yaşda olan insan bunu hiss edir və etməlidir. Vətənpərvərlik hissi daim insanlara aşılanmalıdır, burada yaş məhdudiyyəti qoymaq, yalnız gəncləri hədəf almaq düzgün yanaşma deyil.

Bəzən biz fikirləşirdik ki, gənclərdə vətənpərvərlik məsələsində hansısa boşluqlar var, amma Vətən müharibəsində gənclərimiz göstərdi ki, onlar hər zaman vətəni qorumağa hazırdır. İstər Aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlər zamanı biz cəmiyyətimizin, xüsusuilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq. Gənclərimiz küçələrə axışaraq Vətənin müdafiəsinə qalxdılar, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşməyə, canlarından belə keçməyə hazır olduqlarını bildirdilər”.

A.Həsənova qeyd edib ki, vətənpərvərlik hissinin aşılanması ardıcıl şəkildə aparılmalıdır, yəni zəncirvari formada həyata keçirilməlidir: “Xüsusilə vətənpərvərlik təbliğatı azərbaycançılıq məfkurəsinə, azərbaycançılıq ideologiyasına əsaslanan formada həyata keçirilməlidir. Yəni bu ilk növbədə ailədən başlamaldır. Xüsusilə uşaqların ilk dəfə sosiallaşmağa başladığı baxçalarda vətənpərvərlik hissi düzgün aşılanmalıdır. Uşaqlara vətənpərvərlik hissinin aşılanması formal xarakter daşımamalıdır. Uşaqlara yalnız bir neçə dəyərləri öyrətməklə kifayətlənmək olmaz. Vətənpərvərlik hissini ilkin davranışlara, vərdişlərə həkk etmək lazımdır, yəni istər təbiətə münasibətdə, insanlara münasibətdə, ümumilikdə insan həyatının hər bir sahəsində vətənpərvərlik hissi olmalıdır.

Bu şəkildə vətənpərvərlik hissi zəncirvari olaraq aşılanmalıdır və insan bütün yaşlarında vətənpərvərliyini nümayiş etdirməlidir. Misal üçün dövlət himi səsləndirilərkən əlini sinəsinə qoymaq vətənpərvərlik hissinin, bayrağa, dövlətə, himnə dərin məhəbbətin təzahürüdür. Bu vərdişlər insanlara körpə yaşlarından aşılanmalıdır”.

Deputat bildirib ki, vətənpərvərlik ətraf mühitə münasibətdə, ictimai münasibətlərdə, fərdi münasibətlərdə də özünü biruzə verməlidir: “Yəni bu münasibətlərin heç birində aqressiya olmamalıdır. Burada da vətənpərvərlik hissinin təzahürləri olmalıdır. Sən ətraf mühitə sevgi ilə yanaşmırsansa, öz həmvətəninə aqressiya göstərirsənsə, Vətəni necə sevə bilərsən?! Ətraf mühit də, həmvətənlər də sənin vətəninin bir hissəsidir. Vətənə münasibətdə möhkəm, əqidəli, düzgün, dürüst olmaq lazımdır. Yalnız onda Vətən möhkəm olar. Biz nə qədər daxildə bir-birimizə, ətrafımıza hörmət etsək, vətənpərvərliyimizi nümayiş etdirsək, dövlətimiz o qədər güclü olar”.

Milli.Az

Tap layihəsi ilə bağlı qanun

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olur və qanun layihəsi üzərində iş davam edir.

Həmçinin, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

Son xəbərlər

  • 09:39 | Ulduz futbolçu millimizlə oyunu buraxacaq
  • 09:18 | Şəkidə 3 nəfər dəm qazından zəhərləndi
  • 09:05 | Dilarə Əliyeva evə buraxıldı
  • 00:20 | Oqtay Əliyevin dəfn yeri açıqlandı – Yenilənib
  • 00:14 | 58 gün sonra 55 yaşında. – Video+Fotolar
  • 00:08 | Ukraynanın yenidən bərpasına nə qədər pul lazımdır?
  • 22.03.2023 23:50 | Dünyanın ən məşhur musiqiçilərinin siyahısını açıqladı
  • 22.03.2023 23:21 | Ağdərədə qanunsuz erməni silahlılarının postu yanır – Video
  • 22.03.2023 23:08 | İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı
  • 22.03.2023 22:45 | Bir həftə sonra.
  • 22.03.2023 22:26 | Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
  • 22.03.2023 22:02 | Bakıda evdə yanğın oldu, bir nəfər xəsarət aldı
  • 22.03.2023 21:45 | Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
  • 22.03.2023 21:29 | Ramazan ayının ilk gününün duası – İmsak və iftar vaxtı
  • 22.03.2023 21:06 | Ruslan Lunyovdan gümüş medal
  • 22.03.2023 20:59 | Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə bağlı nekroloq yaydı
  • 22.03.2023 20:11 | Müdafiə Nazirliyi açıqlama yaydı
  • 22.03.2023 20:02 | BOS hazırdır – Fotolar
  • 22.03.2023 19:44 | Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı – Yenilənib
  • 22.03.2023 19:23 | “Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” – Qəza ilə bağlı rəsmi açıqlama
  • 22.03.2023 19:09 | Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi – Fotolar
  • 22.03.2023 18:55 | Nüsrət Kəsəmənlinin nəvəsi evləndi – Fotolar
  • 22.03.2023 18:27 | Azərbaycanın təhdid olunması SEPAH-dakı ziddiyyətlərin törəməsidir – Şərh
  • 22.03.2023 18:08 | Dəhşətli qəzada ölən musiqiçi imiş. – Yenilənib
  • 22.03.2023 18:04 | Ermənistan – Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
  • 22.03.2023 17:25 | Avropa İttifaqı demokratiyanı necə müdafiə edir?
  • 22.03.2023 17:21 | Zelenski yenidən Baxmutda – Fotolar
  • 22.03.2023 16:59 | Bu gün heç kim vaksin vurdurmayıb
  • 22.03.2023 16:58 | Yoluxanların sayı açıqlandı
  • 22.03.2023 16:43 | Mesut Özil karyerasını başa vurdu
  • 22.03.2023 16:37 | Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 22.03.2023 16:19 | “Turan Tovuz” panamalının transferini açıqladı
  • 22.03.2023 16:10 | İti avtomobilə bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu – Video
  • 22.03.2023 15:48 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
  • 22.03.2023 15:30 | Kiyev bu gecə – Fotolar
  • 22.03.2023 15:25 | Ukraynaya bir gecədə 20 PUA hücumu olunub
  • 22.03.2023 15:07 | Ölkəyə 93 ədəd “İphone” keçirmək istədi
  • 22.03.2023 14:45 | Putin Si Cinpinlə sülh planını müzakirə etməyib
  • 22.03.2023 14:15 | “Çox xoşbəxtəm” – Şakiradan ayrılan Pike
  • 22.03.2023 13:38 | HDP seçki ilə bağlı qərarını açıqladı
  • 22.03.2023 13:23 | Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü – Yenilənib
  • 22.03.2023 13:18 | Sabah hava necə olacaq?
  • 22.03.2023 12:55 | “Avropa Şurasında “Novruz bayramı” ilə bağlı tədbir təşkil edilib” – Təmraz Tağıyev
  • 22.03.2023 12:20 | Orucluq zamanı susuzluğun qarşısını almaq üçün – Məsləhətlər
  • 22.03.2023 12:07 | Xətaidə Novruz münasibətilə şəhid övladları üçün tədbir keçirildi – Fotolar
  • 22.03.2023 11:41 | 90 yaşlı kişi itkin düşdü – Foto
  • 22.03.2023 11:33 | Rusiyanın itkiləri açıqlandı
  • 22.03.2023 11:26 | Xaçmaz sakininin əl-qolunu bağlayıb, fotolarını çəkib şantaj etdilər
  • 22.03.2023 10:38 | Zelenski Aİ-nin sammitində çıxış edəcək
  • 22.03.2023 10:12 | Merve Boluğur yenə evlilik təklifi aldı – Foto

Roma məhkəməsi TAP layihəsi ilə bağlı qərar qəbul edib

Roma İnzibati Məhkəməsi TAP layihəsinin inşasının dayandırmasına dair apellyasiya müraciətini rədd edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, məhkəmə İtaliya hökumətinin zeytun ağacların köçürülməsinə dair qərarına qarşı Puqlia bölgəsinin irəli sürdüyü apellyasiyanın təmin olunmaması barədə qərar çıxarıb.

Qeyd edək ki, Latsio bölgə məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apuliya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Məhkəmənin qərarı TAP-ın Melendunyo şəhəri ərazisində tikintisinin dayandırılmasına səbəb olmuşdu.

Əlavə edək ki, cari ilin mart ayından etibarən zeytun ağaclarının köçürülməsinə başlayan TAP konsorsiumu təxribatlarla üzləşməkdədir.

“5 ulduz” hərəkatı tərəfindən təsis olunan “No TAP” komitəsi ağacların köçürülməsinə qarşı çıxır. Martın 29-da baş tutan etiraz aksiyasında etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

Comments are closed, but trackbacks and pingbacks are open.